Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-250/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Ələskərov Sənan Adil oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-1906/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı pul tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2022-ci ildə inspeksiya yoxlanması zamanı məhrum olunduğu 3000 manat əmək haqqının, xidmət zamanı yaranmış xəstəliklərə görə kompensasiyanın və xidmət vaxtından artıq gündəlik 11 saat olmaqla işlədiyi günlərə görə pul ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 15 noyabr 2024-cü il tarixli, 2- 1(120)-1906/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) iş vaxtından artıq, istirahət, iş günü hesab edilməyən bayram günləri xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunan hallarda əlavə haqqın ödənilməsi nəzərdə tutulmamışdır. Müvafiq hüquq normalarına əsasən hərbi qulluqçunun hüquqları məhdudlaşdırıla bilər və bu hərbi qulluçunun vəzifəsi, Vətənə sədaqət borcudur. Həmçinin iddiaçı cavabdeh inzibati orqan tərəfindən xidmət saatından artıq xidmətə cəlb olunması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə tələbin 2022-ci ildə inspeksiya yoxlanması zamanı iddiaçının məhrum olunduğu əmək haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının xəstəliyi ilə bağlı müraciəti inspeksiya yoxlamasından sonra olmuşdur. Həmçinin 67987 Sayli Hərbi Hissə Komandirinin Ə775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrindən və Ə868-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrindən də göründüyü kimi “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” Təlimat"ın tələbərinə əsasən hərbi qulluqçuların səhhətləri nəzərə alınaraq idman və fiziki hazırlıqdan azad edilmişlər. Həmin əmrdə İddiaçı adı qeyd edilməmişdir. İddia tələbinin xidmət zamanı yaranmış xəstəliklərə görə kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Hərbi Qulluqçuların Statusu” haqqında Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən, hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə, onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. İddiaçı xx.xx.2023-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. Onun ehtiyata buraxılması xəstəliklə bağlı deyil, xidmət müddətinin başa çatmasına görə olmuşdur. Və onun xidmət zamanı xəstəliyinin onun xidmətini istisna etməsi faktı ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin onun xəstəliyi hərbi xidmət vəzifələrinin icrası zamanı almadığı müəyyən edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə Daxili Qoşunlara xidmətə götürdükdən sonra Gəncə şəhərində yerləşən X1 hərbi hissədə 2018-ci ildən 2023-cü ilin iyun ayınadək Bakı şəhərində yerləşən Hərbi hissədə xidmət etmişdir. Xidmət dövründə qüsursuz xidmət etməklə hərbi hissənin rəhbərliyinin tapşırıqlarını vicdanla yerinə yetirmişdir. 2022-ci ildə səhətində yaranan narazıçılıqla əlaqədar o, həkimlərə müraciət etməli olmuşdur. Həkim müayinəsi zamanı onda bel nahiyəsində yırtıqlar, baş nahiyəsində kistalar, boyun fəqərələrində əyriliklər və bu xəstəliklər fonunda yaranan sinir sistemində pozulmalar müəyyən edilib. Qeyd olunan xəstəliklərlə əlaqədar xidmət etdiyi hərbi hissənin rəhbərliyinə bildirməklə sənədlərini hərbi hissənin tibb bölməsinə təqdim etmişdir. Təqdim edilən sənədlərdə ona ağır işlərin görülməməsi, sıra duruşunda durmaması və idman təlimlərinə cəlb edilməməsi tövsiyyə edilmişdir. Həkim rəyi əsasında idmandan azad olunmağına baxmayaraq növbəti 2022-ci ilin sentyabr ayında keçirilən inspeksiya yoxlanması zamanı ondan fiziki hazırlıqla bağlı imtahan götürülmüş və sağlamlıq məhdudhiyyətindən ona qeyri-kafı qiymət vermişlər. Bu səbəbdən o, Daxili Qoşunlarda nəzərdə tutulan 13-14-cü əmək haqqını ala bilməmişdir. O cümlədən mükafatlandırmadan məhrum edilmişdir. Beləliklə o, 3000 manat əmək haqqından məhrum edilmişdir. Xidmət zamanı iş saatlarından artıq olmaqla gündəlik 11 saat xidmət etmişdir. Ona qarşı edilən bu haqsızlığa görə və onu 3000 manat əmək haqqından məhrum etdiklərinə görə məhkəməyə müraciə etmək qərarına gəlmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı Daxili X7daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 45 №-li ş/h üzrə əmrinə əsasən şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, atıcı vəzifəsinə təyin edilmişdir. Daxili X7-daxili qoşunlar komandanının xx.xx.2023-cü il tarixli 107 №-li şəxsi heyət üzrə əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq atıcı vəzifəsindən azad edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, xidmət etdiyi dövrdə xx.xx.2017-ci il tarixdə “Dəfələrlə deyilməsinə baxmayaraq sıra intizamını pozduğuna görə” bölük komandirinin müavini tərəfindən “Töhmət”, xx.xx.2021-ci il tarixdə “Şəxsi intizamsızlığına görə” bölük komandiri tərəfindən “Töhmət”, xx.xx.2021-ci il tarixdə hərbi hissə komandirinin N nömrəli əmri ilə “Fiziki hazırlıq üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək qeyri-kafı qiymət aldığına görə” “Töhmət”, xx.xx.2022-ci il tarixdə hərbi hissə komandirinin Ə835-3 86-22 nömrəli əmri ilə “Ümumi inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək qeyri-kafı qiymət aldığına görə” “Töhmət” intizam cəzaları ilə cəzalandırılmış, üzərində qüvvədə olan 1 intizam cəzası olmuş, görülən bütün tədbirlərə baxmayaraq öz üzərində dönüş yaratmamış, mənfi xasiyyətnamə ilə xarakterizə olunmuşdur. N saylı hərbi hissə komandirinin Ə 775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli və Ə 868-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” əmrlərindən məlum olur ki, iddiaçı idman və fiziki hazırlıqdan azad edilməmişdir. N saylı hərbi hissədən verilmiş arayışdan məlum olmuşdur ki, iddiaçı 2022-ci ilin yekunlarına görə inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə “qeyri-kafı” qiymət almışdır. N saylı hərbi hissə komandirinin Ə835-386-22 nömrəli əmri ilə “Ümumi inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək qeyri-kafı qiymət aldığına görə” “Töhmət” intizam cəzası ilə cəzalandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli Q21-001-18 nömrəli (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi qulluqçularına əlavə pul təminatı ödənilməsi qaydalarının təsdiq edilməsi haqqında) Qərarının icrasının təmin edilməsi məqsədilə N saylı hərbi hissə komandirinin 3-13-14- 25/Ə87/2023 nömrəli xx.xx.2023-cü il tarixli (Hərbi qulluqçulara 2022-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının verilməsi haqqında) əmrinə əsasən iddiaçı ümumi yoxlamadan “qeyri-kafı” qiymət aldığına görə birdəfəlik pulla 50% məbləğində mükafatlandırılmışdır. N saylı hərbi hissədən təqdim olunmuş arayışdan məlum olmuşdur ki, iddiaçı 2022-ci ilin yekunlarına görə birdəfəlik pulla 50% məbləğində mükafatlandırıldığından ona 928,29 manat ödənilmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi “Caspian international Hospital” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənəddən məlum olur ki, Boyun fəqərələrinin MR müayinəsi Saggital Tl, T2, aksial T2W proyeksiyalarda: Boyun lordozu azalıbdır. Fəqərə cismlərinin yüksəklikləri və siqnal intensivlikləri təbiidir. Fəqərə arası disk yüksəklikləri dəyişilməyibdir. Servikal fəqərə arası disklərin siqnal intensivlikləri erkən mərhələ degenerasiyaya bağlı periferik hissələrdə azalmışdır. Servikal disklərdə onurğa kanalına doğru bariz yerdəyişmə (yırtıq və ya protuziya), sinir köklərinə kompressiya izlənilmədi. Onurğa beyinin morfologiya və siqnal intensivliyi təbiidir. Onurğa kanalının diametri təbiidir. Paravertebral sahələrdə infıltrasiya, möhtəviyyat lehinə patoloji siqnal dəyişiklik aşkar edilmir. Digər tibbi sənədlər xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, N saylı hərbi hissədə ümumi inspeksiya yoxlaması 09 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək keçirilmişdir. İddiaçı “Caspian international Hospital”da xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və onun sağlamlığında hər hansı patologiya aşkar olunmamışdır. Həmçinin, məlum olur ki, iddiaçı qeyd olunan tibb müəssisələrinə N saylı hərbi hissə komandirinin Ə 775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” əmrindən və hərbi hissədə keçirilmiş ümumi inspeksiya yoxlamasından sonra, (09 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək) yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Qeyd olunanlara əsasən hesab edilir ki, iddiaçının fiziki hazırlığının yoxlanılması üzrə müəyyən normativlərin yerinə yetirilməsinə cəlb edilməsi zamanı qanunvericiliyin tələblərini pozmamışdır. Həmçinin, xx.xx.2022-ci il tarixdə hərbi hissə komandirinin Ə835-3 86-22 nömrəli əmri ilə “Ümumi inspeksiya yoxlaması zamanı təlim fənləri üzrə qəbul edilən imtahanlarda aşağı nəticə göstərərək qeyri-kafı qiymət aldığına görə” “Töhmət” intizam cəzası ilə cəzalandırılması nəticəsində hissə komandirinin 3-13-14-25/Ə87/2023 nömrəli xx.xx.2023-cü il tarixli (Hərbi qulluqçulara 2022-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının verilməsi haqqında) əmrinə əsasən birdəfəlik pul mükafatına 50% layiq görülməsi üzrə iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Eyni zamanda iddiaçı ərizəsində iş saatından artıq olmaqla gündəlik 11 saat xidmət etdiyini və xidmət vaxtından artıq gündəlik 11 saat olmaqla işlədiyi günlərə görə əlavə ödənişin edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilməlidir ki, hərbi qulluqçular hərbi hissənin gün nizamına əsasən xidmətə cəlb olunur. Daxili xidmət naryadlarma və yaxud fəaliyyət istiqaməti üzrə xidmətə cəlb olunmuş hərbi qulluqçular qanunvericilikdə nəzərdə tutulmuş qaydada istirahət vaxtı ilə təmin olunur. Həmçinin “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən Daxili qoşunların hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi xidmətlə əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsində göstərilir ki, Hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunda hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) iş vaxtından artıq, istirahət, iş günü hesab edilməyən bayram günləri xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunan hallarda əlavə haqqın ödənilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş tam və hərtərəfli araşdırılmamış, müvafiq sübutlar əldə edilərək, həmin sübutlara qiymət verilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəmdəsi şikayətin dəlillərini qəbul etməmiş və təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş -X2 xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Bel-oma MR müayinəsinin nəticəsinə görə Koronal STİR, Saggital T1, T2, aksial T2W proyeksiyalarda: Bel lordozu artmışdır. Fəqərə cismlərinin yüksəklikləri və siqnal intensivlikləri təbiidir. Fəqərə arası disk yüksəklikləri dəyişməyibdir. Lumbal disklərin siqnal intensivliyi adidir. L3- 4 diskdə anterior epidural sahə ilə sərhədlənən mərkəzi qabarma izlənilir. L4-5 diskdə anterior epidural sahə, fəqərəarası dəliklərdə mülayim darlıq yaradan, hər iki sinir kökünə kompressiya göstərən 2mm ölçülü sirkulyar protruziya qeyd olunur. Onurğa beyni Th12-L1 səviyyədə konus medullaris olaraq sonlanmaqdadır. Onurğa kanalının diametri təbiidir. STİR müayinə zamanı sümüklərdə patoloji siqnal artışı qeyd olunmur. -X2 xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı Boyun fəqərələrinin MR müayinəsinin nəticələrinə görə Saggital T1, T2, aksial T2W Boyun lordozu azalıbdır. Fəqərə cismlərinin yüksəklikləri və siqnal intensivlikləri təbiidir. Fəqərə arası disk yüksəklikləri dəyişməyibdir. Servikal fəqərə arası disklərin siqnal intensivlikləri erkən mərhələ degenerasiyaya bağlı periferik hissələrdə azalmışdır. Servikal disklərdə onurğa kanalına doğru bariz yerdəyişmə (yırtıq və ya protruziya), sinir köklərinə kompressiya izlənilmədi. Onurğa beyninin morfologiyası və siqnal intensivliyi təbiidir. Onurğa kanalının diametri təbiidir. Paravertebral sahələrdə infıltrasiya, möhtəviyyat lehinə patoloji siqnal dəyişikliyi aşkar edilmir. -N saylı Hərbi hissə komandirinin № 3-13-14-25/Ə87/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışın məzmunundan görünür ki, “Hərbi qulluqçulara 2022-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının verilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2018-ci il tarixli Q21 -001-18 nömrəli “Azərbaycan Respublikası Daxili X10 Qoşunlarının hərbi qulluqçularına əlavə pul təminatı ödənilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarının icrasını təmin etmək məqsədilə 2022-cü ildə xidməti vəzifə borclarının icrasında yol verdiyi nöqsanlara və ümumi yoxlamadan “qeyri-kafı” qiymət aldığına görə əsgər İddiaçı birdəfəlik pul mükafatı 50% məbləğində verilməsi qərara alınmışdır. -N saylı Hərbi Hissə Komandirinin Ə 775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli və Ə 868-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli əmrlərinin məzmunundan görünür ki, “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 01 aprel 2020-ci il tarixli 64 nömrəli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında fiziki hazırlıq üzrə fəaliyyətin təşkilinə dair Təlimat"ın tələbərini rəhbər tutaraq hərbi hissədə fiziki hazırlıq üzrə məşğələlərin səmərəli və keyfiyyətlə keçirilməsi, eləcə də hissənin zabit, gizir , MAXE və müddətli hərbi qulluqçularının sağlamlıqlarının qorunması məqsədi ilə hərbi hissənin bir sıra zabit, gizir, MAXE və müddətli hərbi qulluqçuların səhhətləri nəzərə alınaraq idman və fiziki hazırlıqdan azad edilmişlər. Qeyd olunan əmrlərdə İddiaçı adı qeyd edilməmişdir. -2022-ci il üçün ümumi yoxlamadan qiymət haqqında məlumatdan görünür ki, 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunun atıcısı əsgər İddiaçı 2022-ci ildə ümumi yoxlamadan “qeyrikafi” qiymət almışdır. Daxili Qoşunların Baş İdarəsinin İnspeksıyası tərəfindən N saylı hərbi hissədə 09xx.xx.2022-ci il tarixlərdə hərbi qulluqçulardan təlim fənləri üzrə qəbul edilmiş imtahanların qiymət cədvəlindən çıxarışdan görünür ki, İddiaçı ümumi qiyməti 2 olmuşdur. Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, İddiaçı Hərbi xidmətə yararlıdır, bel fəqərəsinin osteoxondrozu, funksiya pozulması olmadan. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hal hazırda psixoloji vəziyyəti sabitdir. -Azərbaycan Respublikasi Daxili X7 X4 xx.xx.2023-cü il tarixli, 107ş/h nömrəli əmrindən çixarişdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Əsgər İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 23cü maddəsinə əsasən hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları bir sıra hallarda məhdudlaşdırılır, o cümlədən: a) hərbi qulluqçuların tətil hüququ yoxdur; b) hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər; v) hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması qadağandır; q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər. Qeyd olunan normaların tələbləri baxımından birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hərbi qulluqçunun hüquqları məhdudlaşdırıla bilər. Həmçinin iddiaçı cavabdeh inzibati orqan tərəfindən xidmət saatından artıq xidmətə cəlb olunması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin digər vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçular əlilliyə görə əmək pensiyası hüququna malikdirlər. Bu maddədə göstərilən şəxslərin öldüyü və həlak olduğu hallarda onların ailələri ailə başçısının itirilməsinə görə əmək pensiyası almaq hüququna malikdirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. Bu baxımdan tələbin xidmət zamanı yaranmış xəstəliklərə görə kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə də qeyd olunur ki, Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində İddiaçı funksiya pozulması olmadan bel fəqərəsinin osteoxondrozu diaqnozu qoyulsa da, hərbi xidmətə yararlı olması qeyd edilmişdir. Eyni zamanda iddiaçı qeyd olunan xəstəlik səbəbindən deyil, xidmət müddətinin başa çatması əsası ilə ehtiyata buraxılmışdır. Digər tərəfdən iddiaçının orqanizmində patofunksional pozuntuların xidmət zamanı yaranması ehtimalında da qanunvericiliyin tələblərinə görə müvafiq kompensasiyanın ödənilməsi tələbi xidmət etdiyi hərbi quruma qarşı yönələ bilməz. Tələbin 2022-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməsi hissəsi ilə bağlı qeyd olunur ki, təqdim edilmiş sübutlarla iddiaçının orqanizmində idman və fiziki hazırlıqla bağlı inspeksiya yoxlamasından əvvəlki tarixlərdə hər-hansı potologiyanın olması müəyyən edilmir, əksinə iddiaçı tibb müəssisələrinə hərbi hissə komandirinin Ə 775-386-22 nömrəli, xx.xx.2022-ci il tarixli “Hərbi qulluqçuların səhhətinə görə müvəqqəti olaraq idman və fiziki hazırlıqdan azad edilməsi haqqında” əmrindən və hərbi hissədə keçirilmiş ümumi inspeksiya yoxlamasından (09 sentyabr 2022-ci il tarixdən 17 sentyabr 2022-ci il tarixədək) sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının fiziki hazırlığın yoxlanılması üzrə normativlərin yerinə yetirilməsi zamanı tələb olunan həddə nəticə göstərməməsi haqlı olaraq ona ödənilməli olan vəsaitin miqdarının azaldılmasına əsas vermişdir. Həmçinin qeyd olunan vəsaitin iddiaçıya tam həcmdə ödənilməməsi (50 %) cavabdehin müvafiq əmri ilə baş vermişdir ki, iddiaçı həmin əmri mübahisələndirməmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(120)-1906/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-250/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-250/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver