Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-495/2025 21.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********598200 nömrəli, xx.xx.2023-cü il tarixli **********601700 nömrəli və xx.xx.2024-cü il tarixli **********196400 nömrəli qərarlarının ləğv edilməsinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2024-cü il tarixli, 2-1(118)- 708/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Vergi orqanının xx.xx.2022-ci il tarixli **********0055 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, 2-ci Quşçuluq yaşayış massivində yerləşən obyektində xx.xx.2022-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. Həmin müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırılmışdır. Vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından iddiaçı barəsində kameral qaydada qərarlar qəbul olunmuşdur. Hazırda iddiaçı 2 saylı ƏraziVergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********598200 nömrəli, xx.xx.2023-cü il tarixli **********601700 nömrəli və xx.xx.2024cü il tarixli **********196400 nömrəli qərarlarının İəğv edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********598200 nömrəli qərarla ƏDV iyul/2022 dövr üzrə 363.381,15 manat, xx.xx.2023cü il tarixli **********601700 nömrəli qərarla avqust/2022 dövr üzrə - 450.063, 62 manat və xx.xx.2024-cü il tarixli **********196400 nömrəli qərarla iyun/ 2024 üzrə 412.049,70 manat əlavə vergi borcu hesablanmışdır. Birinci instansiya məhkəməsinin icraatı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********598200 nömrəli və xx.xx.2023-cü il tarixli **********601700 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********598200 nömrəli, xx.xx.2023-cü il tarixli **********601700 nömrəli və xx.xx.2024cü il tarixli **********196400 nömrəli qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuldiyyətli Cəmiyyətinə aşağıdakı qərarlar əsasında Kameral vergi yoxlaması ilə ƏDV hesablanmışdır : ƏDV İyul/2022 dövr üzrə - xx.xx.2023-cü il tarixli **********598200 nömrəli qərar əsasında 363381,15 manat ƏDV Avqust/2022 dövr üzrə - xx.xx.2023-cü il tarixli **********601700 nömrəli qərar əsasında 450063,62 manat Kameral vergi yoxlaması ilə hesablamaya əsas isə xronometraj metodu ilə keçirilən müşahidələrin nəticəsi əsas götürülmüşdür. Hesab edir ki, hesablama əsassızdır və bunu aşağıda göstərilənlərlə əsaslandırır. İlk olaraq qeyd olunmalıdır ki, kameral vergi yoxlaması ilə əlavə vergi məbləğinin hesablanmasına əsas olan xronometraj metodu ilə müşahidənin nəticəsi Vergi Məcəlləsinin 50.1-1-ci maddəsinin tələbinə zidd olduğuna görə qanunsuzdur. Belə ki, vergi orqanı tərəfindən müəssisədə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 24 dəfə xronometraj metodu ilə müşahidənin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin Qərarlarda xronometraj metodu ilə müşahidənin keçirilməsinə 50-1.1-ci maddədə göstərilən 3 bənd üzrə heç bir əsas yoxdur. 1-ci bənd üzrə Vergi orqanı 15 günlük müddətdən sonra dərhal 1-2 gün müddətində yeni qərar qəbul etmişdir. Yəni Cəmiyyətin fəaliyyətində birinci bənddə qeyd olunan (vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda nöqsan) əsas yoxdur. İkinci bənddə (əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda) və üçüncü bənddə (vergi ödəyicisi yeni xronometrajmetodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə) göstərilən heç bir əsas olmamışdır. Xronometraj metodu ilə müşahidənin keçirilməsi barədə bütün Qərarlarda əsas olaraq Vergi Məcəlləsinin 23 və 50-1-ci maddələrinə istinad olunmuşdur. Sual olunur ki, davamlı olaraq bu müddətdə xronometraj metodu ilə müşahidənin keçirilməsinə əsas olan hansı halı vergi orqanı müəyyən edib?! Bu səbəbdən də qanunsuz sübutların sübut kimi qiymətləndirilməsi qanunsuzdur. Vergi Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometrajmetodu ilə yenimüşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Müəssisə tərəfindən istənilən sənəd vergi orqanına təqdim edilib. Vergi orqanı tərəfindən digər məlumat mənbələri əsas götürülə bilərdi. Yuxarıda sadalanan 37.5-ci maddə imperativ maddə deyil. Yəni vergi orqanı həmin maddəni tətbiq etməzdən əvvəl araşdırma aparmalı bir neçə məlumata əlaqəli baxmalıdır.Bunlardan əlavə müəssisənin faktiki fəaliyyətinin olmasını istifadə etdiyi elektrik enerjisi ilə də müəyyən etmək olar. Müəssisənin fəaliyyəti metal pəstah istehsalıdır və burda elektrik enerjisindən istifadə olunur. Belə ki, enerji sərfiyyatı: xx.xx.2022-ci il tarixli iki faktura üzrə ay ərzində ƏDV-li 261112,2 manat, xx.xx.25022-ci il tarixli fakturalar üzrə ay ərzində 275577,40 manat təşkil etdiyi halda 2022-ci ilin iyun ayında bu göstərici 124233,41 manat yəni xronometraj keçirilən dövrlərdən iki dəfədən də az, 2022-ci ilin iyul ayında bu göstərici 65945,0 manat yəni xronometraj keçirilən dövrlərdən dörd dəfədən də az, 2022-ci ilin avqust ayında bu göstərici 144518,9 manat yəni əvvəlki dövrlərdən iki dəfədən də az, 2022-ci ilin sentyabr ayında bu göstərici 2797,70 manat təşkil etmişdir. İstehsal olmadığından müvafiq olaraq, satış da ola bilməzdi. Vergi orqanı tərəfindən qərar əsasında müəssisədə uzun müddətli təxminən 1 ilə yaxın davamlı olaraq xronometraj metodu ilə müşahidə keçirilmişdir. Qərar olmayan 2022-ci ilin iyun-avqust aylarında vergi orqanının əməkdaşı daimi istehsala və satışa nəzarət etmişdir. Vergi orqanı təqdim etdiyi enerji sərfinə dair məlumatları, işçi sayının azalmasına dair məlumatları nəzərə almamışdır. Cəmiyyət tərəfindən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)” məlumatlarına əsasən Cəmiyyətin 2022-ci ilin iyun ayı ərzində 233 nəfər, iyul ayı ərzində 217 nəfər, avqust ayı ərzində 211 nəfər, sentyabr ayı ərzində isə 106 nəfər faktiki işçi sayı olmuşdur ki, həmin işçilərində ay ərzində olan iş günləri və iş saatları 2022-ci ilin yanvar-may aylarında olan iş günlərindən və iş saatlarından kəskin fərqlidir. Hər halda dövlətin də marağındadır ki, 300 nəfərə yaxın işçisi olan istehsal müəssisəsi fəaliyyətini dayandırmasın. Vergi orqanına da bəllidir ki, onların istehsalı elektrik enerjisindən asılıdır. Elektrik enerjisi olmadan istehsal mümkün deyildir. Bunu isə xronometraj olmayan dövrün enerjisini, xronometraj olan dövrlə müqayisə etməklə müəyyən etmək və nəzərə almaq vacibdir. Cavabdehin Qərarları əsassız olduğundan ləğv edilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı 2021-ci ilin iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********296100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin iyun ayına 412049,70 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********196400 nömrəli Qərarları göndərilmişdir. Həmçinin, 2022-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu və əvəzləşdirilməyə daxil edilmiş bəzi elektron qaimə-fakturaların ƏDV məbləği ödənilmədiyi müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 31,10.2023-cü il tarixli **********383400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir.Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin iyul ayına 363381,15 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********598200 nömrəli Qərarı göndərilmişdir. Həmçinin, 2022-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu müəyyən edilmişdir.Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********383400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin avqust ayına 450063,62 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********601700 nömrəli Qərarı göndərilmişdir. Qəbul edilmiş qərarlar qanunvericiliyə uyğun şəkildə tərtib edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2024-cü il tarixli, 2-1(118)-708/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Rahim Həsənov). Məhkəmə hesab etmişdir ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsi vergi orqanının üzərinə vergilərin hesablanması zamanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrinin əsas götürülməsini vəzifə kimi deyil hüququ kimi qeyd etmişdir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Qeyd olunan Məcəllənin 83.2-ci maddəsinə əsasən 1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatlara; 2) bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumatlara; 3) vergi yoxlaması materiallarına; 4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara-yəni idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata əsaslanaraq vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini qeyd olunan məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır. Göründüyü kimi Vergi Məcəlləsi vergi ödəyicisinin vergi öhdəliklərini hesablayarkən yoxlama materiallarına istinad etməkdən əlavə idxal-ixrac əməliyatları barədə rəsmi məlumata istinad etmək hüququndan da istifadə edə bilərdi. Lakin hazırkı, inzibati mübahisə üzrə vergi orqanı tərəfindən keçirilmiş xronometraj müşahidənin göstəricilərini rəhbər tutmaqla vergi ödəyicisi tərəfindən satılmayan məhsula görə MMC-ni əlavə dəyər vergisinə cəlb etmişdir. Bütün qeyd olunanları ümumiləşdirərək, məhkəmə hesab edir ki, inzibati orqan ona qanun ilə verilmiş hüquqlardan sui-istifadə edərək iddiaçıya əlavə vergi borcu hesablamışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin vergi orqanının hüquqlarından sui-istifadə etməsi ilə bağlı qeyd olunmalıdır ki, vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı 2021-ci ilin iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsinin 301.1 "Malların təqdim edilməsi, işlərin işlərin görülməsi, görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar" sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə Əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********296100 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin iyun ayına 412049,70 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********196400 nömrəli Qərarları göndərilmişdir. Həmçinin, 2022ci ilin iyul ayı üzrə təqdim edilmiş bəyannaməsinin araşdırılması bəyannamənin 301.1 "Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar❞ sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütununda olan məbləğin son xronometraj müşahidəsinin rəsmiləşdirilmiş nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu və Əvəzləşdirilməyə daxil edilmiş bəzi elektron qaimə- fakturaların ƏDV məbləği ödənilmədiyi müəyyən edilmişdir. Yaranmış kənarlaşma ödəyicisinə xx.xx.2023-cü il tarixli **********383400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin iyul ayına 363381,15 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta ve işsizlik sığortası haqlarının hesablanması barədə" **********598200 nömrəli Qərarı göndərilmişdir. Həmçinin, 2022-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin araşdırılması zamanı bəyannamənin 301.1 "Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar" sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütununda olan məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş məbləğdən az olduğu müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə Əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********383400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin avqust ayına 450063,62 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********601700 nömrəli Qərarı göndərilmişdir. Göründüyü kimi aşkar olunmuş uyğunsuzluqlarla bağlı vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktublar göndərilsə də, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1 -ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda ; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ƏDV İyul/2022 dövr üzrə - xx.xx.2023-cü il tarixli **********598200 nömrəli qərar əsasında 363381,15 manat , “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ƏDV Avqust/2022 dövr üzrə xx.xx.2023-cü il tarixli **********601700 nömrəli qərar əsasında 450063,62 manat Kameral vergi yoxlaması ilə hesablamaya əsas isə xronometraj metodu ilə keçirilən müşahidələrin nəticəsi əsas götürülmüşdür Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama aparmış, xronometraj metodu ilə aparılan müşahidə Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və cavabdeh tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Həmçinin cavabdeh tərəfindən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük və yekun aktlar, fiskal hesabatlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququdur. Odur ki, qeyd edilən halda məhkəmənin səlahiyyətləri müşahidənin aparılması zamanı vergi orqanın prosedur öhdəliklərinə riayət etməsini və müşahidə müddətində müəyyən edilmiş satış dövriyyəsinin müəyyən edilmiş həcminin rəsmiləşdirilməsini yoxlamaqla məhdudlaşır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə əsasən: Bənd 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Cavabdeh tərəfindən xronometraj metodu ilə müşahidə barədə qəbul edilmiş qərarı barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış, yoxlamanın nəticələri həmin dövrdə aparılmış xronometraj müşahidələrinə əsaslanmış, məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir. Müşahidə aparılan dövrdə satış dövriyyəsinin həcmi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə ki, cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktlar təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. xx.xx.2022-ci il tarixli DVX seriyalı 020262 nömrəli “Xronometraj metodu ilə müşahidənin nəticəsi barədə tərtib edilmiş yekun aktında iddiaçıya aid təsərrüfat subyektində xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixədək aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən istehsalın həcmi 106173.38 manat, tam satış dövriyyəsi isə 1303467,33 /10 = 130346,74 manat orta günlük dövriyyə (ƏDV daxil) müəyyən edilmiş və həmin akt iddiaçı müəssisənin direktoru tərəfindən imzalanmışdır. Mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır. Göründüyü kimi, iddiaçı yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmiş, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etməmişdir, həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 15.1.13-ci maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla (yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər) istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdeh qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 mart 2024-cü il tarixli, 2-1(118)-708/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********598200 nömrəli, xx.xx.2023-cü il tarixli **********601700 nömrəli və xx.xx.2024-cü il tarixli **********196400 nömrəli qərarlarının ləğv edilməsinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-495/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-495/2025
21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver