Məhkəmə qərarları › İş №2-1(106)-122/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-122/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-122/2024 21.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(120)-319/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların DSMFnin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən "xxxx" MMC-yə məcburi dövlət sosial sığorta haqları üzrə 23 iyul 2018-ci il tarixinə 239727,69 manat borc məbləği hesablanmışdır. Lakin iddiaçı həmin borc məbləği ilə razı deyil və hesab edir ki, borc silinərək, təqdim edilmiş dəqiqləşdirmələr əsasında yenidən hesablamalar aparılmalıdır. Belə ki, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair iddiaçı tərəfindən əvvəlcə ilkin hesabatlar təqdim edilmişdir. Lakin həmin hesabatlarda yanlışlıqlara yol verildiyindən, 07 avqust 2018-ci ildə həmin dövrlər üçün dəqiqləşdirilmiş hesabatlar təqdim olunsa da, həmin hesabatlar qəbul edilməmiş və ilkin hesabat əsasında iddiaçıya yuxarıda qeyd edilən məbləğdə borc hesablanmışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlkin hesabatda təqdim edilmiş hesablamalarda səhvə yol verildiyindən o, həqiqətləri əks etdirmir və buna görə də iddiaçıya məcburi dövlət sosial sığorta haqları həmin rəqəmlər əsasında deyil, dəqiqləşmiş hesabatlar əsasında hesablanmalıdır. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində cavabdeh qismində DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi səhv olaraq göstərilmişdir. Belə ki, iddia tələbi DSMF-nin Lənkəran şəhər şöbəsinə qarşı sürülməlidir. Odur ki, 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin DSMF-nin Lənkəran şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2-1(086)- 2546/2018 saylı qərardadı ilə iş üzrə cavabdeh DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinin əsl cavabdeh DSMF-nin Lənkəran rayon şöbəsi ilə əvəz edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2-1(086)- 2546/2018 saylı qərarı ilə iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların DSMF-nin Lənkəran şəhər şöbəsi tərəfindən qəbul edilməsi və "xxxx" MMCnin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin DSMF-nin Lənkəran şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı mərhələsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti tərəfindən məhkəməyə vəsatət verilmiş və qanunvericilikdə baş vermiş dəyişikliklərlə əlaqədar olaraq sosial sığorta haqlarının toplanması, sosial sığorta iştirakçılarının uçotu, sığorta edənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatların qəbulu və s. bu kimi halların vergi orqanlarına həvalə edildiyini bildirilərək, iş üzrə cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti ilə əvəz edilməsi xahiş edilmiş, apellyasiya məhkəməsinin qərardadı ilə iş üzrə cavabdeh DSMF-nin Lənkəran şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti ilə əvəz edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2-1(106)-210/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2-1(086)-2546/2018 saylı qərarı dəyişdirilmiş, "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 noyabr 2019-cu il tarixli, 2-1(102)-2606/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Əhməd Hüseynov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2- 1(106)-210/2019 saylı qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2-1(106)-100/2020 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2-1(086)-2546/2018 saylı qərarı ləğv edilmiş, inzibati iş qərarın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlük şərtinin ödənilibödənilməməsinin yoxlanılması istiqamətində məhkəmə araşdırması aparılması, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(120)-619/2020 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X5 Lənkəran şəhər filialının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(120)-8/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(120)-8/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2021-ci il tarixli, 2-1(106)-401/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(120)-8/2021 saylı qərardadı ləğv edilmiş, inzibati işin mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X5 Lənkəran şəhər filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X5 7 saylı regional ərazi filialı ilə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X5 7 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 1 saylı X1 ilə əvəz olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(120)-319/2022 saylı qərarı ilə (sədrlik edən hakim Fehruz Abbasov) iddia təmin edilmiş, iddiaçı "xxxx" MMC tərəfindən 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübünə dair təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi və "xxxx" MMC-nin 2016-cı ilin 4 rübü, 2017-ci ilin 4 rübü və 2018-ci ilin 1-ci rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialı ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, müəssisə tərəfindən mübahisələndirilən dövrlər üzrə təqdim edilmiş dəqiqləşdirilmiş hesabatlara nəzər salınarsa həmin hesabatlardakı məbləğlərin 2016-cı, 2017-ci və 2018-ci ilin müvafiq və qalan dövrləri ilə müqayisədə kəskin fərqləndiyi görünür. Belə ki, təqdim edilmiş hesabatlarda işçi sayı 2016-cı ildə orta hesabla 422 nəfərə qarşı 86 nəfər, 2017-ci ildə 152 nəfərə qarşı 5 nəfər, o cümlədən 2017-ci ilin 4-cü rübünə münasibətdə 137 nəfərə qarşı 4 nəfər, 2018-ci ilin 1-ci rübündə 114 nəfər qarşı 4 nəfər göstərilmişdir. Bundan əlavə, müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesabatlarındakı məbləğlər məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilmiş ilkin hesabat sənədlərindəki məlumatlarla, demək olar ki, eynilik təşkil etmişdir. Göründüyü kimi, müəssisə tərəfindən ilkin hesabatlarla bağlı yanlışlığa yol verildiyi iddia edilsə də, həmin hesabatlarla bağlı təsdiqedici sənədlər müvafiq orqana təqdim edilməmiş və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi ilə əlaqədar həm də məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilən hesabatlarda dəqiqləşdirmələr cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilməmişdir. Digər tərəfdən də, dəqiqləşdirilmiş hesabatlar təqdim edilmədiyi təqdirdə və buna dair hər hansı bir mötəbər sübut olmadığı təqdirdə bu hesabatlar təqdim edilmiş hesab edilə bilməsi və vergi orqanının üzərinə müvafiq öhdəliyin qoyulması ümumiyyətlə anlaşılan deyildir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-319/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli, qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, 2016-cı ilin 1-ci rübündən 2018-ci ilin 1-ci rübü daxil olmaqla Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Sığorta” (Hesabat) altsistemində yer alan və iddia olunan dəqiqləşdirilmiş rüblük hesablardakı hesablanmış əməkhaqqı və işçi sayı barədə məlumatlar cədvəldə qeyd edilmişdir. Göründüyü kimi Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və hal-hazırda iddia etdiyi dəqiqləşdirilmiş hesabatlar arasında həm hesablanmış əmək haqqı, həm də işçi sayı baxımından böyük fərqlər mövcuddur. Əlavə olaraq bildirilir ki, iddia olunan dəqiqləşdirilmiş hesabatlar düzgün formada təqdim edilməmişdir. Belə ki, sığortaedən tərəfindən iddia olunan dəqiqləşdirilmiş hesabatlar 2017-ci və 2018-ci illər həmin dövr üçün qüvvədən düşmüş blanklarda tərtib edilmişdir. Digər tərəfdən, iddia olunan dəqiqləşdirilmiş hesabatlarda (9 rüb üçün) yalnız Forma B1 təqdim edilmiş, paralel olaraq Forma B3 əlavə edilməmişdir. Hesabatlar arasındakı məbləğ fərqi bilavasitə işçi sayının azalması səbəbindən yarandığına görə həmin dövrlər üçün dəqiqləşdirilmiş hesabat verilərsə, Forma B3 hesabatı, yəni həmin dövrlərdə Cəmiyyətədə çalışan sığortaolunanlar barədə məlumatlar mütləq olaraq təqdim olunmalıdır. Cəmiyyət tərəfindən təqdim edilmiş ilkin (qəbul edilən) hesabatlardan sonra həmin dövrdə Cəmiyyətdə çalışmış işçilərin bir qisminin məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər alması üçün sığortaedən tərəfindən həmin müavinətlərlə bağlı sənədlər MEİS-in “Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı” alt sisteminə daxil edilmişdir. Fond tərəfindən həmin müavinət sənədləri qanunvericiliyə uyğun olaraq emal edilərək təsdiq edilmiş və ödənişə göndərilmişdir. İddiada mübahisələndirilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları hesabına yalnız ödənişə göndərilən müavinət sənədlərinə baxış zamanı müəyyən edilmişdir ki, müvafiq dövrlərdə müəssisədə iddiaçının iddia etdiyindən daha çox sığortaolunan çalışmışdır. Belə ki, müəssisənin işçilərə müavinət təyin edən komissiyasının protokollarında, həmçinin xəstəlik vərəqələrində adları çəkilən əməkdaşlarına nəzər saldıqda: 1) 2016-cı ilin 2-ci rübündə 12 əməkdaş olması iddia edilsə də 13 əməkdaşın (M.Əbilov, G.Əliyeva, M.Piriyev, İ.Verdiyeva, P.Abaslı, A.Camalov, X.Sultanov, İ.Qurbanov, F.Talışxanov-komissiya üzvləri, A.Qafarov, E.Aslanov, Q.Hüseynov, V.Hüseynov-müavinət alanlar olmaqla); 2) 2016-cı ilin 4-cü rübündə 6 əməkdaş olması iddia edilsə də, 12 əməkdaşın (E.İsmixanov-direktor, M.Əbilov, G.Əliyeva S.Azməmmədova, A.Camalov, M.Cəfərov, Q.Hüseynov, İ.Qurbanov, F.Talışxanovkomissiya üzvləri, M.Süleymanov, Ş.Xəlilov, A.Şükürova-müavinət alanlar olmaqla); 3) 2017-ci ilin 4-cü rübündə 4 əməkdaş olması iddia edilsə də, 8 əməkdaşın (R.Cahangirov, A.Qasımov, G.Əliyeva-komissiya üzvləri, F.Rəhmanov, M.Eyvazov–müavinət alanlar, 3 yaşınadək uşağa qulluğa görə müavinət alan A.Şükürova, rüblük hesabata məsul şəxs E.İsmixanov, baş mühasib L.Şiriyeva olmaqla); 4) 2018-ci ilin 1-ci rübündə 4 əməkdaş olması iddia edilsə də, 6 əməkdaşın (R.Cahangirov, A.Qasımov, G.Əliyeva-komissiya üzvləri, R.Babayev–müavinət alan, rüblük hesabata məsul şəxs E.İsmixanov, baş mühasib L.Şiriyeva olmaqla) adları müvafiq sənədlərdə öz əksini tapmışdır. Təkcə bu faktlara və bununla bağlı təqdim olunan sübutedici sənədlərə nəzər saldıqda belə, təqdim edilən dəqiqləşdirilmiş hesabatların həqiqətə uyğun olmadığı aşkar görünür. Belə ki, müəssisədə işləməyən şəxslərin müəssisədə komissiya üzvü olması, hər hansı rəsmi sənədi imzalaması, müəssisə adından təqdim etməsi, təbii ki, mümkün deyildir. Əlavə olaraq 4-7 sığortaolunanın çalışdığı müəssisədə müavinət təyin edən komissiyanın 5 üzvünün olması faktı belə sual yaradır. Yuxarıda adları çəkilən sığortaolunanlar fəhlə, operator köməkçisi, avtotəmir ustası, yük maşını sürücüsü, anbardar, laborant, İT mütəxəssisi, İR üzrə mütəxəssis, ayrı-ayrılıqda baş mühasib və maliyyə departamentinin müdiri kimi vəzifələrdə çalışırlar. Bu cəhətdən də, faktiki istehsal qabiliyyəti olmayan bir müəssisədə bu vəzifələr üzrə işçilərin çalışması reallığa uyğun olmayan, diqqət yetirilməli bir məqamdır. Qeyd olunan məsələlərin ciddi araşdırılmasını, həmçinin bu məqsədlə məhkəmədən hesabatlarda göstərilən sığortaolunanların həmin dövrlərdə həqiqətən Cəmiyyətdə çalışmasının dəqiqləşdirilməsi, əmək müqavilələrinin qüvvədə olub-olmamasının öyrənilməsi üçün X2 sorğu verilməsini zəruri hesab edərək birinci instansiya məhkəməsinə müraciət edilsə də, bu xahiş əsaslandırılmadan təmin edilməmişdir. Birinci instansiya məhkəməsi proses iştirakçılarının təqdim etdim etdikləri sübutları və işdə olan digər materialları tam, obyektiv araşdırmadan əsassız olaraq qərar qəbul etmişdir. Ümumiyyətlə sosial sığorta ödəmələrinin (müavinətlərin) hesablanması və ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də göstərilən qaydada həyata keçirilir. Əsasnamənin 119cu bəndinə əsasən, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Göründüyü kimi, müavinət təyin olunması üçün qanunvericiliyə uyğun olaraq haqq-hesab cədvəlləri və digər sənədləri müəssisənin (baş) mühasibi MEİS-in “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə daxil etməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2018-ci il 30 noyabr tarixli, 1360-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli Fərmanının 4.4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məcburi dövlət sosial sığorta üzrə hesabatları və dəqiqləşdirilmiş hesabatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 20.8-ci maddəsinə əsasən həyata keçirir. Həmin Qaydaların 8.20.9.4-cü maddəsinə əsasən, dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış sığorta haqlarına azalmalar vermiş sığortaedənlər üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, 8.20.9.7-ci maddəsinə uyğun olaraq hesabata əlavə olunmalı sənədlərin sığortaedən tərəfindən təqdim edilib-edilməməsinin araşdırılması, 8.20.9.8.3-cü maddəsinə əsasən isə əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatların təhlili üsulu ilə sığorta haqlarına təsir edən məlumatların araşdırılması məqsədilə kameral yoxlamalar həyata keçirilir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-319/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2-1(106)-6/2023 saylı qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(120)-319/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialı ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1087/2023 saylı qərarı ilə cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2-1(106)-6/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətlərinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07 sentyabr 2023cü il tarixli, 2-1(102)-1087/2023 saylı qərarında öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin əsasında iddiaçı tərəfindən texniki səhvlərə yol verildiyi üçün məcburi dövlət sosial sığorta haqqının düzgün hesablanmaması dayanır. İddiaçı tələbini müəssisənin fəaliyyəti ilə əlaqədar işçi sayının texniki səhv nəticəsində daha çox göstərilməsi ilə əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, istər cavabdehin, istərsə də, üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri onlar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinə münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edərkən gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, kassasiya şikayətlərinin əsasını təşkil edən dəlillərə əsasən: 1) iddia olunan dəqiqləşdirilmiş hesabatlardan yalnız Forma B1 təqdim edilmiş, paralel olaraq Cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumatların əks olunduğu Forma B3 əlavə edilməmişdir; 2) müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesabatlarındakı məbləğlərin məcburi dövlət sosial sığorta haqları üzrə təqdim edilmiş ilkin hesabat sənədlərindəki məlumatlarla demək olar ki, eynilik təşkil etməsi araşdırılmamışdır; 3) sığortaedən tərəfindən iddia olunan dəqiqləşdirilmiş hesabatlar 2017-ci və 2018-ci illər dövrü üçün qüvvədən düşmüş blanklarda tərtib edilmişdir; 4) cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlar və hal-hazırda iddia etdiyi dəqiqləşdirilmiş hesabatlar arasında həm hesablanmış əmək haqqı, həm də işçi sayı baxımından böyük fərqlər mövcuddur. Kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Belə ki, işin müəyyən edilən hallarına əsasən hazırkı mübahisə iddiaçının işçi sayının hesabatlarda səhv göstərilməsi nəticəsində yaranmış, iddiaçı təqdim edilən ilkin hesabatlarda işçi sayının səhv göstərildiyini iddia edərək dəqiqləşdirilmiş hesabatlar vermişdir. İlkin və dəqiqləşdirilmiş hesabatların müqayisəli təhlilindən görünür ki, iddiaçı dəqiqləşdirilmiş hesabatlarda işçi sayını 2016-cı ilin İİ rübü üzrə 322-dən 12-yə, 2016-cı ilin İİİ rübü üzrə 289-dan 9-a, 2016-cı ilin İV rübü üzrə 191-dən 6-ya, 2017-ci ilin İ rübü üzrə 175-dən 7-yə, 2017-ci ilin İİ rübü üzrə 150-dən 5-ə, 2017-ci ilin İİİ rübü üzrə 144-dən 4-ə, 2017-ci ilin İV rübü üzrə 135-dən 4-ə, 2018-ci ilin İ rübü üzrə 116-dan 4-ə azaltmışdır. Lakin iddiaçı tərəfindən işçi sayının azaldılması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, birinci və apellyasiya instansiyası məhkəmələri də bununla bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Nəzərə almaq lazımdır ki, işçi sayının azaldılması sadəcə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə təsir etmir, eyni zamanda ödəmə mənbəyindən tutulan vergilərə və işçilərə ödənilmiş əmək haqqının məbləğinə də təsir edir. Ona görə də, hazırkı iddia tələbinin mahiyyəti üzrə həllinə daha kompleks yanaşma tətbiq edilməlidir. İddiaçının mübahisələndirdiyi dövr üzrə təqdim etdiyi dəqiqləşmiş hesabatlardakı işçi sayı ilə ilkin hesabatlardakı işçi sayının kəskin şəkildə fərqlənməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu halı tam və hərtərəfli araşdırmamış, işçi sayının azalması ilə bağlı mötəbər sübutların əldə edilməsi ilə bağlı müvafiq araşdırma aparmamışdır. Kassasiya şikayətlərinin dəlillərində də qeyd olunduğu kimi iddiaçı dəqiqləşdirilmiş hesabatlarına Cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumatların əks olunduğu Forma B3 əlavə etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslarının müəyyən edilməsi ilə bağlı əvvəllər cəmiyyətdə çalışmış, mübahisələndirilən dövrdə isə işləmədiyi iddia olunan işçilərin əmək müqaviləsinin müddətinin bitməsi və ya əmək müqaviləsinə xitam verilməsi, yaxud da hər hansı digər səbəbdən işdən çıxması ilə bağlı mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş hesabatlarda hər rüb üzrə ən azı 100-dən çox işçi sayının fərqləndirilməsinin sadəcə texniki səhv olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Belə ki, məhkəmə istinad etdiyi sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməli, eləcə də, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə araşdırmağa borclu olduğu halda bunu etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1-ci, 58.7-ci, 82-ci və 87.8-ci maddələrinin tələblərinə riayət olunmadan qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – mübahisələndirilən dövrlər üzrə iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş hesabatlarda işçi sayının ilkin hesabatlarla müqayisədə əhəmiyyətli dərəcə azalmasının səbəbləri tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, cəmiyyətdə çalışmış işçilərin mübahisələndirilən dövrlərdə işdən çıxmasına dair mötəbər sübutlar əldə edilməli, yalnız bundan sonra iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, onun təmin olunmasını, Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2- 1(120)-319/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" MMC və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışlar. İddiaçının nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM-in) 62-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyasının 08 may 2019cu il tarixli, **********008600 qeydiyyat nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydalara əsasən: 8.20. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə hesabatlar və arayışlar 8.20.1. Hesabatlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə müvafiq olaraq sığortaedən tərəfindən təqdim edilir. 8.20.2. Hesabatlar hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir. 8.20.3. Sığortaedən hesabat dövründə fəaliyyət göstərmədiyi halda vergi orqanına hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim edir. 80.20.4. Məcburi dövlət sosial sığorta haqqı ödənişləri muzdlu işdən əldə edilən gəlirlərdən və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən ibarət olmaqla 2 hissəyə ayrılır və həmin gəlirlər üzrə sığorta haqqı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş dərəcələrlə ödənilir. 8.20.5. Məcburi dövlət sosial sığorta haqqı üzrə rüblük hesabat 2 bölmədən ibarətdir: 8.20.5.1. “Sığortaedən haqqında məlumatlar” bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki sığortaedənin uçot nömrəsi (SUN), Sosial sığorta nömrəsi (SSN), məcburi dövlət sosial sığorta haqqı üçün fəaliyyət növünün kodu, hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur; 8.20.5.2. “Məcburi dövlət sosial sığortası üzrə məlumat” bölməsində hesabat dövrünün əvvəlinə borc, işçilərin sayı, əmək haqqı və gəlirlər, hesablanmış və ödənilmiş sığorta haqları, DSMF-dən alınmış məlumatlar, hesabat dövründə qanunvericiliklə silinmiş borc, hesabat dövrünün sonuna borc, məcburi dövlət sosial sığorta haqqı üzrə bölüşdürüləcək borc, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslər və ya ailə kəndli təsərrüfatı haqqında məlumat və digər məlumatlar əks olunur. 8.20.6. İşsizlikdən sığorta haqqı üzrə rüblük hesabat 3 bölmədən ibarətdir: 8.20.6.1. “Sığortaedən haqqında məlumatlar” bölməsində sığortaedənin adı və VÖEN-i, DSMF-dəki uçot nömrəsi (SUN), hesabatın statusu, dövrü və digər məlumatlar əks olunur; 8.20.6.2. “İşsizlikdən sığorta üzrə məlumat” bölməsində işsizlikdən sığorta haqqında cəlb olunan əməyin ödənişi fondu, hesabat dövrünün əvvəlinə qalıq, hesablanmış, ödənilmiş, geri alınmış, silinmiş və dondurulmuş sığorta haqları və digər məlumatlar əks olunur; 8.20.6.3. “İşsizlikdən sığorta haqqı üzrə bölüşdürüləcək məbləğ və sığortaolunanlar barədə məlumat” bölməsində işsizlikdən sığortaya cəlb olunan gəlirlər, ödənilmiş işsizlikdən sığorta haqqı, işçilərin sayı və digər məlumatlar əks olunur. 8.20.7. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqının düzgün hesablanmasına nəzarəti vergi orqanları həyata keçirirlər. Vergi orqanları bu nəzarəti sığortaedənlərin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla və Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. 8.20.8. Sığortaedənlər tərəfindən təqdim olunmuş hesabatlar AVİS tərəfindən elektron qaydada uyğunsuzluqdan keçirilir. 8.20.9. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə risklərin müəyyən edilməsi zamanı bu Qaydalarla müəyyən edilən, lakin bunlarla məhdudlaşmayan aşağıdakı risk meyarları nəzərə alınmaqla AVİS-dən kənar qaydada kameral yoxlamalar aparılır: 8.20.9.1. Vergi ödəyicisi üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə əlavə hesablama aparıldıqda, yaxud işçi sayı, əmək haqqı məbləğləri ilə bağlı mənbəyi bəlli məlumatlar, eləcə də digər bəyannamələr ilə çarpaz təhlillər zamanı kənarlaşma aşkar edildikdə sığortaedənə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə də sığorta haqları hesablanması; 8.20.9.2. Vergi ödəyicilərinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə güzəşt hüququnun əldə edib-etməməsinin araşdırılması məqsədilə onların Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq neft-qaz, dövlət və qeyri-dövlət sektorunda fəaliyyət göstərib-göstərməməsinin araşdırılması; 8.20.9.3. Vergi ödəyicilərinin fəaliyyət xüsusiyyətinə müvafiq olaraq güzəşt hüququ əldə etmək hüququnun olmadığı müəyyən edildiyi təqdirdə vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesablamaların aparılması; 8.20.9.4. Dəqiqləşdirilmiş hesabatlar təqdim etməklə hesablanmış sığorta haqlarına azalmalar vermiş sığortaedənlər üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi; 8.20.9.5. Əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlar ilə yoxlanılan hesabatlar göstəricilərinin müqayisəli təhlili; 8.20.9.6. Dövriyyəsi olub işçi sayı və əmək haqqı məbləği göstərməyən sığortaedənlərin araşdırılması; 8.20.9.7. Hesabata əlavə olunmalı sənədlərin sığortaedən tərəfindən təqdim edilibedilməməsinin araşdırılması; 8.20.9.8. Sığortaedənin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə sığorta haqlarına təsir edən aşağıdakı məlumatların araşdırılması: 8.20.9.8.1. Maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatların təhlili; 8.20.9.8.2. Dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatların təhlili; 8.20.9.8.3. Əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatların təhlili; 8.20.9.8.4. Digər səlahiyyətli orqanlardan alınan məlumatların təhlili; 8.20.9.8.5. Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İPM-in 87.5-ci maddəsinə əsasən, şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İPM-in 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Hazırkı işin hallarından görünür ki, iddia tələbinin əsasında iddiaçı tərəfindən təqdim olunmuş ilkin hesabatlarda işçilərin sayı ilə əlaqədar texniki səhvlərə yol verilməsi və buna görə də məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmaması dayanır. İddiaçı tələbini müəssisənin fəaliyyəti ilə əlaqədar işçi sayının texniki səhv nəticəsində daha çox göstərilməsi ilə əsaslandırır. Göründüyü kimi, iddiaçının hüquqi marağı mübahisələndirilən dövrlər üzrə dəqiqləşdirilmiş hesabatların qəbul edilərək məcburi dövlət sosial sığorta haqlarının həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanmasına yönəlmişdir. Hazırkı iddiaya mahiyyəti üzrə baxan Şirvan İnzibati Məhkəməsi 14 iyun 2022-ci il tarixli qərarı ilə iddia tələbini təmin etmişdir. Həmin qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Hazırda apellyasiya şikayətlərinə baxan məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin 07 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1087/2023 saylı qərarında əks olunan hüquqi mövqe də nəzərə alınmaqla apellyasiya şikayətlərinin dəlilləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edərkən gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarında İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin müəyyən edilən hallarına əsasən hazırkı mübahisə iddiaçının işçi sayının hesabatlarda səhv göstərilməsi nəticəsində yaranmış, iddiaçı təqdim edilən ilkin hesabatlarda işçi sayının səhv göstərildiyini iddia edərək dəqiqləşdirilmiş hesabatlar vermişdir. İlkin və dəqiqləşdirilmiş hesabatların müqayisəli təhlilindən görünür ki, iddiaçı dəqiqləşdirilmiş hesabatlarda işçi sayını 2016-cı ilin İİ rübü üzrə 322-dən 12-yə, 2016-cı ilin İİİ rübü üzrə 289-dan 9-a, 2016-cı ilin İV rübü üzrə 191-dən 6-ya, 2017-ci ilin İ rübü üzrə 175-dən 7-yə, 2017-ci ilin İİ rübü üzrə 150-dən 5-ə, 2017-ci ilin İİİ rübü üzrə 144-dən 4-ə, 2017-ci ilin İV rübü üzrə 135-dən 4-ə, 2018-ci ilin İ rübü üzrə 116-dan 4-ə azaltmışdır. Hazırda iddia tələbinin təmin edilməsi üçün iddiaçı tərəfindən işçi sayının azaldılması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməli olsa da, o, bunu etməmişdir. İddiaçının mübahisələndirdiyi dövr üzrə təqdim etdiyi dəqiqləşdirilmiş hesabatlardakı işçi sayı ilə ilkin hesabatlardakı işçi sayının kəskin şəkildə fərqlənməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu halı tam və hərtərəfli araşdırmamış, işçi sayının azalması ilə bağlı mötəbər sübutların əldə edilməsi ilə bağlı müvafiq araşdırma aparmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı dəqiqləşdirilmiş hesabatlarına Cəmiyyətdə çalışan sığortaolunanlar barədə məlumatların əks olunduğu Forma B3 əlavə etməmişdir. Eyni zamanda, iddia tələbinin əsaslarının müəyyən edilməsi ilə bağlı əvvəllər cəmiyyətdə çalışmış, mübahisələndirilən dövrdə isə işləmədiyi iddia olunan işçilərin əmək müqaviləsinin müddətinin bitməsi və ya əmək müqaviləsinə xitam verilməsi, yaxud da hər hansı digər səbəbdən işdən çıxması ilə bağlı mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən də təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı "xxxx" MMC-yə 30 dekabr 2023-cü il, 09 fevral 2024-cü il, 29 aprel 2024-cü il və 30 aprel 2024-cü il tarixli sorğular verilmiş, iddiaçıdan qeyd olunan hesabat dövrlərində "xxxx" MMC-də çalışan sığortaolunanlar barədə məlumatların əks olunduğu Forma B3 sənədinin, həmçinin, əvvəllər "xxxx" MMC-də çalışmış, mübahisələndirilən dövrdə isə işləmədiyi iddia olunan işçilərin əmək müqaviləsinin müddətinin bitməsi və ya əmək müqaviləsinə xitam verilməsi, yaxud da hər hansı digər səbəbdən işdən çıxması ilə bağlı mötəbər sübutların ən qısa müddət ərzində Şirvan Apellyasiya Məhkəməsinə təqdim olunması xahiş edilmişdir. İddiaçının vəkili Vəkil1 06 fevral 2024-cü ildə və 01 iyul 2024-cü ildə ərizə verərək bildirmişdir ki, hazırda müəssisənin fəaliyyətinin dayanması səbəbindən tələb olunan sənədlərin qısa zamanda təqdim edilməsi imkanı xaricindədir və əgər iş üzrə audit təyin edilərsə, həmin sənədləri çalışıb auditə təqdim edəcəklər. İPM-in 12.4-cü maddəsinə əsasən, proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Göründüyü kimi, iddiaçı sübutların təqdim olunmasına dair məhkəmənin sorğularını icra etməmiş, sənədləri təqdim etməyin müəssisənin imkanı xaricində olduğunu bildirmiş, buna baxmayaraq, audit təyin edilərsə, həmin sənədləri təqdim edə biləcəklərini qeyd etmişdir. Bu isə onu göstərir ki, iddiaçı tələb olunan sənədləri məhkəmədən gizlətməyə çalışır. Bundan sonra, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə mübahisələndirilən hesabat dövrlərində iddiaçı müəssisənin neçə işçisinin olması və həmin vaxt qüvvədə olan əmək müqavilələrinin sayı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə sorğu ünvanlanmış, sorğuda aşağıdakı məlumat və sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etmişdir: 1) Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində elektron qaydada qeydiyyatına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2016-cı ilin İİ, İİİ və İV rübündə (hər bir rüb üzrə ayrı-ayrılıqda göstərilməklə) neçə işçisi olmuşdur? (həmin vaxt qüvvədə olan əmək müqavilələrinin sayı). 2) Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində elektron qaydada qeydiyyatına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2017-ci ilin İ, İİ, İİİ və İV rübündə (hər bir rüb üzrə ayrı-ayrılıqda göstərilməklə) neçə işçisi olmuşdur? (həmin vaxt qüvvədə olan əmək müqavilələrinin sayı). 3) Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində elektron qaydada qeydiyyatına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2018-ci ilin İ rübündə neçə işçisi olmuşdur? (həmin vaxt qüvvədə olan əmək müqavilələrinin sayı). Həmin sorğuya X3 Xidmətinin 24 iyul 2024-cü il tarixli məktubu ilə cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, “Əmək və məşğulluq” altsistemində 2016-cı ilin İİ rübü ərzində 367 nəfər, İİİ rübü ərzində 327 nəfər, İV rübü ərzində 213 nəfər, 2017-ci ilin İ rübü ərzində 186 nəfər, İİ rübü ərzində 172 nəfər, İİİ rübü ərzində 158 nəfər, İV rübü ərzində 142 nəfər, 2018-ci il ərzində isə 128 nəfər qüvvədə olan əmək müqaviləsi bildirişləri mövcud olmuşdur. Məktuba həm də "xxxx" MMC tərəfindən müvafiq dövrlər ərzində “Əmək və məşğulluq” altsisteminə daxil olunmuş əmək müqaviləsi bildirişləri barədə məlumatları əks etdirən CD-disk əlavə olunmuşdur. X3 Xidmətinin cavab məktubundan aydın olur ki, mübahisələndirilən dövrlər üzrə nəinki dəqiqləşdirilmiş hesabatlarda, hətta ilkin hesabatlarda da göstərilmiş işçi sayı iddiaçıda çalışan və əmək müqaviləsinin qüvvədə olduğu işçilərin həqiqi sayından aşağı göstərilmişdir. Belə ki, 2016-cı ilin İİ rübü üzrə ilkin hesabatda işçi sayını iddiaçı 322 göstərsə də, əslində 367 nəfər işçisi olmuş, 2016-cı İİİ rübü üzrə ilkin hesabatda işçi sayını 289 göstərsə də, əslində 327 nəfər işçisi olmuş, 2016-cı ilin İV rübü üzrə ilkin hesabatda işçi sayını 191 göstərsə də, əslində 213 nəfər işçisi olmuş, 2017-ci ilin İ rübü üzrə işçini sayını 175 göstərsə də, əslində 186 nəfər işçisi olmuş, 2017-ci ilin İİ rübü üzrə işçi sayını 150 göstərsə də, əslində 172 nəfər işçisi olmuş, 2017-ci ilin İİİ rübü üzrə işçi sayını 144 göstərsə də, əslində 158 nəfər işçisi olmuş, 2017-ci ilin İV rübü üzrə işçi sayını 135 göstərsə də, əslində 142 nəfər işçisi olmuş, 2018-ci ilin İ rübü üzrə işçi sayını 116 göstərsə də, əslində 128 nəfər işçisi olmuş və onların hər birinin qüvvədə olan əmək müqaviləsi bildirişi mövcud olmuşdur. Bunlar isə onu göstərir ki, nəinki dəqiqləşdirilmiş hesabatlar, eləcə də, ilkin hesabatlar həqiqətə uyğun olmamış, iddiaçı işçi sayında yanlışlığa yol verərək, işçi sayını olduğundan daha az göstərməyə çalışmışdır. Mübahisələndirilən dövrlərdə qüvvədə olan əmək müqaviləsi bildirişlərinin sayı onu göstərir ki, iddiaçının təqdim etmiş olduğu dəqiqləşdirilmiş hesabatlar həqiqəti əks etdirmir. Ona görə də həmin hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, iddiaçı öz tələbini təsdiq edən sübutları təqdim etməkdən yayındığından və hər hansı mötəbər sübut təqdim etmədiyindən, məhkəmə tərəfindən ünvanlanmış sorğuları icra etmədiyindən, X3 Xidmətindən əldə olunmuş mübahisələndirilən dövrlərdə iddiaçı müəssisədə çalışan işçilərin və qüvvədə olan əmək müqaviləsi bildirişlərinin sayı nəinki dəqiqləşdirilmiş hesabatlardakı işçilərin sayından, hətta ilkin hesabatlardakı işçilərin sayından da çox olduğundan, iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İPM-in 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Yuxarıda göstərilənlərə və İPM-nin 81-ci, 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(120)-319/2022 saylı qərarı ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “hesabatların qəbul edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə borclarının dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar