Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-147/2020 22.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı, cavabdeh DSMF-in X5 İdarəsinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinə (bundan sonra cavabdeh və ya DSMF-in X5 İdarəsi) qarşı “xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-630/2019 nömrəli qərarından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxx 2019-cu il tarixli 2-1(84)- 630/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, Cavabdeh üzərinə İddiaçı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. işin halları: İddiaçı xx.xx.1960-cı il tarixdə Şəki rayonu Qudula kəndində doğulmuşdur. O, Şəki rayonu Qudula kənd Fizuli adına kolxozda 1976-cı ildə 49 adam günü, 1977-ci ildə 94 adam günü, 1978ci ildə 132 adam günü, 1979-cu ildə 126 adam günü, 1980-ci ildə 136 adam günü, 1981-ci ildə 161 adam günü, 1982-ci ildə 112 adam günü, 1985-ci ildə 4 adam günü, 1986-cı ildə 214 adam günü, 1987-ci ildə 99 adam günü, 1994-cü ildə 36 adam günü, 1995-ci ildə 171 adam günü, 1996-cı ildə 315 adam günü, 1997-ci ildə 166 adam günü işləmişdir. İddiaçının kolxozda işləməsi Dövlət X8 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 132 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Şəki şəhər İHB-nin Daşüz kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 160 nömrəli əmək haqqı barədə arayışla müəyyən olunur ki, iddiaçı fevral 1988-ci il tarixdən dekabr 1989-cu il tarixədək işləmiş və ona əmək haqqı ödənilmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdən hazıradək Qudula kənd orta məktəbində texniki işçi kimi əmək fəaliyyətini davam etdirir. Onun Qudula kənd orta məktəbində işləməsi adına olan ******* nömrəli əmək ktabçası, əmək haqqı barədə arayışlarla təsdiq olunur. Bundan başqa Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 16/067 nömrəli sığortaolunan fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışla müəyyən olunur ki, iddiaçının xx.xx.2007-ci il tarixdənxx.xx.2016-cı il tarixədək 8 il sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 2940,65 manat pensiya kapitalı vardır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli 80/3-258 nömrəli məktubla bildirmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin siyahının yeyinti sənayesinə aid 27-ci bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalının yeyinti sahəsinə aid olduğundan və tələb olunan güzəştli sığorta stajının olmaması əsası ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı DSMF-nin Şəki şəhər şöbəsinə qarşı “1976-1982, 1985-1987, 1995-1996-cı illərdə, Şəki rayonu Qudula kənd Fizuli adına kolxozda tütünçü işlədiyi müddətin güzəştli iş stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki İnzibatiİqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2-1(84)-1068/2018 nömrəli qərarı ilə İddiaçı Şəki rayonu Qudula kənd Fizuli adına kolxozda 1979, 1985, 1986, 1987, 1995 və 1996-cı illərdə tütünçü işlədiyi müddətin tam, 1976-1978, 1980-1982-ci illərdə kolxozda tütünçü işlədiyi iş stajının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktiki müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması öhdəliyi cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulmuşdur. İşə baxan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 21 il 8 ay ümumi stajı olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, 1979, 1985, 1986, 1987, 1995 və 1996-cı illərdə iddiaçının tütünçü işlədiyi müddətin onun xüsusi sığorta stajına tam daxil edilməli, onun 1976-1978, 1980-1982-ci illərdə olan iş xüsusi sığorta stajı isə 4 il 2 gün təşkil edir. Qərar qanuni qüvvəsini aldıqdan sonra iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli **********0 nömrəli və xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktublarla bundan imtina edərək bildirmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin siyahının yeyinti sənayesinə aid 27-ci bölməsinin 27.5.1-ci yarımbəndində tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Siyahıda tütün istehsalının yeyinti sahəsinə aid olduğundan və tələb olunan güzəştli sığorta stajının olmaması, habelə xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununa əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi əsasları ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbini irəli sürərək tələbini onunla əsaslandırmışdır ki, onun 23 il 23 ay ümumi iş stajı vardır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1068/2018 nömrəli qərarı ilə onun Şəki rayonu Qudula kənd Fizuli adma kolxozda 1979, 1985, 1986, 1987, 1995, 1996-cı illərdə tütünçü işlədiyi müddət tam, 1976- 1978, 1980-1982-ci illərdə kolxozda tütünçü işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması qərara alınmışdır. Məhkəmə qərarında qeyd olunmuşdur ki, o, 1979, 1986, 1995, 1996-cı illərdə müəyyən edilmiş minimum əmək iştirakını tam yerinə yetirmişdir. 1976-1982,1985 və 1987-ci illərdə isə müəyyən edilmiş minimum əmək iştirakını tam yerinə yetirməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu səbəbdən də ona 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-630/2019 nömrəli qərarından apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2- 1(107)-391/2019 nömrəli qərardadı ilə Cavabdeh əsl cavabdeh DSMF-in X5 İdarəsi ilə əvəz edilmişdir. Şəki Apelyаsiyа Məhkəməsinin İnzibаti-İqtisаdi Kollegiyаsının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-391/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-630/2019 nömrəli qərarı ləğv edilmiş və inzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X1rşı “xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019cu ll tarixli, 2-1(102)-3417/19 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(107)-391/2019 saylı qərarının ləğv edilməsi və işə təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. apellyasiya şikayətlərinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx xxxxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq olan şəxslər həmin Qanunun 9-cu maddəsində təsbit olunmuşdur. 9.1-ci maddəsinə istinadən «axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanlarm qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ» əldə edirlər. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda öz əksini tapmışdır. Həmin Siyahının 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Bu Siyahıda tütün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun olmadığından imtina olunmuşdur. Belə ki, kolxozdakı tütünçü peşəsi yuxarıda göstərilən qaydada tütünün sənaye üsulu ilə istehsalatına deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olduğundan vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 27-ci Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi yeyinti sənayesinə aid olduğu üçün tütün fermentasiya müəssisələrində işləyənlərə şamil edilməsi nəzərdə tutulur. Həmçinin, xx.xx.2006-cı il tarixədək qüvvədə olan «X2 haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z bəndinə istinadən tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınlar 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edirdilər. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda bu bənd çıxarılmışdır. İddiaçının kolxozda fəaliyyət göstərdiyi zaman məhz bu Qanun qüvvədə olmuşdur. Bu Qanuna istinad edilərək güzəştli şərtlərlə əmək pensiyası təyin olunması da mümkün deyildir. Çünki iddiaçının 15 il tütünçü kimi iş stajı tamamlanmır. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019cu il tarixli 2-1(84)630/2019 nömrəli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdeh DSMF-in X5 İdarəsinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)-630/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(84)- 630/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir.. -xx.xx.2012-ci il tarixli AZE seriyalı 09703387 nömrəli şəxsiyyəti vəsiqəsinin kserosurəti, - Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2-1(84)-1068/2018 nömrəli qərarının surəti, -Dövlət X8 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 132 nömrəli arxiv arayışının surəti, -Şəki şəhər İHB-nın Daşüz kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 160 nömrəli əmək haqqı barədə arayışı, -Şəki Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 136 nömrəli əmək haqqı gəlirləri barədə arayışlar, -Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 16/067 nömrəli sığortaolunan fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış, -Cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli 80/3-258 nömrəli, xx.xx.2019-cu il tarixli **********0 nömrəli və xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtina məktubları və digər sənədlər daxildir. əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İnzibаti Prosessuаl Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibаti Prosessuаl Məcəlləsinin 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İş üzrə Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3417/19 saylı qərarında qeyd edilir ki,2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: ...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin materiallarına, o cümlədən cavabdehin imtina məktubunda qeyd edilən məlumatlara görə (arxiv arayışı, əmək kitabçası və qüvvədə olan məhkəmə aktı), 2006-cı il 1 yanvar tarixə iddiaçının 23 il 2 ay ümumi sığorta stajı vardır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 14 noyabr tarixli, 2-1(84)-1068/2018 nömrəli qərarı ilə iddiaçının Şəki rayonu Füzuli adına kolxozda 1979, 1985, 1986, 1987, 1995 və 1996-cı illərdə tütünçü işlədiyi müddətin tam, 1976-1978, 1980-1982-ci illərdə kolxozda tütünçü işlədiyi iş stajının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktiki müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması öhdəliyi cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Həmin Siyahının 27-ci - Yeyinti sənayesi bölməsi 27.5.1-ci yarımbəndi tütün istehsalı üzrə fəhlələr sıralamasında tütün yarpaqlarını düzənlər peşəsi qeyd edilmişdir. Bu Siyahıda tütün istehsalı Yeyinti sənayesinə aid edildiyi üçün vətəndaşa kolxozdakı, yəni kənd təsərrüfatındakı iş stajına görə tütün yarpaqlarını düzən kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyə uyğun olmadığından, cavabdeh tərəfin iddiaçıya imtina cavabı verilmişdir. Belə ki, kolxozdakı tütünçü peşəsi yuxarıda göstərilən qaydada tütünün sənaye üsulu ilə istehsalına deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olduğundan, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə kollegiyası nəzərə alır ki, “X2 haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndinə əsasən, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında tam mövsüm ərzində çalışan qadınlar 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarlarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edirdilər. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda həmin məzmunda müddəa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda kolxozdakı tütünçü peşəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, “X2 haqqında” Qanunda həmin peşə (iş) güzəştli şərt kimi nəzərdə tutulduğu halda, bunun sonrakı Qanunda bilavasitə həmin məzmunda təsbit olunmaması şəxsin sosial təminat hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz. Belə ki, şəxsin zərərli işdə çalışması əvvəllər qüvvədə olmuş “X2 haqqında” Qanuna əsasən onun sosial təminat hüququnun tərkib hissəsinə çevrilmiş və mövcud olmaqda davam edir. İddiaçının həmin zərərli işdə “X2 haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndində nəzərdə tutulduğu kimi 15 il deyil, 10 il işlədiyinə gəldikdə, burada, yeni Qanunun qüvvəsindən şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunmalıdır. Digər tərəfdən, qazanılmış hüququn reallaşdırılması üçün qanunda düzünə göstərişin olmadığı hallarda belə, qanunverici yanakı hüquqi imkanları da (məsələn, qanunun və ya hüququn analogiyası) nəzərdə tutur. Beləliklə, cavabdehin yuxarıda qeyd edilən Siyahıda “tütün yarpaqlarını düzənlər peşəsi”nin nəzərdə tutulduğuna istinadı da nəzərə alınmaqla, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə (kolxozda tütünçü) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə (tütün yarpaqlarını düzənlər peşəsi) arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Apellyasiya məhkəməsinin qənəatincə iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququna malik deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, əmək pensiyaları haqqında qanun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət X7 xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının2.1.8-ci bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qaydalara əsasən,“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş X2 haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin z) bəndinə əsasən, kolxozlarda, sovxozlarda və digər dövlət aqrarsənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçumaşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan qadınlar-50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Birinci intansiya məhkəməsi araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş və onun 50 yaşı xx.xx.2010-cu il tarixdə tamam olmuşdur. Eyni zamanda müəyyən edildiyi kimi, iddiaçının xx.xx.2006-cı il tarixə 21 il 8 ay ümumi və 10 il 2 gün xüsusi səğorta stajı olmuşdur ki, iddiaçı qanunla tələb olunan ümumi sığorta stajına malik olsa da 15 il xüsusi sığorta stajına malik olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququna malik deyildir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququna malikdir. Belə ki, iddiaçının 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 27. Yeyinti sənayesi bölməsinin 27.5 Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarımbəndində tütünkəsən maşın maşinistlərinin, tütün keşinin presləyicilərinin, tütünyumşaldanların, tütün yarpaqlarını düzənlərin, tütünü çəkib bükənlərin, tütün çeşidləyicilərinin və tütün quruducularının peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Birinci intansiya məhkəməsi araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş və onun 52 yaşı xx.xx.2012-ci il tarixdə tamam olmuşdur. O, xx.xx.2012-ci il tarixə 20 ildən cox (kolxoz + fevral 1988-dekabr 1989, xx.xx.1990-xx.xx.2012) ümumi və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)1068/2018 nömrəli qərarı müəyyən edilərək güzəştli iş stajı kimi hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuş ümumi 10 il 2 gün (1979, 1985, 1986, 1987, 1995 və 1996 tütünçü işlədiyi müddətin tam, 1976- 1978, 1980-1982-ci illər faktik iş müddəti 4 il 2 ay) tütüncü kimi xüsusi sığorta stajı olmuşdur. Məhkəmə kollegiyası tərəfindən cavabdehin imtina və etiraz dəlilinə, yəni tütün yarpaqlarını düzənlərin peşəsinin yeyinti sənayesinə aid olması, kolxozdakı tütünçü peşəsinin tütünün sənaye üsulu ilə istehsalalına deyil, kənd təsərrüfatı sahəsində tütünün becərilməsinə aid olması, tütün yarpaqlarını düzənlərin peşəsinin yeyinti sənayesinə aid olduğu üçün tütün fermentasiya müəssisələrində işləyənlərə şamil edilməsi ilə bağlı imtina və etiraz dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, tütünçü peşəsinin yeyinti sənayesinə aid edilməsi iddiaçını pensiya hüququnun realizəsinə maneə deyildir. Belə ki, əvvəla tütün istehsalı sahəsinin hansı istehsal növünə aid olmasından asılı olmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda mövcuddur. Bundan başqa Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 21(84)-1068/2018 nömrəli qərarı ilə iddiaçının tütünçü işlədiyi müddətin güzəştli iş stajı kimi hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur ki, həmin qərarla müəyyən olunmuş hallar İPM-in 78 maddəsinə əsasən iddiaçı və cavabdeh üçün preyudisial əhəmiyyətə malikdir. Göründüyü kimi cavabdehin dəlilləri qanunsuz və əsassız olmaqla iddiaçı 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququna malik olmuşdur. Lakin məhkəmə iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının pensiya hüququnun xx.xx.2012-ci il tarixdən yaranmağına baxmayaraq, ona həmin tarixdən deyil, ona pensiya təyin edilməsindən imtina edildiyi tarixdən son üç il üçün pensiya təyin edilə bilər. Belə ki, iddiaçıya pensiya təyin edilməsindən imtina edildiyi xx.xx.2018-ci il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2018-ci il tarixdən 3 il əvvəlki tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməli, iddia qalan hissədə isə rədd edilməlidir. Bunlardan başqa məhkəmə kollegiyası onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ onun 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixdə yarandığından hazırki mübahisəyə xx.xx.2017-ci il tarixədək qüvvədə olan Əmək Pensiyaları haqqında qanunun müddəalarına uyğun baxılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən digər imtina dəlili, yəni xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanununa əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı imtina dəlilləri qanunsuz olmuşdur. Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikası Konstitusiyası maddə-149.7). İddiaçının pensiya hüququ xx.xx.2012-ci il tarixdə yarandığından pensiya təyinatı məsələsinə də məhz həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırki iddia üzrə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina edilməsi üçün cavabdehin irəli sürdüyü faktiki şərtlər hüquqi əsasa söykənmir və iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. “X6” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -33.1-ci məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə kollegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini birinci instаnsiyа məhkəməsinin qərаrının ləğv edilməsi üçün yetərli hesаb etmir və bu nəticəyə gəlir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən аpellyаsiyа şikаyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnmаlıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(84)-630/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri S.Mümtaz küçəsi) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) şikаyət verilə bilər. Qərardan şikayət verilməzsə, onun təqdim olunduğu gündən 30(otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2-1(107)-147/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-147/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver