Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-43/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsə qarşı iş üzrə (X5 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçın nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə3, Üçüncü şəxs X3 iştirakıları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsə qarşı “Sumqayıt Bələdiyyəsinin 22 iyun 2021-ci il tarixli 10 saylı iclasının 10 saylı qərarı əsasında Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1068/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Bələdiyyəsinin 22 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 76-cı məhəllə ərazisində, Çerkassı küçəsində sahəsi 27,06 kv.m. torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi məqsədilə müsabiqə keçirilməsi, Torpaq sahəsi İV zonada yerləşir. İV qiymət zonasında 25 yanvar 2018-ci il tarixdə keçirilən müsabiqə zamanı icarəyə verilən torpaq sahəsinin bir kvadrat metrinin satış (icarə) qiyməti 1,80 (bir manat 80 qəpik) manat təşkil etmişdir. Hal-hazırda müsabiqəyə çıxarılan torpağın icarə haqqının qiyməti müvafiq olaraq bir kvadrat metr üçün 1,80 manat olmaqla, illik 48,70 manat müəyyən edilmiş və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi 5 saylı Sumqayıt Ərazi Şöbəsi torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə,Çerkassi küçəsində yerləşən 27,06 kvadrat metr torpaq sahəsi mülkiyyət hüququ əsasında Sumqayıt Bələdiyyəsinə məxsusdur. İş materiallarında olan cavabdehin imtinasına dair elektron məlumatdan görünür ki, Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi məqsədilə rəy verilməsi uçün daxil olan sənədlər barədə "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından məqsədəuyğun hesab edilməmişdir. RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən 84 saylı qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X4 məxsusdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 5 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 274 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Sözügedən ünvanda yerləşən 27,06 m2 torpaq sahəsinin ayrılması ilə bağlı rəyin verilməsinə dair Komitəyə müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 24 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnaməyə əsasən mütəxəssis rəyinin verilməsi Komitənin səlahiyyətlərinə aid edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Bələdiyyəsinin 22 iyun 2021-ci il tarixli 10 saylı iclasının 10 saylı qərarı əsasında Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 m2 olan torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə sənədləşdirilməsi nəzərdə tutulmuş qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 20 oktyabr 2019-cu il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən 22 iyun 2021-ci il tarixli 10 saylı iclasının 10 saylı qərarı qəbul edilərək sözügedən torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması qərara alınmış və cavabdeh “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsə müraciət edilərək qeyd edilən bələdiyyə torpağının icarəyə verilməsi üçün həmin torpağın müsabiqəyə çıxarılması xahiş olunmuşdur. Lakin Sumqayıt Bələdiyyəsinin sözügedən müraciətinə cavabdeh “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının 21 iyul 2023-cü il tarixli, **********10 saylı məktubla cavab verilərək yuxarıda qeyd edilən torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasının məqsədəuyğun sayılmadığını bildirilmişdir. Cavabdeh torpağın icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasından imtinanı onunla əsaslandırmağa çalışmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin 18 iyul 2023-cü il tarixli, ********** saylı məktubunda sahibkarlıq məqsədi ilə mülkiyyətə verilməsi nəzərdə tutulmuş 27,06 kvadrat metr torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş rəyinin müraciətə əlavə olunmadığı bildirilmişdir. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini müsabiqəyə çıxarılmaqla icarəyə verilməsi barədə müraciətindən cavabdehin imtinası tamamilə əsassız və qanunaziddir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və iddiaçının Mərkəzə müraciət etmədən, Mərkəzin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadan məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir. İddiaçı Sumqayıt Bələdiyyəsinin Mərkəzə qarşı iddiası mümkün sayılmamalıdır. Həmçinin, qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. İddia ərizəsindən göründüyü kimi, Sumqayıt bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır.İddia ərizəsində qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli, **********10 saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.Eyni zamanda Mərkəz Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1068/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin 22 iyun 2021-ci il tarixli 10 saylı iclasının 10 saylı qərarı əsasında Sumqayıt şəhərinin 76-cı məhəlləsi ərazisində Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsə havalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh torpaq hərraclatının təşkili və keçirilməsi üzrə səlahiyyətli olan orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan suiistifadə qadağandır.“Hərracların Təşkili Mərkəzi” publik hüquqi və onun ərazi komissiyalarının fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə “Hərracların Təşkili Mərkəzi” publik hüquqi və onun ərazi komissiyaları dövlət və bələdiyyə mülkiyyətidə olan torpaqların mükiyyətə və icarəyə verilməsi üçün müsabiqə və hərracları təşkil etmək funksiyasını həyata keçirən bir qurumdur. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövqe onun tərəfindən “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki, “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmçinin, cavabdehin Sumqayıt şəhərinin, Çerkassi küçəsində yerləşən sahəsi 27,06 kvadrat metr olan torpaq sahəsini icarəyə vermək üçün müsabiqəyə çıxarmaqdan imtinası da mahiyyəti üzrə qanuni və əsaslı deyildir. Belə ki, sözügedən torpaq sahəsi torpağın sənədləşməsi ilə bağlı bələdiyyəyə müraciət etmiş X3 faktiki istifadəsindədir və həmin torpaq sahəsində adı çəkilən şəxs tərəfindən qeyri-yaşayış obyekti inşa edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlilinə münasibətdə bildirilir ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hələ tikiləcək tikililər üçün öncədən rəyinrazılığın verilməsi tələb olunur. Məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, sənədləşməsi nəzərdə tutulmuş torpaq sahəsində avtoyuma sexi şəklində istifadə edilən qeyri-yaşayış obyekti artıq inşa edilərək fəaliyyət göstərməkdədir. Belə olan halda cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili tamamilə əsassızdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.6-cı maddəsində göstərilmişdir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İşə baxan məhkəmə qanunun qeyd edilən tələbini kənara qoyaraq “cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili tamamilə əsassızdır” nəticəsinə gəlmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatıməqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 15 mart tarixli, 274-İİQ saylıQanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. İş materiallarından göründüyü kimi, Sumqayıt bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli Fərmanının 1-ci maddəsinin 2– ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır. Qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli, **********10 saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli Əmri ilə təsdiq edilmiş Mərkəzin Nizamnaməsinə görə, Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin və Xidmət rəisinin əmr və sərəncamlarını, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutur. İddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq işə sədrlik edən hakim cavabdeh tərəfindən təqdim olunan sübutları qeyri mötəbər, lakin iddiaçı tərəfindən təqdim olunan sübutları heç bir əsas olmadan əsaslı hesab etmişdir. Cavabdeh tərəf olaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə tərəflərindən məhkəməyə təqdim olunmuş sübutlar ümumiyyətlə nəzərə alınmamışdır. Bununla da tam təsdiq olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmişdir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçın nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X5 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ..... Maddə 47.7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 274 nömrəli Fərmanı 1.2. yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları" İ.Ümumi müddəalar
2. Torpaq müsabiqələrinin və hərraclarının predmeti sərhədləri və hüquqi rejimi müəyyənləşdirilmiş torpaq sahələri üzərində mülkiyyət və ya icarə hüquqlarıdır.
3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. İİ. Müsabiqə və Hərrac təşkilatçisi
4. Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir.
5. Təşkilatçı alqı-satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: - alqı-satqı və icarə obyekti olan torpaq sahəsinin mülkiyyət hüququna dair sənədin nömrəsi, kadastr məlumatları, yerləşdiyi ərazi (ünvan); - servitutların da göstərildiyi torpaq sahəsinin planı və ölçüsü ; - torpaq vergisinin miqdarı; - alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi; - torpaq sahəsinin ekoloji vəziyyəti haqqında məlumatlar.
6. Təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir. ııı. Müsabiqə və hərracda iştirak etmək şərtləri, ərizələrin verilməsi və qəbul edilməsi qaydaları
10. Aşağıdakı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir: - ərizələrin qəbulu barədə bildirişdə göstərilən müddət keçdikdən sonra; - ərizəni ərizəçinin adından çıxış etməyə vəkil edilməmiş şəxs verdikdə; Sənədlərin qəbulundan imtina edildikdə sənəd qəbul edən şəxs tərəfindən ərizəçinin təqdim etdiyi ərizədə imtinanın səbəbi barədə müvafiq qeyd edilir və sənədlər ərizəçiyə qaytarılır. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Arxitektura Komitəsi haqqında Əsasnamə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddiaçının tələbi torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından hərracın keçirilməsi məqsədəuyğun deyildir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. daha sonra iddiaçı bələdiyyə həmin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinin keçirilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi üçüncü şəxs X3 faktiki istifadəsindədir və orada qeyri-yaşayış binası inaş edilmiş, həmin əmalak dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İş materilallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ayrı-ayrı oxşar xarakterli işlər üzrə müvafiq rəyin tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə verildiyini, torpaq sahəsində artıq tikili mövcud olduğu halda, tikinti məqsədilə torpaq sahəsinin ayrılmasına dair müsbət rəyin verilməsinin məqsədəuyğun olmadığını bildirmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh qurum iddiaçı tərəfindən həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəyi təqdim edilməsinin zəruri olduğunu bildirir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 09 noyabr tarixli 647 nömrəliFərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamədə Komitənin fəaliyyət istiqamətləri, hüquqları və vəzifələri sırasında yalnız bir halda bələdiyyə tərəfindən ayrılacaq torpaqlarla bağlı rəy verilməsi nəzərdə tutulmuşdur. Bu da həmin Əsasnamənin 8.20-5-ci bəndində göstərilən tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu ilə bağlı rəyin verilməsidir. Həmin bəndə əsasən tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək Komitənin vəzifələrinə aid edilmişdir. İstinad olunan normadan göründüyü kimi bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Komitə tərəfindən hələ tikiləcək tikililər üçün öncədən rəy-razılıq verilməsi tələb olunur. Göründüyü kimi qeyd edilən rəyin tərtib edilməsində əsas məqsəd müvafiq torpaq sahəsində gələcəkdə inşa edilməsi planlaşdırılan tikilinin həmin ərazidə mövcud olan şəhərsalma qaydalarına, tikinti şərtlərinə uyğun olub-olmaması halının müəyyən edilməsindən ibarətdir. Başqa sözlə desək, qanunvericilik normasının mahiyyəti baxımından belə bir rəyin tələb edilməsinin zəruriliyi müvafiq bələdiyyə tərəfindən məhz tikinti məqsədilə torpaq sahəsi ayrıldığından, orada gələcəkdə belə tikilinin inşa edilməsi mövcud norma və qaydaların tələbi baxımından ümumiyyətlə mümkün olub-olmaması məsələsinin, nəticə etibarilə torpaq ayrırma məqsədinin real olaraq icrasının mümkün olub-olmamasının aydınlaşıdırlması üçün ortaya çıxır. Məhz bu baxımından təsadüfi deyildir ki, müvafiq Komitə tərəfindən torpaq sahəsində artıq tikili mövcud olduğu halda, həmin torpaq sahəsinin ayrılmasına dair qeyd edilən rəyin verilməsi məqsədəuyğun hesab edilmir. Nəticə etibarilə torpaq sahəsində tikili mövcud olduğu halda belə bir rəyin verilməsi halı onun mahiyyətinə və buna dair qanunvericilik normasının tələbinə və məqsədinə zidd olmuş olur. Digər tərəfdən, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin yuxarıda qeyd olunan normalarının tələblərindən müəyyən edilir ki, tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi bu sahələrin hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı qəbul edilənə qədər alınır. Başqa sözlə, həmin qurumun rəyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru çərçivəsində alınmalıdır. Kollegiya qeyd edir ki, bu mərhələdə isə müsabiqə və hərraclar hazırkı iş üzrə cavabdeh tərəfindən tərəfindən “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları” nın tələblərinə uyğun olaraq təşkil edilir.Həmin Qaydaların yuxarıda istinad olunan normalarından isə müəyyən edilir ki, müsabiqə və hərracların təşkilatçısı tərəfindən torpaq sahəsinin hərraca (müsabiqəyə) çıxarılmasından imtina proseduru ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə ki, müsabiqə və hərracların təşkilatçısı torpaq sahələrinin hərraca çıxarılması üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara dair toplanmış sənədləri hazırlamaqla, hərracı təşkil edir və həyata keçirir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, işin müəyyən edilmiş faktiki halları əsasında sözügedən torpaq sahəsinin faktiki üçüncü şəxsin istifadəsində olduğu və orada tikilinin mövcud olduğu müəyyən edilmişdir. İndiki halda iddiaçı bələdiyyənin məqsədi məhz torpaq sahəsinin həmin şəxsin icarəsinə verməkdən ibarət olmuşdur. Belə olan halda kollegiya qeyd edir ki, cavabdeh qurum iddiaçıya münaisbətdə sözügedən torpaq sahəsi ilə bağlı torpaq müsabiqəsinin keçirilməsindən imtina etməkdə formal yanaşma tətbiq etməklə, qanunvericiliyin tələbinə zidd davranış nümayiş etdirmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisəli hüquq münasibətlərinin olduğu dövrdə cavabdeh qurum tərəfindən belə bir rəy olmadığı halda, torpaq müsabiqələrinin keçirilməsinə halına dair sənədlər təqdim edilmiş, cavabdeh tərəfindən isə oxşar işlər üzrə fərqli qərarların qəbul edilməsinin zəruriliyi əsaslanıdırılmamışdır. Bu hal da özlüyündə inzibati icraat haqqında qanunvericilikdə nəzərdə tutulmuş bərabərlik prinsipinin tələblərinin pozulması deməkdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdehin imtina və apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şiksyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1068/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.