Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-224/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində X2 işləməsi zamanı aldığı əmək haqqını indeksləşdirərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyanın məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin əsl ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)- 1395/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində X1 işləməsi zamanı aldığı əməkhaqqını indeksləşdirərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)- 1395/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
3. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun tarixli 2-1(105)-334/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya şikayət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolegiyasının 24 oktyabr 2018-ci il tarixli 2-1(102)-1551/2018 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır,
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)- 1395/2018 nömrəli qərarı icraya yönəldilərək icra edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1395/2018 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəzlənmişdir.
7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati Məhkəməsinə **********8 nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində X1 işləməsi zamanı aldığı əməkhaqqını indeksləşdirərək, xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İşin faktiki hallarına əsasən şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2004-cü il tarixli 78 nömrəli qərarı ilə xx.xx.1957-cı il təvəllüdlü E.Eyvazova İİ qrup ÇAES əlili kimi pensiya təyin edilmişdir. E.İ.Eyvazovun şöbəyə daxil olmuş xx.xx.2017-ci il tarixli 327-06 nömrəli arxiv arayışı əsasında 1987-ci il aprel ayı üzrə 6898,25 rubl, iyun ayı üzrə 8345,25 rubl və iyul ayı üzrə 9726,35 rubl əməkhaqqı əsas götürülməklə əmək pensiyası yenidən hesablanmışdır. Digər aylara münasibətdə əməkhaqqı cədvəlləri qeyd edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)-1395/2018 nömrəli qərarında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğ dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin Qanunun 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş 26.2-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses İştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İş üzrə icraatın təzələnməsi üçün əsaslan təqdim edilir: E.İ.Eyvazov tərəfindən təqdim edilmiş əməkhaqqı cədvəlləri bilərəkdən saxtalaşdırımışdır. Belə ki, sözügedən faktın müəyyən olunması məqsədilə saxtalaşdırıldığı ehtimal olunan əməkhaqqı arayışlarının mötəbərliyinin yoxlanılması məqsədilə X5 müvafiq sorğu göndərilmişdir. Nazirliyə xx.xx.2021-ci il tarixdə daxil olmuş X3 Çerniqov bölgəsindəki Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1582 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktına əsasən Çerniqov şəhər Şurasının Arxiv şöbəsi tərəfindən arxiv arayışı verilməmiş və imzalanmamışdır. E.İ.Eyvazovun müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Həmçinin, qeyd edilir ki, hazırkı iş üzrə ərizəçi olan Fondun Abşeron rayon şöbəsinin (xidmət nümayəndəliyinin) əsl ərizəçi ilə əvəz edilməsi zərurəti yaranmışdır.
9. İddiaçının vəkili ərizəyə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2-1(85)-1395/2018 saylı qərarı ilə İddiaçı oğlunun iddia tələbi təmin edərək Çemobl ASD-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar 1987-ci ildə Çerniqov bölgəsində X2 işləməsi zamanı aldığı əmək haqqını indeksləşdirərək xx.xx.2018-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron Rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, daha sonra isə apelyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti də təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)-1395/2018 saylı qərarı qüvvədə saxlanmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilmişdir. Daha sonralar məlum olmayan səbəblərdən inzibati orqan tərəfindən İddiaçı oğlunun təqdim etdiyi arayışın yenidən yoxlanması qərara alınmış, bununla bağlı Ukrayna Respublikasının Pensiya Fonduna müraciət edilmişdir. Müraciətin cavabı ərizəçinin ünvanına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Təqdim edilən aktda sənədin saxtalaşdırılması ilə bağlı heç bir məlumat əks etdirilməsə də, yalnız ərizəçi arayışın saxtalaşdırlması barədə əvvəlcədən əsası olmayan qənatə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin Maddə 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İlkin icraat zamanı iş üzrə sübutların və ya halların əldə edilməsi ərizəçi üçün heç bir məhdudiyyət olmamışdır. Həmin dövrdə də Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyinin Ukrayna Respublikasının müvafiq dövlət orqanlarına müraciət etmək imkanı olub. İddiaçı oğlu tərəfindən təqdim olunmuş arayışın mötəbərliyinin yoxlanması üçün bütün imkanlar olduğu halda inzibati orqan tərəfindən belə bir müraciət edilməyib. Daha sonra 2019-cu ilin əvvəllərində Azərbaycan Respublikası Hesablama Palatasının auditinin, 2019-cu ilin sonlarında DSMF-nin daxili auditinin aparmış olduğu yoxlamalarda iş üzrə hər hansı qüsur aşkar edilməmişdir. Göründüyü kimi sübutun ərizəçidən aslı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını təsdiq edən heç bir sübut mövcud deyildir və ərizəçi tərəfindən təqdim edilməmişdir. İPM-nin 103.1-cü mədəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Ukrayna Respublikasının Pensiya Fonduna Müraciətin cavabı ərizəçinin ünvanına xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı ərizə isə 29 iyun 2022-ci il tarixdə yazılmış, beləliklə Məcəllə ilə müəyyən edilmiş 3 ay müddət də buraxılmışdır. İPM-nin 103.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 103.1-ci madəsində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra bir neçə dəfə DSMF Abşeron rayin şöbəsində yoxlamalar aparılmış, lakin hər hansı bir çatışmamazlıq aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-1395/2018 nömrəli qərardadı ilə (hakim Ceyhun Məmmədov) ərizə təmin edilməmişdir.
11. Qərardaddan cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. E.İ.Eyvazov əmək pensiyasının yenidən hesablanması barədə inzibati orqana müraciət etmiş, xx.xx.2018-ci il tarixli 20/1645 №-li məktubla inzibati orqan tərəfindən Qanunun 26.3-1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək pensiyaya çıxmış şəxslərin əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci ilin 01 iyul tarixindən yenidən hesablanması, eyni zamanda, ərizədə qeyd olunan tələblə əlaqədar olaraq Qanunun vaxtilə qüvvədə olmuş 26.2-ci maddəsinin hazırda Qanundan çıxarıldığından pensiyanın yenidən hesablanmasının qeyri-mümkün olduğu bildirilmişdir. Sözügedən iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, bütün məhkəmə qərarlarında iş materiallarına əlavə edilmiş sənədlər kimi vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, TSEK-in 103133 №-li arayışı, xx.xx.2017-ci il tarixli (320-06 və 327-06 saylı) arxiv arayışları göstərilmişdir. Bununla belə, qərarların əsaslandırma hissəsində iddiaçı E.İ.Eyvazovun pensiyasının ötən dövrlərdən yenidən hesablanması ilə bağlı qüvvədə olmuş və ya qüvvədə olan qanunvericiliklə əsaslı mübahisələndirmələrin aparılmadığı məlum olmuş, qeyd olunan arxiv arayışlarına istinad edilməklə qərarlar qəbul edilmişdir. Həmçinin rnüəyyən edilmişdir ki, məhkəmələrdə yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli 320-06 və 327-06 saylı arxiv arayışları barədə heç bir zəruri tədqiqat işləri aparılmadan, o cümlədən həmin arayışların həqiqiliyi və etibarlılığı yoxlanılmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qərardadda göstərdiyi nəticələr işin hallarına uyqun gəlməmişdir. Belə ki, Mərkəzi Filial tərəfindən X4 Çerniqov bölgəsindəki Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1582 nömrəli pensiyaların təyin edilməsi (yenidən hesablanması) üçün verilmiş arayışlar üzrə iş faktının etibarlılığının və əsaslılığının qarşılıqlı yoxlanılması aktı və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu məhkəmə tərəfindən iş materiallarına əlavə edilməsinə baxmayaraq heç bir münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş saxtalaşdırıldığı ehtimal olunan iş stajı və əməkhaqqı arayışları əsasında Fondun keçmiş Abşeron rayon şöbəsi vasitəsilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində İddiaçı oğlunun plastik kart hesabına faktiki köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 200419,96 manat təşkil etmişdir. Keçirilmiş məhkəmə iclasında İddiaçı oğlu iştirak etmiş və şifahi qaydada ilkin təyinat zamanı təqdim etdiyi sənədlərin düzgün olduğunu, lakin pensiyanın yenidən hesablanması zamanı təqdim etdiyi arxiv arayışının saxta olduğunu bildirmişdir. Məhkəmə qərardadında iddiaçının etirafına heç bir münasibət bildirilməmiş, hüquqi qiymət verilməmişdir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Lakin qeyd etmək lazımdır ki, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Bu səbəbdən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)-1395/2018 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır...
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
Maddə 101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır.
Maddə 102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.
Maddə 103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət
103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə 107. Yeni açılmış hallar üzrə icraat 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. 107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması.
20. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, ərizəçi mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmiş, qanunvericiliklə müəyyən edilmiş və bərpası istisna olunan prosessual müddəti ötürmüşdür.
21. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Eyni zamanda qanunverici şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı kimi faktların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş olmasını zəruri şərt kimi müəyyən etmişdir.
22. Göründüyü kimi cavabdeh tərəfindən icraatın təzələnməsi üçün Qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirilməmişdir.
23. İPM-in 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunverici yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün konkret müddətlər müəyyən etmişdir.
25. Belə ki, İPM-in 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
26. Qeyd olunan normaya bu cür ərizənin, yeni sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilməsini mümkün saymışdır.
27. İş materiallarından isə görünür ki, ərizəçi istinad etdiyi halların ona məlum olduğu vaxtdan üç ay ərzində məhkəməyə müraciət etməmişdir.
28. Eləcə də, hazırki iş üzrə mübahisə edilən qərarın qəbulu hər hansı məhkəmə hökmü ilə şərtləndirilmədiyi üçün, həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə də verilə bilməz.
29. Ərizəçi isə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan (xx.xx.2018) 3 ildən artıq müddət keçdikdən sonra (xx.xx.2022) məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmişdir.
30. Belə ki, qanunverici birmənalı şəkildə qeyd etmişdir ki, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin, (yəni yeni sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən üç ay və qərarın qanuni qüvvəyə mindiyi vaxtdan üç il keçdikdən sonra) buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
31. Göründüyü kimi, qanunverici, mövcud məsələ ilə bağlı prosessual müddətlərin ötürüldüyü halda, həmin müddətlərin bərpasını qadağan edir.
32. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(85)-1395/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.