Məhkəmə qərarları › İş №2-1(105)-553/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-553/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-553/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın xx.xx.2024-cü il tarixli 56 saylı qərarın qanunsuz hesab etməklə ləğv edilməsi və qaraciyər transplantasiyasının mümkün hesab edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2- 1(118)-2152/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - “ƏƏSMN”) “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”dən görünür ki, İddiaçı (bundan sonra - “iddiaçı” / “resipiyent”) 7 iyun 2022-ci il tarixdə “K74 Qaraciyərin fibrozu və sirrozu, Qaraciyərin sirrozu. Ağırlaşma K76.6 Portal hipertenziya, Portal hipertenziya. Ağırlaşma B18.2 Virus mənşəli xroniki C hepatiti. Xroniki virus C hepatiti. Ağırlaşma R16.2 Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, Hepatosplenomeqaliya. Ağırlaşma D69.5 İkincili trombositopeniya, Trombositopeniya. Ağırlaşma R18 Assit, Assit. Yanaşı xəstəliklər D53.0 Zülalların çatmamazlığı nəticəsində yaranan anemiya, Anemiya. Yanaşı xəstəliklər K29 Qastrit və duodenit, Bulbit. Portal hipertenziv qastropati. Alt ezofaqus sfinkter çatışmazlığı. Yanaşı xəstəliklər M54.2 Servikalgiya, Servikalgiya. Yanaşı xəstəliklər K25 Mədə xorası, Mədə xorası” diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23 noyabr 2023-cü il tarixli, TQS 027 nömrəli “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış” (çıxarış direktor müavin “Əsədova S.” tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur). ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 24 fevral 2025-ci il tarixli, 3-17-7/2-Q-12123/2024 arayışından görünür ki, iddiaçının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci qrup ümumi xəstəlik əlilliyə görə 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət alır (təyinatın bitmə tarixi: 7 iyun 20227-ci il). ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 24 fevral 2025-ci il tarixli, 3-17-7/2-Q-10563/2025 nömrəli arayışından görünür ki, iddiaçının Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən 27 fevral 2025-ci il tarixə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 15 saylı Tibbi Sosial Ekspert Komissiyasının 22 aprel 2016-cı il tarixli elektron çıxarışdan görünür ki, 22 aprel 2016-cı il tarixdə 22 aprel 2021-ci il tarixədək “Virus mənşəli xr. Hepatit C qaraciyərin fibrozu və sirrozla müşayət olunan toxiki zədələnməsi, qida borusu venalarının varikoz genişlənməsi” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. “Funda” X14 tərəfindən iddiaçıya dair tərtib edilmiş 5 aprel 2023-cü il, 7 aprel 2023-cü il tarixli müayinənin nəticələri. Mərkəzi Klinika tərəfindən iddiaçıya dair tərtib edilmiş 8 fevral 2024-cü il tarixli laboratoriya nəticələri. X9 tərəfindən tərtib edilmiş 9 fevral 2024-cü il tarixli kompyuter tomoqrafiya (KT) nəticələri. “Mediland Hospital” tərəfindən tərtib edilmiş 10 fevral 2025-ci il tarixli laborator nəticələri. “Olimp Hospital” tərəfindən iddiaçıya dair tərtib edilmiş endoskopiya, ezofaqoqastroduodenoskopiya, ezafago-gastro-duodenoskopi raporu fibroqastroduodenoskopiyanın nəticələri. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən iddiaçıya dair tərtib edilmiş 5 noyabr 2014-cü il tarixli “Ultrasəs müayinəsi”nin nəticələri. “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 24 may 2024-cü il tarixli, 14 nömrəli iclasının protokolundan çıxarış. “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın 22 iyun 2024-cü il tarixli, 56 nömrəli qərarından (bundan sonra - “56 saylı qərar”) görünür ki, donor X4 resipiyentə qaraciyərin transplantasiyası qeyri-mümkün hesab edilmişdir. Qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, tərəflər sualları qeyri-səmimi şəkildə cavablandırmış, sübutlar (fotoşəkillər, video, yazılı məlumatlar və s.) təqdim olunmamış, donorun banka böyük məbləğdə kredit borcu var və güman edilir ki, həmin borcları resipiyentdən aldığı vəsait hesabına ödəyəcəkdir. Fotocədvəl (iddiaçının onun donoru X7 ilə tanışlıq və ailəvi dostluq münasibətlərinin əks etdirən uşaqlarının məktəb fotoşəkilləri, “TikTok” sosial şəbəkəsində iddiaçı tərəfindən ianə toplanılması ilə bağlı müraciətini əks etdirən foto). Xaçmaz rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(067)-323/2021 nömrəli qətnaməsi ilə iddiaçının cavabdeh X2 qarşı “Nikahın pozulması tələbi”nə dair iddiası təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 3 fevral 2010-cu il tarixdə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan olan uşaqları 21 avqust 2010-cu il tarixdə anadan olmuş X6 və 23 oktyabr 2012-ci il tarixdə anadan olmuş X5 anaları - iddiaçının himayəsində saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 56 saylı qərarını qanunsuz hesab etməklə, həmin qərarın ləğv olunması və qaraciyər transplantasiyasının aparılmasının mümkün hesab olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 9 avqust 1988-ci il təvəllüdlüdür. Xaçmaz rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(067)-323/2021 saylı qətnaməsi ilə X1 boşanmış və birgə nikahdan olan uşaqları – 21 avqust 2010-cu il təvəllüdlü X6 və 23 oktyabr 2012-ci il təvəllüdlü Qənbərova Ayİin Nurəddin qızı onun himayəsinə verilmişdir. O, qaraciyər serrozu və fibrozu xəstəliyinə tutulmuş, sağlamlığını itirmiş və ona bu xəstəliklə bağlı 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Lakin bu ağır xəstəlikdən qurtulmağı və həyalda qalmağı üçün həkimlər “qaraciyər transplantasiyası” əməliyyatının aparılmasını məsləhət bilmiş və iddiaçı da bu müddət ərzində uyğun donorun axtarılması ilə məşğul olmuş, müvafiq tibbi araşdırmalar nəticəsində keçmiş ərinin kirvəsi və ailəvi yaxın, Xaçma rayonunda qonşu olduqları X7 bu əməliyyata donor kimi uyğun gəlsə və razılıq versə də, cavabdeh orqanın 56 saylı qərarına əsasən donor orqanının transplantasiyası qeyrimümkün sayılmışdır. Belə ki, cavabdeh bu razılığın təmənnasız olmasına inanmamışdır. Halbuki, donorla iddiaçının arasında orqan satışı barədə razılaşma olmamış, nə o, nə də iddiaçı bu fikirdə belə olmamışlar. Bu şəxs iddiaçını əvvəldən də tanıdığı üçün ona və iki övladına rəhm edərək, bu xeyirxahlığı da heç bir təmənna gözləmədən etməyə razılaşmışdır. Lakin cavabdeh orqan əlində heç bir əsas, fakt olmadan etika komisiyyasının subyektiv yanaşması əsasında belə bir qənaətə gəlmiş və iddiaçının hüquqlarını pozan, həyatda yaşamaq kimi ən böyük istəkdən məhrum edən, bir sözlə, bu yaşında ölümünə səbəb ola biləcək qanunsuz qərar çıxarmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddianın mümkünlüyü ilə bağlı - iddiaçı tərəfindən seçilmiş iddia növünə münasibətdə bildirilmişdir ki, iddiaçı cavabdehin üzərinə özü üçün əlverişli inzibat aktın (transplantasiyanın mümkünlüyü barədə) qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Bu da iddia növünün məcburetmə növündə iddia tələbinə uyğun olduğunu göstərir. Çünki, iddiaçı inzibati aktın qəbul edilməsindən kənar hərəkətlərin deyil, məhz inzibati aktın qəbul edilməsi barədə hərəkətlərin həyata keçirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məcburetmə haqqında iddia tələbi üçün 30 günlük iddia müddətinin müəyyən edildiyini nəzərə alınsa, iddiaçı qeyd olunan müddəti ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın mahiyyəti ilə bağlı - inzibati icraat, habelə insan orqan və toxumalarının transplantasiyası sahəsində qüvvədə olan qanunvericilik normalarının hazırkı işin faktiki halları ilə qarşılıqlı təhlili son nəticədə qəbul edilmiş qərarın əsaslı və qanuni olduğunu göstərməkdədir. İlk növbədə qeyd edilir ki, cavabdeh orqanın nəzdində etika Komissiyasının təsis edilməsində əsas məqsəd yaxın qohum olmayan donor və resipiyent tərəfindən “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş prinsiplərə zidd formada orqan transplantasiyası hallarının qarşısını almaqdan ibarətdir. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Bu mənada müvafiq sahədə nəzarət mexanizminin yaradılması həmin prinsiplərə riayət olunmasının təmin edilməsi üçün mühüm əhəmiyyət daşımaqdadır. Təsadüfi deyil ki, müvafiq komissiya hüquqşünas və psixoloqlardan ibarət tərkibdə təşkil edilir. Məhz bu yolla donorla resipiyent arasında emosional və mənəvi əlaqənin mövcud olub-olmaması, həqiqətən də humanizm, könüllülük və təmənnasızlıq prinsiplərinin nəzərə alınıbalınmaması müəyyən olunur. Hazırkı işdə qohum olmayan donor və resipiyent arasında məhz yuxarıda qeyd olunan zərurətdən irəli gələn araşdırma etika Komissiyasında aparılmış və nəticədə tamamilə əsaslı və qanuni formada orqan transplantasiyasının qeyrimümkün olması barədə qərar qəbul edilmişdir. Təqdim olunmuş etika komissiyasının 22 iyun 2024-cü il tarixli iclas protokolundan çıxarış, hər iki tərəflə aparılan söhbət zamanı onların suallara verdikləri cavabları ehtiva edir ki, həmin cavabların qarşılıqlı təhlili, kifayət qədər ziddiyətlərin və ağlabatan olmayan məqamların mövcudluğu sonda onlar arasında donor orqanların alqısatqısına dair razılığa gəlinməsi barədə əsaslı şübhələrin mövcud olması və buna görə də orqan transplantasiyasının mümkünsüz olması barədə qərarın qəbul edilməsini şərtləndirmişdir. Donor üçüncü şəxsə niyə donor olmaq istədiyi barədə sual verildiyi zaman “uşaqlarına görə donor olduğunu” qeyd etmişdir. Aylıq gəlirinin azlığı, ailə vəziyyəti, kredit borclarının olması və resipiyent tərəfindən ödənişlərin edilməsi donor orqanların alqı-satqısı ilə bağlı razılaşmanın olması barədə əsaslı şübhələr yaratmışdır. Komissiyada araşdırma zamanı tərəflər arasında dayanıqlı qarşılıqlı münasibətlərin olmasının qeyri-mümkün olması müəyyən olunmuşdur. Bu mənada “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsində təsbit olunmuş könüllülük və təmənnasızlıq prinsiplərinə riayət olunmasından hazırkı işdə söhbət gedə bilməz. Etika komissiyasının Əsasnaməsinin 31.2-ci maddəsinə əsasən, donor orqanın transplantasiyasının qeyri-mümkün olması barədə qərar qəbul edilməsinin əsaslarından biri də məhz həmin orqanın alqı-satqısına dair tərəflərin razılığa gəlməsi barədə əsaslı şübhələrin müəyyən olunmasıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-2152/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, cavabdeh orqanın 56 saylı qərarının əsasında təsdiq edilmiş hallar deyil, şübhələr və ehtimal durur. Cavabdehin dəlillərindən heç biri hər hansı sənəd və s. ilə sübuta yetirilmir. Şübhə yalnız ümumi formada ehtimallara əsaslanır (yəni xəyali xarakter daşıyır). Halbuki, etirazda qeyd olunan həmin hallar məhkəmə tərəfindən müvafiq orqanlara sorğular verilməklə araşdırılmışdır. Yəni bu hallar araşdırıla bilən və əldə edilməsi mümkün olan, şübhəni ehtimaldan ayırmağa, əsaslı olub-olmaması nəticəsinə gəlməyə imkan verən hallar və faktlardır. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan 56 saylı qərar nə də “İnzibati icraat haqqında” Qanunun 61.1-61.4-cü maddəsinin tələblərinə cavab verir, nə də həmin Qanunun 61.5-ci maddəsində sadalanmış halların heç biri hazırki işdə mövcud deyildir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsi iş üzrə tədqiqatı aşağıda göstərilən istiqamələr üzrə aparmışdır: a) resipiyentə münasibətdə; b) donora münasibətdə; c) donor orqanın transplantasiyasının mümkünlüyünə münasibətdə; d) etika komissiyası tərəfindən aparılmış inzibati icraata münasibətdə. Resipiyentə münasibətdə və donor orqanın transplantasiyasının mümkünlüyünə münasibətdə aparılan tədqiqatın nəticəsi işin mübahisələndirilməyən halıdır. Lakin hesab edirik ki, Sumqayıt İnzibati Məhkəməsi “donora və etika komissiyası tərəfindən aparılmış inzibati icraata münasibətdə” aparılan araşdırma zamanı səhvə yol vermiş əsassız və qanunsuz Qərar qəbul edilmişdir. b) Donora münasibətdə:- Məhkəmə donora münasibətdə araşdırma aparan zamanı işi hərtərəfli tədqiq etməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma ilə iddiaçı resipiyent tərəfindən donora verilməsi mümkün ola biləcək bir əmlak (ehtimal belə olsa) aşkar edilməmişdir. Məhkəmənin araşdırma aparan zaman toxunmadığı bir məqam iddiaçının özü tərəfindən olmasa belə, onun yaxın qohumları tərəfindən donora qarşılıq olaraq əmlak verilə biləcəyi ehtimalı olmuşdur. Belə ki, məhkəmənin 14 fevral 2025-ci il tarixli iclasında iştirak etmiş cavabdeh orqanın səlahiyyətli nümayəndəsi Nümayəndə bildirmişdir ki, orqan transplantasiyası sahəsində səlahiyyətli həkimlər vardır. Hazırki donora “yox” cavabı verilmişdir. Lakin başqa donorlara münasibətdə mövqeləri dəyişə bilər. Təcrübədə 90 faiz cavabları müsbət olmuşdur. Bəzi hallarda imtina cavabı verilir. Müraciət edən şəxslər adətən əlaqələrini sübuta yetirirlər. Bunu sübuta yetirmək üçün müxtəlif sübutlar təqdim etməlidirlər. Hazırki işdə şübhə edilir ki, iddiaçının qardaşı maddi cəhətdən köməklik edə bilər. Donorun təmənnasızlığı barədə əsaslı şübhə olmasına dair komissiyanın gəldiyi qərar əsaslıdır. Çünki, donorun sağlamlığı daha əsasdır. Bundan başqa iş üzrə şahid ifadələrindən də aydın olur ki, iddiaçının qardaşı həqiqətən Rusiyada yaşayır. Məhkəmə tərəfindən işin bu halları ümumiyyətlə araşdırılmamış və qiymət verilməmişdir. İddiaçının qardaşının və yaxud da başqa qohumlarının donora maddi yardım göstərə biləcəyi ehtimalı isə tədqiq edilməmişdir. Halbuki, iddiaçının yaxın qohumları, o cümlədən Rusiyada yaşayan qardaşı donora maddi cəhətdən əmlak verə bilərdi. d) etika komissiyası tərəfindən aparılmış inzibati icraata münasibətdə: Məhkəmə bu istiqamətə münasibətdə yekun olaraq bildirmişdir ki, Şübhə yalnız ümumi formada ehtimallara əsaslanır (yəni xəyali xarakter daşıyır). İnzibati icraat, habelə insan orqan və toxumalarının transplantasiyası sahəsində qüvvədə olan qanunvericilik normalarının hazırki işin faktiki halları ilə qarşılıqlı təhlili son nəticədə Etika Komissiyası tərəfindən qəbul edilmiş Qərarın əsaslı və qanuni olduğunu göstərməkdədir. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” AR Qanunun 4-cü maddəsinə əsasən, Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Həmin Qanunun 29.1-ci maddəsinnə əsasən, yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra - etika komissiyası) yaradılır Həmin Qanunun 29.2-ci maddəsinə əsasən, Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. Göründüyü kimi qanunverici orqan müvafiq qanunu qəbul edərkən yaxın qohum olmayan şəxslərin donor və resipient qismində çıxış etdikləri hallarda Qanunun 4-cü maddəsində nəzərdə tutulan prinsiplərin pozulması ilə bağlı sui-istifadə hallarının qarşısını almaq məqsədilə xüsusi təsisatın-“Etika Komissiyasının” yaradılması və tərkibinə psixoloq və hüquqşünasın daxil edilməsinin zəruriliyini bəyan edir. Qanunun tətbiqi və təfsiri zamanı ən effektiv üsul həmin qanunun qəbul edilməsində qarşıya qoyulmuş məqsədin müəyyən olunması çıxış edir. Adıkeçən Qanunun 18-ci maddəsində sadalanan məhdudiyyətlərin mövcud olubolmamasını müəyyənləşdirmək peşəkar psixoloq və hüquqşünasdan ibarət tərkibdə Komissiya təsis edilməsini şərtləndirmir. Deməli, burada məqsəd onların iştirakı ilə tərəflər (donor və resipient) arasındakı emosional və mənəvi əlaqənin olmasını, nəticədə Qanunun 4-cü maddəsindəki prinsiplərə uyğun olaraq bu əlaqənin həm psixoloji, həm də hüquqi mənada araşdırılmasından ibarətdir. Hazırki işdə də qohum olmayan donor və resipiyent arasında məhz yuxarıda qeyd olunan zərurətdən irəli gələn araşdırma Etika Komissiyasında aparılmış və nəticədə tamamilə əsaslı və qanuni formada orqan transplantasiyasının qeyri-mümkün olması barədə Qərar qəbul edilmişdir. Etika Komissiyasının 22 iyun 2024-cü il tarixli iclas protokolundan çıxarış, hər iki tərəflə aparılan söhbət zamanı onların suallara verdikləri cavabları ehtiva edir ki, həmin cavabların qarşılıqlı təhlili, kifayət qədər ziddiyətlərin və ağlabatan olmayan məqamların mövcudluğu sonda onlar arasında donor orqanların alqı-satqısına dair razılığa gəlinməsi barədə əsaslı şübhələrin mövcud olması və buna görə də orqan transplantasiyasının mümkünsüz olması barədə Qərarın qəbul edilməsini şərtləndirmişdir. Həmin məqamlar aşağıdakılardan ibarətdir : X15 niyə donor olmaq istədiyi barədə sual verildiyi zaman “uşaqlarına görə donor olduğunu” qeyd etmişdir. Aylıq gəlirinin azlığı, ailə vəziyyəti, kredit borclarının olması və resipiyent tərəfindən ödənişlərin edilməsi donor orqanların alqı-satqısı ilə bağlı razılaşmanın olması barədə əsaslı şübhələr yaratmışdır. Komissiyada araşdırma zamanı tərəflər arasında dayanıqlı qarşılıqlı münasibətlərin olmasının qeyri-mümkün olması müəyyən olunmuşdur. Bu mənada "İnsan orqan və toxumalarının transplantasiyası haqqında” AR Qanununun 4.1-ci maddəsində təsbit olunmuş könüllülük və təmənnasızlıq prinsiplərinə riayət olunmasından hazırki işdə söhbət gedə bilməz. Məhkəmə tərəfindən Etika komissiyasının qərarının mahiyyət üzrə qanuniliyinə qiymət verərkən ilk növbədə, inzibati orqanın bu vəziyyətlərdə diskresion səlahiyyətlər həyata keçirdiyi nəzərdə saxlanılmalıdır. Bundan başqa, baxılan məsələyə münasibətdə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş qərar "əsaslı şübhələrin” mövcudluğuna da əsaslana bilər. AR Səhiyyə Nazirliyinin nəzdində "Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyası” Əsasnaməsinin 31.2-ci maddəsinə əsasən donor orqanın transplantasiyasının qeyri mümkün olması barədə Qərar qəbul edilməsinin əsaslarından biri də məhz həmin orqanın alqı-satqısına dair tərəflərin razılığa gəlməsi barədə əsaslı şübhələrin müəyyən olunmasıdır. Belə ki, donorun təmənnasızlığı barədə "əsaslı şübhə” olduğuna dair Komissiyanın gəldiyi nəticə donorla resipientin dostluq münasibətinin sübut olunmamasına əsaslanmışdır. Qeyd olunmalıdır ki, sağlamlıq, orqanizmin bütövlüyü hər bir şəxsdə olduğu kimi donor üçün də həyati əhəmiyyətə malikdir. İnsanın öz sağlam orqanını bağışlamaq barədə qərarı, sağlamlığına risk törətməklə müşayiət olunur. Buna görə də, insanın öz sağlam orqanının bağşlamaq barədə gəldiyi qərar, həyatda qəbul edilən adi qərarlardan fərqli olaraq, çox ciddi (eyni zamanda sağlam düşüncəyə, cəmiyyətdə rəğbətlə qarşılanan şəfqətə əsaslanan motivlərlə qəbul edilən) bir əsasa söykənmiş olmalıdır. Təsadüfi deyildir ki, qanunverici yaxın qohum olmayan canlı donorun niyyətinin məhz etik əsaslarının yoxlanması üçün xüsusi bir qayda müəyyən etmişdir. Buna görə Komissiya donorun iddiaçı ilə emosional bağlılığını, özlərinin əsaslandırdıqları dostuq münasibərlərinin olub-olmamasını araşdırmış və bu münasibətlərin olmaması nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin qərarı əsassızdır, qarşı tərəf üçüncü şəxsin kredit borcu olmasını əsas gətirsə də, bu əsaslı səbəb deyildir. 2015-ci ildə Hepatit-C xəstəliyinə yoluxandan sonra onda xəstəliklər yaranmışdır. Ailəsi anası və iki uşağından ibarətdir. Qardaşı Rusiyada yaşayır. Anası və qardaşı şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyindən donor ola bilmirlər. Donorun ailəsi ilə isə ailəvi dostdurlar, qızları da rəfiqədirlər, bir sinifdə oxumuşlar, onların birlikdə şəkilləri də bu faktı təsdiq edir. Üçüncü şəxsin (donorun) həyat yoldaşı onun yaxın rəfiqəsidir. İlkin olaraq o donor olmaq qərarına gəlmiş, lakin keçirdiyi qeysəriyyə əməliyyatları səbəbindən donor ola bilməmiş, buna görə həyat yoldaşı donor olmaq qərarına gəlmişdir. Onlar bir müddət Xaçmaz rayonunda yaxın qonşu olmular, boşandıqdan sonra Xaçmaz rayonundan Bakı şəhərinə köçmüşdür. Xəstəliyi səbəbindən Bakı şəhərinə köçmək məcburiyyətində qalmışdır. M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunmuşdur. Hazırda əməliyyatının vaxtı gecikir, vəziyyəti çox ağırdır. Əgər əməliyyat bir az da gecikərsə, orqan transplantasiyası olsa belə, faydası olmaya bilər. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində aparılmış sonuncu müayinəsi zamanı vəziyyətinin daha da ağırlaşdığını bildirilmiş, təcili canlı donordan qaraciyər transplantasiyası əməliyyatı məsləhət görülmüşdür. Üçüncü şəxs könüllü olaraq kömək etmək istəyir. Əməliyyatı sığorta qarşılayır. Əməliyyatdan sonrakı proseslərin məbləği 15.000 manat təşkil edir. Əməliyyatdan sonra da maddi yardımlar ediləcəkdir. Belə yardımlar əvvəl də olmuşdur. Belə ki, onun adına ianələr toplanmış və həmin məbləğ hesabına qarnına yığılan su çəkilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs (donor) X7 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, könüllü şəkildə iddiaçıya donor olmaq istəyir. 2010-cu ildən iddiaçı tərəflə əlaqələri vardır. Atası onların kirvəsi olmuşdur. Onun həyat yoldaşı ilə iddiaçı rəfiqədirlər, ailəvi yaxındırlar. Əvvəlcə həyat yoldaşı donor olmaq istəmiş, onunla birlikdə xəstəxanaya getmiş, lakin kesəriyyə əməliyyatı keçirdiyinə görə o, donor ola bilməmişdir. Bundan sonra o, İddiaçı cavan olmasını, himayəsində iki qız uşağının olmasını, ailələri arasındakı yaxın münasibətləri nəzərə alaraq özü donor olmaq qərarına gəlmişdir. Keçirilən qan analizləri və yoxlamalar nəticəsində onun donor ola biləcəyi barədə rəy verilmişdir. Onların arasında maddi asılılıq və təmənna yoxdur, bu barədə söhbət olmamışdır. O, özü Bakı şəhərində mühafizəçi işləri, Xaçmaz rayonunda həyat yoldaşı ilə birlikdə icarəyə paltar mağazası götürüb işlədir. Ailəsini dolandırmağa imkanı çatır, hər hansı maddi yardıma ehtiyacı yoxdur. Donor məsələsi olmamışdan əvvəl kredit borcu olmuşdur və o, kredit borcunu özü ödəyir. Trasnplantasiya barədə həkimlərlə söhbət etmişdir, hər hansı risk mövcud deyildir, qara ciyər bərpa olunan bir orqandır, ona görə heç bir risk olmadan donor olmağa razılıq vermişdir. Üçüncü şəxs həmçinin izah etdi ki, Etika Komissiyasının üzvlərinin suallarına cavab olaraq “uşaqlarıma görə donor olmaq istəyirəm” ifadəsi işlətməmişdir. O, “Uşaqlarına görə donor olmaq istəyirəm” ifadəsini işlətmiş və bu ifadəni iddiaçının uşaqlarını nəzərdə tutub söyləmişdir, yəni uşaqlarının anasız qalmaması xətrinə bu əməliyyata razı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: M a d d ə 2 7 . Yaşamaq hüququ İ. Hər kəsin yaşamaq hüququ vardır. (-) M a d d ə 4 1 . Sağlamlığın qorunması hüququ İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. (-) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. M a d d ə 1 . Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır: Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti; əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi; tibbi-sosial yardımın hamı üçün mümkünlüyü; sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi. M a d d ə 3 . Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır: (-) ailənin, valideynlərin və uşaqların mühafizəsi; (-) M a d d ə 1 0 . Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. M a d d ə 1 2 . Vətəndaşların tibbi-sosial yardım almaq hüququ Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. Tibbi-sosial yardım dövlət və qeyri-dövlət səhiyyə sistemi, eləcə də sosial xidmət müəssisələrində göstərilir. Vətəndaşlar tibbi sığorta sistemindəki tibb müəssisələrində qanunvericiliyə uyğun olaraq icbari tibbi sığorta əsasında tibbi yardımla təmin edilirlər. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – “Qanun”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının (bundan sonra – orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. 1-ci fəsil Ümumi müddəalar Maddə 3. Bu Qanunun tətbiq dairəsi 3.1. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, habelə orqan donorluğu və transplantasiya ilə məşğul olan tibb müəssisələrinə şamil olunur. 3.2. Orqan donorluğu və transplantasiyaya dair bu Qanunla müəyyən edilmiş tələblər insan toxumalarının donorluğu və transplantasiyasına da şamil olunur. 3.3. Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embrion), eləcə də qan və onun komponentlərinə şamil edilmir. Maddə 4. Orqan donorluğu və transplantasiyanın əsas prinsipləri 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. (-) Maddə 5. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri 5.0. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri aşağıdakılardır: (-) 5.0.3. transplantasiya məqsədilə donor orqanların götürülməsi, saxlanması, daşınması və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, orqan donorluğu prosesinin təşkili və əlaqələndirilməsi; (-) 5.0.5. orqan donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarətin və tibbi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi; (-) Maddə 6. Donor orqanların və toxumaların siyahısı 6.1. Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. (-) Maddə 8. Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir 2-ci fəsil Orqan donorluğu və transplantasiyanın təşkili Maddə 9. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi 9.1. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici qurum tərəfindən həyata keçirilir. 9.2. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya ilə bağlı informasiya təminatını həyata keçirir, o cümlədən tibb müəssisələrindən məlumatların toplanılmasını təmin edir, vahid dövlət informasiya bazasını aparır, donor orqanların resipiyentlərə verilməsi ardıcıllığını təmin edir, habelə orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti koordinasiya edir. 9.3. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz. Maddə 10. Orqan donorluğu və transplantasiya sistemi 10.0. Orqan donorluğu və transplantasiya sisteminə aşağıdakılar daxildir: 10.0.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 10.0.2. əlaqələndirici qurum; 10.0.3. vahid dövlət informasiya bazası; 10.0.4. Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası. Maddə 14. Transplantasiyanın zəruriliyi haqqında qərar 14.1. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasını transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, tərkibində həkimtransplantoloq olan transplantasiya üzrə həkim komissiyası müəyyən edir. Həkim komissiyasının xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə və ya orqan transplantasiyası üçün tibbi göstərişlərin olmaması barədə qərarı üç nüsxədən ibarət protokolla rəsmiləşdirilir. Həkim komissiyasının qərarının bir nüsxəsi 3 (üç) iş günü müddətində şəxsin özünə və ya onun qanuni nümayəndəsinə, bir nüsxəsi əlaqələndirici quruma təqdim edilir (göndərilir), digər nüsxəsi isə şəxsin tibbi sənədlərinə əlavə edilir. 14.2. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin forması, tibb müəssisəsinin həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 3-cü fəsil Canlı donordan donor orqanın götürülməsi Maddə 16. Canlı donordan donor orqanın götürülməsi qaydası və şərtləri 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.2. Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin zəruriliyi və mümkünlüyü transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, həkimtransplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə əlavə edilir. 16.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinə həkim komissiyasının qərarında donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması qeyd olunduğu halda yol verilir. 16.4. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Maddə 17. Canlı donorun məlumatlandırılmış razılığı 17.1. Donor orqanın götürülməsindən əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə bu Qanunun 1.1.10-cu maddəsində müəyyən edilmiş qaydada məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır. Məlumatlandırılmış razılıq ərizəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 17.2. Canlı donor və onun məlumatlandırılmış razılığına dair məlumatlar canlı donorların reyestrinə daxil edilir. Maddə 18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. 5-ci fəsil Yekun müddəalar Maddə 29. Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. 29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. 29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır. Maddə 32. Donor orqanların alqı-satqısının və reklamının qadağan edilməsi Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Maddə 35. Keçid müddəalar 35.1. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. 35.2. Bu Qanun qüvvəyə mindiyi gündən “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 726-İQ nömrəli Qanunu ləğv edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 137. İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası 137.1. İnsan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqısatqısı – altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 137.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi – on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 137.3. Şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 137.4. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi –doqquz min manatdan on beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 137.5. Bu Məcəllənin 137.1–137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər: 137.5.1. təkrar törədildikdə; 137.5.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; 137.5.3. zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 137.6. Bu Məcəllənin 137.1–137.4-cü maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 162-1. İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması 162-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə – vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir. 162-1.2. Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə – vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. 162-1.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə – vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. 162-1.4. Canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsinə görə – beş yüz manatadək məbləğdə cərimə edilir. 162-1.5. Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılmasına görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 162-1.1-ci və 162-1.3-cü maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçı tərəfin mövqeyinə görə “qaraciyər transplantasiyası” əməliyyatının aparılması onun ağır xəstəlikdən qurtulmağı və həyatda qalmağı üçün yeganə vasitədir. Cavabdeh orqanın 56 saylı qərarı əsassız şübhələrə söykəndiyi üçün qanunsuz olub, onun yaşamaq hüququnun pozulması, ölümünə səbəb ola biləcək mahiyyətdədir. Cavabdeh tərəfin mövqeyinin əsasında etika komissiyasının orqan alqı-satqısına dair tərəflərin razılığa gəlməsi barədə əsaslı şübhələrin müəyyən olunması ilə bağlıdır. Məhkəmə tərəfindən iddia tələbi və etirazın dəlili yuxarıda sadalanmış qanunvericiliyə istinad olunmaqla aşağıdakı istiqamətlərdə aparılmışdır: a) resipiyentə münasibətdə; b) donora münasibətdə; c) donor orqanın transplantasiyasının mümkünlüyünə münasibətdə; etika komissiyası tərəfindən aparılmış inzibati icraata münasibətdə. Resipiyentə münasibətdə - Resipiyent müalicə məqsədilə donor orqanı köçürülən şəxsdir (Qanun 1.1.9-cu mad.). Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasını transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, tərkibində həkimtransplantoloq olan transplantasiya üzrə həkim komissiyası müəyyən edir. Həkim komissiyasının xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə və ya orqan transplantasiyası üçün tibbi göstərişlərin olmaması barədə qərarı üç nüsxədən ibarət protokolla rəsmiləşdirilir. Həkim komissiyasının qərarının bir nüsxəsi 3 (üç) iş günü müddətində şəxsin özünə və ya onun qanuni nümayəndəsinə, bir nüsxəsi əlaqələndirici quruma təqdim edilir (göndərilir), digər nüsxəsi isə şəxsin tibbi sənədlərinə əlavə edilir (Qanun 14.1-ci mad.). İş materialına əlavə edilmiş sənədlərlə sübuta yetirilir ki, müayinələr nəticəsində resipiyentə “B18.2 - Virus mənşəli xroniki C hepatiti, K74.0 - Qaraciyər fibrozu” diaqnozu qoyulmuşdur. Onda “Total portal vena trombozu” olduğuna görə xəstəyə təcili “Canlı donordan qaraciyər transplantasiyası” əməliyyatı məsləhət görülmüşdür. İddiaçıya dair “Resipiyent gözləmə vərəqəsi”nin olması şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi halının mövcudluğunu göstərir. Belə ki, şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə həkim komissiyasının qərarı qəbul edildikdən sonra tibb müəssisəsi şəxsin yazılı məlumatlandırılmış razılığını alır və 3 (üç) iş günü müddətində resipiyentlərin reyestrinə daxil edilməsi üçün onun adına resipiyentin gözləmə vərəqəsini tərtib edir (Qanun 15.1-ci mad.). Cavabdeh orqanın etirazının məzmununda və məhkəmə prosesində iştirak etmiş səlahiyyətli nümayəndəsinin izahatında da resipiyentə təcili “Canlı donordan qaraciyər transplantasiyası” olmasının zəruriliyinin əksini göstərən heç bir hala istinad olunmamışdır. Beləliklə, işin ilkin mübahisəsiz halı odur ki, “B18.2 - Virus mənşəli xroniki C hepatiti, K74.0 - Qaraciyər fibrozu” diaqnozu qoyulmuş resipiyentdə “Total portal vena trombozu” olduğuna görə təcili “Canlı donordan qaraciyər transplantasiyası” əməliyyatı olmalıdır. Donora münasibətdə - Donor orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit ola bilər (Qanun 1.1.6-cı mad.). Canlı donor öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən tam fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış (sümük iliyi və kök hüceyrələri istisna olmaqla) şəxsdir (Qanun 1.1.7-ci mad.). Həmçinin, hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır (Qanun 16.6-cı mad.). Qanunun yuxarıda sadalanmış normaları ilə canlı donordan donor orqanın götürülməsi qaydası və şərtləri müəyyən edilmişdir. Bu qaydalara aşağıdakılar daxildir: - digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmaması; - canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin zəruriliyi və mümkünlüyü transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, həkimtransplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə əlavə edilir; - canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinə həkim komissiyasının qərarında donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması qeyd olunduğu halda yol verilir. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi ilə bağlı şərtlərə isə aşağıdakılar daxildir: - yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; - canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; - canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. Qanun canlı donordan donor orqanın götürülməsinə məhdudiyyətlər də nəzərdə tutmuşdur (Qanun 18-ci mad.): - resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır; - 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır; - resipiyentin tabeliyində olan və ondan maddimənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır; - canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. Nəzərə alınmalı olan hallardan biri də (həmçinin donora izah olunur ki) Qanunun 19.1.3-cü maddəsi donora istənilən mərhələdə orqan donorluğundan imtina etmək hüququnu tanımışdır. Hazırki iş üzrə donara münasibətdə müəyyən edilmişdir ki: - iddiaçı ilə qohum münasibətində olmasa da, yaxın ailəvi, dostluq münasibətləri vardır; - donor olmasına dair məcburiyyət mövcud deyildir; - resipiyentin tabeliyində deyil və ondan maddi-mənəvi asılılığı müəyyən olunmur; - tam fəaliyyət qabiliyyətli şəxsdir. Xaçmaz Rayon İcra Hakimiyyətinin məktubundan görünür ki, donorun özünə və ailəsinə məxsus evi, ailənin ümumi mülkiyyətində 1,40 ha pay torpaq sahəsi vardır. Onun maddi vəziyyəti kənd sakinləri və qonşularla müqayisədə orta səviyyədədir və aktiv əmək fəaliyyəti ilə məşğul olur . Həmçinin, "xxxx" MMC-nin məktubundan görünür ki, iddiaçının və donorun 1 yanvar 2020-ci il - 31 dekabr 2024-cü il tarixləri ərzində borclarına dair Azərbaycan Kredit Bürosunun məlumat bazasından çıxarışlar təqdim edilmişdir. Həmin çıxarışlardan görünür ki, iddiaçının qeyri-işlər statusunda olan kreditin qalıq məbləği 357,43 manat, donor X4 işlək statusunda olan kreditin qalıq məbləği 299,36 manat olaraq göstərilmişdir . Göründüyü kimi, iddiaçının kreditinin qalıq məbləği donordan daha çoxdur Eyni zamanda, iddiaçının adına Respublika ərazisi üzrə daşınmaz əmlak da aşkar edilməmişdir. Elektron məhkəmə sistemində olan “Əmlak məlumatları”nda iddiaçının mülkiyyətində, istifadəsi və sərəncamında olan heç bir daşınmaz əmlak, yol nəqliyyat vasitələri qeyd olunmamışdır. “Gəlir məlumatları”nda isə yalnız “ümumi xəstəlik” səbəbindən İİ qrup əlilliyə görə 220 manat məbləğində pensiya aldığı müəyyən olunmuşdur. Məhkəmə tərəfindən aparılmış araşdırma ilə iddiaçı resipiyent tərəfindən donora verilməsi mümkün ola biləcək bir əmlak (ehtimal belə olsa) aşkar edilməmişdir. Araşdırma zamanı donorun maddi vəziyyətinin onun evi, torpaq sahəsi, işi, daimi gəlirinin olması nəzərə alınarsa, heç bir daşınmaz əmlakı, əmək müqaviləsi olmayan resipiyentlə müqayisədə aşkar üstün olması müəyyən olunur. Donor orqanının transplantasiyasının mümkünlüyünə münasibətdə - Qanunun 1.1.3cü maddəsinə əsasən, donor orqan müalicə məqsədilə bir insandan digərinə köçürülən orqan və ya toxumadır. Həmçinin, insan orqanlarının transplantasiyası (bundan sonra – transplantasiya) sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsidir (Qanun 1.1.4-cü mad.). Orqan donorluğu – donor orqanların transplantasiya məqsədilə canlı insandan, yaxud meyitdən götürülməsi, donorun diaqnostik müayinəsi, ölümdən sonra donorluq zamanı donor orqanların funksionallığının təmin edilməsi, donor orqanların saxlanması və daşınması, idxalı və ixracı üzrə fəaliyyətdir (Qanun 1.1.5-ci mad.). Hazırki işdə donor orqan qaraciyərdir. Qaraciyər orqanizmin mərkəzi metabolik orqanı, ən böyük həzmedici və eyni zamanda ən böyük vəzidir (1200- 1800 q). O, amin kd 7.24-ün yuxarı sağ kvadrantında peritondaxili yerləşir, iki böyük loba bölünür və rəngi qəhvəyidir. Böyük ölçüləri və xüsusilə ətrafındakı anatomik formasiyalarla əlaqəsi sayəsində qarın boşluğunda mühüm yer tutur. Diafraqma nazik olduğundan tənəffüs hərəkətlərini izləyir. Qaraciyərin həyat üçün çox vacib və zəruri funksiyaları vardır, qaraciyərin funksiyaları bunlardır: maddələr mübadiləsi orqanı və qida anbarı (qlikogen, yağ, amin turşuları, vitaminlər, minerallar), fitoksifikasiya və məhvetmə orqanı, ekzokrin bez, plazma protein istehsalı (laxtalanma, onkotik təzyiq, hormon) hormon istehsalı (endokrin bez), immun sisteminin müdafiəsi, qotrositlərin məhv edilməsi (hemoliz), həmçinin qan istehsalı (fetal döl). Qaraciyər bağırsaqda udulmuş qida maddələrini qəbul edir. Yağlar (qlükoza, amin turşuları, yağ turşuları, vitaminlər) portal venası vasitəsilə lipoproteinlər şəklində gəldiyi kimi, bu maddələr sistemli qan dövranı ilə qaraciyərə çatır. Bəzi metabolik proseslər (məsələn, karbamid istehsalı) yalnız qaraciyərdə başlayır ki, bu da qaraciyərin maddələr mübadiləsinin mərkəzi orqanı kimi əhəmiyyətini ortaya qoyur. Qaraciyərdə mövcud olan qlükoza ehtiyaca görə qlikogenə çevrilir. Müxtəlif vitaminlər (vitamin A, vitamin B12, fol turşusu) və mis ayrıayrılıqda saxlanılır (Jens Wasche, Tobias M.Böckers, Friedrich Paulsen. Sobotta. 1-ci nəşr, sh.327.) Qanunun 6.1-ci maddəsinə əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. Göründüyü kimi, Qanun insanın yaşaya bilməsi üçün qeyd olunan zəruri funksiyaları daşıyan qaraciyərin donor orqan kimi canlı donordan transplantasiyasına imkan verir. Etika komissiyası tərəfindən aparılmış inzibati icraata münasibətdə - Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan etika komissiyası yaradılır. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır (Qanun 29.1-29.4-cü mad.). Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2- 1(102)- 2126/2024 saylı qərarında qeyd olunmuşdur ki, “ ... Etika komissiyasının həll etməli olduğu məsələ və qəbul etməli qərar, iddiaçının konstitusion hüququ olan sağlamlığı qorumaq və tibbi yardım almaq hüququna birbaşa təsir etdiyinə görə, Komissiyanın qərarı tam qanuni olmalıdır. Etika komissiyasının qərarı hər bir halda qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməli, ictimai marağa uyğun olmalı və iddiaçının hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlıq təmin edilməlidir. ...” Etika komissiyası aşağıdakıları müəyyən etməklə müvafiq qərar qəbul edir: - donorun şəxsiyyətini; - orqan donorluğuna razılığının könüllülüyünü; - bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir. Hazırki işdə cavabdeh orqan Qanununun 4.1-ci maddəsində təsbit olunmuş könüllülük və təmənnasızlıq prinsiplərinə riayət olunmadığını bildirmiş, orqanın alqı-satqısına dair tərəflərin razılığa gəlməsi barədə əsaslı şübhələrin müəyyən olunduğunu bildirmişdir. Hüquq nəzəriyyəsində inzibati orqanın qiymətləndirmə azadlığı ilə bağlı qeyd olunmuşdur ki, “qiymətləndirmə” özündə işin faktiki hallarının inzibati orqanın mülahizəsinə əsasən müəyyənləşdirilməsini ifadə edir. Eyni zamanda, işin nəticəsinə münasibətdə inzibati orqanın seçim səlahiyyətinin olması (hüquqi nəticələr seçmək imkanı) da diskresion səlahiyyətlərinin təsir dairəsinə düşür. Bu baxımdan inzibati orqanın qiymətləndirmə azadlığını onun diskresion səlahiyyətinin xüsusi forması kimi qəbul etmək olar. Qanunverci inzibati orqana həm işin hallarının araşdırılmasında öz mülahizəsinə uyğun hərəkət etmək hüququ verir, həm də işin həll edilməsi zamanı bir neçə qərardan hər hansı bir uyğun variantı seçmək hüququ verir. Yəni inzibati orqan həm işin hallarını qiymətləndirmək, həm də diskresion səlahiyyətlərindən istifadə etmək imkanından istifadə edir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inzibati orqanın qiymətləndirməsinə əsasən diskresion səlahiyyətindən istifadə edərsə, bu zaman qərar qəbul edərkən işin faktiki hallarını nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təqdim etdiyi sübutlarla (məsələn, dostluq və ailəvi yaxınlıq münasibətlərini əks etdirən fotoşəkillər və digər sənədlər) göstərmişdir ki, donor və resipiyent arasında qarşılıqlı anlaşma, etimad və təmənnasız yardım mövcuddur. Etika komissiyasının qərarında donorun kredit borclarının olması və maliyyə vəziyyətinə dair şübhələr qeyd olunmuşdur. Lakin bu faktlar təkbaşına və ya iddiaçının təqdim etdiyi sübutlar əsasında donorun məqsədinin qeyri-könüllü və ya təmənnalı olduğunu təsdiq edə bilməz. İddiaçının həyatını xilas etmək məqsədi ilə transplantasiya əməliyyatının keçirilməsi insan hüquqları — yaşamaq hüququ (Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi) və sağlamlıq hüququ (Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi) baxımından əhəmiyyətlidir. Bu səbəbdən məhkəmə qərarı humanist prinsiplər əsasında iddiaçının hüquqlarının müdafiəsinə xidmət etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsi hər kəsin yaşamaq hüququnu təmin edir. Yaşamaq hüququ insanın ən ali hüququdur və dövlət bu hüququn müdafiəsini təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 41-ci maddəsi sağlamlıq hüququnu, tibbi yardım almaq hüququnu tanıyır və təmin edir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar və yaranmış daxili inam tərəflər arasında orqan satışı ilə bağlı hər hansı sazişin və ya kommersiya münasibətlərinin mövcud olmasını təkzib edir. Donorun maliyyə vəziyyəti və kredit borcları barədə etika komissiyasının subyektiv qiymətləndirməsi iddiaçının həyat hüququnu məhdudlaşdırmaq üçün əsas sayıla bilməz. Bu səbəbdən, etika komissiyasının qərarında olan bu halların transplantasiya əməliyyatına qadağa qoyulması üçün yetərli əsas olmadığı qənaətinə gəlmək olar. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyası “Orqan donorluğu və trasnplantasiyası üzrə Etika Komissiyası”nın 24 may 2024-cü il tarixli iclasının görüntülərini əks etdirən videoçəkilişin təqdim edilməsi üçün cavabdehə sorğu göndərmişdir. Lakin cavabdeh nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməməklə yanaşı həmin videogörüntüləri də məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı həyatını xilas etmək məqsədilə donor orqanının transplantasiyasının həyata keçirilməsi hüquqi baxımdan mümkündür və etika komissiyasının qərarı kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, konstitusion səviyyədə təsbit olunmuş yaşamaq, sağlamlığını qorumaq və tibbi yardım almaq hüquqları ilə bağlı qanunvericilik çərçivəsində mübarizə aparan resipiyentə münasibətdə “ola biləcəyi hətta təsdiq olunmayan şübhələr” və ya ehtimallar əsasında qəbul edilmiş qərar qanuni və əsaslı hesab edilə bilməz. Etika komissiyasının qərarı hazırki halda qanunla nəzərdə tutulmuş şərtlərə cavab vermir, həmçinin ictimai marağa uyğun olmaması nəticəsinə gəlmək üçün heç bir təsdiqedici sübut da mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə düzgün nətcəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-2152/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar