Məhkəmə qərarları › İş №2-1(107)-149/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-149/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-149/2022 02.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və mərhum atası X4 xüsusi mülkiyyətində olan mənzildən X12, X2, X5 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(116)-895/2022 nömrəli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və mərhum atası X4 xüsusi mülkiyyətində olan mənzildən X12, X2, X5 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X4 xüsusi mülkiyyətində olmuşdur. Yusif Rəsulov 03.11.2021-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. İddiaçı mərhum Yusif Rəsulovun vərəsəsidir. İddia tələbində qeyd edilən X12, X2, X5 və X9 mərhum Yusif Rəsulova məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar. Onların həmin evdən qeydiyyatdan çıxarılmaları üçün iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 28.02.2022-ci il tarixdə iddiaçıya yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, işdə olan Ağdaş rayon Notariat ofisinin 02.02.2022-ci il tarixli 63 nömrəli “açılmış vərəsəlik işi haqqında” arayışında qeyd edilmişdir ki, vərəsəlik işi üzrə vərəsəlik haqqında hər hansı şəhadətnamə verilməmişdir. Yardım məktubunda qeyd edilənlərə münasibət bildirilməsi üçün iddiaçıya 3 gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 12.03.2022-ci il tarixdə alınmasına baxmayaraq, orada qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddiaçıya məhkəmə mümkünlük iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə mümükünlük iclasında iştirak etməmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, xəstəliyi ilə əlaqədar məhkəmə mümkünlük iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iştirakı olmadan iclasın keçirilərək qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakimi Fərid İsmayılzadə) 31 mart 2022-ci il tarixli, 2- 1(116)-895/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və mərhum atası X4 xüsusi mülkiyyətində olan mənzildən X12, X2, X5 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı nümayəndəsi Nümayəndə Şəki İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(116)-895/2022 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(116)-895/2022 nömrəli qərardadının ləğv edilməsini və işin məhkəmə baxışına qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı nümayəndəsi Nümayəndə iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPMin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, birinci məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi iddiaçının mərhum atasının mülkiyyətindədir. X11 03.11.2021-ci ildə vəfat etdikdən sonra Ağdaş rayon notariat ofisində 28.01.2022-ci ildə V-38 nömrəli vərəsəlik işi açılmış və İddiaçı X4 vərəsəsi olduğu müəyyən edilməsinə baxmayaraq iddiaçı X8 vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında hər hansı vərəsəlik şəhadətnaməsi verilməmişdir. 23 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdaş rayon Notariat X1 vərəsəsinin İddiaçı olduğu müəyyənləşdirildiyi halda ona vərəsəlik şəhadətnaməsinin verilməməsi səbəbi barədə aydınlıq gətirilməsini və bu barədə arayışın verilməsi xahiş edilmişdir. Məhkəmənin 23 may 2022-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdaş rayon Notariat Ofisi cavab olaraq bildirmişdir ki, 03.11.2021-ci il tarixdə vəfat etmiş X6 adına Ağdaş rayon notariat ofisində 28.01.2022-ci il tarixdə vərəsəlik işi açılmış, onun vərəsəsinin oğlu İddiaçı olması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinin tələbinə uyğun olaraq mirasın açıldığı gündən altı ay keçmədiyi üçün İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Daha sonra 10.05.2022-ci il tarixdə İddiaçı müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi iddiaçı İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ mövcüddur. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunveriicliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. İPM-in 87.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2-1(116)-895/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “RX seriyalı ******* nömrəli 30.07.2014-cü il qeydiyyat tarixli reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və mərhum atası X4 xüsusi mülkiyyətində olan mənzildən X12, X2, X5 və X3 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar