Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-44/2025 28.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-978/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3444/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cəbrayıl rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ilin oktyabr ayından 2016ci ilin iyun ayına kimi Qaçqınlar və X4 üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon nümayəndəliyində 7-ci təsnifatda işləmişdir. İşlədiyi müddətdə məcburi köçkünlərə verilən aylıq çörək pulu müavinətini almamışdır. 2016-cı ilin iyun ayında yaşa görə öz ərizəsi ilə dövlət qulluğundan azad olunmuşdur. İşdən azad olunduqdan sonra müavinəti bərpa olunub məcburi köçkün statusu ləğv olunmadığı halda və heç bir hüquqi əsas göstərilmədən 2017-ci ilin fevral ayından onun çörək pulu müavinəti dayandırılmışdır. 2 ildir insult xəstəsidir, hazırda həkim nəzarətində yaşayır və müalicə olunmaqda çətinlik çəkdiyi bir vaxtda müavinətinin dayandırılması səhhətində ciddi problemlər yaradıb. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavinin imzaladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı bəhanə gətirərək çörək pulu muavəniti dayandırılmışdır, bu qərarın ona aid olmadığı üçün bildirir ki, bu qərar ona təqaüdə çıxdıqdan sonra verilmişdir qərar geriyə şamil edilmir. Hal-hazırda məcburi köçkünlük statusu ləğv olunmayıb, konstitusion hüququdur o, bundan istifadə etməlidir. Nazirlər Kabinetinin çıxardığı qərarı deyil, tövsiyədir. Bu tövsiyəni bəhanə gətirərək müavinətinin dayandırılmasını Ulu Öndərimizin 1993-cü ildə onlara verdiyi sərəncama qarşı hörmətsizlik hesab edir və konstitusion hüququmun qorunması üçün ədalətli qərar çıxarılmasının və müavətinin bərpa olunması barədə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün xx.xx.2022-ci il tarixli, 01/1503 nömrəli məktubla Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4- cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı əraziləri işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə ərazilərə işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqın 'a, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Qərarın 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, İF M-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda yazılanlara əsasən bildiririk ki, müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. Cəbrayıl Rayon'İcı^HäRimlyyətrtərəfirrdən Təhməzov-Rafiq Məhəmməd oğlunun sözügedən müraciətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-c' il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.13-cü bəndinin tələblərinə uyğun olaraq baxılmış və ona imtina cavabı verilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Bununla yanaşı bildiririk ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrc dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinət şamil olunmur. İddiaçı iddia ərizəsindəndə göründüyü kimi 1993-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon üzrə nümayəndəliyində dövlət qulluqçusu kimi çalışmış, 2016-cı ilin iyun ayında isə yaşa görə əmək pensiyasına çıxmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasf’nın 2.13-cü bəndi nəinki Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, həmçinin bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinətin verilməməsini şərtləndirir. Xüsusilə vurğulamaq lazımdır ki, “Məcburi köçkünlərə yemək xərci üçün döv:ət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 nömrəli əmri ilə təsdiq olunmuş, sonradan Komitənin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə yeni redaksiyada verilmişdir. Daha sonra isə, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2014cü il 10 dekabr tarixli 1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2010-cu il 17 dekabr tarixli 4076 nömrəli şəhadətnamə verilməklə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" ləğv edilərək, “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" yeni redaksiyada təsdiq edilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı ilə dövlət büdcəsindən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən vahid aylıq müavinət təyin edilmiş və həmin Fərmanın 2.1-ci bəndinin icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının icrası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tətbiqi ilə bağlı məcburi köçkünlərə döv'ət büdcəsindən yemək xərci üçün verilən aylıq müavinətin paylanılmasını tənzimləyən “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimatın ləğv edilməsi zərurəti yaranaraq, Komitənin 15 fevral 2017-ci il tarixli 1 nömrəli Qərarı ilə ləğv edilmişdir. Hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Bildirir ki, qüvvədən düşmüş Təlimatlarla yalnız məcburi köçkünlərə yemək xərci üçün müavinətin ödənilməsi nəzərdə tutulurdusa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalarla isə nəinki yemək xərci, həmçinin kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, yeni vahid aylıq müavinətin ödənilməsi nəzərdə tutulur. Məzmunundan da göründüyü kimi, hal-hazırda məcburi köçkünlərə verilən vahid aylıq müavinət, məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin xələfi, davamçısı qismində çıxış etmir. Həmçinin diqqətə çatdırırıq ki, Azərbaycan Respublikasının Hesablama Palatasının Komitədə həyata keçirdiyi audit zamanı dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluqçularının, o cümlədən İddiaçı vahid aylıq müavinətinin dayandırılması öhdəliyi qoyulmuşdur. Qeyd olunanlara əsasən bildirir ki, İddiaçı ona məcburi köçkün kimi təyin edilmiş və sonradan dayandırılmış vahid aylıq müavinətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir.Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-978/2024 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı sözügedən müraciətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.13cü bəndinin tələblərinə uyqun olaraq baxılmış və ona imtina cavabı verilmişdir. Bununla yanaşı bildiririk ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasr’nm 2.13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinət şamil olunmur. Cəbrayıl rayon İcra Hakimiyyətinin təqdim etdiyi arayışa əsasən, Cəbrayıl rayon sakini İddiaçı oqlu 2016-cı ilin oktyabr avına kimi Dövlət Qulluqunda çalışdığı üçün ona vahid aylıq müavinət ödənilməmişdir. İsdən çıxdıqdan sonra 2016-cı ilin oktyabr ayı təqdim etdiyi sənədlər əsasında onun vahid aylıq müavinəti bərpa edilmiş və 2021-ci ilin fevral avına kimi ödənilmişdir. 2020-ci ilin fevral avıda Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Qaçqınların və X6 üzrə Dövlət Komitəsində aparılan yoxlama zamanı Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluqçularının, o cümlədən İddiaçı vahid aylıq müavinəti 2021-ci ilin fevral avı Komitə tərəfindən dayandırılmışdır. Göründüyü kimi, şəxs 2021-ci ilin fevral ayında yas həddinə görə əmək pensiyası dövlət qulluğu üzrə çıxdığından Qaydanın 2.13-cü bəndinə əsasən ona vahid avıq müavinət verilə bilməz. Odur ki. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən vahid aylıq müavinətin verilməsi dayandırılmalı olduğu halda dayandırılmamışdır və Azərbaycan Respublikasının Hesablama Palatasının Komitədə həyata keçirdiyi audit zamanı dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yas həddinə görə pensiyaya çıxmış İddiaçı vahid aylıq müavinətinin dayandırılması öhdəliyi qoyulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: ... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər
Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə:
3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir.
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı:
1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: ... 2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının tələbi “Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyənləşdirilmişdir ki, İddiaçı işdən azad edildikdən sonra, dövlət qulluqçusu kimi ona yaş həddinə görə deyil, yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.13-cü bəndində qeyd edilmiş qaydalar İddiaçı üçün tətbiq edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2021-ci ilin fevral ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavininin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının vahid aylıq müavinətinin bərpa edilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinə ünvanladığı ərizə baxılması üçün Cəbrayıl rayon İcra Hakimiyyətinə göndərilmişdir. Eyni məzmunlu müraciətləri ilə bağlı ona dəfələrlə rəsmi məktub göndərilmiş və şifahi izahatlar verilmişdir. Bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.13-cü bəndinə əsasən icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçularına, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmur. Məlumat üçün bildirilir ki, Dövlət qulluqçusu kimi pensiya almağı əsas gətirilərək Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən vahid aylıq müavinət 2021-ci ilin fevral ayından dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Təhməzov X2 rayonundan məcburi köçkündür. Biləsuvar rayonunda yerləşən məcburi köçkün qəsəbəsində, 297 saylı evdə məskunlaşmışdır. Əlavə olaraq bildirir ki, Təhməzov X3 ərizə ilə müraciət etmədiyindən onun barəsində heç bir inzibati icraat materialı aşkar edilməmişdir. İş materiallarında olan 34939/7904A0DD-6695-41B7-BD97-9941E8FBF417 nömrəli elektron sorğudan məlum olur ki, İddiaçı xx xxxx 1953-cü il tarixə Cəbrayıl rayonu Böyük Mərcanlı kəndində anadan olmuşdur və məcburi köçkün statusu vardır. Məcburi köçkün statusu olduğu üçün İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən AA472196 nömrəli xx.xx.2022-ci il tarixli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydasfmn 2.13-cü bəndinə əsasən icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmur. Məlumat üçün bildirir ki, İddiaçı 2016-cı ilin oktyabr ayına kimi Dövlət Qulluğunda çalışdığı üçün ona vahid aylıq müavinət ödənilməmişdir. İşdən çıxdıqdan sonra 2016-cı ilin oktyabr ayı əvvəlki təlimata uyğun olaraq təqdim etdiyi sənədlər əsasında onun vahid aylıq müavinəti bərpa edilmiş və 2021-ci ilin fevral ayına kimi ödənilmişdir. Bildirir ki, 2020-ci ilin fevral ayında Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində aparılan yoxlama zamanı Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluqçularının, o cümlədən İddiaçı vahid aylıq müavinətinin dayandırılması tələbi qoyulmuşdur. Komitə 17 mart 2020-ci il tarixdə RR/02- 244 nömrəli məktubla Cəbrayıl rayon icra hakimiyyətinə müraciət edərək siyahı üzrə yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluçuların vahid aylıq müavinətinin dayandırılması məsələsini qaldırmışdır. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli 101 nömrəli məktubla Komitəyə cavab yazılaraq siyahı üzrə adları qeyd edilən sakinlərinin vahid aylıq müavinətinin yuxarıda adı çəkilən Qərardan əvvəlki tarixlərdə bərpa edildiyi nəzərə alınaraq onların müavinətinin dayandırılmaması bildirirlmişdir. Həmçinin İddiaçı vahid aylıq müavinətinin dayandırılması barədə Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Dövlətqaçqınkoma hesabat təqdim edilməmiş və onun adı vahid aylıq müavinət alanların siyahısından çıxarılmamışdır. Lakin 2021-ci ilin fevral ayı dövlət qulluqçusu kimi pensiya aldıqları əsas gətirilərək Qaçqınların və X4 üzrə Dövlət Komitəsi digər sakinlərlə bərabər İddiaçı da vahid aylıq müavinətini dayandırmış və onun adı siyahıdan çıxarılmışdır. İş materiallarında olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə cəmi əhali və onlardan vahid aylıq müavinət alanların 2022-ci ilin may ayına olan hərəkət cədvəlindən görünür ki, İddiaçı vahid aylıq müavinəti alanlar sırasına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məcburi köçkün İddiaçı tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə daxil olmuş ərizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası”nın tələblərinə uyğun müvafiq qaydada baxılması üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.2004- cü il tarixli, ******* nömrəli əmək kitabçasının və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı əmrlərin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli 115K nömrəli əmrlə Dövlət qulluğu haqqında “Qanun”un tələblərinə müvafiq olaraq ərizəsinə öz əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-803/2024 nömrəli müşayət məktubuna əlavə edilmiş iddiaçının əmək fəaliyyəti haqqında cədvəldən görünür ki, iddiaçı axırıncı dəfə ikinci dərəcəli dövlət qulluqçusu olmuş və xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mərkəzi aparatının Cəbrayıl rayon şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu verilmiş və iddiaçının Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mərkəzi aparatının Cəbrayıl rayon şöbəsində işlədiyi baş məsləhətçi vəzifəsinin (ikinci dərəcəli dövlət qulluqçusu olmaqla) inzibati və yaxud yardımçı vəzifə olması barədə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9-3/2-3424/2024 nömrəli məktubunda bildirilmişdir ki, 2004-2016-cı illərdə Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsində baş məsləhətçi vəzifəsində iş müddətilə bağlı bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. Həmin Qanunun 1.1.11-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusu inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahıdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində baş məsləhətçi vəzifəsi inzibati vəzifələrin yeddinci təsnifatına aid edilmişdir. Qeyd edilənlərə əsasən 2004-2016-cı illərdə Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsində baş məsləhətçi vəzifəsi inzibati vəzifə hesab olunur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı Cəbrayıl rayonundan daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən olunmuş qaydada məcburi köçkün statusuna malikdir. Sonuncu xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mərkəzi aparatının Cəbrayıl rayon şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. xx.xx.2016-cı ildə öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. O, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə aylıq müavinətin bərpa olunması üçün müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Vahid aylıq müavinətlə bağlı Qaçqınların və X4 üzrə Dövlət Komitəsində fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.13-cü bəndinə əsasən İddiaçı yaş həddinə görə əmək pensiyasına çıxdığının əsas gətirilərək vahid aylıq müavinəti bərpa edilməmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, İddiaçı 2016-cı ilin oktyabr ayına kimi Dövlət Qulluğunda çalışdığı üçün ona vahid aylıq müavinət ödənilməmişdir. İşdən çıxdıqdan sonra 2016-cı ilin oktyabr ayı əvvəlki təlimata uyğun olaraq təqdim etdiyi sənədlər əsasında onun vahid aylıq müavinəti bərpa edilmiş və 2021-ci ilin fevral ayına kimi ödənilmişdir. Bildirilir ki, 2020-ci ilin fevral ayında Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsində aparılan yoxlama zamanı Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluqçularının, o cümlədən İddiaçı vahid aylıq müavinətinin dayandırılması tələb qoyulmuşdur. Komitə 17 mart 2020-ci il tarixdə RR/02- 244 nömrəli məktubla Cəbrayıl rayon icra hakimiyyətinə müraciət edərək siyahı üzrə yaş həddinə görə pensiyaya çıxmış dövlət qulluçuların vahid aylıq müavinətinin dayandırılması məsələsini qaldırmışdır. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli 101 nömrəli məktubla Komitəyə cavab yazılaraq siyahı üzrə adları qeyd edilən sakinlərinin vahid aylıq müavinətinin yuxarıda adı çəkilən Qərardan əvvəlki tarixlərdə bərpa edildiyi nəzərə alınaraq onların müavinətinin dayandırılmaması bildirilmişdir. Həmçinin İddiaçı vahid aylıq müavinətinin dayandırılması barədə Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Dövlətqaçqınkoma hesabat təqdim edilməmiş və onun adı vahid aylıq müavinət alanların siyahısından çıxarılmamışdır. Lakin 2021-ci ilin fevral ayı dövlət qulluqçusu kimi pensiya aldıqları əsas gətirilərək Qaçqınların və X4 üzrə Dövlət Komitəsi digər sakinlərlə bərabər İddiaçı da vahid aylıq müavinətini dayandırmış və onun adı siyahıdan çıxarılmışdır. Yəni, İddiaçı adı 2021-ci ilin fevral ayı üzrə hesabata daxil edilərək Qaçqınların və X4 üzrə Komitəsinə təqdim edilsə də, sonuncu dürüstləşdirmə zamanı iddiaçı ilə bağlı Maliyyə Nazirliyinə müvafiq sifariş verməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçı axırıncı dəfə ikinci dərəcəli dövlət qulluqçusu olmuş və xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək inzibati vəzifə hesab olunan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mərkəzi aparatının Cəbrayıl rayon şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş və işdən çıxdıqdan sonra ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanın 1-ci bəndində qeyd olunur ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasına əsasən bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydanın 2.13-cü bəndinə əsasən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkün statusu olan şəxslərə aylıq müavinət şamil edilmir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Həmin Qanunun 1.1.9-cu maddəsinə əsasən dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahididir. Həmin Qanunun 1.1.11-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusu – inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahıdır. Həmin Qanunun 1.1.14-cü maddəsinə əsasən dövlət orqanının aparatı – özündə struktur bölmələri (şöbə və sektor) birləşdirən və dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsini bilavasitə təşkil və təmin edən dövlət orqanının struktur qurumudur. Yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının” 2.13-cü bəndində göstərilən sahələrdə işləyən şəxs olmuşdır. Buna görə də ona müavinət təyin edilə bilməz. Belə ki, qeyd edilən hüquq normalarına görə məcburi köçkün statusu olan şəxslərə aylıq müavinətin verilməsi nəzərdə tutulsa da, həmin müavinətin verilməsində məhdudiyyətlər mövcuddur. Həmin məhdudiyyətlərdən biri də icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçularının yaş həddinə görə əmək pensiyasına çıxmasıdır. İşin faktiki hallarına görə iddiaçı məcburi köçkündür və o, ikinci dərəcəli dövlət qulluqçusu olmuş və xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mərkəzi aparatının Cəbrayıl rayon şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş və həmin vəzifə inzibati vəzifə olmuşdur. xx.xx.2016-cı ildə iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş və dövlət qulluğuna xitam verildikdən sonra ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi məcburi köçkün statusu olan şəxslərə aylıq müavinətin verilməsi nəzərdə tutulsa da, həmin müavinət yuxarıda göstərilən Qaydada, xüsusilə də həmin Qaydanın 2.13-cü bəndində nəzərdə tutulan şəxslərə və hallara şamil edilmir. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının” 2.13-cü bəndinə əsaslanaraq iddiaçının tələbinin təmin edilməməsini xahiş edir. Yəni, cavabdeh hesab edir ki, iddiaçı yuxarıda qeyd edilən Qaydanın 2.13-cü bəndində göstərilən sahədə (vəzifədə) işlədiyindən və bu sahə üzrə yaş həddinə görə əmək pensiyasına çıxdığına görə məcburi köçkün statusu olan şəxslərə ödənilməsi nəzərdə tutulan aylıq müavinət ona şamil edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə razılaşaraq hesab edir ki, cavabdeh iddiaçının müraciətindən imtina edərkən onun hüquqlarına əsassız müdaxilə etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı işdən azad edildikdən sonra, dövlət qulluqçu kimi ona yaş həddinə görə deyil, yaşa görə əmək pensiyası təyin edildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.13-cü bəndində qeyd edilmiş qaydalar İddiaçı üçün tətbiq edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılamayaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə əsasən Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1.1-ci maddəsində qeyd edilən yaşa görə əmək pensiyası növü həm ümumi əsaslarla, həm də güzəştli şərtlərlə (uşaqlara, əmək şəraitinə və xidmət illərinə görə) pensiya növünü əhatə edir. Bu baxımdan Qaydalarda göstərilən 2.13-cü bənddəki “yaş həddinə görə əmək pensiyası” ifadəsi öz növbəsində Qanunun 4.1.1-ci maddəsində göstərilən yaşa görə əmək pensiyası ilə eyni mənanı ifadə edir. Bütün qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəni həll edərkən birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün qiymətləndirməmiş və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2-1(120)-978/2024 saylı qərarı ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.