Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-122/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli **********189781 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarından cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Vergi orqanı tərəfindən əldə edilmiş bank məlumatlarına əsasən xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixinədək vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablaşma hesabına 160500 manat vəsaitin daxil olması müəyyən edilmiş, qeyd olunan dövr üzrə iddiaçı cəmiyyət tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb edilən dövriyyə isə 30000 manat olaraq göstərilmişdir. Bu səbəbdən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərara əsasən, cavabdeh inzibati orqan tərəfindən iddiaçı cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayınadək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. Aparılan yoxlama xx xxxx 2018-ci il tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış, yoxlamanın başlama tarixi xx xxxx 2018-ci il, sona çatma tarixi isə xx xxxxx 2018-ci il olaraq göstərilmişdir. Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin xx xxxxx 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərarına əsasən, iddiaçı cəmiyyətdə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmış və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yoxlamanın keçirilməsi Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Yoxlama keçirilən zaman iddiaçı cəmiyyətin rəhbəri xx xxxx 2018-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək müalicəyə getdiyinə görə keçirilən yoxlamanın dayandırılmasını xahiş etmiş, cavabdeh inzibati orqanın xx xxxx 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarına əsasən, iddiaçı cəmiyyət üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan müddətdə müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı cəmiyyətin rəhbəri xx xxxx 2018-ci il tarixdə yenidən cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək müalicəyə getdiyinə görə keçirilən yoxlamanın dayandırılmasını xahiş etmiş, vergi orqanın xx xxxx 2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən, dayandırılmış səyyar vergi yoxlaması xx xxxx 2018-ci il tarixdən bərpa edilmiş, eyni tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarına əsasən, iddiaçı cəmiyyət üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək olan müddətdə müvəqqəti olaraq dayandırılmışdır. Vergi orqanının xx xxxx 2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən, dayandırılmış səyyar vergi yoxlaması xx xxxx 2018-ci il tarixdən bərpa edilmiş, iddiaçı cəmiyyətin rəhbəri xx xxxx 2018ci il tarixdə təkrar cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək müalicəyə getdiyinə görə keçirilən yoxlamanın dayandırılmasını xahiş etmiş, vergi orqanın eyni tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarına əsasən, iddiaçı cəmiyyət üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddətdə müvəqqəti olaraq dayandırılmışdır. Bundan sonra, iddiaçı cəmiyyətin rəhbəri xx xxxxxx 2018-ci il tarixdə təkrar cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək müalicəyə getdiyinə görə keçirilən yoxlamanın dayandırılmasını xahiş etmiş,vergi orqanın xx xxxxxx 2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən, dayandırılmış səyyar vergi yoxlaması həmin tarixdən bərpa edilmiş, eyni tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarına əsasən, iddiaçı cəmiyyət üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək olan müddətdə müvəqqəti olaraq dayandırılmışdır. Daha sonra, iddiaçı cəmiyyətin rəhbəri xx xxxxxxxx 2018-ci il tarixdə yenidən cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək müalicəyə getdiyinə görə keçirilən yoxlamanın dayandırılmasını xahiş etmiş,vergi orqanın xx xxxxxxxx 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarına əsasən, iddiaçı cəmiyyət üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək olan müddətdə müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı cəmiyyətin rəhbəri xx xxxxxxx 2018-ci il tarixdə yenidən cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək müalicəyə getdiyinə görə keçirilən yoxlamanın dayandırılmasını xahiş etmiş,vergi orqanın xx xxxxxxx 2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən, dayandırılmış səyyar vergi yoxlaması həmin tarixdən bərpa edilmiş, eyni tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarına əsasən, iddiaçı cəmiyyət üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx xxxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddətdə müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı cəmiyyətin rəhbəri xx xxxxxx 2018-ci il tarixdə təkrar cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək müalicəyə getdiyinə görə keçirilən yoxlamanın dayandırılmasını xahiş etmiş,vergi orqanın xx xxxxxx 2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən, dayandırılmış səyyar vergi yoxlaması həmin tarixdən bərpa edilmiş, eyni tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarına əsasən, iddiaçı cəmiyyət üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddətdə müvəqqəti olaraq dayandırılmışdır. Bundan sonra, iddiaçı cəmiyyətin rəhbəri xx xxxxxx 2018-ci il tarixdə yenidən cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək müalicəyə getdiyinə görə keçirilən yoxlamanın dayandırılmasını xahiş etmiş,vergi orqanın xx xxxxxx 2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən, dayandırılmış səyyar vergi yoxlaması həmin tarixdən bərpa edilmiş, eyni tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarına əsasən, iddiaçı cəmiyyət üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddətdə müvəqqəti olaraq dayandırılmış, yoxlamanın nəticəsi xx xxxxxx 2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Daha sonra, cavabdeh inzibati orqanın xx xxxx 2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin haqqında” qərarına əsasən, iddiaçı cəmiyyətdə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmış, yoxlamanın müddəti yenidən 30 iş günü olaraq müəyyən edilmiş, lakin əlavə yoxlamanın keçirilməsi Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Keçirilmiş səyyar vergi yoxlaması xx xxxxx 2019-cu il tarixdə başa çatmış, yoxlamanın nəticəsi xx xxx 2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Bundan sonra, cavabdeh inzibati orqanın xx xxxx 2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin haqqında” qərarına əsasən, iddiaçı cəmiyyətdə təkrar əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmış, yoxlamanın müddəti yenidən 30 iş günü olaraq müəyyən edilmiş, lakin əlavə yoxlamanın keçirilməsi Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. Qeyd olunan səyyar vergi yoxlaması xx xxxx 2019-cu il tarixdə başa çatmış, yoxlamanın nəticəsi xx xxxx 2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilərək vergi ödəyicisi tərəfindən büdcəyə hesablanılmalı sadələşdirilmiş vergi 2178,84 manat, mənfəət vergisi 2016-cı ildə 5642,2 manat, 2017-ci ildə 11942,75 manat, ƏDV-si 94958,73 manat, gəlir vergisi 1,96 manat azaldıldığına və sadələşdirilmiş verginin 2311,02 manat artıq hesablanması nəzərə alınmaqla vergi ödəyicisinə 112413,46 manat əlavə vergi hesablanmış, eyni zamanda vergi ödəyicisinə vergilərin azaldılmasına görə 56206,73 manat və vergi ödəyicisi tərəfindən vergi orqanına 2015-2016 və 2017-ci ilin mənfəət, 2016-cı və 2017-ci ilin ƏDV-si bəyannamələri, 2015-ci ilin İ rübü üzrə sadələşdirilmiş vergi və 2015-ci ilin dekabr ayı üçün ƏDV-si, 2015-2016-cı illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin hesabatları təqdim olunmadığı əsas gətirilərək hər bəyannamə üçün 40 manat olmaqla, cəmi 1240 manat məbləğində maliyyə sanksiyası tətbiq olunması təklif olunmuşdur. Hesablanmış əlavə vergi məbləği iddiaçını geri tarixə, yəni yoxlama tarixinin əvvəlinə onu ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınması ilə bağlı olmuşdur. Nəticədə, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********189781 nömrəli qərarına əsasən, vergi ödəyicisi tərəfindən büdcəyə hesablanılmalı sadələşdirilmiş vergi 2178,84 manat, mənfəət vergisi 2016-cı ildə 5642,2 manat, 2017-ci ildə 11942,75 manat, ƏDV-si 94960,69 manat, gəlir vergisi 1,96 manat azaldıldığına və sadələşdirilmiş verginin 2311,02 manat artıq hesablanması nəzərə alınmaqla vergi ödəyicisinə 112415,42 manat əlavə vergi hesablanmış, eyni zamanda vergi ödəyicisinə vergilərin azaldılmasına görə 50947,08 manat və vergi ödəyicisi tərəfindən vergi orqanına 2016 və 2017-ci ilin mənfəət, 2016-cı və 2017-ci ilin ƏDV-si bəyannamələri, 2016-cı ilüzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin hesabatları təqdim olunmadığından hər bəyannamə üçün 40 manat olmaqla, cəmi 760 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı cəmiyyət cavabdeh orqan tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktının ləğv edilməsi barədə iddia ilə birinci instansiya məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətdə aparılan yoxlama qanunsuz olmuşdur. Yoxlama xx xxxx 2018-ci il tarixdə başlamış, xx xxxxx 2019cu il tarixdə başa çatmışdır. Qanunvericiliyin tələbi baxımından səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. İddiaçı cəmiyyətin direktoru xx xxxxxxxx 2019-cu il tarixdə birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli **********189781 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasının protokol qərardadına əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçındə (VÖEN: **********)11 saylı X2 xx.xx.2018-ci il tarixli **********142335 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2018-ci il tarixədək davam etmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının xx xxxxx 2018-ci il tarixli **********147783 nömrəli qərarına əsasən xx xxxxx 2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədədk 45 gün müddətinə artırılmış, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən "İddiaçı" MMC-nin rəhbərinin əmək qabiliyyətini itirməsi və müalicəyə getməsi barədə müraciətlərinə əsasən xx.xx.2018ci il tarixindən xx.xx.2019-cu il tarixinədək müvəqqəti dayandırılmışdır. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********142465 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2019-cu il tarixdə 30 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********178566 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə görə vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi Məcəlləsinin 39.6-cı maddəsinə görə bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi orqanının xx.xx.2019-cu il tarixli qərarı əsasında keçirilmiş əlavə vergi yoxlaması tədbirləri xx.xx.2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalamaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən xx.xx.2019-cu il tarixdə elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergilər nazirinin xx.xx.2016-cı il tarixli **********936300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmamış səyyar vergi yoxlaması aktları üzrə əlaqələndirmə fəaliyyətinin təşkili” Qaydalarına uyğun olaraq akt rəy verilməsi üçün yuxarı vergi orqanına göndərilmişdir. Yuxarı vergi orqanında akta baxılaraq rəy verilmiş, rəy 11 saylı X3 və vergi ödəyicisinə təqdim edilmişdir. Həmin rəydə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasına mane olan çatışmazlıqlar olduğundan həmin çatışmazlıqların aradan qaldırılması bildirilmişdir. Bu səbəbdən həmin rəy əsasında 11 saylı X5 tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********184965 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərara əsasən keçirilmiş əlavə vergi yoxlamasının nəticələri xx xxxx 2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4cü maddəsinin tələbinə əsasən xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri xx.xx.2019-cu il tarixli **********598700 nömrəli məktubla xx.xx.2019-cu il tarixində saat 11.00-da vergi yoxlaması aktının nəticələrinə baxılması üçün Yevlax şəhəri, Bakı prospekti 4 ünvanında yerləşən 11 saylı Ərazi Vergilər Baş idarəsinə dəvət olunmuş, lakin üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Bu səbəbdən də səyyar vergi yoxlaması materiallarına onun iştirakı olmadan baxılaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********189781 nömrəli qərar qəbul edilmiş elə həmin tarixdə vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 39.7-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Yuxarıda göstərilənlərdən göründüyü kimi İddiaçı MMC-də keçirilən səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əməl edilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********189781 nömrəli qərara əsasən tətbiq edilmiş vergilər və maliyyə sanksiyaları ilə bağlı bildiririk ki, vergi ödəyicisi yoxlanılan dövrdə 2015-ci ilin İ rübündən 2017-ci ilin İ rübü də daxil olmaqla tarixədək sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Eyni zamanda müəssisənin ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 2017-ci ilin mart ayından etibarən 200000.00 manatdan artıq olduğu ücün xx.xx.2017-ci il tarixdə **********159900 nömrəli “Ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında” məlumat forması ilə vergi orqanına müraciət etmiş, müraciətə vergi orqanında baxılmış və "İddiaçı” MMC xx.xx.2017ci il tarixdən 6% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi uçota alınaraq bu barədə xx.xx.2017-ci il tarixli **********872900 nömrəli bildiriş göndərilmişdir. Yoxlama zamanı isə müəyyən olunmuşdur ki, 2017-ci ilin may ayında “xxxx” MMC tərəfindən Mingəçevir Bələdiyyəsi ilə bağlanmış müqaviləyə əsasən 135.000 manat dəyərində torpağın hamarlanması, bataqlıq sahənin qurudulması kimi xidmətlər göstərilmiş və bu səbəbdən xx.xx.2017-ci il tarixdən 6% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır. Bundan başqa yoxlama zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək vergi tutulan əməliyyatlarının həcmi 193542.00 manat olmuşdur. Vergi Məcəlləsinin xx.xx.2016-cı il tarixədək qüvvədə olan redaksiyasının 157.3.1-ci maddəsinin tələbinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olduqda vergi ödəyicisi əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və bu zaman qeydiyyat növbəti ayın birinci günündən qüvvəyə minir. Odur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin xx.xx.2015-ci il tarixdən sonra aparılan əməliyyatlarına ƏDV və mənfəət vergisi mükəlləfiyyətləri üzrə vergilər və maliyyə sanksiyaları hesablanmışdır. Yoxlama zamanı xx.xx.2015-ci il tarixdən sonrakı vergi tutulan əməliyyatlarının həcminin 527548.50 manat olduğu müəyyən edilərək həmin məbləğə 527548.50*18%=94958.73 manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 47479.37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergi tutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Eyni zamanda Vergi Məcəlləsinin 130.1 maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirinin (mənfəətinin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərin və xərclərin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə gəlirini (mənfəətini) birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsinə əsasən sahibkarın 2016-cı il üçün əldə etdiyi gəlirindən vergi (ƏDV nəzərə alınmadan) aşağdakı kimi hesablanmışdır. 2016-ci il üçün rentabellik səviyyəsi nəzərə alınmaqla vergi ödəyicisinin vergiyyə cəlb olunmalı gəliri 28211.02 manat müəyyən olunmuş, həmin gəlirdən 20% dərəcəsi ilə büdcəyə 28211.02*20%=5642.20 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən vergi ödəyicisinə 2016-ci il ücün əlavə hesablanmış 5642.20 manat mənfəət vergisinin 50%-i miqdarında, yəni 2821.10 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Səyyar vergi yoxlaması ilə əhatə olunmuş 2017-ci il üzrə mənfəət vergisi də səyyar vergi yoxlaması ilə əhatə edilmiş və vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə gəlirini (mənfəətini) birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsinə əsasən sahibkarın 2017-ci il üçün əldə etdiyi gəlirindən vergi (ƏDV nəzərə alınmadan) 2017-ci il üçün şərti rentabellik səviyyəsi nəzərə alınmaqla vergi ödəyicisinin vergiyyə cəlb olunmalı gəliri 59713.74 manat müəyyən olunmuş, həmin 59713.74 manat gəlirdən 20% dərəcəsi ilə büdcəyə 59713.74*20%=11942.75 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən vergi ödəyicisinə 2017-ci il üçün əlavə hesablanmış 11942.75 manat mənfəət vergisinə 50% miqdarında, yəni 5971.38 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Bundan başqa yoxlanılan dövrdə vergi ödəyicisinə muzdlu işlə əlaqədar ödəmə mənbəyində (MÖMV) 1.96 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı cəmiyyətin direktoru X4 birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki,o, vergi yoxlamasıın dayandırıldığı vaxtlar xəstə olmamışdır. Vergi orqanının əməkdaşları işin xeyrinə olduğunu bildirərək vaxt qazanmaq üçün özləri xahiş etmişlər ki, bu məzmunlu məktublar yazsın. Ondan tibbi sənəd və ya digər bir sübutun tələb edilməməsi də bunu təsdiq edir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi X6 birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətləri audit şöbəsinin xidməti məlumatına əsasən müəyyən edilmiş və bu səbəbdən də növbədənkənar vergi yoxlaması keçirilmişdir. Əlavə yoxlamanın keçirilməsi barədə qərarlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********189781 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-də (VÖEN: **********) 11 saylı Ərazi Vergilər Baş idarəsinin xx.xx.2018-ci il tarixli **********142335 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2018-ci il tarixədək davam etmiş, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının xx xxxxx 2018-ci il tarixli **********147783 nömrəli qərarına əsasən xx xxxxx 2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 45 gün müddətinə artırılmış, Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən “xxxx” MMC-nin rəhbərinin əmək qabiliyyətini itirməsi və müalicəyə getməsi barədə müraciətlərinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək müvəqqəti dayandırılmışdır. Yoxlamanın nəticəsi xx.xx.2019cu il tarixli **********142465 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir.Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2019-cu il tarixdə 30 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********178566 nömrəli qərar qəbul edilmişdir. Vergi orqanının xx.xx.2019-cu il tarixli qərarı əsasında keçirilmiş əlavə vergi yoxlaması tədbirləri xx.xx.2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt imzalamaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən xx.xx.2019-cu il tarixdə elektron poçt və poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergilər nazirinin xx.xx.2016-cı il tarixli **********936300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edilmiş və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında qərar çıxarılmamış səyyar vergi yoxlaması aktları üzrə əlaqələndirmə fəaliyyətinin təşkili” Qaydalarına uyğun olaraq akt rəy verilməsi üçün yuxarı vergi orqanına göndərilmişdir. Yuxarı vergi orqanında akta baxılaraq rəy verilmiş, rəy 11 saylı Ərazi Vergilər Baş idarəsinə və vergi ödəyicisinə təqdim edilmişdir. Həmin rəydə səyyar vergi yoxlaması aktında vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasına mane olan çatışmazlıqlar olduğundan həmin çatışmazlıqların aradan qaldırılması bildirilmişdir. Bu səbəbdən həmin rəy əsasında 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********184965 saylı Qərar qəbul edilmişdir. Həmin qərara əsasən keçirilmiş əlavə vergi yoxlaması tədbirlərinin nəticələri xx xxxx 2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.Həmin akt imzalanmaq üçün vergi ödəyicisinin rəhbərinə təqdim olunmuş, lakin o, hər hansı səbəb göstərmədən aktı imzalamaqdan imtina etmiş və akt Vergi Məcəlləsinin 39.4-cü maddəsinin tələbinə əsasən xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri xx.xx.2019-cu il tarixli **********598700 nömrəli məktubla xx.xx.2019cu il tarixində saat 11.00-da vergi yoxlaması aktının nəticələrinə baxılması üçün Yevlax şəhəri, Bakı prospekti 4 ünvanında yerləşən 11 saylı Ərazi Vergilər Baş idarəsinə dəvət olunmuş, lakin üzrlü səbəb göstərmədən iştirak etməmişdir.Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********189781 nömrəli qərara əsasən tətbiq edilmiş vergilər və maliyyə sanksiyaları ilə bağlı bildirmişlər ki, vergi ödəyicisi yoxlanılan dövrdə 2015-ci ilin İ rübündən 2017-ci ilin İ rübü də daxil olmaqla sadələşdirilmiş verginin ödəyicisi olmuşdur. Eyni zamanda müəssisənin ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 2017-ci ilin mart ayından etibarən 200.000,00 manatdan artıq olduğu ücün xx.xx.2017-cı il arixdə **********159900 nömrəli “Ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında” məlumat forması ilə vergi orqanına müraciət etmiş, müraciətə vergi orqanında baxılmış və “xxxx” MMC xx.xx.2017-ci il tarixdən 6% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınaraq bu barədə xx.xx.2017-ci il tarixli **********872900 nömrəli bildiriş göndərilmişdir. Yoxlama zamanı isə müəyyən olunmuşdur ki, 2017-ci ilin may ayında “xxxx” MMC tərəfindən Mingəçevir Bələdiyyəsi ilə bağlanmış müqaviləyə əsasən 135.000,00 manat dəyərində torpağın hamarlanması, bataqlıq sahənin qurudulması kimi xidmətlər göstərilmiş və bu səbəbdən xx.xx.2017-ci il tarixdən 6% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmamışdır. Bundan başqa yoxlama zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək vergi tutulan əməliyyatlarının həcmi 193.542,00 manat olmuşdur. Vergi Məcəlləsinin xx.xx.2016-cı il tarixədək qüvvədə olan redaksiyasının 157.3.1-ci maddəsinin tələbinə əsasən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olduqda vergi ödəyicisi əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur və bu zaman qeydiyyat növbəti ayın birinci günündən qüvvəyə minir. Odur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin xx.xx.2015-ci il tarixdən sonra aparılan əməliyyatlarına ƏDV və mənfəət vergisi mükəlləfiyyətləri üzrə vergilər və maliyyə sanksiyaları hesablanmışdır. Yoxlama zamanı xx.xx.2015-ci il tarixdən sonrakı vergi tutulan əməliyyatlarının həcminin 527548.50 manat olduğu müəyyən edilərək həmin məbləğə 527548.50*18%=94958.73 manat ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 47479.37 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə 2017-ci il ücün şərti rentabellik səviyyəsi nəzərə alınmaqla vergi ödəyicisinin vergiyə cəlb olunmalı gəliri 59713.74 manat müəyyən olunmuş, həmin 59713.74 manat gəlirdən 20% dərəcəsi ilə büdcəyə 59713.74*20%=11942.75 manat mənfəət vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsi qərarın əsaslandırma hissəsində göstərmişdir ki, iddiaçı cəmiyyət barədə növbədənkənar səyyar vergi yoxlaması keçirilərkən qanunvericilikdə sadalanan əsaslar mövcud olmamış, həmin əsaslar mövcud olmadan cavabdeh orqan tərəfindən yoxlama aparılmışdır. Belə ki, cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında iddiaçı cəmiyyət tərəfindən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi səbəbli yoxlamanın keçirildiyini əsas gətirsə də, vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) nədən ibarət olmasını əsaslandıra bilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir.Məhkəmənin bu mövqeyi ilə bağlı bildirmişlər ki, tamamilə əsassız və iş materiallarına əsaslanmayan mövqedir.Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının iddia ərizəsində göstərilənlərə etiraz edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. İddiaçının iddia ərizəsinə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə nəzəsaldıqda isə görünür ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın özünün qanunsuz olması barədə iddiaçı tərəfindən hər hansı iddia irəli sürülməmişdir. Ümumiyyətlə iddia ərizəsi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən maddələrinin sadalanmasından ibarət olmaqla iddia əsaslandırılmamışdır. İddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri göstərilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan iddia ərizəsi və iddia ərizəsinə əlavədə isə iddiaçı tərəfindən hansı səbəblərə görə inzibati orqanın qərarının ləğv olunmasını iddia etdiyi göstərilməmişdir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən etirazda səyyar vergi yoxlamasının keçirilməsi və vergi ödəyicisinin ləğv olunmasını xahiş etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixi, **********189781 nömrəli qərarla hesablanmış vergilər və maliyyə sanksiyalarının hesablanmasına səbəb olan hallar göstərilmişdir. Məhkəmənin isə öz qərarında hansı sənədə əsasən inzibati orqanın iddia tələbinə etirazında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməməsininə əsaslanması məlum deyil. Halbuki, məhkəmənin özünün də qeyd etdiyi kimi, inzibati orqanın nümayəndəsi xx.xx.2019-cu il tarixli məhkəmə prosesində məhkəmənin sualı əsasında növbədənkənar səyyar vergi yoxlamasının 11 saylı Ərazi Vergilər Baş İdarəsinin audit şöbəsinin xidməti məlumatına əsasən keçirildiyini bildirmiş və məhkəmənin tələbinə əsasən həmin prosesin gedişində həmin xidməti məlumat kağız daşıyıcıda çap edilərək operativ şəkildə məhkəməyə təqdim olunmuşdur. Xidməti məlumata nəzər salanda görünür ki, yoxlamanın keçirilməsinə əsas olan hal kimi vergi ödəyicisinin bank hesabına xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (yəni, 2019-cu ilin 2-ci rübü ərzində) olan dövrdə göstərilmiş xidmətlərə görə daxil olan vəsaitin məbləğinin 160.500,00 manat olduğu halda 2017-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsində həmin məbləğin 30,000 manat olduğu göstərilmişdir. Bu isə öz növbəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda (Yoxlama kodu: KY181253548) yoxlamanın keçirilməsinin əsası kimi göstərilən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan halın mövcud olmasını sübut edir. Məhkəmə vergilərin müəyyən edilməsinin əsas şərtlərini, hazırkı iddia üzrə isə vergitutma obyektini müəyyən edə bilmədiyi üçün göstərmişdir ki, iddiaçı cəmiyyətin bank hesabına vəsaitin daxil olması vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilə bilməz. Bu, o halda mümkün ola bilər ki, əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatlar vergi hesabatlarında qəsdən əks olunmasın, vergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiqi həcmi azaldılsın, xərclər (məsələn, vergitutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi vergi orqanı bu kimi halların mövcudluğunu araşdırmadan vergi ödəyicisi barədə növbədənkənar vergi yoxlaması təyin etmiş, nəticədə Vergi Məcəlləsinin 38.3-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirmişlər ki, əslində məhkəmə işə birtərəfli yanaşdığı və sadələşdirilmiş vergi ödəyicisinin vergitutma obyekti barədə məlumatsız olduğu üçün bu nəticəyə gəlmişdir. Məhkəmə müəyyən edə bilməmişdir ki, iddiaçı mənfəət vergisinin deyil sadələşdirilmiş verginin ödəyicisi olmuşdur və onun vergitutma obyekti gəlirləri və gəlirlərinin əldə edilməsi üçün çəkilən xərcləri arasındakı fərq deyil, xərclər nəzərə alınmadan ümumi gəlirləridir.Vergi orqanı da öz növbəsində yuxarıda göstərilənləri nəzərə alaraq, əldə etdiyi bank hesabından çıxarışlara əsasən iddiaçının 2017-ci ilin 2-ci rübü ərzində ümumi gəlirlərinin məbləğini (160,500 manat) müəyyən etmiş, həmin məbləği vergi ödəyicisinin təqdim etdiyi 2017-ci ilin 2-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsində göstərilən ümumi gəlirin məbləği (30,000) ilə üzləşdirərək tamamilə haqlı olaraq vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin olması qənaətinə gəlmişdir ki, bu hal, iddiaçı cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilməsinin əsasını təşkil etmişdir (bank hesabından çıxarışların və iddiaçının 2017-ci ilin 2-ci rübü üçün təqdim etdiyi sadələşdirilmiş verginin bəyannaməsinin surətləri apelyasiya şikayətinə əlavə olunur). Göründüyü kimi məhkəmə hazırkı iş üzrə vergi ödəyicinin hansı tədiyyə üzrə vergi ödəyicisi olmasını, Vergi Məcəlləsinə əsasən vergi növlərini və vergitutma obyektini fərqləndirə bilmədiyi üçün göstərilən nəticəyə gəlmişdir. Məhkəmənin belə primitiv məsələlərə istinad etməklə hər bir vasitə ilə inzibati aktın ləğvinə yönəlmiş əsaslara söykənərək qərar qəbul etməsi qəbul edilmiş qərarın nə dərəcədə ədalətli və əsaslı qəbul edilməsinə kölgə salır. Bundan başqa məhkəmə qərarında vergi orqanının xx.xx.2018-ci il tarixli **********142335 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” Qərarında səyyar vergi yoxlaması müddətinin 30 iş günü müddətinə müəyyən edilməsinin Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığını, həmçinin səyyar vergi yoxlamasının ümumi keçirilmə müddətinin 53+45=98 Vergi Məcəlləsində nəzərdə tutulan 90 günlük müddətdən artıq davam etmişdir ki, bu da qanunvericiliyin kobud şəkildə pozulmasıdır.Bununla bağlı bildiririk ki, məhkəmə Vergi Məcəlləsinin 38.2-ci maddəsini düzgün şərh edə bilmədiyi və həmin maddənin mahiyyətinə varmadığı üçün belə nəticəyə gəlmişdir.Belə ki, xx.xx.2018ci il tarixli KY181253548 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan da göründüyü kimi yoxlamanın başlama tarixi xx.xx.2018-ci il, sona çatma tarixi isə xx.xx.2018-ci il müəyyən edilmiş və səyyar vergi yoxlaması həmin müddətdə keçirilmişdir. Yuxarı vergi orqanının xx xxxxx 2018-ci il tarixli **********147783 nömrəli qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 30 iş günü (45 gün) müddətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək artırılmışdır. Beləliklə, səyyar vergi yoxlaması ümumilikdə 98 gün davam etmişdir ki, bu da Vergi Məcəlləsində nəzərdə tutulan 30+90=120 gündən gündən az olduğundan səyyar vergi yoxlaması müddətinin pozulması (aşılması) kimi qiymətləndirilə bilməz.Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Bundan başqa məhkəmə “xxxx” MMC-nin rəhbəri X1 xəstə olması barədə müraciətləri ilə səyyar vergi yoxlamasının dayandırılmasını xahiş etməsi barədə məktublarına əsasən səyyar vergi yoxlamasının 8 aya yaxın dayandırılmasını kobud pozuntu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimata, həmçinin bu təlimatın əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2011 -ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması” qaydasının 1-ci bəndinə görə əmək qabiliyyəti olmamaq vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işdən azad olunma və bu səbəblə əlaqədar müavinətin ödənilməsi üçün əsas verən sənəddir. Həmin qaydaların 10-cu bəndinə görə xəstəlik vərəqəsinin “işdən azad edilir” qrafasında xəstənin işdən azad olunduğu müddətin başlanğıcı (gün,ay, il) ərəb rəqəmləri ilə sonu isə sözlə (gün,ay, il) yazılır. Həkimin vəzifəsi, soyadı aydın qeyd olunur və imza qoyulur. Həmin qaydaların 11ci bəndinə görə xəstəlik vərəqəsinin “işə başlamalı" qrafasında əmək qabiliyyətinin bərpa olunduğu tarix xəstənin əmək qabiliyyətinin bərpa olunduğunu müəyyən etmiş müayinədən sonrakı günün tarixi ilə qeyd olunur. Əmək qabiliyyətinin olmaması barədə vərəqə xəstənin xahişi ilə və ya iş yerinin rəhbərliyinin tələbi ilə bağlanıla bilməz. Yuxarıda göstərilənlərdən göründüyü kimi xəstəlik vərəqəsi əmək qabiliyyətinin itirildiyi gün əmək qabiliyyətini itirən şəxsdə ola bilməz ki, o da bu vərəqəni əmək qabiliyyətini itirməsi səbəbi ilə səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması barədə müraciətinə əlavə edərək vergi orqanına təqdim etsin. Xəstəlik vərəqi yalnız müalicə tamamlanaraq əmək qabiliyyəti bərpa olunduqdan sonra əmək qabiliyyəti itirmiş şəxsə bağlanaraq və təsdiq edilərək təqdim oluna bilər. Həmçinin, xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında işdən azad olunma və bu səbəblə əlaqədar müavinətin ödənilməsi üçün əsas verən sənəddir. Yəni ki, bu sənəd xəstəyə xəstə olmasını və müalicəyə yerləşdirilməsini təsdiq edən sənəd kimi deyil, işdən üzrlü səbəbdən qalmasını sübut eləmək və müavinət almaq məqsədilə verilir. Odur ki, xəstənin əmək qabiliyyəti bərpa olunmadan xəstəlik vərəqi xəstəyə və ya başqa şəxsə verilmir. Xəstəlik vərəqəsi xəstənin müalicə üçün müraciət etdiyi tarixdə verilsəydi, onda müalicə müəssisəsin xəstənin əmək qabiliyyətinin bərpa olunacağı tarixi qabaqcadan müəyyən edərək xəstəlik vərəqini bağlayaraq xəstəyə təqdim etməsi lazım gələrdi. Belə çıxır ki, vergi orqanı iddiaçı cəmiyyətin rəhbəri Fəyyaz Məmmədovdan xəstəlik vərəqəsini tələb etməli, əmək qabiliyyətini bərpa edərək xəstəlik vərəqəsini almasına qədər gözləməli və bu müddətdə də səyyar vergi yoxlamasının keçirilməsi müddəti başa çatmalı idi. Göründüyü kimi səyyar vergi yoxlamsının keçirilməsinə qanunvericiliklə vaxt məhdudiyyəti qoyulduğundan bu cür yanaşma əsassız və məntiqsizdir.Bundan başqa məhkəmə səyyar vergi yoxlaması müddətinin müəyyən müddətə dayandırılmasının qanunsuz olduğunu bildirmişdir.Dövlət reyestr məlumatlarına və məlumat-uçot bazasına əsasən “xxxx” MMC-nin hər hansı təsərrüfat subyekti (anbar, satış, istehsal obyekti və s.) mövcud deyil, hüquqi ünvanı isə cəmiyyətin təsisçisi və rəhbəri olan Fəyyaz Məmmədovun qeydiyyatda olduğu və yaşadığı yaşayış mənzilidir. Odur ki, vergi orqanının Fəyyaz Məmmədovun həqiqətən xəstə olması, əmək qabiliyyətini itirməsi səbəbindən işə çıxıbçıxmamasını onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerə getməklə aydınlaşdırmaq imkanı da olmamışdır. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarlar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, hüquqi nəticəsi olmayan yoxlama ilə bağlı iddiaçı cəmiyyət barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz.Məhkəmə bu mövqeyini əsaslandırmaq üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamalarıntənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci, 13.2-ci, 13.3-cü maddələrinin tələblərini göstərməklə həmin maddələrə istinad etmişdir. Burada da məhkəmə araşdırmanı səthi aparäığı, hətta özünün istinad etdiyi qanunvericilik normalarının tələblərini tam araşdırmadığı və düzgün müəyyən edə bilmədiyi üçün yanlış nəticəyə gəlmişdir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 983/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X6 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin direktoru X4 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara vergi orqanı tərəfindən iddiaçı cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinə istinad edilən məlumat; “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında”xx xxxx 2018-ci il tarixli qərar; xx xxxx 2018-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış; Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin xx xxxxx 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərarı; iddiaçı cəmiyyətin rəhbəri tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş yoxlamanın dayandırılması barədə müraciətlər; “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” və “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarlar; “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarlar; xx xxx 2019-cu il tarixli və xx xxxx 2019-cu il tarixli“Səyyar vergi yoxlaması akt”ları; “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2019-cu il tarixli **********189781 nömrəli qərarı və digər sənədlər toplusu daxildir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. - 38.3-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir, bu yoxlama növbəti və növbədənkənar ola bilər. Vergi qanunvericiliyi 38.3-cü maddəsi ilə növbədənkənar vergi yoxlamasının keçirilmə əsaslarını dəqiq olaraq müəyyən etmiş, həmin maddədə sadalanan əsasların mövcudluğu halında növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının təqdidi zamanı müəyyən edildi ki, iddiaçı cəmiyyət barədə növbədənkənar səyyar vergi yoxlaması keçirilərkən qanunvericilikdə sadalanan əsaslar mövcud olmamış, həmin əsaslar mövcud olmadan cavabdeh orqan tərəfindən yoxlama aparılmışdır. Belə ki, cavabdeh inzibati orqan apelyasiya şikayətində iddiaçı cəmiyyət tərəfindən vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi səbəbli yoxlamanın keçirildiyini əsas gətirsə də, vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) nədən ibarət olmasını əsaslandıra bilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatında bildirmişdir ki, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətləri audit şöbəsinin xidməti məlumatına əsasən müəyyən edilmişdir. Vergi orqanı tərəfindən əldə edilmiş bank məlumatlarına əsasən xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixinədək vergi ödəyicisi olan iddiaçı cəmiyyətin hesablaşma hesabına 160500 manat vəsaitin daxil olması müəyyən edilmiş, bu hal cavabdeh orqan tərəfindən gəlirlərin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilmişdir. Bununla bağlı məhkəmə kollegiyasının qənaətinə görə ,birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cəmiyyətin hesablaşma hesabına hər hansı bir vəsaitin daxil olması vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi kimi qiymətləndirilə bilməz.Belə ki, bu, o halda mümkün ola bilər ki, əldə olunan gəlirlər və vergitutma obyektləri barədə məlumatlar vergi hesabatlarında qəsdən əks olunmasın, vergilərin hesablanması zamanı nəzərə alınan gəlirlərin həqiqi həcmi azaldılsın, xərclər (məsələn, vergitutmaya məruz qalan məcmu gəlirin müəyyənləşdirilməsi zamanı çıxılan xərclərin) şişirdilmiş olsun. Aşkar şəkildə yalan məlumatlara, həmçinin xərclərin və əldə olunmuş gəlirlərin vaxtı barədə saxtalaşdırılmış məlumatlar, müəyyən növ fəaliyyəti xarakterizə edən fiziki göstəricilərə dair hesablamalarda, nisbi gəlirə vahid verginin ödənilməsi zamanı təhrif olunma, vergi ödəyicisinin xidmət göstərdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təqdim olunmuş maliyyə sənədləri və s. aid edilə bilər. Müəyyən olunduğu kimi vergi orqanı bu kimi halların mövcudluğunu araşdırmadan vergi ödəyicisi barədə növbədən kənar vergi yoxlaması təyin etmiş, nəticədə Vergi Məcəlləsinin 38.3-cü maddəsinin tələbləri kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38.2-ci maddəsinə əsasən, növbəti səyyar vergi yoxlamasıtəqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. - 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, səyyar vergi yoxlaması 30 gün müddətində həyata keçirilməli, bu yoxlamanın müddəti 30 gündən artıq davam etdirilə bilməz. Qanunverici onu da müəyyən etmişdir ki, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx xxxx 2018-ci il tarixli qərarına əsasən, iddiaçı cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2015-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayınadək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, aparılacaq yoxlama xx xxxx 2018-ci il tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış, yoxlamanın başlama tarixi xx xxxx 2018-ci il, sona çatma tarixi isə xx xxxxx 2018-ci il olaraq göstərilmişdir. Göründüyü kimi, iddiaçı cəmiyyətdə aparılan yoxlamanın müddəti 30 gün deyil, 30 iş günü olaraq, yəni 53 gün olaraq müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, qanunvericiliklə səyyar vergi yoxlamasının keçirilməsi müddəti imperativ qaydada 30 gün müəyyən olunduğu halda, cavabdeh inzibati orqan tərəfindən istirahət və bayram günləri çıxılmaqla aparılan yoxlamanın 30 iş günü olaraq müəyyən edilməsi qanunsuzdur. Belə ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməklə 30 gün müddətində başa çatdırılmalıdır. Yoxlamanın iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməli olması vergi orqanına səlahiyyət vermir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbini təhrif etsin, öz mülahizəsinə uyğun 30 günlük yoxlama müddətini 30 iş günü olaraq müəyyən etsin. Belə olan halda, vergi orqanı yoxlamanı xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək davam etdirilməklə Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Bundan başqa, Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin xx xxxxx 2018-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərarına əsasən, iddiaçı cəmiyyətdə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmış və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yoxlamanın keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cəmiyyətdə aparılmış yoxlamanın xx xxxx 2018-ci il tarixdə başlamasını nəzərə alsaq aparılmış yoxlama 30 gün müddətində, yəni xx xxxxx 2018-ci il tarixdə başa çatmalı idi ki, həmin müddət başa çatdıqdan yoxlamanın davam etdirilməsi, eləcə də başa çatmış yoxlamanın müddətinin xx xxxxx 2018-ci il tarixdə yenidən artırılması mümkünsüz və yolverilməzdir. Bununla bağlı kollegiya qeyd edir ki, səyyar vergi yoxlaması müddətinin uzadılması o halda mümkün ola bilər ki, yoxlama qanunla müəyyən edilmiş 30 gün ərzində keçirilmiş olsun, həmin 30 günlük müddət tamam olanadək yoxlama müddətinin uzadılması barədə qəbul edilmiş olsun. Cavabdeh inzibati orqan ilkin yoxlamanı 53 gün olaraq müəyyən etməklə və həmin yoxlama müddətini əlavə olaraq 45 gün artırmaqla, hətta səyyar vergi yoxlamasının keçirilməsi üçün qanunda nəzərdə tutulmuş 90 günlük müddətin pozuntusuna yol vermiş, qeyd olunan pozuntularla yoxlamanın həyata keçirilməsini davam etdirmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2.-ci maddəsinin 2-ci abzasının 3-cü cümləsində göstərilmişdir ki, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti müstəsna hallarda 90 günə qədər artırıla bilər. Bununla yanaşı, iş materialları ilə müəyyən olunduğu kimi, “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarlar əsasında yoxlama keçirilən zaman iddiaçı cəmiyyətin rəhbərinin eyni məzmunlu ərizələri əsasında qanunsuz olaraq müddəti uzadılmış yoxlamanın bitməsinə 1 gün qalmış, yəni xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək yoxlamanın müddəti müvəqqəti olaraq dayandırılmış, yoxlamanın nəticəsi xx xxxxxx 2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək;vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda xarici ölkədən cavab alınanadək; bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Göründüyü kimi, Vergi Məcəlləsinin 38.7-ci maddəsi ilə növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının hansı hallarda və hansı müddətlərdə dayandırıla biləcəyi sadalanmış, lakin həmin müddətin 9 aydan çox olmayacağı müəyyən edilmişdir. Lakin, cavabdeh orqan qanunla müəyyən edilmiş müddət bitməsinə baxmayaraq iddiaçı cəmiyyətin rəhbərinin əmək qabiliyyətini itirmiş olması əsası ilə qanunsuz olaraq yoxlama müddətini 8 aya yaxın dayandırmışdır ki, sonuncunun əmək qabiliyyətini itirmiş olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, ümumiyyətlə yoxlama zamanı şəxsin əmək qabiliyyətini həqiqətən də itirib-itirməməsini, daha sonra onun əmək qabiliyyətinin bərpa olunmasını araşdırmamışdır. Belə ki, iddiaçı cəmiyyətin direktoru məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, o, vergi yoxlamasının dayandırıldığı vaxtlar xəstə olmamış, vergi orqanının əməkdaşları işin onun xeyrinə həll olunacağını bildirərək vaxt qazanmaq üçün bu məzmunlu məktublar yazmasını xahiş etmişlər. Bununla bağlı kollegiya hesab edir ki, səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi əsası ilə o halda dayandırıla bilər ki, bununla bağlı tibb müəssisəsinin müvafiq rəyi mövcud olmuş olsun. Əks təqdirdə, formal ərizə əsasında yoxlamanın dayandırılması yolverilməzdir və Vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması deməkdir.Eyni zamanda vergi qanunvericiliyinin tələbinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək yoxlama dayandırılır. Bu isə onu deməyə əsas verir ki, yoxlama hər hansı müddətlə dayandırıla bilməz. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olunduğu kimi yoxlama vergi orqanı tərəfindən müddətlə dayandırılmış, dayandırma müddətinin bitməsinə bir gün və ya bir necə gün qalmış iddiaçı cəmiyyətin rəhbərinin müraciəti əsasında yoxlamanı təzələmiş və həmin gün yenidən dayandırmışdır. Bu hallar isə bir daha iddiaçının nümayəndəsinin onun xəstə olmaması ilə bağlı dəlillərini və yoxlamanın dayandırmaları cavahdehin məqsədyönlü qanunsuz hərkətləri nəticəsində baş verdiyini təsdiq edir. Bundan başqa, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cəmiyyətdə yoxlama aparılan zaman vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2019-cu il tarixdə 30 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********178566 nömrəli qərar qəbul edilmiş, xx.xx.2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt rəy verilməsi üçün yuxarı vergi orqanına göndərilmiş, təqdim edilmiş rəy əsasında 11 saylı X5 tərəfindən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli **********184965 nömrəli Qərar qəbul edilmiş, əlavə vergi yoxlamasının nəticələri xx xxxx 2019-cu il tarixli **********142465 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, hətta səyyar vergi yoxlamasının müddəti başa çatdıqdan sonra, aparılmış əlavə vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Bu halı cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bir daha təsdiq etmiş, yoxlamanın qeydə alınmasını təsdiq edəcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində qeyd olunur ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.2-ci maddəsinə əsasən, bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.57.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, göründüyü kimi, iddiaçı cəmiyyətdə aparılmış əlavə vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, hüquqi nəticəsi olmayan yoxlama ilə bağlı iddiaçı cəmiyyət barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən əsasların mübahisə predmeti olan qərarın ləğv olunması üçün kifayət hesab edərək həmin qərarın qəbul edilmə əsaslarına münasibətdə cavabdeh orqanın diqqətinə çatdırılmasını zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən hesablanmış əlavə vergi məbləği iddiaçını geri tarixə, yəni yoxlama tarixinin əvvəlinə onu ƏDV ödəyicisi kimi məcburi qeydiyyata alınması ilə bağlı olmuşdur. Belə ki, səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, vergi orqanı iddiaçı cəmiyyətin xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək vergi tutulan əməliyyatlarının həcmi 193542 manat olmuş və həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə istinadən iddiaçı cəmiyyəti xx.xx.2015-ci il tarixdən məcburi ƏDV qeydiyyatına keçirmiş və 2016-2018-ci illərə görə ƏDV-ni tətbiq etməklə ƏDV məbləği, mənfəət vergisi hesablayaraq həmin dövrdə ƏDV bəyənnaməsi təqdim etmədiyinə görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hərəkətləri əsassız olmuşdur. Belə ki, 2015-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 manatdan artıq olduqda ƏDV qeydiyyatı növbəti ayın birinci günündə qüvvəyə minir. Həmin dövrdə qüvvədə olan məcəllənin 218.1.2-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 120.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Göründüyü kimi, 2015-ci ildə qüvvədə olan 218.1.2-ci maddəsində ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 120000 manatdan artıq olduğu halda da, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddəyə xx xxxxxxx 2015-ci il tarixli Qanununla dəyişikliklər edilərək məbləğ 200000 manatla əvəzləşdirilmiş və xx.xx.2019-cu ildə edilmiş dəyişikliyə görə, "ticarət və (və ya)"sözləri çıxarılmış və bununla da iddiaçının vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200000 manatdan artıq olduğu halda, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu itirmişdir. İddiaçı Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinin əvvəlki redaksiyasının ticarət fəaliyyəti ilə məşğul olan şəxslərə verdiyi güzəştdən istifadə etmiş və dövriyyəsi 2015-ci ildə 120000 manatlıq xx.xx.2019-cu il tarixədək isə 200000 manatlıq həddən artıq olsa belə qanunun ona tanıdığı imkanlardan istifadə edərək sadələşdirilmiş verginin ödəyicisi kimi qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu güzəşt ləğv edildikdən sonra iddiaçının güzəştin qüvvədə olduğu dövr ərzində apardığı vergi tutulan əməliyyatlarının həcminin nəzərə alınması və bu həcmə uyğun olaraq ƏDV ödəyicisi qeydiyyatına alınması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə ziddir. Həmin maddədə deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir; başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmayan, hüquq məsuliyyətini aradan qaldırmayan və ya yüngülləşdirməyən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməməsinin qadağan olunmasında məqsəd odur ki, şəxs öz gələcək fəaliyyətini planlaşdıra bilsin və gələcəkdə yeni qanunun qəbul edilməsi nəticəsində hər hansı məsuliyyətə səbəb ola biləcək hərəkətə özü də bilmədən yol verməsin. Məhkəmə hesab edir ki, iddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının qanunvericiliyin tələblərinə uyğun keçirilmiş olsaydı belə cavabdeh Vergi Məcəlləsində edilmiş dəyişikliyi geriyə şamil etməklə iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran məsuliyyət qərarı qəbul etmişdir ki, bununla da qanunvericliyin tətbiqində səhvə yol vermişdir. Cavabdeh qeyd olunan hərəkətləri ilə iddiaçı cəmiyyəti qanunsuz olaraq xx.xx.2015ci il tarixdən məcburi ƏDV qeydiyyatına keçirmiş və bunun nəticəsində iddiaçı cəmiyyətə 2016-2018-ci illərə ƏDV və mənfəət vergisi hesablamış, hətta 2015-2018-ci illərə ƏDV və mənfəət vergisinin bəyannamələrinin təqdim olunmamasını əsas gətirərək iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da təmamən absurddur. Belə ki, vergi orqanı iddaçını yoxlama dövründə qanunsuz olaraq xx.xx.2015-ci il tarixdən ƏDV qeydiyyatına keçirtmişdir ki, iddiaçı 2015-2018-ci illərdə sadələşmiş vergi ödəyiçisi olmuş və o, buna müvafiq bəyənnaməni cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinin tələbinə görə də heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" xx xxxxxx 2003-cü tarixli 5 №-li Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, vergi orqanı tərəfindən iddiaçı cəmiyyət barədə keçirilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, habelə növbədənkənar səyyar vergi yoxlaması aparılarkən yoxlama qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilmədiyindən, qanunvericliklə müəyyən edilmiş 30 günlük müddət bitdikdən sonra yoxlamanın müddəti qanunsuz olaraq uzadıldığından, qanuni əsas olmadan 1 ildən artıq müddətə cavabdeh orqan tərəfindən səyyar vergi yoxlaması aparıldığından, eləcə də aparılmış əlavə vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən aparılmış qanunsuz yoxlamanın nəticəsi olan mübahisə predmeti olan qərar ləğv olunmalıdır. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cəmiyyətdə keçirilmiş yoxlama qanunsuz olduğundan, habelə cavabdehin dəlilləri əsassız olduğundan cavabdeh tərəfindən qəbul edilmiş mübahisə predmeti qanunsuz inzibati akt ləğv olunmalıdır.Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-983/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-122/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-122/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver