Məhkəmə qərarları › İş №2-1(105)-989/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-989/2025

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(105)-989/2025 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X7 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə, X9 iştirakları ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “cavabdehin ## #### 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M ****-** nömrəli qərarının ləğv edilməsi və İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Iş materiallarına əlavə edilmiş xxxx Milli Referans laboratoriyasının Sınaq Laboratoriyasının ##.##.2024-cü il tarixli AZ-20011379/LAB01- *****-T-*** nömrəli sınaq protokolunun surətindən görünür ki, qurudulmuş çiyələk məhsulunda “kükürd dioksidin” kütlə payı 500 olmalı olduğu halda burada 954.3 olduğu aşkarlanmışdır. Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin SGS X15 ##.##.2024-cü il tarixli analiz hesabatı ilə qurudulmuş çiyələkdə kükürd dioksidin kütlə payı 492.14 +- 21.65 olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən qurudulmuş çiyələk məhsulunda “kükürd dioksidin” kütlə payında uyğunsuzluq aşkar edildiyindən ## #### 2024-cü il tarixli, M ****-** nömrəli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında qərar qəbul edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı əsasında Cavabdeh tərəfindən keçirilmiş ekspertiza nəticəsində qurudulmuş çiyələk məhsulunda “kükürd dioksidin” kütlə payı 500 olmalı olduğu halda 974.4 olduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ## #### 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M ****-** nömrəli qərarının ləğv edilməsi, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2013-cü il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, ********** VÖEN nömrəsi ilə kommersiya fəaliyyət ilə məşğul olur. Cəmiyyətin əsas fəaliyyəti quru meyvələrin və çərəz məhsullarının idxal olunması və ölkədə satılmasının həyata keçirilməsindən ibarətdir. “Alıcı” adlanacaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “satıcı” adlanacaq Türkiyə Respublikasında fəaliyyət göstərən “xxxx” şirkəti və “Malgöndərən” adlanacaq Iran Islam Respublikasının vətəndaşı X2 arasında ##.##.2024-cü il tarixli VAL 2024/07 sayh “Alqı-satqı” müqaviləsi bağlanmışdır.Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndi ilə razılığa gəlinmişdir ki, malın keyfiyyəti müvafiq standartlara uyğun olmalıdır.Müqavilənin 1.4-cü bəndinə görə malın çeşidi, komplektləşdirilməsi, keyfiyyəti və dəyəri hazırkı müqavilənin ayrılmaz hissəsi olan siyahılarda (Spesifikasiyalarda) müəyyən olunur.İddiaçı MMC tərəfindən bağlanmış müqaviləyə əsasən Türkiyə Respublikasında fəaliyyət göstərən “xxxx” şirkəti tərəfindən ##.##.2024-cü il tarixli E-Arşiv Fatura sənədi ilə Püstə, Qurudulmuş Çiyələk, Xurma, qurudulmuş gül tumurcuqlan məhsulları alınmışdır.İddiaçı MMC tərəfindən alınmış məhsullara idxal sağlamlıq aktının verilməsi üçün ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə müraciət olunmuşdur.Cəmiyyət tərəfindən alınmış Püstə, qurudulmuş çiyələk, xurma, qurudulmuş gül tumurcuqlan məhsullarına idxal sağlamlıq aktının verilməsi üçün xxxx Milli Referans Laboratoriyasına püstə, qurudulmuş çiyələk, xurma, qurudulmuş gül tumurcuqlan məhsullarının laborator analizinin aparılması üçün götürülmüş nümunələr AZ-********/LAB**-*****-T nömrəli təhvil təslim aktı ilə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən alınmış məhsullarından nümunələr ##.##.2024-cü il tarixdə AZ-********/LAB**-***** nömrəli aktla götürülmüşdür. Məhsullardan götürülmüş nümunələr ##.##.2024-cü il tarixdə laboratoriyaya təqdim olunmuşdur. Həmin tarixdən sınaq başlanmış və ##.##.2024-cü il tarixdə sınağın nəticələri bitmişdir. xxxx Milli Referans Laboratoriyası tərəfindən aparılmış sınağın nəticələrinə dair ##.##.2024-cü il tarixli AZ********/LÄB**-*****-T-*** nömrəli “Sınaq protokolu” tərtib olunmuşdur. Aparılmış snağın nəticələrinə dair tərtib olunmuş ##.##.2024-cü il tarixli AZ-20011379/LAB01-24110- T- *** nömrəli “Sınaq protokolu”na əsasən götürülmüş Nümunə 0009: Qurudulmuş Çiyələk məhsulunun Kükürd dioksidin kütlə payı normativ standart tələbi 500.0 olmalı halda, sınağın nəticəsində Kükürd dioksidin kütlə payının 954.3 olduğu müəyyən olunmuşdur. xxxx Milli Referans Laboratoriyası tərəfindən Qurudulmuş Çiyələk məhsulunun həmin nümunə götürülmüş partiyasının smaq nəticələrinin qiymətləndirilməsi ilə Uyğun olmaması (uyğun deyil) barədə protokol vermişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən ## #### 2024-cü il tarixdə İddiaçı MMC-yə *-**-*/*-***/**** nömrəli məktub göndərilərək ID********** nömrəli, ## ## 2024-cü il tarixli müraciətlə idxal olunan qida məhsullarına idxal sağlamlıq aktının verilməsi məqsədi ilə Qida Təhlükəsizim haqqında Azərbaycan Respublikası Qanununun 29.1.5-ci maddəsinə əsasən məhsullardan nümunə götürüldüyü və tədqiq olunması üçün smaq laboratoriyasına göndərildiyi, təqdim edilmiş nümunələrdə kükürd dioksidin kütlə pavınm (ç/o) sınaq göstəriciləri üzrə laboratoriya nəticəsində uğunsuzluq aşkar edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən ## #### 2024-cü il tarixdə “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M ****-** nömrəli qərar qəbul olunmuşdur. Bölmə tərəfindən ## #### 2024-cü il tarixdə qəbul olunmuş M ****-** nömrəli qərara əsasən İddiaçı MMC-nin ##.##.2024-cü il tarixli ID ID********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş, qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilməsi qərara alınmışdır.xxxx Milli Referans Laboratoriyası tərəfindən aparılmış sınağın nəticələrinə dair ##.##.2024-cü il tarixli AZ20011379/LAB01-24110-T-l ** nömrəli “Sınaq protokolu”, ## #### 2024-cü il tarixli 3-44-2/2- ***/**** nömrəli “məhsul partiyası barədə çıxarılmış qərar haqqında” məktubu və Cavabdeh ## #### 2024-cü il tarixli M 0724-34 INb-li qərara eyni tarixdə tərtib olunmaqla, eyni gündə iddiaçının ünvanına göndərilmişdir.İddiaçı MMC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “xxxx” şirkəti və Iran Islam Respublikasının vətəndaşı X2 arasında bağlanmış ##.##.2024-cü il tarixli VAL ****/** saylı “Alqı-satqı” müqaviləsinin 2.1.2-ci bəndi ilə razılaşdırılmış Invoys, qablaşdırma vərəqi, mənşə sertifikatı, gigiyenik sertifikatı, keyfiyyət vəsiqəsi, fıtosanitar sertifikatı sənədləri ilə alınmış malların keyfiyyətinin normalara uyğun olduğu üçün göndərilməsi nəzərə alınmış və tərəfindən malı satan və göndərənlə əlaqə saxlanılmışdır. Göndərilmiş məhsulların laboratoriya analizindən keçirildikdən sonra ixrac olunmasına icazə verildiyi bildirilmişdir. Türkiyə Respublikasında fəaliyyət göstərən “xxxx” şirkəti vasitəsi ilə Iran Islam Respublikası vətəndaşı X2 tərəfindən malların ixracatına dair ## #### 2024-cü il tarixli Fitosanitariya sertifikatı ilə malların keyfiyyətli, sağlam olması və ixracatına icazə verilmişdir. xxxx MIlli Referans Laboratoriyasının apardığı sınağın nəticələrinə dair ##.##.2024-cü il tarixli AZ-20011379/LAB01-24110-T-l ** nömrəli “Sınaq protokolu”nun qeyd hissəsində “Sınağın nəticələrinə etiraz 7 iş günü müddətində Qida Təhlükəsizliyi Institutunun müvafiq şöbələrinə bildirilməsi və müəyyən edilmiş müddətdən sonra şikayətlərin əsassız sayılması və qəbul edilmədiyi göstərildiyindən ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinə və xxxx Milli Referans Laboratoriyasına laborator analizin nəticəsinə dair şikayət göndərərək İddiaçı MMC tərəfindən alınmış qurudulmuş çiyələk məhsullarının xxxx Milli Referans Laboratoriyasında analizin aparılması üçün laborator əməkdaşlarının iştirakları ilə nümunələrin götürülməsini və laboratoriyada smağm aparılmasının təmin edilməsi, qurudulmuş çiyələk məhsulunun nümunələrinin götürülməsi zamanı nümayəndənin iştirakı ilə “Şahid” nümunələrin götrülməsi, qanunla müəyyən olunmuş qaydada saxlanmasının təmin edilməsi xahiş olunmuşdur. ##.##.2024-ci il tarixdən ötən müddət ərzində şikayətinə baxılmasının nəticəsi barədə məlumat verilməmiş, analizin aparılması üçün laborator əməkdaşlarının iştirakları ilə nümunələrin götrülməsi, laboratoriyada sınağın aparılması təmin edilməmiş qurudulmuş çiyələk məhsulunun nümunələrinin götrülməsi zamanı nümayəndəsinin iştirakı ilə “Şahid” nümünələrin götürülməsi, qanunla müəyyən olunmuş qaydada saxlanmasının təmin edilməmişdir. Cavabdeh tərəfindən ## #### 2024-cü il tarixli *-**-*/*-***/**** nömrəli məktub göndərilərək bölmənin ## #### 2024-cü il tarixli M 0724-34 Ns-li “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında qərarın icrasının ##.##.2024-cü il tarixinədək təmin edilməsi tələb edilmişdir. Qərarın icarsı həmin tarixədək təmin olunmayacağı təqdirdə Inzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə tədbir görüləcəyi bildirilmişdir.Cavabdeh tərəfindən xxxx Milli Referans Laboratoriyasının ##.##.2024-cü il tarixli AZ-20011379/LAB01- 24110-T-l ** nömrəli “Sınaq protokolu”, ## #### 2024-cü il tarixli 3-44-2/2- ***/**** nömrəli “məhsul partiyası barədə çıxarılmış qərar haqqında” məktubu və bölmənin ## #### 2024-cü il tarixli M ****-** nömrəli qərarı ona təqdim olunduqdan sonra alınmış qurudulmuş çiyələk məhsulunun Türkiyə Respublikasında fəaliyyət göstərən laboratoriyada analizinin aparılması təşkil olunmuşdur. Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin SGS X15 ##.##.2024-cü il tarixli Analiz Hesabatı ilə qurudulmuş çiyələkdə kükürd dioksidin kütlə payı 492.14% 21.65 olduğu müəyyən olunmuşdur. Çiyələkdə kükürd dioksidin kütlə payı 492.14 olması isə norma daxilindədir. X10 tərəfindən xxxx Milli Referans laboratoriyasının Sınaq Laboratoriyasının ##.##.2024-cü il tarixli AZ-20011379/LABO1- 241.10-T-l ** nömrəli sınaq protokolu ilə sınağın nəticələrinə etiraz etmək, 7 iş günü müddətində Qida Təhlükəsizliyi Institutunun müvafiq şöbələrinə bildirilməsinə dair hüquqları pozulduğundan və İddiaçı MMC-yə göndərilmiş qurudulmuş Çiyələk məhsulunun Türkiyə Respublikasında aparılmış laborator müayinələri ilə uyğunsuzluq təşkil etmişdir. Qurudulmuş Çiyələk məhsulunun Milli Referans laboratoriyasının Smaq Laboratoriyasının 11. 07. 2024-cü il tarixli AZ-20011379/LABO *-*****-T-l-** nömrəli sınaq protokolu ilə Kükürd dioksidin kütlə payı normativ standartdan artıq ( 954.3) olmasının aşkar edilməsi və qida üçün yararsız hesab edilməsi və laboratoriya müayinəsinin nəticəsinə uğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ## #### 2024-cü il tarixdə qəbul olunmuş M ****-** nömrəli qərarı ilə malların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərarım qanunsuz hesab edir. Belə ki, xxxx Milli Referans laboratoriyasının Sınaq Laboratoriyasının ##.##.2024-cü il tarixli AZ-20011379/LAB01- *****-T-*** nömrəli sınaq protokolunda laboratoriya tərəfindən qeyd edilmişdir ki, “Genişləndirilmiş ölçmə qeyri-müəyyənliyi sonunda tapılan dəyər, k-2 olaraq götürülmüş əhatə faktoru ilə vurulur və 95% güvən təmin edən dəyərdir. Sınaq nəticəsi yalnız laboratoriyaya təqdim olunmuş nümunəyə aid edilir. Bu sınaq protokolunun heç bir hissəsi tək və ya ayrıca istifadə edilə bilməz, yazılı icazə olmadan çoxaldıla bilməz. Nümunə götürmə prossesi laboratoriya tərəfindən həyata keçriIm ədiyi üçün göndərilən nümunənin, partiyanı və ya bütün nümunəni təmsil etməsi məsuliyyəti laboratoriyaya aid deyildir. Nümunə ilə əlaqəli məlumatlar sifarişçi tərəfindən təqdim edilmişdir və bu məlumatlar analizin nəticələrinə təsir etdiyi halda, laboratoriya nəticələrdəki hər hansı bir xəta və ya kənarlaşma üçün məsuliyyət daşımır və bu halda sifarişçi analiz nəticəsinə etiraz etmək hüququndan imtina etmiş sayılır”. Cavabdeh ##.##.2024-cü il tarixli ## #### 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M ****-** nömrəli qərarının qeyd hissəsində qərardan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 30 gün müddətində inzibati qaydada məhkəməyə şikayət verilə bilməsi qeyd olunmuşdur. Həmin qərar İddiaçı MMC-yə daxil olduğu tarixdən cavabdehə müraciət olunmuşdur. Müraciətlərinə cavab verilməmişdir.Iddiaçı tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin X10 Türkiyə Respublikasında fəaliyyət göstərən “xxxx” şirkəti və Iran Islam Respublikasının vətəndaşı X2 tərəfindən göndərilmiş “qurudulmuş Çiyələk məhsulundan təkrar nümunələrin götürülməsinə dair iddiaçının müraciətlərinə cavab verilməsi, təkrar müayinələrin aparılmaması və ya nümunələrin götürülməməsi qanunsuzdur.Cavabdeh tərəfindən şübhəli halların aradan qaldırılması üçün tərəfimizdən təkrar nümunələrin götürülməsi, müayinə aparılmasından imtina olunması və laboratoriya müayinələrinin təkrar aparılmasından imtina edilməsi qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə Iran Islam Respublikasından idxal edilmiş netto çəkisi 198, brutto çəkisi 210 kq olan qurudulmuş çiyələk qurusu məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün regional bölməyə müraciət daxil olunmuşdur..Qeyd edir ki, həmin məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün regional bölmənin əməkdaşı tərəfindən nümunə götürülərək xxxxnun müvafiq laboratoriyasına təqdim edilmişdir.Sınaq nəticəsi standart normativ tələblərə uyğunsuz olduğu üçün idxal sağlamlıq aktının verilməsindən imtina edilmiş və həmin məhsul partiyası ilə bağlı regional bölmə tərəfindən ##.##.2024-cü il tarixli M ****-** nömrəli qərar qəbul edilmişdir. İddiaçı MMC tərəfindən həmin məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi və ##.##.2024-cü il tarixli M ****-** nömrəli qərarın ləğv edilməsi ilə bağlı Inzibati Məhkəməyə şikayət verilmişdir.Bildirir ki, Sumqayıt Inzibati Məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilməsi və ekspertizanın həyata keçirilməsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinə tapşırılması barədə ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardad qəbul edilmişdir. Bununla bağlı olaraq, regional bölmənin əməkdaşı tərəfindən İddiaçı MMC-nin iştirakı ilə qanunamüvafiq olaraq həmin məhsul partiyasından yenidən nümunə götürülmüş, xxxxnun müvafiq laboratoriyasına təqdim edilmişdir. Lakin sınaq nəticəsi standart normativ tələblərə uyğunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ** saylı kollegiya qərarına əsasən, kükürd- dioksidin miqdarı 500-dür. Lakin sınaq nəticəsində həmin məhsul partiyası ilə bağlı məhsul partiyasının tərkibində kükürd-dioksidin miqdarı 974.4 çıxmış və sınaq nəticəsi Sumqayıt Inzibati Məhkəməsinə təqdim edilmişdir. İddiaçı MMC yuxarıda qeyd edilmiş sınaq nəticələri ilə razılaşmamış, məhsul partiyasına idxal sağlamlıq aktının verilməsini və M ****-** nömrəli qərarın ləğv edilməsini məhkəmə prosesi zamanı irəli sürmüşdür. Həmçinin İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə prosesi zamanı həmin məhsul partiyasından məhkəmədənkənar və Qida Təhlükəsizliyi Agentliyinin iştirakı olmadam müstəqil şəkildə müvafiq laboratoriyada sınaqdan keçirilməsinin və sınaq nəticəsinin normativ tələblərə uyğun olduğunu bildirmişdir. Bu hal obyektivliyi əks etdirmir və həqiqətə uyğun deyil. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə inzibati iş üzrə yeyinti məhsullarının ekspertizası təyin edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh ## #### 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M ****-** nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi məhsul müvafiq ölkədə laboratoriyadan keçdikdən sonra satışa uyğunluğu yoxlanıb dövriyyəyə buraxılmışdır. Iş materiallarından görünür ki, mübahisəli məhsul barəsində Türkiyə Respublikası Kənd Təsərrüfatı Nazirliyinin SGS X15 ##.##.2024-cü il tarixli analiz hesabat verilmiş və qurudulmuş çiyələk məhsulunda kükürd dioksidin kütlə payı 492.14 + - 21.65 olduğu müəyyən olunmuşdur. Çiyələkdə kükürd dioksidin kütlə payı 492.14 olması isə norma daxilindədir kimi rəy verilmişdir. Yəni məhsulun tükədilməsində hər hansı maneə mövcud olmamışdır. Iddiaçı da qanuni əsaslarla həmin məhsulu almış və kommersiya fəaliyyətini həyata keçirmək hüququna malikdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi və “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M ****-** nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 31.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal sağlamlıq aktı tərtib edir və məhsul üzərində sərəncam vermək üçün idxalatçıya təqdim edir. Həmin Qanunun tələbinə əsasən qəbul edilmiş Nazirlər Kabinetinin 2023-cü il # ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması” Qaydasının (bundan sonra - Qayda) 1.1-ci bəndinə əsasən, həmin Qayda Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydasını, qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsullar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin formasını və təqdim edilmə müddətlərini, qida və yem məhsullarının tranzit daşıması qaydasını müəyyən edir. Həmin Qaydanın 7.1-ci bəndinə əsasən, eynilik və fiziki nəzarət Agentlik tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş məhsul növünün risk səviyyəsindən asılı olaraq bu Qaydanın 7.2-ci bəndi nəzərə alınmaqla, Qaydanın 8-ci hissəsinə əsasən müəyyən edilmiş dövriliyə uyğun həyata keçirilir. Həmin Qaydanın 7.5.1-ci yarımbəndinə əsasən, idxal edilmiş məhsullara fiziki nəzarət tədbirlərindən biri məhsulların laboratoriya tədqiqinə (sınağına), habelə sadə fiziki-kimyəvi sınaqlara (pH-ın təyini, nitratın təyini və s.) cəlb edilməsi yolu ilə təhlükəsizlik, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətlərinin müəyyən edilməsidir. Qeyd edilmiş Qaydanın da tələbindən aydın görünür ki, Agentliyin regional bölməsi mövcud qanunvericiliyin tələbinə əsasən, ölkəyə idxal edilmiş qida məhsullarını müayinə etdikdən sonra həmin məhsul uyğunsuz hesab edildiyi üçün idxal sağlamlıq aktının verməsindən imtina etmişdir. Eyni zamanda, bildirilir ki, Agentliyin nəzarətedici orqan olaraq ölkəyə idxal edilmiş qida məhsullarının təhlükəsizliyinə nəzarət etməsi onun əsas fəaliyyət istiqamətlərindən biridir. Məhkəmə isə idxalçı şirkətin Türkiyə Respublikasında məhsulun sınaqdan keçirildiyinə görə istehlak üçün yararlı olmasını əsas göstərərək, regional bölmənin qərarının qanunsuz olduğu nəticəsinə gəlmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, eynilik və fiziki nəzarət Agentlik tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş məhsul növünün risk səviyyəsindən asılı olaraq bu Qaydanın 7.2-ci bəndi nəzərə alınmaqla, bu Qaydanın 8-ci hissəsinə əsasən müəyyən edilmiş dövriliyə uyğun həyata keçirilir. Eyni zamanda, bildirilir ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan RespublikasıQanununun 32.1-ci maddəsinə əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır. Həmin Qanunun və Qaydanın tələblərinə əsasən də, idxal edilmiş məhsullara fiziki nəzarət zamanı məhsullar laboratoriya tədqiqinə (sınağına) cəlb edildikdə, təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda idxal edilən məhsul partiyasından nümunələr götürülərək “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır. Göründüyü kimi, qanunvericilik, ölkəyə idxal edilmiş məhsulların yalnız, akkreditasiyadan keçmiş laboratoriyalarda tətqiqi aparıldığı halda tərtib edilmiş sınaq nəticəsini hüquqi əsaslı hesab edir. Bundan əlavə, məhkəmə qərarında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə istinad etmişdir ki, bununla bağlı olaraq bildiririk ki, adıçəkilən qanun idxal deyil, yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bundan başqa, məhkəmə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə istinad etməklə də, yanlışlığa yol vermişdir. Belə ki “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu 2023-cü ilin # ###### tarixindən qüvvəyə mindiyi üçün “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüşdür. Göründüyü kimi, məhkəmə qüvvədən düşmüş qanuna əsalanmaqla, tənzimlənmə predimetinə aid olmayan qanunu tədbiq etməklə, habelə təqdim edilmiş sübutları, aparılmış iki sınaq nəticəsini nəzərə almadan qərar qəbul etmiş və regional bölmənin qərarını əsassız hesab etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ## ###### 2025-ci il tarixdə cavabdehin "Elektron məhkəmə" sistemindəki elektron kabinetinə yerləşdirilmişdir. IPM-nin 85.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qərarın rəsmi təqdim olunduğu gündən 30 gün müddətində verilməlidir. IPM-nin 20.1, 20.3, 22.1, 22.2 və MPM-nin 135.6, 135.8-ci maddələrinə görə, sənədin elektron kabinetə yerləşdirilməsi onun rəsmi təqdim olunması hesab edilir və müddətin axımı həmin andan başlanır. Cavabdeh AQTA-nın X10 apellyasiya şikayətini ## ######## 2025-ci il tarixdə, yəni 30 günlük qanuni müddət bitdikdən sonra vermişdir. Həmçinin, cavabdeh IPM-nin 24.1-ci maddəsinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpa olunması barədə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Cavabdehin elektron sistemdən aktiv istifadə etməsi (əvvəlki tarixlərdə etirazlar və digər işlər üzrə sənədlər yerləşdirməsi) onun sistemə çıxışının olduğunu və müddəti üzrlü səbəb olmadan buraxdığını sübut edir. İddiaçı MMC tərəfindən Türkiyədən idxal olunmuş qurudulmuş çiyələk məhsulundan AQTA-nın tabeliyindəki xxxxnun (AQTI) Milli Referans Laboratoriyası tərəfindən götürülmüş nümunədə kükürd dioksidin kütlə payı 954.3 (norma 500.0) göstərilərək uyğunsuzluq protokolu tərtib edilmişdir. Iddiaçının təkrar analiz tələbləri cavabdeh tərəfindən rədd edildikdən sonra, məhsulun təkrar analizi müstəqil laboratoriyalarda aparılmışdır. Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin SGS X15 ##.##.2024cü il tarixli hesabatına əsasən kükürd dioksidin miqdarı 492.14 olmaqla, həmçinin "xxxx" MMC Laboratoriyasının ##.##.2024-cü il tarixli rəyinə əsasən kükürdün miqdarı 14 olmaqla tamamilə norma daxilində müəyyən edilmişdir. Milli Referans Laboratoriyası cavabdeh tərəfin (AQTA) tabeliyində olan bir qurumdur. MPM-nin 20.2.1 və 20.2.2-ci maddələrinə əsasən, ekspert və ya mütəxəssis işdə iştirak edən şəxslərdən qulluq mövqeyinə görə asılı olduqda və ya ilkin təftiş aparmışsa, işə baxılmasında iştirak edə bilməz. AQTI Milli Referans Laboratoriyasının ##.##.2024 və ##.##.2024-cü il tarixli rəyləri birbaşa cavabdehin maraqlarına xidmət etdiyindən və asılılıq prinsiplərini, eləcə də MPM-nin 20-ci maddəsinin tələblərini pozduğundan, onlar mötəbər sübut kimi qəbul edilməməlidir. Qeyd olunanlara əsasən, cavabdeh tərəfindən qanuni 30 günlük müraciət müddəti qanunsuz olaraq buraxıldığı üçün apellyasiya şikayəti baxılmamış saxlanılmasını, rədd edilməsini və Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə və X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ## #### 2024-cü il tarixli "Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası" haqqında M 0724-34 No-li qərarının ləğv edilməsi və İddiaçı MMC tərəfindən idxal olunmuş qurudulmuş çiyələk məhsuluna Cavabdeh tərəfindən idxal sağlamlıq aktının verilməməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 4. Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədləri 4.1. Qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədləri aşağıdakılardır: 4.1.1. həyat və sağlamlığın, istehlakçıların hüquqlarının müdafiəsi; 4.1.2. qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması; 4.1.3. yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması; 4.1.4. qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması. Maddə 6. Risklərin elmi sübutlarla təhlili 6.1. Həyat və sağlamlığın mühafizəsini təmin etmək məqsədilə qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi elmi sübutlardan və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş standartlardan, tövsiyələrdən və qaydalardan istifadə etməklə, risklərin təhlili prinsipinə əsaslanır. 6.2. Risklərin təhlili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 6.3. Qida və yem məhsulunun həyat və sağlamlığa yarada biləcəyi təhlükələrə dair risklərin qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 6.4. Risklərin qiymətləndirilməsi mövcud elmi məlumatlardan, müvafiq ilkin istehsal, istehsal və ya emal üsullarından, yoxlama, monitorinq və auditin nəticələrindən, laboratoriya tədqiqatı üsullarından, konkret xəstəliklərin yayılma dərəcəsi ilə bağlı məlumatlardan istifadə etməklə müstəqil, qərəzsiz və şəffaf şəkildə aparılır. 6.5. Risklərin qiymətləndirilməsi aşağıdakı mərhələlərlə həyata keçirilir: 6.5.1. qida məhsullarının insan orqanizminə yarada biləcəyi təhlükələrin müəyyən edilməsi; 6.5.2. bioloji, kimyəvi və fiziki təsirlərlə əlaqədar qida məhsullarının, habelə qida mənbəyi olan heyvanların və bitkilərin insan orqanizminə yarada biləcəyi təhlükələrin xarakterizə edilməsi; 6.5.3. müəyyən olunmuş hər bir mümkün təhlükəyə məruzqalma ehtimalının qiymətləndirilməsi; 6.5.4. müəyyən olunmuş risklərin xarakterizə edilməsi, eləcə də risklərin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması tədbirlərinə dair təkliflərin verilməsi. 6.6. Risklərin idarə edilməsi tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən risklərin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir. Maddə 10. Qida və yem məhsullarının təhlükəsizliyinə dair ümumi tələblər 10.1. Təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır. 10.2. Aşağıdakı hallarda qida məhsulları təhlükəli hesab edilir: 10.2.1. qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda; 10.2.2. qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda; 10.2.3. qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda. Maddə 19. Qida və yem məhsullarının satışı və istehlakı zamanı onların təhlükəsizliyinə dair tələblər 19.1. Ticarət (xidmət) obyektlərində qida və yem məhsullarının satışına həmin obyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verdiyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındığı və ya təsdiq edildiyi halda yol verilir. 19.2. Qida məhsullarının istehlak olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida məhsullarını istehlakçılara təqdim edə bilərlər. Maddə 20. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə dair tələblər 20.1. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının təhlükəsizliyi bu Qanuna uyğun olaraq müəyyən olunmuş tələblərə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin tələblərə ekvivalentliyi tanınmış digər dövlətlərin qanunvericiliyinin tələblərinə uyğun olmalıdır. 20.5. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi və xarici ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 20.6. Risk dərəcəsi nəzərə alınmaqla siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsullar onların təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət olunmalıdır. Maddə 31. Idxal olunan qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara dövlət nəzarəti (-) Maddə 31.7. Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) idxal sağlamlıq aktı tərtib edir və məhsul üzərində sərəncam vermək üçün idxalatçıya təqdim edir. (-) Maddə 32. Dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə istifadə olunan sınaq və istinad (referens) laboratoriyaları Maddə 32.1. Dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır. “Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası”nın, “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nın təsdiq edilməsi və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018ci il ## #### tarixli *** nömrəli Qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli *** nömrəli Qərarı Maddə 7. Eynilik və fiziki nəzarət Maddə 7.1. Eynilik və fiziki nəzarət Agentlik tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş məhsul növünün risk səviyyəsindən asılı olaraq bu Qaydanın 7.2-ci bəndi nəzərə alınmaqla, bu Qaydanın 8-ci hissəsinə əsasən müəyyən edilmiş dövriliyə uyğun həyata keçirilir. Maddə 7.5. Fiziki nəzarət zamanı idxal olunmuş qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsullar ilə bağlı aşağıdakılar yoxlanılır: Maddə 7.5.1. laboratoriya tədqiqinə (sınağına), habelə sadə fiziki-kimyəvi sınaqlara (pH-ın təyini, nitratın təyini və s.) cəlb edilməsi yolu ilə təhlükəsizlik, minimum keyfiyyət göstəriciləri və orqanoleptik xüsusiyyətləri; Maddə 7.5.2. saxlanma və daşınma şəraiti; Maddə 7.5.3. qablaşdırma materialının məhsulun təhlükəsizliyini və minimum keyfiyyətini qorumasının səviyyəsi; Maddə 7.5.4. məhsulların yararlılıq müddətinin ötüb-ötməməsi. Maddə 7.6. Məhsullar laboratoriya tədqiqinə (sınağına) cəlb edildikdə, müayinələrin nəticələri müəyyən edilənədək həmin məhsullar müvafiq saxlanma şərtləri gözlənilməklə nəzarətin həyata keçirildiyi yerlərdə saxlanılır. Məhsulların boşaldılması və saxlanması xərcləri idxalatçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən ödənilir. Maddə 7.7. Məhsullar laboratoriya tədqiqinə (sınağına) cəlb edildikdə, təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda idxal edilən məhsul partiyasından nümunələr götürülərək “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır. Maddə 7.8. Nümunələrin götürülməsi üçün qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş metodlardan istifadə edilir. Maddə 7.9. Bu Qaydanın 7.8-ci bəndində nəzərdə tutulan metodların tətbiqi mümkün olmadıqda və ya belə texniki normativ hüquqi aktlar mövcud olmadıqda, Azərbaycan Respublikasının digər sahələrə aid texniki normativ hüquqi aktlarında nəzərdə tutulmuş məhsul nümunələrinin götürülməsi metodları tətbiq edilir. Əgər bu metodların da tətbiqi mümkün olmadıqda və ya belə texniki normativ hüquqi aktlar mövcud olmadıqda, Azərbaycan Respublikasının üzv olduğu müvafiq beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş metodlardan istifadə edilir. Maddə 7.10. Nümunələrin laboratoriya tərəfindən sınağı ilə bağlı xərclər idxalatçının vəsaiti hesabına həyata keçirilir. Maddə 7.11. Nümunələrin tədqiqi (sınağı) idxalatçının seçiminə uyğun olaraq “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda və ya Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında həyata keçirilir. Maddə 7.12. Fiziki nəzarət çərçivəsində nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız idxalatçı tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir. Maddə 7.13. Məhsulların laboratoriyalar tərəfindən 7 (yeddi) iş günü müddətində tədqiqi (sınağı) aparılaraq nəticəsi Agentliyə təqdim edilir. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) gündən çox olmayan müddətə uzadıla bilər və qeyd edilən müddət idxal sağlamlıq aktının verilməsi ilə bağlı bu Qaydanın 10.7-ci bəndində nəzərdə tutulan müddətə daxil edilmir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi cavabdehin ## #### 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M ****-** nömrəli qərarının ləğv edilməsi, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməməsinin qanunsuz hesab edilməsi ilə bağlı qərar qəbul edilməsidir. Cavabdeh orqanın mövqeyinə əsasən, məhsulda “kükürd dioksidin” kütlə payı 500 olmalı olduğu halda 954 aşkarlandığı üçün ## #### 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M ****-** nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Iş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş qurudulmuş çiyələk məhsulunun qida təhlükəsizliyi tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhsuldan nümunələr götürülmüş və akkreditasiyadan keçmiş laboratoriyada müvafiq sınaqlar aparılmışdır. Həm ilkin inzibati icraat zamanı, həm də birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza əsasında yenidən götürülmüş nümunələrin laborator müayinəsinin nəticələri məhsulda kükürd-dioksidin miqdarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarı ilə müəyyən edilmiş yol verilən həddi əhəmiyyətli dərəcədə aşdığını təsdiq etmişdir. Beləliklə, eyni məhsul partiyası üzrə müxtəlif vaxtlarda aparılmış iki laborator tədqiqatın nəticələri bir-birini təsdiq etmiş və məhsulun normativ tələblərə cavab vermədiyini obyektiv şəkildə müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 31.7 və 32.1-ci maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2023-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən, idxal olunan qida məhsullarının təhlükəsizliyi barədə hüquqi əhəmiyyət daşıyan qiymətləndirmə yalnız Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada götürülmüş nümunələrin akkreditasiyadan keçmiş laboratoriyada aparılmış sınaqlarının nəticələrinə əsaslana bilər. Bu səbəbdən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, agentliyin iştirakı olmadan və qanunvericilikdə nəzərdə tutulmuş prosedura riayət edilmədən əldə edilmiş xarici laboratoriya rəyi mübahisələndirilən inzibati aktın qanuniliyinin qiymətləndirilməsi baxımından üstün sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası mübahisənin tam və obyektiv araşdırılması məqsədi ilə mütəxəssis rəyinin alınması üçün bir neçə laboratoriyaya, o cümlədən “xxxx” MMC-yə müraciət etmişdir. Lakin sonra həmin MMC-lərə aid sınaq laboratoriyanın kükürd dioksidinin kütlə payının müəyyən edilməsi üçün akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilmiş Azərbaycan Akkreditasiya Mərkəzinin məktubundan məlum olmuşdur ki, yalnız “xxxx” publik hüquqi şəxsin “Analitik Ekspertiza Mərkəzi”nin departamentinin Milli Referens laboratoriyası qurudulmuş çiyələk məhsulunun tərkibində “kükürd dioksidin” kütlə payının müəyyən olunması üzrə laborator sınaq fəaliyyətinin həyata keçirilməsi üzrə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliklə müəyyən edilmiş rəsmi nəzarət qaydaları çərçivəsində əldə edilmiş iki laboratoriya nəticəsinə lazımi hüquqi qiymət verməmiş, əksinə, həmin qaydalardan kənar qaydada əldə edilmiş laborator müayinəsinə üstünlük verməklə sübutların qiymətləndirilməsi prinsiplərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan xüsusi qanunvericiliyi düzgün müəyyən etməmişdir. Belə ki, mübahisə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilən qida məhsullarına münasibətdə qida təhlükəsizliyi nəzarətinin həyata keçirilməsi ilə bağlı olduğundan, bu münasibətlər ilk növbədə "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanunu və həmin Qanunun tətbiqi məqsədilə qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mübahisənin predmeti ilə əlaqəsi olmayan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına, habelə mübahisə yarandığı tarixdə artıq qüvvədə olmayan "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununa istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Halbuki, idxal olunan məhsullar üzərində həyata keçirilən qida təhlükəsizliyi nəzarəti sahibkarlıq subyektində aparılan yoxlama deyil, xüsusi qanunvericiliklə tənzimlənən sərhəd qida təhlükəsizliyi nəzarəti tədbiridir və həmin münasibətlərə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan idxal sağlamlıq aktının verilməsindən imtina edərkən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş, qərarını akkreditasiyadan keçmiş laboratoriyaların nəticələrinə əsaslandırmış və qanunla ona verilmiş diskresion səlahiyyət çərçivəsində qərar qəbul etmişdir. Bu baxımdan mübahisələndirilən ## #### 2024-cü il tarixli M-****-** nömrəli qərarın qanunsuz hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv edilməli, iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin . Iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar