Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-219/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməsi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddətinin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-148/2020 nömrəli qərardadından İddiaçıtərəfindən verilmiş şikаyətə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokrorluqlarının birində müvafiq vəzifəsinə keçirilməsi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddətinin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 148/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməsi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddətinin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə onun iddiasını mümkün saymamışdır. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddia ərizəsinin mümkünlüyü məsələsi həll edilərkən onun dindirilməsinə zərurət yaranmış, iddianın mümkünlüyü məsələsinə baxılması və onun dinlənilməsi üzrə məhkəmə təyin edilmiş, lakin qeyd olunan iclasların heç birinə gəlməməsi barədə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmış və həmin məktub xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Lakin o, iki dəfə yəni xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə məktub ünvanlayaraq bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Gəncə şəhər Kardioloji Xəstəxanasının kardiologiya şöbəsində stasionar müalicədə olduqdan sonra xx xxxxxx 2019-cu il tarixdən hal-hazıradək həmin tibb müəssisəsi tərəfindən və Yevlax rayon X2 X5 Məsləhət Komissiyası tərəfindən işdən azad olunduğundan xx xxxxxx 2020-ci il tarixdə saat 12:30-da keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəkdir.Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsinin mümkünlüyü məsələsinə onun iştirakı olmadan ona hüquqi yardım edən Bakı şəhəri 23 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə baxılmasını xahiş etmiş və xəstəliyini təsdiq edəcək sənədləri məhkəməyə göndərmişdir. Birinci instansiya məhkəməsi onun dinlənilməsinin zəruri olması əsası ilə iddia tələbini mümkün saymamaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə istinad edərək mübahisələndirdiyi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx xxxxx 2019-cu il tarixli 63 nömrəli əmrlərindən şikayət verilməsi üçün nəzərir tutulmuş prosessual müddəti, yəni 30 günü ötürdüyü qənaətinə gəlsə də bu tamamilə qanunsuz və əsassızdır. İddia tələbinin Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməsi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddətinin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması hissəsində mümkün saymamaqda birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-148/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-148/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğu nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəblərdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası onlarıniştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 80-ci mаddəsinə əsаsən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-148/2020 nömrəli qərardadı ləğv edilərək, yeni qərardad qəbul edilərək iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırara q və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmuş, qanunu düzgün təfsir etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarıın: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Belə ki, kollegiyanın iclasında iş materiallarında olan sənədlərin tədqiqatından müəyyən olundu ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməsi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddətinin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı müraciətinə mahiyyəti üzrə baxılmasının mümkün olmaması, iddiasının mümkünlüyü məsələsinin müzakirə edilməsi və onun dinlənilməsinin zərurəti yaranması, iddiası üzrə iddianın mümkünlüyü məsələsinə baxılması və onun dinlənilməsi üzrə məhkəmə iclasları (xx xxxxxx 2019-cu il tarixə, saat 12:30-a, xx xxxxxx 2020-ci il tarixə saat 12:30-a, xx xxxxxx 2020-ci il saat 11:00-a) təyin edilməsi lakin qeyd olunan iclasların heç birinə gəlməməsi barədə xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmış və həmin məktub xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli məktubunda, həmçinin iddiaçıya izah olunmuşdur ki, tələbinin “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş xx.xx.2018-ci il tarixli 29 nömrəli və xx.xx.2019-cu il tarixli 63 nömrəli əmrlərin ləğv edilməsi” hissəsinə münasibətdə ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx xxxxxx 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Tələbinin “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi” hissəsinə münasibətdə inzibati məhkəmə icraatı qaydasında baxılan iddia tələblərinin xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdi ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə analoji tələblə ilk öncə cavabdehə müraciət etsin. Sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmadığı təqdirdə iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. İş materiallarının araşdırılması zamanı analoji tələblərlə iddiaçının cavabdehə müraciətini əks etdirən sübutların mövcud olmadığı və sair çatışmamazlıqları müəyyən edilmişdir. Göstərilən çatışmazlıqların aradan qaldırılması və qeyd olunanlara münasibət bildirilməsi üçün 10 (on ) gün müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmə tərəfindən iddiasının mümkünlüyü məsələsinə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 16.3cü maddəsinə əsasən şifahi məhkəmə iclası keçirilmədən hüquqi qiymət veriləcəyi barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Lakin qeyd olunan nöqsanlar aradan qaldırılmamış, məktuba münasibət bildirilməmişdir. Araşdırılan işdən görünür ki, İddiaçı inzibati orqan kimi cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməsi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddətinin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edərək göstərir ki, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Normaların məzmumunundan görünür ki, inzibati mübahisələrin dairəsi inzibati mübahisələrin çərçivəsində inzibati hüquq münasibətləri ilə baglı yaranan (publik hüquq münasibətləri) mübahisələrdə dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan cıxış edir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu inzibati orqanların təsnifatına daxil deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının “Məhkəmə Hakimiyyəti” adlanan Vİİ fəslindən görünür ki, prokurorluq orqanları məhkəmə hakimiyyətinə daxildir. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra - "prokurorluq") məhkəmə hakimiyyəti sistemində daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan hüquq normalarının məzmunundan da göründüyü kimi, prokurorluq orqanları inzibati orqanların təsnifatına daxil olmadığından, yəni, hazırkı iş üzrə İddiaçı cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Hərbi Prokurorluğu inzibati orqan olmadığından, hazırkı iş üzrə iddia tələbi İPM-in 2-ci maddəsində göstərilmiş inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaya aid olmaması səbəbindən mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi də bununla bağlı yanlış hüquqi nəticəyə gəlmiş, yuxarıda qeyd edildiyi kimi hüquqi mövqeyini əks etdirən dəlilləri əsas gətirərək iddianı mümkün saymamış və bununla da prosessual pozunutuya yol vermişdir. Həmçinin, birinci instansiya məhkəməsi İPM-in 12-ci maddəsində göstərilən aşağıdakı tələblərə əməl etməmişdir. Belə ki, İPM-in 12-ci maddəsinin: -12.1-ci hissəsində qeyd edilir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci hissəsində qeyd edilir ki, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı iddia tələbi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməsi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddətinin hərbi qulluqçu kimi xidmət illərinə hesablanmasından ibarətdir. Lakin birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti, yəni, hazırkı işin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olub-olmamasını araşdırmadan cavabdeh inzibati orqanın imtinasının olmaması və bununla yanaşı digər əsaslarla iddianı mümkün saymamışdır. Göründüyü kimi, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə dair şikayətlərə inzibati məhkəmə icraatı qaydasında deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütün bu sadalananları nəzərə alaraq belə qənaətə gəlir ki, prokurorluq orqanları məhkəmə hakimiyyəti sistemində daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan olması səbəbindən, cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğu inzibati orqan olmadığına görə hazırkı iddia tələbində İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunu inzibati orqan kimi cavabdeh qismində göstərməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Ona görə də birinci instansiya məhkəməsi başqa əsasla, yəni cavabdeh inzibati orqanın imtinasının olmaması və digər əsaslarla iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlməyərək prosessual pozuntuya yol vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndinə əsasən, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1.-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük məsələsinə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020ci il tarixli 2-1(116)-148/2020 nömrəli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməsi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddətinin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-148/2020 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən barəsində verilmiş xx.xx.2018-ci il tarixli, 29 nömrəli və xx.xx.2019-cu il tarixli, 63 nömrəli əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən dəymiş 2.000.000 manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməsi barədə qərar qəbul edilməsi və Respublika Hərbi Prokurorluğu orqanlarında stajor kimi xidmət etdiyi altı ay, həmçinin bir il sınaq müddətinin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-219/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-219/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver