Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-537/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin əmsal tətbiq edilməklə, özəlləşdirilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri X9 küçəsi 95 ünvanında yeləşən əmlak kompleksini və həmin əmlakın yerləşdiyi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən və 182.2 m2 yeməkxana binası Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 21 iyul 1991-ci il tarixli 126 saylı Qərarı ilə ayrılmış və Abşeron Rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı Protokolu ilə Abbasov Vaqifə satılmış və sonradan iddiaçıya bağışlanmış həmin əmlakın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 Nömrəli Qərarına əsasən zona və əmsallar tətbiq etməklə qiymətləndirilərək özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-317/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Abşeron Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2003-cü il tarixli, 02 saylı Protokolu ilə X2, sonradan İddiaçı bağışlanmış ümumi sahəsi 182.8 kv.m, tikintialtı sahəsi 200.2 kv.m olan pavilyonun xüsusi mülkiyyətdə olması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci it tarixli, ********** nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həmin pavilyonun yerləşdiyi, dövlət mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən yalnız istifadə hüququ bağışlanma müqaviləsindən sonra İddiaçı keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq torpaq sahələrinin özəlləşdirilməsi həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, müraciətinizlə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən əraziyə baxış keçirilmiş və istifadənizdə olan torpaq sahəsində texniki pasportda öz əksini tapmayan əlavə tikililərin inşa edildiyi aşkar edilmişdir. Həmin əlavə tikililərlə bağlı hüquqmüəyyənedici sənədlər əldə edildikdən sonra adıçəkilən torpaq sahəsinin özəlləşdirilməsinin mümkünlüyü barədə qanunvericiliyin tələbləri sizə izah edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habeiə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş jnüəssisəкУЯ obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 377 nömrəli Qərarına əsasən özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Abşeron Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı Protokolu ilə Abbasov Vaqifə satılmış və sonradan bağışlanma müqaviləsi əsasında iddiaçıya bağışlanmış “Abşeron rayonu Xırdalan şəhəri X9 küçəsi 95 ünvanında yeləşən əmlak kompleksinin yerləşdiyi 0.12 ha torpaq sahəsinə xüsusi mülkiyyət kimi reyestr qeydiyyatına alınması və həmin ünvanada yerləşən əmlak kompleksinə - 182.2 m2 yeməkxana binasına və 0.12 ha torpaq sahəsinə vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək verərək, Abşeron rayonu, Xırdalan şəhəri X9 küçəsi 95 ünvanında yeləşən əmlak kompleksini və həmin əmlakın yerləşdiyi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən və 182.2 m2 yeməkxana binası Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 21 iyul 1991-ci il tarixli 126 saylı Qərarı ilə ayrılmış və Abşeron Rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı Protokolu ilə Abbasov Vaqifə satılmış və sonradan iddiaçıya bağışlanmış həmin əmlakın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 Nömrəli Qərarına əsasən zona və əmsallar tətbiq etməklə qiymətləndirilərək özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri X9 küçəsi 95 ünvanda yerləşən əmlak kompleksini və həmin əmlakın yerləşdiyi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən və 182.2 m2 yeməkxana binası Abşeron Rayon Xalq Deputatları Sovetinin icraiyyə Komitəsinin 21 iyul 1991-ci il tarixli 126 saylı Qərarı ilə ayrılmış və Abşeron Rayon Kooperativ Cəmiyyətinin idarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı Protokolu ilə Abbasov Vaqifə satılmış və xx.xx.2014-cü il tarixli RX seriya ******* nömrəli Çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış Abbasov Vaqifə məxsus olan əmlak kompleksi kimi müəssisəsinin yerləşdiyi torpaq sahəsinin növü kimi dövlət torpaqları, həmçinin torpaq sahəsi üzrə hüququn növü kimi istifadə olması qeyd edilmişdir. Halbuki həmin torpaq sahəsi o zaman dövlət torpaqlarına aid olmamışdır. Eyni zamanda Abşeron Rayon Xırdalan şəhəri, X11 ev küçəsi 95 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsini bagişlanma müqaviləsi əsasinda iddiaçının adına rəsmiləşdirilmiş və xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Lakin ona verilən Çıxarışda torpaq sahəsi dövlət” torpağı kimi qeyd edilmişdir. Ona görə də qeyd olunan torpaq sahəsinin növünün xüsusi mülkiyyət” kimi qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və Xidmətin 13 may 2022-ci il tarixli **********46 saylı cavab məktubunda ona müsbət cavab verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ona ünvanlanmış cavab məktubunda torpaq sahəsinin onun mülkiyyətində olmadığı yanız istifadəsində olduğu göstərilmişdir. Hesab edir ki, hazırda ona məxsus olan torpaq sahəsinin çıxarışda dövlət torpaqları kimi göstərilməsi onun mülkiyyət hüquqlarının pozulması kimi başa düşülməlidir.Belə ki, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakı aldığı halda həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi də onun xususi mülkiyyəti kimi qeyd olunmalıdır. Lakin Reyestr Xidməti qanunun tələblərinə əməl etməmiş və daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsini onun adına xüsusi mülkiyyət kimi sənədləşdirməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, mübahisənin predmeti olan torpaq sahəsi üzərində yerləşən, sahəsi 182.2 kv.m olan qeyri-yaşayış binası (yeməkxana) ilkin olaraq “Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı”nın Abşeron Rayon Kooperativlər Cəmiyyətinin xx.xx.2003-cü il tarixli qərarına və Cəmiyyətin sədrinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli sərəncamına əsasən X1. X6 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarış verilmiş və həmin çıxarışda sahəsi 182,8 kv.m olan əmlak kompleksi kimi müəssisənin V.Abbasovun mülkiyyətində, onun yerləşdiyi 0,02002 ha torpaq sahəsinin isə istifadəsində olduğu qeyd edilmişdir. Qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Abşeron Rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli, 126 nömrəli qərarı ilə Abşeron Rayon İctimai İaşə Kontorunun istifadəsinə verilmişdir. Daha sonra X10 xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə qeyd edilən qeyri-yaşayış binasını İddiaçı bağışlamış və qeyd edilən müqavilədə 0,02002 ha torpaq sahəsinin mülkiyyətdə yox, istifadədə olduğu qeyd edilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsi ilə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları müəyyən edilmişdir və həmin maddəyə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əldə edilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 324.1 -ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Beləliklə, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 95 (yeni qaydalarla H.Z.Tağıyev küçəsi 346) ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqları xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında yaranmışdır və həmin müqaviləyə görə iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət, onun yerləşdiyi torpaq sahəsi üzərində isə istifadə hüququnu əldə etmişdir.İddiaçının xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında torpaq sahəsi üzərində yalnız istifadə hüququnu əldə etməsinə baxmayaraq həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etməsi əsassızdır. Belə ki, torpaq sahəsinin onun mülkiyyətinə keçməsini təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Eyni zamanda bildirilir ki, qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsində olmaqla dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi yalnız Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq iddiaçı tərəfindən özəlləşdirildikdən sonra onun xüsusi mülkiyyətinə keçə bilər. Daha sonra iddiaçının dəqiqləşdirilmiş iddia tələbinə münasibətdə bildirirlir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən əraziyə baxış keçirilmiş və istifadəsində olan torpaq sahəsində texniki pasportda öz əksini tapmayan əlavə tikililərin inşa edildiyi aşkar edilmişdir. Həmin əlavə tikililərlə bağlı hüquqmüəyyənedici sənədlər əldə edildikdən sonra adıçəkilən torpaq sahəsinin özəlləşdirilməsinin mümkünlüyü barədə qanunvericiliyin tələbləri iddiaçıya izah edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarına əsasən özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən səbəblərdən iddiaçının müraciəti müsbət həll edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-317/2023 nömrəli qərarı qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin etməməsində haqlı olmuşdur. Belə ki, torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. Məhkəmə tərəfindən qeyd olunan torpaq sahəsi üzərində yaranmış istifadə hüququnun rəsmiləşdirilməsi üçün şərait yaradılmış, lakin iddiaçı və onun vəkili torpaq sahəsi üzərində 2023-cü ildən icarə müqaviləsi bağladığı tədqirdə Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 6-cı bəndinin tətbiq edilməsinin mümkün olmayacağını bildirmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarına əsasən özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Belə olan halda iddia tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-317/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması və işin faktiki hallarına uyğun olmaması səbəbindən ləğv edilməlidir. Belə ki, mübahisəli torpaq sahəsi ikin olaraq Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 21 iyul 1991-ci il tarixli 126 nömrəli Qərarı ilə Abşeron Rayon Koopeativlər Cəmiyyətinə ayrılmışdır. Həmin torpaq sahəsində tikililər inşaa edilmişdir. Sonradan Respublikada Dövlət və İctimai əmlakların Özəlləşdirilməsi haqqında Qanun əsasında torpaq sahəsi və onun üzərində inşaa edilmiş əmlaklar Abşeron Rayon Kooperativlər Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2003-cü İİ tarixli 02 saylı Protoolu ilə Abbasov Vaqifə satılmışdır. Torpaq sahəsi və onun üzərində inşaa edilmiş əmlak kompleksi ayrı-ayrılıqda istifadə edilməsi mümkün deyildir. Belə ki, həmin əmlak kompleksindən istifadə edilməsi əmlak kompleksin yerləşdiyi torpaq sahəsindən istifadə etmədən mümkün deyildir. Bu isə o deməkdir ki, həm torpaq sahəsi, həm də əmlak komleksi ümumi əmlak kateqoriyasına aiddir. Lakin o zaman ilkin alqı-satqı müqaviləsi əsasında Əmlak Komleksinin Reyestr qeydiyyatına alınması və torpaq sahəsinin Reyestr qeydiyyatına alınmaması Reyestr Xidmətinin səhvi nəticəsində olmuşdur. Çünki həmin dövrdə reyestr xidmətində yalnız əmlak kompleksi qeydiyyata alınırdı. Buna baxmayaraq hazırda mən Əmlak Kompleksinin ilkin alqısatqısı zamanı torpaq sahəsinə müyyən edilmiş qiymətlə dəyərini ödəyərək reyestr qeydiyyatının aparılmasına razı və bu barədə cavabdehə müraciət etsə də, cavabdeh ondan hüquq müəyyən edici sənəd tələb etməsi tamamilə əsasızdır. Mübahisəli torpaq sahəsinin hüquqmüəyyən edici sənədi 1991-ci ildə müəyyən edilmişdir. Cavabdehin həmin sənədi nəzərə almaması əsasızdır və mənim hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zaman da cavabdehin onun xahişinə müsbət cavab verməməsi qüvvədə olan qanunvericiliyin pozulmasıdır. Eyni zamanda həmin işlə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ona ünvanlanmış cavab məktubunda torpaq sahəsinin onun mülkiyyətində olmadığı, yanız istifadədə olduğu göstərilmişdir. Hazırda ona məxsus olan torpaq sahəsinin çıxarışda dövlət torpaqları kimi göstərilməsi mülkiyyət hüquqlarını pozulması kimi başa düşülməlidir. Belə ki, xususi mülkiyyətdə olan daşınmaz əmlakı aldığı, halda həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi də xususi mülkiyyəti kimi qeyd olunmalıdır. Lakin Reyestr Xidməti qanunun tələblərinə əməl etməmiş və daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsini onun adına xüsusi mülkiyyət kimi sənədləşdirməkdən imtina etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş X5 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 49 2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 60 1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Maddə 60.3. Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 1.0.1 dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 4.0. Bu Qanun aşağıdakılara şamil edilmir: 4.0.1. torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla)..... Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin : Bənd 3. Torpaq sahələrinin normativ qiymətini müəyyən etmək üçün Bakı şəhəri və onun ətrafındakı torpaq sahələri 12 zonaya, Sumqayıt və Gəncə şəhərləri 6 zonaya, Naxçıvan, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri 4 zonaya, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərləri 3 zonaya, digər rayon mərkəzlərinin 2 zonaya bölünərək 1-5 nömrəli Əlavələrdə göstərilən müvafiq zona əmsalları tətbiq edilir. Bənd 5. Respublikanın qəsəbə və kənd yerlərində özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin altında yerləşən dövlət torpaq sahələrinin normativ qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Kadastr qiymət rayonları və yarımrayonları üzrə torpaqların normativ qiyməti”nə uyğun olaraq müəyyən edilir Bənd 6. Sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətinə vurulmaqla müəyyən edilir Bənd 6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.(xx.xx.2016-ci il tarixli 377 nömrəli Qərarla əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar” Bənd 7. Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) start (satış) qiyməti daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin müəssisələrin (obyektlərin) qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (xx.xx.2016-cı il tarixli azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə əlavə edilmişdir). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı həmin torpaq sahəsinin 27 dekabr 1998-ci il tarixli müvafiq Qərarla müəyyən edilmiş əmsallar tətbiq edilməklə qiymətləndirilərək, özəlləşdirilməsini tələb edir, cavabdeh inzibati orqan isə həmin torpaq sahəsində hüquqmüəyyənedici sənədi olmayan başqa tikili olması, həmin tikilələrə dair hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi halda, habelə iddiaçının mülkiyyət hüququnun 2018-ci il tarixdə yaranması halına istinad edərək, məhz həmin Qərara dəyişiklik edilməsinə dair xx.xx.2016-cı il tarixli müvafiq Qərara əsasən torpaq sahəsinin qiymətləndirilməsinin həyata keçirilməsinin və bunun əsasında özəlləşdirilməsinin mümkünlüyünü qeyd edir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçının xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsi əsasında yaranmış və bu hüquq xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, torpaq sahəsi üzrə istifadə hüququnun ötürülməsinə dair torpaq sahəsinin mülkiyyətçisi ilə iddiaçı arasında hər hansı müqavilə bağlanılmamışdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ əmlak barəsində əqdin notarial qaydada təsdiq edildiyi andan, tam mülkiyyət hüququ (sahiblik, istifadə, sərəncam hüququ) məhz həmin əmlakın dövlət reyestrində qeydiyyatda tarixindən yaranır (Mülki Məcəllənin 146-cı maddəsi). İndiki halda iş materiallarından görünür ki, iddiaçının həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdən yaranmış, habelə torpaq sahəsinə dair məhdud əşya hüququ qismində istifadə hüququnun əşyanı izləmə xarakterinə malik olduğundan, əşya üzərində mülkiyyət hüququ iddiaçıya ötürüldüyündən, həmin əşyaya dair faktiki sahiblik və istifadə hüququ da məhz həmin tarixdən iddiaçıya ötürülmüşdür. Qeyd edilən vaxt da isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar»a qeyri-yaşayış, sahəsinin bazar qiyməti ilə satılması imkanı nəzərdə tutan yeni 7-ci hissə 05 oktyabr 2016-cı il tarixli müvafiq Qərarla artıq əlavə edilmişdir.. Həmçinin, 05 oktyabr 2016-cı il tarixli müvafiq Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 6-1ci bənd əlavə edilmişdir ki, həmin bəndə əsasən torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanunvericilik normalarının tələbinə əsasən mübahisəli hüquq münasibətləri məhz onların yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməlidir. Həmçinin, konstitusion normanın tələbinə əsasən yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (Azərbaycan respublikasının Konstitusiyasının 147-ci maddəsi, Vİİ hissəsi). Göründüyü kimi, iddiaçının həmin torpaq sahəsinin özəlləşdirilməsi hüququ yarandığı vaxtı artıq torpaq sahəsinin normativ qiymətinin müəyyən edilməsi üçün qiymətləndiricinin rəyinə istinad edilməsinə dair müvafiq norma qüvvədə olmuşdur. Belə olan halda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar onun qanuni əsası kimi çıxış edən müvafiq normasının dispoztiv şərtləri ilə uzlaşmır. Bu halda məhkəmə kollegiyası yuxarlda istinad olunan qanunvericilik normalarının tələbini əsas götürərək hesba edir ki, iddiaçının müvafiq əmlakla bağlı hüququnun 2018-ci il tarixdə yarandığından, həmin tarixdə isə artıq torpaq sahəsinin normativ qiymətinin qiymətləndiricinin rəyinə istinad edilməklə, müəyyən edilməsinə dair norma qüvvədə olduğundan, cavabdehin qeyd edilən hallarla bağlı imtinası əsaslı olmuşdur. Bundan əlavə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müvafiq torpaq sahəsində texniki pasportda əks olunmayan əlavə tikililər olduğu, həmin tikilələrə dair hüquqmüəyyənedici sənədlər təqdim edildiyi halda, torpaq sahəsinin özəlləşdirilməsinin mümkünlüyü qeyd edilmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, həmin torpaq sahəsinin müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətindən xüsusi mülkiyyətə verilməsi halı müəyyən edilməməklə, yalnzı istifadə hüququnun verilməsi halı müəyyən edilmişdir. Beləliklə iş materialları əsasında iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar təkzib olunmaqla, apellyasiya şikayəti əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-317/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-537/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-537/2023
20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver