Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-13/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X14 iclas katibliyi, X17 İcra Hakimiyyəti Mənzil Kommunal X4 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktoru X9, nümayəndəsi X10, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X5 nümayəndəsi X6 iştirakı ilə X17 İcra Hakimiyyəti Mənzil Kommunal X4 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X2rşı “tutulma müddəti bitmiş 171.346,72 manat məbləğində vergi borclarının ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(84)-154/2018 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X12 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq kollegiya Müəyyən etdi: X21 Hakimiyyəti Mənzil Kommunal X4 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin şəxsi hesab vərəqəsinə əsasən müəssisənin xx.xx.2012-ci il tarixə 171.346,72 manat qalıq borcu vardır. X21 Hakimiyyəti Mənzil Kommunal X4 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi barəsində 2013-2014-cü illər və 2015-ci il üzrə dövlət büdcəsinə müvafiq olaraq 328.388,35 və 136.167,46 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X8 Araşdırılması Departamenti tərəfindən cinayət işi başlanmışdır. X8 X1 İdarəsinin xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli qərarları ilə Mənzil Kommunal X4 Mənzil Təsərrüfatı və Abadlışdırma İdarəsində külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanmış ********* və 16280325 nömrəli cinayət işləri üzrə icraata xitam verilmişdir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası məqsədilə İdarənin xx xxxxxx 2017-ci il tarixinə mövcud olan faizlər üzrə 380.749,09 manat, əmlaka yönəldilən məbləğ üzrə 239.515,28 manat borcu qeyd-şərtsiz silinmişdir. İdarə tərəfindən vergilər üzrə ödənilmiş məbləğlər vergi orqanı tərəfindən Vergi Vəcəlləsinin 88-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə iddiaçının daha əvvəlki vergi öhdəliklərinə aid edilmişdir. İddiaçı idarə ümidsiz borcun silinməsi üçün 11 saylı ƏVD-ə müraciət etmiş, lakin sonuncu xx.xx.2017-ci il tarixli məktubla bildirmişdir ki, idarənin xx.xx.2017-ci il tarixə 229143,15 manat borcu olub, həmin borcun tələb etmə müddəti bitməmişdir. Belə ki, Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən 30.11,2012-ci ildən xx.xx.2017-ci ilədək olan dövr ərzində dövlət büdcəsinə edilmiş ödənişlər yaranma ardıcıllığı gözlənilməklə xx.xx.2017-ci il tarixədək yaranmış borcların bağlanılmasına aid edildiyindən müəssisədə hazırda ödəmə müddəti bitmiş borclar müəyyən olunmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin Nizamnaməsi xx.xx.2002-ci il tarixdə 1002-A1-21 nömrəli şəhadətnamə əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində qeydiyyata alınmış və xx.xx.2006-cı il tarixdə qeydiyyatda dəyişiklik edilərək Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi adlandırılmışdır. Nizamnamənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsi Mingəçevir Şəhər Mənzil-Kommunal X4nin xx.xx.2000-ci : tarixli 55 nömrəli əmri əsasında Mənzil Təsərrüfatı İdarəsinin adının dəyişdirilməsi ilə onun hüquqi varisi kimi fəaliyyət göstərir. Həmin idarə bundan əvvəl Mingəçevir Şəhər XDS İK-nin nəzdində sərbəst balanslı idarə kimi Respublika Kommunal Təsərrüfatı Nazirinin xx.xx.1968-ci il tarixli 314 nömrəli əmri ilə təsis edilmiş və xx.xx.1988-ci il tarixli 518 nömrəli əmri ilə Mingəçevir Şəhər Mənzil-Kommunal X4nin tabeliyinə verilmişdir. X20 Mənzil-Kommunal X4nin tabeliyində olmaqla yanaşı, X21 Hakimiyyətinə operativ tabedir. İdarənin əsas fəaliyyət növləri "Dövlət mənzil fondunun istismarı, saxlanılması və yaxşılaşdırılması, xidmət etdiyi ərazidə fasiləsiz olaraq sakinlərin, habelə sosial, məişət, tikinti və digər obyektlərin içməli su və isti su ilə təchizatını təmin etmək, onlara kanalizasiya xidmətləri göstərmək, habelə Nizamnamə ilə yol verilən və mövcud qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri" göstərməkdən ibarətdir. İdarə vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin eyniləşdirilmə nömrəsi əsasında fəaliyyət göstərir, -əaliyyət göstərdiyi dövrlər üzrə idarənin fəaliyyəti vergi orqanı tərəfindən müntəzəm olaraq yoxlanılmış və nəticəsi üzrə aktlar tərtib edilmişdir. Fəaliyyət göstərdiyi dövrlərin bəyannamə məlumatları əsasında şəxsi hesab vərəqəsində hesablanmış vergilər üzrə darənin xx xxxxxx 2012-ci il tarixə 265306,27 manat məbləğində borcu olmuş və həmin borc məbləğindən xx xxxxxx 2017-ci il tarixə qalıq qrafasında 196696,40 manat vergilərin tutulması mümkün olmamış və həmin məbləğ qalıq kimi qalmışdır. Dövlət büdcəsinə xx xxxxxx 2012-ci il tarixə olan 265306,27 manat məbləğində borc xx xxxxxx 2017-ci il tarixinə darənin şəxsi hesab vərəqəsi üzrə 171346,72 manat təşkil etmişdir. Tutulma müddəti oıtmiş 171346,72 manat məbləğində vergilərin ümidsiz borc kimi silinməsi ilə əlaqədar c!araq xx xxxxxx 2017-ci il tarixdə 184 nömrəli məktubla rəsmi qaydada 11 saylı X7 müraciət edilsə də, cavabdeh əsassız olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1 (84)-154/2018 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) ərizə təmin edilmiş, X21 Hakimiyyəti Mənzil Kommunal X4 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2012-ci il tarixədək yaranmış 171346,72 manat məbləğində əsas vergi borcunun ümidsiz borc hesab edilməsi və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X5 üzərinə qoyulması və iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 145 manat ekspertiza xərcinin X17 İcra Hakimiyyəti Mənzil Kommunal X4 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən tutulub dövlət büdcəsinə ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X12 apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(84)- 154/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci tarixli, 2- 1(107)-523/2018 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(84)-154/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019cu il tarixli, 2-1(102)-1040/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci tarixli, 2- 1(107)-523/2018 nömrəli qərarı ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X18 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin şəxsi hesab vərəqəsi üzrə xx.xx.2017-ci il tarixə dövlət büdcəsinə ödənməmiş ümumilikdə 193453.10 manat borcu mövcud olmuşdur. Həmin borcun 171306.72 manatı əsas borcdan, 22106.38 manatı faiz borcundan və 40 manatı isə maliyyə sanksiyası üzrə borcdan ibarət olmuşdur. İşə baxan Şəki İnzibati-İqtisadi Məhkəməsi qərarını Vergi Məcəlləsinin 85.4-cü maddəsinin müddəasıyla əsaslandıraraq, 171346.72 manat borcun tutulma müddətinin bitdiyini və bu səbəbdən də Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən ümidsiz borc kimi silinməli olduğu qənaətinə gəlmişdir. Lakin məhkəmə bu qərarı qəbul edərkən Vergi Məcəlləsinin 88-ci maddəsinin müddəalarını nəzərə almamış və vergi orqanı tərəfindən vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə müəssisənin əmlakının siyahıya alınmasına dair qərar qəbul edilməsi və öhdəliyin icrasının təmin olunması üçün siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədi ilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlərindən istifadə etmədiyini qeyd etmişdir. Ancaq Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən “Vergilər üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 2. hesablanmış faizlərin məbləği; 3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği”. Yəni məhkəmənin qeyd etdiyi səlahiyyətlərlə yanaşı vergi orqanının vergi ödəyicisi tərəfindən vergi borcları üzrə dövlət büdcəsinə daxil edilən ödəmələri yaranma tarixi ardıcıllığı ilə köhnə borcların ödənilməsinə yönəltmək hüququ vardır. Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə münasibətdə isə vergi orqanı bu səlahiyyətindən istifadə etmiş və vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinə müvafiq borc bildirişləri göndərmiş və vergi ödəyicisinin bank hesablarına sərəncamlar qoymuşdur. Lakin vergi orqanının siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədi ilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlərindən vergi ödəyicisinin siyahıya alınmalı əmlakları olmaması səbəbindən istifadə etməməsi qeyd olunan borcun ümidsiz borc olmasını deməyə əsas vermir. Bu isə o deməkdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin ümidsiz borc hesab edərək silinməsini qərara aldığı 171346.72 manat borc məbləği vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də, göründüyü kimi xx.xx.2017-ci il tarixə olan yeni yaranmış və dövlət büdcəsinə ödənilməmiş borc məbləğləridir. Həmçinin onuda qeyd etmək lazımdır ki, analoji bir iddia ilə bağlı Şəki İnzibati- İqtisad Məhkəməsinin icraatında olmuş xx.xx.2016-ci il tarixli 2-1(84)1157/2018 nömrəli iş üzrə Ali Məhkəmənin qəbul etdiyi 2-1(102)-868/2018 nömrəli Qərarı bu yöndədir ki, borcun ümidsiz borc kimi silinməsi üçün vergi ödəyicisi tərəfindən iddia olunan müddət ərzində dövlət büdcəsinə hər hansı ödəniş edilməmiş olsun. 1 Lakin vergi ödəyicisi olan Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dövlət büdcəsinə mütəmadi olaraq ödənişlər edilmiş və həmin ödənişlərin ümumi məbləği 1019867.66 manat təşkil etmişdir. Vergi orqanı isə öz növbəsində həmin ardıcıl ödənişlər hesabına vergi ödəyicisinin dövlət büdcəsinə borcu yarandıqca Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq borc məbləğlərinin ödənilməsi ilə bağlı vəzifələrini yerinə yetirmiş və həmin məbləğlərin mütəmadi olaraq ödənilməsinə nail olmuşdur. 2 Həmçinin, Şəki İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2018-ci il tarixli 2-1 (84)-154/2018 saylı qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018- ci il tarixli 6901 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, ona istinad etmişdir. Lakin həmin ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsinə yol verməyən kifayət qədər əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ancaq sözü gedən rəyin tədqiqat hissəsində ekspert vergi ödəyicisinin bank hesabından tutulan məbləğləri, vergi orqanı tərəfindən silinən borclarını sadalamaqla kifayətlənmiş, 3 manat məbləğində vergi borcunun nə vaxt yaranmasını, hansı növ vergilərdən ibarət olmasını və həmin borcun nə üçün ümidsiz borc olmasını izah etmədən birbaşa həmin borcun ümidsiz borc olması nəticəsinə gəlmişdir. Həmçinin, ekspert bu nəticəyə gələrkən vergi ödəyicisi tərəfindən xx.xx.2012-ci il tarixdən etibarən 5 il ərzində dövlət büdcəsinə vergilər üzrə 1019867.66 manat məbləğində ödənişlər edildiyini nəzərə almamışdır. Bununla yanaşı xx.xx.2018-ci il tarixli ekspert rəyinin qüvvədə olan Vergi Məcəlləsinin müddəalarından kənar çıxaraq, 88-ci maddədə göstərilən vergi borclarının yaranma tarixi ardıcıllığına görə ödənildiyini nəzərə almadan 171346,72 manat borcun birbaşa ümidsiz borc hesab edilməsi birdaha həmin rəyin əsassız olduğunu göstərir. Eyni zamanda məhkəmənin iş üzrə düzgün araşdırma aparmaması, 171346,72 manat borcun birbaşa xx.xx.2012-ci il tarixədək yaranmış borc olmasını deməsi və vergi orqanı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməməsi həmin məbləğin tərkibində olan xx.xx.2017-ci il tarixdə tətbiq edilmiş 40 manat maliyyə sanksiyasının nəzərə alınmamasıdır. Buda onu göstərir ki, ekspert və məhkəmə tərəfindən cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş sənədlərə əhəmiyyət verilmədən nəticəyə hesablanmış məqsədə nail olunmasına çalışılmışdır. 4 Şəxsi hesab vərəqəsindən göründüyü kimi, xx.xx.2017-ci il tarixə olan borcun manatı əsas vergi borcundan 40 manatı isə maliyyə sanksiyasından ibarətdir. 5 manat vergi borcun hansı borclardan və nə vaxt hesablanmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutların nə üçün qəbul edilməməsini, ödənilmiş vergilərin nə üçün Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən daha əvvəl yaranmış borclara aid edilməməsini qərarında əsaslandırmamış və işin hallarını qərarında qeyd etməklə qeyd olunan məbləğin ümidsiz borc olması qənaətinə gəlmişdir. Yuxarıda göstərilmiş əsaslara görə, cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1 (84)-154/2018 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd idilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X13 nümayəndəsi X11pelyasiya şikayətini müdafiə edərək, ekspert rəyi ilə razılaşmadığını bildirmiş və sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X17 İcra Hakimiyyəti Mənzil Kommunal X4 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırki mübahisənin həlli ilə bağlı məhkəmələr tərəfindən ekspertiza təyin edilməsinə baxmayaraq, cavabdeh tərəf heç bir əsaslı sübut olmadan iddianın təmin olunmamasını tələb edir. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X17 İcra Hakimiyyəti Mənzil Kommunal X4 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktoru X16 apelyasiya şikayətinə etiraz edərək ekspert rəyləri ilə razı olduğunu bildirmiş və sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib- etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansitya məhkəməsi mübahisəni iddiaçının xeyrinə həll etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olunduğu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019cu il tarixli, 2-1(102)-1040/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci tarixli, 2-1(107)-523/2018 nömrəli qərarı ləğv edilib, iş yeni apelyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, ekspert 171.346,72 manat məbləğin məhz hansı riyazı əməliyyat nəticəsində formalaşdığını izah etməmişdir. Başqa sözlə, ekspertin mövqeyinə görə ümidsiz borcun məbləği 171.346,72 manat deyil, 179.525,15 manat [(265.306,27 – (8.063,42 + 77.717,7)] təşkil etməli idi. Digər tərəfdən, qeyd olunan ekspertiza rəyinə münasibətdə cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçı ümumilikdə 1.019.867,66 manat ödəniş etmiş, lakin ekspert ümidsiz borc məbləğini müəyyən edərkən bu ödənişin çox cüzi hissəsini – yalnız sərəncam əsasında tutulmuş məbləği nəzərə almışdır. Halbuki, vergi qanunvericiliyinə görə borcun ödənilməsi üçün ödənişin xarakteri, yəni könüllü ödənilməsi, yaxud məcburi tutulması heç bir əhəmiyyət daşımır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Bu baxımdan apelyasiya instansiya məhkəməsi hazırki mübahisənin həlli ilə bağlı yenidən məhkəmə mühasibatlıq ekspertizası keçirmişdir. Birinci halda ekspert rəyində natamamlıq olduğundan, kollegiya təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Çünki qeyd olunan mübahisənin həlli digər sübut növləri ilə yanaşı xüsusi bilik tələb edən ekspert rəyi ilə birgə araşdırılması məqəsədə müvafiq hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 23824 nömrəli ekspert rəyi nə əsasən; Birinci sual üzrə, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən xx xxxxxx 2017-ci il tarixədək 171346,72 manat məbləğində vergi borcunun tutulma müddəti, yəni 5 illik müddəti qurtarmışdır. İkinci sual üzrə, borc məbləğinin tərkibi əlavə dəyər vergisindən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergidən, hüquqi şəxslərin əmlak vergisindən, hüquqi şəxslərin torpaq vergisindən, hüquqi şəxslərin yol vergisindən, ödəmə mənbəyində tutulan vergidən və mənfəət vergisindən ibarətdir. Üçüncü sual üzrə, yaranmış vergi borcu mabləği 2012-2017-ci illəri əhatə edir və iş materiallarına əsasən 2012-2017-ci illər ərzində 171.346.72 manat məbləğində vergi borcu qalması faktı tədqiqatla təsdiq olunur. Təkrar apelyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 9/352 nömrəli rəydən müəyyən olunur ki, iş materiallarında olan şəxsi hesab vərəqəsindən göründüyü kimi iddiaçı müəssisənin xx xxxxxx 2012-ci il tarixə 265306,27 manat məbləğində vergi borcunun olması təsdiq olunur. İş materiallarına əsasən müəssisə tərəfindən xx.xx.2012- xx.xx.2017-ci illər üzrə büdcəyə 1010395,63 manat ödənişlər edilmişdir. Şəxsi hesab vərəqəsi üzrə xx.xx.2017-ci il tarixə qalıq məbləği 195196,40 manat təşkil etmişdir. İş materiallarına əsasən xx.xx.2012 - xx.xx.2017-ci il tarixədək 70209,87 manat borc məbləği ödənilmiş (tutulmuş) və həmin məbləğ xx.xx.2012-ci il tarixə olan 265306,27 manat qalıq məbləğindən azalmış və 195196,40 (265306,27-70209,87) manat məbləğinin tutulması mümkün olmamışdır. Göründüyü kimi, 195196,40 manat məbləğinin 5 illik tutulma müddəti ötürüldüyündən silinməlidir. Lakin iddiaçı müəssisənin iş materiallarında olan şəxsi hesab vərəqəsi üzrə xx.xx.2012-xx.xx.2017-ci illərin qalıq qrafasında yalnız xx.xx.2017-ci il tarixə 171346,72 manat azalma olduğundan, həmin məbləğin silinməsnin düzgünlüyü təsdiq olunur. İş materiallarında olan şəxsi hesab vərəqəsi formasından görünür ki, şəxsi hesab vərəqəsi hesablanmıış, ödənilmiş və qalıq məbləğləri ayrı-ayrı vergi növləri üzrə aparılmır və ödənişin növündən asılı olmayaraq hesablanmış öhdəliklər və tədbiq olunmuş sankiyalar qalıq məbləğindən azalır. Buna görə də, ödənilmiş məbləğlərin vergi öhdəliyinin tutulmasına və borcdan silinməyə aid edilməsi yalnız qalıq məbləğin azalması ilə müəyyənləşdirilə bilər. Buna görə də iddiaçı müəssisənin xx.xx.2012-ci il tarixədək yaranmış borc məbləğinin tərkibi vergi dövrləri, məbləğləri göstərilməklə yaranma tarixi ardıcıllığı ilə hansı vergi növlərindən ibarətdir sualının cavablandırılması mümkün deyildir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.6-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; 23.1.8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək vergi orqanının hüququdur. Qeyd oluna hüquqların həyata keçirilməsi qaydaları isə Vergi Məcəlləsinin 65, 89 və 90- cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən isabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə ınksiyasım hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və aliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən jsabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Göründüyü kimi, Vergi Məcəlləsinin 85.4-cü maddəsi iki hissədən ibarətdir. Birinci hissə vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malik olması ilə bağlıdır. Bu normada vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra vergi ödəyicisinin vergisinin hesablanmasından və ya esablanmış məbləğin yenidən hesablanmasından bəhs edilir. Hazırkı mübahisə vergiyə cəlb edilən hesabat dövrünün hesablanması yaxud yenidən hesablanması ilə bağlı deyildir. Bu səbəbdən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin birinci hissəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, vergi orqanlarının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu normaya görə vergi orqanı artıq vergiyə cəlb edilən hesabat dövrünü yoxlayıb, vergini hesablayıb, yaxud yenidən hesablamış və həmin məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir (Vergi Məcəlləsinin 93.1.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. \/ergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Hazırkı mübahisədə vergi orqanı tərəfindən iddiaçı müəssisəyə vergi borcunun ödənilməsinə dair bildirişlər göndərilsə də və müəssisənin bank hesablarına sərəncamlar qoyulsa da, vergi orqanı vergi borcunun ödətdirilməsi məqsədilə müəssisənin əmlakının siyahıya alınmasına dair qərar qəbul edilməsi və öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlərdən istifadə etməmiş və bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçı hesablanmış vergi borcunun 5 illik tələb etmə müddəti bitdiyindən Vergi Məcəlləsinin 85.4cü maddəsinin ikinci hissəsinə istinad edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Qanunverici ümidsiz borcların silinməsini vergi orqanının hüququ yox, vəzifəsi olaraq müəyyən etmişdir. Buna baxmayaraq vergi orqanı həmin borcu silməyərək vergi ödəyicisi tərəfindən ödənilmiş vergiləri Vergi Məcəlləsinin 88-ci maddəsinə istinad edərək əvvəlki borcun ödənilməsinə yönəltmişdir ki, bu da yuxarıda qeyd olunan maddi hüquq normasının tələbinə ziddir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2012-ci il tarixədək yaranmış 171346,72 manat məbləğində əsas vergi borcunun ümidsiz borc hesab edilərək və cavabdehin üzərinə həmin məbləğin iddiaçı müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin qoyulmasına dair gəldiyi natəcəni qanuni hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibtələri üzrə düzgün nəticəyə gəlmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd olunması üçün əsaslı sayıla bilməz. Birinci ona görə ki, kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Hazırki iş üzrə verilmiş ekspert rəyi də apellaysiya şikayətinin dəlillərini təkzibb edir. İkincisi, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya məhkəməsində iddia tələbinə, eləcə də ekspert rəylərinə etiraz etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, ona görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişlərindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 300 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X7 аid edilməli və məhkəməmühasibatlıq ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 300 manat cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 94, 115.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-1(84)-154/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 300 manat cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-13/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-13/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver