Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-945/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X5 ibarət tərkibdə, X23 qızının katibliyi, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(118)-3090/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının “Qəyyum təyin etmə” barədə 13 dekabr 2019-cu il tarixli, 369 nömrəli sərəncamına əsasən İddiaçı nəvəsi xx.xx.2013-cü il təvəllüdlü X6, 12 mart 2020-ci il tarixli, 63 nömrəli sərəncamına əsasən isə digər nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə anadan olmuş X11 2017-ci il tarixdən İraq Respublikasında itkin düşməsi ilə əlaqədar ölmüş elan edilmiş, qətnamənin qanuni qüvvədə mindiyi gün 17 oktyabr 1991-ci il təvəllüdlü Ş.A.Məmmədkərimovun ölüm günü hesab edilmişdir. Ataları Ş.A.Məmmədkərimovun ölümü ilə əlaqədar A.ƏşNovruzovanın nəvələri X3 və X7 xx.xx.2023-cü il tarixdən ailə başçısını itirilməyə görə müavinət təyin edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, nəvələri X10 və X2 atasının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 2017-ci ildən hər iki uşağa görə ailə başçısını itirməyə görə müavinət təyin olunmasını xahiş etmişdir. İnzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N-311486/3/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Ş.Məmmədkərimovun vəfatı ilə əlaqədar İddiaçı nəvələri X3 və X7 xx.xx.2023-cü il tarixdən hər birinə 120 manat məbləğində ailə başçısının itirilməsinə görə sosial müavinət təyin edilmişdir. Təqdim edilən “Ölüm haqqında şəhadətnamə”nin surətinə əsasən Ş.Məmmədkərimov xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən 2017-ci il tarixdən sözügedən müavinətin təyin edilməsi mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli X6 və xx.xx.2017-ci il tarixli X2 atasının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 21 noyabr 2020-ci ildən hər iki uşağa görə ailə başçısını itirməyə görə müavinət təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X11 iddiaçının qızının həyat yoldaşı olmuşdur. O, qızı X15 ilə Suriya dövlətinə getmiş və İraq Respublikasında vəfat etmişdir. Onların birgə nikahından 2 övladları - X1 X21 olmuşdur. Hər iki uşaq 2019-cu ilin dekabr və 2020-ci ilin mart ayından onun qəyyumluğu altında yaşayır. Uşaqların anası halhazırda İraq Respublikasındadır. Uşaqların atası isə 2017-ci ildən ölmüş hesab edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehə müraciət edərək nəvələrinin atalarının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 2017-ci ildən hər iki uşağa görə ailə başçısını itirməyə görə pensiya təyin olunmasını xahiş etmiş, lakin, cavabdeh onun müraciətini müsbət həll etməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Ş.Məmmədkərimov 2017-ci ilin avqust ayında İraq Respublikasında naməlum şəraitdə ölmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi ilə onun 2017-ci ilin avqust ayında İraq döyüşlərində ölməsi təsdiq edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi “Ölüm haqqında şəhadətnamə”nin surətinə əsasən Ş.Məmmədkərimov xx.xx.2023cü il tarixdə vəfat etdiyindən, eyni zamanda, onun ölmüş elan edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə qüvvəyə mindiyindən iddiaçıya 2017-ci il tarixdən sözügedən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(118)-3090/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixli X6 və xx.xx.2017-ci il tarixli X2 atasının 2017-ci ildə ölmüş elan edilməsi ilə əlaqədar olaraq 21 noyabr 2020-ci ildən hər iki uşağa görə ailə başçısını itirməyə görə müavinət təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi ilə X8 2017-ci ildə İraq Respublikasında itkin düşməsi təsdiqləndiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” na 7 nömrəli əlavənin 2.7.1-ci yarımbəndinin ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının xəbərsiz itkin düşməsi meyarı, yəni itkin düşdüyü tarixindən tətbiq olunmalıdır. Həmçinin, qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Göründüyü kimi, qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Beləliklə, işin araşdırılan hallarından görünür ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsi Ş.A.Məmmədkərimovun ölmüş elan edilməsi barədədir və onun itkin düşmüş hesab edilməsinə dair isə hər hansı qətnamə qəbul edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 7 nömrəli əlavənin 2.7.1-ci yarımbəndinin ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının xəbərsiz itkin düşməsi meyarı, yəni itkin düşdüyü tarixindən tətbiq olunmalıdır. Məhkəmə araşdırmaları ilə Ş.Məmmədkərimovun 2017-ci ildə İraq Respublikasında itkin düşməsi təsdiq edilmişdir. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. ... Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. ... Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; ... Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.5. ailə başçısını itirməyə görə müavinət: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda; 7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə. ... Maddə 9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.4. ailə başçısını itirməyə görə müavinət: 9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); 9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə; 9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək. Maddə 10. Müavinətlərin təyin edilməsi qaydaları ... 10.3. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 7 nömrəli əlavə (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuşdur): Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı
1. Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün növündən asılı olmayaraq, aşağıdakı sənədlər və məlumatlar (bu Qaydaların 4.9-cu bəndinin tələbləri nəzərə alınmaqla) tələb olunur: 2.7. ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün: 2.7.1. ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti); 2.7.2. vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynin və ya digər qanuni nümayəndəsinin (qəyyumu, himayəçisi) şəxsiyyətini təsdiq edən sənədin surəti; 2.7.3. vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarının təhsil alması barədə arayışı; 2.7.4. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarının tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış; ...
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvlərinin ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququ vardır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun ailə başçısını itirməyə görə müavinətlə bağlı yuxarıda sadalanan müddəalarından göründüyü kimi vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) müavinət təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçının qəyyumu olduğu şəxslərin (nəvələrinin) mərhum atası Ş.A.Məmmədkərimovun Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2023cü il tarixli, 2(060)-3968/2023 nömrəli qətnaməsinə əsasən ölmüş elan edilmiş və onun ölüm tarixi qətnamənin qanuni qüvvədə mindiyi gün 17 oktyabr 1991-ci il tarixdən hesablanmışdır. İddiaçıya nəvələrinə atalarının ölümü ilə əlaqədar xx.xx.2023-cü il tarixdən ailə başçısını itirilməyə görə müavinət təyin edilmişdir. Hazırda iddiaçının hüquqi marağı mərhum Ş.A.Məmmədkərimovun 2017-ci ildən itkin düşməsi nəzərə alınaraq ailə başçısını itirməyə görə müavinətin “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq təyin edildiyi tarixdən əvvəlki 3 illik dövr üzrə hesablanıb verilməsidir. İşə baxan məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Ş.A.Məmmədkərimovun 2017-ci ildə İraq Respublikasında itkin düşməsi təsdiqləndiyindən hazırkı mübahisəyə münasibətdə “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” na 7 nömrəli əlavənin 2.7.1-ci yarımbəndinin tətbiq olunaraq, ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının xəbərsiz itkin düşməsi meyarı, yəni itkin düşdüyü tarixin əsas götürülməli olduğunu hesab edərək bu əsasla iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları bildirir: Məhkəmənin istinad etdiyi Qaydaların 7 nömrəli əlavənin 2.7 və 2.7.1-ci bəndindən görünür ki, ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti) təqdim olunmalıdır. Yəni, qanunverici işin hallarından asılı olaraq ya şəxsin xəbərsiz itkin düşməsi, ya da ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının nəzərə alındığını müəyyən etmişdir. Hazırkı işin hallarından göründüyü kimi mərhum Ş.A.Məmmədkərimovun xəbərsiz itkin düşməsi barədə deyil, onun ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi xəbərsiz itkin düşmə faktı deyil, şəxsin ölmüş elan edilməsi faktı nəzərə alınmalıdır. Bu həm də Mülki Məcəllənin tələblərindən irəli gəlir. Belə ki həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin ölüm vaxtı müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixdən müəyyən edildiyindən, həmin şəxsin itkin düşdüyü vaxtdan ölməsi istisna edilir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş xx.xx.1991-ci il tarixdə doğulmuş Ş.A.Məmmədkərimovun ölmüş elan edilməsi və onun ölüm tarixinin məhkəmə qətnaməsinin qanuni qüvvəsinin aldığı tarixdən hesablanması qət edilmiş, iddia tələbi Ş.A.Məmmədkərimovun 2017-ci il tarixdən ölmüş elan edilməsi hissəsində təmin edilməmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi məhkəmə qətnaməsinə əsasən mərhum Ş.A.Məmmədkərimovun qətnamənin qanuni qüvvəsini aldığı xx.xx.2023-cü il tarixdən ölmüş elan edildiyi üçün cavabdeh inzibati orqan həmin tarixindən mərhumun övladlarına ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsində haqlı olmuşdur. Bu baxımdan, həmin tarixdən əvvəlki illər üçün müavinətin verilməsinə dair hazırkı iddia tələbi əsassızdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının analoji mübahisə üzrə 2-1(102)-752/2023 nömrəli qərarında da kassasiya instansiya məhkəməsinin eyni mövqeyi ifadə olunmuşdur. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində araşdırma aparmadan iddanı təmin etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(118)-3090/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.