Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-889/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Respublika Psixiatriya Xəstəxanası” X3rşı “cavabdehin üzərinə iddiaçının tibbi sənəd olan AZS-627 saylı xəstəlik tarixi ilə tanış olması üçün icazə verilməsi vəzifəsinin qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2025/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh “Respublika Psixiatriya Xəstəxanası” X3rşı “cavabdehin üzərinə iddiaçının tibbi sənəd olan AZS-627 saylı xəstəlik tarixi ilə tanış olması üçün icazə verilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 iyul 2022-ci il tarixli, MİHO/1.3-2-2022-12637 saylı sənədi(müşayiət məktubu) əsasında Respublika Psixiatriya Xəstəxanası” X4 direktor müavini Rəna İsmayılovaya və xəstəxananın 10 nömrəli ümumi psixiatriya şöbəsinin müdiri Ədalət Xəlilova müraciət edərək onlardan xahiş etmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddətdə xəstəxanada ona göstərilmiş tibbi müayinələrin nəticələri üzrə qeyd aparılan və onun sağlamlıq vəziyyətini əks etdirən tibbi sənəd olan AZS-627 saylı xəstəlik tarixi ilə tanış olmaq üçün ona icazə versinlər. Lakin həmin vəzifəli şəxslər öz səlahiyyətlərindən ona qarşı istifadə edib, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun 5-ci maddəsinin tələbini pozaraq həmin tibbi sənədlə tanış olmasına icazə verməlidirlər. Həmin qanunun 60-cı maddəsində dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığının qorunmasında vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdıran hərəkətlərlə əlaqədar məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X4 üzərinə ona aid tibbi sənəd olan AZS-627 saylı xəstəlik tarixi ilə tanış olması üçün icazə verməsi vəzifəsi qoyulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2025/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, “Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur.” İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 2022-ci il iyul ayı tarixində rəsmi ərizə ilə xəstəlik tarixilə tanış olmaq barədə edilmiş müraciətin Nazirliyin tabeçliyində olan “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-ə göndərilməsi faktı, hakim tərəfindən rəsmi müraciət kimi qəbul edilməmişdir. Bundan əlavə, hakim rəsmi müraciətin edilməsi faktının inkar edilməsi məqsədilə göndərdiyi sorğulardan başqa, digər sorğu ilə alınmış və Səhiyyə Nazirliyinin hüquq və qanunvericilik şöbəsini müdiri Elçin Qədirov tərəfindən “Araşdırma zamanı müyyən edilmişdir ki, İddiaçı xəsətəlik tarixi ilə tanış olmaq üçun Respublika Psixiatriya Xəstəxanası publilk hüquqi şəxsinə yazılı müraciət etməmişdir” kimi yanlış və təhrif xarakterli məlumatlar daxil edilmiş xx.xx.2023-cü il tarixli, 3-2 8/2-6600/2023 nömrəli sənədə istinad edərək, onu sübut kimi iş materialına əlavə etmişdir. Rəsmi müraciətin edilməsi faktı olan iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 iyul 2022-ci il tarixli, MİHO/1.3-2022-12637 saylı sənədin (cavab məktubu) surətindən isə görünür ki, Səhiyyənin təşkili şöbəsinin müdri vəzifəsini icra edən A.İsrafılov tərəfindən “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in baş direktoru A.Rəsulova 19 iyul 2022-ci il tarixli ərizəyə baxılması və araşdırılması barədə məlumat vermişdir. Məhkəmədə inzibati işin icraatı üzrə araşdırma zamanı hakim iddianın mümkün sayilmamasi barədə qərarını formal olaraq əsaslandırmaq üçün “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-ə sorğu göndərərək AZS-627 nömrəli xəstəlik tarixində olan bəzi tibbi sənədlərin surətlərini əldə etsə də, həmin xəsətəlik tarixi ilə birgə ona tikilimiş bütün sənədlərin əslini sorğu vasitəsilə tələb edilməmişdir. Bununla da hakim mübahisələndirilən işin faktiki hallarının təhrif olunmaqla onun təsdiq edilməmsinə əsas yaratmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi cavabdehin üzərinə iddiaçının tibbi sənəd olan AZS-627 saylı xəstəlik tarixi ilə tanış olması üçün icazə verilməsi vəzifəsinin qoyulması barədədir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqana müraciətin olmaması əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə ................., qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .................. yoxlamalıdırlar. Hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. Adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yəni, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Səhiyyə Nazirliyinə müraciət edərək, xəstəlik tarixi ilə tanış olmaq üçün İsmayılova Rəna adlı vəzifəli şəxsin və şöbə müdiri Ədalət Xəlilov həkimin icazə verməsi məqsədilə onlara vəzifə tabeçiliyi daxilində tapşırıq verilməsini xahiş etmişdir. (iş vərəqi 124) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən onun tabeliyindəki “Respublika Psixiatriya Xəstəxanası” X5 və iddiaçıya ünvanlanmış 21 iyul 2022-ci il tarixli, MİHO/1.3-2- 2022-12637 saylı məktubda qeyd edilmişdir ki, “Vətəndaş Qəmbərovun ərizəsi aidiyyəti üzrə baxılması, qaldırılan məsələnin araşdırılması, nəticəsi barədə Səhiyyə Nazirliyinə və ərizəçiyə məlumat verilməsi üçün Sizə göndərilir.” Məktubun məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçının ərizəsi baxılması üçün “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinin tələblərinə müvafiq qaydada səlahiyyətli inzibati orqan olan “Respublika Psixiatriya Xəstəxanası” X5 göndərilmiş, lakin ərizənin icrası ilə bağlı həmin orqandan heç bir məlumat olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən, ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.4-cü maddəyə görə bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Qanunun tələbindən göründüyü kimi ərizəyə baxılması onun təqdim edildiyi inzibati orqanın deyil, başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, həmin orqan ərizəni 10 gün müddətində səlahiyyətli inzibati orqana göndərməlidir. Hazırkı mübahsə üzrə də, iddiaçı tərəfindən müraciəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə edilən müraciət aidiyyəti üzrə baxılması üçün səlahiyyətli inzibati orqana göndərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, inzibati orqana müraciət ilə bağlı xüsusi mümkünlük şərti ödənilmişdir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, inzibati orqana müraciət ilə bağlı tələb yerinə yetirildiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2025/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh “Respublika Psixiatriya Xəstəxanası” X3rşı “cavabdehin üzərinə iddiaçının tibbi sənəd olan AZS-627 saylı xəstəlik tarixi ilə tanış olması üçün icazə verilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-889/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-889/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver