Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-189/2024 15.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h saylı əmrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə qəbul edimiş Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2883/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin komandirinin onun hərbi xidmətdən tərxis edilməyi barədə N may N-ci il tarixli, 125 saylı əmrin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Ağcabədi rayonu olduğunu, Ağcabədi rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-4477/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1455/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, 125 nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. Qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər O.N.İsmayılov və S.F.Həsənovdan ibarət tərkibdə) 22 fevral 2023-cü il tarixli, 2- 1(106)-91/2023 saylı qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-1455/2022 nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi "üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə” vəsatətlə məhkəməyə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1455/2022 nömrəli qərarının ləğv edilməsi və üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilərək iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1455/2022 nömrəli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı "əmrin ləğvi edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilməsi qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h saylı əmrinin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-2016-cı illərdə N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub bir qədər istirahət etdikdən sonra xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluğa qəbul olunmuş və xx.xx.N-ci il tarixədək həmin hərbi hissədə qulluq keçmişdir. Hərbi qulluq keçdiyi müddətdə qulluqkeçmə ilə əlaqədar qüvvədə olan normativ sənədlərin, komandanlığın əmrlərinin və birbaşa komandirinin göstərişlərinin tələblərinə mütəmadi əməl etmişdir. 02 may N-ci il tarixdə digər iki nəfər iş yoldaşları ilə bərabər, onlardan birinə məxsus şəxsi minik avtomaşınında iş yerlərinə-Mərdəkan qəsəbəsində "Mayak dənizi”nə gedərkən avtomaşının radiomaqnitolasında musiqi dinləmişlər, iş yoldaşı, avtomaşının sahibi isə onun musiqi dinləməyini telefonla videoya çəkmiş və son nəticədə həmin videonu telefonda ona göndərmiş, o da onu internetdə öz statusunda yerləşdirmişdir. 02 may N-ci il tarixdə xidmətdə olarkən hərbi hissənin komandiri Eyvaz Xalıqov onu yanına çağırtdırmışdır. O, hərbi hissənin komandiri Eyvaz Xalıqovun iş otağına daxil olarkən ona demişdir ki, - "bu nədir, hərbi hissənin adını biabır etmisən”. O, soruşanda ki, cənab komandir nə olub, komandir həmin yuxarıda qeyd etdiyi avtomaşında musiqi dinləməyini əks etdirən videonu ona göstərmişdir. Məlum oldu ki, həmin video internetdə "tik-tok” səhifəsinə yerıləşdiriməklə ictimaiyyət üçün açıq olmuş, baxılmış, müxtəlif rəylər yazılmışdır. Bundan sonra rəhbərliyin göstərişi ilə kiçik araşdırma aparıldı və komandirin müavini Amid Məmmədovun yanında onun adından raport əmri üçün raportdur, belə başa düşmüşdür ki, doğrudan da yəqin ona yüngül xəbərdarlıq, yaxud töhmət verilməsi ilə kifayətləniləcəkdir. Eyni zamanda onun barəsində hərbi hissənin "şərəf məhkəməsi” keçirildi və o, orada hadisənin bütün təfsilatını danışmış, hərəkətindən peşmançılıq hissləri keçirdiyini, bir daha belə hərəkətə yol verməyəcəyini bildirərək cavanlığının nəzərə alınmasını, bağışlanmağını, bu mümkün olmazsa heç olmasa barəsində yüngül cəza tətbiq olunması haqda qərar çıxarlmasını xahiş etmişdir. "Şərəf məhkəməsi” isə özü müstəqil bir qərar vermədi, sadəcə bildirildi ki, "hərbi hissə komandiri hansı cəzanı məsləhət görsə biz də elə qərar qəbul edəcəyik”. Ertəsi gün xx.xx.N-ci il tarixdə gözləmədiyi halda onun xidmətdən tərxis edilməyi barədə komandir tərəfindən 125 nömrəli əmr verildi. Həmin əmrdə qeyd edildiyinə görə onun avtomaşında musiqi dinləməyi barədə videonun internetdə yerləşdirilməsi nəticəsində guya xidmət yerinin sirri yayılmışdır və bununla da "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinin tələbləri pozulmuşdur, onun hərbi xidmətə uyğunsuzluğu müəyyənləşdirilmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq tərxis edilməyi barədə əmrin surətini cavabdeh ona verməkdən əsassız olaraq imtina etmişdir. Barəsində əməlinə adekvat olmayan, layiq olmadığı ən ağır cəza tədbiri tətbiq etdiyindən tərxis edilməyi barədə cavabdehin ədalətsiz, əsassız və qanunsuz əmri ləğv olunmalıdır. Belə ki, ərizəsinə əlavə etdiyi, bir neçə saniyə davam edən videodan açıq-aydın görünür ki, o, orada avtomaşında iş yerinə gedərkən həm avtomaşını idarə edən vəziyyətdə sakitcə musiqini dinləmiş və bu zaman tərəfindən heç bir-artıq-əskik sözə, hərəkətə, xidmət etdiyi orqanın nüfuzuna kölgə salacaq hər-hansı qəbahətli hərəkətə yol verilməmişdir. Dinlədiyi müsiqi tamamilə normaldır, etik qaydalar çərçivəsindədir, musiqinin özündə və müğənninin oxuduğu mahnının sözlərində də heç bir biədəb, əxlaqa uyğun olmayan ifadə yoxdur. Digər tərəfdən faktik vəziyyət bundan ibarətdir ki, onun musiqi dinləməyi bilavasitə xidməti iş yerində, postda baş verməmişdir, bu hadisə hələ o, işə, posta gedərkən yolda avtomaşında baş vermişdir ki, bu da xidmətdə iş başında xidməti vəzifənin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Bütün bunları qeyd etməklə yanaşı, o, çox gözəl başa düşür ki, qanunvericilik "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulan cəzalardan hər hansı birinin tətbiqi məsələsini komandanlığın ixtiyarına buraxmışdır və cavabdeh izah edə bilər ki, onu xidmətə uyğunsuzluq səbəbilə tərxis etməklə qanunvericiliyin tələblərini pozmamışdır. Bəli, komandir onun tərxis olunmağı barədə əmr verə bilər. Amma hansı halda, hansı əsaslarla və səbəblərlə? Təbii ki, yalnız onun törətdiyi əməl buna tam əsas verdiyi halda belə bir əmr verilə bilərdi. Bir daha təkrar edir ki, onun hərəkətləri xidmətə uyğunsuzluq kimi qiymətləndirilə bilməz və o, belə bir ağır cəzaya layiq olmamışdır. Yuxarıda qeyd etdiyi kimi, o, hərəkətlərinə münasibətdə ən ağır cəza olaraq tərxis edilmə barədə əmrin çıxarılmasını ədalətsiz və açıq-aşkar qərəzli hesab edir. Əmrin qərəzli olması bir də bununla sübut olunur ki, komandanlıq əvvəllər daha ağır xidməti pozuntular törətmiş hərbi qulluqçular barəsində dəfələrlə yüngül cəzalar tətbiq etməklə kifayətləndiyi halda, onun hərəkətinə qiymət verilərkən hərbi xidmətə sevgisini, cavanlığını, nümunəvi hərbiçi olmağını nəzərə almadan heç bir əsas, səbəb göstərmədən barəsində ən ağır cəzanı tətbiq etmişdir və cavabdehin verdiyi "xidmətə uyğunsuzluqla” bağlı tərxis əmri onun bütün həyat planlarını pozmuşdur, belə bir əmrlə o, bundan sonra harada işə düzələ bilər? Məlumat üçün bildirir ki, 27 sentyabr N-ci il tarixdə 2-ci Qarabağ Müharibəsi başlayanda o, dərin təəssüf hissləri keçirdi, fikirləşdi ki, əgər onu da xidmətdə saxlasaydılar, Vətənin müdafiəsində xidmət yoldaşları ilə birlikdə erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak edərdi. Lakin o, Vətəninin müdafiəsində iştirak edə bilməsə də doğma qardaşı, Azərbaycan Respublikasının Ordu sıralarında müddətdən artıq hərbi qulluqda olan X7 27 sentyabr N-ci il tarixdə torpaqlarımızın azad edilməsi uğrunda erməni qəsbkarlarına qarşı müharibə başlayan günü dərhal döyüşlərə atılmış, Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. Həmin gərgin və ağır döyüşlərdən birində X15 torpaqlarımızın azad edilməsi uğrunda qarşıya qoyulmuş döyüş tapşırığını şücaətlə yerinə yetirərkən 30 oktyabr N-ci il tarixdə şəhid olmuşdur. X15 döyüşlərdə mərdlik və igidlik göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti X13 Əliyevin şəxsən imzaladığı xx.xx.N-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda” medalı ilə, Prezidentimizin şəxsən imzaladığı xx.xx.N-ci il tarixli sərəncamına əsasən isə "Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Ona görə də, X15in qəhrəmancasına Vətən uğrunda şəhid olmasından sonra o da hərbi qulluğunu davam etdirmək, işinə bərpa olunmaq, qardaşının xatirəsini öz əməli ilə, işi ilə davam etdirmək, lazım gələrsə erməni qəsbkarlarına qarşı vuruşub qardaşının qanını almaq istəyir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuş, xx.xx.N-ci il tarixədək həmin hərbi hissədə xidmət keçmiş, hərbi xidmət keçdiyi müddətdə xidmət keçmə ilə əlaqədar qüvvədə olan normativ sənədlərin, komandanlığın əmrlərinin və birbaşa komandirlərinin göstərişlərinin tələblərinə mütəmadi əməl etmiş, xx.xx.Nci il tarixdə digər iki nəfər iş yoldaşı ilə bərabər minik avtomobili ilə iş yerinə Mərdəkan qəsəbəsində "Mayak dənizi” adlanan yerə gedərkən avtomobilin radio-maqnitolasında musiqi dinləmiş, avtomobilin sahibi olan iş yoldaşı onun musiqi dinləməsini telefonla çəkərək ona yollamış və videonu internetdə öz statusunda paylaşmışdır. xx.xx.N-ci il tarixdə xidmətdə olarkən hərbi hissənin komandiri Xaliq Eyvazov onu yanına çağırmış, hərbi hissə komandirinin otağına daxil olarkən komandir ona "bu nədir hərbi hissənin adını biabır etmisən” demiş, komandirdən nə olmasını soruşduqda avtomobildə çəkilmiş musiqi dinləməsini əks etdirən videonu ona göstərmiş, məlum olmuşdur ki, həmin vedeo internetdə "tik-tok” sosial şəbəkəsində yerləşdirilməklə ictimaiyyət üçün açıq olmuş və müxtəlif rəylər yazılmışdır. Həmçinin iddiaçı ərizəsində bildirmişdir ki, rəhbərliyin göstərişi ilə kiçik araşdırma aparılmış, komandir müavini Amid Məmmədovun yanında onun adından raport yazılmış, raportun yazılmasını "Töhmət” intizam cəzası üçün olduğu bildirilmiş, onun barəsində hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi keçirilmiş, hadisənin bütün təfsilatını danışmış, hərəkətlərindən peşmançılıq hissləri keçirdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək cavanlığının nəzərə alınmasını, bağışlanmasını, mümkün olmazsa barəsəndə yüngül cəza tətbiq olunması haqqında qərar çıxarılmasını xahiş etmiş, şərəf məhkəməsi isə özü müstəqil qərar vermədiyini, hərbi hissə komandirinin hansı cəza məsləhət görsə elə qərar veriləcəyini bildirmişdir. xx.xx.N-ci il tarixdə gözləmədiyi halda onun xidmətdən tərxis edilməsi barədə komandir tərəfindən 125 nömrəli əmrin verilməsini, həmin əmrdə avtomaşında musiqi dinləməsi barədə videonun internetdə yerləşdirilməsi nəticəsində hərbi sirrin yayılmasının qeyd edilməsi, bununla da "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinin tələblərinin pozulması, hərbi xidmətə uyğunsuzluğunun müəyyənləşdirilmişdir. Bundan başqa iddiaçı ərizəsində bildirmişdir ki, dəfələrlə tələb etməsinə baxmayaraq tərxis edilməsi haqqında əmrin surətini ona verməkdən əsassız olaraq imtina edilmiş, əməlinə adekvat olmayan, layiq olmadığı ən ağır cəza tədbiri tətbiq edildiyindən barəsində verilmiş ədalətsiz və qanunsuz əmr ləğv olunmalıdır. Eyni zamanda iddiaçı bildirmişdir ki, ərizəsinə əlavə etdiyi bir neçə saniyə davam edən videodan açıq-aydın görünür ki, avtomaşınla iş yerinə gedərkən həm avtomaşını idarə edən vəziyyətdə sakitcə musiqini dinləmiş, bu zaman tərəfindən heç bir artıq-əskik sözə, hərəkətə, xidmət etdiyi orqanın nüfuzuna kölgə salacaq hər-hansı qəbahətli hərəkətə yol verməmiş, dinlədiyi musiqi tamamilə normal, etik qaydalar çərçivəsində olmuş, musiqinin özündə və müğənninin oxuduğu mahnının sözlərində də, heç bir biədəb, əxlaqa uyğun olmayan ifadə olmamışdır. İddiaçı həmçinin ərizəsində bildirmişdir ki, musiqi dinləməyi bilavasitə xidməti iş yerində, postda baş verməmiş, posta gedərkən yolda avtomobildə baş vermişdir ki, bu da xidmətdə iş başında xidməti vəzifənin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulan cəzalardan hər hansı birinin tətbiqi məsələsi komandanlığın ixtiyarına buraxılmış və cavabdehin onu xidmətə uyğunsuzluqla tərxis etməsinin qanunvericiliyin tələblərinin pozulmamasının izahını tələb etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edirlər və hesab edirlər ki, iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan İddiaçı X11 müavini - daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli, 90 №-li əmrinə əsasən "Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq olunmuş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətə keçmək haqqında öhdəlik vermiş hesab edilərək N saylı hərbi hissənin 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1 -ci xüsusi vasitələrin tətbiqi; X11 müavini - daxili qoşunların komandanının xx.xx.2018-ci il tarixli, 53 №-li əmrinə əsasən aparılmış ştat dəyişiklikləri ilə əlaqədar olaraq 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir. X11 müavini - daxili qoşunların komandanının xx.xx.N-ci il tarixli, 70 №-li əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndi ilə (xidmətə uyğunsuzluğa görə) N saylı hərbi hissənin 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1 -ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1 -ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcəbədi rayon bölməsinə göndərilmişdir. O, xidmət etdiyi dövrdə xx.xx.2017-ci il tarixdə "patrul xidməti zamanı mobil telefonu təhvil vermədiyinə görə” bölmə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən "Töhmət”, xx.xx.2018-ci il tarixdə "İnspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul olunmuş məqbulların nəticələrinə görə qeyri kafi qiymət aldığına görə” hərbi hissə komandiri tərəfindən "Töhmət”, xx.xx.2018-ci il tarixdə "günün nizam qaydalarını pozduğuna görə” yarımqrup komandiri tərəfindən "Töhmət", xx.xx.2019-cu il tarixdə "verilmiş tapşırıqların icrasına laqeyd münasibət bəslədiyinə və icazəsiz olaraq yataqxanada qalmadığına görə” hərbi hissə komandiri tərəfindən "Töhmət”, xx.xx.N-ci il tarixdə "Etik davranış qaydalarını pozduğuna, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verdiyinə, eləcədə sosial şəbəkədən istifadə etdiyinə görə” hərbi hissə komandiri tərəfindən "Şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış, lakin, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. Onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığı üçün N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 249 №-li əmri ilə hissənin gizir və MAXE hərbi qulluqçularının "Şərəf məhkəməsi”nə cəlb edilmişdir. xx.xx.N-ci il tarixdə hərbi hissərıin gizir və MAXE hərbi qulluqçularının "Şərəf məhkəməsi” əsgər İddiaçı dinləmiş, onun "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı xidmət müddətində onunla aparılmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığından hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının "Şərəf məhkəməsi”nin qərarına əsasən onun "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin "e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan Əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı ərizəsində digər hərbi qulluqçularla bərabər xidmət yerinə gedərkən müsiqi dinlədiyini, musiqi dinləyərkən avtomobil sahibinin onun video çəklişini apararq ona göndərməsini, həmin videonu ictimayət üçün açıq olan sosial şəbəkə hesabında yerləşdirməsini, qeyd olunan çəkilişin heç bir əxlaqa zidd olmadığını bildirsə də, məlum olmuşdur ki, mütəmadi olaraq etik davranış qaydaları barədə söhbətlər aparılsada, sosial şəbəkələrdən istifadə zamanı hərbi qulluqçuya yaraşmayan hərəkətlərin qadağan olunması izah edilsədə İddiaçı dəfələrlə hərbi qulluqçu adına yaraşmayan video görüntüləri sosial şəbəkə hesabında paylaşaraq nalayiq hərəkətlərə yol vermişdir. Bundan başqa iddiaçı ərizəsində "Şərəf məhkəməsi”nin onun barəsində müstəqil deyil hərbi hissə komandirinin təsiri altında ədalətsiz qərar qəbul etdiyini bildirsə də o, xx.xx.N-ci il tarixdə raportla komanda üzrə məruzə edərək bildirmişdir ki, vəzifə borclarının öhdəsindən gələ bilmir, həmçinin hərbi xidmətin çətinliklərinə dözə bilmədiyindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş edir, onunla komandirləri xidmətini davam etdirməsi barədə söhbət aparmış, söhbətdən sonra qalıb xidmətini davam etdirməmək istədiyini, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndi ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılarsa gələcəkdə dövlət orqanlarında xidmətə qəbul olunmasında problemlərin olacağı izah edilmiş və bunula bağlı heç bir şikayətinin olmamasını bildirmişdir. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan əsgər İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2883/2023 saylı qərarı (Fehruz Abbasov) ilə iddia təmin edilmiş, İddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h saylı əmri ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2883/2023 saylı qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmaqla icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati-Məhkəməsinin 2-l(120)-2883/2023 nömrəli cü il tarixli qərarı xx.xx.2023-cü il tarixdə (daxilolma № 3-13-14/1- 4931/2023) Daxili Qoşunların Baş İdarəsinə daxil olmuşdur. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciər edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissə komandirinin onun hərbi xidmətdən tərxis edilməyi barədə N may N-ci il tarixli, 125 saylı əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-13084/2021 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamla Daxili Qoşunların Baş İdarəsini cavabdeh qismində cəlb etmiş, xx.xx.2022-ci il tarixli 2-1(112)- 4477/20222 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)- 1455/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidmətə uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissə komandirinin N may N-ci il tarixli, 125 nömrəli əmrinin ləğv edilməsi qərara alınmışdır. X5 Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(106)-91 /2023 saylı qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1455/2022 saylı qərarından verilmiş apelliyasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Daxili Qoşunlarının Baş İdarəsi “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə” vəsatətlə məhkəməyə müraciət etmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(120)-1455/2022 nömrəli qərarının ləğv edilməsi və üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilərək iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1455/2022 nömrəli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilməsi qərara alınmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 N may N-ci il tarixli, N ş/h saylı əmrinin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qərardadı ilə iş üzrə cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi ilə əvəz olunmuş, eləcədə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuş, xx.xx.N-ci il tarixədək həmin hərbi hissədə xidmət keçmiş, hərbi xidmət keçdiyi müddətdə xidmət keçmə ilə əlaqədar qüvvədə olan normativ sənədlərin, komandanlığın əmrlərinin və birbaşa komandirlərinin göstərişlərinin tələblərinə mütəmadi əməl etmiş, xx.xx.N-ci il tarixdə digər iki nəfər iş yoldaşı ilə bərabər minik avtomobili ilə iş yerinə Mərdəkan qəsəbəsində “Mayak dənizi” adlanan yerə gedərkən avtomobilin radiomaqnitolasında musiqi dinləmiş, avtomobilin sahibi olan iş yoldaşı onun musiqi dinləməsini telefonla çəkərək ona yollamış və videonu internetdə öz statusunda paylaşmışdır. xx.xx.N-ci il tarixdə xidmətdə olarkən hərbi hissənin komandiri Xaliq Eyvazov onu yanına çağırmış, hissə komandirinin otağına daxil olarkən komandir ona “bu nədir hərbi hissənin adını biabır etmisən” demiş, komandirdən nə olmasını soruşduqda avtomobildə çəkilmiş musiqi dinləməsini əks etdirən videonu ona göstərmiş, məlum olmuşdur ki, həmin video internetdə “tik-tok” sosial şəbəkəsində yerləşdirilməklə ictimaiyyət üçün açıq olmuş və müxtəlif rəylər yazılmışdır. Həmçinin iddiaçı ərizəsində bildirmişdir ki, rəhbərliyin göstərişi ilə kiçik araşdırma aparılmış, komandir müavini Amid Məmmədovun yanında onun adından raport yazılmış, raportun yazılmasını “Töhmət” intizam cəzası üçün olduğu bildirilmiş, onun barəsində hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi keçirilmiş, hadisənin bütün təfsilatını danışmış, hərəkətlərindən peşmançılıq hissləri keçirdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək cavanlığının nəzərə alınmasını, bağışlanmasını, mümkün olmazsa barəsəndə yüngül cəza tətbiq olunması haqqında qərar çıxarılmasını xahiş etmiş, şərəf məhkəməsi isə özü müstəqil qərar vermədiyini, hərbi hissə komandirinin hansı cəza məsləhət görsə elə qərar veriləcəyini bildirmişdir. xx.xx.N-ci il tarixdə gözləmədiyi halda onun xidmətdən tərxis edilməsi barədə komandir tərəfindən 125 nömrəli əmrin verilməsini, həmin əmrdə avtomaşında musiqi dinləməsi barədə videonun internetdə yerləşdirilməsi nəticəsində hərbi sirrin yayılmasının qeyd edilməsi, bununla da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin tələblərinin pozulması, hərbi xidmətə uyğunsuzluğunun müəyyənləşdirilmişdir. Bundan başqa iddiaçı ərizəsində bildirmişdir ki, dəfələrlə tələb etməsinə baxmayaraq tərxis edilməsi haqqında əmrin surətini ona verməkdən əsassız olaraq imtina edilmiş, əməlinə adekvat olmayan, layiq olmadığı ən ağır cəza tədbiri tətbiq edildiyindən barəsində verilmiş ədalətsiz və qanunsuz əmr ləğv olunmalıdır. Eyni zamanda iddiaçı bildirmişdir ki, ərizəsinə əlavə etdiyi bir neçə saniyə davam edən videodan açıq-aydın görünür ki, avtomaşınla iş yerinə gedərkən həm avtomaşını idarə edən vəziyyətdə sakitcə musiqini dinləmiş, bu zaman tərəfindən heç bir artıq-əskik sözə, həfrəkətə, xidmət etdiyi orqanın nüfuzuna kölgə salacaq hər-hansı qəbahətli hərəkətə yol verməmiş, dinlədiyi musiqi tamamilə normal, etik qaydalar çərçivəsində olmuş, musiqinin özündə və müğənninin oxuduğu mahnının sözlərində də heç bir biədəb, əxlaqa uyğun olmayan ifadə olmamışdı. İddiaçı həmçinin ərizəsində bildirmişdir ki, musiqi dinləməyi bilavasitə xidməti iş yerində, postda baş verməmiş, posta gedərkən yolda avtomobildə baş vermişdir ki, bu da xidmətdə iş başında xidməti vəzifənin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulan cəzalardan hər hansı birinin tətbiqi məsələsi komandanlığın ixtiyarına buraxılmış və cavabdehin onu xidmətə uyğunsuzluqla tərxis etməsinin qanunvericiliyin tələblərinin pozulmamasının izahını tələb etmişdir. İddiaçı tərəfindən göstərilən faktlar əsassız olduğundan məhkəməyə yazılı etiraz təqdim olunmuşdur. İddiaçı xidmət etdiyi dövrdə xx.xx.2017-ci il tarixdə “patrul xidməti zamanı mobil telefonu təhvil vermədiyinə görə” bölmə komandirinin tərbiyə işləri üzrə müavini tərəfindən “Töhmət”, xx.xx.2018-ci il tarixdə “İnspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul olunmuş məqbulların nəticələrinə görə qeyri kafi qiymət aldığına görə” hərbi hissə komandiri tərəfindən “Töhmət”, xx.xx.2018-ci il tarixdə “günün nizam qaydalarını pozduğuna görə” yarımqrup komandiri tərəfindən “Töhmət”, xx.xx.2019-cu il tarixdə “verilmiş tapşırıqların icrasına laqeyd münasibət bəslədiyinə və icazəsiz olaraq yataqxanada qalmadığına görə” hərbi hissə komandiri tərəfindən “Töhmət”, xx.xx.N-ci il tarixdə “Etik davranış qaydalarını pozduğuna, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verdiyinə, eləcədə sosial şəbəkədən istifadə etdiyinə görə” hərbi hissə komandiri tərəfindən “Şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış, lakin, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. Üzərində qüvvədə olan bir intizam cəzası olmuşdur. Onunla aparılmış kollektiv və fərdi tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığı üçün N saylı hərbi hissə komandirinin ci il tarixli 249 №-li əmri ilə hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmişdir.xx.xx.N-ci il tarixdə hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi əsgər İddiaçı dinləmiş onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı xidmət müddətində onunla aparılmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayaraq xidməti fəaliyyətində dönüş yaratmadığından hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin qərarına əsasən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır. İddiaçı ərizəsində digər hərbi qulluqçularla bərabər xidmət yerinə gedərkən musiqi dinlədiyini, musiqi dinləyərkən avtomobil sahibinin onun video çəklişini apararaq ona göndərməsini, həmin videonu ictimayət üçün açıq olan sosial şəbəkə hesabında yerləşdirməsini, qeyd olunan çəkilişin heç bir əxlaqa zidd olmadığını bildirsə də, məlum olmuşdur ki, mütəmadi olaraq etik davranış qaydaları barədə söhbətlər aparılsa da, sosial şəbəkələrdən istifadə zamanı hərbi qulluqçuya yaraşmayan hərəkətlərin qadağan olunması izah edilsə də İddiaçı dəfələrlə hərbi qulluqçu adma yaraşmayan video görüntüləri sosial şəbəkə hesabında paylaşaraq nalayiq hərəkətlərə yol vermişdir. Bundan başqa iddiaçı ərizəsində şərəf məhkəməsinin onun barəsində müstəqil deyil hərbi hissə komandirinin təsiri altında ədalətsiz qərar qəbul etdiyini bildirsə də o, xx.xx.N-ci il tarixdə raportla komanda üzrə məruzə edərək bildirmişdir ki, vəzifə borclarının öhdəsindən gələ bilmir, həmçinin hərbi xidmətin çətinliklərinə dözə bilmədiyindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş edir, onunla komandirləri xidmətini davam etdirməsi barədə söhbət aparmış, söhbətdən sonra qalıb xidmətini davam etdirməmək istədiyini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılarsa gələcəkdə dövlət orqanlarında xidmətə qəbul olunmada problemlərinin olacağını izah edildiyini və bunula bağlı heç bir şikayətinin olmamasını bildirmişdir. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-l(120)-2883/2023 nömrəli qərarla İddiaçı iddiasını təmin edərək Azərbaycan Respublikası X11 müavini-daxili qoşunların komandanının N may N-ci il tarixli, N ş/h saylı əmrinin ləğv edilməsini qərara almışdır. Məhkəməyə yazılı etiraz təqdim olunaraq bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilinməsi qeyd olunsada iddia müddətinin pozulmasına əsas olmadan işə baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.N-ci il tarixli 2-1(120)-1712/N nömrəli qərarındakı mövqeyi nəzərə alınmamışdır. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə qərarında qeyd edilmişdir ki iddiaçı X. Ağazadə xx.xx.N-ci il tarixdə “Etik davranış qaydalarını pozduğuna, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verdiyinə, eləcə də, sosial şəbəkədən istifadə etdiyinə görə” hərbi hissə komandiri tərəfindən “Şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış və xx.xx.N-ci il tarixdə hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi tərəfindən eyni əmələ görə təkrar cəzalandırılaraq ciddi qanun pozuntusuna yol verilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı xx.xx.N-ci il tarixli raportuna əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 249 №-li əmrilə hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi keçirilmiş, onun xidmət müddətində yol verdiyi intizam pozuntuları və etik davranış qaydalarını pozması, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verməsi, dəfələrlə hərbi qulluqçu adma yaraşmayan video görüntüləri sosial şəbəkə hesabında paylaşaraq nalayiq hərəkətlərə yol verməsi müzakirə olunmuş və onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. Həmçinin, məhkəmə qərarında iddiaçının xx.xx.N-ci il tarixdə raportla komanda üzrə məruzə edərək vəzifə borclarının öhdəsindən gələ bilməməsini, habelə hərbi xidmətin çətinliklərinə dözə bilmədiyindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etməsini, onunla komandirlərinin xidmətini davam etdirməsi barədə söhbət aparmasını, söhbətdən sonra qalıb xidmətini davam etdirmək istəmədiyini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılarsa gələcəkdə dövlət orqanlarında xidmətə qəbul olunmada problemlərin olacağının izah edilməsini və bunula bağlı heç bir şikayətinin olmadığını bildirməsini nəzərə almamışdır. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə qərarında qeyd edilmişdir ki İddiaçı xx.xx.N-ci il tarixdə “Etik davranış qaydalarını pozduğuna, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verdiyinə, eləcə də, sosial şəbəkədən istifadə etdiyinə görə” hərbi hissə komandiri tərəfindən “Şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış və xx.xx.N-ci il tarixdə hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi tərəfindən eyni əmələ görə təkrar cəzalandırılaraq ciddi qanun pozuntusuna yol verilmişdir. İddiaçının dəfələrlə etik davranış qaydalarını pozması, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verməsi, eləcə də, sosial şəbəkədən düzgün istifadə etməyərək ictimayyət üçün açıq olan hərbi geyim formasında hərbi qulluqçu adma yaraşmayan video görüntülər paylaşması barədə CD disk məhkəməyə təqdim edilsədə həmin video görüntüləri nəzrə almamışdır. Eyni zamanda hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin qərarı ilə iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılması intizam qaydasında cəza növü hesab oluna bilməz. Beləki, Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli 377-İQ Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi intizam cəzası kateqoriyasına daxil deyildir. Qeyd olunan maddə hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrdən ehtiyata buraxılmanın qaydalarını müəyyən edir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2883/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 62.1. inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.1. qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İlk növbədə qeyd olunmalıdır ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu ehtiva edir. Bununla belə ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda məhkəmə müdafiəsi hüququnun, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Həmçinin qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin komandirinin onun hərbi xidmətdən tərxis edilməyi barədə N may N-ci il tarixli, 125 saylı əmrin ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qərar qəbul etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, "Etik davranış qaydalarını pozması, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verməsi, eləcə də, sosial şəbəkədən istifadə etməsi”nə görə İddiaçı "İntizam Nizamnaməsi”nin 88-ci bəndinin tələbinə zidd olaraq iki dəfə cəzalandırılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmr İddiaçı hüquqlarını kobud şəkildə pozur və o, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan 09 fevral 2002-ci il tarixli, AZ-İ 204744 nömrəli doğum haqqında şəhadətnamənin, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.2014-cü il tarixli SX ******* nömrəli hərbi biletin surətlərindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixində Ağcabədi rayonunun Muğanlı kəndində doğulmuş, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 05 oktyabr 2016-cı il tarixli, 90 nömrəli və 04 iyun 2018-ci il tarixli əmrlərindən çıxarışlardan görünür ki, ehtiyatda olan əsgər İddiaçı N saylı hərbi hissə üzrə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1 -ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 249 nömrəli əmrindən çıxarışdan görünür ki, MAXE əsgər İddiaçı xidməti fəaliyyətində şəxsi intizamsızlıq nümayiş etdirdiyinə, verilmiş tapşırıqların icrasına laqeyd yanaşdığına və xidmət zamanı sosial şəbəkələrdən istifadə qaydalarının tələblərini pozduğuna görə gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinə cəlb edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandiri, 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri və 1-ci xüsusi vasitələrin tətbiqi bölməsinin komandiri tərəfindən imzalanmış N may N-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, əsgər İddiaçı mənfi xasiyytnamə ilə xarakterizə olunmuşdur. İş materiallarında olan İddiaçı "xidməti vərəqə”sindən görünür ki, "patrul xidməti zamanı mobil telefonu təhvil vermədiyinə görə” xx.xx.2017-ci il, "İnspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul olunmuş məqbulların nəticələrinə görə qeyri kafi qiymət aldığına görə” xx.xx.2018-ci il, "günün nizam qaydalarını pozduğuna görə” xx.xx.2018-ci il, "verilmiş tapşırıqların icrasına laqeyd münasibət bəslədiyinə və icazəsiz olaraq yataqxanada qalmadığına görə” xx.xx.2019-cu il tarixlərində iddiaçıya "töhmət” verilmiş, xx.xx.N-ci il tarixində isə "Etik davranış qaydalarını pozduğuna, hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlərə yol verdiyinə, eləcə də, sosial şəbəkədən istifadə etdiyinə görə” ona "şiddətli töhmət” elan edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin gizir və MAXE hərbi qulluqçuların şərəf məhkəməsinin N may N-ci il tarixli, 6 nömrəli protokolunun təsdiq olunmuş surətindən görünür ki, hərbi hissə komandanlığı tərəfindən aparılan fərdi tərbiyəvi söhbətlərdən, verilmiş intizam cəzasından nəticə çıxarmadığına, hərbi kollektivin mənəvi- psixoloji tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verdiyinə görə Azərbaycan Respublikası X11 xx.xx.2015-ci il tarixli əmri ilə təsdiq edilmiş "X9 Məhkəmələri haqqında Əsasnamə”nin 5.1-ci maddəsinin 5.1.6-cı bəndinə əsasən MAXE əsgər İddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində hərbi hissə komandiri qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 251 nömrəli əmrindən çıxarışdan görünür ki, "Şərəf məhkəməsi”nin qərarı nəzərə alınaraq 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1 -ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1 -ci yarımqrupunda atıcı əsgər İddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq qaydada sənədlərin hazırlanıb Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması barədə əmr verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N saylı hərbi hissədə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 125 nömrəli əmrindən çıxarışdan görünür ki, Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmrinə və hərbi hissədən verilmiş xx.xx.N-ci il tarixli, 134 nömrəli göndəriş vərəqəsinə əsasən əsgər İddiaçı xx.xx.N-ci il tarixdən "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156cı maddəsinin "e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə 4-cü xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, habelə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılması barədə əmr verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.N-ci il tarixdə DİN X3 xx.xx.N-ci il tarixli, 70 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Ağcabədi rayon şöbəsinə göndərilmiş və xx.xx.N-ci il tarixində hərbi qeydiyyata alınmışdır. (iş vərəqi 11 və 13) İş materiallarında olan DİN Daxili Qoşunlarının 23 mart 2024-cü il tarixli, 3-13-14/2- 1513/2024 nömrəli məktubuna əlavə edilmiş “göndəriş vərəqələrinin qeydiyyat kitabı”nın kserosurətindən görünür ki, xx.xx.N-ci il tarixdə əsgər İddiaçı SHXÇDX-nin Ağcabədi rayon şöbəsində hərbi qeydiyyata durmaq üçün göndəriş vərəqəsi verilmişdir. İş materiallarında olan SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 43-4/2-555/2024 nömrəli məktubundan görünür ki, SHXÇDX-nin Ağcabədi rayon şöbəsində olan uçot kartasında İddiaçı xx.xx.N-ci il tarixində hərbi qeydiyyata alındığı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Daxili Qoşunlardan ehtiyata buraxılmasına dair Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmri elə həmin gün yəni, N-ci ilin mayın 4-də ona elan edilərək tanış edilmiş, lakin əmrin surətini N-ci ilin iyul ayında rəsmi qaydada əldə etmişdir. İddiaçı həmçinin izahatında N-ci ilin mayın 4-də ona göndəriş vərəqinin təqdim edildiyini, bu barədə kitaba imza etdiyini və iş materiallarında olan “Göndəriş vərəqələrinin qeydiyyat kitabı” nda olan imzanın ona məxsus olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, İddiaçı Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, İddiaçı Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmri ilə tanış olduqdan (ona elan olunduqdan) 1 ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən və iddiaçının izahatından məlum olmuşdur ki, iddiaçı N may N-ci il tarixdə “Göndəriş vərəqələrinin qeydiyyat kitabı”na imza edərək göndəriş vərəqini götürmüş və xx.xx.N-ci il tarixdə yaşayış yeri üzrə hərbi qeydiyyata alınmış və ona hərbi bileti təqdim edilmişdir. Hansı ki, hərbi biletində xidmətdən xaric olmasına əsas olan Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmri barədə məlumatlar qeyd edilmişdir. Hətta, iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində əvvəlki tələbi üzrə verdiyi müddətin bərpasına dair vəsatət də N may N-ci ildə tərxis edildiyini və əmri rəsmi qayada N-ci ilin iyul ayında aldığını təsdiq etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat qaydasında iddianın mümkün hesab edilməsi üçün iddiaçı tərəfindən həmin iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinə yəni, qanunvericiliklə müəyyən edilmiş iddia müddətlərinə əməl edilməsi vacib şərtdir. Bu arada qeyd edilməlidir ki, tərəflərə aid olan müddətləri qanunla nəzərdə tutulmuş müddətlərə və hakim tərəfindən təyin olunan müddətlərə bölmək olar. Qanunla nəzərdə tutulmuş müddətlər müddətin başlanması və davamının qanunla müəyyən edilməsi ilə səciyyələnir. Buraya, xüsusilə, iddia qaldırma müddətləri və şikayət vermə müddətləri aiddir. Qanunla müəyyən edilmiş müddətin axımı müvafiq qanundakı göstərişlər əsas götürülməklə başlayır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi inzibati aktdan yəni, Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmrindən, həmin əmrin ona elan olunduğu və göndəriş vərəqinin ona təqdim edildiyi N-ci ilin may ayından, ən geci isə xx.xx.N-ci il tarixdən (hərbi qeydiyyata alındığı vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrdən məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (ona məlum olduğu gündən 30 gün müddətində) ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h nömrəli əmrindən məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hüquqmüdafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəsmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) iddiaçı bilavasitə məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq müddət keçdikdən sonra cavabdeh inzibati orqana müraciət etmişdir. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən məktub formasında iddiaçıya hüquq yardım göndərilərək razılaşmadığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h saylı əmrdən şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair sübutların məhkəməyə təqdim olunması təklif olunmuş və bununla bağlı müddət təyin edilmişdir. Lakin iddiaçı tərəfindən təyin edilmiş müddət ərzində (məhkəmə iclasına kimi) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə də verilməmişdir. Hansı ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-ci madəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilmədiyinə və inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra iddia verildiyinə görə məhkəmə tərəfindən ötürülmüş müddətin bərpa edilməsi məsələsinə də baxıla bilməz. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı razılaşmadığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 N may N-ci il tarixli, N ş/h saylı əmrindən məhkəməyə şikayət (və ya iddia) verə bilərdi ki, həmin tələb üzrə 2011-ci ilin yanvar ayının 1dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2883/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. X14 Samir H
Məhkəmə qərarları › İş №2-1(106)-189/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-189/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver