Məhkəmə qərarları › İş №2-1(105)-500/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-500/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-500/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X3 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 mart NN5-ci il tarixli, N-1(118)-N50/NN5 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-8113/NN3 nömrəli, N8 aprel NN3-cü il tarixli qərardadına əsasən inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 06 aprel N15-ci ildə Azərbaycan Respublikası SHXÇDX-nin Xaçmaz rayon çağırış komissiyası tərəfindən nizami xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və hərbi hissəyə göndərilmişdir. N oktyabr N16-cı ildə AR Müdafiə Nazirliyinin xx.xx.N16-cı il tarixli, N85 nömrəli əmri əsasında AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. xx.xx.N18-ci il tarixdə müddətdən artıq xidmət edən hərbi qulluqçu, mexaniki-sürücü kimi Müdafiə Nazirliyində Hərbi hissə siyahısına daxil olmuşdur. NN-ci il sentyabrın N7-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır. Müharibənin başlandığı gündən N7 sentyabr NN-ci il - 10 noyabr NN-ci il tarixədək 69-cu əlahiddə tank taborunun tərkibində tank tağımının mexaniki-sürücüsü vəzifəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında Ağdam rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq iddianın mümkün hesab edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, iddiaçı komissiyanın rəyi almadan hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. İddiaçı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ərizə ilə müraciət etmiş, N8 iyun NNN-ci il tarixdə komissiya tərəfindən iddiaçının N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsini təsdiqləyən sənədləri (əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətlərini, arayış məlumatı) tamamladıqdan sonra yenidən komissiyaya müraciət etməyi tövsiyə olunmuşdur. Yəni, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya imtina olunmamış, sənədlərin toplanıb müraciət etdikdən sonra ərizəsinə baxılacağı bildirilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İ-189N nömrəli “Azərbaycan Respublikasının Medalının vəsiqəsi”ndən görünür ki, İddiaçı “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. SX seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, xx xxxxxx 1997-ci il təvəllüdlü İddiaçı 6 aprel N15-ci il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N iyul N15-ci il tarixdə çıxarılmış, N iyul N15-ci il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N oktyabr N16-cı il tarixdə çıxarılmış, 10 yanvar N18-ci il tarixdə SQTTM-a daxil olmuş, N4 fevral N18-ci il tarixdə çıxarılmış, N5 fevral N18-ci il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N fevral NN1-ci il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin N8 iyun NNN-ci il tarixli, 4/3-N nömrəli N nömrəli hərbi hissənin komandirinə göndərilmiş məktubundan görünür ki, İddiaçı tərəfindən Müdafiə Nazirliyinə ünvanlanmış müraciətə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılır. İddiaçı dair N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar müraciət müəllifinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair xidməti barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayışməlumatı və həmçinin qeyd olunan məlumatları CD variantda qısa müddət ərzində təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N noyabr NN3cü il tarixli, 4635 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: N nömrəli hərbi hissə komandirinin N oktyabr NN-ci il tarixli, N74 nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissəyə ezam olunmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu 3-cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü əsgər İddiaçı N oktyabr NN-ci il tarixdən ezamiyyətdən qayıtmış və düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması məqsədi ilə Ağdam və Tərtər rayon istiqamətinə getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli, N9N nömrəli əmrindən görünür ki, düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması uğrunda Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu 3-cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü əsgər İddiaçı N nömrəli hərbi hissəyə N gün müddətinə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin NN noyabr NN-ci il tarixli, 301 nömrəli əmrindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu 3-cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü əsgər İddiaçı NN noyabr NN-ci il tarixdə gəlmiş və vəzifələrin icrasına başlamış hesab edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin N7 oktyabr NN3-cü il tarixli, 3-43-N7/N-1335/NN3 nömrəli məktubu ilə İddiaçı şəxsi işi göndərilmişdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı dair tərtib edilmiş AD seriyalı, ******* nömrəli “Xidmət dəftərçəsi”ndən görünür ki, N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında Ağdam rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz Rayon Polis Şöbəsinin 14 dekabr N17-ci il tarixli, 160-N4158V-3N17 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1997-ci il təvəllüdlü Xaçmaz rayonu, Susayqışlaq kəndində qeydiyyatda olan İddiaçı məhkumluğu barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 10 yanvar N18-ci il tarixli, 9 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı 10 yanvar N18-ci il tarixdən Mərkəzin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı bölüyündə kursant vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin N4 fevral N18-ci il tarixli, 48 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Mərkəzin dəyişən heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün təyin olunduğu N nömrəli hərbi hissəyə getmiş hesab olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N fevral N18-ci il tarixli, 61 nömrəli əmrindən görünür ki, İddiaçı N fevral N18-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifələrin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N mart NN1-ci il tarixli, 66 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, 3-cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü, N nömrəli hərbi hissə Komandirinin N fevral NN1-ci il tarixli, 09 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.1-ci bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 4 mart NN1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 mart NN5-ci il tarixli, N-1(118)-N50/NN5 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında iştirak etdiyi üçün iddia təmin edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsi sözügedən qərarında iddiaçının N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində tank taqımının mexanik-sürücüsü vəzifəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğurunda gedən əks həmlə əməliyyatlarında Ağdam rayonun azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etdiyini qeyd etməklə iddianı təmin etmişdir. Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində düşməni kaputulasiya aktını imza etməyə məcbur edərək xx.xx.NN-ci il tarixdə üç dövlət arasında (Azərbaycan, Rusiya və Ermənistan) bağlanmış müqaviləyə əsasən Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə sərf etmədən və döyüş əməliyyatları aparılmadan işğaldan azad olunmuşdur. Belə ki, Əsasnamənin 10-cu bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın N7-dən noyabrın 10dək qeyd edilən ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir, Əsasnaməyə əlavə edilmiş 4N nömrəli qərarına əsasən xx.xx.NN-ci il tarixdən xx.xx.NN-ci il tarixədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə o şərtlə “müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslərin hərbi döyüşlərdə iştirakını sübut edən yuxarıda qeyd olunan sənədlər mövcud olsun. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 6N.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; NN-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N00-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-) Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji XN Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 1N. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən N gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda NN-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının NN-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında əsasında müharibə veteranı adı verilir. Sözügedən Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarına əlavə edilmiş arxiv arayışlardan müəyyən edilir ki, iddiaçı 06 aprel N15ci il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, 0N iyul N15-ci il tarixdə çıxarılmış, 0N iyul N15-ci il tarixdə N №-li hərbi hissəyə daxil olmuş, N oktyabr N16-cı il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. 10 yanvar N18-ci il tarixdən Mərkəzin dəyişən heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı bölüyündə kursant vəzifəsinə təyin edilmişdir. N4 fevral N18-ci il tarixli əmr ilə Mərkəzin dəyişən heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün təyin olunduğu N nömrəli hərbi hissəyə getmiş hesab olunmuşdur. N fevral N18-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və vəzifələrin icrasına başlamışdır. Həmçinin, müəyyən edilir ki, iddiaçı N oktyabr NN-ci il tarixdən ezamiyyətdən qayıtmış və düşmən təxribatının qarşısının alınması və torpaqların azad olunması məqsədi ilə Ağdam və Tərtər rayon istiqamətinə getmiş hesab edilmişdir. N oktyabr NN-ci il tarixdən ezamiyyətdən qayıtmış və düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması məqsədi ilə Ağdam və Tərtər rayon istiqamətinə getmiş hesab edilmişdir. 0N noyabr NN-ci il tarixli əmr ilə düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması uğrunda Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən iddiaçı N nömrəli hərbi hissəyə N gün müddətinə ezam olunmuşdur, NN noyabr NN-ci il tarixdə N hərbi hissəyə gəlmiş və vəzifələrin icrasına başlamış hesab edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral NN1-ci il tarixli, 09 əç nömrəli əmri ilə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmış, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N mart NN1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə göndərilmişdir. Eyni zamanda, iddiaçının şəxsi işinə əlavə edilmiş “Xidmət dəftərçəsi”ndən müəyyən edilmişdir ki, o, N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında Ağdam rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən ilk növbədə iddia tələbinə münasibət bildirilməmişdir. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin N-1(118)-709/NN4 nömrəli, 05 aprel NN4-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə iddiaçıya ərizənin icrası ilə bağlı müvafiq sənədləri cavabdehə rəsmi təqdim edilməsi üçün 15 gün, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə isə 1 ay müddət müəyyən edilmiş, lakin hər hansı nəticə əldə olunmamışdır. Hazırda cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, xx.xx.NN-ci il tarixdə üç dövlət arasında (Azərbaycan, Rusiya və Ermənistan) bağlanmış müqaviləyə əsasən Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə sərf etmədən və döyüş əməliyyatları aparılmadan işğaldan azad olunmuşdur. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N oktyabr NN-ci il tarixli, N74 nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissəyə ezam olunmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu 3-cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü əsgər İddiaçı N oktyabr NN-ci il tarixdən ezamiyyətdən qayıtmış və düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması məqsədi ilə Ağdam və Tərtər rayon istiqamətinə getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr NN-ci il tarixli, N9N nömrəli əmrindən görünür ki, düşmən təxribatının qarşısının alınması və torpaqlarımızın azad olunması uğrunda Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu 3-cü tank bölüyünün 1-ci tank taqımının N-ci tankın mexanik-sürücüsü əsgər İddiaçı N nömrəli hərbi hissəyə N gün müddətinə ezam olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı dair tərtib edilmiş AD seriyalı, ******* nömrəli “Xidmət dəftərçəsi”ndən görünür ki, N7 sentyabr NN-ci il tarixdən 10 noyabr NN-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən əks həmlə əməliyyatlarında Ağdam rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Göründüyü kimi iddiaçının müvafiq əsasnaməyə uyğun olaraq NN-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi ona məxsus hərbi bilet, hərbi hissələrin nizami hissə üzrə əmrləri və şəxsi işi ilə öz təsdiqini tapmışdır. Kollegiya eyni zamanda qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Həmin medal isə Azərbaycan Respublikası Prezidentinin N4 iyun NN1-ci il tarixli, N7N5 nömrəli Sərəncamına əsasən verilmişdir. Həmin Sərəncamdan görünür ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilsinlər: İddiaçı – əsgər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmələr tərəfindən müəyyən edilərək tədqiq olunmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart NN5-ci il tarixli, N-1(118)-N50/NN5 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar