Məhkəmə qərarları › İş №2-1(106)-948/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-948/2025

19.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-948/2025 19.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi və əliliyin bərpa olunması) Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət Ilham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı “## ###### 2023-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları: Iddiaçıya ##.##.2016-cı ildə Xəstəliklərin Beynəlxalq XIII Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => MOO-M25 - Artropatiyaiar => M20-M25 - Təsnifatı: Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...Diaqnozun mətni: Sol əlin IV-V barmaqların pcstravmatik kontrakturası, sağ əlin funksiya pozğunluqu, sol mil sümüyün konsulidasiya etmiş tipik sınığı, Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.3. bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (Q71.3, M24.6) diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. ...Qeyd edilənləri nəzərə alaraq, ## ###### 2023-cü il tarixində saat 14:30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz.” Agentliyin Tibbi-sosial ekspert komissiyasının ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...X9 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 20 (iyirmi) nəfərə dair ##.##.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməlı məktub göndərilmişdir. Agentliyinin Tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 11 (on bir) nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 9 (doqquz) nəfərin isə tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış və aşağıdakıları müəyyən etmişdir: Cəlilabad rayon sakini ##.##.1973-cü il təvəllüdlü İddiaçı (FIN:*******) əlillik vəziyyəti Tibbisosial ekspert komissiyası tərəfindən ##.##.2016-cı il tarixdə qiymətləndirilmiş və ona “Sol əlin IV-V barmaqlarının postravmatik kontrakturası, sağ əlin funksiya pozğunluqu sol mil sümüyün konsulidasiya etmiş tipik sınığı” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş *-**-*/*-Q-*****/**** nömrəli məktub əsasında ##.##.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən sol yuxarı ətrafından travma almasını bildirmiş, sol əlinin əmək qabliyyətli olmadığını söyləmiş, bəzi müayinə sənədləri təqdim etmişdir. ET-Travmatologiya və Ortopediya Institutunun ##.##.2023-cü il tarixli *********** nömrəli arayışında diaqnoz “Sol biləyin ön-iç səthinin travmadan sonrakı çapığı, dirsək siniri proyeksiyasıda ağrılı nevroma, dirsək sinuiri zonasında hissiyatın olmaması, əlin qısa əzələlərinin atrofiyası, əlin arıqlaması, III, IV, V barmaqların açıcı-bükücü (açma defısiti) kontrakturası, əlin neyrogen “caynaqvarı deformasiyası” daimi ağrı sindromu, funksiyasının pozulması olmuş, “MediStyle” Hospitalın ##.##.2023-cü il tarixli EMG müayinə nəticəsi “Sol qolda ulinar sinirin ağır dərəcəli distal neyropatiyası lehinə dəyərləndirilir.” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı barmaqlarını yarımbükülü vəziyyətdə saxlasa da, əlin tutma funksiyası pozulmamış, əl içərisində qabarlar izlənilmişdir ki, bu də əlin islək olduğunun bir göstəricisi olaraq müəyyən edilmiş, əzələ atrofiyası aşkar edilməmiş, əzələ gücünü yoxlayan zaman simulyant hərəkətlərlə müyinəyə imkan verməmişdir. Anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsasən əlin tutma funksiyasının pozulmamağı əsas götürülərək Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, ##.##.2023-cü il tarixindən “Tam reabilitasiya olunmasana dair qərar qəbul edilsin.” “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** saylı rəyin nəticə hissəsində qeyd edilmişdir ki, “...1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş L.Ə.Şükürovun əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Sol əlin IV-V barmaqlarının kontrakturası, “sağ” əlin funksiya pozğunluğu, sol mil sümüyünün konsilidasiya etmiş tipik sınığı” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol mil-bilək oynağının aşağı 1/3-nin içəri-arxa səthində qəhvəyimtil rəngli, qeyri-müəyyən formalı çapıq, sol əlin IV və V barmaqların bükülü vəziyyətdə, həmin barmaqlarda açma hərəkətinin məhdud olması, sol əlin arıqlaması izlənilmişdir. - Vətəndaş İddiaçı adına Uniklinikada icra edilmiş ##.##.2026-cı il tarixli EMQ müayinəsi nəticəsində sol dirsək sinirin ağır aksonal neyropatiyası ilə uyğun olan əlamətlər aşkar edilmişdir. - Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutuna göndərilmiş və ##.##.2026-cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: S54.0, T92.4, M21.5, R52.2, Z73.6, G56.2-Sol saidin aşağı 1/3-nin ön-iç səthinin travmadan sonrakı çapığı, dirsək sinirinin köhnəlmiş zədələnməsi, dirsək siniri zonasında hissiyyatın pozulması, əlin arıqlanması, IV-V barmaqların neyrogen “caynaqvari” deformasiyası, IV, V barmaqların kontrakturası (açma defisiti), daimi ağrı sindromu, əlin gücünün azalması, funksiyanın pozulması” diaqnozu qoyulmuşdur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ## ###### 2023-cü il tarixli qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçının əsaslandırması: Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2016-cı ildə “Sol əlin IV-V barmaqların pcstravmatik kontrakturası, sağ əlin funksiya pozğunluqu, sol mil sümüyün konsulidasiya etmiş tipik sınığı” diaqnozu ilə ona müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sonradan ##.##.2023-ci il tarixdə əyani müayinə olunmuş və “Tam reabilitasiya olunmasana dair qərar qəbul edilmişdir. Halbuki, əlillik təyinatına əsas olmuş xəstəlikdən hazırda da əziyyət çəkir. Mübahisələndirilən qərar barəsində ona ##.##.2023-cü il tarixli məktub ilə məlumat verilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ##.##.2016-cı il tarixli göndərişi əsasında baxılmış və X12: XI11 Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M24 -Oynaqların digər spesifik zədələnmələri => Diaqnozun mətni: Soll əlin IV-V barmaqların postravmatik kontrakturası, sağ əlin funksiya pozğunluqu sol mil sümüyün konsulidasiya etmiş tipik sınığı. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib, qərarı verilmişdir. Digər qeyd edilənlər mübahisələndirilən qərarda göstərilənlərin təkrarıdır. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməsi, ## ###### 2023-cü il tarixli *-**-*/*-*- *****/**** saylı qərarın iddiaçıya aid hissədə ləğv edilməsi, İddiaçı təyin olunmuş ümumi xəstəliklə əlaqədar üçüncü dərəcəli (orqanizmin funksiyalarının pozulması 35-60 %) müddətsiz əlilliyin ##.##.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazla eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut - X2 adlı vətəndaşın şikayəti olmuşdur. Məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Inzibati icraat haqqında” Qanun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ##.##.2016-cı ildə Xəstəliklərin Beynəlxalq XIII Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => MOO- M25 - Artropatiyaiar => M20-M25 - Təsnifatı: Oynaqların digər zədələnmələri => M24 - Oynaqların digər spesifik zədələnmələri =>...Diaqnozun mətni: Sol əlin IV-V barmaqların pcstravmatik kontrakturası, sağ əlin funksiya pozğunluqu, sol mil sümüyün konsulidasiya etmiş tipik sınığı, Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.3. bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (Q71.3, M24.6) diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Vətəndaş X 2 iddiaçının əlilliyinin saxta olması ilə bağlı etdiyi şikayət əsasında inzibati orqan icraatı təzələmiş, iddiaçının əyani müayinəyə dəvət edərək, onu əyani müayinə etmiş və nəticədə şəxsin “Tam reabilitasiya olunmasana dair” qərar qəbul etmiş və həmin qərar ilə bağlı iddiaçıya ##.##.2023-cü iol tarixli məktubla məlumat vermişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** saylı rəyin nəticə hissəsində qeyd edilmişdir ki, “...1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş L.Ə.Şükürovun əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Sol əlin IV-V barmaqlarının kontrakturası, “sağ” əlin funksiya pozğunluğu, sol mil sümüyünün konsilidasiya etmiş tipik sınığı” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol mil-bilək oynağının aşağı 1/3-nin içəri-arxa səthində qəhvəyimtil rəngli, qeyri-müəyyən formalı çapıq, sol əlin IV və V barmaqların bükülü vəziyyətdə, həmin barmaqlarda açma hərəkətinin məhdud olması, sol əlin arıqlaması izlənilmişdir. - Vətəndaş İddiaçı adına Uniklinikada icra edilmiş ##.##.2026-cı il tarixli EMQ müayinəsi nəticəsində sol dirsək sinirin ağır aksonal neyropatiyası ilə uyğun olan əlamətlər aşkar edilmişdir. - Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutuna göndərilmiş və ##.##.2026-cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: S54.0, T92.4, M21.5, R52.2, Z73.6, G56.2-Sol saidin aşağı 1/3-nin ön-iç səthinin travmadan sonrakı çapığı, dirsək sinirinin köhnəlmiş zədələnməsi, dirsək siniri zonasında hissiyyatın pozulması, əlin arıqlanması, IV-V barmaqların neyrogen “caynaqvari” deformasiyası, IV, V barmaqların kontrakturası (açma defisiti), daimi ağrı sindromu, əlin gücünün azalması, funksiyanın pozulması” diaqnozu qoyulmuşdur.” Kollegiya qeyd edir ki, mübahisə üzrə ilk növbədə fərqləndirilməli olan məsələ ondan ibarətdir ki, inzibati orqan istənilən vaxt, daha konkret desək hər hansı bir şəxsin digər şəxs barəsində heç bir sübut təqdim etmədən yalnız “şəxsin əlilliyinin saxta olması ilə bağlı” etdiyi şikayət əsasında müddətsiz əlillik təyinatı ilə bağlı icraatı təzələyə bilərmi? Bu məsələyə münasibətdə bildirilir ki, müddətsiz əlillik təyinatı ilə bağlı qərarın inzibati orqan tərəfindən qanunsuz əlverişli inzibati akt və ya qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməsindən asılı olmayaraq, müddətsiz əlillik təyinatı ilə bağlı icraatın təzələnməsi üçün qanunsuz əlverişli inzibati akta münasibətdə yalnız əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan; qanuni əlverişli inzibati aktın ləğvinə münasibətdə isə əvvəlki qərarın ləğvinə əsas ola biləcək əsaslı sübutların mövcudluğu halında icraat başlana bilər. Bu hüququn təməl prinsiplərindən irəli gəlir. Yoxsa, istənilən şəxsin digər şəxs barəsində heç bir sübut təqdim etmədən yalnız “şəxsin əlilliyinin saxta olması ilə bağlı” etdiyi şikayət birmənalı şəkildə əsaslı sübut hesab edilə bilməz və yalnız bu əsas üzrə icraat təzələnə bilməz. Bunun əksini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Mübahisə üzrə ikinci məsələ ondan ibarətdir ki, inzibati orqan özünün müddətsiz əlilliklə bağlı əvvəlki qərarının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu bildirir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “Inzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilməsi əsasları göstərilmişdir. Hazırki mübahisə üzrə həmin əsaslardan hər hansı biri müəyyən edilmir. Məhkəmə tərəfindən ilkin ekspert rəyi nəzərə alınmamışdır. Buna səbəb həmin ekspertiza zamanı yalnız işdə olan sənədlər sadalanmış və tərəflərin məsələyə münasibəti qeyd edilmişdir. Halbuki, həmin hallar elə əvvəldən də məlum idi. Qeyd edilən səbəbdən işin obyektiv həlli baxımından apellyasiya icraatı zamanı ekspertiza təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** saylı rəyin nəticə hissəsində qeyd edilmişdir ki, “...1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş L.Ə.Şükürovun əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Sol əlin IV-V barmaqlarının kontrakturası, “sağ” əlin funksiya pozğunluğu, sol mil sümüyünün konsilidasiya etmiş tipik sınığı” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Şəxsin ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol mil-bilək oynağının aşağı 1/3-nin içəri-arxa səthində qəhvəyimtil rəngli, qeyri-müəyyən formalı çapıq, sol əlin IV və V barmaqların bükülü vəziyyətdə, həmin barmaqlarda açma hərəkətinin məhdud olması, sol əlin arıqlaması izlənilmişdir. - Vətəndaş İddiaçı adına Uniklinikada icra edilmiş ##.##.2026-cı il tarixli EMQ müayinəsi nəticəsində sol dirsək sinirin ağır aksonal neyropatiyası ilə uyğun olan əlamətlər aşkar edilmişdir. - Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutuna göndərilmiş və ##.##.2026-cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: S54.0, T92.4, M21.5, R52.2, Z73.6, G56.2-Sol saidin aşağı 1/3-nin ön-iç səthinin travmadan sonrakı çapığı, dirsək sinirinin köhnəlmiş zədələnməsi, dirsək siniri zonasında hissiyyatın pozulması, əlin arıqlanması, IV-V barmaqların neyrogen “caynaqvari” deformasiyası, IV, V barmaqların kontrakturası (açma defisiti), daimi ağrı sindromu, əlin gücünün azalması, funksiyanın pozulması” diaqnozu qoyulmuşdur.” Göründüyü kimi ekspert rəyi ilə sübut olunur ki, iddiaçı hazırda da ona müddətsiz əlillik təyin edilən zaman mövcud olan xəstəlikdən əziyyət çəkir. O, inzibati orqanın iddia etdiyi kimi tam reabilitasiya olunmamışdır. Inzibati orqan mübahisələndirilən qərarının qəbul edilməsinin əsası kimi iddiaçının “əlinin tutma funksiyasının pozulmamasını” əsas götürərək “Tam reabilitasiya olunmasana dair qərar qəbul etsədə, bu hal ##.##.2026-cı il tarixli T***/**** saylı ekspert rəyi ilə inkar edilir. Ekspert rəyi ilə “əlin gücünün azalması, funksiyanın pozulması” sübut edilir. Həmçinin, nəzərə almaq lazımdır ki, ekspert rəyinin verilməsində iddiaçının xəstəliyi ilə bağlı Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutu” X1 həkim-mütəxəssisi tərəfindən rəy verilmişdir. Şirvan Inzibati Məhkəməsinin müvafiq qərardadı ilə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X1 üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, həmçinin, hazırkı iş üzrə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X1 iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar