Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-257/2023 07.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X21 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2- 1(118)-3413/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli DVX seriyalı 012022 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2022-ci il tarixli **********3545 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında qərara əsasən 1.000(bir min) manat məbləğində cərimə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddiasını dəqiqləşdirərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********3545 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 012022 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2022-ci il tarixli **********3545 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında qərara əsasən 1.000(bir min) manat məbləğində cərimə edilmişdirlər. Həmin qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli, **********166600 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Buna görə də sözügedən qərarların qanunsuz və əsassız olduğunu hesab etdiklərindəndən ləğv edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Belə ki, xx.xx.2022-ci il tarixində Şahdağ Milli Parkının Şamaxı bölməsinin Dədəgünəş meşəbəyliyi (Pirqulu-Dəmirçi şosesi) ərazisində yerləşən İddiaçı restoranına gəlmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin X11 və X15 adlı əməkdaşları restoranda əyləşib mürəbbə ilə çay içdikdən sonra onlara xidmət göstərən ofisantı çağıraraq hesabı istəmişlər, ofisant isə hesabın 25 manat olduğunu bildirdikdən sonra həmin şəxslər çayın pulunu ödəyərək yemək üçün nə olduğunu soruşmuşlar, həmçinin ayaqyoluna gedibqaydacaqlarını sonra yemək sifariş edəcəklərini bildirmişlər. Bundan sonra onlara xidmət göstərən ofisant onlardan aldığı pulu hesab qabının içində gətirərək kassirin stolunun üzərinə qoymuş, lakin həmin vaxt kassir yerində olmadığından, eyni zamanda pulu qəbul etmədiyindən kassaya vuraraq kassa mədaxil orderini çek-qəbzin çıxarmamışdır. Ofisant pulu hesab qabının içində kassirin stolunun üzərinə qoyub getdikdən təxminən 1-2 dəqiqə sonra yuxarıda adları qeyd edilmiş Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları otağa daxil olaraq heç bir səlahiyyət və hüquqları olmadan kassa aparatına müdaxilə etmişlər, sonra isə tam əsassız və qanunsuz olaraq cərimə yazmışlar. Tərtib edilmiş akt və protokolla razılaşmadıqlarından, həmçinin yazılmış cərimənin əsassız və qanunsuz olduğunu hesab etdikləri üçün imza etməkdən imtina etmişdirlər. Qeyd edilənlər restoranın müşahidə kameraları vasitəsi ilə də qeydə alınmışdır və həmin video görüntüləri məhkəmə prossesində təqdim ediləcəkdir. Yuxarıda da qeyd edildiyi kimi Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin X13 və X15 adlı əməkdaşları onlara xidmət göstərən ofisanta çay və mürəbbənin pulunu verdikdən sonra ofisantı aldadaraq yemək üçün nə olduğunu soruşmuşlar və ayaqyoluna gedibqayıdacaqlarını sonra yemək sifariş edəcəklərini bildirmişlər. Eyni zamanda ofisant onlardan aldığı pulu hesab qabının içində gətirərək kassirin stolunun üzərinə qoyan zaman kassir yerində olmadığından və pulu qəbul etmədiyindən kassaya vuraraq kassa mədaxil orderini çekqəbzini çıxarmamışdır. Göründüyü kimi Dövlət Vegi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları ofisantı aldatdıqlarından, ofisantın həmin şəxslərin yemək də sifariş edəcəklərini, hesabı sonda təqdim edəcəyini düşündüyündən, həmçinin kassir yerində olmadığından pulu qəbul edib kassaya mədaxil etmədiyinə görə çek-qəbz çıxarılmamışdır. Belə ki, adından da göründüyü kimi kassa mədaxil çek-qəbzi pul kassaya mədaxil edildikdən sonra verilir. İndiki halda isə video görüntülərdən də göründüyü kimi kassir vergilər idarəsinin əməkdaşlarından sonra kassanın yanına gəlir, həmçinin vergi idarəsinin əməkdaşları kassaya qanunsuz müdaxilə edən zaman da onlardan alınmış pul hesab qabının içində stolun üzərində qalmış vəziyyətdə olur. Bundan başqa qeyd edilməlidir ki, İqtisadiyyat nazirliyi yanında Dövlət Vegi Xidməti Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında xx.xx.2022ci il tarixli, **********6807 nömrəli qərardan da göründüyü kimi xx.xx.2022-ci il tarixli qərara dəyişiklik edilərək vergi idarəsinin əməkdaşları X12 və X2 adları çıxarılaraq X11 və X9 adları əlavə edilmişdir. Bu isə özlüyündə Dövlət Vergi Xidmətinin 4 saylıƏrazi Vergilər İdarəsinin əməkdaşlarının qərəzli münasibətinin göstəricisidir. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixindən "xxxx" MMCnin direktoru X3masına baxmayaraq (əmək müqaviləsi bildirişi əlavə edilir) yazılmış cərimə "xxxx" MMC-nin direktoru kimi X5 adına yazılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, xx.xx.2022-ci il tarixli **********3545 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında qərar qanunsuz olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməlidir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
4. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamə göstəricilərinin vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektinin faktiki iqtisadi göstəricilərinə uyğun gəlmədiyindən 4 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra - İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********2884 nömrəli qərarına əsasən İddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1i ünvanda yerləşən "xxxx" adlı restoranda İdarənin əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:15-də həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı alınmış 1 (bir) çaynik çaya görə (mürəbbə ilə) 25 manat ödəniş olunduğu lakin ödəniş müqabilində nəzarət-kassa aparatına çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi, uçotdan yayındırılmış məbləğin həmin tarixdə saat 11:30-da nəzarət-kassa aparatına 1 nömrəli çeklə bərpa edilərək, operativ vergi nəzarətinin nəticəsinin xx.xx.2022-c il tarixli DVX seriyalı 012022 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməmişdir. Tərtib edilmiş akt idarənin xx.xx.2022-ci il tarixli **********221800 nömrəli məktubı (əlavə olunur) ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kim qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış ve elektron qutuda xx.xx.2022-ci il tarixdə saat 21:03-də oxunmuşdur. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.7-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. İddiaçının ünvanına barəsində qəbul ediləcək qərar üzrə yoxlama materiallarına xx/xx/2022-ci il tarixdə, saat 10:00-da 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında baxılacağı barədə xx.xx.2022-ci il tarixli **********221800 nömrəli bildiriş göndərilməsinə, həmin bildirişdən məlumatlı olmasına baxmayaraq vergi ödəyicisi materiallara baxılmasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılaraq, tərtib edilmiş akt əsasında İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3545 nömrəli qərar (əlavə olunur) qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə İdarənin xx.xx.2022-ci il tarixli **********497700 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış və elektron qutuda xx.xx.2022-ci il tarixdə saat 11:02-də oxunmuşdur. İddiaçı "xxxx" MMC vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə inzibati qaydada şikayətlər verərək operativ vergi nəzarət tədbirinin nəticələri ilə razı olmadığını və əsassız tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətində inzibati şikayətlərə baxılaraq, “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166600 saylı inzibati qərar qəbul edilmişdir. Həmin qərara əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2022-ci il tarixli DVX seriyalı 012022 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3545 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. İddiaçının inzibati şikayətə baxılan zaman inzibati araşdırmaya təqdim etdiyi video görüntülərdən də göründüyü kimi ofisiant tərəfindən 25 manat pul nəzarət-kassa aparatının olduğu stola qoyulmuş, həmin vaxt kassir yerində olmadığı üçün 25 manat pul stolun üzərində kassaya mədaxil olmadan qalmışdır. Eyni zamanda, video görüntülərə baxan zaman iddiaçının iddia ərizəsində bildirdiyi kimi vergi orqanı əməkdaşlarının 1 dəqiqədən az müddətdə deyil, 4 dəqiqə sonra kassaya yaxınlaşdıqları, özlərini təqdim etdikləri, qeyd olunan 25 manat məbləği kassaya mədaxil etdikləri müşahidə edilmişdir. Bundan başqa, vergi orqanı əməkdaşları yemək yeyəcəklərini deməklə ofisiantı aldatmaları, pulu verdikdən sonra yemək üçün nələrin olduğunu soruşmaları, ayaqyolundan qayıtdıqdan sonra şifariş vercəkləri ilə bağlı Cəmiyyət tərəfindən inzibati araşdırmaya heç bir sübut təqdim edilməmiş və video görüntülərdə də bununla bağlı qeyd olmamışdır. Həmiçinin, inzibati araşdırma zamanı oda müəyyən olunmuşdur ki, 4 saylı ƏVİ-nin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7110 nömrəli qərarına əsasən Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2i ünvanda yerləşən "xxxx" adlı restoranda idarənin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı alınmış müştəri tərəfindən alınmış 1 ədəd samovar çayı 25 manat, 1 ədəd mürəbbə 7 manat, servis xidməti 5 manat olmaqla, ümumilikdə 37,0 manat pulun müqabilində çek verilmədiyi, həmin məbləğin 1 nömrəli çeklə nəzarət-kassa aparatına bərpa edildiyi, operativ vergi nəzarətinin nəticəsinin xx.xx.2021-ci il tarixli DVX seriyalı 002389 nömrəli “Əhali ilə pul hesablaşmlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi, 4 tərtib edilmiş akt əsasında İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7618 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi 2021-2022-ci illərdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı hər iki halda yayındırılmış məbləğlər 1 saylı çeklə nəzarət-kassa aparatına bərpa edilmişdir. Bu da ona dəlalət edir ki, Cəmiyyət tərəfindən nəzarət-kassa aparatı mütəmadi olaraq istifadə olunmur. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsi olduğu halda, İddiaçı tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin direktorunun X4masına baxmayaraq (əmək müqaviləsi bildirişi əsasında) yoxlama materiallarında "xxxx" MMC-nin direktoru kimi X5 qeyd olmasına dair gətirdiyi dəlilinə münasibətdə qeyd edirlər ki, "xxxx" MMC-nin qeydiyyat məlumatlarında onun qanuni təmsilçilik funksiyasına malik X1r. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Göründüyü kimi müəssənin direktoru dəyişdikdə bu dəyişiklik mütləq şəkildə vergi orqanında dövlət qeydiyyatına alınmalıdır və işçinin əmək müqaviləsi bildirişində vəzifəsinin Direktor olması onun müəssənin qanuni təmsilçilik funksiyasına malik Direktor olması demək deyil.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
5. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-3413/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********3545 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv edilməsi qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar maddi hüquq nоrmаlаrının və уа prosessual hüquq normalarının pozulması və уа düzgün tətbiq еdilməməsi ilə qəbul edilmişdir. Şikayətdə müvafiq normalara istinad edilməklə göstərilir ki, inzibati məhkəmədə işə baxılan zaman işdə оlan sübutlar əsasında məhkəmə müəyyən еtmişdiг ki, müştəri tərəfindən göstərilən хidmətə görə nağd pul vəsaiti iddiaçıya ödənilib, lakin kassir уеrində olmadığından və həmin nağd pul vəsaiti kassaya mədaxil olunmadığından kassa çeki müştəriyə təqdim edilməmişdir. Göründüyü kimi məhkəmə vergi qanunvericiliyinin məsuliyyət nəzərdə tutan müvafiq maddi normasını düzgün təfsir еtməуərək yekunda düzgün olmayan nəticəyə gəlmişdir. Vergi huquqpozuntularına görə məsuliyyə nəzərdə tutan hüquq nоrmaları fоrmаl tərkiblidir. Веlə ki, Vеrgi Məcəlləsinin 58.7-ci maddəsinin dispozisiyasına görə vеrgi ödəyicisi sahibkarlıq fəaliyyətini, nəzarətkassa араrаtlаrı və уа ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət kassa араrаtlаrı qurаşdırılmаdаn, qanunvericiliklə müаууən edilmiş fоrmаlаrа uyğun ciddi hesabat blankları оlmаdаn və уа nağd ödənilmiş məbləği mədaxil еtmədən), vergi оrqаnlаrındа qeydiyyatdan keçirilməmiş və уа tехniki tələblərə cavab vеrməyən, о сümlədən bu Мəcəllənin 50.8-ci maddəsində sаdаlаnan tələblərə cavab vеrməуən çek təqdim еdən nəzarət-kassa араrаtlаrından istifadə еtməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə еtmədən və уа müəyyən olunmuş qaydada təsdiq оlunmuş fоrmаlаrа uуğun оlmауаn ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hеsаblaşmalarının араrırsa аrtıq (əhaİi ilə) pul hesabİaşmalarının aparılması qaydalarını pozmuş hesab edilir. Vеrgi hüquq pozuntusuna yol vermiş şəxs təгəfindən Vеrgi Məcəlləsinin 54-cü maddəsina uyğun olaraq vergi qаnunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etməni istisna edan hаllаr yoxdursa vergi ödəyicisi vergi qanunvericiliyinin pozuİmasına görə məsuliyyətə сəlb edilir. Hazırki iş üzrə Мəhkəmənin mövqеуi ondan ibarət olmuşdur ki, müştəridən qəbul edilmiş nağd pul kassir уеrində olmadığından kassaya mədахil edilməmiş və bu səbəbdən də müştəriyə kassa çeki təqdim edilməmişdir. Məhkəmənin bu mövqeyi əsaslı hesab oluna bilməz ona görə ki, kassirin уеrində olmaması və pulun kassaya mədaxil edilməməsi və buna görə də kassa çеkinin təqdim edilməmasi iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb еtməni istisna еdən hal hesab edilə bilməz. Əgər Мəhkəmənin məntiqi ilə yanaşsaq burdan belə nəticəyə gəlmək olarki, ictimai iaşə уеrlərində xidmət göstərən vergi ödəyicisinin kassirinin bütün iş günü iş yerində olmadığı halda vergi ödəyicisi müştərilərə kassa çeki təqdim etməyə bilər. Vеrgi qanunvericiliyinin yuxarıda qeyd оlunan maddələrinin məzmununa görə hazırki iş üzrə müştəri rеstоrаndа göstərilmiş xidmətə görə nağd və уа nağdsız ödənişi edən zaman müştəriyə dərhal vergi ödəyicisi tərəfindən Vеrgi Мəcəlləsinin tələblərinə uуğun kassa çeki təqdim edilməlidir. Əks təqdirdə bu hal vегgi hüquq pozuntusu hesab ediləcək. 2) Мəhkəmə tərəfindən müəyyən оlunmuş hesab edilən iş üçün əhəmiyyətli оlаn halların birinci instаnsiуа məhkəməsi tərəfindən sübut оlunmаmаsı. Mülki Prosessual Məcəllənin 389-cu maddəsinə əsasən Məhkəmə təгəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli оlаn halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi о hаllаrdа olur ki, iş üzrə mövсud оlаn faktlar qətnаmədə və yа qərаrdаddа qаnunlа göstərilən sübutlaгİa təsdiq еdilmiг va уа qеуrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Hazırki iş üzrə məhkəmə qararında qeyd edir ki, "...Mülki hüquq münasibətləri davam еdən zаmаn, уəni müqavilə münasibətləri baxımından tərəflərin irаdə ifadəsinin уеkunlaşmadığı, müqavilənin bağlanmış hesab оlunmadığı halda, vergi öhdəliklərindən уаrаnan vəzifələrdən söhbət gedə bilməz. Göründüyü kimi Dövlət Vergi Хidmətinin 4 saylı Ərazi Vеrgilər İdаrəsinin əməkdaşları ofisantı aldatdıqlarından, оfisаntın həmin şəxslərin yemək də sifariş edacəklərini, hеsаbı sonda təqdim еdəcəyini düşündüyündən, həmçinin kassir yerində olmadığından pulu qəbul edib kassaya mədaxil еtmədiyinə görə çek- qəbz çıxarılmamışdır. Belə ki, аdındаn da göründüyü kimi kassa mədaxil çek-qəbzi pul kassaya mədaxil edildikdən sоnrа vеrilir." Məhkəmə bu nəticəyə gələrkən sadəcə iddiaçının nümayəndəsinin verdiyi izahata əsaslanmışdır. Halbuki vergi оrqаnı əməkdaşlarının çayın pulunu ödədikdən sоnrа yemək üçün nə olduğunu soruşmalarını, iddiaçının işçilərini aldatması və s. hallar iş olan hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Bundan başqa, əgər çüştəri çaya görə hesab istəyib müvafiq ödənişi etmişdisə, (hansıki Məhkəmənin mövqeyi belə olub) о zaman iddiaçı kassa çekini təqdim etməliydi. Мəhkəmə iclas ргоtоkоlundаn da göründüyü kimi operativ vergi nəzarətini həyаtа kеçirmiş vergi огqаnı əməkdaşları məhkəmədə izahat vеrərək bildirmişlər ki , xx.xx.2022-ci il tarixdə saat 11:15-də həyata keçirilmiş ореrаtiv vergi nəzarəti tədbiri zamanı alınmış (bir) çaynik çауа görə (mürəbbə ilə) 25 manat ödəniş edilmiş, İakin ödəniş müqabilində nəzаrət-kassa aparatına çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi, uçotdan yayındırılmış məblağin həmin tarixdə saat 11:З0-da nəzarət-kassa араrаtınа 1 nömrəli çeklə bərpa edilərək, operativ vergi nəzarətinin nəticəsinin xx.xx.2022-ci il tarixli DVX seriyalı 012022 nömrəli "Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyati haqqında" aktla rəsmiləşdirilmişdir. Нəmçinin çау içdikdən sоnrа ofisiantı aldadaraq yemək yeyəcəklərini bildirmələri va daha sоnrа ayaqyoluna getmələri həqiqəti əks etdirmir və vergi ödəyicisinin vergi məsuliyyətindən bоуun qaçırmaq üçün özünümüdafiə хагаktегi daşıyır. Lakin, məhkəmə nədənsə iddiaçının (hansıki işdə olan hər hansı mötəbər sübutla təsdiq olunmur) izahatını əsas götürərək iddianı təmin etmişdir. Məhkəmənin cavabdehin mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri еdаn faktiki şərtlərin mövcudluğunu sübut edə bilməməsindən ibarət dəlilinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2022-ci iİ tаriхdə saat 11:15-də həуаtа keçirilmiş operativ vergi nəzarati tədbiri zamanı alınmış 1 (bir) çaynik çауа görə (mürəbbə ilə) 25 manat ödəniş olunduğu, lakin ödəniş müqabilində nəzarət-kassa aparatına çek vurulmadığı və müştəriyə təqdim edilmədiyi, uçotdan yayındırılmış məbləğin həmin tarixdə saat 11:30-da nəzarət-kassa aparatına 1 nömrəİi çeklə bərpa еdilərək, operativ vеrgi nəzarətinin nəticəsinin xx.xx.2022ci iİ tarixli DVX seriyalı 012022 nömrəli ''Əhаli ilə pul hesablaşmalarının aparılması qaydalarına riауət olunması vəziyyəti haqqında" aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmamış və bir nüsxəsi qəbul edilməmişdir. Тərtib edilmiş akt idarənin xx.xx.2022-ci il tarixli **********221800 nömrəli məktubu (əlavə оlunur) ilə vergi ödəyicisinin vегgi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan gеri qayıtmamış və еlеktrоn qutuda xx.xx.2022-ci il tаriхdə saat 21:03-də oxunmuşdur. İddiaçının ünvanına barəsində qəbul еdiləсək qərаr üzrə yoxlama materiallarına xx.xx.2022-ci il tarixdə, saat 10:00-da 4 saylı Ərаzi Vеrgilər İdаrəsinin inzibati binasında baxılacağı barədə xx.xx.2022-сi il tarixli **********221800 nömrəli bildiriş göndərilməsinə, həmin bildirişdən məlumatlı olmasına bахmауаrаq vеrgi ödayicisi mаtеriаllаrа baxılmasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılaraq tərtib edilmiş akt əsasında idarə tərəfindən "Vегgi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2022-сi il tarixli **********3545 nömrəli qərаr (əlavə olunur) qəbul olunaraq, vergi ödəуiсisinə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərаr və "Vergi borcunun, fаizləriп, mаliууə sanksiyalarının məbləğlərinin, inzibati сərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırıİması barədə" Tələbnamə İdarənin xx.xx.2022-ci iİ tаriхli **********497700 nömrəli məktubu ilə vеrgi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sоnuncu ünvan kimi qeyd olunmuş ünvаnа və еlеktrоn qutusuna göndəгilmiş, məktub poçtdan geri qayıtmamış və еlеktrоn qutuda xx.xx.2022-ci il tаriхdə saat 11:02-da oxunmuşdur. İş materiallarında оlаn iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş video mаtеriаldаn da göründüyü kimi ofisiant təгəfindən 25 manat pul nəzarat-kassa араrаtının olduğu stola qoyulmuş, həmin vaxt kassir yerində olmadığı üçün 25 manat pul stolun üzərində kassaya mədaxil olmadan qaİmışdır. Eyni zamanda, video görüntülərə baxan zaman iddiaçının iddia ərizəsində bildirdiyi kimi vergi оrqаnı əməkdaşlarının 1 dəqiqədən az müddətdə deyil, 4 dəqiqə sоnra kassaya yaxınlaşdıqları, özlərini təqdim etdikləri, qeyd olunan 25 manat məbləği kassaya mədaxil etdiklari müşahidə edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. ... 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; 15.2. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri 13.2.56. ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti; Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: ...24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə ... borcludur Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; ...50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı;... Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, ...əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində ...maliyyə sanksiyası tətbiq edilir.
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmiş, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
16. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli DVX seriyalı 012022 nömrəli akta əsasən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3545 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar barədədir. İddiaçı həmin qərarları mübahisələndirir.
17. Hazırkı işin hallarından görünür ki, iddiaçı məhz operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı əməkdaşlarının ofisiantı aldatması və eyni zamanda kassir yerində olmadığı üçün pulu qəbul edib kassaya mədaxil etmədiyindən, həmçinin vergi orqanı əməkdaşları qısa müddətdə kassaya yaxınlaşaraq, kassirin gələrək kassaya pulu mədaxil etməsinə şərait yaratmadan qanunsuz cərimə yazmaları hallarına istinad etmiş, məhkəmə araşdırması zamanı iddiaçının təqdim etdiyi video yazıya baxış, habelə şahid ifadələri ilə iddiaçının dəlilləri qismən öz təsdiqni tapmışdır ki, həmin dəlillər də iddiaçının məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi üçün kifayətedici olmuşdur.
18. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə araşdırılmış və cavabdeh tərəfindən təkzib edilməyən işin halları ilə müəyyən olunur ki, həqiqətən vergi orqanının əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:15-də həyata keçirilmiş operativ vergi nəzarət tədbiri zamanı alınmış 1 (bir) çaynik çaya görə (mürəbbə ilə) 25 manat edilmiş ödənişi qəbul etmiş ofisant pulu hesab qabının içində kassirin stolunun üzərinə qoyub getdikdən qısa müddət sonra (iddiaçı bunun 1-2 dəqiqə olduğunu iddia edir, cavabdeh isə 4 dəqiqə olduğunu bildirir) vergi orqanının əməkdaşları nəzarət-kassa aparatı olan yerə yaxınlaşaraq özlərini təqdim etməklə müvafiq məbləği saat 11:30-da nəzarət-kassa aparatına 1 nömrəli çeklə bərpa edilməsini həyata keçirmişlər. Vergi ödəyicisinin kassirinin istər ofisant pulu hesab qabının içində kassirin stolunun üzərinə qoyduğu, istərsə də vergi orqanının əməkdaşları nəzarət-kassa aparatı olan yerə daxil olduqları zaman yerində olmaması isə işin mübahisəsiz halıdır.
19. İşin yuxarıda qeyd edilən halları baxımından məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərini əsassız hesab etməklə bu nəticəyə gəlir ki, hazırkı halda vergi orqanının əməkdaşları vergi ödəyicisinə münasibətdə istər Vergi Məcəlləsinin, istərsə də “İnzibati icraat haqqında” qanunun tələblərinə uyğun şəkildə davranmamış, iddiaçının istinad etdiyi hallardan ən azından kassirin yerində olmaması və onun qısa müddət ərzində gələrək kassaya pulu mədaxil etməsinə şərait yaradılmaması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
20. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, hazırkı halda cavabdeh inzibati orqanın əməkdaşları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borclu olduğu halda bunu etməmiş, yəni vergi ödəyicisinin kassirinin yerində olmamasını nəzərə almadan, kassirin gələrək ödəniş məbləğinin kassaya mədaxil edilməsinə şərait yaratmadan qısa müddət ərzində öz vəzifə səlahiyyətlərindən istifadə etməklə yuxarıda qeyd edilmiş müvafiq hərəkətləri icra etmiş, bu barədə akt tərtib edərək əslində vergi ösəyicisini əlverişsiz vəziyyətə salmışlar ki, bu da vergi ödəyicisinin barəsində hazırda mübahisələndirilən məsuliyyət qərarının qəbul edilməsi ilə nəticələnmişdir.
21. Halbuki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri)
22. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.
23. İşin yuxarıda qeyd edilən halları və istinad edilən qanunvericilik normalarının tələbləri baxımından kollegiya bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyinə, habelə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr mövcud olduğundan və bu şübhələr vergi ödəyicisinin xeyrinə şərh edilməli olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
24. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-3413/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.