Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-214/2025 07.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X7 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X27 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-505/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 1991-ci il tarixdə “Qələbə” kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində iddiaçıya 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Aqrar islahatlar həyata keçirilən zaman həyətyanı torpaq sahəsinin təyinatı texniki səhv olaraq kənd təsərrüfatı kimi qeydiyyata alınmışdır. 0.20 ha həyətyanı torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və ailə üzvlərinə verilmiş 0.57 ha torpaq sahəsinin daxilində yerləşir. İddiaçı DƏDRX-nə ərizə ilə müraciət edərək 29 oktyabr 1991-ci il tarixdə Qələbə Kolxozunun müvəkkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən imtina edilmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, müraciətdə qeyd olunan məsələnin həlli iddiaçının ərizəsinə əsasən ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Buna görə də, ərizəçinin müraciətdə qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi barədə xx.xx.2023-ci il tarixli, 3- 21-3-47/2-C-0011- 8/2023 (**********96) nömrəli məktub ünvanlanmışdır. İddia tələbinin “həyətyanı kimi qeyd olunması” ilə bağlı bildirir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli, 1142 nömrəli Fərmanının 1-ci bəndi üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu təsdiq edilmişdir. İddia tələbinin təyinatın (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı hissəsi isə mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasınının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir (buna dair müvafiq sənədlər əlavə olunur). Aqrar İslahat Komissiyasının həmin qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar islahat Komissiyasınının həmin qərarı qanunla müəyyən olunmuş qaydada geri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır və mübahisəli torpaq sahəsinin verilməsinə əsas olan həmin qərar etibarlı olduğundan həmin qərar əsasında verilmiş torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi mümkün sayıla bilməz.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur; - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə etdiyi “Qəbələ” kolxozunun xx.xx.1991-ci il traixli müvəkkillər iclasının qərarının surəti; - Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2024-cü il tarixli 113 nömrəli qərarının surəti; - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli 4/475 nömrəli məktubunun surəti; - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamının surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə həyətyanı və pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmişdir; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-609/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı Qələbə kolxozunun müvəkillər iclasının 29 dekabr 1991-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 0.20 ha həyətyanı torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı bildiririk ki, idarəmizin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında sözügedən torpaq sahəsinin naturada ölçüsü 0.57 ha olmaqla kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla naturada faktiki istifadəçisi İddiaçı, onun ailə üzvləridir və torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi iddiaçıya ayrılan 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya verilmiş 0.20 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür; - Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 31 nömrəli məktubu.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli 2- 1(116)-505/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı İddiaçı 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdır. - İddiaçı tələbini sözügedən torpaq sahəsinin 29 oktyabr 1991-ci il tarixdə Qələbə Kolxozunun müvəkillər iclasının qərarına əsasən ayrılması ilə əsaslandırır. - Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsinin təyinatı elektron baza məlumatlarında doğru əks edilmişdir. Belə ki, mütəxəssis rəyindən də görünür ki, iddia olunan 0.20 ha həyətyanı torpaq sahəsi TEKUİS məlumat bazasında sözügedən torpaq sahəsinin naturada ölçüsü 0.57 ha olmaqla (0,20 ha həmin torpaq sahəsinin daxilindədir) kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla naturada faktiki istifadəçisi İddiaçı, onun ailə üzvləridir. - Həmin torpaq sahəsinə bitişik torpaq sahələrinə dair məlumatlar araşdırılmışdır. Müəyyən edilir ki, təyinatı mübahisələndirilən 0,20 ha torpaq sahəsi iddiaçının özünün mülkiyyətində olan 0,37 ha torpaq sahəsi ilə yanaşı xx.xx.2024-cü il tarixli çıxarışla X2 mülkiyyətində olan 0,2873 ha, xx.xx.2022-ci il tarixli çıxarışla X18 mülkiyyətində olan 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bitişikdir. Həmin torpaq sahələri aqrar islahat zamanı vətəndaşların mülkiyyətinə kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri kimi verilmişdir. - İş materiallarına əlavə olunan ərazinin qrafik təsviri və ortofoto məlumatlarından da görünür ki, ərazi tamamilə kənd təsərüfatı məhsulları, konkret olaraq fındıq bağları ilə əhatə olunmaqdadır. - Zaqatala rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində “Qələbə” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə torpaq sahələri verilmişdir. Həmin sərəncama əlavə olunan cədvəlin 6-7-ci qrafalarında həyətyanı və həyətyanıdan artıq zəbt torpaqlar ayrılmışdır. Yəni, iddiaçıya 0,57 ha torpaq sahəsinin verilməsi ilə bağlı siyahıda verilmiş torpaq sahəsi həyətyanı qrafasında deyil, zəbt torpaq sahəsində öz əksini tapmışdır. İddiaçı da 0,57 ha torpaq sahəsinin 0,37 ha hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu qəbul etməklə, onun 0,20 ha hissəsinin təyinatının yanlış təsbit edildiyini bildirməkdədir. - İddiaçı, sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növünun həyətyanı) kimi qeyd olunmasını tələb etsə də, işdə olan mütəxssis rəyi ilə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış qonşu torpaq sahələrinə aid hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin kateqoriyası da “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeyd edilmişdir. - Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün müvəqqəti tikililərin və qurğuların quraşdırmasına yol verildiyindən, iddia olunan torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunaraq həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-505/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyinə münasibət olaraq bildirir ki, təyinatı mübahisələndirilən 0.20 ha torpaq sahəsinə bitişik təkcə kənd təsərrüfatı təyinatlı torpaq sahələri yox, həyətyanı torpaq sahələri də mövcuddur. İnzibati iş materiallarına əlavə olunan DƏDRX tərəfindən verilmiş sxemdə əks olunan vərəqədə iddiaçıya ayrılmış torpaq sahəsi ilə eyni sırada yerləşən torpaq sahəsindən əlavə başqa şəxslərin mülkiyyətinə verilmiş 678 H, 786 H, 594 H qeydi aparılan torpaqlar həyətyanı torpaq sahələridir. - Məhkəmənin mövqeyindən müəyyən olunur ki, 29 oktyabr 1991-ci il tarixdə "Qələbə" kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində ona verilmiş 0.20 ha həyətyanı torpaq sahəsi ona və ailə üzvlərinə verilmiş 0.57 ha torpaq sahəsinin daxilində yerləşmir. O zaman "Qələbə" kolxozunun müvəkillər iclasının qərarına əsasən ona verilmiş 0.20 ha həyətyanı torpaq sahəsi harada yerləşir? Xahiş edir ki, bu sualın cavablandırılmasına köməklik göstərəsiniz. - Bundan başqa, qeyd edir ki, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamına əlavə olunan cədvəl ilə müəyyən edilir ki, ona ümumiyyətlə həyətyanı torpaq sahəsi ayrılmamışdır. Buradan bir daha aydın olur ki, "Qələbə" kolxozunun qərarına əsasən ona ayrılmış 0.20 ha həyətyanı torpaq sahəsinin 0.57 ha torpaq sahəsinin daxilində yerləşməklə mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilən formadadır. - İnzibati iş materialına əlavə olunmuş mütəxəssis rəyi ilə və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan 0.20 ha həyətyanı torpaq sahəsi TEKUİS məlumat bazasında sözügedən torpaq sahəsinin naturada ölçüsü 0.57 ha olmaqla (0,20 ha həmin torpaq sahəsinin daxilindədir) kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir. İddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla naturada faktiki istifadəçisi İddiaçı, onun ailə üzvləridir. Yuxarıda qeyd etdiyi kimi mütəxəssis rəyi və inzibati iş materiallarına əlavə olunan sənədlər ilə müəyyən edilir ki, Qələbə Kolxozunun qərarına əsasən ona ayrılmış 0,20 ha həmin torpaq sahəsi 0.57 ha torpaq sahəsinin daxilindədir. Birinci instansiya məhkəməsinin qeyd olunan halları araşdırmaması, inzibati iş materialına əlavə olunan sənədlərə istinad edərək iddianın təmin olunmamasına dair gəlmiş olduğu mövqeyi tam əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-505/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
11. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və X35 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-505/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirakını təmin etməmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Bundan sonra məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə 5.2. mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10 . Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi
1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.
2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.
3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ- hüquqi aktlarla tənzimlənir.
4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarixmədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; [18] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.
3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir.
15. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
16. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
24. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.20 ha torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdır.
25. Belə ki, apellyasiya şikayətinin dəlili olaraq iddiaçı qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə bitişik təkcə kənd təsərrüfatı təyinatlı torpaq sahələri yox, həyətyanı torpaq sahələri də mövcuddur. İnzibati iş materiallarına əlavə olunan DƏDRX tərəfindən verilmiş sxemdə əks olunan vərəqədə iddiaçıya ayrılmış torpaq sahəsi ilə eyni sırada yerləşən torpaq sahəsindən əlavə başqa şəxslərin mülkiyyətinə verilmiş 678 H, 786 H, 594H qeydi aparılan torpaqlar həyətyanı torpaq sahələridir.
26. Məhkəmə kollegiyası iddiaçının şikayətində qeyd etdiyi dəlillərin araşdırılması məqsədilə mütəxəssis rəyinin təqdim edilməsi barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsi qarşısında suallar qoyularaq sorğu vermiş və Kollegiyanın sorğusu əsasında verilmiş cavabdeh inzibati orqanın 4 iyun 2025-ci il tarixli, 3-21-3-47/2-2068/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: - İddiaçı adına 29 oktyabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmamışdır; - İddiaçı və onun ailə üzvlərinin adına 1.05 ha kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi, reyestr nömrəsi **********04 olan çıxarışla rəsmiləşdirilmişdir; - Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və ailə üzvlərinə verilmiş 0.57 ha torpaq sahəsinin DWG məlumatlarına əsasən 628F cizgidə göstərilən 0.40 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin adına, qalan 627G cizgisində göstərilən 0.16 ha torpaq sahəsi isə X32 və onun ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi işlənilmişdir; - Qələbə kolxozunun 29 oktybr 1991-ci il tarixli Müvəkillər iclasının qərarında göstərilən şəxslərin adlarına həmin qərarla verilmiş həyətyanı torpaq sahələri qeydə alınmamışdır; - Həmçinin məlumat üçün bildirir ki, vətəndaşların həyətyanı və pay torpaq sahələri İdarəmizin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapan Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının təsdiq etdiyi xx.xx.2018-ci il tarixli Zaqatala Əliabad qəsəbəsi "Qələbə” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə dair subyektlər siyahısına aid cədvəl və TEKUİS məlumat bazasında qeyd olunan məlumatlara əsasən hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində “Qələbə” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə torpaq sahələri verilmişdir. Həmin sərəncama əlavə olunan cədvəlin 6-7-ci qrafalarında həyətyanı və həyətyanıdan artıq zəbt torpaqlar ayrılmışdır. Yəni, iddiaçıya 0,57 ha torpaq sahəsinin verilməsi ilə bağlı siyahıda verilmiş torpaq sahəsi həyətyanı qrafasında deyil, zəbt torpaq sahəsində öz əksini tapmışdır. İddiaçı da 0,57 ha torpaq sahəsinin 0,37 ha hissəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu qəbul etməklə, onun 0,20 ha hissəsinin təyinatının yanlış təsbit edildiyini qeyd etmişdir.
28. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqanın məlumatları sübut qismində qəbul edilə bilər.
29. Həmçinin iddiaçı, sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növünun həyətyanı) kimi qeyd olunmasını tələb etsə də, işdə olan mütəxəssis rəyi ilə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış qonşu torpaq sahələrinə aid hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin kateqoriyası da “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeyd edilmişdir.
30. Bundan başqa, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş cavabdeh orqanın ona ünvanladığı məktubda göstərilmişdir ki, Zaqatala rayonu, Əliabad qəsəbəsi üzrə vətəndaşlara məxsus torpaq sahələrinə dair qeydiyyatın aparılması üçün 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron kadastr baza məlumatlarından, Zaqatala RİHB tərəfindən 4/475 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə təsdiq edilmiş siyahılardan və mövcud elektron xəritələrdən istifadə olunur. Həmin torpaq sahələrinə dair siyahıda (cədvəldə) “Qələbə” kolxozu üzrə 678H təsərrüfat nömrəsi ilə X19, X20, X10, X21, X18, X11 və X12, 786 təsərrüfat nömrəsi ilə X22, 594 təsərrüfat nömrəsi ilə X23, 695 təsərrüfat nömrəsi ilə X3, X4, X1, X5 və X6, 696 təsərrüfat nömrəsi ilə X28, X8, X24, X31, X29, X30, X25 və X26 adları qeyd olunmuşdur. İkinci sorğunuza cavab olaraq məlumat veririk ki, 678H, 786H və 594H həyətyanı, 696A və 695A isə kənd təsərrüfatı kateqoriyasına aid torpaq sahələridir.
31. İş materiallarında olan mütəxəssis rəyi tədqiq edildikdə isə 696A və 695A nömrəli torpaq sahələrinin kənd təsərrüfatı kateqoriyasına aid torpaq sahələri olmaqla iddiaçının sərhəd qonşuları olduğu müəyyən edilir. İddiaçının qeyd etdiyi həyətyanı torpaq sahələri isə iddiaçının birbaşa sərhəd qonşuları olmamaqla mübahisələndirilən torpaq sahəsindən aralıda yerləşir.
32. Həmçinin iddiaçının, "Qələbə" kolxozunun müvəkillər iclasının qərarına əsasən ona verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin harada yerləşməsi barədə sualına cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, TEKUİS məlumat bazasında sözügedən torpaq sahəsinin naturada ölçüsü 0.57 ha olmaqla 0,20 ha həmin torpaq sahəsinin daxilindədir və kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisi kimi İddiaçı xüsusi mülkiyyətinə işlənilmişdir.
33. Həmçinin, 11 sentyabr 2024-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən qonşu torpaq sahələrinin və ərazinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar kimi qeyd edilmişdir.
34. Bundan əlavə, Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı və ailə üzvlərinə verilmiş 0.57 ha torpaq sahəsinin DWG məlumatlarına əsasən 628F cizgidə göstərilən 0.40 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin adına, qalan 627G cizgisində göstərilən 0.16 ha torpaq sahəsi isə X32 və onun ailə üzvlərinin adına kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi işlənilmişdir.
35. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, iddia olunan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla naturada faktiki istifadəçisi İddiaçı və onun ailə üzvləridir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların məqsədli təyinatı torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.
37. Qanunvericiliyin tələblərindən də görünür ki, torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ- hüquqi aktlarla tənzimlənir. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.
38. Odur ki, sözügedən torpaq sahəsinin də iddiaçıya ayrılarkən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması iş materialları öz təsdiqini tapmışdır. Qanunvericiliyin tələbinə əsasən də kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı ilə yol verilir.
39. Kollegiya hesab edir ki, kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxil edildiyindən, məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edildiyindən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün müvəqqəti tikililərin və qurğuların quraşdırmasına yol verildiyindən, iddia olunan torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunaraq həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur.
40. Daha sonra qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
41. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.
42. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
43. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının hüquqi marağına uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar (etibarlı hüquqmüəyyənedici sənəd) mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
44. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının hüquqi marağına uyğun olaraq mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı 29 dekabr 1991-ci il tarixdə Qələbə kolxozunun müvəkillər iclasının qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinin təyinatında düzəliş olunaraq torpaq sahəsinin təyinatının həyətyanı kimi qeydə alınması və 0.20 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınaraq çıxarış verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-505/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.