Məhkəmə qərarları › İş №2-1(105)-211/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-211/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-211/2022 03.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 22 aprel 2016-cı il tarixli, 80 nömrəli Sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(118)-1466/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. Cavabdeh başçısının 31.07.2015-ci il tarixli, 102 saylı “Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə yay otlaq sahəsinin ayrılması barədə” sərəncamı ilə Quba rayonu ərazisində yerləşən “Çaylar” yay otlaq sahəsindən 640.0 ha ərazi ayrılaraq 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir.

2. Cavabdeh başçısının 31.07.2015-ci il tarixli, 102 saylı sərəncamı əsasında 640 ha torpaq sahəsinin 15 il müddətinə İddiaçı istifadəsinə verilməsi ilə bağlı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır.

3. Cavabdeh başçısının 22.04.2016-cı il tarixli, 80 saylı “RİHB-nın 102 saylı, 31.07.2015-ci il tarixli sərəncamına qismən dəyişikliik edilməsi barədə” sərəncamı ilə qeyd olunmuş sərəncamda göstərilən “Çaylar” sözü “Qızıl qaya” sözü ilə əvəz edilmişdir.

4. Quba RİHB tərəfindən Quba rayonu Vladimirovka kənd sakini İddiaçı dövlət yay otlaq sahəsinin icarəyə verilən torpaq sahəsinə dair plan tərtib olunmuşdur.

5. 07.03.2016-cı il tarixdə Cavabdeh başçısının 31.07.2015-ci il tarixli, 102 saylı sərəncamına əsasən Dövlət yay otlaq sahəsindən icarəsinə verilmiş cəmi sərhəd daxilində 703 ha, örüş 640 ha olmaqla torpaq sahəsinin döngə nöqtələri ölçülərək icarəçiyə tanıdılmış, həmin ərazinin sxemi tərtib olunaraq vətəndaşa təqdim edilmişdir.

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 22 aprel 2016-cı il tarixli, 80 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 31.07.2015-ci il tarixli, 102 saylı “Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə yay otlaq sahəsinin ayrılması barədə” sərəncamı ilə Quba rayonu ərazisində yerləşən “Çaylar” yay otlaq sahəsindən 640.0 ha ərazi ayrılaraq 15 il müddətinə onun istifadəsinə verilmişdir. Buna baxmayaraq, Qobustan rayonunun Şıxzərli kənd sakini X4 ona qanuni əsaslarla və sənədlərlə verilmiş Dövlət yay otlaq (Çaylar yaylağı) sahəsindən istifadə etməyə maneçilik törədir və qeyd edilmiş otlaq sahəsinə dair, onun əlində müvafiq sənədlərin olmasını iddia edir. Belə ki, əldə etdiyi Cavabdeh başçısının 22 aprel 2016-cı il tarixli 80 № li sərəncamında qeyd edilir ki, ona təsərrüfatında olan heyvanların saxlanılması və heyvandarlığın inkişafı məqsədilə, rayon icra hakimiyyəti başçısının 102 saylı, 31 iyul 2015-ci il tarixli sərəncamı ilə verilmiş yay otlaq sahəsinin adı səhvən "Çaylar " olaraq qeyd edilmiş və bu səbəbdən də “Çaylar” sözü “Qızıl Qaya” sözü ilə əvəz edilmişdir. Hansı ki, qeyd edilmiş dəyişiklikdən onun əsla xəbəri olmamışdır. Açıq aydın görünür ki, 31.07.2015-ci il tarixdə verilmiş sərəncam qərəzli olaraq dəyişdirilmişdir. Bu səbəbdən həmin sərəncamın ləğv edilməsini xahiş edir.

8. Cavabdeh iddia tələbinə dair etirazını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının 10 fevral 2007-ci il tarixli, 42/1 saylı sərəncamı ilə Xaçmaz rayonunun Quba rayonu ərazisində yerləşən “Qızıl qaya” yaylağından Şərafəddin Mühyəddinovun icarəsinə ayrılmış 640 ha örüş sahəsi geri alınaraq, İddiaçı icarəsinə heyvandarlığın inkişafı üçün 15 il müddətinə icarəyə verilmişdir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 iyun tarixli 156 nömrəli qərarına əsasən Quba rayonu ərazisində yerləşən yay və qış otlaq sahələri Quba RİH-nin balansına verilmiş, lakin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə riayət edilərək balansa verilmədən əvvəlki icarəçilərlə bağlanmış müqavilələr üzrə, onlarla müraciətləri əsasında yeni müqavilələr bağlanmışdır. Belə ki, həmin Qanunun 15-ci maddəsinə əsasən torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Həmçinin, icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Qeyd olunanlara və İddiaçı 31 iyul 2015-ci il tarixli müraciətinə əsasən Quba RİHB-nin 31 iyul 2015-ci il tarixli, 102 saylı sərəncamı ilə iddiaçıya Quba rayonu ərazisində yerləşən “Qızıl qaya” yay otlaq sahəsindən əvvəlki müqaviləyə uyğun olaraq 640 ha örüş sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsi faktiki olaraq həmin vaxtadək onun istifadəsində olmuş və hazırda da, oradan istifadə edir. Sərəncama əsasən onunla müqavilə bağlanmış və torpaq sahəsinin plan xəritəsi təsdiq edilmişdir. Həmin xəritədə də, ayrılan yaylaq sahəsinin “Qızıl qaya” olduğu göstərilmişdir. Lakin sərəncamda yaylaq sahəsinin adı texniki olaraq səhv qeyd olunmuş və orada digər icarədarın istifadəsində olan “Çaylar” yay otlaq sahəsi göstərilmişdir. Belə ki, “Çaylar” yay otlaq sahəsi (705 ha) Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının 29 iyun 2006-cı il tarixli, 209 saylı sərəncamı ilə 15 il müddətinə X2 icarəsinə verilmişdir. Bununla əlaqədar onunla müqavilə bağlanmış və ayrılmış torpaq sahəsinin plan xəritəsi təsdiq edilmişdir. Həmçinin qeyd olunan torpaq sahəsi 1996-cı ildən müqavilə əsasında Əliyusif Gülməmmədovun istifadəsində olmuşdur. Müqavilə əsasında ona “torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-1814 kod 30300001 saylı şəhadətnamə də verilmişdir. Yaylaq sahəsi Quba RİHnin balansına verildiyindən onun müraciəti əsasında Quba RİHB-nin 15 aprel 2016-cı il tarixli, 71 saylı sərəncamı ilə 705 ha torpaq sahəsi 15 il müddətinə Xaçmaz RİHB-nin sərəncamı nəzərə alınaraq Ə.Gülməmmədovun icarəsinə verilmişdir. Əliyusif Gülməmmədovun vəfatından sonra icarə müqaviləsi üzrə hüquqlar onun hüquqi varis Gülrza Gülməmmədova keçmiş və onunla yeni müqavilə bağlanmışdır. Ə.Gülməmmədova 15 aprel 2016-cı il tarixli, 71 saylı sərəncamla torpaq sahəsi icarəyə verildikdə müəyyən edilmişdir ki, Quba RİHB-nin 31 iyul 2015-ci il tarixli, 102 saylı sərəncamında texniki səhvə yol verilmiş və buna görə də, həmin sərəncama düzəliş edilərək “Çaylar” sözü “Qızıl qaya" sözü ilə əvəz edilmişdir. Hazırda faktiki olaraq İddiaçı ona icarəyə verilmiş “Qızıl qaya” yaylağından, X6 isə “Çaylar” yaylağından istifadə edir. Göstərilənlərə əsasən hesab olunur ki, iddiaçının sərəncamın etibarsız hesab edilməsilə əlaqədar irəli sürdüyü hallar əsassızdır. Sərəncamda gedən texniki səhv hesabına iddiaçının özünə hüquq əldə etməyə çalışması digər şəxsin qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına gətirib çıxarır. Halbuki iddiaçı da bilir ki, ona ayrılmış torpaq sahəsi “Qızıl qaya” yaylağı olmuş və o, əvvəllər də həmin yaylaqdan müqavilə əsasında istifadə etmişdir. Bu hallar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının 10 fevral 2007-ci il tarixli, 42/1 saylı sərəncamı, onunla bağlanmış icrarə müqavilələri, iddiaçının “Qızıl qaya” yay otlaq sahəsinin onun icarəsinə verilməsi üçün xahiş etdiyi ərizə, torpaq sahəsinin plan xəritəsi və faktiki istifadə vəziyyəti ilə öz təsdiqini tapır.

9. Məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X5 iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, sözügedən Quba şəhəri, 8 saylı “Çaylar” yay otlaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən hazırda onun icarəsindədir. Həmçinin, qeyd olunan yay otlaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 17.04.2002-ci il tarixli, 69 saylı sərəncamına və icarə müqaviləsinə əsasən 15 il müddətinə atası X2 icarəsinə verilmiş və bununla əlaqədar JN-1814 kod 30300001 saylı istifadə hüququna dair şəhadətnamə verilmişdir. Bununla əlaqədar xəritələr də mövcuddur. Həmçinin, qeyd olunan yaylağın atasına icarəyə verilməsi ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının 29 iyun 2006-cı il tarixli, 209 saylı sərəncamı da mövcuddur. O zamanlar qeyd olunan yaylaqlar Xaçmaz Rayon İcra Hakimiyyətinin balansında olduğundan sərəncamları müvafiq icra hakimiyyəti orqanı vermişdir. Sonradan “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 iyun tarixli 156 nömrəli qərarına əsasən Quba rayonu ərazisində yerləşən yay və qış otlaq sahələri Cavabdeh balansına verilmişdir. Buna baxmayaraq, hər kəs əvvəllər bağlanmış icarə müqavilələrinə əsasən icarələrində olan torpaq sahələrindən istifadə etmiş və ya həmin torpaq sahələri üzrə Rayon İcra Hakimiyyəti ilə yeni müqavilələr bağlamışlar. Atasının vəfatından sonra vərəsəsi olaraq 3-cü şəxs həmin yaylaqla əlaqədar müqavilə öhdəliklərinə əsasən qarşılıqlı razılıq əsasında yeni müqavilə bağlayaraq icarə hüquqlarını davam etdirmişdir. Həmçinin, 1996-cı ildən indiyədək onlar həmin yaylaqdan faktiki olaraq istifadə edirlər. İddiaçı iddia qaldırdığı vaxtadək buna hər-hansı pretenziyası olmamışdır. Sonradan ona məlum olmuşdur ki, İddiaçı 31 iyul 2015-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 12 iyun 2003-cü il tarixli 125 saylı sərəncamla Şərafəddin Mühyəddinova “Qızıl qaya” yay otlaq sahəsindən 640 ha icarəyə verilmiş sahənin onun adına rəsmləşdirilməsini xahiş etmişdir. Qeyd olunan ərizə əsasında Cavabdeh 31 iyul 2015-ci il tarixdə 102 saylı sərəncam vermiş və orada yaylağın adı “Qızıl qaya” əvəzinə səhvən “Çaylar” göstərilmişdir. Halbuki torpağın bütün digər göstəriciləri əvvəlki müqaviləyə uyğundur və ərizəçi özü də, faktiki istifadə etdiyi “Qızıl qaya” yaylağı ilə əlaqədar müraciət etmişdir. Həmçinin, “Çaylar” yaylağı həmin vaxt Xaçmaz RİHB-nin qüvvədə olan sərəncamına və istifadə hüququna dair şəhadətnaməyə əsasən atasına məxsus olmuşdur və onun başqa şəxsin icarəsinə verilməsi qanunla mümkün hesab edilmir. Buna görə də sonradan həmin sərəncama düzəliş edilmiş və iddiaçı tələb etdiyi yaylaqla təmin olunmuşdur. Məlumat üçün bildirilir ki, X1 adına Xaçmaz RİHB-nin 12.06.2003-cü il tarixli, 125 saylı sərəncamına əsasən “Qızıl qaya” yay otlaq sahəsindən 640.0 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və bununla əlaqədar Torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 5410 kod 30200001 saylı şəhadətnamə tərtib edilmişdir. Bundan sonra Xaçmaz RİHB 10 fevral 2007-ci il tarixli, 42/1 saylı sərəncamıyla yuxarıda qeyd olunan sərəncama qismən dəyişiklik edərək, həmin torpaq sahəsini İddiaçı icarəsinə verilmiş və bununla əlaqədar tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Yəni həmin yaylaq sahəsi 2022-ci il tarixədək İddiaçı icarəsinə verilmişdir. Sonradan mülkiyyətçi dəyişdiyindən o, yeni müqaviləni həmin yaylaq əsasında Quba RİHB ilə bağlamış və arxiv sənədlərindən də görünür ki, ona “Qızıl qaya” yaylağı ilə əlaqədar xəritə təsdiq edilərək verilmişdir. Həmçinin Xaçmaz RİH-də də iddiaçıya verilmiş torpaq sahəsinin xəritəsi mövcuddur. Cavabdeh 31 iyul 2015-ci il tarixdə 102 saylı sərəncamı verilərkən “Çaylar” yaylağı qanuni əsaslarla atasının icarəsində olmuşdur. Həmin yaylaq üzrə başqa şəxsin adına sərəncam verilə bilməzdi. Yaylaq sahəsi faktiki olaraq da 1996-cı ildən 3-cü şəxsin istifadəsində olmuşdur. İddiaçının həmin yaylaqla hər-hansı bir hüquqi bağlılığı olmamışdır. Onların istifadə etdiyi yaylaq qonşuluqda yerləşən “Qızıl qaya” yaylağı olmuşdur.

10. İşə məhkəmədə baxılan ərəfədə Cavabdeh 12.11.2021-ci il tarixli, 104 nömrəli sərəncamı ilə iddiaçı tərəfindən ləğvi tələb edilən qərar inzibati orqanın özü tərəfindən ləğv edilmişdir.

11. Qeyd edilənə əsasən, Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(118)-1466/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov)

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, hazırkı vəziyyətdə 31 iyul 2015-ci il tarixli 102 saylı sərəncamın ləğv edilməsi üçün heç bir hüquqverici əsas mövcud olmamışdır. Belə ki, sözügedən sərəncamın, nə də icarə müqaviləsinin şərtləri onun tərəfindən pozulmamışdır. Sərəncamda qeyd edilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan və ya məhkəmə qaydasında ləğv edilə bilər. Hansı qanunsuz inzibati aktdan söz gedə bilər. Beş ildir ki, sözügedən sərəncama əsasən icarəyə götürmüş olduğu torpaq sahəsinin vergiləri tərəfindən ödənilərək həmin torpaq sahəsindən adiyyəti üzrə istifadə etdiyi müddətdə sərəncam qanuni olub, sərəncamın ləğv edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etdiyi halda sərəncam qanunsuz hesab edilib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlərr. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılan hallarından görünür ki, Cavabdeh başçısının 31.07.2015-ci il tarixli, 102 saylı sərəncamı ilə Quba rayonu ərazisində yerləşən “Çaylar” yay otlaq sahəsindən 640.0 ha ərazi ayrılaraq 15 il müddətinə İddiaçı istifadəsinə verilmiş, 22.04.2016-cı il tarixli, 80 saylı sərəncama əsasən, RİHBnın 102 saylı 31.07.2015-ci il tarixli sərəncamına qismən dəyişiklik edilərək, sərəncamda göstərilən “Çaylar” sözü “Qızıl qaya” sözü ilə əvəz edilmişdir.

20. İddiaçı 31.07.2015-ci il tarixli sərəncama dəyişikliyin edilməsinə dair 22.04.2016cı il tarixli sərəncamla razılaşmadığından onun ləğvinə dair iddia qaldırmışdır.

21. İşə birinci instansiya məhkəməsində baxılan ərəfədə Cavabdeh 12.11.2021-ci il tarixli, 104 nömrəli sərəncamı ilə “Çaylar” yay otlaq sahəsindən 640.0 ha ərazinin 15 il müddətinə İddiaçı istifadəsinə verilməsinə dair Cavabdeh başçısının 31.07.2015-ci il tarixli, 102 saylı sərəncamı, həmçinin qeyd edilən sərəncama dəyişiklik edilməsinə dair 22.04.2016-cı il tarixli sərəncamı ləğv edilmişdir.

22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 4.1-ci bəndində qeyd edildiyi kimi, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

23. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

24. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda cavabdehin özü tərəfindən ləğv edilmiş 22.04.2016-cı il tarixli sərəncamın məhkəmə qaydasında ləğvinə dair iddiaçının hüquqi marağı artıq ortadan qalxmışdır. İddia tələbinə hüquqi maraq müəyyən olunmadıqda isə iddia mümkün sayılmamalıdır.

26. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

27. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin 12.11.2021-ci il tarixli, 104 nömrəli sərəncamının qanuniliyi məsələsini mübahisələndirir. Halbuki qeyd edilən sərəncam hazırkı mübahisənin predmeti deyildir. Bununla əlaqədar iddiaçının müstəqil qaydada iddia qaldırmaq hüququ vardır.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(118)-1466/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar