Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-334/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X3, Hakimlər X1 və X2 ibarət tərkibdə, X7, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ******** qarşı “Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyriyaşayış sahəsinin istismarına icazə sənədinin verilməsi və inşa edilmiş qeyri-yaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2- 1(118)-5018/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 23 sentyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən X6 torpaqlara aid, əkin məqsədli istifadə növünə aid olan 0,920036 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. “Torpağa mülkiyyət hüququna dair” JN-340, KOD 30307018 Dövlət Aktından görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 nömrəli qərarı ilə 1,15 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün X9 və onun ailə üzvləri X3, X7, X8, X10 verilmişdir. 09 sentyabr 2006-cı il tarixli, AN seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğısatqı müqaviləsi”ndən görünür ki, satıcılar X3, Şəlalə, Xədicə, X17 rayonu, Amsar kəndində yerləşən 9200,36 kv.m torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdirlər. Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinin 07 iyun 2024-cü il tarixli, 5-61/2-V-36-131/2024 nömrəli məktubundan görünür ki, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi X6dır və gələcəkdə həmin ərazidə bu kimi obyektlərin inşası və infrastrukturun qurulması nəzərdə tutulmamışdır. “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda X6 torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir. Qeyd olunanlara əsasən Quba rayonu, Amsar kəndində yerləşən tikiliyə istismara icazə sənədinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 iyun 2025-ci il tarixli məktubuna əlavə olunmuş müayinə aktından görünür ki, mübahisəli torpaq sahəsində olmuşdurlar və həmin torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Torpaq sahəsinin daxilində tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.8409 ha təşkil edir. Sözügedən torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X6 kateqoriyalı olub uqodiyası çoxillik əkmə kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. Bildirirlər ki, iddiaçı Vəkilov Müşviq İsa oğluna məxsus **********47 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi çıxarışda 0,920036 ha göstərilsə də baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasya sistemində (TEKUİS) 0.77 ha olaraq öz əksini tapmışdır. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 0.07 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-807 nömrəli Dövlət Aktına əsasən X5 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən qonşu torpaq sahələri baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X6 kateqoriya olub uqodiyası çoxillik əkmə kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdır. Torpaq sahəsinin qonşuluğunda yerləşən JN-17A və JN-807 nömrəli Dövlət Aktlarına əsasən torpaq sahələrinə dair xəritə materialları üzərində çıxarış mövcud deyildir. Quba Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(027)- 2210/2024 saylı məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş iddiaçı Vəkilov Müşviq İsa oğlunun cavabdehlər X1 və X4 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınması və tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü iİ tarixli, 2(027)-2210/2024 saylı qərardadında əsasən tərəflərindən mütəxəssis rəyi hazırlanmışdır (ərazi mübahisəlidir). Mübahisəli torpaq sahəsinə dair tərəflərindən sxem tərtib olunmuş, koordinalar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir və sxemdə qonşu torpaq sahələrinə dair məlumatlar sxemdə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin və inşa edilmiş qeyri-yaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollaması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonun Amsar kəndində yerləşən 0,920036 ha kənd təssərüfat təyinatlı torpaq sahəsi üzərində onun tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Həmin torpaq sahəsi tam mülkiyyət hüquqi ilə ona məxsusdur, yəni onun xüsusi mülkiyyətindədir. Bildirilir ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaratmışdır. Quba rayonun Amsar kəndində inşa etdiyi qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismarına icazə verilməsi üçün mövcud qaydalara əsasən tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında 14 iyun 2023cü il tarixli Fərmanından və qanunvericilikdən irəli gələn tələblərə uyğun olaraq müvafiq qurumlar tərəfindən yoxlamalar aparıldıqdan sonra tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin istismarına icazə verilmiş və həmin qeyri-yaşayış sahəsi istismara qəbul edilməsi üçün müvafiq sənədlərlə birlikdə aidiyyəti üzrə Quba Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli, 5-61Q-V-36-131/2024 nömrəli məktubda Quba rayonu, Amsar kəndində inşa edildiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin mümkün olmadığı bildirilmişdir və mümkünsüzlüyün səbəbi qeyri-yaşayış binasının X6 torpaq sahəsində inşa edilməsi bildirilmişdir. Lakin qeyd edilir ki, bütün aidiyyəti qurumların müsbət rəy verməsinə baxmayaraq, Quba Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməməsi qanunsuz və əsassızdır. Quba Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməməsi iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şəraitin yaradılmasının qarşısının alınmasıdır. Quba Rayon İcra Hakimiyyəti tərəfindən istismara icazə sənədinin verilməməsi onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Mülkiyyətində olan Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin Quba Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi X6dır və gələcəkdə həmin ərazidə bu kimi obyektlərin inşası və infrastrukturun qurulması nəzərdə tutulmamışdır. Belə ki, X6 torpaqlarda tikilmiş bu kimi tikililərə o halda icazə sənədi verilə bilər ki, gələcəkdə həmin ərazilərdə yaşayış məntəqələrinin salınması və buna uyğun infrastrukturun qurulması nəzərdə tutulmuş olsun. Lakin iddiaçının tikinti işi apardığı sahə ilə əlaqədar hər-hansı dəyişiklik nəzərdə tutulmamış və həmin ərazinin mövcud təyinatına uyğun formada istifadə edilməsi məqsədəmüvafıq hesab edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-5018/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında mövcud olan iddiaçının adına verilmiş torpaq sahəsinə dair çıxarışdan və torpaq sahəsinin əvvəlki sahiblərinə verilmiş Dövlət Aktından müəyyən edilir ki, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmışdır. Cavabdeh orqan diskresion səlahiyyətlərindən düzgün istifadə etmiş, iddiaçının müraciətinin icrasından imtina etmişdir. Hazırda torpaq sahəsinin ərazi aidiyyət üzrə aid olan yerli icra hakimiyyəti Quba Rayon İcra Hakimiyyəti olduğundan, digər müvafiq orqanlar tərəfindən tikintinin istismarına icazə verilsə də, cavabdeh orqanın, torpaq sahəsinin təyinatını, qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişiklikləri nəzərə alaraq, icazə verilməsi də mütləqdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırma apararkən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cu il tarixli Fərmanının maddələrini nəzərə almamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etirazı imtina və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmağa çalışmışdır ki, torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur, orada restoran tikmişdir, torpağın kategoriyasının dəyişdirilməsi Rayon İcra Hakimiyyətinə aid məsələ deyildir və onun tikdiyi tikili yaşayış evi sayılmır. Buna görə də Rayon İcra Hakimiyyətinin imtinası və birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Bildirirlər ki, torpaq sahəsinin xüsusi mülkiyyətdə olması onun təyinatına zidd olaraq istifadə edilməsinə əsas yaratmır. Həmçinin, Rayon İcra Hakimiyyəti imtinasında torpağın kategoriyasının dəyişdirilməli olması barədə hər-hansı qeyd göstərməmişdir. Bundan başqa, apellyasiya şikayətində həmin obyektin restoran olması qeyd olunsa da, əraziyə baxış zamanı tikilinin belə bir təyinata uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: X6 torpaqlar; ... Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı-torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi-torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. .... Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi
1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi-torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. ... Maddə 12. X6 torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri X6 torpaqlar sayılır.
2. X6 torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Maddə 13. X6 torpaqların məqsədli istifadəsi
1. X6 torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. X6 torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. X6 torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. X6 torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 13-1. X6 torpaqlarda tikililər ...
9. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq inşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi qeyri-yaşayış sahəsinin istismarına icazənin verilməsi və dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollanması öhdəliyinin qoyulmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, tikilinin yerləşdiyi torpaq sahəsi X6dır və gələcəkdə həmin ərazidə bu kimi obyektlərin inşası və infrastrukturun qurulması nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,920036 ha X6 torpaq sahəsi alğı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış, həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, iddiaçı özünə məxsus həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi tikmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində mübahisəli 0,920036 ha torpaq sahəsinin həqiqətən də cavabdehin bildirdiyi kimi X6 torpaqlara aid olduğu müəyyən edilmişdir. Belə ki, kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsi inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilmişdir, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Torpaq sahəsinin daxilində tikili mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirirlər ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.8409 ha təşkil edir. Sözügedən torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi) baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X6 kateqoriyalı olub uqodiyası çoxillik əkmə kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. İddiaçı Vəkilov Müşviq İsa oğluna məxsus **********47 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsi çıxarışda 0,920036 ha göstərilsə də baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasya sistemində (TEKUİS) 0.77 ha olaraq öz əksini tapmışdır. Qeyd edirlər ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 0.07 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-807 nömrəli Dövlət Aktına əsasən X5 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üstüstə düşür. Sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən qonşu torpaq sahələri baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X6 kateqoriya olub uqodiyası çoxillik əkmə kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdır. Torpaq sahəsinin qonşuluğunda yerləşən JN-17A və JN-807 nömrəli Dövlət Aktlarına əsasən torpaq sahələrinə dair xəritə materialları üzərində çıxarış mövcud deyildir. Torpaq Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən göründüyü kimi X6 torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla, yalnız xüsusi məqsədlər üçün istifadə edilən torpaq sahələridir. Həmçinin, qanunvericilikdə bu məqsədlər üçün əsaslı tikililərin inşasına icazə verilsə də, bu tikililərin inşa ediləci biləcəyi torpaqların ümumi sahəsinin aşağı həddi dəqiq təsbit edilmişdir. Belə ki, bu tikililər sahəsi ən az 5 hektar olan və vahid sərhəd daxilində yerləşən X6 torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Hazırkı işin hallarından isə göründüyü kimi iddiaçının iddia etdiyi qeyri-yaşayış obyekti cəmi 0,920036 ha hektar torpaq sahəsində yerləşməklə, qanunvericiliklə tikililərin inşasına icazə verilən 5 hektardan əhəmiyyətli dərəcədə azdır. Bununla da müəyyən edilir ki, hazırkı iş üzrə 0,920036 ha hektar torpaq sahəsində qeyri-yaşayış obyektinin inşası qanunvericilikə qadağan edilmişdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən X6 torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin imtinasının bu dəlili qanuni və əsaslı olmuşdur. Həmçinin, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin 0.07 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-807 nömrəli Dövlət Aktına əsasən X5 və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə üstüstə düşür. Qeyd edilən hal da özlüyündə iddia tələbinin əsaslılığını müəyyən etməyə imkan vermir. Eyni zamanda kollegiya onu qeyd edir ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri də baza məlumatlarında olan xəritə materiallarına (TEKUİS) əsasən X6 kateqoriya olub uqodiyasının çoxillik əkmə kimi qeyd edilib, hər hansı tikilinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadığı müəyyən edilmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsində qeyri-yaşayış sahəsinin (sahibkarlıq məqsəilə) tikilməsi qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı qeyriyaşayış sahəsinin istismarına icazənin verilməsi və dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollanmasını tələb etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi ayrıldığı vaxtda da X6 torpaq sahəsi kimi mövcud olması halı öz təsdiqini tapdığından, qanunvericilik normasının tələbinə əsasən X6 torpaq sahəsində qeyri-yaşayış sahəsi kimi (sahibkarlıq məqsədilə) istifadə edilməsi nəzərdə tutulmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati iş üzrə cavabdehin imtina və etiraz qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin, məhkəmə kolegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüqüq normalarının tələbi baxımından iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillər təmin oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2-1(118)-5018/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.