Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-650/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixli 109 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2020-ci il tarixli 109 saylı sərəncamın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-279/2025 saylı qərarı (hakim Ş.Musayev) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin apellyasiya araşdırması zamanı iddiaçıların nümayəndəsi tərəfindən verilmiş Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(120)-279/2025 saylı iş üzrə protokola dair qeydlər birinci instansiya məhkəməsinə təqdim edilmiş, işə baxmış hakim tərəfindən protokola dair qeydlər apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İddiaçıların nümayəndəsi protokola dair qeydlər ilə bağlı məsələyə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 274.1-ci maddəsinə əsasən protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məsələ birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan hazırki iş apellyasiya baxışı üzrə icraatdan çıxarılmalı və birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 274.1-ci maddəsinin tələbini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İnzibati iş apellyasiya baxışı üzrə icraatdan çıxarılmaqla, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz
Məhkəmə qərarları › İş №2-1(106)-650/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-650/2025
06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver