Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-430/2023 25.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər X3 Cavabdeh qarşı “kollegiyanın üzvlüyündən xaric edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2023cü il tarixli, 2-1(118)-521/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Vəkillər X6 Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon prokurorluğu Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində cinayət işinin istintaqı zamanı yol verdiyi nöqsanlara görə tədbir görülməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Vəkillər X5 13 yanvar 2022-ci il tarixli qərarı ilə həmin müraciət əsasında vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, müvafiq araşdırma aparılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Müraciət belə əsaslandırılmışdır ki, Ağsu rayonu, Çaparlı kənd sakini X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması zamanı onun hüquqlarını müdafiə edən Qobustan rayonunda fərdi vəkillik fəaliyyəti ilə məşğul olan vəkil Cavabdeh tərəfindən bir sıra qanun pozuntularına yol verilmişdir. Vəkil Cavabdeh intizam icraatı üzrə verdiyi yazılı izahatında göstərmişdir ki, Şamaxı rayon Polis Şöbəsinin müstəntiqi Cəlil Mustafayev 09 dekabr 2020-ci il tarixdə onu Polis Şöbəsinə dəvət edərək, xuliqanlıq cinayəti ilə bağlı təqsirləndirilən şəxslə istintaq hərəkətlərinin aparılacağını bildirmişdir. Həmin şəxsin konkret olaraq kim olduğunu o bilməmişdir. Vəkil orderinə ilkin məlumatları daxil edərək, təqsirləndirilən şəxsin gəlməsini gözləmişdir. Bu səbəbdən vəkil orderində təqsirləndirilən şəxsin adını, soyadını göstərməmiş, həmçinin, orderə nömrə qoyub möhürlə təsdiqləməmişdir. İş yarımçıq qalmış və müstəntiq ona demişdir ki, təqsirləndirilən şəxs gələndə onu dəvət edəcəkdir. Lakin sonradan o, bu barədə ona heç bir şey deməmişdir. Təxminən bir il sonra o, şahid qismində Şamaxı Rayon Məhkəməsinə çağırılanda bilmişdir ki, müstəntiq təqsirləndirilən şəxs Roma Cəfərovun adı, soyadı, nömrəsi və möhürü olmayan həmin vəkil orderini də işin arasına qoyub məhkəməyə təqdim etmiş, cinayət işi üzrə bəzi sənədlərdə onun imzalarını saxtalaşdırmış, bəzi protokolları isə başqa cinayət işinin protokolları arasında ona imzalatdırmışdır. Doğrudur, o, diqqətsizlik etmiş, ancaq Roma Cəfərovla bağlı heç bir sənədi bilərəkdən imzalamamışdır. Bu işlə bağlı ona dövlət hesabına hüquqi yardımın göstərilməsinə dair müstəntiqin müvafiq qərarı təqdim edilməmiş və buna görə o, heç bir ödəniş almamışdır. Vəkil Cavabdeh izahatına müvafiq iş üzrə olan vəkil orderinin surətini əlavə etmişdir. Vəkillərin İntizam Komissiyasının xx.xx.2022-ci il tarixdə keçirilən iclasında vəkil Cavabdeh yazılı izahatında göstərilən məzmunda şfahi izahat vermiş, vəkil orderini Azərbaycan Respublikası Vəkillər X5 müvafiq qərarına əsasən həmin cinayət işi üzrə dövlət hesabına müdafiəçinin təyin edilməsi barədə qərarı almadan müstəntiqə təqdim etdiyini bildirmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan belə nəticəyə gəlmişdir ki, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Ağsu rayonu, Çaparlı kənd sakini X8 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Şamaxı rayon X12 Bölməsində ibtidai araşdırması zamanı istintaq orqanının dövlət hesabına müdafiəçi təyin etmə barədə xx.xx.2020-ci il tarixli qərarını hələ almadan həmin qərar əsasında öz adına tərtib edib imzaladığı, lakin hüquqi yardım göstərilən şəxs barədə məlumatların (soyadı, adı və atasının adı) göstərilmədiyi, möhür vurulmamış və nömrə qoyulmamış xx.xx.2020-ci il tarixli vəkil orderini istintaqa təqdim etməklə və müdafiəçisi olduğu təqsirləndirilən şəxslə aparılmış istintaq və prosessual hərəkətlərə dair qərarları, protokolları və digər sənədləri onların məzmunu ilə tanış olmadan, bəzən isə həmin hərəkətlərdə hətta iştirak etmədən imzalamaqla, beləliklə də, dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, qanunun aliliyi prinsipinə, vəkil andına və vəkil etikasına riayət etməyərək və öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2ci, 1.3-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 2.4-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 1.12-ci, 2.1-ci, 2.3-cü, 2.4-cü və 3.1-ci bəndlərinin tələblərini pozmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Vəkillər X1 barəsində qəbul etdiyi qərarın əsasında obyektiv səbəblər yox, yalnız onun subyektiv fikirləri dayanır. Belə ki o, dindirilmək üçün Şamaxı Rayon Məhkəməsinə 2021-ci ilin dekabr ayında çağırılmışdır. X8 müdafiəçisi təyin olunmağı barədə müstəntiq Cəlil Mustafayevin qərarı isə düz bir il əvvəl, 2020-ci ilin dekabr ayının 9da qəbul edilmişdir. O, məhkəmədə Romanı tanımadığı barədə bildirsə də, buna səbəb aradan bir ildən artıq vaxt keçdiyinə görə onu xatırlamamağı olmuşdur. Digər tərəfdən, buna səbəb, pandemiya ilə əlaqədar maskadan istifadə edilməsi və əvvəl Romanın saqqal saxlaması ilə əlaqədar görünüşünün dəyişməsidir. Dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi qaydalarının 2.1-ci maddəsində göstərildiyi kimi o, ibtidai istintaqda sözügedən qərar əsasında iştirak etmişdir. Qərar mövcud olmuş, lakin orderin tam doldurulmaması, yarımçıq olması onu çaşdırmış və bu qənaətə gəlmişdir ki, yəqin qərarı almamışdır. Ancaq ziddiyət ondadır ki, əgər qərar onda olmasaydı, yaxud o ibtidai istintaqda iştirak etməsəydi, qərarın tarixi, təqsirləndirilən şəxsin ittiham edildiyi maddə orderə yazıla bilməzdi. Digər tərəfdən, Roma Cəfərovun özünün onun iştirakı ilə imzaladığı sənədlər həm də onun tərəfindən imzalanmışdır. Roma Cəfərovun imzaların onun olmadığı barədə verdiyi vəsatət xətşünaslıq ekispertizası tərəfindən tamamilə təkzib edilmişdir. O, bütün bunları sonradan xatırlamışdır. O cümlədən, 1.12-ci maddədə göstərilən tələblərə tərəfindən əməl olunmuşdur. Yeganə faktor Roma Cəfərovun simasını xatırlamamağı olmuyşdur. O, ibtidai istintaqda iştirak edə-edə, israrlı şəkildə bunu inkar etmişdir. 2.3-cü maddədə göstərildiyi kimi o, jurnalda qeydiyyat aparmış və həmin jurnalı araşdırma zamanı kollegiyaya təqdim etmişdir və hal-hazırda da oradadır. 3-cü maddə ona aid deyil, çünki o fərdi fəaliyyət göstərmiş, ona görə də tək olduğu üçün onda növbətçilik cədvəli olmamışdır. İbtidai və məhkəmə istintaqına dəvət olunduğu zaman maksimum iştirak etməyə çalışmışdır. Bu barədə ondan bir dəfə də olsun narazılıq olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(118)-521/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qobustan rayonunda fərdi vəkil kimi fəaliyyət göstərən Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi qərara alınmışdır. (hakim V.Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının həm Vəkillər Kollegiyasının İntizam Komissiyasına yazdığı izahatından, həm də məhkəmə araşdırmasından müəyyən edilir ki, iddiaçı orderə təqsirləndirilən şəxsin adını yazaraq onu müstəntiqə verməklə kifayətlənmiş, daha sonra istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. İstintaq hərəkətlərinin aparılmasına dair sənədləri isə başqa bir cinayət işinin materiallarının arasında oxumadan imzalamışdır. Nəticədə, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bu hal müdafiəçinin işinə, vəzifə borcu olan təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsinə etinasız və diqqətsiz yanaşmasını təsdiq edir. Halbuki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının dəlillərinə əsaslanaraq daha obyektiv qərar qəbul edə bilərdi. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. İİ. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. İİİ. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Maddə 3. Vəkilliyin vəzifələri Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Maddə 5. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları İ. Vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Maddə 15. Vəkilin hüquqları İ. Vəkillər müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər. İİ. Vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək; öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; (-). Maddə 18. Vəkil etikası Vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Maddə 20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. İİ. Tutulmuş şəxs tərəfindən müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarından və fərdi qaydada fəaliyyət göstərən vəkillər sırasından Vəkillər Kollegiyasının müəyyən olunmuş qaydada tərtib edilən növbətçilik siyahısına uyğun olaraq vəkil dəvət olunur və tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqavilə bağlanır. Maddə 21. Vəkillərin İntizam Komissiyası İ. Vəkillər tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır. İİ. Vəkillərin İntizam Komissiyası bu Qanuna və onun əsasında Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir. Maddə 22. Vəkillərin intizam məsuliyyəti İ. Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir İİ. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər X6 tərəfindən intizam məsuliyyətinə cəlb edilir. (-) Vİİİ. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər X6 məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Maddə 23. Vəkilin fəaliyyətinə xitam verilməsi İ. Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: (-) Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; (-). “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə
1. Ümumi müddəalar 1.2. Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 1.3. Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir.
2. Davranış qaydaları 2.1. Vəkilin müstəqilliyi - Vəkillər müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkilin tam şəkildə müstəqil olması əsas şərtdir. Vəkil onun müstəqilliyinə xələl gətirə biləcək bütün 4 hərəkətlərdən çəkinməli və öz peşəsinin nüfuzunu digər maraqlardan üstün tutmalıdır. 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 2.4. Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. 2.5. İctimai etimad - Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. 2.6. Konfidensiallıq - Vəkil hüquqi yardım göstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatların konfidensiallığını təmin etməlidir. Məlumatların konfidensiallığının təmin edilməsi müddətlə məhdudlaşdırılmır. Vəkil hüquqi yardımın göstərilməsinə cəlb etdiyi şəxslərdən konfidensiallıqla bağlı öhdəliklərə riayət edilməsini tələb etməlidir. Vəkil peşə fəaliyyəti ilə əlaqədar əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz. 2.7. Hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət - Vəkillərin fəaliyyəti hər bir şəxsin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Vəkil hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyən və qanuni maraqlarını pozan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
3. Vəkilin ona müraciət etmiş şəxslərlə münasibətləri 3.1. Vəkil müqavilə əsasında və ya qanunla müəyyən olumuş qaydada dövlət hesabına hüquqi yardım göstərir. 3.3. Vəkil ona tapşırıq verən, müraciət edən şəxsin kimliyini, hüquqi şəxsin adından çıxış edən şəxsin səlahiyyətlərini aydınlaşdırmalıdır. 3.4. Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. 3.5. Vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir.
4. Vəkilin məhkəmə və digər orqanlarla münasibətləri 4.1. Məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında öz peşə borcunu yerinə yetirən vəkil həmin məhkəmələrdə, ibtidai istintaq və təhqiqat orqanlarında və digər dövlət qurumlarında tələb olunan davranış qaydalarına riayət etməlidir. 4.2. Məhkəmə icraatının ədalətli həyata keçirilməsi üçün vəkil qanunauyğun davranış nümayiş etdirməlidir. 4.3. Vəkil məhkəməyə, ibtidai istintaq və təhqiqat orqanına və digər proses iştirakçılarına qarşı hörmət və nəzakətlə davranmaqla hüquqi yardım göstərdiyi şəxsin maraqlarını şərəflə, ləyaqətlə müdafiə etməli və bu zaman özünün və digər şəxslərin maraqlarını üstün tutmamalıdır. (-) 4.5. Vəkil qabaqcadan müəyyən olunmuş məhkəmə iclasında, ibtidai istintaq və təhqiqat orqanlarında keçirilən istintaq hərəkətlərində vaxtında iştirak etməli, üzürlü səbəb və əsas olmadan məhkəmə proseslərinin və istintaq hərəkətlərini süni şəkildə uzadılmasına səbəb olmamalıdır. 4.6. Vəkil qabaqcadan müəyyən olunmuş məhkəmə iclasında, ibtidai istintaq və təhqiqat orqanlarında keçirilən istintaq hərəkətlərində üzürlü səbəbdən iştirak edə bilmədikdə bu barədə həmin qurumlara əvvəlcədən məlumat verməlidir. (-).
Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə Dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydaları 1.2. Bu Qaydalar qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən cinayət, inzibati, mülki və digər işlər üzrə növbəlik əsasında dövlət hesabına hüquqi yardımın həyata keçirilməsini tənzimləyir. 1.3. Dövlət hesabına həyata keçirilən hüquqi yardım yalnız tədqiqat, ibtidai istintaq orqanlarının və məhkəmənin (bundan sonra səlahiyyətli dövlət orqanları adlandırlacaq) qərarı əsasında həyata keçirilir. 1.4. Vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin növbətçilik cədvəlləri vəkil qurumlarının rəhbərləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər üçün isə Vəkillər X3 aparatı tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikası Vəkillər X6 (bundan sonra - Rəyasət Heyəti) tərəfindən təsdiq edilmiş növbətçilik cədvəlinə uyğun olaraq həyata keçirilir. 1.5. Növbətçilik cədvəlləri Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən dərhal sonra vəkil qurumlarının rəhbərləri və Rəyasət Heyətinin aparatı tərəfindən səlahiyyətli və aidiyyəti qurumlara göndərilir. (-) 1.12. Növbədə olduğu gün vəkil səlahiyyətli dövlət qurumları tərəfindən dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi ilə əlaqədar qərar daxil olduqda həmin qərarın icrası ilə əlaqədar bütün zəruri tədbirlər görməli və ən qısa zamanda və ağlabatan müddətdə istintaq hərəkətlərində və ya məhkəmə iclaslarında iştirak etməlidir.
2. Dövlət hesabına hüquqi yardım göstərilməsinin əsasları və qaydaları 2.1. Cinayət, inizbati və mülki işlər üzrə dövlət hesabına hüquqi yardım yalnız təhqiqat, ibtidai istintaq orqanlarının və məhkəmənin qərarları əsasında həyata keçirilir. (-)
3. Növbətçi vəkilin vəzifələri 3.1. Dövlət hesabına həyata keçirdiyi hüquqi yardımı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, prosessual və digər qanunvericilik aktlarının və "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin tələblərini rəhbər tutmaqla həyata keçirmək; (-) 3.6. Növbətçilik cədvəli üzrə təyin edilmiş vəkil həvalə edilən iş üzrə mərhələ sona çatanadək iştirak etməlidir.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırda iddiaçının tələbi cavabdeh vəkil Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsidir. İddiaçı tələbinin əsası kimi cavabdeh vəkilin dövlət hesabına müdafiəçi təyin etmə barədə qərarı almadan həmin qərar əsasında öz adına tərtib edib imzaladığı, lakin müvafiq məlumatları tam doldurulmamış vəkil orderini istintaqa təqdim etməklə və müdafiəçisi olduğu təqsirləndirilən şəxslə aparılmış istintaq və prosessual hərəkətlərlə bağlı sənədləri onların məzmunu ilə tanış olmadan, bəzən isə həmin hərəkətlərdə iştirak etmədən imzalamaqla, dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, qanunun aliliyi prinsipinə, vəkil andına və vəkil etikasına riayət etməyərək və öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, bununla bağlı qanunvericiliyin tələblərini pozduğunu qeyd etmişdir. İşdə olan Şamaxı rayon X12 Bölməsinin müstəntiqinin “Dövlət hesabına müdafiəçi təyin etmə barədə” 09 dekabr 2020-ci il tarixli qərarından görünür ki, X8 AR Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən zaman vəkil Cavabdeh onun hüquqlarının müdafiə edilməsi məqsədilə müdafiəçi qismində dəvət edilməsi qərara alınmışdır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmiş, iş mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş hazırkı iş üzrə cavabdeh ifadəsində bildirmişdir ki, həmin cinayət işindən 3-4 gün əvvəl məlumatı olmuşdur. Roma adlı şəxs onun telefonuna zəng edərək barəsində açılmış cinayət işinin istintaqı zamanı cavabdeh ona müdafiəçi təyin edilsə də, onu tanımadığını və istintaqda görmədiyini bildirmişdir. O, Romaya cavabında həqiqətən də onu tanımadığını və onun barəsində hər hansı bir cinayət işində onun hüquqlarını müdafiə etməyini, həmçinin, onu ilk dəfə gördüyünü bildirmişdir. İstintaq materiallarında olan imzalar onundur. Ola bilsin ki, müstəntiq onun müdafiəçi olduğu başqa cinayət işinin materiallarına imza etdirən zaman Romaya aid cinayət işinin materiallarına da imza etdirmiş, o da baxmadan imzalamışdır. Bundan sonra Şamaxı Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 1(074)- 50/2021 nömrəli qərarı ilə R.E.Cəfərovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Daha sonra Şamaxı Rayon Prokurorluğu 29 dekabr 2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət edərək cavabdehin cinayət işinin istintaqı zamanı yol verdiyi nöqsanları, vəkillik fəaliyyətinə səhlənkar yanaşmasını nəzərə alaraq sonuncu barəsində xidməti yoxlama aparılmasını xahiş etmişdir. Belə ki, müraciətdən görünür ki, Cavabdeh rayon prokurorluğunda verdiyi izahatında order və vəkil hesabatının onun tərəfindən müstəntiqə təqdim edildiyini, orderdə cinayət işinin nömrəsinin, maddəsinin və digər məlumatların onun tərəfindən öz xətti ilə yazıldığını, orderdə möhür, orderin nömrəsi, təqsirləndirilən şəxs barədə məlumatların yalnız sonuncunu gördükdən sonra tərəfindən doldurulduğunu və təqsirləndirilən şəxsi görmədiyi üçün həmin məlumatları qeyd etmədiyini, müstəntiq tərəfindən ona müdafiəçi qismində dəvət edilməsi barədə qərar təqdim edilmədiyini, istintaq zamanı sənədlərin onun tərəfindən oxunmadan imzalandığını və digər xüsusatları göstərmişdir. Həmçinin, prokurorluq orqanında aparılan araşdırma zamanı cinayət işi ilə bağlı müvafiq prosessual sənədlərin cavabdeh tərəfindən imzalandığı müəyyən edilmişdir. Müraciətdə yekun olaraq qeyd edilmişdir ki, Cavabdeh həm Şamaxı Rayon Məhkəməsində məhkəmə baxışı zamanı, həm də rayon prokurorluğunda verdiyi izahatında cinayət işinin materiallarında olan imzaların onun tərəfindən çəkildiyini təsdiq etmişdir. Lakin, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X9 tanımadığını bildirərək təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması görüntüsünü yaratmışdır. Bundan sonra iddiaçı inzibati orqanın 13 yanvar 2022-ci il tarixli, 01 saylı iclas qərarı ilə cavabdeh barəsində Şamaxı Rayon Prokurorluğunun müraciəti əsasında intizam icraatının başlanılması, 01 aprel 2022-ci il tarixli, 05 saylı iclas qərarı ilə isə başlanılmış intizam icraatı üzrə cavabdehin Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək sonuncunun vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. İşin sadalanan faktiki hallarından göründüyü kimi cavabdeh prokurorluq orqanında verdiyi izahatında dövlət hesabına müdafiəçi təyin etmə barədə müstəntiqin qərarının təqdim edilmədiyini, vəkil orderində müvafiq məlumatların tərəfindən doldurulduğunu, habelə istintaq zamanı müvafiq prosessual sənədlərin onun tərəfindən oxunmadan imzalandığını qeyd etmişdir. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə Dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydalarının: 2.3-cü bəndinə əsasən dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi ilə əlaqədar səlahiyyətli dövlət qurumlarından vəkil qurumlarına və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərə qərarlar daxil olduqda həmin qərarlar bunun üçün xüsusi olaraq ayrılmış jurnallardan qeydiyyatdan keçirilirlər. 2.4-cü bəndinə əsasən xüsusi jurnalda qeydiyyatdan keçdikdən sonra vəkil qurumunun rəhbərinin dərkənarına əsasən həmin qərarın icrası ilk növbədə növbətçi vəkilə və ya əlavə vəkil ayrılmasına zərurət yaranarsa digər vəkilə həvalə edilir və bundan sonra order tərtib edilir. 2.5-ci bəndinə əsasən vəkil orderi aydın, səliqəli xətlə və bütün zəruri məlumatlar ixtisar edilmədən tam göstərilməklə tərtib edilir. 2.6-cı bəndinə əsasən vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkil orderlərin tərtib edilməsinin düzgünlüyünə görə məsuliyyət daşıyır. Qeyd edilən normaların tələblərindən göründüyü kimi dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi ilə qərar xüsusi olaraq ayrılmış jurnallardan qeydiyyatdan keçirilir, jurnalda qeydiyyatdan keçdikdən sonra müvafiq vəkilə həvalə edilir, bundan sonra isə order tərtib edilir. Cavabdeh isə qeyd edilən normaların tələblərinə riayət etməyərək hüquqi yardım göstərilməsi ilə bağlı qərarı almadan orderdə müvafiq məlumatları doldurmuş, eləcə də cinayət işi ilə bağlı bəzi prosessual sənədləri təqsirləndirilən şəxsin iştirakı olmadan, eləcə də həmin sənədləri, ümumiyyətlə, oxumadan imzalamışdır. Digər tərəfdən, cavabdeh cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsi, ümumiyyətlə, tanımadığını və ona hüquqi yardım göstərmədiyini bildirərək təqsirləndirilən şəxsin müdafiə hüququnun pozuntusu görüntüsünü yaratmışdır. Halbuki, yuxarıda qeyd edilən Qaydaların 3.1 və 3.6-cı bəndinə əsasən dövlət hesabına həyata keçirdiyi hüquqi yardımı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, prosessual və digər qanunvericilik aktlarının və "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin tələblərini rəhbər tutmaqla həyata keçirmək, həmçinin, həvalə edilən iş üzrə mərhələ sona çatanadək iştirak etmək növbətçi vəkilin vəzifələrinə aid edilmişdir. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 2.2 və 3.4-cü bəndinə görə vicdanlı davranış - vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. Beləliklə, işin yuxarıda sadalanan hallarına əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdeh vəkil kimi peşə borcunu yerinə yetirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin, həmçinin, “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə Dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” Qaydalarının yuxarıda qeyd edilən tələblərinin pozulması halları aşkar olunduğundan və sadalanan hallar Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2-1(118)-521/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.