Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-632/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının hüquqi varisi X5, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş çıxarışın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(118)-306/2023 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0,0024 ha torpaq sahəsi və onun üzərindəki tikiliyə dair X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın dəyişdirilərək həmin hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(118)-306/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova). Həmin qərardadla razılaşmayan iddiaçı və üçüncü şəxs X6 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. İddiaçı 22 iyun 2023-cü il tarixdə öldüyündən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, məhkəmə kollegiyası iddiaçını hüquqi varisi X8 ilə əvəz etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılmasını qərara almışdır. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi üçüncü şəxsin apellyasiya apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunvericiliklə müəyyən edilmiş müvafiq şərtlər ödənildikdə həyata keçirilir. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər nəzərdə tutulur. Bu cür şərtlərdən biri İnzibati Prosessual Məcəllənin “Apellyasiya instansiyası məhkəməsində şikayət üzrə icraat” adlı X fəslinin 81.2-ci maddəsində qeyd edilmişdir. Həmin maddəyə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-nin 87.2 və 87.3-cü maddələrində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin əsaslara məhz işə apellyasiya qaydasında baxılması üçün zəruri olan prosessual əsaslar daxildir. İnzibati prosessual qanunvericiliklə müəyyən edilmiş həmin əsasların olmaması halı özlüyündə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsinə səbəb olur. “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli qərardadına üçüncü şəxslərin məhkəmə aktlarını müstəqil qaydada mübahisələndirmək imkanı ilə bağlı məsələlər təhlil edilərək göstərilmişdir ki, “... İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. İPM-nin 81.2-ci maddəsinin təhlilindən və yuxarıda qeyd edilən qərardadda ifadə olunmuş hüquqi mövqedən göründüyü kimi inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. Kollegiya qeyd edir ki, hazırkı işdə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardadla iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X3 hüquqlarına dair məsələ onun zərərinə həll edilməmiş, habelə o, mübahisələndirdiyi məhkəmə aktından ziyan çəkməmişdir. Yuxarıda qeyd edildiyi kimi, hazırkı işdə İPM-nin 35.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir ki, həmin qərardad da məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud deyildir. Odur ki, üçüncü şəxsin apellyasiya şikayəti vermək hüququ olmadığından onun tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 81.2, 85, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(118)-306/2023 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-632/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-632/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver