Məhkəmə qərarları › İş №2-1(105)-561/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-561/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-561/2023 16.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi, onunla həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(118)-1132/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə, ev 35, (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, 0.02 hektar torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsi, onunla həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(118)-1132/2023 nömrəli qərardadı ilə iddiaçının ölümü ilə əlaqədar iş üzrə icraata xitam verilmişdir. (hakim İ.Quliyev). İddiaçının vəkili həmin qərardaddan 18 may 2023-cü il tarixdə apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-561/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. İş üzrə tərəflərdən cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarına baxış keçirilərkən AZ-İ № 306184 “Ölüm haqqında şəhadətnamə” yə əsasən iddiaçının 04 fevral 2023-cü il tarixdə öldüyü, apellyasiya şikayətinin isə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi və vəkili olmuş şəxs tərəfindən imzalandığı müəyyən edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365-ci maddəsində etibarnaməyə xitam verilməsi əsasları göstərilmişdir. Belə ki, həmin Məcəllənin 365.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: (-) 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması; (-). Qanunvericiliyin tələbindən göründüyü kimi etibarnaməni vermiş fiziki şəxsin ölməsi etibarnamənin qüvvəsinə xitam verilməsi üçün əsasdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 04 fevral 2023-cü il tarixdə öldüyündən bu əsasla da onun adından verilmiş etibarnamənin qüvvəsinə xitam verilmişdir. Lakin buna baxmayaraq iddiaçının ölümündən sonra birinci instansiya məhkəməsinin müvafiq qərardadından apellyasiya şikayəti iddiaçının sağlığında nümayəndəsi və vəkili olmuş şəxs, başqa sözlə, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İnzibati Prosessual Məcəllənin 86.1-ci maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını; (-). Həmin Məcəllənin 87.2 və 87.3-cü maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Məcəllənin 81.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından birinci instansiya məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli, verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-561/2023 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2-1(118)-1132/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar