Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-568/2022 01.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X5 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs “Vicdan-1” firmasının nümayəndəsi X2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 24 dekabr 2001-ci il tarixdə 324 reyestr nömrəsi ilə aparılmış dövlət qeydiyyatının və onun əsasında qeyri-yaşayış obyektinə dair “Vicdan-1” firmasının adına verilmiş Qeydiyyat vəsiqəsinin və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(118)-1458/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədilə “Vicdan-1” firmasına ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikilinin mağaza olaraq “Vicdan-1” firmasının mülkiyyəti kimi keçmiş Sumqayıt şəhər X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 dekabr 2001-ci il tarixdə 324 reyestr nömrəsi ilə qanunsuz şəkildə aparılmışdövlət qeydiyyatının və onun əsasında həmin qeyri-yaşayış obyektinə dair “Vicdan-1” firmasının adına verilmiş Qeydiyyat vəsiqəsinin və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində yerləşən sahəsi 18 kv.m. olan qeyri-yaşayış sahəsi 1997-ci ildən onun istifadəsindədir. Əvvəlcə dəmir köşk olan həmin tikili onun tərəfindən daş tikili ilə əvəz edilmiş, daha sonra isə abadlaşdırılaraq yenidən inşa edilmişdir. Onun tikilisi ilə yanaşı eyni sırada mərhum Sabir Tanrıverdiyevin sahibi olduğu "Vicdan-1” firmasının da tikililəri olmuş və o, hətta mərhum S.Tanrıverdiyevin xahişi üzərinə onun obyektlərindən aylıq icarə haqlarını də yığıb ona vermişdir. Lakin onun vəfatından sonra övladları onun öz vəsaiti ilə tikdirdiyi tikilinin guya onlara məxsus olduğunu iddia edərək ondan aylıq icarə haqqı tələb etməyə başlamışlar. O, bu tikilinin ona məxsus olduğunu və "Vicdan-1”” firmasına hər hansı aidiyyətinin olmadığını, hətta mərhum S.Tanrıverdiyevin 2014-cü ildə öz obyektləri ilə birlikdə onun da tikilisini özəlləşdirmək adı ilə ondan 20 000 ABŞ dolları aldığını, lakin tikilinin mülkiyyət sənədini vermədiyini bildirsə də, bir nəticə verməmiş və "Vicdan-1” firmasının adından o, məhkəməyə verilmiş, "Vicdan-1” firması sözügedən tikilinin guya firmaya aid olduğunu iddia edərək onun boşaldılmasını tələb etmişdir. Məhkəmənin gedişatında məlum olmuşdur ki, “Vicdan-1” firmasının iddia etdiyi Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən 38 kvadrat metr torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2001-ci il tarixli, 287 saylı sərəncamı ilə heç də kommersiya obyektinin tikintisi üçün deyil, həmin ərazidə yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş 38 kvadrat metr avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmışdır. Bu azmış kimi də “Vicdan-1”” firmasının yalan məlumatlar verərək guya abadlaşdırılan sahənin çox olması və avto-sərnişin dayanacağının tikintisi üçün əlavə torpaq sahəsinə ehtiyac olması ilə bağlı etdiyi müraciət əsasında Sumqayıt şəhər icra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 376 saylı digər sərəncamı ilə “Vicdan-1” firmasına avtobus dayanacağı tikintisi üçün həmin torpağa bitişik olaraq əlavə 22 kvadrat metr torpaq sahəsi də ayrılmışdır ki, bu torpaq sahəsində də ona məxsus tikili artıq inşa edilərək mövcud olmuşdur. Avtobus dayanacağının yenidən qurulması və oranın abadlaşdırılması məqsədi ilə “Vicdan-1" firmasına ayrılmış sözügedən sərəncamların ziddinə olaraq firma mövcud dayanacağın nəinki hər hansı rekonstruksiyasını həyata keçirməmiş, əksinə həmin dayanacağı ləğv etmiş və onun yerində kommersiya obyektləri inşa edərək icarəyə verməklə qanunsuz gəlir əldə etməyə başlamışdır. Bu azmiş kimi “Vicdan-1” firması 2001-ci ildə hansısa qanunsuz yollarla keçmiş Sumqayıt şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmış torpaqda qanunsuz inşa etdiyi tikiliyə dair ona məxsus tikili ilə birlikdə mağaza tipli qeyri-yaşayış obyekti kimi qeydiyyat vəsiqəsi almışdır. Halbuki həmin torpağın 22 kvadrat metrinə dair həm sərəncam verilərkən, həm də tikilinin dövlət qeydiyyatı aparılarkən orada onun tərəfindən inşa edilmiş ayrıca tikili artıq mövcud idi. Hal-hazırda da firma onun və ailəsinin yeganə dolanışıq yeri olan kiçik obyektini də əlindən almağa çalışır. Buna da səbəb cavabdeh tərəfindən tələb olunan lazımi araşdırma aparılmadan və qanunvericiliyin tələblərinə zidd olaraq 2001-ci ildə “Vicdan-1” firmasının adına Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikiliyə dair ona məxsus tikili ilə birlikdə təyinatına uyğun olmayan mağaza tipli qeyri-yaşayış obyekti kimi qeydiyyat vəsiqəsini verməsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli rəydə bildirilmişdir ki, onun istifadəsində olan qeyri-yaşayış sahəsinin 14,28 kvadrat metri "Vicdan-1” firmasının adına mağaza kimi qanunsuz qeydiyyatı aparılmış tikilinin Texniki Pasportunda göstərilmiş 3 saylı ticarət zalı ilə üst-üstə düşür. Məhkəmə araşdırmaları zamanı “Vicdan-1“ firması sözügedən qeydiyyat vəsiqəsini məhkəməyə təqdim etdikdən sonra bundan onun məlumatı olmuş və dərhal bununla bağlı cavabdehə müraciət edərək həmin sənədin hansı əsaslarla verildiyi barədə məlumat verilməsini xahiş etmişdir. Ancaq cavabdehin müraciətinə verdiyi xx.xx.2021-ci il tarixli, **********89 saylı məktubunun məzmunundan aydın olmuşdur kı, sözügedən qeyri-yaşayış sahəsi üzərində qeydiyyat kobud hüquq pozuntuları ilə aparılmış, bu cür qeydiyyat üçün qanunvericiliklə tələb olunan müvafiq sənədlər, yəni obyektin təsdiq edilmiş tikinti layihəsi yerli icra hakimiyyətinin başçısının obyektin tikintisinə icazəsi barədə sərəncamı tikilmiş obyektin istismara qəbul edilməsi barədə dövlət komissiyasının aktı olmadan bir nüsxədə qeydiyyat vəsiqəsi tərtib edilməklə arxiv sənədləri olmadan, torpaq sahəsinin konturları qeydiyyata alınmadan sənədləşmə həyata keçirilmişdir. Göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq sənədlər olmadan sözügedən torpaq sahəsində mağaza tikintisinin aparılmasına dair yerli icra hakimiyyəti orqanının icazəsi və obyektin razılaşdırılmış layihə sənədi olmadan, ayrılmış torpaq sahəsinin təyinatına uyğun olmadan sözügedən özbaşına tikilini mağaza şəklində firmanın adına qeydiyyata alaraq ona məxsus tikilini də qanunsuz olaraq həmin sənədə daxil etmişdir. Eyni zamanda sözügedən qeydiyyata alınmış tikili artıq mövcud deyildir, hal-hazırda həmin torpaq sahəsində bir-birindən ayrı üç tikili mövcuddur ki, bunlardan biri də onun vəsaiti ilə tikilmiş obyektin yerində sonradan sökülərək yenidən tərəfindən inşa edilmiş tikilidir. Bütün bunları nəzərə alaraq yol verilmiş qanunsuzluğun aradan qaldırılması və sözügedən qeydiyyatın ləğv edilməsi məqsədi ilə tərəfindən cavabdehə edilmiş müraciətdən xx.xx.2022-cı ıi tarixli məktubla imtina olunduğundan pozulmuş hüququnun müdafisəi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri- yaşayış obyektinə dair qanunsuz şəkildə aparılmış qeydiyyatın və onun əsasında verilmiş qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1458/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin mübahisələndirdiyi qeydiyyat vəsiqəsi ilə “Vicdan-1” firmasına məxsus torpaq sahəsində yerləşməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı qeydiyyat vəsiqəsinin ləğvini tələb etməkdə subyektiv hüuquqa malik deyildir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Apellyasiya şikayətində göstərilir ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, mübahisə predmeti 1997-ci ildən əvvəlcə dəmir köşk, daha sonra isə onun tərəfindən daş tikili kimi inşa edilərək faktiki istifadəsində olan Sumqayıt şəhərinin 8-ci mikrorayonu ərazisində yerləşən sahəsi 18 kvadrat metr olan qeyri-yaşayış obyektidir. Keçən əsrin 90-cı illərinin sonlarından dəmir köşk kimi istifadə etdiyi, daha sonra daşla inşa etdiyi həmin obyekt daha sonra şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə şəhərdə aparılmış abadlıq işləri çərçivəsində yenə də onun tərəfindən öz vəsaiti ilə abadlaşdırılaraq yenidən inşa edilmişdir. Onun tikilisi ilə yanaşı eyni sırada mərhum Sabir Tanrıverdiyevin sahibi olduğu “Vicdan-1” firmasının da tikililəri olmuşdur. Lakin onun vəfatından sonra övladları onun öz vəsaiti ilə tikdirdiyi və həmin dövrdə artıq 20 ilə yaxın etirazsız şəkildə faktiki sahiblik etdiyi tikilinin guya onlara məxsus olduğunu iddia edərək ondan aylıq icarə haqqı tələb etməyə başlamışlar. O, bu tikilinin ona məxsus olduğunu və “Vicdan” firmasına hər hansı aidiyyətinin olmadığını, hətta mərhum S.Tanrıverdiyevin 2014-cü ildə öz obyektləri ilə birlikdə onun da tikilisini özəlləşdirmək adı ilə ondan 20000 ABŞ dolları aldığını, lakin tikilinin mülkiyyət sənədini vermədiyini bildirsə də, bildirdikləri bir nəticə verməmiş və “Vicdan-1” firmasının adından o məhkəməyə verilmişdir. “Vicdan-1” firması məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sözügedən tikilinin guya firmaya aid olduğunu iddia edərək onun boşaldılmasını tələb etmişdir. Məhkəmənin gedişatında məlum olmuşdur ki, “Vicdan-1” firmasının iddia etdiyi Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən 38 kvadrat metr torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2001-ci il tarixli, 287 saylı sərəncamı ilə heç də kommersiya obyektinin tikintisi üçün deyil, həmin ərazidə yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş, 38 kvadrat metr avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmışdır. Bu azmış kimi də “Vicdan” firmasının yalan məlumatlar verərək guya abadlaşdırılan sahənin çox olması və avto-sərnişin dayanacağının tikintisi üçün əlavə torpaq sahəsinə ehtiyac olması ilə bağlı etdiyi müraciət əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli, 376 saylı digər sərəncamı ilə “Vicdan” firmasına avtobus dayanacağı tikintisi üçün həmin torpağa bitişik olaraq əlavə 22 kvadrat metr torpaq sahəsi də ayrılmışdır ki, bu torpaq sahəsində də ona məxsus tikili artıq inşa edilərək mövcud olmuşdur. Avtobus dayanacağının yenidən qurulması və oranın abadlaşdırılması məqsədi ilə “Vicdan-1” firmasına ayrılmış sözügedən sərəncamların ziddinə olaraq firma mövcud dayanacağın nəinki hər hansı rekonstruksiyasını həyata keçirməmiş, əksinə həmin dayanacağı ləğv etmiş və onun yerində kommersiya obyektləri inşa edərək icarəyə verməklə qanunsuz gəlir əldə etməyə başlamışdır. Bu azmış kimi “Vicdan-1” firması 2001-ci ildə hansısa qanunsuz yollarla keçmiş Sumqayıt şəhər X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsindən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmış torpaqda qanunsuz inşa etdiyi tikiliyə dair ona məxsus tikili ilə birlikdə mağaza tipli qeyri-yaşayış obyekti kimi Qeydiyyat Vəsiqəsi almışdır. Halbuki həmin torpağın 22 kvadrat metrinə dair həm sərəncam verilərkən, həm də tikilinin dövlət qeydiyyatı aparılarkən orada onun tərəfindən inşa edilmiş ayrıca tikili artıq mövcud idi. Hal-hazırda da firma onun və ailəsinin yeganə dolanışıq yeri olan kiçik obyektini də əlindən almağa çalışır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “Vicdan-1” firmasının nümayəndəsi X3, “Vicdan-1” firmasının nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(118)- 1458/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri ilə məhkəmə İPM-nin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilməsi və iddianın mümkünlüyü məsələsi müzakirə edilmiş, iddiaçının vəkilinə həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında əks edilmiş subyektiv hüququn mahiyyəti ilə bağlı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində göstərilmiş əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqa malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə üçüncü şəxs “Vicdan-1” firmasına ayrılmış torpaq sahəsində yerləşdiyini iddia etdiyi sahəsi 18 kv.m. olan qeyri-yaşayış sahəsinin 1997-ci ildən onun istifadəsində olduğunu bildirsə də, həmin qeyri-yaşayış sahəsinə, yaxud onun yerləşdiyi torpaq sahəsinə dair hər-hansı ilkin hüquqmüəyyənedici sənədi nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə əsasən isə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2-1(118)-1458/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-568/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-568/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver