Məhkəmə qərarları › İş №2-1(105)-66/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-66/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-66/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi X3, Cavabdehin nümayəndəsi XN iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin N6 avqust N0N0-ci il tarixli N-1(118)-3N4/N0N0 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N67№li, 05 aprel N019-cu il tarixli əmrinin ləğv edilməsi və əvvəlki tutduğu vəzifəyə (mayor rütbəsi, tabor komandiri) bərpa edilməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, ailəli və N azyaşlı övladı vardır. N00N-ci ildə "Heydər Əliyev" adına Ali Hərbi məktəbə daxil olmuş, N006-cı ildə həmin Məktəbi fərqlənmə ilə Leytenant hərbi rütbəsi ilə bitirib Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Təhsil almışdır. N007ci ildə oranı da fərqlənmə ilə bitirib Müdafiə Nazirinin müvafiq əmrinə əsasən xitmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N008-ci ildə nümunəvi xidmətinə görə o, Müdafiə Nazirinin müvafiq əmri ilə Gədəbəy rayonuna N nömrəli hərbi hissəyə göndərilmiş, uzun müddət 3-cü Ordu Korpusunda nümunəvi xidməti nəzərə alınaraq xidmətini davam etdimək üçun N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissədə nümunəvi xidmətinə görə bir çox kurslara göndərilmiş, qısa vaxt ərzində motoatıcı taborun qərargah rəisi və sonunda 1–ci motoatıcı taborun komandiri vəzifəsində xidmət etmişdir. 17 (on yeddi) illik xidməti dövründə bir çox fəxri-fərmanlara layiq görülmüş, belə ki, AR Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, 95 illik yubiley medalı, qüsursuz Xidmətə görə İİ dərəcəli medal və sonunda ona hərbi xidmətində əldə etdiyi yüksək nailiyyətə görə Azərbaycan Respublikası Prezidentinin adından İİİ dərəcəli medal verilmişdir. Xidmət etdiyi 17 illik dövrdə vətəninə, xalqına, millətinə, dövlətinə sadiq hərbi qulluqçu kimi hər an canını fəda etməyə, son nəfəsinə qədər döyüşməyə hazır olmuş və hazırdır. Aprel döyüşlərindən sonra may ayında hücum hazırlığı ilə bağlı hərbi hissələrinin ön xəttə göndərilməsinə birinci o əlini qaldıraraq önə çıxmışdır. N018-ci ildə N nömrəli hərbi hissənin komandiri dəyişilərək yerinə polkovnik Əflatun Nurəliyev təyin olunmuş və həmin ildə o Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Tabor Komandiri vəzifəsinə təyin olunmuşdur. Təyin olunduğu tabor hərbi hissənin ən çətin taboru olmasına baxmayaraq, öz vəzifəsinin öhdəsindən şərəflə gəlməyə çalışmışdır. Tabeçiliyində olan vəzifəli şəxslərin dəyişilməsini hərbi hissə komandiri Ə.Nurəliyevə və onun müavinlərinə bildirmiş, lakin onlar onu təqsirkar bilərək dəyişiklik etmək istəməmişlər. O isə şikayət edə bilməmiş və həmin zabitlərin də yerinə işləmişdir. Yuxarıda qeyd etdiyi narazılıqlara görə hərbi hissə komandiri Ə.Nurəliyev onunla prinsip aparmağa, ona qarşı qərəzli mövqe tutmağa başlamışdır. Hərbi hissə komandiri Əflatun Nurəliyev özünün yol verdiyi qanun pozuntularının hamısını onun üzərinə atmış, raport yazmış və onun barəsində Şərəf Məhkəməsi keçirilmişdir. Şərəf Məhkəməsində qəbul edilən qərar onun aşağı vəzifəyə keçirilməyi barədə olsa da, Hərbi hissə komandiri Əflatun Nurəliyev sonradan həmin qərarın dəyişdirilməsinə nail olmuş və onun ordu sıralarından ehtiyata xidməti uyğunsuzluqla çıxarılmağı barədə yeni bir qərar çıxarılmışdır ki, həmin qərardan da onun xəbəri yoxdur. Əsgər Rüstəmovun qanunsuz evə buraxılması faktı üzrə Müdafiə Nazirliyinin 4-cü Təhqiqat Bölməsi tərəfindən 03.01.N019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1–ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası CPM–nin 39.3-cü maddəsinə əsasən Bu Məcəllənin 39.1.1, 39.1.N və 39.N–ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Barəsində cinayət təqibi bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq, N nömrəli hərbi hissənin baş zabitlərinin şərəf məhkəməsi tərəfindən qərəzli olaraq haqqında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq, xidməti uyğunsuzluqla ehtiyata buraxılmağına dair vəsatət qəbul edilmişdir. Nəticədə isə o, Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun 0N67 N–li, 05 aprel N019-cu il tarixli Əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156–cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə ) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin əmri 11 iyul N019-cu il tarixdə almışdır. Cavabdehin etirazları: İddiaçının barəsində yuxarı komandanlığa göndərilən təqdimatdan məlum olur ki, mayor İddiaçı 03.0N N018–ci il tarixdən N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun komandiri vəzifəsində xidmət etmiş, xidmət etdiyi müddət ərzində özünü intizamsız, bacarıqsız bir zabit kimi göstərmiş, taborun şəxsi heyətinin döyüş və ictimai– siyasi hazırlığına rəhbərlik edə bilməmiş, taktiki təlimlərdə taboru idarə edə bilməmiş, tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilməmiş, onları idarə etməkdə çətinlik çəkmiş, tabor üçün ayrılmış yaşayış və qeyri-yaşayış binalarının düzgün istismar edilməsinə nəzarət edə bilməmişdir. İddiaçı nizamnaməni zəif bilmiş, onları gündəlik xidmətində tətbiq edə bilməmiş, yuxarı komandanlıq tərəfindən qoyulmuş tapşırıqları vaxtında yerinə yetirməkdə çətinlik çəkmişdir. İddiaçı xidmətə münasibəti ilə bağlı N nömrəli hərbi hissə baş zabitlərinin şərəf məhkəməsinin protokolunda göstərilir ki, iddiaçının barəsində xidmətdə buraxdığı nöqsanları və intizam pozuntularına görə 7 dəfə “töhmət”, 6 dəfə “şiddətli töhmət" və 1 dəfə "vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Zabitlərin şərəf məhkəməsi iddiaçının xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırmış, komandanlıq vəsatətlə razılaşaraq Müdafiə Nazirinə təqdimat vermiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N67 nömrəli 05 aprel N019-cu il tarixli əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İnzibati orqanın qəbul etdiyi inzibati akt qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin N6 avqust N0N0-ci il tarixli, N-1(118)-3N4/N0N0 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Sumqayıt İnzibati Məhkəməsinin N-1(118)-3N4/N0N0 saylı, N6.08.N0N0-ci il tarixli qərarının əsaslandırma hissəsində iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddia kimi göstərilmişdir. Halbuki iddiaçının tələbi 0N67 №-li, 05 aprel N019-cu il tarixli Əmrin qanunsuz olması əsası ilə ləğv edilməsinə yönəlmişdir. AR İPM-nin N.N.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara “mübahisələndirmə haqqında iddia” deyilir. Qanunun qeyd olunan normalarının tələbləri baxımından iddiaçının «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair cavabdehin 0N67 №-li, 05 aprel N019-cu il tarixli əmri inzibati akt sayılır. Ona görə də hesab edir ki, məhkəmənin iddiaçının iddia tələbini “öhdəliyin icrası haqqında ” iddia kimi göstərməsi yuxarıda qeyd olunan İPM-nin tələbinə ziddir. Cavabdehin əmri inzibati akt olduğu üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, «İnzibati icraat haqqında» AR Qanununun və digər maddi hüquq normaların tələblərinə cavab verməli olduğu halda qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsində nəzərdə tutulmuş Qanunçuluq prinsipinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Bundan əlavə, cavabdeh tərəfindən 0N67 №-li 05 aprel N019-cu il tarixli əmri qəbul edilərkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161, 16N və 163-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Əsasnamənin tələblərinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Lakin is materiallarında olan “Söhbət Vərəqəsi ”ndən görünür ki, iddiaçı ilə 1 dəfə fərdi söhbət aparılmasına baxmayaraq, sənədlər saxtalaşdırılaraq guya 08 fevral N019-cu il və N4 fevral N019-cu il tarixlərdə iki dəfə fərdi söhbət aparılmasına dair Söhbət Vərəqələri tərtib edilmiş və hərbi hissə komandiri Əflatun Nurəliyevin imzası və hərbi hissənin möhürü ilə təsdiqlənmişdir. Əsasnaməyə görə, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Eyni zamanda Əsasnamədə hərbi-həkim komissiyasının müayinəsinə öz xahişinə əsasən göndərilməyənlər və adətən göndərilməyənlər şəxslərin kateqoriyası açıq aydın göstərilmişdir. İs materiallarından göründüyü kimi iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından o, hərbi-həkim komissiyasının müayinəsinə göndərilməli olduğu halda göndərilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin nümayəndəsi bu halın əsası kimi iddiaçının hərbi-həkim komissiyasının müayinəsindən imtina barədə “Söhbət Vərəqəsi”ndəki xahişini göstərmiş, məhkəmə isə bunu əsaslı hesab etmişdir. Halbuki həmin söhbət vərəqəsi saxtalaşdırıldığından hazırki iş üzrə mötəbər dəlil hesab oluna bilməz. Bundan başqa fərdi söhbət əsaslı hesab olunsa belə, iddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından onun, hərbi-həkim komissiyasının müayinəsindən imtinası nəzərə alınmalı deyildi. Bundan başqa məhkəmə öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının xidməti vərəqəsindən görünür ki, “onun xidməti uyğunsuzluğuna səbəb kimi, xidmətdə buraxdığı nöqsanları və intizam pozuntularına görə 7 dəfə “töhmət”, 6 dəfə “şiddətli töhmət” və 1 dəfə “vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq” intizam tədbirləri tətbiq olunmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, iddiaçı N00N-ci ildə "Heydər Əliyev" adına Ali Hərbi məktəbə daxil olmuş, N006-cı ildə həmin Məktəbi fərqlənmə ilə Leytenant hərbi rütbəsi ilə bitirib Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Təhsil almış, N007-ci ildə oranı da fərqlənmə ilə bitirib Müdafiə Nazirinin müvafiq əmrinə əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N008-ci ildə nümunəvi xidmətinə görə onu Müdafiə Nazirinin müvafiq əmri ilə Gədəbəy rayonuna N nömrəli hərbi hissəyə göndərilmiş, uzun müddət 3-cü Ordu Korpusunda nümunəvi xidməti nəzərə alınaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissədə nümunəvi xidmətinə görə bir çox kurslara göndərilmiş, qısa vaxt ərzində motoatıcı taborun qərargah rəisi və sonunda 1-ci motoatıcı taborun komandiri vəzifəsində xidmət etmiş, 17 (on yeddi) illik xidməti dövründə bir çox fəxri-fərmanlara layiq görülmüşdür. Belə ki, ona AR Silahlı Qüvvələrinin 90 illik yubiley medalı, 95 illik yubiley medalı, qüsursuz xidmətə görə İİ dərəcəli medal və sonunda ona hərbi xidmətdə əldə etdiyi yüksək nailiyyətə görə cənab Azərbaycan Respublikası Prezidentinin adından İİİ dərəcəli medal verilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı barəsində tətbiq olunmuş intizam cəzaları Əflatun Nurəliyevin hərbi hissə komandiri olduğu dövrə düşür. Həmin intizam cəzaları qərəzli olaraq verilmişdir. Belə ki, həmin cəzaların bəziləri sonradan xidmət vərəqəsində qeydə alınmışdır. Hətta cəzaların verilmə ardıcıllığına diqqət yetirildikdə həmin cəzaların bəzilərinin sonradan qeyd olunduğu aydın görünür. Bundan başqa, iş materiallarında olan söhbət vərəqəsindən görünür ki, iddiaçının 0N67 №-li, 05 aprel N019-cu il tarixli Əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına səbəb tabor “Qaşımalı təlim mərkəzi”ndə təlimdə olduğu müddətdə N nömrəli hərbi hissənin zabitləri tərəfindən yoxlanılan zamanı şəxsi heyətin uçotunun düzgün aparılmaması, həmçinin şəxsi heyətin və texnikanın çöl şəraitinə uyğun yerləşdirilməməsini düzgün təşkil edilmədiyi üçün taborun döyüş hazırlığının aşağı düşməsinə səbəb olması qeyd olunmuşdur ki, bu da yalnız İddiaçı təqsirkar görülməsi, ona qarşı qərəzli mövqe tutulmasının sübutudur. Eyni zamanda bununla bağlı hər hansı bir mötəbər dəlil məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlarla əlaqədar hesab edir ki, cavabdehin 0N67 №-li, 05 aprel N019-cu il farixli əmri qanunsuz əlverişsiz inzibati akt olduğundan və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalı olduğundan, hesab edir ki, həmin inzibati aktı qanuni hesab edən Sumqayıt İnzibati Məhkəməsinin N-1(118)-3N4/N0N0 saylı, N6.08.N0N0-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi, həmçinin əlavə olaraq izahatında bildirdi ki, iddiaçı 44 günlük ikinci Qarabağ Müharibəsi başlanan gündən könüllü olaraq orduya qatılaraq döyüşlərdə iştirak edib, N6.10.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağ bazunun yuxarı 1/3-nin açıq, qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayiət olunan, döş qəfəsinin sağ yarısının döş qəfəsinə nüfuz etməyən odlu silah yaralanması ətraf funksiyalarının müvəqqəti pozulması ilə” nəticələnən xəsarət almış və hazırda, ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Bundan əlavə iddiaçı döyüşdə olduğu müddət ərzində Müdafiə Nazirinin N7.10.N0N0-ci il tarixli 08N nömrəli əmrinə əsasən hərbi hissənin 5-ci motoatıcı taborun komandiri vəzifəsinə təyin edilmişdir. Hazırda iddiaçı həmin vəzifədə olmaqla xəstəliyi ilə bağlı məzuniyyətdədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 31.07.N00N-ci ildə hərbi hissəyə göndərilmişdir. Təhsilini bitirdikdən sonra N007-ci ildə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə, N008-ci ildə N nömrəli hərbi hissəyə, daha sonra isə xidmətini davam etdimək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Xidmət illərində müxtəlif vəzifələr (tağım komandiri, bölük komandiri, qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi, tabor komandirinin müavini) tutmuş, son olaraq 03.0N.N018-ci ildə 6511-ci motoatıcı taborun komandiri vəzifəsinə təyin olunmuşdur. N019-cu ildə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun 0N67№li, 05 aprel N019-cu il tarixli Əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı həmin əmri və onun yaratdığı hüquqi nəticəni mübahisələndirir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmətdə olduğu müddətdə zabit kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməmişdir. Fəaliyyətində aşkarlanan çatışmazlıqlar isə tabeliyində olan şəxslərin məsuliyyətsizliyi ilə bağlı olmuşdur. Cavabdehin mövqeyinə görə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi xidmət etdiyi müddət ərzində özünü intizamsız, bacarıqsız bir zabit kimi göstərməsi, taborun şəxsi heyətinin döyüş və ictimai–siyasi hazırlığına rəhbərlik edə bilməməsi, taktiki təlimlərdə taboru idarə edə bilməməsi, tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilməməsi, onları idarə etməkdə çətinlik çəkməsi, tabor üçün ayrılmış yaşayış və qeyri-yaşayış binalarının düzgün istismar edilməsinə nəzarət edə bilməməsi olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və öz qərarında qeyd etmişdir ki, mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirildiyi üçün mübahisəli əmrin ləğv edilməsinə yetərli əsasların olması iş üzrə müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında Azərbaycan xalqının Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti bəyan edilmişdir. Bu niyyətin həyata keçirilməsi məqsədilə dövlət vətəndaşlara münasibətdə vəzifələr müəyyən etmişdir. Konstitusiyanın İV fəslində nəzərdə tutulan vətəndaşların əsas vəzifələrindən biri də vətəni müdafiədir. Konstitusiyanın 76-cı maddəsinin İ hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Hərbi xidmət keçmənin qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı X1 və digər qanunvericilik aktları ilə müəyyən olunur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -N-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Qeyd edildiyi kimi iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İstinad olunan normadan görünür ki, qanunverici məlum Əsasnamənin 156 — 158-ci maddələri üzrə buraxılma haqqında əmrlərin dəyişdirilməsinə bir qayda olaraq yol vermir. Təhlil olunan normaların işin hallarına tətbiqi onunla bağlıdır ki, əgər iddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəziyyətinin dəyişilməsini arzulayırsa, bu zaman çıxarılmış əmrin qanunvericiliyin pozulması ilə müşayiət olunduğunu və buraxılma ilə əlaqədar yeni halların aşkara çıxdığını sübut etməlidir. Qanuna görə, yəni «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün zəruri əsaslar olmalı və ehtiyata buraxılmanın bu növünün seçilərək, tətbiq ediməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1- ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.N5-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.N-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.N-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İPM-in 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırda da məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçını məhz xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məsələsinə) qiymət verilərkən sonuncunun biri digəri ilə uzlaşmayan mövqeyi aşkara çıxmış olur, bu isə öz növbəsində cavabdehin hərəkətlərinin əsaslılığının öz təsdiqini tapmadığına dəlalət edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh tərəfindən iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi bacarıqsız bir zabit kimi qiymətləndirilməsi olmuşdur. Daha sonra isə ölkədə başlanan Vətən müharibəsi ilə əlaqədar şərait dəyişmiş, tərəflər arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Məlumdur ki, N7 sentyabr N0N0-ci il tarixdə Ermənistan Respublikası ilə təmas xətti boyunca atəşkəsdən sonra müşahidə olunan ən gərgin qarşıdurmalar başladı. AR Konstitusiyasının 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı N4 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. N0N0-ci il sentyabrın N7-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin N7 sentyabr N0N0-ci il tarixli fərmanı ilə N0N0-ci il N8 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununun 5.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda dərhal ümumi və ya qismən səfərbərlik elan edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin N8 sentyabr N0N0-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmişdir. Məlumdur ki, qismən səfərbərlikdə yalnız ehtiyac olan ixtisaslar üzrə çağırış olur. Söhbət təbii ki, ən birinci növbədə hərbi ixtisaslardan gedir. İstinad olunan Qanuna əsasən ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar. (14.N.) Kollegiyanın sorğusuna əsasən iş materiallarına əlavə edilmiş AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən verilmiş 07.10.N0N0-ci il tarixli, 539 nömrəli arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin N8.09.N0N0-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa əsasən, İddiaçı 01.10.N0N0-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 01.10.N0N0-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Yenə iş materiallarına əlavə edilmiş N saylı Hərbi hissə komandirinin 30 oktyabr N0N0-ci il tarixli, 305 saylı əmrindən çıxarışdan görünür ki, mayor Şabanov X4 Nazirinin N7.10.N0N0-ci il tarixli 08N nömrəli əmrinə əsasən hərbi hissənin 5-ci motoatıcı taborun komandiri vəzifəsinə təyin edilmiş, Xocavənd rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək 30 oktyabr N0N0-ci il il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamış, vəzifə maaşı ştata əsasən təyin edilmişdir. Beləliklə də müəyyən olunur ki, ölkə miqyasında aparılan hərbi əməliyyatlarla əlaqədar iddiaçı ilə cavabdeh arasındakı münasibətlər əvvəlki vəziyyətinə qayıtmış, hətta iddiaçı əvvəlki vəzifəsi olan tabor komandiri vəzifəsinə təyin olunmuşdur. İddiaçının ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan hərbi qulluqçu kimi müharibə dövründə yenidən ordu sıralarına çağrılması anlaşılandır. Lakin onun yenidən əvvəlki – məsul vəzifəsinə təyin olunması, sonuncunun vəzifəsinin öhdəsindən gələ bilməyən bacarıqsız zabit kimi ordu sıralarından tərxis olunması barədə cavabdehin mövqeyi ilə uzlaşmır. Diqqəti çəkən növbəti məqam isə bunun müharibə dövründə baş verməsidir. Kollegiya bu məsələyə ona görə diqqət edir ki, hərbi xidmətlə bağlı tənzimlənən qanunvericiliklərdə hər hansı bir prosedurun, məsələn, törədilmiş əməlin və ya hərbi xidmətə yararlılığın müəyyən edilməsi zamanı sülh və müharibə şəraiti fərqləndirilir. Məsələn, qanunverici bəzi cinayətlərdə (CM 3N8.4, 333.6) müharibə vaxtı və ya döyüş şəraitində törədilmiş əməli məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutmuş, həmin ərəfədə törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini artıran hal hesab etmişdir. Bu ona görə baş verir ki, dinc dövrdə ölkədə əmin amanlıq olur, dövlət orqanlarının normal fəaliyyəti həyata keçirilir, dövlətin ictimai-siyası quruluşunu, cəmiyyətin həyatını təhlükə altına ala biləcək hər hansı qüvvə olmur. Bu səbəbdən də həyatın istənilən sferasında hər şey real vəziyyətinə uyğun yerləşdirilir. Müharibə vaxtı isə dövlətin ümumiyyətlə mövcudiyyəti təhlükə altına alındığından, belə həlledici və önəmli məqamda orduda məsul vəzifəyə intizamsız və bacarıqsız (cavabdehin iddia etdiyinə görə) hərbi qulluqçunun təyin olunması ağlabatan deyil. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 108-ci bəndinə əsasən tabor komandiri sülh və müharibə dövründə: taborun döyüşə və səfərbərliyə hazırlığına; şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə; taborun silahlarının, döyüş texnikası və digər texnikasının, hərbi sursatının, yanacaq və başqa maddi vasitələrinin vəziyyətinə və qorunub saxlanmasına; taborun döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməsinə; taborun maddi, texniki, tibbi, ticarət-məişət və maliyyə təminatına cavabdehdir. Əlahiddə tabor komandiri taborun bütün şəxsi heyətinin birbaşa rəisidir. Həmin Nizamnamənin 109-cu bəndinə əsasən isə əlahiddə tabor komandirinin vəzifəsidir: -taborun şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına və tərbiyəsinə rəhbərlik etmək, döyüş tapşırıqlarını yerinə yetirərkən taboru bacarıqla idarə etmək; -qərargahla, bölük komandirləri, onların müavinləri və taborun xidmət rəisləri ilə məşğələlər, həmçinin taborun bölmələri ilə təlimlər və nəzarət məşğələləri keçirmək; -taborun səfərbərlik planının işlənib hazırlanmasına rəhbərlik etmək; -taborda günün nizam və möhkəm daxili nizam-intizam qaydalarını müəyyən etmək və saxlamaq; -bölmələrdə zabitlərin, gizirlərin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək; -tabora yeni gələnləri bölmələr üzrə bölüşdürmək və onlara 4 saylı əlavədə göstərilən qaydada hərbi and içdirmək; -gizir, həmçinin müddətindən artıq xidmət çavuşları vəzifəsində hərbi xidmətdə qulluq etmək və hərbi təhsil müəssisələrinə göndərilmək üçün seçilmiş namizədləri yoxlamaq; -ərzağın həftəlik bölgüsünə baxmaq, onu təsdiq etmək, xörəyin keyfiyyətinə və tam verilməsinə nəzarət etmək, hazırlanan xörəyin keyfiyyətini vaxtaşırı şəxsən yoxlamaq; -silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının, yanacağın və digər maddi vasitələrin qorunub saxlanması, saz olması və onlardan düzgün istifadə edilməsi üçün tədbirlər görmək, ildə üç dəfədən az olmayaraq onların vəziyyətini və döyüşə hazırlığını yoxlamaq; -silahlarla, döyüş texnikası və digər texnika ilə, döyüş sursatı ilə işləyərkən, məşğələlər, təlimlər və atışlar keçirərkən, təhlükəsizlik tədbirləri müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək; -cinayətlərin və hadisələrin qarşısını alan tədbirlər görmək; cinayət törədiləndə və yaxud hadisə baş verəndə, dərhal böyük komandirə (rəisə) yazılı məlumat vermək, hərbi prokurora məlumat verərək, cinayət işi başlamaq, təhqiqat aparmaq (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə cinayət işi başlamaq və təhqiqat aparmaq vəzifəsi müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən yerinə yetirilir); insan tələfatı və ya başqa ağır nəticələr verən qəza hallarının və digər hadisələrin təhqiq edilməsində şəxsən iştirak etmək; -şəxsi heyətin, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının və taborun digər maddi vasitələrinin kütləvi qırğın silahından mühafizəsini təşkil etmək və həyata keçirmək; -taborun maliyyə və təsərrüfat fəaliyyətinə rəhbərlik etmək; -taborun kazarma-mənzil fondunun, digər bina və tikililərinin ərazisinin səliqəsəhmanına, düzgün istismar edilməsinə, həmçinin taborda yanğın əleyhinə mühafizənin vəziyyətinə diqqət yetirmək; -taborda müəyyən edilmiş silah, döyüş sursatı və əmlak ehtiyatını saxlamaq; -taborun yerləşdiyi ərazinin mühafizəsini təşkil etmək, qarovulun və daxili xidmətlərin yerinə yetirilməsini, həmçinin həbsə alınanların hauptvaxtda saxlanılmasını yoxlamaq; -xidmətlər üzrə maddi vasitələrin, həmçinin taborun pul vəsaitinin və qiymətli kağızlarının yerində olmasını planlı və qəfildən yoxlamasını aparmaq; -65-ci maddənin tələblərinə müvafiq tabor üzrə əmrlər vermək. Göründüyü kimi qanunvericilikdə tabor komandiri vəzifəsini icra edən şəxsin vəzifələri dəqiq qeyd edilmiş və sadalanan vəzifələrdən də göründüyü kimi tabor komandiri sülh və müharibə dövründə; tabeliyində olanların təliminə, tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə və s. cavabdehdir. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, sadalanan vəzifələrin icrasının həyata keçirilməsi yüksək bacarıq tələb etdiyindən bu vəzifəni icra edən hərbi qulluqçuların tutduğu vəzifəyə uyğunluğu mütləqdir. Vəzifəsinə uyğun gəlməyən və yaxud onun öhdəsindən lazımınca və layiqincə gələ bilməyən hərbi qulluqçunun yenidən həmin vəzifəyə təyin olunması, həm də bu təyinatın müharibə şəraiti dövründə, aktiv döyüş əməliyyatları aparılan zamanda baş verməsi iddiaçının mübahisələndirdiyi –onun xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 05 aprel N019-cu il tarixli əmrinin qanuniliyini şübhə altına alır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 19 may N0N1-ci il tarixli, 1N848 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. N saylı hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 fevral N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən ona hərbi xidmətə müvəqqəti yararsız, xəstəliyə görə məzuniyyət 30 (otuz) gün müddətinə verilməlidir, məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının 18610 saylı arayışdan görünür ki, mayor İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli, NN31 saylı göndərişi ilə 19 fevral N0N1-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezidə aşağıdakılar qeyd edilmişdir: -N6.10.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağ bazunun yuxarı 1/3-nin açıq, qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayiət olunan, döş qəfəsinin sağ yarısının döş qəfəsinə nüfuz etməyən odlu silah yaralanması ətraf funksiyalarının müvəqqəti pozulması ilə”, ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. (N6.10.N0N0-ci il tarixdə N nömrəli hərbi hissədən təqdim edilmiş travma haqqında arayış). 19.05.N0N1-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikada şəhadətləndirilərək 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir.(əsas:1N848 nömrəli arayış). N3.06.N0N1-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikada şəhadətləndirilərək 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir. (əsas 1493N nömrəli arayış). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasından keçirilmişdir. SQ BKH-nın travmatoloqu ilə konsultasiya olunmuşdur. Eləcə də iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının digər arayışlarından da görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və xəstəliyə görə ona məzuniyyət verilmişdir. İş materiallarına əlavə edilmiş travma haqqında arayışdan görünür ki, mayor İddiaçı N6.10.N0N0-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sağ bazunun yuxarı 1/3-nin açıq qəlpəli, yerinidəyişmiş sınığı ilə müşaiyət olunan, döş qəfəsinin sağ yarısının döş qəfəsinə nüfuz etməyən odlu silah yaralanması ətraf funksiyalarının müvəqqəti pozulması” ilə ilk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Xəsarət döyüş tapşırığını yerinə yetirərkən baş vermişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə mayor İddiaçı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırığını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə “Cəsur döyüşçü” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək “Xocavəndin azad olunmasına görə” medalı ilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin N5 dekabr N0N0-ci il tarixli Sərəncamı ilə mayor Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirərək “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (kollegiya qeyd edir ki, N5 dekabr N0N0-ci il tarixli sərəncamda iddiaçının ata adı Xeybər qeyd edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, orduda mayor İddiaçı bir nəfərdi və o da iddiaçıdır.) Beləliklə də müəyyən olunur ki, iddiaçı yenidən xidmətə qayıdarkən nəinki sıravi xidmət etmiş, eyni zamanda döyüş tapşırığını uğurla yerinə yetirmiş, qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş, şəxsi igidlik və şücaət nümayiş etdirmiş və bu səbəblə də ölkə başçısı tərədindən təltif edilmişdir. Bütün qeyd olunanlar isə iddiaçı barəsində qəbul olunmuş xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair 05 aprel N019-cu il tarixli əmrin qeyri- qanuniliyinə dəlalət edir və həmin əmrin ləğv edilməsini qaçılmaz edir. İddiaçının hazırda, yəni dinc dövrdə əvvəlki vəzifəsinə (tabor komandiri) bərpa edilməsi tələbi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1-1(093)-15/N0N0 saylı, 10 yanvar N0N0-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. AR Cinayət Məcəlləsinin 70-ci maddəsinin 1 və N-ci bəndlərinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi qanunvericilikdə “şərti məhkum etmə” institutu spesifik institut olub, məhkəmədən, törədilmiş əmələ və onu törədənin şəxsiyyətinə münasibətdə individual yanaşmanı tələb edərək, məhkəməyə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmək səlahiyyəti verilmişdir. Kollegiya qeyd edir ki, şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmasa da, barəsində təyin edilmiş cəza icra edilmir, qanunla müəyyən edilmiş xüsusi formada “şərti” həyata keçirilir. Hazırki halda da iddiaçı barəsində çıxarılmış hökmdə məhkəmə cəza təyin edərkən hesab etmişdir ki, iddiaçı barəsində cəmiyyətdən təcrid olunmadan cəza tətbiq etmək məqsədəmüvafiqdir, bu səbəbdən də barəsində sınaq müddəti müəyyən etmişdir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Göründüyü kimi şərti məhkum etmənin əsasını məhkum edilmiş şəxsin öz davanışı ilə islah və tərbiyə olunduğunu sübut etməsi təşkil edir. Məhkum edilmiş şəxsin islah olunması dedikdə onda qanuna hörmət hissinin yaranması, qanuna, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsində qeyd olunub ki, şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Hazırki halda da işdən görünür ki, iddiaçı sınaq müddəti ərzində islah olunduğunu sübut etmiş və barəsində təyin edilmiş sınaq müddəti uzadılmadan başa çatmışdır. Sınaq müddətinin başa çatması isə həmin şəxs barəsində məhkumluğun da başa çatması deməkdir. Belə ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 30 iyul N0N0-ci il tarixli, N5 nömrəli arayışdan görünür ki, məhkum İddiaçı təyin edilmiş şərti sınaq müddəti bitdiyi üçün barəsində olan nəzarət işi bağlanaraq 30.07.N0N0-ci il tarixdə Lənkəran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əgər cəza - cinayət törətmiş şəxsin əməlinə dövlətin verdiyi hüquqi reaksiyadırsa, məhkumluq - törədilən cinayətə görə çəkilən cəzanın hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təsadüfi deyil ki, Cinayət Məcəlləsinin 16.3-cü maddəsində qeyd olunub ki, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi qanunverici məhkumluğun ödənilməsi səbəbindən həmin şəxs tərəfindən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr-şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda iddiaçı barəsində sınaq müddətinin bitdiyi- 30.07.N0N0-ci il tarixdən etibarən onun bu əsasla, yəni əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tələbinin ikinci hissəsi ilə bağlı da haqlı olmuşdur, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin N6 avqust N0N0-ci il tarixli N-1(118)-3N4/N0N0 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N67 №li 05 aprel N019cu il tarixli əmri ləğv edilsin və İddiaçı əvvəlki tutduğu vəzifəyə bərpa edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 10N5, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar