Məhkəmə qərarları › İş №2-1(105)-541/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-541/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-541/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: artıq ödənilmiş gömrük ödənişinin geri qaytarılması üçün müvafiq rəyin tərtib edilməsi, lizinq müqaviləsinin obyektinin idxal zamanı ƏDV-dən azad olunması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesabından tutulmuş 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin İddiaçı ASC-yə geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-370/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC-nin X4 QSC şirkəti ilə imzaladığı xx.xx.2020-ci il tarixli AUC-BR007 saylı müqaviləyə əsasən alınan avadanlığın gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi təqdim edilmişdir. İddiaçı ASC xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən xx.xx.2022-ci il tarixli, 22/01-PL-AB-Aİ nömrəli alqı-satqı müqaviləsi əsasında Türkiyənin “X11 Sanayi” firmasından alınan “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” avadanlığın idxalını həyata keçirmişdir. Dövlət Gömrük Komitəsinin Cavabdeh İddiaçı ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Nəzarəti Xidmətinin birgə yoxlamasına əsasən İddiaçı ASC tərəfindən **********6082 saylı gömrük bəyannaməsi ilə bəyan edilən idxal olunmuş XİFMNnin ********** alt mövqeyində təsnifləşdirilən “fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)” adlı yükün rəsmiləşdirilməsi zamanı əlavə dəyər vergisi üzrə azadolma düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı zamanı ƏDV-dən azadaolma nəzərdə tutulduğundan, həmin malların idxalına görə dövlət büdcəsinə ödənilməli olan 46270.08 manat əlavə dəyər vergisi və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yaranmış gömrük borcu üzrə xx.xx.2022-ci il tarixə 6292,73 manat dəbbə pulu olmaqla, cəmi 62562,81 manat az hesablandığından, həmin məbləğ X12 Mərkəz filialındakı hesabınıza sərəncam qoyularaq dövlət büdcəsinə köçürülmüşdür. Cavabdehin imtina məktubundan görünür ki, İddiaçı ASC tərəfindən idxal edilmiş “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq” yükü xx.xx.2022-ci il tarixli **********6082 saylı elektron gömrük bəyannaməsi ilə rəsmiləşdirilərkən bəyannamənin 36-cı qrafasında imtiyaz kodu 701 b göstərilmişdir. Həmin yük Dövlət Gömrük Komitəsi X6 İdarəsi tərəfindən verilmiş rəyə əsasən “yığılmamış vəziyyətdə fındığın təmizlənməsi, çeşidlənməsi, qabığının sındırılması üçün avadanlıq xətti olub XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirilir. Qeyd olunan XİF MN kodu “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli və “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı” haqqında 02 dekabr 2022-ci il tarixli 430 qərarında göstərilən siyahılarda göstərilmədiyindən qeyd edilən bəyannamə üzrə 46270.08 AZN (qırx altı min iki yüz yetmiş manat 08 qəpik) ƏDV borcu yaranmışdır. Yuxarıdakıları nəzərə alaraq xahiş edirik yaranmış 46270.08 AZN (qırx altı min iki yüz yetmiş manat 08 qəpik) vəsaitin Şimal ƏBGİ-nin ƏDV hesabına ödənilməsini təmin edəsiniz. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin 10 oktyabr 2022ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X9 Xidmətinin 13 oktyabr 2022-ci il tarixli N-120 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 23 aprel 2018-ci il tarixindən 01 avqust 2022-ci il tarixə kimi olan dövrdə gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının və ödənişinin düzgünlüyü yoxlanılmışdır. Şimal Ərazi Baş Gömrük İdarəsində həmin dövr üzrə idxalın Vergi Məcəlləsi ilə müəyyən edilən növlərinin əlavə dəyər vergisindən azad edilməsi vəziyyəti yoxlanılarkən "xxxx" ASC tərəfindən idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı həmin mallara Məcəllənin 164-cü maddəsində nəzərdə tutulan azadolmaların səhv tətbiq edilməsi nəticəsində əlavə dəyər vergisinin hesablanmadığı aşkar edilmişdir. Yoxlama komissiyasının üzvləri tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin iştirakı ilə qeyd olunan nöqsanlar sənədləşdirilmiş, yoxlamanın nəticəsi 01 mart 2023-cü il tarixli aktla rəsmiləşdirilmiş və yoxlama aktı aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göndərilmiş, bir nüsxəsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmişdir. Göstərilənləri, habelə gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının yoxlanılmasının Şimal Ərazi Baş Gömrük idarəsi tərəfindən təqdim edilmiş sənəd və məlumatlar üzrə aparıldığının və həmin sənədlərin X9 Xidmətində olmadığının nəzərə alınmasını xahiş edirik. Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyininin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan avadanlıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda yumurtaların, meyvənin və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlara (XİF MN üzrə kod: **********) aiddir. Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunmuş “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)" adlı avadanlıq X2 İdarəsinin rəyinə əsasən XİF MN-in 8438 60 000 0 alt yarım mövqeyində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının X3 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında" 500 nömrəli Qərarına uyğun olaraq müvafiq XİF MN kodu altında meyvənin, qoz-fındığın və ya tərəvəzin emalı üçün avadanlıqlar təsnifləşdirilir. Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə uyğun olaraq bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşınlar, avadanlıqlar və texnikalar, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinə əlavə dəyər vergisi üzrə güzəştlər tətbiq olunur. Sözügedən bəyannamədə qeyd olunan mal emal avadanlığı olduğundan bilavasitə kənd təsərrüfatı təyinatlı mallara aid olunmur. Bu baxımdan Vergi Məcəlləsinin müvafiq maddisinə əsasən müəyyən edilmiş güzəştlərin əhatə dairəsinə düşmür. Dövlət Gömrük Komitəsi X6 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin 1700-012/0xx-xx/000698 nömrəli, xx.xx.2022-ci il tarixli müracət məktubuna əsasən "xxxx" ASC-nin ünvanına GİB**********018 nömrəli invoys üzrə idxal olunan yükün X3 Mal Nomenklaturası (XİF MN) üzrə kodunun müəyyən edilməsi barədə sorğu MGEİ-yə daxil olmuşdur. Yük Bakı şəhərində olmadığından baxış keçirmək mümkün olmamışdır. Lakin təqdim olunan sənədlərin və mala aid təsvirlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, GİB**********018 nömrəli invoys üzrə idxal olunan yük yığılmamış vəziyyətdə fındığın təmizlənməsi, çeşidlənməsi, qabığının sındırılması üçün avadanlıq xətti olub XİF MN-ə görə 8438 60 000 0 alt yarımmövqeyində sinifləşdirilimişdir. İdxal olunan partiyaya dair müşayiətedici sənədlərin araşdırılması nəticəsində alqı-satqı müqaviləsində yükün XİF MN üzrə kodu 8433 60 000 0 qeyd edilmişdir. Lakin **********6082 nömrəli gömrük bəyannaməsi üzrə isə yük 8438 60 000 0 kodu ilə bəyan edilmişdir. Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 8433 mal mövqeyinə dair izahnaməsinin (B) bəndinə əsasən 8433 60 000 0 alt yarımmövqeyində bağçılıqda, kənd təsərrüfatında və sənayedə istifadə olunan yumurtaların, meyvənin və ya başqa kənd təsərrüfatı məhsullarının ölçü, forma və çəkiyə əsaslanaraq təmizlənməsi, sortlaşdırılması və kalibrlənməsi üçün avadanlıqlar sinifləşdirilir. Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemin 8438 mal mövqeyinə dair izahnaməsinin (Vİİİ)-(E) bəndinə əsasən 8438 60 000 0 alt yarımmövqeyində meyvənin, qoz-fındığın və ya tərəvəzin emalı üçün nəzərdə tutulmuş qabıqdan təmizləmə avadanlıqları sinifləşdirilir. Müşayiətedici sənədlərlə birgə təqdim olunan avadanlıq xəttinin layihəsində onun işləmə prinsipi müşahidə olunur. Avadanlıq xəttində ilkin mərhələdə saxlama bunkerindən qabıqlı fındıqlar kalibrləmə bölümünə keçirilir. Burada ölçüyə və ya formaya görə kalibrlənən fındıqlar, elevator və konveyerlər vasitəsilə qabığın qırılması hissəsinə ötürülür. Qabığı qırılmış ləpə halına gətirilmiş fındıqlar isə fındıq seçimi hissəsinə gətirilir. Sözügedən avadanlıq xətti kalibrləmə və qabıqdan təmizləmə kimi iki funksiyanı həyata keçirir. Yuxarıda göstərilən hər iki mal mövqeyinə dair funksiyaları özündə əks etdirdiyini nəzərə alsaq, yükün sinifləşdirilməsi “Azərbaycan Respublikasının X3 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli Qərarının (bundan sonra- Qərar) X5 3 (b) müddəasına əsasən aparılmalıdır. Bu zaman bəndin tələblərinə əsasən müxtəlif materiallardan ibarət olan və ya müxtəlif komponentlərdən hazırlanmış qarışıqlar, çoxkomponentli məmulatlar, və pərakəndə satış üçün dəstlərdə təqdim olunmuş mallar, bu meyarın tətbiqi mümkün olduqda, bu mallara əsas xüssusiyyət verən materiala və ya tərkib hissəsinə görə sinifləşdirilməlidir. Həmçinin Qərarın XVİ bölməyə dair 3-cü qeydinə əsasən vahid tam yaratmaq üçün birləşdirilmiş iki və daha çox maşından ibarət olan kombinasiya edilmiş maşınlar, və bir-birini tamamlayan və ya bir-biri ilə əlaqədar olmayan iki və ya daha çox funksiyaların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş digər maşınlar yalnız əsas funksiyanı yerinə yetirən komponentdən ibarət olan kimi və ya həmin maşın kimi sinifləşdirilməlidir. Qərarın tələblərini nəzərə alaraq malın kalibrləmə funksiyası qabığın qırılma prosesinə hazırlıq mərhələsidir. Fındığın qabıqdan təmizlənməsi isə xəttin əsas funksiyası hesab edilir. İki ayrı funksiyanı həyata keçirən kombinasiya edilmiş maşın əsas funksiyanı özündə əks etdirən XİF MNnin 8438 60 000 0 alt yarımmövqeyində sinifləşdirilimişdir. xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, yük Bakıda olmadığından baxış keçirmək olmadı. Lakin sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin ünvanına GİB**********018 nömrəli invoys üzrə gətirilmiş yük yığılmamış vəziyyətdə findığın təmizlənməsi, çeşidlənməsi gabığının sındırılması üçün avadanlığ xətti olub XİF MN görə 8438 60 000 0 alt yarımmövgeyində sinifləşdirilir. Yükün kənd təsərrüfatı təyinatlı olub-olmaması müəyyən edilməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322-ci maddəsinin, 322.1 bəndinə əsasən MGEİ-nin funksional baxımdan səlahiyyətlərinə aid deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesablanmış əlavə dəyər vergisi üzrə 46270.02 AZN, dəbbə pulu üzrə 14436.26 AZN olmaqla, ümumilikdə 60706.34 AZN gömrük borcunun ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesabından tutulmuş 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin İddiaçı ASC-yə geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən xx.xx.2022-ci il tarixli, 22/01-PL-AB-Aİ nömrəli alqısatqı müqaviləsi əsasında Türkiyənin “X11 Sanayi” firmasından alınan “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” avadanlığın idxalını həyata keçirmişdir. Qeyd olunan avadanlığa Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısına uyğun olaraq xx.xx.2022-ci il tarixində 92440 manat kredit və 102820 manat güzəşt vəsaiti ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi 17 yanvar 2023-cü il tarixli məktubu ilə tərəflərindən idxal edilmiş avadanlığın Dövlət Gömrük Komitəsi X6 İdarəsi tərəfindən verilmiş rəyə əsasən XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirilməli olduğu göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi və “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarının ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 430 nömrəli qərara istinad edərək XİF MN kodunun göstərilən siyahıda əks olunmadığı əsas gətirilmiş və İddiaçı ASC-nin bəyannamə üzrə 46270.08 AZN vəsaitin Şimal Ərazi Baş Gömrük İdarəsinin ƏDV hesabına ödənilməli olduğu bildirmişdir. Həmin məktub tərəflərindən cavablandıraraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 430 nömrəli qərarına istinad edərək əvvəlki dövr üçün əlavə dəyər vergisinin hesablanmasının qanuna uyğun hesab etmədiyini cavabdeh tərəfin diqqətinə çatdırmışdırlar və hesablanmış borcun ləğv edilməsini xahiş etmişdirlər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Bundan sonra Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən 19 yanvar 2023-cü il tarixli gömrük borcunun ödənilməsinə dair 01 № bildiriş ilə ƏDV üzrə 46270.02 AZN, dəbbə pulu üzrə 14436.26 AZN olmaqla, ümumilikdə, 60706.34 AZN borcun büdcəyə ödənilməsi tələb olunmuşdur. X10 Komitəsi X6 İdarəsi tərəfindən verilmiş rəyə əsasən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” avadanlığının XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirilməli olduğunu doğru hesab etmirlər. Belə ki, həmin avadanlıq XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirilməli idi. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 10 oktyabr 2022-ci il tarixli 9/4162 nömrəli məktubu ilə daxil olmuş Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsinin 10 oktyabr 2022- ci il tarixli qərarının icrası olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X9 Xidmətinin 13 oktyabr 2022-ci il tarixli N-120 nömrəli əmrinə və MN seriyalı ********* nömrəli vəsiqəsinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının əməkdaşlarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük idarəsinin 23 aprel 2018-ci il tarixdən 16 iyul 2022-ci il tarixə kimi olan dövrdə gömrük rüsumlarının, alınması və gömrük orqanlarına həvalə olunmuş vergilərin və gömrük yığımlarının hesablanmasının və ödənişinin düzgünlüyünün yoxlanılması tapşırılmışdır. Şimal Ərazi Baş Gömrük idarəsində 23 aprel 2018-ci il tarixdən 16 iyul 2022-ci il tarixə kimi olan dövrdə idxalın Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən növlərinin əlavə dəyər vergisindən azad edilməsi vəziyyət yoxlanılarkən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən idxal olunmuş XİF MN-nin 8438 60 000 0 alt yarım mövqeyində təsnifləşdirilən “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənmesi üçün avadanlıq (sökülmüş formada)" adlı malların gömrük rəsmiləşdirilməsi zamanı əlavə dəyər vergisi üzrə azadolmanın düzgün tətbiq edilmədiyi aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı zamanı əlavə dəyər vergisindən azadolma nəzərdə tutulduğundan, həmin malların idxalına görə dövlət büdcəsinə ödənilməli olan 46270,08 manat əlavə dəyər vergisi və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən yaranmış gömrük borcu üzrə xx.xx.2022-ci il tarixə 6292,73 manat dəbbə pulu olmaqla, cəmi 52562,81 manat az hesablanma aparılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunmuş “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)" adlı mallar XİF MN-nin 8438 60 000 0 alt yarım mövqeyində (meyvənin, qoz-fındığın və ya tərəvəzin emalı üçün avadanlıq) təsnifləşdirilir; Həmin malların XİF MN-nin 8438 60 000 0 alt yarım mövqeyində təsnifləşdirilməli olduğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X2 idarəsinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə təsdiqlənir. Malların idxalı zamanı mal kodu üzrə təsnifləşdirmə məsələləri “Azərbaycan Respublikasının X3 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə tənzimlənir; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı zamanı əlavə dəyər vergisindən azadolma nəzərdə tutulmuşdur;Eyni zamanda "Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)” adlı mallar idxal olunan dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq “bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikalarına” aid edilmədiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən gömrük orqanının müvafiq qərarının mübahisələndırilməsi maddi və prosessual hüquqi baxımdan əsassızdır. Əlavə olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)” adlı mallar idxal olunan dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 121 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda 8438 60 000 0 alt yarım mövqeyində təsnifləşdirilən mallar qeyd olunmadığından, bu halda da əlavə dəyər vergisindən azad olunma tətbiq edilmir; 17 yanvar 2023-cü il tarixli, 1.700-012/0xx-xx/000211 nömrəli məktub ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan "Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)” adlı mallar üzrə yaranan gömrük borcu barədə məlumat verilmişdir; 19 yanvar 2023-cü il tarixli, 1700-012/0xx-xx/000274 qeydiyyat nömrəli “gömrük borcunun ödənilməsinə dair" 01 nömrəli bildiriş ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)” adlı mallar üzrə yaranan gömrük borcu barədə (əlavə dəyər vergisi üzrə - 46270,08 AZN; dəbbə pulu üzrə- 14436,23 AZN) xəbərdarlıq edilmişdir; 09 mart 2023-cü il tarixli müşayiət məktubu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialına İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallar üzrə yaranmış gömrük borcunun (əlavə dəyər vergisi üzrə - 46270,08 AZN; dəbbə pulu üzrə - 6292,73 AZN) Şimal Ərazi Baş Gömrük idarəsinin büdcə hesabına mədaxil edilməsi ilə əlaqədar hesabda vəsaitlərin dondurulması barədə xx.xx.2023-cü il tarixli sərəncam göndərilmişdir; 30 may 2023-cü il tarixli müşayiət məktubu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialına İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallar üzrə yaranmış gömrük borcunun (əlavə dəyər vergisi üzrə - 46270,08 AZN; dəbbə pulu üzrə - 6292,73 AZN) Şimal Ərazi Baş Gömrük idarəsinin büdcə hesabına mədaxil edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli sərəncam göndərilmişdir; Azərbaycan Respublikasının Mərkəzi X8 17 sentyabr 2013-cü il tarixli, 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimafın 8.13-cü bəndinə əsasən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə müvafiq olaraq vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur; Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur;-xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Prior Leasing" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunan mallar üzrə yaranmış gömrük borcunun (əlavə dəyər vergisi üzrə - 46270,08 AZN; dəbbə pulu üzrə - 6292,73 AZN) dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir. Eyni zamanda “Prior Leasing" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin 05 oktyabr 2022-ci il tarixli, MİHO/1.2.2-2-2022-3697 nömrəli məktubuna istinad edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sadalanan işin halları və hüquq normalarının tələbləri baxımından əsassızdır. Belə ki, Agentlik tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunmuş “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)" adlı mallar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Q-08-19 nömrəli 26 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyah:ısı”nın 8-ci qrafasında ilkin emal avadanlığı (məhsulun təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşın) qismində tanınaraq həmin mallar barədə müvafiq kredit və güzəşt vəsaiti ayrılmışdır. Agentlik tərəfindən “Prior Leasing'’Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunmuş “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)" adlı mallar barədə güzəştlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının müvafiq qərar ilə tənzimləndiyi halda, fakt üzrə sözügedən mallar idxal edilən dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq əlavə dəyər vergisindən azad olma Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 121 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı” ilə tənzimlənirdi. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Cavabdehnə (əvvəlki - Şimal Ərazi Baş Gömrük idarəsi) qarşı iddiasının təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-370/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli, **********6082 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün” İddiaçı ASC tərəfindən idxal edilmiş avadanlığa görə hesabından tutulmuş 46270.08 manat ƏDV və 6292,70 manat dəbbə pulu, ümumilikdə 52562,81 manat vəsaitin İddiaçı ASC-yə geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçıdan mübahisələndirilən məbləği malların gömrük rəsmiləşdirilməsi zamanı deyil, sonradan zəruri inzibati icraat aparmadan tutması hüquqi müəyyənlik prinsipinə ziddiyət təşkil edir və etimad hüuqunun pozulması kimi qiyməyləndirilir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi iş üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsaslanaraq "Prior Leasing” Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunmuş “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)” adlı malların əlavə dəyər vergisindən azad olması qənaətinə gəlmişdir. Sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayət edici olmamasını və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmaşına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə ki, ASC tərəfindən **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunmuş “Fındıqların təmizlənməsi (qırılaraq), çeşidlənməsi və ya kalibrlənməsi üçün avadanlıq (sökülmüş formada)” adlı mallar xx.xx.2022-ci il tarixdə gömrük orqanına bəyan edilən zaman idxal edilən malların lizinq müqaviləsinin obyekti olan əsas vəsait olması barədə təsdiqedici sənəd təqdim edilməmişdi. Eyni zamanda həmin malların lizinq predmeti olması və ya olacağı barədə də gömrük orqanına hər hansı məlumat və ya təsdiqedici sənədlər ASC tərəfində təqdim edilməmişdi. Bundan əlavə olaraq Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırlmış idarəetmə Sisteminə baxış keçirilən zaman ASC tərəfindən gömrük orqanına təqdim sənədlərdə **********6082 nömrəli gömrük bəyannaməsi ilə idxal olunmuş malların Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən əlavə dəyər vergisindən azad olunması barədə iradəsini ifadə etdiyi təsdiqini tapır. Əlavə dəyər vergisindən azadolmanın əsası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsi tətbiq edilən zaman hüquq normasının ASC-nin iddia etdiyi kimi düzgün tətbiq edilməməsi barədə gömrük orqanına müraciət edilməmişdi. Məhkəmə tərəfindən qanunvericiliyin imperativ normalarına deyil, Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim eddən müvafiq sənədlərə istinad edilərək iş üzrə qəbul edilmiş qərarı maddı və prosessual huquq baxımdan əsassız hesab edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda qərardan verilmiş apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə 224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların X3 mal nomenklaturasına uyğun kodu əsas götürülür. 224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Maddə 225. Gömrük rüsumları 225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının X3in mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. maddə 247. Dəbbə pulu 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Maddə 266. Ümumi müddəalar 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək X3də istifadə üçün qəbul edirlər. Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Maddə 271. Gömrük borcunun ləğvi 271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir: 271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi; 271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi; 271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi; 271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi; 271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması. 271.2. Gömrük borcunun ödənilməsinə dair bir neçə şəxsin öhdəliyi olduqda, gömrük borcu, yalnız onu ödəməkdən azad edilən şəxsə (şəxslərə) münasibətdə ləğv edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 164. Vergi ödəməkdən azad edilmə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: ... 164.1.25. lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq Alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 747-1.4. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları Bənd 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra -Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması halları 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Bənd 4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra – gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5 Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Bənd 6. Gömrük ödənişlərinin qaytarılması üzrə gömrük orqanının hərəkətləri 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.10. Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq gömrük bəyannamasi ilə rəsmiləşdirilən idxal edilmiş avadanlığa görə ƏDV və dəbbə pulu qismində hesabından tutulmuş müvafiq məbləğdə pul vəsaitinin geri qaytarılması üçün qərar qəbul edilməsi və müvafiq rəyin verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, müvafiq avadanlııq idxal edilərkən, lizinq obyekti olmasını təsdiqedən sənədlər təqdim edilmədiyindən, habelə gömrük bəyannaməsində qeyd edilmiş malın təsnifat kodu (**********) müvafiq Qərarla təsdiq edilmiş ƏDVdən azad avadanlıqların Siyahısında göstərilmədiyindən, həmin bəyannamə üzrə ƏDV borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən “fındıqların qırılaraq təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün avadanlıq” idxal olunmuş, 14 mart 2022-ci il tarixli gömrük bəyannaməsi rəsmiləşdirilmiş, həmin bəyannamədə malın təsnifat kodu kimi ********** qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə “X13” MMC MMC arasında 19 aprel 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən lizinq obyekti qismində məhz sözügedən avadanlıq çıxış etmiş, lizinq verən qismində çıxış edən iddiaçı lizinq obyekti olan avadanlığı məhz lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı avadanlğını öz mülkiyyətinə əldə etməyi və lizinq alanın sahiblik və istifadəsinə müəyyən haqq müqabilində verməyi, lizinq alan isə lizinq obyektini lizinq müqabviləsi şərtlərinə əsasən qəbul etməyi öhdəsinə götürür, onlar arasında təhvil-təslim aktı da imzalanmışdır. İş materiallarından görünür ki, iddiaçı ilə xarici hüquqi şəxs arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqvailənin predmeti qismində müqaviləyə Əlavədə qeyd edilmiş malların olduğu əks olunmuş, alıcı qismində iddiaçı, lizinq alan qismində isə “X13” MMC çıxış etmiş, müqaviləyə Əlavə 2№ -də sözügedən avadanlıq 1 ədəd, kodu **********, qiyməti əks olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıda sözügedən avadanlığın idxal edilməsi ilə bağlı ümumilikdə 52562,81 manat pul vəsaiti (46270,08 manat ƏDV üzrə və 6292,73 manat dəbbə pulu üzrə olmaqla) tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, sözügedən avadanlıq müvafiq Qərarla təsdiq edilmiş “əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısın”da yumurtaların, meyvənin və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlara (XİF MN **********) aiddir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın müraciəti əsasında gömrük ekspertizası keçirilmiş, onun nəticəsinə dair ekspert rəyindən sözügedən avadanlığın XİF MN ********** yarımmövqeyində sinifləşdiirlməsi qeyd edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı idxal etdiyi avadanlığın kənd təsərrüfatı təyinatlı avadanlıq olduğundan, lizinq obyekti olduğundan, ƏDV-dən azad olduğundan, onun barəsində qeyd eidlən gömrük borcunun tələb edilməsinin qanunauyğun olmadığını bildirir. Cavabdeh inzibati orqan isə qeyd edilən avadanlığın kənd təsərrüfatı təyinatlı avadanlığa aid olmadığını, emal üçün nəzərdə tutulduğunu, avadanlığın lizinq obyekti olmasına dair sənədlərin təqdim edilmədiyi, lizinq obyekti kimi bəyan edilmədiyini, malın təsnifat kodunun XİF MN ********** kimi sinifləşdiirldiyindən, müvafiq Siyahı üzrə ƏDV-dən azad olunan mallara aid olmadığını əsas götürərək, gömrük borcunun yarandığını bildirmişdir. Məhkəmə kollegiyası işin mübahisəli hallarına münasibətdə yuxarıda istinad edilən vergi haqqında qanunvericilik normalarını müqayisəli təhlil edərək, onu qeyd edir ki, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitin idxalı, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı zamanı ƏDV tutulmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən avadanlıq lizinq müqaviləsinin obyekti kimi idxal olunmuşdur. Başqa sözlə desək, iddiaçı qeyd edilən avadanlığı məhz lizinqə vermək üçün idxal etmişdir, bu hal iş materiallarında olan lizinq alan və lizinq verən arasında bağlanılmış lizinq müqaviləsi və ona əlavə, habelə xarici şirkətlə iddiaçı arasında bağlanılmış alqı-satqı müqaviləsi və ona əlavəyə aid sənədlər əsasında öz təsdiqini tapmışdır. Belə ki, hər iki müqvailə və ona əlavələrdə qeyd edilən avadanlıq barədə məlumat ətraflı qeyd edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın həmin avadanlığın lizinq obyekti qismində qəbul etməməsi ilə bağlı arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən avadanlığın lizinq obyekti kimi qəbul etməməsini, həmin avadanlığın lizinq obyekti kimi bəyan edilməməsi və sənədlərin təqdim edilməməsi halına istinad etsə də, həmin halı təsdiq edən heç bir dəlilə istinad edilməmiş, əksinə qeyd edilən hal iş materialları əsasında təkzib olunmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində həmin sənədləri əldə etmək (tələb etmək) imkanına malik olduğu halda, formal olaraq həmin əsasa istinad etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan həmin əsasa istinad etməklə, iddiaçı barəsində sözügedən avadanlığın idxalı zamanı ƏDV üzrə borcun müəyyən edilməsinə dair hərəkətləri qanunauyğun olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan həmin avadanlığın kənd təsərrüfatı təyinatlı olmadığından, vergi qnaunvericliyi ilə müəyyən edilmiş güzəştin əhatə dairəsinə düşmədiyini bildirmişdir. Həmin halın aydınlaşdırılması məqsədilə məhkəmə araşdırması zamanı müvafiq inzibati orqandan mütəxəssis rəyinin verilməsi tələb edilmişdir. Qeyd edilən mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən avadanlıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 430 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda yumurtaların, meyvənin və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınlara (XİF MN üzrə kod: **********) aiddir. Göründüyü kimi indiki halda sözügedən avadanlığın təyinatına və funksiyasına görə Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı avadanlıq olması halı məhz mütəxəssis rəyi əsasında da öz təsdiqini tapmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın həmin hissədə də istinad etdiyi arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, hətta həmin halı müəyyən etmək mümkün olması idi belə, qeyd edilən avadanlıq lizinq obyekti kimi idxal olunduğundan və bu əsasa görə Vergi Məcəlləsinin müvafiq normaısnın dispoztiv şərtinə əsasən ƏDV-dən azad olduğundan həmin avadanlğın idxalı ilə bağlı ƏDV üzrə borcun müəyyən edilməsi qnaunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı avadanlıqlarla bağlı siyahı mövcud olsa da, idxalı əlavə dəyər vergisindən azad olunan lizinq obyekti olan əsas vəsaitlərə dair siyahını ehtiva edən qanunvericilik norması mövcud olmamışdır. Başqa sözlə desək, qeyd edilən avadanlıq lizinq obyekti qismində idxal olunan zaman qanunvericilik normasında lizinq obyekti olan əsas vəsaitlərin təsnifat kodunu müəyyən edən siyahı mövcud olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, “İdxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin” Siyahısı məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 sentyabr tarixli 383 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İndiki halda məhz həmin Siyahı üzrə cavabdehin sözügedın avadanlıqla bağlı istinad etdiyi malın təsnifat kodu olan ********** kodu əlavə dəyər vergisindən azad olunan lizinq obyekti kimi qeyd edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində sözügedən avadanlığın idxalı zamanı ƏDV üzrə və onunla bağlı dəbbə pulu hesablamaqla, gömrük borcunun tutulması ilə bağlı hərəkətləri qanunvericilik normasının tələblərinə zidd olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-370/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar