Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-821/2025 13.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, iddiaçının vəkili Nümayəndə1 Babalı oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “oğlu X8 müavinətin verilməsinin bərpa olunması və 2007-ci ildən İ dərəcəli Qarabağ əlili kimi verilməli olan müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(120)- 1151/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: İş materiallarında olan pensiya işindən görünür ki, X8 xx.xx.1993-cü il tarixdə İ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2008-ci il tarixdən əmək pensiyası dayandırılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(008)-6466/2021 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X2 ərizəsi təmin edilərək, xx.xx.1971-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş X5 30 may 2007ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. 06 aprel 2024-cü il tarixli etibarnamə ilə idarəetmə müqaviləsindən görünür ki, Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən İddiaçı X5 əmlakının idarəçisi təyin edilmiş, müqavilə X5 bütün əmlaklarına şamil edilmiş, müqavilənin bağlanması üçün əsaslar kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.4-cü maddəsi və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-239/2024 saylı qətnaməsi göstərilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-153471/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “...Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” və “Sosial ödənişlər” altsistemlərində X5 hər hansı növ sosial ödəniş alması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq qeyd edirik ki, Nazirliyin digər məlumat bazalarından əldə olunan məlumatlara əsasən adıçəkilən şəxsə 1993-cü il 23 avqust tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İ dərəcə əlilliyə görə əmək pensiyasının qeydiyyatı aparılsa da, bununla əlaqədar 2002-ci il 1 dekabr tarixindən 2008-ci il 1 mart tarixinədək hər hansı ödənişin edildiyi müəyyən edilməmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X12 xx.xx.2007-ci il tarixdə itmiş və bu günə qədər oğlunun harda olması barədə məlumat yoxdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(008)-6466/2021 nömrəli qətnaməsi ilə X5 30 may 2007-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Oğlunun əmlakının idarəçisi təyin edilmişdir. X8 İ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, oğlunun ölməməsinə baxmayaraq, məlum olmayan səbəbdən pensiya dayandırılmışdır. Məsələ ilə bağlı cavabdehə müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya etirazda qeyd etmişdir ki, Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X5 xx.xx.2007-ci il tarixdən itkin düşmüş hesab edildiyinə görə onun hər hansı sosial ödəniş hüququna baxılması və sosial ödənişin (hüququ olduğu halda) X4 ödənilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinə əsasən Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdə aydan sonrakı ayın 1-dən dayandırılır. X9 xx.xx.1993-cü il tarixdə İ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2008-ci il tarixdən əmək pensiyası dayandırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(008)-6466/2021 nömrəli qətnaməsi ilə X5 30 may 2007-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (mad.1151.1). Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (mad.1153). Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun (mad.1152). Qeyd edilən maddi hüquq normalarına əsasən X1 qüvvədə olub onun itkin düşməsi ilə dayandırılan və şəxssi xarakter daşıyan məhruma mənsub olan əmlak hüququ mirasın tərkibinə daxil deyildir. Hazırki iş üzrə İddiaçı X9 münasibətdə subyektiv hüquqa malik deyil. Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(120)-1151/2025 nömrəli qərardadı (hakim Şahəli Musayev) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etirazın dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçının vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(120)-1151/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(120)-1151/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(120)-1151/2025 nömrəli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X1 qüvvədə olub onun itkin düşməsi ilə dayandırılan və şəxsi xarakter daşıyan məhruma mənsub olan əmlak hüququ mirasın tərkibinə daxil deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin halları ilə müəyyən edilir ki, iddiaçının oğlu X8 xx.xx.1993-cü il tarixdə İ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2008-ci il tarixdən əmək pensiyası dayandırılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(008)-6466/2021 nömrəli qətnaməsi ilə xx.xx.1971-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş X5 30 may 2007-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmişdir. 06 aprel 2024-cü il tarixli etibarnamə ilə idarəetmə müqaviləsi ilə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən İddiaçı X5 əmlakının idarəçisi təyin edilmiş, müqavilə X5 bütün əmlaklarına şamil edilmişdir. İddiaçının hüquqi marağı oğluna təyin edilmiş pensiyanın bərpa edilməsi və ödənilməsindən ibarətdir. Birinsi instansiya məhkəməsi əsassız olaraq iddiaçının oğlunu ölmüş şəxs hesab edərək, tələb hüququnun şəxsi xarakter daşımasına, həmin hüququn mirasın tərkibinə daxil edilməməsinə əsaslanmışdır. Kollegiya qeyd edir ki, iddiaçının oğlu ölmüş şəxs hesab edilməmişdir ki, mirasdan söhbət getsin. İddiaçı X5 əmlakının idarəçisi təyin edilmiş, müqavilə X5 bütün əmlaklarına şamil edilmişdir. Əmlak idarəçisinin təyin edilməsində məqsəd də xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsidir. Göstərilən səbəblərdən kollegiya hesab edir ki, iddiaçının hazırkı iddiaya münasibətdə subyektiv hüququ var və işə mahiyyəti üzrə baxılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının hüquqi marağına uyğun cavabdeh müəyyənləşdirilməli, iddia tələbi dəqiqləşdirilməsi və sair hallar ilə bağlı hüquqi yardım göstəriməli, bir sözlə işə mahiyyəti üzrə baxılmasına mane olan hallar aradan qaldırılmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2-1(120)-1151/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-821/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-821/2025
13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver