Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-97/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı9, X2, İddiaçı3, İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı6, İddiaçı5, İddiaçı2 və İddiaçı10 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədova Lətifə Məhyəddin qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçılar X2, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı1, İddiaçı2, İddiaçı8 və cavabdehin vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı9, X2, İddiaçı3, İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı6, İddiaçı5, İddiaçı2 və İddiaçı10 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-654/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli “Şərq” icarə bazarının istifadəsində olan sahədə açıq bazarın və ticarət mərkəzinin tikilməsi haqqında sərəncamı ilə “Şərq” bazarının istifadəsində olan sahədə iddiaçılara açıq bazarın və ticarət mərkəzinin tikilməsinə icazə verilmişdir.
2. “Şərq” icarə bazarı idarə heyətinin 17 iyul 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışı ilə müəyyən olunmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən, “Şərq” icarə bazarının ticarət mərkəzində iddiaçılar tərəfindən öz maliyyə vəsaiti hesabına mağazalar inşa edilmiş, həmin mağazalar daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçıların adına qeydə alınmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 may 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. 23 may 2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (53 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. 15 oktyabr 2020-ci il tarixli, AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 9.5 kv.m olan qeyri-yaşayış sahəsini (53 nömrəli mağaza) İddiaçı10 satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd olunan ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (52 saylı mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. 06 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. 06 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 9.6 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən AZ 5001., ünvan 7 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi (16 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. 12 aprel 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X7 qeyd olunan 16 nömrəli mağazanı iddiaçı X5 bağışlamışdır.
11. 12 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 8.8 kv.m qeyri-yaşayış sahəsi (4 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. 5 nömrəli mağazaya dair İddiaçı5 adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1997-ci il tarixdə texniki pasport tərtib olunmuşdur.
13. 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (3 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. 16 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi, 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (9 nömrəli mağaza), həmçinin, xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən 9.1 kv.m qeyri-yaşayış sahəsi (8 nömrəli mağaza) iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
15. 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən 9.0 kv.m qeyri-yaşayış sahəsi (11 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. “Şərq” icarə bazarı idarə heyətinin 17 iyun 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı6 Sumqayıt Şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən “Şərq” icarə bazarının ticarət mərkəzində öz maliyyəsi hesabına sahəsi 9 m2 olan 10 nömrəli mağaza tikmişdir.
17. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılardan 10 və 11 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı6, 4 və 5 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı5, 8 və 9 nömrəli mağazaların mülkiyyətçisi X5 19 may 2017-ci il tarixli zəmanət məktubları təqdim edilərək bildirilmişdir ki, şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerinə müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə mülkiyyətlərinə 36 kv.m təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmaları xahiş olunmuşdur.
18. Cavabdeh tərəfindən iddiaçılardan 3 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı1, 36 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı7, 16 nömrəli mağazanın mülkiyyətçisi X5, 54 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı9 və 61 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı8 da eyni məzmunlu zəmanət məktubları təqdim edilərək, mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə mülkiyyətlərinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyi bildirilmişdir.
19. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 nömrəli “Ticarət obyektlərinin yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi barədə” sərəncamı ilə müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ticarət sırası obyekt sahiblərinin (66 nəfərdən ibarət) müraciətlərini, mövcud ticarət sırasında olan obyektlərin uzun müddətli istismarı nəticəsində fiziki aşınmaya məruz qaldığını, yararsız vəziyyətə düşdüyünü, memarlıq və estetik baxımdan müasir tələblərə cavab vermədiyini və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifini nəzərə alaraq: Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən memarlıq baxımından müasir tələblərə cavab verməyən ticarət sırasında olan obyektlərin istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir tələblərə cavab verə biləcək memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi... qərara alınmış, ticarət obyektlərinin sahiblərinə ticarət obyektlərinin yenidən qurulması üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının aidiyyəti qurumlarla həll edilməsi; ərazinin sanitar vəziyyətinə nəzarət edilməsi ..... tapşırılmışdır.
20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışları ilə müəyyən olunmuşdur ki, iddiaçılar ilə bağlanmış müqaviləyə əsasən qeyriyaşayış sahələrinin qiymətləndirilmə işi aparılmış və arayışlara əsasən, İddiaçı3 məxsus sahəsi 9 kv.m olan mağazanın 5 may 2017-ci il tarixinə; İddiaçı1 məxsus sahəsi 9.5 kv.m olan mağazanın 6 may 2017-ci il tarixinə; İddiaçı2 məxsus sahəsi 9.5 kv.m olan mağazanın 5 may 2017-ci il tarixinə; X5 məxsus sahəsi 9.1 kv.m olan mağazanın 13 may 2017-ci il tarixinə; sahəsi 9.5 kv.m olan mağazanın 5 may 2017-ci il tarixinə və sahəsi 9.5 kv.m olan mağazanın 5 may 2017-ci il tarixinə və İddiaçı8 məxsus sahəsi 9.5 kv.m olan mağazanın 6 may 2017-ci il tarixinə bazar dəyəri 30.000 (otuz min) manat məbləğində müəyyən edilmişdir.
21. İddiaçı tərəf ərizə ilə cavabdehə müraciət edərək vurulan ziyanın və itkilərin ödənilməsini xahiş etmişdir.
22. Cavabdeh 26 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərazi yanğın təhlükəsizliyi baxımından çox təhlükəli, xırda çadırlar olan və taxta konstruksiyalardan quraşdırılmış, kiçik obyektlərdən ibarət olmuş, həmçinin, ərazidə 66 nəfərə məxsus ticarət obyektləri mövcud olmuşdur. İcra Hakimiyyəti tərəfindən “RSHT” şirkətinin rəhbərliyinə həmin ərazinin yenidən qurulması məqsədilə tövsiyə və tapşırıqlar verilmiş, daha sonra şirkətin rəhbəri Rəşid Babayev Şəhər Təmizlik Departamentinə müraciət edərək, ərazidə olan obyektlərin sökülməsi və söküntü materiallarının daşınması üçün müqavilə bağlamış və bunun üçün departamentə vəsait ödəmişdir. Cavabdeh orqan sözügedən ərazinin tərəflər arasında bağlanmış müqavilə əsasında sökülüb təmizləndiyini qeyd edərək müraciətin icrasından imtina etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində birinci icraat
23. İddiaçılar 21 may 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçılara məxsus mülklərin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsini, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulan ziyanın əvəzi və itkilərinin kompensasiyası kimi qanunsuz sökülmüş qeyri-yaşayış sahələrinin bazar qiyməti kimi 30.000 (otuz min) manat, qanunsuz olaraq alınmış torpaq sahəsinə görə 20.000 (iyirmi min) manat, sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36.000 (otuz altı min) manat, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50.000 (əlli min) manat vəsaitin cavabdehdən tutularaq onlara ödənilməsini xahiş etmişdir.
24. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən və sökülənə qədər mağaza kimi fəaliyyət göstərən qeyriyaşayış sahələrinin mülkiyyətçiləri olmuşdurlar. Onların əmlak üzərində mülkiyyət hüququ dövlət orqanlarında qeydiyyata alınmışdır. Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış iddiaçılara təqdim edilən “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair Arayış”da obyektlərin 6 may 2020-ci il tarixinə olan bazar qiyməti 30.000 (otuz min) AZN həcmində dəyərləndirilmişdir. 2017-ci ilin may ayında iddiaçılar Sumqayıt Şəhər İcra Hakimiyyətinə dəvət edilərək onlara İH başçısının müavini Sahib Quliyevin imzası ilə aşağıdakı məzmunda sənəd təqdim olunmuş: “Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədi ilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı’’ Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv.m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv.m. təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmağınız xahiş olunur". Şikayətçilər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Nazirlər Kabinetinin müvafiq qərarı və həmin qərar əsasında mülklərin özgəninkiləşdirilməsinin şərtləri, o cümlədən kompensasiyanın məbləği razılaşdırılmadan belə bir tələbin qoyulmasının qanunsuz olduğunu vurğulayaraq onu icra etməyəcəklərini bildirmişlər. Şikayətçilərə obyektlərin söküntü üçün boşaldılması barədə bildirişin təqdim edilməsindən bir neçə gün sonra may ayının 21-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxslərinin, o cümlədən polislərin iştirakı iddiaçıların etirazlarına baxmayaraq onların mülkləri çoxsaylı traktor və digər maşınların köməyi ilə sökülmüşdür. Bir çox mağazaların sahiblərinə içəridə olan əmlakı və sənədləri götürməyə imkan verilməmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən mağazaları sökdükdən sonra keçən 3 il ərzində həmin ərazidə yeni salınacağı barədə vəd verdiyi tikinti mərkəzinin inşası istiqamətində heç bir real addım atılmamışdır.
25. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçılara məxsus mülklərin sökülməsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. İddiaçıların Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və təsdiq edən hər hansı sübutu yoxdur. Bundan əlavə bildirilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ticarət sırasında olan obyektlərin (66 nəfərdən ibarət) istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır.
26. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)- 1009/2020 nömrəli qərardadı (hakim: X11) ilə iddia mümkün sayılmamışdır.
27. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2-1(105)-433/2020 nömrəli qərardadı (hakimlər: X14 (sədrlik edən və məruzəçi), X12 və Məmmədov Fuad Əli oğlu) ilə Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
c) birinci instansiya məhkəməsində ikinci icraat
29. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-654/2021 nömrəli qərarı (hakim: X15) ilə iddia rədd edilmişdir.
30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların mülkiyyətində olan tikililərin və həmin tikililərin yerləşdiyi bazar ərazisində olan digər tikililərin sökülməsi barədə inzibati akt qəbul edilməsi və ya torpaqların dövlət ehtiyacları üçün geri alınması hallarının mövcud olması müəyyən olunmadı. İddiaçılar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən məktubu, həm onların əmlaklarının sökülməsi ilə bağlı inzibati akt, həmdə onların əmlaklarının iki qatı həcmində əmlak tələb etmək hüququ verən öhdəlik kimi qəbul etmişdir. Məhkəmə istinad edilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən sənədlərlə bağlı qeyd etmişdir ki, həmin sənədlər icra hakimiyyəti tərəfindən sərəncam formasında verilməmişdir, həmin qurumun möhürü ilə təsdiq edilməmişdir. Həmin sənədlər cavabdeh inzibati orqanın sərəncam formasında verdiyi inzibati akt kimi qiymətləndirilə bilməz. Lakin hər bir halda məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın səlahiyyətli şəxsi tərəfindən imzalanan məktub yaratdığı hüquqi nəticəyə görə məktubda qeyd edilənlərə inzibati orqanın praktikasına uyğun olaraq cavabdehlərin etimad hüququnun qorunduğu sənəd kimi qəbul edilməlidir. Lakin həmin sənədlərdə dövlət ehtiyacları üçün alınma, söküntünün icra hakimiyyəti tərəfindən həyata keçiriləcəyi, yeni tikintilərin icra hakimiyyəti tərəfindən aparılacağı, daşınmaz əmlakların əvəzində artıq ölçüdə təmirsiz tikililərin icra hakimiyyəti tərəfindən veriləcəyi qeyd olunmamışdır.
31. İddiaçılar tikililərə mülkiyyət sənədi əldə etsələr də, həmin tikililərin yerləşdiyi torpaq sahələrinə olan hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Məhkəmə araşdırması zamanı həmin qeyd edilən 66 nəfərin, RHŞT şirkətinin, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatını aparan müvafiq qurumun, dövlət əmlakına nəzarət edən müvafiq qurumun, Sumqayıt şəhər İcra Hakimiyyətinin prosessual tərəf olduğu çoxsaylı məhkəmə mübahisələri olduğu müəyyən olunmuşdur. Hazırkı yaranmış vəziyyət qeyd edilən mübahisələrin davamı formasında meydana çıxmışdır. Məhkəmə iclasında cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, iddiaçıların da daxil olduğu 66 nəfər sahibkarın tikinti işlərinin layihələndirilməsi üçün sərəncam verilmişdir. Sahibkarların torpaqla bağlı sənədlərinin təqdim ediləcəyi halda, tikinti işlərinin aparılmasına icra hakimiyyəti tərəfindən hər hansı bir məhdudiyyət qoyulmayacaq.
32. İddiaçıların onların əmlaklarının cavabdeh inzibati orqan tərəfindən onların razılığı olmadan sökülməsinin internet resuslarında olan linklərdə qeyd olunması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilən internet mənbələrində “Şərq Bazarı” adlanan ərazidə antisanitariya vəziyyətində olan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən layihənin həyata keçiriləcəyi qeyd olunmuş, lakin söküntünün cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyi, söküntü işlərinin sahibkarların iradəsindən kənar həyata keçirildiyi cavabdeh inzibati orqanın rəsmiləri tərəfindən etiraf olunmamışdır. Bu baxımdan, iddia rədd edilməlidir.
33. İddiaçı tərəf həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
34. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2022-ci il tarixli, 2-1(105)-100/2022 nömrəli qərarı (hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), X13 və X16) ilə Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçılara məxsus qeyri yaşayış sahələrinin cavabdeh tərəfindən sökülməsi qanunsuz hesab edilmiş, İddiaçı9 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı X5 məxsus 3 ədəd qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 90.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı3 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı1 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı7 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı8 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı10 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı6 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat; İddiaçı2 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat və İddiaçı5 məxsus 2 ədəd qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 60.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçılara təqdim olunan zəmanət məktubları, internet informasiya ehtiyatlarında yerləşdirilən materiallar, cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamı ilə sübuta yetirilmişdir ki, iddiaçılara məxsus olan və “Şərq bazarı” ünvanında yerləşən qeyri-yaşayış sahələri Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Cavabdeh iddiaçılara verilmiş zəmanət məktubunda mağazaların söküldüyü ərazidə müasir memarlıq tələblərinə cavab verəcək yeni ticarət mərkəzinin tikintisinin layihələndirildiyini və inşa olunacaq yeni Ticarət Mərkəzində iddiaçılara mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyini bildirsə də, eləcə də, xx.xx.2019-cu il tarixdə sərəncam qəbul edilsə də, işin hallarından müəyyən olunmuşdur ki, 5 ildən artıq müddət ərzində yeni ticarət mərkəzi inşa edilməmiş, o cümlədən 2019-cu il tarixdə qəbul edilmiş sərəncam icrasız qalmışdır. Beləliklə, bu günədək iddiaçılara sökülmüş əmlakının əvəzi olaraq ədalətli kompensasiya ödənilməmişdir. Cavabdeh inzibati orqan, iddiaçıların kompensasiya tələbinə imtina məktubunda və iddia ərizəsinə etirazda söküntünün icra hakimiyyəti tərəfindən deyil, söküntü və təmizlik işlərinin aparılması barədə 22 may 2017ci il tarixli müqaviləyə əsasən, Şəhər Təmizlik Departamenti və “RSHT” şirkətinin rəhbəri Rəşid Babayev tərəfindən aparıldığını qeyd etsə də, kollegiya qeyd edilən müqaviləni söküntünün R.Babayev tərəfindən həyata keçirilməsinə dair halı təsdiq edən mötəbər sübut kimi qəbul etmir.
36. Cavabdeh tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onların dəyərinin müəyyən edilməsi, iddiaçılar ilə müqavilələrin bağlanması və ona əmlakların dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçılara məxsus qeyri-yaşayış sahələri qanunazidd olaraq və onların iradələri əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçıların hüququna qanunsuz müdaxilə edilmişdir.
37. 5 və 10 nömrəli mağazalar üzərində iddiaçılar İddiaçı5 və İddiaçı6 hüquqları mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin qeyri-yaşayış sahələrinə istifadə və sahiblik hüquqları onlara mülkiyyətçi hüquqlarından istifadə etmək üçün əsas verir və digər mülkiyyətçilərlə bərabər qaydada sökülmüş əmlaka görə ədalətli kompensasiya tələb etmək hüquqları vardır. Beləliklə, sökülmüş qeyri-yaşayış sahələrinə görə 30.000 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışları ilə müəyyən olunmuşdur ki, iddiaçılar ilə bağlanmış müqaviləyə əsasən qeyri yaşayış sahələrinin qiymətləndirilmə işi aparılmış və arayışlara əsasən, İddiaçı3 məxsus sahəsi 9 kv.m olan mağazanın 05 may 2017-ci il tarixinə; İddiaçı1 məxsus sahəsi 9.5 kv.m olan mağazanın 06 may 2017-ci il tarixinə; İddiaçı2 məxsus sahəsi 9.5 kv.m olan mağazanın 05 may 2017-ci il tarixinə; X5 məxsus sahəsi 9.1 kv.m olan mağazanın 13 may 2017-ci il tarixinə; sahəsi 9.5 kv.m olan mağazanın 05 may 2017-ci il tarixinə və sahəsi 9.5 kv.m olan mağazanın 05 may 2017-ci il tarixinə və İddiaçı8 məxsus sahəsi 9.5 kv.m olan mağazanın 06 may 2017ci il tarixinə bazar dəyəri 30.000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. Digər iddiaçılara məxsus mağazaların qiymətləndirilməsi aparılmasa da, mübahisə predmeti olan qeyri-yaşayış sahələri eyni ünvanda yerləşdiklərindən və eyni ölçüdə olduqlarından, həmçinin qiymətləndirilmənin aparıldığı tarixdən bir neçə gün sonra iddiaçılara məxsus əmlakın söküntüsü həyata keçirildiyindən, təkrar qiymətləndirmənin aparılması məqsədəuyğun deyildir.
38. Hazırkı iş üzrə isə sökülən mağazaların yerləşdiyi dövlət torpağının iddiaçıların istifadəsində və yaxud icarəsində olmasına dair iş materiallarına sübut əlavə edilməmişdir. Beləliklə, torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi hissəsində iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır və rədd edilməlidir.
39. Sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36.000 (otuz altı min) manat vəsaitin cavabdehdən tutulması hissəsində isə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Hazırkı halda, cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçılara əldən çıxmış fayda formasında zərər dəyməsi sübuta yetirilmir. İddiaçıların hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, bu hissədə iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir.
40. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın dəyişdirilərək cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi ədalətli kompensasiya təyin olunmasını xahiş etmişdirlər.
41. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
e) kassasiya instansiyası məhkəməsində icraat
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1630/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətinin təmin edilməməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2022-ci il tarixli, 2-1(105)-100/2022 nömrəli qərarı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsi göndərilməsi qərara alınmışdır. Qərar iddia tələbinin rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş arayışlara istinad etməklə, əmlakların bazar qiymətinin necə və hansı üsullarla hesablandığını, bu hesablamaların metodologiyasını ümumiyyətlə araşdırmamış, sadəcə olaraq arayışlarda olan məlumatı mütləq həqiqət kimi qəbul edərək onların əsasında qərar qəbul etmişdir.
44. Halbuki, apellyasiya məhkəməsi ən azından iddiaçıların sökülmüş əmlaklarının ölçülərindəki (cüzi də olsa) olan fərqləri nəzərə almalı idi, həmçinin əmlakların sökülməmişdən öncə olan real vəziyyətini, eyni zamanda onların “şərq bazarında” harada yerləşməsini (məlumdur ki, bazar kimi ticarət obyektində satış nöqtələrin (əmlakın) yerindən də alış-veriş məsələsində çox şey asılıdır) araşdırılmalı və bunun nəticələrinə əsaslanmaqla qərar qəbul etməli idi.
45. Digər tərəfdən, qeyd edilməlidir ki, iş materiallarında cavabdeh tərəfindən iddiaçılara ayrı-ayrılıqda verilmiş zəmanət məktubları da mövcuddur ki, həmin zəmanət məktublarında inşa olunacaq eyni ticarət mərkəzində iddiaçıların mülkiyyətində olan ticarət sahələrinin əvəzinə ölçülərə görə 2,3 bəzən 4 dəfə daha böyük ticarət sahələrinin veriləcəyi barədə zəmanət verilir.
46. Lakin apellyasiya məhkəməsi sözügedən məsələni ümumiyyətlə araşdırmamışdır, nəticə etibarı ilə də buna dair öz hüquqi mövqeyini bildirməmişdir.
47. Eyni zamanda qeyd edilməlidir ki, öz qərarında cavabdehin xx.xx.2019-cu il tarixli, 343 nömrəli “Ticarət obyektinin yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi barədə“ Sərəncamına istinad etsə də, iş materiallarında sözügedən sərəncam mövcud deyildir ki, bu da İPM-in 58-ci maddəsinin pozulması anlamına gəlir.
48. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçıların hazırkı iddialarını təmin etdiyi halda, onların sökülmüş əmlaka mülkiyyət ilə bağlı məsələyə münasibət bildirməmiş, buna dair konkret hüquqi nəticəyə gəlməmişdir.
49. Bununla yanaşı məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə, kompensasiyanın məbləğinin ədalətli şəkildə hesablanması üçün, mülkiyyətə müdaxilə edilən dövrdə mövcud olan bazar qiyməti əsas götürülməli, eyni zamanda bazar qiymətinin düzgün müəyyən edilməsi üçün həmin dövrdə bağlanılmış alğı-satqı müqavilələrinə istinad olunmalıdır. Bunun üçün isə mülkiyyət obyektinin yerləşdiyi əraziyə dair bağlanılmış notarial alğı-satqı müqavilələri ilə bağlı notariuslara müraciət edilməlidir.
50. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin kompensasiya ilə bağlı qiymətləndirilməsi formalaşmış məhkəmə təcrübəsinə uyğun gəlmir.
51. Beləliklə, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mülkiyyətə müdaxilə olunduğu tarixdə həmin ərazi üzrə ticarət obyektlərinin alqı-satqısına dair bağlanmış notariat müqavilələrini tələb edib tədqiq etməklə, həmin müqavilələrdə təsbit olunmuş qiymətlər əsasında iddiaçıların ticarət obyektlərinin orta bazar qiymətini müəyyən edə və həmin qiymət əsasında kompensasiya hesablaya bilər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
52. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar X8, İddiaçı6, İddiaçı7, İddiaçı10, İddiaçı1, İddiaçı2 və İddiaçı8 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər.
53. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
54. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılar İddiaçı3, İddiaçı9 və İddiaçı5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
55. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (...)
Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (...)
56. Azərbaycan Respublikasını Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir.
Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.
Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
57. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Maddə 96. Ali Məhkəmədə icraat (...) 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya baxışının hədləri
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1630/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2022-ci il tarixli, 2-1(105)-100/2022 nömrəli qərarı iddia tələbinin təmin edilən hissəsində ləğv edilib, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsi göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qərarının qanuniliyi qeyd edilən hissədə yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilərək, həmin hissədə yeni qərar qəbul edilməli və iddia qismən təmin edilməlidir.
60. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçılar tikililərə mülkiyyət sənədi əldə etsələr də, həmin tikililərin yerləşdiyi torpaq sahələrinə olan hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Məhkəmə araşdırması zamanı həmin qeyd edilən 66 nəfərin, RHŞT şirkətinin, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatını aparan müvafiq qurumun, dövlət əmlakına nəzarət edən müvafiq qurumun, Sumqayıt İcra Hakimiyyətinin prosessual tərəf olduğu çoxsaylı məhkəmə mübahisələri olduğu müəyyən olunmuşdur. Hazırkı yaranmış vəziyyət qeyd edilən mübahisələrin davamı formasında meydana çıxmışdır. Məhkəmə iclasında da cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, iddiaçıların da daxil olduğu 66 nəfər sahibkarın tikinti işlərinin lahiyələndirilməsi üçün sərəncam verilmişdir. Sahibkarların torpaqla bağlı sənədlərinin təqdim ediləcəyi halda, tikinti işlərinin aparılmasına icra hakimiyyəti tərəfindən hər hansı bir məhdudiyyət qoyulmayacaq.
61. İddiaçıların onların əmlaklarının cavabdeh inzibati orqan tərəfindən onların razılığı olmadan sökülməsinin internet resuslarında olan linklərdə qeyd olunması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilən internet mənbələrində “Şərq Bazarı” adlanan ərazidə antisanitariya vəziyyətində olan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən lahiyənin həyata keçiriləcəyi qeyd olunmuş, lakin söküntünün cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyi, söküntü işlərinin sahibkarların iradəsindən kənar həyata keçirildiyi cavabdeh inzibati orqanın rəsmiləri tərəfindən etiraf olunmamışdır. Bu baxımdan, məhkəmə iddianı rədd etmişdir.
62. Məhkəmə kollegiyası baxılan hissədə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
63. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli “Şərq” icarə bazarının istifadəsində olan sahədə açıq bazarın və ticarət mərkəzinin tikilməsi haqqında sərəncamından görünür ki, “Şərq” bazarının istifadəsində olan sahədə iddiaçılara açıq bazarın və ticarət mərkəzinin tikilməsinə icazə verilmişdir.
64. İş materiallarında olan “Şərq” icarə bazarı idarə heyətinin 17 iyul 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən, “Şərq” icarə bazarının ticarət mərkəzində iddiaçılar tərəfindən öz maliyyə vəsaiti hesabına mağazalar inşa edilmiş, həmin mağazalar daşınmaz əmlakın dövlət reyetsrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçıların adına qeydə alınmışdır.
65. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
66. xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (53 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
67. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli, AN seriyalı ******* nömrəli alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 9.5 kv.m olan qeyri-yaşayış sahəsini (53 nömrəli mağaza) İddiaçı10 satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeyd olunan ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
68. xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (52 saylı mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
69. xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
70. xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 9.6 kv.m qeyri-yaşayış sahəsi sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
71. xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən AZ 5001., ünvan 7 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi sahəsi (16 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
72. İşdə olan 12 aprel 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən X7 qeyd olunan 16 nömrəli mağazanı iddiaçı X5 bağışlamışdır.
73. xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 8.8 kv.m qeyri-yaşayış sahəsi sahəsi (4 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 5 nömrəli mağazaya dair İddiaçı5 adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1997-ci il tarixdə (inventar nömrəsi-32, qeydiyyat nömrəsi-19) texniki pasport tərtib olunmuşdur.
74. xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (3 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
75. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi, xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (9 nömrəli mağaza), həmçinin, xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən 9.1 kv.m qeyri-yaşayış sahəsi (8 nömrəli mağaza) iddiaçı X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
76. xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən 9.0 kv.m qeyri-yaşayış sahəsi (11 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
77. İş materiallarından görünür ki, “Şərq” icarə bazarı idarə heyətinin 17 iyun 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı6 Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən “Şərq” icarə bazarının ticarət mərkəzində öz maliyyəsi hesabına sahəsi 9 kv.m olan 10 nömrəli mağaza tikmişdir.
78. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, 5 və 10 nömrəli mağazalar üzərində iddiaçılar İddiaçı5 və İddiaçı6 hüquqları mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin qeyri-yaşayış sahələrinə istifadə və sahiblik hüquqları onlara mülkiyyətçi hüquqlarından istifadə etmək üçün əsas verir.
79. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı9, İddiaçı7, İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı3 və İddiaçı10 hər birinin mülkiyyətində 1 mağaza, iddiaçı X2 mülkiyyətində 3 mağaza, iddiaçılardan İddiaçı5 isə mülkiyyətində 1, faktiki istifadə və sahibliyində isə 1 mağaza, o cümlədən İddiaçı6 faktiki istifadə və sahibliyində 1 mağaza olmuşdur. Həmin qeyri-yaşayış sahələrinin sökülməsi və bununla bağlı iddiaçılara kompensasiyanın ödənilməməsi işin mübahisəsiz halıdır.
80. İşdən görünür ki, iddiaçıların vurulan ziyanın və itkilərin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli kollektiv müraciətinə əsasən cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, ərazi yanğın təhlükəsizliyi baxımından çox təhlükəli, xırda çadırlar olan və taxta konstruksiyalardan quraşdırılmış, kiçik obyektlərdən ibarət olmuş, həmçinin, ərazidə 66 nəfərə məxsus ticarət obyektləri mövcud olmuşdur. İcra Hakimiyyəti tərəfindən “RSHT” şirkətinin rəhbərliyinə həmin ərazinin yenidən qurulması məqsədilə tövsiyə və tapşırıqlar verilmiş, daha sonra şirkətin rəhbəri Rəşid Babayev Şəhər Təmizlik Departamentinə müraciət edərək, ərazidə olan obyektlərin sökülməsi və söküntü materiallarının daşınması üçün müqavilə bağlamış və bunun üçün departamentə vəsait ödəmişdir. Cavabdeh orqan sözügedən ərazinin tərəflər arasında bağlanmış müqavilə əsasında sökülüb təmizləndiyini qeyd edərək müraciətin icrasından imtina etmişdir.
81. İş materiallarından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılardan 10 və 11 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı6, 4 və 5 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı5, 8 və 9 nömrəli mağazaların mülkiyyətçisi X5 xx.xx.2017-ci il tarixli zəmanət məktubları təqdim edilərək bildirilmişdir ki, şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerinə müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə mülkiyyətlərinə 36 kv.m təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmaları xahiş olunmuşdur.
82. Həmçinin, cavabdeh tərəfindən iddiaçılardan 3 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı1, 36 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı7, 16 nömrəli mağazanın mülkiyyətçisi X5, 54 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı9 və 61 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı8 da eyni məzmunlu zəmanət məktubları təqdim edilərək, mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə mülkiyyətlərinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyi bildirilmişdir.
83. İş materiallarında olan (İV cild, iş vərəqə səh. 16-30) internet informasiya ehtiyatlarında yerləşdirilmiş məlumatlardan görünür ki, “Apa.az” internet portalında yerləşdirilən materiallarda qeyd edilir ki, 19 may 2017-ci ildə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda yerləşən bəzi mağazaların sökülməsinə başlanılıb. Bu barədə orada dükanları olan sahibkarlar bildiriblər. Söküntü işlərini Sumqayıt İcra Hakimiyyəti aparır. Sahibkarlar mağazaların çoxunun qanuni sənədlərinin, çıxarışlarının olduğunu bildirib və əlavə ediblər ki, 2011-ci ildən müxtəlif məhkəmə instansiyalarında onların hüquqlarının bərpası ilə bağlı qərarlar verilib. Buna baxmayaraq, mağazalar sökülüb, yerində dördmərtəbəli ticarət mərkəzinin tikilməsinə başlanıb.
84. Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi Eyvaz Qocayev APA-ya bildirib ki, “Şərq bazarı” ərazisində antisanitar vəziyyət hökm sürür: “25 ildir, orada abadlıq işləri görülməyib. Yolun ortasında meyvə, tərəvəz satırdılar. Çox bərbad vəziyyətdə idi. Abadlıq işləri aparmaq üçün sahibkarlarla danışıqlar aparıldı ki, ərazidə qeyri-qanuni, kustar formada nə varsa, təmizlənsin, yerində müasir bir ticarət mərkəzi tikilsin. Son vaxtlar Sumqayıtda böyük abadlıq, quruculuq işləri aparılır. Aparılan bu işlərin fonunda şəhərin mərkəzində, bərbad vəziyyətdə olan “Şərq bazarı” Sumqayıta bir yamaq idi. Sahibkarlarla danışıqlar aparılıb, kimin orada çıxarışı, qanuni sənədi var, yeni ticarət mərkəzi tikilib istifadəyə verilən zaman həmin sahibkarlar ticarət mərkəzində daha böyük yerlə təmin olunacaq. Bununla bağlı sahibkarlara yazılı zəmanət də veriləcək. Heç bir narahatlıq olmasın. Orada heç kimin mülkiyyəti əlindən alınmır, qanuni şəkildə onlara zəmanət veriləcək”.
85. E.Qocayev qeyd edib ki, əslində sahibkarlar özləri aparılan abadlıq işlərində maraqlı olmalıdırlar: “İstəyirik ki, ərazidə müasir ticarət mərkəzi olsun. Bu gün isə sadəcə, bazarın arxasında kustar formada çadırlar açıb, paltar satılan yerlər var, orada təmizlik işləri aparılır. Kimsə ora bir kibrit atsa, ora yanıb kül olacaqdı. Həmin sahibkarlar yeni tikiləcək ticarət mərkəzində yerlə təmin olunacaqlar”.
86. “Sumqayitxeber.com” internet portalında yerləşdirilən materialda isə qeyd edilir ki, Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri – “Şərq Bazarı” problemi həll olunur. Sumqayitxeber.com xəbər verir ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Şərq Bazarı”nda olub, buradakı mövcud vəziyyətlə yerindəcə tanış olub, aidiyyatı qurumlara tapşırıqlarını verib. Qeyd olunub ki, buradakı mövcud vəziyyət şəhər sakinlərini ciddi narahat edir və şəhərdə son illərdə görülən abadlıq quruculuq işlərinə kölgə salır. Vurğulanıb ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq. “Şərq Bazarı” ərazisində çalışan və mülkiyyət sənədləri mövcud olan şəxslərin hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.
87. xx.xx.2017-ci il tarixdə xeberle.com internet saytında yerləşdirilən məlumatda isə qeyd edilir ki, Sumqayıtda Şərq bazarı kimi bilinən ticarət mərkəzi sökülür. Uzun illərdir baxımsız vəziyyətdə olan bazarın yerində müasir ticarət mərkəzi tikiləcək. “xeberler.com” “xezerxeber.az”a istinadən bildirir ki, artıq işlərə başlanılıb, satıcılar mallarını yığışdırır. Şəhərin 9-cu mikrorayonunda yerləşən, təxminən 1 hektar ərazini əhatə edən Şərq bazarı kimi tanınan ticarət mərkəzi sökülür. Sökülməyə səbəb kimi bazar daxilində və ətrafındakı şəraitsizlik göstərilir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aidiyyati qurum rəhbərləri ilə birlikdə ticarət mərkəzinə baxış keçirib. Əvəzində müasir görünüşlü böyük ticarət mərkəzinin tikilməsinə qərar verilib. Memarlıq və Şəhərsalma İdarəsindən bildirilib ki, bazarda çalışanlar müvəqqəti olaraq digər ticarət mərkəzlərinə köçürüləcək. Layihə əsasında tikiləcək bazar hazır olduqda isə həmin sahibkarlar təmənnasız olaraq öz yerlərinə qaytarılacaq.
88. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 nömrəli “Ticarət obyektlərinin yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi barədə” sərəncamından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ticarət sırası obyekt sahiblərinin (66 nəfərdən ibarət) müraciətlərini, mövcud ticarət sırasında olan obyektlərin uzun müddətli istismarı nəticəsində fiziki aşınmaya məruz qaldığını, yararsız vəziyyətə düşdüyünü, memarlıq və estetik baxımdan müasir tələblərə cavab vermədiyini və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifini nəzərə alaraq: Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən memarlıq baxımından müasir tələblərə cavab verməyən ticarət sırasında olan obyektlərin istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir tələblərə cavab verə biləcək memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi... qərara alınmış, ticarət obyektlərinin sahiblərinə ticarət obyektlərinin yenidən qurulması üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının aiddiyyatı qurumlarla həll edilməsi; ərazinin sanitar vəziyyətinə nəzarət edilməsi.....tapşırılmışdır.
89. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edildi ki, həmin sərəncam icrasız qalmışdır.
90. Beləliklə, cavabdeh tərəfindən iddiaçılara təqdim olunan zəmanət məktubları, internet informasiya ehtiyatlarında yerləşdirilən materiallar, cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamı ilə sübuta yetirilir ki, iddiaçılara məxsus olan və “Şərq bazarı” ünvanında yerləşən qeyri-yaşayış sahələri Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür.
91. Cavabdeh, iddiaçılara verilmiş zəmanət məktubunda mağazaların söküldüyü ərazidə müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisinin layihələndirildiyini və inşa olunacaq yeni Ticarət Mərkəzində iddiaçılara mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyini bildirsə də, eləcə də, xx.xx.2019-cu il tarixdə sərəncam qəbul edilsə də, işin hallarından görünür ki, yeni Ticarət Mərkəzi inşa edilməmiş, o cümlədən 2019-cu il tarixdə qəbul edilmiş sərəncam icrasız qalmışdır. Beləliklə də, hazıradək iddiaçılara sökülmüş əmlakın əvəzi olaraq ədalətli kompensasiya ödənilməmişdir.
92. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onların dəyərinin müəyyən edilməsi, iddiaçılar ilə müqavilələrin bağlanması və onlara əmlakların dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə iddiaçılara məxsus qeyri-yaşayış sahələri onların iradələri əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçıların hüququna qanunsuz müdaxilə edilmişdir.
93. “İnsan hüquqları və X6 haqqında” Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
94. Göstərilənlərə və yuxarıda sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, sökülmüş qeyri-yaşayış sahələrinə görə kompensasiyanın ödənilməsi hissəsində iddia tələbi əsaslıdır.
95. İş materiallarında olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışlardan görünür ki, iddiaçılar ilə bağlanmış müqaviləyə əsasən, qeyri yaşayış sahələrinin qiymətləndirilmə işi aparılmış və arayışlara əsasən, İddiaçı3 məxsus sahəsi 9 kv.m olan mağazanın 05 may 2017-ci il tarixinə; İddiaçı1 məxsus sahəsi 9.5 kv.m olan mağazanın 06 may 2017-ci il tarixinə; İddiaçı2 məxsus sahəsi 9.5 kv.m olan mağazanın 05 may 2017-ci il tarixinə; X5 məxsus sahəsi 9.1 kv.m olan mağazanın 13 may 2017-ci il tarixinə; sahəsi 9.5 kv.m olan mağazanın 05 may 2017-ci il tarixinə və sahəsi 9.5 kv.m olan mağazanın 05 may 2017-ci il tarixinə və İddiaçı8 məxsus sahəsi 9.5 kv.m olan mağazanın 06 may 2017-ci il tarixinə bazar dəyəri 30.000 (otuz min) manat məbləğində müəyyən edilmişdir.
96. İş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli, AN seriyalı ******* nömrəli alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 9.5 kv.m olan qeyri-yaşayış sahəsini 30.000 manata İddiaçı10 satmışdır.
97. İş materiallarında olan “X24” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə barədə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı8 məxsus sahəsi 9.5 kv.m olan qeyri-yaşayış sahəsinin 2017-ci ilin may ayına olan bazar dəyəri 30.000 manat təşkil edir.
98. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
99. Kompensasiyanın məbləğinin ədalətli şəkildə hesablanması üçün, mülkiyyətə müdaxilə edilən dövrdə mövcud olan bazar qiymətinin düzgün müəyyən edilməsi üçün həmin dövrdə iddiaçılara məxsus mülkiyyət obyektlərinin yerləşdiyi ərazidə qeyri-yaşayış sahələri ilə bağlı təsdiq edilmiş ən azı 10 ədəd alğı-satqı müqavilələrinin təqdim edilməsi üçün 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə, Sumqayıt şəhəri 1 saylı, 3 saylı və 4 saylı notariat ofislərinə müvafiq sorğular göndərilmişdir.
100. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1848 nömrəli, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 2868 nömrəli, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4374 nömrəli məktubları ilə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahələrinə dair 2017-ci il tarixdə alğı-satqı müqaviləsinin rəsmiləşdirilmədiyi bildirilmişdir.
101. Məhkəmənin növbəti sorğusuna əsasən Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 30 nömrəli, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 100 nömrəli, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 197 nömrəli məktubları ilə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahələrinə dair 2016-2018-ci illər üzrə alğı-satqı müqaviləsinin rəsmiləşdirilmədiyi bildirilmişdir.
102. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 254 nömrəli məktubu ilə 2016-2018-ci illər üzrə elektron informasiya sistemində hər hansı notariat hərəkətinin aşkar edilmədiyi bildirilmişdir.
103. Daha sonra, verilmiş sorğulara əsasən məhkəməyə Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahələrinə dair 2016-2018-ci illər üzrə göndərilmiş alğı-satqı müqavilələrindən görünür ki, həmin müqavilələrə əsasən satılmış qeyri-yaşayış sahələri Ü.Hacıbəyov küçəsi istisna olmaqla Sumqayıt şəhərinin müxtəlif ərazilərində yerləşməklə həmin ərazilərə müvafiq müxtəlif qiymətlər əsasında satılmışdır.
104. Məhkəmə kollegiyası hesab edir ki, kompensasiyanın məbləği torpaq sahəsinə görə yox onun üzərində yerləşən qeyri-yaşayış sahələrinə görə müəyyən edilməli olduğundan iş materiallarında olan DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlar, yuxarıda adı çəkilən qiymətləndirmə aktı və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 9.5 kv.m olan qeyri-yaşayış sahəsinə dair alğı-satqı müqaviləsində müəyyənləşdirilmiş oxşar qiymətlər əsas götürülməli və iddiaçıların sökülmüş əmlaklarının ölçülərindəki olan fərqlər nəzərə alınmalıdır.
105. Lakin əmlakların sökülməmişdən öncə olan real vəziyyəti, eyni zamanda onların “Şərq bazarında” harada yerləşməsinə görə aralarında mövcud olmuş qiymət fərqlərinə dair məhkəməyə sübut təqdim edilməmiş, həmin əsaslarla göstərilən qeyri-yaşayış sahələri arasında qiymət fərqinin əvvəllər mövcud olması işin araşdırılmış halları ilə məhkəmədə müəyyən olunmamışdır.
106. Məhkəmə kollegiyası hesab edir ki, əsas götürülməli olan həmin sənədlərdə sahəsi 9.5 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri 30.000 manat müəyyən edildiyindən, hər 1 kv.m qeyri-yaşayış sahəsinə görə qiymət 3157,89 manat (30.000:9.5=3157,89) məbləğində müəyyən edilməli və müvafiq olaraq sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı9 30.000 manat, sahələri 9.2 kv.m, 9.1 kv.m və 9.5 kv.m qeyri-yaşayış sahələrinə görə iddiaçı X5 87789,39 (29052,59+30000+28736,80) manat, sahəsi 9.0 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı3 28421,01 manat, sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı1 30.000 manat, sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı8 30.000 manat, sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı10 30.000 manat, sahəsi 9.0 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı6 28421,01 manat, sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı2 30.000 manat, sahələri 8.8 kv.m və 9.0 kv.m olan qeyri-yaşayış sahələrinə görə İddiaçı5 56210,44 (27789,43+28421,01) manat pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
107. Məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan və İddiaçı7 ona məxsus 9 . 6 k v. m qeyri- yaşayış sahəsinin sökülməsiilə əlaqədar 30.000 manat tələb etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı7 9 . 6 k v. m qeyri- yaşayış sahəsinin sökülməsiilə əlaqədar ona 30.000 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır.
108. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50.000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsinə dair hissədə isə məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
109. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
110. Həmin Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər.
111. Plenum Qərarının 8-ci bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
112. Bundan başqa, mənəvi zərər müəyyən edilərkən, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da qiymətləndirilməlidir.
113. Məhkəmə kollegiyası qeyd edir ki, əmlaklarının sökülməsinin iddiaçıların şüurunda mənfi psixi reaksiyaya səbəb olması, onların mənəvi sarsıntı keçirməsi mübahisəsiz haldır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Odur ki, mənəvi zərərin ödənilməsinə dair iddianın tamamilə rədd edilməsi barədə də birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır.
114. Lakin, məhkəmə kollegiyası mənəvi ziyanın məbləğini tələb olunan məbləğdə deyil, mənəvi zərər kimi iddiaçıların hər birinə ödənilməli olan məbləğin 1000 manat həddində müəyyən edilməsini ədalətli hesab edir.
115. Beləliklə, göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-654/2021 nömrəli qərarı baxılan hissədə - iddiaçılara məxsus mülklərin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulan ziyanın əvəzi və itkilərinin kompensasiyası kimi qanunsuz sökülmüş qeyri-yaşayış sahələrinin bazar qiyməti kimi 30.000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50.000 manat vəsaitin cavabdehdən tutulmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi qanunsuz hesab edilməli, İddiaçı9 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, iddiaçı X5 məxsus 3 ədəd qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 87.789,39 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı3 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 28.421,01 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı1 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı7 məxsus qeyri- yaşayış sahəsinin sökülməsiilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı8 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı10 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı6 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 28.421,01 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı2 məxsus qeyri- yaşayış sahəsinin sökülməsiilə əlaqədar 30.000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı5 məxsus 2 ədəd qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 56210,44 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır.
116. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-654/2021 nömrəli qərarı - iddiaçılara məxsus mülklərin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulan ziyanın əvəzi və itkilərinin kompensasiyası kimi qanunsuz sökülmüş qeyri-yaşayış sahələrinin bazar qiyməti kimi 30.000 (otuz min) manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50.000 (əlli min) manat vəsaitin cavabdehdən tutulmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçılara məxsus qeyri-yaşayış sahələrinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi qanunsuz hesab edilsin. İddiaçı9 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 (otuz min) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat; İddiaçı X5 məxsus 3 ədəd qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 87.789,39 (səksən yeddi min yeddi yüz səksən doqquz manat otuz doqquz qəpik) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat; İddiaçı3 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 28.421,01 (iyirmi səkkiz min dörd yüz iyirmi bir manat bir qəpik) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat; İddiaçı1 məxsus qeyri yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 (otuz min) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat; İddiaçı7 məxsus qeyri- yaşayış sahəsinin sökülməsiilə əlaqədar 30.000 (otuz min) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat; İddiaçı8 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 (otuz min) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat; İddiaçı10 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30.000 (otuz min) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat; İddiaçı6 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 28.421,01 (iyirmi səkkiz min dörd yüz iyirmi bir manat bir qəpik) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat; İddiaçı2 məxsus qeyri- yaşayış sahəsinin sökülməsiilə əlaqədar 30.000 (otuz min) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat və İddiaçı5 məxsus 2 ədəd qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 56210,44 (əlli altı min iki yüz on manat qırx dörd qəpik) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.