Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-169/2023 02.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə dair qeydiyyat vəsiqəsi sənədinin dublikatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2- 1(118)-3095/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia qaldıraraq 1-ci mikrorayon, Sülh küçəsi, Bina 1 Kooperativ ünvanında yerləşən 25 saylı mənzilə dair qeydiyyat vəsiqəsi sənədinin dublikatının ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci mikrorayon, Sülh küçəsi, Bina 1 Koperativ, mənzil 25 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Bununla bağlı Sumqayıt şəhəri X2 xx.xx.1988-ci il tarixli qərarı mövcuddur. Həmin qərar əsasında iddiaçıya Qeydiyyat vəsiqəsi sənədi verilmişdir. Qeyd olunan sənəd qeyrimüəyyən şəraitdə itirilmişdir. İddiaçı sözügedən sənədin dublikatının alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq cavabdehin **********18 saylı xx.xx.2022-ci il tarixli yazılı məlumatı ilə Qeydiyyat vəsiqəsinin dublikatının verilməsindən imtina edilmşdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, ərazi idarəsinin xidməti istifadəsində olan arxiv məlumatlarında sözügüdən mənzilin qeydiyyata alınması barədə məlumat və arxiv qovluğu aşkar olunmamışdır. Halbuki, AR Dövlət Arxivinin Sumqayıt filialının iddiaçıya ünvanladığı məktubda Sumqayıt şəhəri X2 yuxarıda qeyd olunan qərarının arxivdə mövcud olduğu bildirilmişdir. Həmin qərarda ünvan göstərilmiş və layihədə yaşayış-tikinti kooperativ üzvlərinin siyahısının qeyd olunduğu bildirilmişdir. Lakin qərara kooperativin üzvlərinin siyahisi əlavə edilməmişdir. Nəticə olaraq, iddiaçıya məxsus qeydiyyat vəsiqəsi sənədi ilə bağlı qərar AR Dövlət Arxivinin Sumqayıt Filialında mövcuddur. Kooperativin üzlərinin siyahısının qərara əlavə edilməməsi isə iddiaçının qüsuru olmadığından heç bir halda onun hüquqlarını məhdudlaşdıra bilməz. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, ərazi idarəsinin xidməti istifadəsində olan arxiv məlumatlarında sözügedən mənzilin qeydiyyata alınması barədə məlumat və arxiv qovluğu aşkar olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-3095/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün hesab edilməsini xahiş etmişdir. İddiaçı şikayətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən qeydiyyat vəsiqəsi cavabdeh tərəfindən verilmədiyinə və eyni zamanda qeydiyyat vəsiqəsi ilə bağlı cavabdeh orqanda arxiv məlumatları olmadığına və həmin qeydiyyat vəsiqəsinin dublikatının verilməsi mümkün olmadığına görə hazırki iddia da mümkün hesab edilə bilməz. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirmişdir ki, əvvəla məhkəmə iddianın mümkün hesab edilməməsini konkret normaya istinad etməklə əsaslandırmamışdır. Bundan əlavə, mübahisələndirilən qərardadda istinad olunan əsas cavabdeh tərəfindən onlara göndərilmiş imtina məktubunun məzmunu ilə eynidir və məhkəməyə həmin imtina ilə razılaşmadıqları üçün müraciət etmişlər. Hesab edirlər ki, bu halda məhkəmə cavabdeh tərəfindən verilən imtinanın əsaslı olub-olmamasını araşdırmalı idi. İmtinanın əsaslı olduğu təqdirdə belə məhkəmə tərəfindən gəlinə bilinəcək nəticə iddianın mümkün sayılmaması ola bilməz. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının iddiaçıya ünvanladığı məktubda Sumqayıt şəhəri X2 qərarınınarxivdəmövcud olduğu bildirilmişdir. Həmin qərarda ünvan göstərilmiş və layihədə yaşayış-tikinti kooperativ üzvlərinin siyahısının qeyd olunduğu bildirilmişdir. Lakin qərara kooperativin üzvlərinin siyahısı əlavə edilməmişdir. Nəticə olaraq iddiaçıya məxsus qeydiyyat vəsiqəsi sənədi ilə bağlı qərar Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialında mövcuddur. Kooperativin üzvlərinin siyahısının qərara əlavə edilməməsi isəiddiaçının qüsuru olmadığından hesab edirlər ki, heç bir halda onun hüquqlarını məhdudlaşdıra bilməz və iddianın qeyri-mümkün sayılması üçün əsas qismində çıxış edə bilməz. Göründüyü kimi məhkəmə işin faktiki hallarını və iddianın hüquqi əsasını araşdırmadan tətbiq edilməli olduğu hüquq norması tətbiq etməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə də birinci instansiya məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddianın mümkünlük şərtlərini yoxlamış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, qeydiyyat vəsiqəsi 2 saylı Ərazi İdarəsi tərəfindən verilmədiyinə və eyni zamanda qeydiyyat vəsiqəsi ilə bağlı cavabdeh orqanda arxiv məlumatları olmadığına və həmin qeydiyyat vəsiqəsinin dublikatının verilməsi mümkün olmadığına görə hazırki iddia da mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianı hüquqi cəhətdən məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, sözügedən qeydiyyat vəsiqəsi cavabdeh tərəfindən verilmədiyinə və eyni zamanda qeydiyyat vəsiqəsi ilə bağlı cavabdeh orqanda arxiv məlumatları olmadığına və həmin qeydiyyat vəsiqəsinin dublikatının verilməsi mümkün olmadığına görə cavabdeh həmin sənədin iddiaçıya verilməsi öhdəliyini daşımır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının dublikatını tələb etdiyi qeydiyyat vəsiqəsinin mövcudluğu ilə bağlı hüquqi faktın təsdiq edilməsi tələbi ilə ümumi məhkəmədə iddia qaldırmaq hüququ istisna edilmir. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçı apellyasiya məhkəməsində baxış iclası zamanı verdiyi izahatında adına olan qeydiyyat vəsiqəsinin əslində itmədiyini, onun günmanına əsasən digər ailə üzvü (ögey bacısı) tərəfindən oğurlandığını, bununla əlaqədar cinayət işi olduğunu bildirmişdir. Bununla əlaqədar kollegiya tərəfindən iddiaçıya hüquqi marağına uyğun olaraq digər hüquqi müdafiə vasitələrini seçmək imkanları barədə izah verilmiş, hazırkı iddianın mümkünlük şərtləri ilə bağlı hallar diqqətinə çatıdırlmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2-1(118)-3095/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 8 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-169/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-169/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver