Məhkəmə qərarları › İş №2-1(106)-199/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-199/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-199/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2008- 2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2310/2023 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2008- 2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-2018-ci illər ərzində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləmiş, gömrük xidmətinin polkovnik- leytenantıdır. 30 avqust 2018-ci il tarixində Dövlət Gömrük Komitəsi sədrinin 100/1317Ş saylı əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə müqaviləyə xitam verilmişdir. Dövlət Gömrük Komitəsi işçilərinin hər ay dövlət tərəfindən təsdiq edilmiş normalara görə ərzaq payı əvəzinə kompensasiya almaq hüququ vardır. 2008-ci ildə həmin normalar cənab Prezidentin müvafiq Sərəncamına əsasən 64 manat məbləğində müəyyən olunmuşdur. Lakin, 2008-2018-ci illər ərzində ona həmin kompensasiya 32 manatdan ödənilmiş, həmçinin pesniya təyin olunması üçün ona dair Məlumat Vərəqəsində də 32 manat qeyd olunaraq DSMF-na göndərilmişdir. Qanunvericilyin tələblərinə uyğun olaraq bununla bağlı cavabdeh orqana müraciət etmişdir. Həmin qurumdan alınmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli eyni məzmunlu xx.xx.2019, VƏ xx.xx.2022-ci il tarixli müraciətlər Azərbaycan Respubliakasının Dövlət Gömrük Komitəsinin xx.xx.2019cu il tarixli 1000-240/-26/019326 nömrəli və 2610.2022-ci il tarixli 1000-240/-26/019651 nömrəli məktublar ilə cavablandırılmışdır. Əvvəlki məktublarda isə qeyd olunmuşdur ki, “gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə qaydası”nın 3.1.5-ci yarımbəndinə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən ödənilir. Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyasının məbləği əvvəlki illərə uyğun olaraq dəyişdirilmədən saxlanılıb. Cavabdehin bu mövqeyi ilə razı olmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 manat hesabalanaraq yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində Dövlət Gömrük Komitəsi sədrinin 100/1317Ş saylı əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının əvəzinə verilən pul kompensasiyası almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamına əsasən ərzaq payının miqdarı 64 manat məbləğində müəyyən olunsa da, 2008-2018-ciillər ərzində ona 32 manat ödənilmişdir. Həmin tarixdən etibarən qeyd olunan kompensasiya bütün dövlət qurumları üçün 64 manat hesablanmışdır. Dövlət GömrükKomitəsi tərəfindən barəsində tərtib edilərək Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş məlumat vərəqəsində də 32 manat qeyd olunmuşdur. Qanunvericilyin tələblərinə uyğun olaraq bununla bağlı cavabdehə müraciət etsə də bir nəticə əldə etməmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.İddiaçının iddia tələbi iki hissədən - 1.2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq ödənilməsi, 2. ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 manat hesabalanaraq yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalar "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.Qeyd olunan Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 98-ci maddəsinin ikinci hissəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının verilməsi “Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 271 nömrəli qərarı ilə tənzimlənir. Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən istifadə Qaydası”nın 3.1.5-ci yarımbəndinə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamının 3-cü bəndindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılmışdır.Hazırki, işin mübahisəsiz hallarından da görünür ki, gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyasının məbləği əvvəlki illərə uyğun olaraq dəyişdirilmədən saxlanılıb.Göründüyü kimi məlumat vərəqəsi Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci i! tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondununa təqdim edilmişdir.Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Azərbaycan Respublikasının İPM-nin 64.1 -ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə iləbağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur.Azərbaycan Respublikasının İPM-nin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Azərbaycan Respublikasının İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasından söhbət gedə bilməz. Qeyd edilənlərdən də aydın olur ki, iddiaçının iddia ərizəsinin dəlilləri iddiaçının şəxsi mülahizəsinə əsaslanmaqla, hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Bu səbəbdən də iddiaçının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin tələblərini rəhbər tutaraq, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2310/2023 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentnin 31 mart 1992-ci il tarixli, 633 saylı Fərmanın 6-cı bəndinin icrasını təmin etmək üçün AR Nazirlər Kabineti 19 may 1992-ci il tarixli 271 saylı qərarı ilə hərbi qulluqçulara ərzaq payının normasını və müvafiq pul kompensasiyasın məyyən etmişdir. Əvvəllər müvafiq pul kompensasiyası 32 manat məbləğində olmuş, 2013-cü ilin yanvar ayına kimi ərzaq pay kompensasiyası 64 manat məbləğində olmuşdur. Belə ki, HK-nin 8 yanvar 2013-cü il tarixli, 2 saylı “Azərbaycan Respublikası Silahlı qüvvələrinin və digər silahlı birləşmələrinin, Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq pay normalarının xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarı ilə yanvarın 1-dən ərzaq norması ikiqat artırılmışdır. AR 07.12. 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş AR NK-nin “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 98-ci maddəsinin 2-ci hissəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının normasını və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının verilməsi AR NK-nin xx.xx.1992-ci il tarixli 271 saylı qərarı ilə tənzimlənməsini nəzərə alaraq qeyd edilməlidir ki, həmin Qərarın 4-cü bəndində qeyd edilir ki, AR 1 icarət Nazirliyinə tapşırılsın ki, hər ay ərzaq payı əvəzinə ödənilən pul kompensasiyalarının məbləğini dövlət pərakəndə satış qiymətləri üzrə müəyyən edilir. Qeyd edilməlidir ki, hər ay verilməli olan pulla məbləği ilə əvəz edilən ərzağın pərakəndə qiymətləri sabit olmamış, artığına görə ərzaq payının pul məbləğinin artınlmamasının əsasları məlum deyil və həmin xüsusata görə ərzaq payı əvəzinə verilən pul məbləği 32 manat hesablanması əsaslı deyil. Bunlarında əsaslı və qanuni olmadığını HK-nin 8 yanvar 2013-cti il tarixli. 2 saylı Qərarıda təsdiq edir. Həmin Qərar ilə “Azərbaycan Respublikası Silahlı qüvvələrinin və digər silahlı birləşmələrinin, Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq pay normalarının xidməti heyvanlarının yemləmə normaları artırıldığı halda gömrük orqanlarının vəzifəli şəxslərinin pulla əvəz edilən ərzaq payının məbləğinin artırılmamasınin səbəblər məlum deyil. Belə ki, AR Prezidentinin 25 iyun 2008-ci il tarixli, 2902 saylı Sərəncamına əsasən dövlət büdcəsi hesabına maliyyələşən qurumlarının əməkdaşlarına ödənilən ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dələ artırılmışdır. DGK dövlət büdcəsindən maliyyələşdiyindən həmin sərəncam dövlət gömrük orqanlarının əməkdaşlarına da şamil olmadığının əsaslarına qərarda münasibət bildirilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qərarda istinad edilmiş qanunların idiam ilə heç bir bağlılığı yoxdur və bunlara əsasən məhkəmə yuxanda qeyd edilmiş Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, AR Nazirlər Kabinetinin Qərarların m mənası baxımından qiymət verilməməsi əsasları məlum deyil və bunlara əsasən Şirvan İnzibati Məhkəməsinin məlum qərarı qanuni hesab edilə bilməz, apelyasiya məhkəməsi tərəfindən ləğv edilməsini şərtləndirir. Yəni yuxarıda qeyd edilənlər pul kompensasiyasının 64 manat olmağını təsdiq edir və pul kompensasiyasının 32 manat olmağına dair Şirvan İnzibati Məhkəməsinin Qərarında heç bir əsasa yəni normativ hüquqi aktlara istinad edilmir və bunlarda iddiam üzrə hərtərəfli araşdırma aparılmadığım təsdiq edir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2310/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-199/2024 nömrəli xx.xx.2024-cü il tarixli qəradadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(120)- 2310/2023 saylı qərarı qismən yəni, 2008-2010-cu illər üzrə iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə (2008-2010-cu illər üzrə) iddia tələbi mümkün sayılmamışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi və həmin qərarın 2008-2010-cu illər üzrə iddianın rədd edilməsi hissəsinə qiymət verildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı 2011-2018-ci illər üzrə iddianın rədd edilməsi hissəsində tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Günəş Yusif qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(120)- 2310/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə (1 yanvar 2019-cu il tarixə qədər qüvvədə olan redaksiyasına) əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin: 98-ci maddəsinin ikinci hissəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 271 nömrəli qərarı ilə Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının verilməsi məsələsi tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən istifadə Qaydası”nın: 3.1.5-ci yarımbəndinə əsasən Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyası Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamının: 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı “2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisə olunmayan hallarına görə iddiaçı dövlət gömrük orqanlarında xidmət etmiş, ona xx.xx.2018-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq son yaş həddinə çatdığına görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsinə əsasən onun pul təminatında vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı və digər növ əlavələr də nəzərə alınmışdır. Qeyd olunan əlavə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmləri “50” rəqəmləri ilə, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 2008-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 manatdan hesablanaraq yeni “Məlumat vərəqi”nin göndərilməsini tələb etməkdə haqlı deyildir. Bu baxımdan cavabdehin imtinası əsaslı olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-199/2024 nömrəli xx.xx.2024-cü il tarixli qəradadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2310/2023 saylı qərarı qismən yəni, 2008-2010-cu illər üzrə iddianın rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə (2008-2010-cu illər üzrə) iddia tələbi mümkün sayılmamışdır. Bu baxımdan məhkəmə kollegiyası Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2023cü il tarixli, 2-1(120)-2310/2023 saylı qərarının 2011-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üzrə iddia tələbinin rədd edilməsi hissəsinə qiymət verəcəkdir. Məhkəmə kollegiyası sözügedən tələb üzrə birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, mübahisənin mahiyyəti üzrə aşağıdakıları qeyd edir. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan məlumat vərəqəsindən görünür ki, İddiaçı xidmət illərinə görə 40%, vəzifə maaşı 220.0 manat, ərzaq payı 32.0, rütbə maaşı 134 manat və digər əlavələr Dövlət Gömrük Komitəsi tərəfindən qeyd edilərək Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 1000-240/2xx-xx/019651 nömrəli məktubundan göstərilmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 98-ci maddəsinin ikinci hissəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının verilməsi “Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarı ilə tənzimlənir. Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən istifadə Qaydası”nın 3.1.5-ci yarımbəndinə əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən ödənilir. Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyasının məbləği əvvəlki illərə uyğun olaraq dəyişdirilmədən saxlanılıb. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1980-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 517 nömrəli arayışında göstərilmişdir ki, verilir 1959-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 avqust 2018-ci il tarixli 100/1317Ş nömrəli əmrindən görünür ki, İddiaçı xidmətdə olmanın son yaş həddinə çatdığına görə xidmətinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-33-1300/2- 000271/2024 nömrəli məktubundan göstərilmişdir ki, 1993-2018-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləyən, gömrük xidməti polkovnik-leytenantı X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20 noyabr tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərzaq payı ilə təmin olunan gömrük orqanlarının vəzifəli şəxslərinin Siyahısı”na uyğun olaraq 2008-2018-ci illərdə ödənilmiş ərzaq payı əvəzinə verilən kompensasiyanın məbləği aylıq 32 manat olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 2008-2018-ci illərdə ərzaq payı əvəzinə görə verilən pul kompensasiyası tək iddiaçıya deyil, bütün əməkdaşlara 32 manatdan hesablanıb ödənilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidnə hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixə qədər qüvvədə olan redaksiyasında qeyd edilirdi ki, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 98-ci maddəsinin ikinci hissəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natural şəkildə verilmədiyi halda dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinə ərzaq payının verilməsi “Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 271 nömrəli qərarı ilə tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən istifadə Qaydası”nın 3.1.5-ci yarımbəndinə əsasən Gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyası Dövlət Gömrük Komitəsinin hesabına köçürlən vəsaitlərdən ödənilir. Eyni qayda 2017-ci ilə kimi qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydalarında da yer almışdır. Belə ki, həmin Qaydaların 3.1-ci bəndinə əsasən Gömrük sisteminin inkişaf fondunun vəsaiti aşağıdakı tədbirlərin maliyyələşdirilməsi üçün yönəldilir: “... gömrük orqanının vəzifəli şəxslərinə verilən geyim formasının və ərzaq payının dəyərinin ödənilməsinə...” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılmışdır. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi gömrük orqanlarının vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiya məbləği 2017-ci il tarxinə kimi və ondan sonra dövlət büdcəsindən deyil, büdcədənkənar vəsaitlərin hesabına ödənilmiş və buna görə kompensasiyanın məbləği əvvəlki illərə uyğun olaraq dəyişdirilmədən saxlanılmışdır. Hazırkı işin mübahisə olunmayan hallarına görə iddiaçı dövlət gömrük orqanlarında xidmət etmiş, ona xx.xx.2018-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq son yaş həddinə çatdığına görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan məlumat vərəqəsinə əsasən onun pul təminatında vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı və digər növ əlavələr də nəzərə alınmışdır. Qeyd olunan əlavə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmləri “50” rəqəmləri ilə, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, 2008-2018-ci illərdə nəinki iddiaçının, gömrük orqanlarının bütün vəzifəli şəxslərinə verilən ərzaq payının pul kompensasiyasının məbləği əvvəlki illərə uyğun olaraq dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı verilən sorğu əsasında müəyyən edilmişdir ki, 2008-2018-ci illərdə ödənilmiş ərzaq payı əvəzinə verilən kompensasiyasının məbləği aylıq 32 manat olmuşdur. Bu baxımdan 2011-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləğinin 64 manatdan hesablayıb ödənilməsi ilə bağlı iddia tələbinin faktiki və qanuni əsasları yoxdur. İddiaçı iddia ərizəsində “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamının 3-cü bəndinə, apellyasiya şikayətinində isə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarına istinad edərək ərzaq payı normasının ikiqat artırıldığını, lakin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən buna uyğun pul vəsaitinin artırılmadığını bildirmişdir. Məhkəmə kollegiyası tələbinin hüquqi əsası kimi istinad edilən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamı ilə bağlı ilk öncə onu qeyd edir ki, həmin Sərəncam gömrük orqanlarının əməkdaşlarının deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğinin artırılması ilə bağlı olmuşdur. Apellyasiya şikayətində istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarına gəlincə isə ümumiyyətlə sözügedən qərarda ərzaq payı normasının ikiqat artırılması barədə hər hansı qeyd yoxdur. Məhkəmə kollegiyası xüsusilə onu qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği ilə bağlı məsələləri həll etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 9-cu maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Həmin maddədən göründüyü kimi, ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması ilə yanaşı başqa silahlı birləşmələrin yaradılması da nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, başqa silahlı birləşmələrin yaradılması, onların hüquqi statusunu müəyyən edən normativ hüquqi aktların qəbul edilməsini zəruri etmişdir. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun preambulasma görə Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir. Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirən “Müdafiə haqqında” 1993-cü il 26 noyabr tarixli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. Müharibə şəraitində Silahlı Qüvvələr öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirirlər. Göründüyü kimi, qanunverici Silahlı Qüvvələri və digər qoşunları ayırmışdır. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları hesab olunmur və gömrük orqanlarında xidmət edən əməkdaşların hüquqları, vəzifələri, təminatları və məsuliyyəti Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2902 nömrəli Sərəncamından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarından göründüyü kimi, həmin normativ hüquqi aktlarla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği ilə bağlı məsələləri həll edir. Başqa sözlə, həmin Sərəncam və Qərar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşlarının deyil, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarını tənzimləyir. Ona görə də sözügedən Sərəncamda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyası ilə bağlı məsələlər Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşlarına şamil oluna bilməz. Məhkəmə kollegiyası tələbin 2-ci hissəsi, yəni ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 manatdan hesablanaraq yeni “Məlumat vərəqi”nin göndərilməsi ilə bağlı hissəsi üzrə onu qeyd edir ki, tələbin həmin hissəsi, digər hissədən asılı olduğundan və həmin hissədə yəni, 2011-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləği dəyişdirilmədiyindən (64 manat məbləğində olması müəyyən olunmadığından) tələb həmin hissədə təmin edilə bilməz. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 1 yanvar 2019-cu il tarixə qədər qüvvədə olan redaksiyasında qeyd edilir ki, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, iddiaçı xidmət etdiyi dövrlədə 32 manat həcmində ərzaq payı əvəzinə pul kompensasiyası almış və həmin məzmundan “Məlumat vərəqi”i səlahiyyətli quruma göndərilmiş və həmin “Məlumat vərəqi”i əsasında iddaçıya əmək pensiyası təyin edilmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2011-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 manatdan hesablanaraq yeni “Məlumat vərəqi”nin göndərilməsini tələb etməkdə haqlı deyildir. Bu baxımdan cavabdehin imtinası əsaslı olmuşdur. Odur ki, bu hissədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan şikayət təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2-1(120)-2310/2023 saylı qərarı 2011-2018-ci illər ərzində ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının 64 (altmış dörd) manatdan hesablanaraq yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar