Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-299/2025 17.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı X4, onun vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********6 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, cavabdeh orqanın 3-17-1/3-7-15005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun iddiaçıya qaytarılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2-1(118)-3490/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 54 saylı, 07 fevral 2006-cı il tarixli Qanununun 3.2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən 16.000 (on altı min) manat məbləğində pensiyanın birdəfəyə ödənilməsini və xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya təyin olunmuş və verilmiş pensiyanın, 2023-cü ilin sentyabr ayından bərpa olunmuş pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmasını dayandırmaq və həmin dövr üçün, yəni oktyabr 2023-cü il tarixdən qanunsuz tutulan pulun iddiaçıya qaytarılması haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********6 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, cavabdeh orqanın 3-17-1/3-7- 15005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-1987-ci illərdə mənsub olduğu SSRİ dövlətinin Silahlı Qüvvələrinin Macarıstan Respublikasında dislokasiya olunmuş hərbi hissəsinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra, yəni 1987-1991-ci illərdə hərbi xidmətini X2 Respublikasında yerləşən hərbi hissəsində, gizir rütbəsində davam etdirmişdir. 1991-ci ilin sonunda SSRİ dövləti dağıldıqdan sonra iddiaçı, xidmət etdiyi hərbi hissənin tərkibində 1991-1992-ci illərdə Ukrayna Respublikasında xidmət etmişdir. Daha sonra, yəni 1992-ci ildə iddiaçı xidmət etdiyi hərbi hissə Özbəkistan Respublikasına köçürülmüş və 2011-ci ilədək, artıq Özbəkistanda gizir rütbəsi olmadığına görə serjant rütbəsində hərbi xidmətini davam etdirmişdir. 2011-ci ildə təqvim hesablama ilə 26 il stajla Özbəkistan Respublikasında əmək pensiyasına çıxmışdır. 2014-cü ildə iddiaçının raportuna əsasən pensiyanın Azərbaycan Respublikasında verilməsi üçün pensiya işi Azərbaycan Respublikasına göndərilmişdir. İddiaçının pensiya işi Azərbaycan Respublikasının rəsmi dövlət orqanına, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxil olduqdan sonra, o Azərbaycan Respublikasına çağırılmışdır. Bakı şəhərində Dövlət Sosial Müdafiə Fondunda olmuş və xx.xx.2014-cü il tarixdən iddiaçıya təqvim hesablama ilə 26 il stajla, 76 faizlə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilməsi haqqında məlumat verilmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir problem olmadan o pensiyasını vaxtında almışdır. Ancaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona əmək pensiyasının verilməsi 01 avqust 2021-ci il tarixdən qanunsuz olaraq dayandırılmışdır. İddiaçının əmək pensiyasının dayandırılmasını Mərkəzi filial onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yalnız daimi yaşayan əcnəbilərin (qanunda daimi sözü yoxdur) və vətəndaşlığı olmayan şəxslərin Qanunda nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüquqi vardır. Buna görə o, Özbəkistan Respublikasının vətəndaşı olduğu üçün və ona Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verildiyinə görə iddiaçının pensiyası dayandırılmışdır. Baxmayaraq ki, o Azərbaycan Respublikasında daimi yaşamışdır. Bir daha bildirir ki, iddiaçının əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmış və xx.xx.2023-cü il tarixdə, yəni Dövlət Miqrasiya Xidməti tərəfindən ona 00***** blank saylı daimi yaşamaq üçün icazə vəsiqəsi verildikdən sonra bərpa edilmişdir. İddiaçıya əmək pensiyası təyin edilərkən və sonrakı dövrlərdə daimi yaşamaq üçün icazə vəsiqəsinin alınması haqda xəbərdarlıq edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçının ailə üzvləri, o cümlədən həyat yoldaşı və 3 nəfərdən ibarət övladları Azərbaycan Respublikasının vətəndaşları olmuşlar və hal-hazırda Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçıya təyin edilmiş əmək pensiyası Azərbaycan Respublikasına köçürüldükdən sonra onun Azərbaycan Respublikasında aşağıdakı qaydada qeydiyyatı olmuşdur: 1. xx.xx.2014-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 2. xx.xx.2015-ci il tarixdən xx.xx.2015ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 3. xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 4. xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 5. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir.
6. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 62, mənzil 38 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 7. xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 62, mənzil 38 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən ******* blank saylı müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. 8. xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 62, mənzil 38 ünvanında qeydiyyatda alınmağı üçün Dövlət Miqrasiya Xidməti tərəfindən 00***** blank saylı daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Məhkəmənin bir daha nəzərinə çatdırılır ki, xx.xx.2021-ci il tarixdə iddiaçının əmək pensiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Mərkəzi Filial pensiyanın verilməsinin dayandırılmasını onunla əsaslandırmışdır ki, X5 Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi vətəndaş kimi daimi yaşamaq üçün yox, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Həmin ərəfədə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2 il müddətə ona Dövlət Miqrasiya Xidməti tərəfindən yeni müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verildiyinə görə onun pensiyası xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (25 ay 18 gün) verilməsindən imtina edilmişdir. Xaliq Ağayevə xx.xx.2023-cü il tarixdə növbəti müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdikdən və xx.xx.2023-cü il tarixdən daimi yaşamaq üçün icazə vəsiqəsi verildikdən sonra onun əmək pensiyasının verilməsi bərpa edilmişdir. Beləliklə 25 ay 18 gün ona verilməli olan əmək pensiyası, hər ay 626 manat məbləğində (cəmi 16.000 manat) qanunsuz olaraq verilməmişdir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir. Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. “Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Höküməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in 5-ci maddəsinə əsasən Tərəflərin vətəndaşlarına pensiya təyin olunması onların ərazisində daimi yaşadıqları Tərəfin qanunvericiliyinə müvafiq həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 52-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X.Ağayevə xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının sonuncu təminat xərcliyinin - 824,50 manat (vəzifə maaşı - 470 manat, rütbə maaşı - 115 manat, xidmət illərinə görə əlavəsi - 175,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat) 76%-i, yəni 626,62 manat məbləğində əmək pensiyasının müvafiq bank hesabına ödənişi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamasına baxmayaraq səhvən xx.xx.2021-ci il tarixədək təmin edilmiş və daimi yaşamaq üçün icazəsi olmadığından həmin tarixdə əmək pensiyası təminatı hüququ yaranmadığı üçün pensiya ödənişi dayandırılmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yalnız daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Buna baxmayaraq X3 Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda ona 01 mart 2014-cü il tarixdən 440,88 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 31 iyul 2021-ci il tarixədək ödənilmişdir (sonuncu pensiya ödənişi 626,62 manat). İddiaçıya Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı dövrdə (xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) ümumilikdə 45322,17 manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar Xaliq Ağayevə artıq ödənilmiş 45322,17 manat vəsait son üç il üzrə məhdudlaşdırılaraq 18599,52 manata azaldılmışdır. Eyni zamanda bildirilir ki, 18 sentyabr 2023-cü il tarixdən iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətində qeyd olunan məlumatlara əsasən ölkə ərazisində daimi yaşamaq icazəsi 18 sentyabr 2023-cü il tarixdən qüvvəyə minmişdir. Bununla əlaqədar cari ilin oktyabr ayında iddiaçı Xaliq Ağayevin əmək pensiyası təminat xərcliyinin (824,50 manat) 76 faizi-626,62 manat məbləğində olmaqla bərpa edilmişdir. Eyni zamanda 18 sentyabr 2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməli olan 271,53 manat pul vəsaiti müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya məhdudlaşdırılaraq artıq ödənilmiş 18599,52 manat pul vəsaitindən ona ödənilməli olan 271,53 manat pul vəsaiti çıxılaraq bücəyə bərpa olunmuşdur. Qalıq 18327,99 manatın 125,32 manatı cari ilin noyabr və dekabr aylarında hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödəmə 18202,67 (18327,99-125,32) manat təşkil edir. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Belə ki, pensiya təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazırki qərara qanunla nəzərdə tutulmuş müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Yuxarıda göstərilənlər nəzərə alınmaqla və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2, 64.1, 72 və 82-ci maddələrini rəhbər tutaraq borclu X.Ağayevdən ümumilikdə 396,85 manat iddiaçının bərpa edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından tutularaq bərpa edilmişdir. Göründüyü kimi mərkəzi filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinin tələblərinə tam olaraq riayət edilmişdir.
Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş “Əmək pensiyasının dayandırılması haqqında” 22 dekabr 2021-ci il tarixli, **********6 nömrəli qərardan görünür ki, iddiaçıya 01 mart 2014-cü il tarixdə təyin olunmuş pensiya iddiaçının daimi yaşama icazəsi olmadığından dayandırılmış, 01 mart 2014-cü il tarixdən 31 iyul 2021-ci il tarixinədək ödənilən məbləğin nəzərə alınması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş DYİ 00***** seriyalı vəsiqənin surətindən görünür ki, iddiaçıya 18 sentyabr 2023-cü il tarixindən 18 sentyabr 2028-ci il tarixinə kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. İş materiallarına əlavə olunmuş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 04 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-7-15005/2023 nömrəli qərardan görünür ki, iddiaçıya 18 sentyabr 2023-cü il tarixdən 626,62 manat məbləğində pensiya təyin olunmuşdur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2-1(118)-3490/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X9 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********6 saylı “Əmək pensiyasının dayandırılması haqqında” Qərarı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-15005/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı “ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması” hissəsində ləğv edilmiş, X8 xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, xx.xx.2023-cü il tarixdən pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********6 saylı “Əmək pensiyasının dayandırılması haqqında” Qərarı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-15005/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı (pensiya məbləğindən tutulma aparılması hissəsində) üzrə inzibati icraat aparılmadığından və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, istinad edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin əmək pensiyası təminat hüququ vardır. Göründüyü kimi vətəndaş X9 2014-cü il tarixdən daimi olaraq Azərbaycan Respublikasında yaşamış, ona əvvəlcə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmiş, sonda isə 2023-cü il tarixdə daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan sözləri qeyd edilsə də, müvəqqəti yaşamaq üçün icazə vəsiqələri əsasında yaşayanlara hər hansı məhdudiyyət qoyulmamışdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2014-cü il tarixindən müvəqqəti yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasında yaşamış, beləliklə o daimi yaşayan hesab edilməklə qanunvericiliyə uyğun olaraq əmək pensiyası hüququna malik olmuşdur. İnzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.
Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, 18 sentyabr 2023-cü il tarixdən iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətində qeyd olunan məlumatlara əsasən ölkə ərazisində daimi yaşamaq icazəsi 18 sentyabr 2023-cü il tarixdən qüvvəyə minmişdir. Bununla əlaqədar cari ilin oktyabr ayında iddiaçı Xalıq Ağayevin əmək pensiyası təminat xərcliyinin (824.50 manat) 76 faizi-626.62 manat məbləğində olmaqla bərpa edilmişdir. Eyni zamanda 18 sentyabr 2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməli olan 271.53 manat pul vəsaiti müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya məhdudlaşdırılaraq artıq ödənilmiş 18599,52 manat pul vəsaitindən ona ödənilməli olan 271,53 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa olunmuşdur. Qalıq 18327,99 manatın 125.32 manatı cari ilin noyabr və dekabr aylarında hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödəmə 18202,67 (18327,99-125,32) manat təşkil edir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
b) İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya iddiaçı Özbəkistan vətəndaşı olsa da, 2014-cü ildən Azərbaycan Respublikasında daimi yaşamamışdır. Bir daha bildirir ki, iddiaçı 2014-cü ildən Özbəkistan Respublikasından daimi yaşamaq üçün Azərbaycan Respublikasına köçmüş və həmin vaxtdan Azərəbaycan Respublikasında daimi yaşamışdır. Onun Azərbaycan Respublikasında daimi yaşamağını 2014-cü ildən başlayaraq məhkəmə mübahisəsinədək ona ardıcıl olaraq, fasiləsiz yaşamağını təsdiq edən və verilən müvəqqəti yaşamaq üçün icazə vəsiqələri və daimi yaşamaq üçün icazə vəsiqələri ilə təsdiq olunur. Eyni zamanda nəzərə çatdırılır ki, ona təyin edilmiş və verilən pensiya ilə əlaqədar cavabdeh orqanın qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********6 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarı və xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-15005/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı pensiya məbləğindən tutulma aparılması hissəsində) üzrə inzibati icraat aparılmadığından və əsassız olduğundan Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qanuni olaraq ləğv edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının onun pensiyası ilə əlaqədar həmin qərarlar ona münasibətdə əlverişsiz inzibati akt olmaqla, onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ “Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Höküməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Saziş: Maddə 3. Tərəflər öz ərazisində digər Tərəfdən daimi yaşamağa gəlmiş vətəndaşlara pensiya təminatı sahəsində öz vətəndaşları ilə bərabər eyni hüquqlar verir. Maddə 4. Bu Saziş əsasında pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri təminatı verən dövlət daşıyır. Maddə 5. Tərəflərin vətəndaşlarına pensiya təyin olunması onların ərazisində daimi yaşadıqları Tərəfin qanunvericiliyinə müvafiq həyata keçirilir. Növündən və təyin olunma şərtlərindən asılı olmayaraq, pensiya hüququnun müəyyən edilməsi üçün Tərəflərin ərazisində, habelə 1992-ci il yanvarın 1-nə qədər keçmiş SSRİ ərazisində qazanılmış əmək (sığorta) stajı nəzərə alınır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Maddə 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Maddə 52. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd 52.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 52.4. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir.
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“İnzibati icraat haqqında” Qanun: Maddə 13. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********6 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, cavabdeh orqanın 3-17-1/3-7-15005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun iddiaçıya qaytarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq yaranmış mübahisə barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi iddiaçının tələbi 4 hissədən ibarətdir: 1) cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********6 saylı qərarının ləğv edilməsi, 2) xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi, 3) cavabdeh orqanın 3-17-1/3-7-15005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi, 4) xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun iddiaçıya qaytarılması. Məhkəmə kollegiyası tərəfindən mübahisə ilə bağlı zəruri araşdırılma aparılması məqsədilə cavabdeh inzibati orqana sorğu ünvanlanaraq X8 əmək pensiyasının təyin edilməsinə dair açılmış pensiya işinin təsdiq olunmuş surətinin təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab olaraq daxil olan 018586 nömrəli pensiya işinə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçıya ilk dəfə 01 mart 2014-cü il tarixdə pensiya təyin olunmuşdur. Eyni zamanda pensiya işindən görünür ki, iddiaçının Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsi olmuş, ondan hər hansı bir əlavə sənəd tələb edilməmişdir. İşin halları ondan ibarətdir ki, iddiaçı Özbəkistan Respublikasının vətəndaşı olmaqla ona 01 mart 2014-cü ildə pensiya təyin olunmuş, 2021-ci ilədək pensiya ödənişləri həyata keçirilmişdir. Daha sonra cavabdeh inzibati orqanın müvafiq qərarına əsasən iddiaçının Azərbaycan Respublikasında daimi yaşama icazəsi olmadığından 2021-ci ildə pensiya ödənişləri dayandırılmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş “Əmək pensiyasının dayandırılması haqqında” 22 dekabr 2021-ci il tarixli, **********6 nömrəli qərardan görünür ki, iddiaçıya 01 mart 2014-cü il tarixdə təyin olunmuş pensiyanın iddiaçının daimi yaşama icazəsi olmadığından dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus müvəqqəti yaşamaq üçün icazə vəsiqələrindən görünür ki, iddiaçıya müxtəlif vaxtlarda (07 may 2014-cü ildən 07 iyun 2015-ci ilədək, 17 aprel 2015-ci ildən 17 oktyabr 2015-ci ilədək, 17 oktyabr 2015-ci ildən 17 oktyabr 2016-cı ilədək, 17 oktyabr 2016-cı ildən 17 oktyabr 2017-ci ilədək, 17 oktyabr 2017-cı ildən 17 yanvar 2018-ci ilədək, 16 sentyabr 2020-ci ildən 16 sentyabr 2021-ci ilədək, 17 sentyabr 2021-ci ildən 17 sentyabr 2023-cü ilədək) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********6 saylı qərarının ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz ödənilməyən pensiyanın ödənilməsi”-nə dair hissədə təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Höküməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən: Maddə 3. Tərəflər öz ərazisində digər Tərəfdən daimi yaşamağa gəlmiş vətəndaşlara pensiya təminatı sahəsində öz vətəndaşları ilə bərabər eyni hüquqlar verir. Maddə 5. Tərəflərin vətəndaşlarına pensiya təyin olunması onların ərazisində daimi yaşadıqları Tərəfin qanunvericiliyinə müvafiq həyata keçirilir. Göründüyü kimi Azərbaycan Respublikası Höküməti ilə Özbəkistan Respublikası Höküməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” bağlanmış saziş iddiaçıya iddiaçıya pensiya təminatı sahəsində Azərbaycan Respublikası vətəndaşları ilə bərabər eyni hüquqlar verir və bu hüquq Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu saziş olmasa belə Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası ərazisində daimi yaşayan butün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vermişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Göründüyü kimi əcnəbilərin əmək pensiyası təminatı hüququ, onların Azərbaycan Respublikası ərazisində daimi yaşaması şərtinə bağlanmışdır. İşin hallarından və aparılmış inzibati icraatlardan görünür ki, tərəflər arasında da pensiya təyinatının hesablanma əsasları və məbləği ilə bağlı mübahisə yoxdur. Yaranmış mübahisənin yeganə səbəbi pensiya təyinatı ilə bağlı tələb olunan şərtlər arasında olan “Azərbaycan Respublikası ərazisində daimi yaşayanlar” anlayışının başa düşülməsi ilə bağlıdır. İddiaçı Azərbaycan Respublikasında doğulsa da, hazırda əcnəbi statusundadır və Özbəkistan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən həmin məcəllə Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. Həmin məcəllədə isə Azərbaycan Respublikasında müvəqqəti yaşayan və daimi yaşayan anlayışları verilmiş, müvafiq icazələrin verilmə şərtləri və əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: 3.0.7. Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 3.0.8. Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; 52.3 Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 52.4 Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. Yuxarıda qeyd olunan normaların tələbi baxımından iddiaçının Azərbaycan Respublikasında daimi yaşayan hesab olunması üçün daimi yaşamaq üçün müvafiq icazə sənədi tələb olunduğundan və iddiaçı Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəyə malik olmadığından ona 2014-cü ildə pensiya təyinatı aparılması düzgün olmamışdır. Belə ki, iddiaçı yalnız müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə malik olmuşdur. Həmin vəsiqə isə pensiya təyin edilməsi üçün yetərli deyildi. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan hər hansı bir sənəd tələb edilmədən 2014cü ildən 2021-ci ilədək pensiya ödənişləri davam etdirilmişdir. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları əsas götürməklə hesab edir ki, cavabdeh inzibati orqanın pensiyanın dayandırılması barədə xx.xx.2021-ci il tarixli, **********6 saylı qərarı qanunauyğun olduğundan onun ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil. Əlavə olaraq 01 avqust 2021-ci il tarixindən 18 sentyabr 2023-cü il tarixədək pensiya ödənişinin həyata keçirilməsi üçün qanuni əsaslar olmadığından bu hissədə də iddia tələbi təmin olunmamalıdır. Lakin birinci instansiya məhkəməsi bu tələblərlə bağlı yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış və maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə yalnış hüquqi nəticəyə gəlmişdir. İddiaçının üçüncü və dördüncü tələbləri isə 2014-2021-ci illər arasında ödənilmiş pensiyanın axırıncı üç ilinin geri tələb edilməsi və tutulması ilə bağlıdır. Kollegiya qeyd edir ki, iddiaçının tələbinin bir hissəsi cavabdeh orqanın 3-17-1/3-7- 15005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ötən dövr üzrə pensiya məbləğindən tutulma aparılması hissəsində ləğv edilməsi ilə bağlıdır. Lakin həmin qərarla iddiaçıya pensiya təyin edilmiş, lakin həmin qərarın 2014-2021-ci illər arasında ödənilmiş pensiyanın axırıncı üç ilinin geri tələb edilməsi və tutulması ilə bağlı hissəsi olmamışdır. Bununla belə işdən görünür ki, cavabdeh inzibati orqanın mövqeyi 2014-2021-ci illər arasında ödənilmiş pensiyanın axırıncı üç ilinin geri tələb edilməsi və tutulması istiqamətdədir və bununla balı müvafiq faktiki xarakterli hərəkətlər etmişdir. Belə ki, cavabdeh qeyd edir ki, “İddiaçıya Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı dövrdə (xx.xx.2014-xx.xx.2021ci il tarixləri arasındakı dövr) ümumilikdə 45322,17 manat məbləğində artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar Xaliq Ağayevə artıq ödənilmiş 45322,17 manat vəsait son üç il üzrə məhdudlaşdırılaraq 18599,52 manata azaldılmışdır.” Kollegiya iddia tələbini “xx.xx.2023-cü il tarixdən iddiaçının pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun iddiaçıya qaytarılması” hissəsində əsaslı hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı 18 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi almışdır. İş materiallarına əlavə olunmuş DYİ 00***** seriyalı vəsiqənin surətindən görünür ki, iddiaçıya 18 sentyabr 2023-cü il tarixindən 18 sentyabr 2028-ci il tarixinə kimi Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 04 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-7-15005/2023 nömrəli qərardan görünür ki, iddiaçıya 18 sentyabr 2023-cü il tarixdən 626,62 manat məbləğində pensiya təyin olunmuşdur. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli qərarla pensiya ödənişlərini dayandırmaqla, daha sonra 04 oktyabr 2023-cü il tarixli qərarla həmin ödənişləri bərpa etməklə düzgün nəticəyə gəlmişdir. Lakin nəzərə almaq lazımdır ki, 2014-cü ildən 2021-ci ilədək həyata keçirilən pensiya ödənişlərinin tutulması iddiaçının etimad hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı 18 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinə malik olmaqla, ona yenidən pensiya ödənişləri həyata keçirilməyə başlanılmış, eyni zamanda xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə artıq ödənilmiş məbləğin son üç il üçün tutulmalı olması bildirilmiş və müvafiq tutulmalar həyata keçirilmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” 04 oktyabr 2023-cü il tarixli, 3-17-1/3-7-15005/2023 nömrəli qərarda əvvəlki dövrlər üzrə ödənilmiş məbləğin tutulması barədə qeyd olmasa da, cavabdeh inzibati orqanın 30 dekabr 2023-cü il tarixli, 3-17-1/2-A- 311693/2023 nömrəli məktubunda müvafiq qeydlər olunmuşdur. Belə ki, həmin məktubdan görünür ki, 18 sentyabr 2023-cü il tarixdən iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətində qeyd olunan məlumatlara əsasən ölkə ərazisində daimi yaşamaq icazəsi 18 sentyabr 2023-cü il tarixdən qüvvəyə minmişdir. Bununla əlaqədar cari ilin oktyabr ayında iddiaçı Xaliq Ağayevin əmək pensiyası təminat xərcliyinin (824,50 manat) 76 faizi-626,62 manat məbləğində olmaqla bərpa edilmişdir. Eyni zamanda 18 sentyabr 2023-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilməli olan 271,53 manat pul vəsaiti müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya məhdudlaşdırılaraq artıq ödənilmiş 18599,52 manat pul vəsaitindən ona ödənilməli olan 271,53 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa olunmuşdur. Qalıq 18327,99 manatın 125,32 manatı cari ilin noyabr və dekabr aylarında hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Qalıq artıq ödəmə 18202,67 (18327,99-125,32) manat təşkil edir (iş materialları, səh. 12). Eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi də 04 oktyabr 2023-cü il tarixli qərarda qeyd olunmasa da, iddiaçının əmək pensiyasından əvvəlki dövrlər üzrə tutulmaların həyata keçirildiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 18 sentyabr 2023-cü il tarixindən iddiaçıya təyin olunmuş əmək pensiyasından əvvəlki dövrlər üzrə tutulmanın həyata keçirilməsi qanunsuz olmaqla, iddiaçının etimad hüququnun pozulması ilə nəticələnmişdir. Kollegiya qeyd edir ki, inzibati orqanın pensiya ödənişlərinin dayandırılması haqqında 23 dekabr 2021-ci il tarixli qərarının qanunauyğun olması və 2014-cü ildən 2021-ci ilədək həyata keçirilən pensiya ödənişlərinin hüquqi əsasının olmaması qəbul edilsə də, əsassız olaraq həyata keçirilən pensiya ödənişlərinin cavabdehin məsuliyətsizliyi ilə əlaqədar olmasını və bu yanlışlığın daha tez aradan qaldırılaraq iddiaçıya vaxtında məlumat verilməli olmasını da nəzərə almaq lazımdır. İddiaçıya daha əvvəl məlumat verildiyi təqdirdə o, daimi yaşamaq üçün icazə vəsiqəsi almaqla bağlı vaxtında müraciət edərək qanunauyğun pensiya təyin edilməsinə nail ola bilərdi. Cavabdeh inzibati orqan vaxtilə yalnışlıq edərək belə bir məlumat verməməklə uzun illər pensiya ödənişlərini davam etdirmiş, beləliklə də iddiaçının cavabdehin hərəkətləri ilə bağlı etimad hüququ yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələbinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı iddiaçı X8 pensiya təyinatı və ödənişi zamanı iddiaçının məsuliyəti ilə əhatə olunan hər hansı əsas və hal müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə də iddiaçının etimad hüququ qorunmaqla 18 sentyabr 2023-cü il tarixdən iddiaçıya təyin olunmuş əmək pensiyasından əvvəlki dövrlər üzrə tutulmalar dayandırılmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə yönəlmişdir. Hazırda birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi qismən təmin edildiyindən apellyasiya şikayəti qismən – birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin olunmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, 18 sentyabr 2023-cü il tarixdən iddiaçı X4 pensiyasından qanunsuz olaraq hissə-hissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun qaytarılması (xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə artıq ödənilmiş məbləğin son üç il üçün tutulma ilə əlaqəli) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 2-1(118)-3490/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. 18 sentyabr 2023-cü il tarixdən iddiaçı X4 pensiyasından qanunsuz olaraq hissəhissə tutulmanın dayandırılması və həmin dövr üzrə qanunsuz tutulan pulun qaytarılması (xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə artıq ödənilmiş məbləğin son üç il üçün tutulma ilə əlaqəli) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.