Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-123/2025 03.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1079/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İşin halları: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X4rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı il tarixdə Rusiya Federasiyasının dövlət ali təhsil müəssisəsi olan “X2 Universitetinin” (MAMİ) 080507- menecment (təşkilatın idarəetməsi) ixtisası üzrə bakalavr dərəcəsi üzrə 2010-2016-cı illərdə ali təhsil almış və ali təhsilini bakalavr dərəcəsi ilə 2016-cı ildə bitirmişdir. Bununla bağlı ali təhsilin bakalavr dərəcəsini təsdiq edən xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi-83269 olan diplom verilmişdir. Diplomda, həmçinin təhsil müəssisəsinə qəbul olarkən təhsilin formasıdistant texnologiyaların istifadəsi ilə qiyabi forması müəyyən edilmişdir. Bu iddia ərizələrinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi bakalavr dərəcəsi üzrə təhsilin formasının distant formada almışdır. Yuxarıda qeyd edilən diplomununxarici dövlətin ali təhsilə aid kvalifkasiyasının tanınmasına dair cavabdeh TKTA-ya müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının (diplomunun) tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarmın tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifkasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifkasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”. Göründüyü kimi, cavabdeh iddiaçının təhsilinin qiyabi formada almasına istinad edərək, iddiaçının 180-240 saat ərzində təhsil müəssisəsində fiziki olmamasını əsas gətirmişdir. Halbuki, ali təhsil sənədindən və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının təhsil alma forması- distant qiyabi formada təhsil formasıdır. Təhsilin həmin distant forması olmasını nəzərə almamışdır. Bu səbəbdən də, cavabdehin imtinaya dair qərarı əsassızdır. Ali təhsilin distant forması həm RF təhsil haqqında qanunvericiliyi həm də Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit edilmişdir. Belə ki, “Təhsil haqqında” Qanunun 13.1-cu maddəsi təhsilalma formalarını müəyyən etmiş- 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Göründüyü kimi, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Distant təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil dövrün texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir. Distant (məsafədən) təhsilin anlayışı baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “distant” (məsafədən) təhsil forması ilə uzlaşdığı qəbul edilməlidir. Beləliklə, iddiaçının hazırkı məzmunda tələbinə “Təhsil haqqında” Qanunun 13.1, 13.1.3-cü maddələri (distant /məsafədən/ təhsilalma forması) tətbiq edilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Rusiya Federasiyası X2 Universitetinin 080507menecment (təşkilatın idarəetməsi) (menecment orqanizaçii) ixtisası üzrə bakalavr dərəcəsini təsdiq edən xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi-83269 olan diplomun ekvivalentliyinin müəyyən edilməsi (tanınması) barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1079/2024 saylı qərarı ilə (Hilal Nəcəfov) iddia təmin olunmamışdur. İİ. Apellyasiya şikayətinin dəlilləri: Şirvan İnzibati Məhkəməsi təqdim edilmiş sübutlar və sorğular haqqında mövqe bildirməmiş və iddia tələbini təmin etməmişdir. İddia tələbi ondan ibarətdir ki, 2016-cı il tarixdə Rusiya Federasiyasının dövlət ali təhsil müəssisəsi olan “X2 Universitetinin” (MAMİ) 080507-menecment (təşkilatın idarəetməsi) (menecment orqanizaçii) ixtisası üzrə bakalavr dərəcəsi üzrə 2010-2016-cı illərdə ali təhsil almış və ali təhsilini bakalavr dərəcəsi ilə 2016-cı ildə bitirmişdir. Bununla bağlı ali təhsilin bakalavr dərəcəsini təsdiq edən xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi 83269 olan diplom verilmişdir. Diplomda, həmçinin təhsil müəssisəsinə qəbul olarkən təhsilin forması- distant texnologiyaların istifadəsi ilə qiyabi forması müəyyən edilmişdir. Bu iddia ərizələrinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi bakalavr dərəcəsi üzrə təhsilin forması distant formada olmuşdır. Yuxarıda qeyd edilən diplomun xarici dövlətin ali təhsilə aid kvalifkasiyasının tanınmasıyla bağlı cavabdeh TKTA-ya müraciət edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli Qərarı ilə xarici ali təhsilə dair kvalifikasiyasının (diplomunun) tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifkasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifkasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”. Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) Göründüyü kimi, cavabdeh təhsil formasının qiyabi formada almasına istinad edərək, 180-240 saat ərzində təhsil müəssisəsində fiziki olmamanı əsas gətirmişdir. Halbu ki, ali təhsil sənədindən və təqdim edilmiş sənədlərdən görünür ki, təhsil alma formasıdistant qiyabi formada təhsil formasıdır və onun fiziki formada universitetdə olması ilə bağlı təhsil müəssəsi tərəfindən tələb olmamışdır. Səbəbi isə təhsil formasının belə bir məcburiyyətinin olmamasıdır. Ancaq məhkəməyə təqdim etdiyim təhsil müəssəsi tərəfindən təqdim edilmiş sorğuların cavablarından aydın şəkildə görünür ki fiziki formada təhsil müəssəsində olmasa belə bütün imtahanlar online şəkildə onun iştirakı ilə tam şəkildə verilmiş və nəticədə diplom təqdim edilmişdir. Cavabdeh təhsilin həmin distant forması olmasını nəzərə almamışdır. Bu səbəbdən də, cavabdehin imtinaya dair qərarı əsassızdır. Ali təhsilin distant forması həm RF təhsil haqqında qanunvericiliyi, həm də Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit edilmişdir. Belə ki, “Təhsil haqqında” Qanunun 13.1-ci maddəsi təhsil alma formalarını müəyyən etmiş- 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Göründüyü kimi, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Distant təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil dövrün texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir. Distant (məsafədən) təhsilin anlayışı baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “distant” (məsafədən) təhsil forması ilə uzlaşdığı qəbul edilməlidir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş təhsil müəssəsi tərəfindən təqdim edilmiş sorğulardan və təhsil müəssəsinin təhsilin nəticəsi olaraq təqdim etdiyi təhsil sənədinin həqiqiliyini təsdiq edən apostil möhürü ilə leqallaşdırılması onun təhsil yükünü tam ödədiyi və bunun nəticəsində ali təhsil haqqında sənədin verilməsini təsdiq etmişdir. Məhkəmənin iclaslarda iştirak etməməsi və məhkəməni məlumatlandırmadığı haqqındakı fikir də həqiqəti əks etdirmir. İddiaçı olaraq hazırlıq iclasında iştirak etmiş və iclaslara gəlmədiyi zamanlarda da ərizə ilə bunu məhkəməyə bildirmişdir. Ancaq cavabdeh isə heç bir iclasda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı 8.11.2023-cü il tarixli, 3-38-33/2-4351/23 nömrəli məktubunda xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmaması barədə əsaslandırma etmişdir. Buna cavab olaraq bildirir ki, sərhədkeçmə haqqında məlumatın olmaması əslində təbiidir və belə olması təəccüblü deyil. Çünki təhsil formasının səciyyəvi xüsusiyyəti onu digər təhsil formalarından fərqi fiziki iştirakın olmasına ehtiyacın olmamasıdır. Təkrar bildirir ki, təhsil aldığı müddətdə təhsil müəssisəsi ona hökmən universitetdə olmaq barədə tələb bildirməmişdir, çünki təhsil forması bu formadadır. Təqdim etdiyim sorğularda imtahanlarda həqiqətən online formada iştirakı və tədris yükünü ödədiyi sübut edilmişdir. Əgər onun təhsil müəssəsində olma barədə məcburiyəti olsa idi, o, fiziki formada dərslərdə iştirak edərdi. Onun distant formada aldğı təhsil bu halların qanuni bir hal olduğunu əks etdirir. Məhkəmənin distant deyil qiyabi formada olduğu barədəki fikri ilə də razılaşmır, çünki Rusiya Federasiyasısnın təhsil haqqında qanununda bildirlir ki, distant təhsil forması diplomda qeyd olunarkən əsas təhsil formaları ilə birgə qeyd olunmalıdır, yəniki diplomlarda yalnız distant təhsil yazılması mümkün deyildir. Ona görədə RF qanunlarına uyğun olaraq qiyabi – distant olaraq qeyd edilmişdir və RF təhsil haqında qanununda ümumuiyyətlə təhsil formasını qeyd etməmək kimi bir yanaşmasıda möcvuddur. Yəni ki, diplomun sonunda təhsil forması qeyd edilməsə belə bu təhsilin etibarsız olması demək deyil. Bir daha vurğulayır ki, diplomda qiyabi – distant formada edilən qeyd distant təhsil deməkdir və RF təhsil haqqında qanunları çərçivəsində bu formada qeyd olunmalıdır və distant formada təhsil olduğu üçün təhsil müəssəsi fiziki olmaq barədə tələbdə olmamışdır. Təhsil haqqında sənədin apostil ilə tam leqallaşdırıldığnı, təhsil müəssəsindən verilən sorğuları və nəticədə təhsil yükünü tam ödədiyi üçün ona təqdim edilən ali təhsil haqqında sənəddə qeyd edilən distant formada təhsil aldığını və universitetdə fiziki olma məcburiyyətinin olmadığını nəzərə alaraq Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1079/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı və cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, işin hallarına əsasən məhkəmə apellyasiya baxışını iddiaçının və cavabdehin nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin istinad olunmuş maddələrində qeyd olunmuşdur; -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: -13.1.1. əyani; -13.1.2. qiyabi; -13.1.3. distant (məsafədən); -13.1.4. sərbəst (eksternat). Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”. 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları; 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: -təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; -Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: -xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; -təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); -xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. V. Apellyasiya instansiyasının məhkəmə icraatı: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, iddia tələbinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: Məhkəmə qeyd edir ki, xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi həm də təhsilin formasının Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğunluğun yoxlanılmasıdır. Yuxarıda istinad edilən normativ aktların müddəalarından göründüyü kimi “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda əyani-qiyabi təhsilalma forması bilavasitə qanunvericilikdə təsbit olunmamışdır. Eyni zamanda qanunvericilikdə əyani- qiyabi formada təhsil formasının ölkə ərazisində qanunla yol verilən təhsil formalarından birinə - əyani forma və ya qiyabi formaya uyğunlaşdırılması ilə bağlı da normativ əsas müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, tədris forması didaktik kateqoriya kimi təhsil prosesinin təşkilinin xarici tərəfini əks etdirir. Bu, təlimin məqsədlərindən, məzmunundan, metod və vasitələrindən, maddi şəraitdən, təhsil prosesinin iştirakçılarının tərkibindən və onun digər elementlərindən asılıdır. Qeyd olunmalıdır ki, bir çox ölkələrdə təhsil formalarının növləri fərqlidir. Belə ki, Rusiya Federasiyanın Təhsil haqqında Qanunun 17-ci maddəsində təhsil müəssisələrində əyaniqiyabi təhsilalma forması nəzərdə tutulmuşdur. Buna baxmayaraq qeyd olunmalıdır ki, hər nə qədər də bu növ təhsilalma forması digər xarici ölkələrdə (iddiaçının bakalavr təhsil aldığı Rusiya Federasiyasında) müəyyən olunsa da, Azərbaycan Respublikasında təhsil hüququnu tənzimləyən qanunvericilikdə əyani-qiyabi təhsilalma forması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir. Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İş materiallarından da aydın olur ki, iddiaçı Rusiya Federasiyasında təhsil aldığı 2010- 2016-cı illərdə xarici ölkə ərazisində ümumiyyətlə olmamışdır. Deməli, o, tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-38-33/2- 4351/23 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, distant təhsil almış, mənimsəmə üzrə imtahanları internet üzərindən yerinə yetirmiş, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlməyə zərurət olmamışdır, ona görə də iddiaçının dərs və imtahanlarda distant iştirakı yetərli hesab edilməlidir. İddiaçının təhsil aldığı universitet tərəfindən verilmiş məktubda da göstərilmişdir ki, universitet təhsilin həyata keçirilməsi üçün müxtəlif təhsil texnologiyalarından, o cümlədən distant təhsil texnologiyalarından və elektron təhsil proqramlarından istifadə edib. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı tərəfindən sözügedən tələblərə riayət olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsasslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1079/2024 saylı qərarı dəyişirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-123/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-123/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver