Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-11/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunalı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdehin nümayəndəsi Həşimova Elmira Elmar qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(120)-942/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa edilməsi və xx.xx.2020-ci il tarixdən ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 23 dekabr 2022-ci il tarixli, 2- 1(120)-942/2022 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində işlədiyi vaxt güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl işləri üzrə ezam müddətində topladığı güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən iş stajı 12 il 03 ay 05 gün təşkil edir, ona görə də 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi xx.xx.2017-ci il tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 12 il 06 ay minimum sığorta stajına malik olmamışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək ləğv edilmiş Dövlət Yerquruluşu Lahiyə İnstitutunda mühəndis vəzifəsində işləmişdir. İşlədiyi illər ərzində çöl şəraitində geodeziya və topoqrafıya işlərini yerinə yetirmişdir. Buna əsasən ona xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, lakin xx.xx.2020-ci il tarixdə əmək pensiyası dayandırılmışdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarına əsasən ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıyageodeziya, geofızika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər və geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər güzəştli şərtlərlə əmək pensiyası alırlar. Ona görə də, ona güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası tam qanuni olmasma baxmayaraq qanunsuz olaraq dayandırılmışdır. Cavabdehin imtina dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə pensiya ödənişi dayandırılmışdır. İddiaçının xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan 12 il 6 ay güzəştli sosial sığorta stajı mövcud deyildir. Bu səbəblə, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 7557,33 manat artıq əmək pensiyası almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Dasınmaz Əmlakın Kadastrı və Ünvan Revestri Xidməti Kadastr və Yerqurulusu Məhdud Məsulivvətli Cəmiyyətinin 350 nömrəli, xx.xx.2015-ci il tarixli təsdiqləyici arayısına əsasən Sahbazov Nazim İbrahim oğlu Dövlət Yerqurulusu Layihə İnstitutunda mühəndis vəzifəsində çalışmışdır və arayışa əlavə edilmis arayışa əsasən onun güzəstli sosial sığorta stajı 12 il 5 aydır. N.Sahbazov ona güzəstli sərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2020-ci il tarixdə çatmısdır. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində güzəstli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ücün əsas sərtlərdən biri kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli olması qeyd olunmusdur. Qanunvericiliklə müəyyən edilmis qaydaya əsasən iddiaçıya güzəstli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 40800,00 manat olmalıdır. Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı 21580,31 manatdır. İddiaçının ümumi sosial sığorta stajı 25 ildən az, yəni 24 il 8 ay 35 gün, güzəstli sosial sığorta stajı isə 12 il 6 aydan az, yəni 12 il 5 ay təskil edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işlədiyi qurum tərəfindən verilmiş arayışda güzəştli iş stajının 14 il olması göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi onun güzəştli stajını 12 il 03 ay 5 gün kimi nəzərə almışdır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Həşimova Elmira Elmar qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. “Əmək pensiyaiarı haqqında” Azərbaycan Respubiikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 U sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki: “-15 aprel 1985-ci il tarixli, ЛB 015239 nömrəli diplomun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 3158 nömrəli arayışının və 03 iyun 1979-cu il tarixli, İT-İ № ******* nömrəli əmək kitabçasının surətlərindən görünür ki, iddiaçının təhsil illəri 05 il 04 ay 11 gün, hərbi xidmət illəri 2 il, xx.xx.1975-ci il tarixindən əmək fəaliyyətini bitirdiyi xx.xx.2021-ci il tarixinə kimi iş stajı 28 il 01 gün, ümumilikdə isə iş stajı 35 il 04 ay 12 gün təşkil edir. -Qeyd olunan sənədlərin surətlərinə əsasən müəyyən edilən 35 il 04 ay 12 gün ümumi iş stajının 20 il 08 ay 25 gün təşkil edən hissəsi xx.xx.2006-cı il tarixə, 30 il 07 ay 22 gün təşkil edən hissəsi isə xx.xx.2017-ci il tarixə yaranmış iş stajıdır. -Həmin sənədlərin surətinə əsasən xx.xx.2017-ci il tarixə toplanmış 30 il 07 ay 22 gün iş stajının 13 il 09 ay 27 gün təşkil edən hissəsi iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində işlədiyi dövrdür. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 avqust 2015-ci il tarixli 326 nömrəli arayışında İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl işləri üzrə iş stajının xx.xx.2006-cı il tarixə 3 il 10 ay 11 gün, xx.xx.2015-ci il tarixə 12 il 07 ay, 03 sentyabr 2015-ci il tarixli 350 nömrəli digər arayışında isə xx.xx.2006-cı il tarixə güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl işləri üzrə iş stajının 4 il 03 ay, xx.xx.2015-ci il tarixə 14 il təşkil etdiyi qeyd olunmuşdur. -DSMF Yasamal rayon şöbəsinin DSMF Masallı rayon şöbəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli, 12/4027 nömrəli məktubdan və ona əlavə edilmiş aktın surətində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı adına verilmiş 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayış düzgün tərtib edilmiş, arxiv arayışları və sənədləri ilə heç bir uyğunsuzluq aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışının tərkib hissəsi olan cədvəldən görünür ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruluşu İdarəsində işlədiyi vaxt güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən çöl işləri üzrə ezam müddətində topladığı güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən iş stajı 12 il 03 ay 05 gün təşkil edir.” Məhkəmə kollegiyası iddiaçının digər sahələrdə iş stajının həcmi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da Dövlət Yerquruluşu Lahiyə İnstitutunda mühəndis vəzifəsində işlədiyi dövrün güzəştli müddəti ilə bağlı hesablamanı əsaslı hesab etmir. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışının tərkib hissəsi olan cədvəl üzrə iddiaçının çöl şəraitində işləmə dövrü 12 il 02 ay 13 gün təşkil etsə də birinci instansiya məhkəməsi bu dövrü 12 il 03 ay 05 gün kimi nəzərə almışdır. Qeyd olunan müddətlə bağlı birinci instansiya məhkəməsinin hesablaması düzgün olmasa da hesablamanın daha dəqiq halında belə iddiaçının güzəştli iş satjının müddəti baxımından hüquqi marağı təmin olunmadığından məhkəmə kollegiyası bu xüsusatı birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas verən hal kimi hesab etmir. Məhkəmə kollegiyasının bu yanaşması həm də ordan qaynaqlanır ki, iddiaçıya əvvəllər güzəştli əmək pensiyasının təyinatı üçün əsas olmuş sənədlərin mötəbərliyi həmin sənədləri hazırlamış şəxslərin barəsində aparılmış istintaq materialları ilə şübhə altına alınmışdır. Belə ki, surəti məhkəmə kollegiyasına təqdim edilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(150)-159/2023 nömrəli hökmündən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Hüseynov Ərzuman Rizvan oğlu İddiaçı Dövlət Yerquruluşu Layihə İnstitutunun Lənkəran Rayonlararası Yerquruiuşu idarəsində mühəndis vəzifəsində işlədiyi illər ərzində çöl şəraitində geodeziya və topoqrafiya işlərini yerinə yetirməsi ilə əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 06 ay müddətində güzəştli sosial sığorta stajı tələb olunduğu və sonuncunun işlədiyi dövrün hər ilinin hər ayı üçün çöl şəraitində işlədiyi günlər hesablanmaqla təyinat aparılmalı olduğu halda və İddiaçı faktiki güzəştli şərtlərlə sosial sığorta stajının 08 il 08 ay təşkil etməsinə baxmayaraq sonuncunun adına rəsmiləşdirilmiş 022704 nömrəli pensiya işində olan müvafiq İnstitutun 03 sentyabr 2015-ci il tarixli, 350 nömrəli arayışı əsas götürməklə vətəndaşın həmin vəzifədə işlədiyi xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə bütünlüklə, yəni İddiaçı 14 il müddətində güzəştli sosial sığorta stajı olması barədə yalan məlumatların 09 iyun 2017ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən inzibati binasında rəsmi sənəd hesab edilən 09 iyun 2017-ci il tarixli, 461 nömrəli “əmək pensiyasının təyin edilməsi” haqqında qərara daxil edilməsinə, həmin qərarın özünün və qabaqcadan əlbir olduğu Şöbənin Pensiya sektorunun müdiri Natiq Hüseynovun imzası ilə təsdiq edilərək xx.xx.2017-ci il tarixdən təyinat aparılmasına nail olub həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə olmaqla İddiaçı ümumilikdə 7.557,33 manat olmaqla, qeyd edilən qaydada 3 pensiya işi üzrə 23.761,63 manat (iyirmi üç min yeddi yüz altmış bir manat altmış üç qəpik) məbləğində pul vəsaitlərinin göstərilən şəxslərin adlarına rəsmiləşdirilmiş kart hesabına köçürülüb həmin şəxslər tərəfindən nağdlaşdırılmaqla şəxsi ehtiyaclarına sərf edilməsi ilə, ümumilikdə qeyd edilən qaydada 7 pensiya işi üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 43.782,03 manat (qırx üç min yeddi yüz səksən iki manat üç qəpik) məbləğində pul vəsaitini Sadıqov Natiq Salman oğlu ilə qabaqcadan əlbir oian bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talaması əməlinə görə AR CM-nin müvafiq maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası növbəti abzasda qiymət verilmiş sənədə əsasən iddiaçının güzəştli iş stajı hesab etdiyi müddətin qanunla tələb olunan həcminin ona pensiya təyinatı baxımından əhəmiyyət kəsb etmədiyi gənaətinə gəlir. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 22 aprel 2024-cü il tarixli, 3-21- 3-02/2-5460/2024 nömrəli məktubunda bildirilir ki, “ləğv edilmiş Dövlət Yerquruluşu Layihə İnstitutunun direktoru tərəfindən 2011-ci ildə təsdiq edilmiş Lənkəran Rayoniararası Yerquruluşu İdarəsinin mühəndisinin vəzifə təlimatında adıçəkilən vəzifə üzrə əmək funksiyalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3-cü yarımbəndində nəzərdə tutulmuş işlər öz əksini tapmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnamələrində (müvafiq olaraq 3.1.33-cü və 3.1.11 -ci bəndlər) qeyd edilmişdir ki, DƏDKR publik hüquqi şəxsi və tabeliyində olan KYLTM Məhdud Məsuliyyətli Cəmiyyət dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı işlərini həyata keçirmək, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq tədqiqatı, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil etmək səlahiyyətinə malikdirlər. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin İdarə Heyətinin müvafiq qərarı ilə təsdiq edilmiş "xxxx" MMC-nin Yerquruluşu və xəritələrin tərtibi şöbəsi Yerquruluşu sektorunun mühəndisinin vəzifə təlimatında (2.2-ci bənd) qeyd olunmuşdur ki, mühəndis dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədi ilə geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu və digər axtarış-tədqiqat işlərini yerinə yetirir. Qeyd olunanlardan da göründüyü kimi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi və tabeliyindəki Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən geodeziya və topoqrafiya işləri fəaliyyət sahəsinə uyğun olaraq yalnız dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 1.3-cü yarımbəndində nəzərdə tutulmuş işlər isə sırf geologiya kəşfiyyat işlərinə aid edilir. Həmin yarımbənd üzrə nəzərdə tutulmuş geologiya kəşfiyyat işləri isə öz növbəsində Nazirlər Kabinetinin adıçəkilən qərarın 1-ci bəndində nəzərdə tutulmuş dağ-mədən işlərinin tərkib hissəsidir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi nizamnaməsinə və fəaliyyət sahəsinə uyğun olaraq həyata keçirdiyi funksiyalar dağ-mədən işlərindən və həmin sahənin tərkib hissəsi olan geologiya kəşfiyyat işlərindən məzmun etibarilə fərqlənir.” Göründüyü kimi iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi Lənkəran Rayoniararası Yerquruluşu İdarəsinin mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nda nəzərdə tutulmadığından o, həmin dövrlərə görə güzəştli pensiya təyinatını tələb etməkdə haqlı deyil. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(120)-942/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-11/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-11/2024
24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver