Məhkəmə qərarları › İş №2-1(107)-274/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-274/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-274/2020 27.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı “X5 Müəssisəsi” MMC-nin cavabdeh 13 saylı X3rşı “13 saylı X4 “X5 Müəssisəsi” MMC barəsində apardığı səyyar vergi yoxlaması nəticəsində qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********199950 nömrəli qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi, həmin qərar əsasında “X5 Müəssisəsi” MMC barəsində əlavə hesablanmış vergilər üzrə 488476,40 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 228642,08 manat, cəmi 717118,48 manat məbləğində əlavə vergi və bu vergi üzrə hesablanmış faiz məbləğinin ləğv edilməsi”xxxx“X5 Müəssisəsi” MMC-nin direktoru X1 inzibati iş mahiyyəti üzrə baxılıb həll edilənədək, “X5 Müəssisəsi” MMC-nin Azərbaycan Beynəlxalq Bankının Balakən filialında olan 2 hesabı ********************AZN və ******************** USD və Kapital bankın Balakən filialında olan AZ42AİİB******************** AZN hesabına qoyulmuş məhdudiyyətlərin, “X5 Müəssisəsi” MMC-nin sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkəti ilə bağlı hər hansı məhdudiyyətin qoyulmasının cavabdeh 13 saylı X3dağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 1073/2020 nömrəli qərardaddadından iş üzrə İddiaçı “X5 Müəssisəsi” MMC tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı “X5 Müəssisəsi” MMC cavabdeh 13 saylı X3rşı “13 saylı X4 “X5 Müəssisəsi” MMC barəsində apardığı səyyar vergi yoxlaması nəticəsində qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020ci il tarixli **********199950 nömrəli qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi, həmin qərar əsasında “X5 Müəssisəsi” MMC barəsində əlavə hesablanmış vergilər üzrə 488476,40 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 228642,08 manat, cəmi 717118,48 manat məbləğində əlavə vergi və bu vergi üzrə hesablanmış faiz məbləğinin ləğv edilməsi” tələbi ilə xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə də əlavə etmişdir. Lakin həmin ərizənin xahiş olunur hissəsi qeyri-müəyyən ifadə edilmiş, konkret müdafiə tədbirinin nədən ibarət olması, hansı bank hesablarına sərəncam qoyulması, MMC-nin hansı banklarda hesablarının olması barədə məlumat qeyd olunmamışdır. İddiaçıya xx.xx.2020-ci il tarixdə məktub ünvanlanaraq müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəni dəqiqləşdirmək və bank hesabları, bank hesablarına qoyulmuş sərəncamlar barədə sənədləri məhkəməyə təqdim etmək təklif olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək “Müəssisənin işçilərinin əmək haqlarını ödəməsi, xaricdən aldığı avadanlıqların pulunun ödənişini etməsi, satdığı məhsulların dəyərinin qəbul edilməsi ümumiyyətlə müəssisənin işləməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankının Balakən filialında olan 2 hesabı ********************AZN və ********************USD və Kapital bankın Balakən filialında olan AZ42AİİB********************AZN hesabına qoyulmuş sərəncamları və müəssisənin depozit ƏDV hesablarına qoyulmuş sərəncamların geri götürülməsinə və məhkəmənin yekun qətnaməsinin təyin olunmasınadək hesablara sərəncam qoyulmamasına müvəqqəti xarakterli müdafə tədbiri” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya təkrar xx.xx.2020-ci il tarixli məktub ünvanlanaraq iddia ərizəsinə əlavə etdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizədə dəqiqləşmə aparmağı təklif etmişdir və ərizəni dəqiqləşdirmək, yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 43-cü maddəsinin tələblərinə uyğun şəkildə tərtib etmək həmçinin, hesablara sərəncam qoyulubsa, həmin sərəncamların təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməsi yenidən təklif olunmuşdur. “X5 Müəssisəsi” MMC-nin direktoru X2 xx.xx.2020-ci il tarixli müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək ““X5 Müəssisəsi” MMC-nin Azərbaycan Beynəlxalq Bankının Balakən filialında olan 2 hesabı ******************** AZN və ******************** USD və Kapital bankın Balakən filialında olan AZ42AİİB******************** AZN hesabına qoyulmuş məhdudiyyətlərin, “X5 Müəssisəsi” MMC-nin sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkəti ilə bağlı hər hansı məhdudiyyətin qoyulmasının cavabdeh 13 saylı X3dağan edilməsi” barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X5 Müəssisəsi” MMC cavabdeh 13 saylı X3rşı “13 saylı X4 “X5 Müəssisəsi” MMC barəsində apardığı səyyar vergi yoxlaması nəticəsində qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********199950 nömrəli qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi, həmin qərar əsasında “X5 Müəssisəsi” MMC barəsində hesablanmış əlavə hesablanmış vergilər üzrə 488476,40 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 228642,08 manat, cəmi 717118,48 manat məbləğində əlavə vergi və bu vergi üzrə hesablanmış faiz məbləğinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iş hazırda 2-1(116)- 1073/2020 nömrə ilə icraata qəbul olunmuşdur. 13 saylı X4 xx.xx.2020-ci il tarixli **********295000 nömrəli qərarı ilə “X5 Müəssisəsi” MMC VÖEN-i ********** ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması barədə qərar verilmişdir. Həmin qərar əsasında “X5 Müəssisəsi” MMC-nin sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlər Müəssisənin işçilərinin əmək haqlarının ödənilməməsi, xaricdən aldığı avadanlıqlara pulunun ödənişini etməməsi, satdığı məhsulların dəyərinin qəbul edilməməsi, ümumiyyətlə müəssisənin işləməməsi və yekunda müflis olmasına gətirib çıxara bilər. Hazırda vergi orqanı tərəfindən qoyulmuş sub-uçot depozit hesabına olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlər nəticəsində işçilərinin əmək haqlarını ödəyə, xaricdən aldığı avadanlıqlara pulunun ödənişini edə, satdığı məhsulların dəyərini qəbul edə bilmir. “X5 Müəssisəsi” MMC barəsində hesablanmış əlavə hesablanmış vergilər üzrə 488476,40 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına görə 228642,08 manat, cəmi 717118,48 manat məbləğində əlavə vergi və bu vergi üzrə hesablanmış faiz məbləğinin ləğv edilməsi isə məhkəmə qaydasında mübahisələndirilir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 1073/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı “X5 Müəssisəsi” MMC həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respubliası İnzibati Prosessual Məcəlləsinin Vİİ fəslində yer alan və məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri institutu, ilk növbədə, iddiaçının hüquqi müdafiə vasitələrindən daha effektiv istifadə etməsini təmin etməyə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Belə ki, Məcəllənin 44.1-ci maddəsinə əsasən iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər. Qeyd olunan maddədən görünür ki, qanunverici müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsini və ya ləğv edilməsini işə mahiyyəti üzrə baxan məhkəmənin xidməti vəzifəsinə aid etmişdir. Habelə, qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uguriu olması qənaətinə gəlməsində təzahür edir. Bununla yanaşı İnzibati Prosessual Məcəllənin 44.2-ci maddəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadın ləğv edilməsi üçün vəsatətin verilməsi hüququna inzibati prosesin hər bir iştirakçısı malikdir. Belə ki, həmin maddəyə əsasən məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. Göründüyü kimi, qanunverici məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsinin 2 qaydasını müəyyən etmişdir. Qeyd edilməlidir ki, qanunverici məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiənin tətbiqi əsaslarını İnzibati Prosessual Məcəllənin 43-cü maddəsində dəqiq müəyyən etmişdir. Müvəqqəti xarakterli müdafiə barədə qərardaddan şəraitin dəyişməsi ilə əlaqədar inzibati icraat iştirakçılarının vəsatətinə baxarkən məhkəmə, müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsi üçün əsas olan halların dəyişməsinə, aradan qalxmasına səbəb olmuş halları və sübutları dəqiq qiymətləndirməlidir. Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakter müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddian n təm n ec əcəv təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpas mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələnn qarşısını əvvəlcədən almaqdır. Hesab edirlər ki, vergi orqanı tərəfindən dondurulma sərəncamının qoyulması Vergi Məcəlləsinin 16.1.11-2, 65.2ci maddələrinin məqsədinə uyğun olsa da, onun tərəfindən iddiaçı üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi, yəni həmin qərara əsasən iddiaçıya hesablanmış əlavə vergilərin məhkəmə mübahisəsi qurtarmamış ondan tutulması, gələcəkdə məhkəmənin qərarının iddiaçının xeyrinə çıxarılacağı təqdirdə, sonuncunun hüquqlarının pozulmasına gətirib çıxara bilər. Mübahisənin hazırkı mərhələsində işin mahiyyəti üzrə araşdırılması üçün sübutların hərtərəfli tədqiq edilməsi, onlara hüquqi qiymət verilməsi, bununla da yekun məhkəmə qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu ortaya çıxarmaq zəruriyyətinin hələ davam etdiyini, qaldırılan iddianın aqibətini və gələcəkdə hansı qərarın, yəni, işin bu və ya digər tərəfin xeyrinə həll olunacağını müəyyənləşdirmək qeyri-mümkün olduğundan hesab edirik ki, hazırkı halda müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi zamanı hər iki tərəfin əsaslı mənafeləri nəzərə alınmalıdır. Məhz, bu baxımdan iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməsini apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respubliası İnzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin müəyyən etdiyi qaydalara, onun məzmununa və məqsədinə uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1073/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, iddiaçı “X5 Müəssisəsi” MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fаktiki hаllаr) əsasında mаhiyyəti üzrə tаm həcmdə baxır. Apelyаsiyа instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1073/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: - 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; - 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. - 43.2-ci maddəsinə əsasən, ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Sadalanan normaların məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2- ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda. Qanunverici sözügedən sərəncamların qoyulması mexanizmini bir-birindən fərqli şəkildə tənzimləmişdir. Buna görə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamın verilməsi üçün aşağıdakı hallar mövcud olmalıdır: vergi ödəyicisinin ödənilməmiş vergi borcu olmalı; vergi orqanı həmin borcun 5 gün müddətində ödənilməsi ilə bağlı vergi ödəyicisinə bildiriş göndərməli və onun vergi ödəyicisi tərəfindən alınmasına əmin olmalı; bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilməməli; bu barədə məhkəmənin müvafiq qərarı olmalıdır. Eyni zamanda, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında sərəncamın verilməsi üçün yuxarıda qeyd olunan 4 halla yanaşı aşağıdakı hallar da mövcud olmalıdır: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilməməli; vergi ödəyicisinin yazılı razılığı olmalıdır. Yuixarıda qeyd edilən halla bağlı Vergi Məcəlləsinin 65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. Həmin Məcəllənin 65.2.3-2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. - 41.5-ci maddəsinə əsasən, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. - 80.2-ci maddəsinə əsasən, inzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən vergi məsuliyyətinə cəlb edilməsi barədə qərardan qanunvericilikdə qeyd edilən müddətdə məhkəmə qaydasında şikayət verdiyindən, həmçinin iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarının icrasının dayandırılmasını tələb etməklə əslində onun hesablarına qoyulmuş sərəncamların götürülməsini istəyir. Hazırkı vəziyyətdə isə vergi orqanının qəbul etdiyi vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirilir, lakin iş üzrə yekun qərar qəbul edilməmişdir. Halbuki, yuxarıda qeyd edilən Vergi Məcəlləsinin normalarına görə vergi ödəyicilərinin bank hesablarında olan pul vəsaitlərinin vergi borcunun 105 faizi məbləğində dondurulması barədə sərəncamla həmin vəsaitin alınması ilə bağlı vergi orqanının sərəncamları fərqləndirilir. Birinci halda vergi borcunun 105 faizi məbləğində vəsaitin dondurulması həm vergi ödəyicisinin vəzifəsidir, eyni zamanda vergi orqanı tərəfindən müvafiq sərəncamın qoyulması qanuni hesab edilir. Lakin vergi ödəyicisinin vergi borcu ilə bağlı məhkəmədə və ya yuxarı inzibati orqanda şikayətinə baxılanadək vergi orqanı alınmalı olan sərəncamı müvafiq müddətə riayət etməklə verməlidir. Apelyasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilməmişdir. Yəni, iddiaçı “X5 Müəssisəsi” MMC müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinin zəruriliyini kifayət qədər əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi də iddiaçı “X5 Müəssisəsi” MMC verdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının İPM-in 87.6-cı mаddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1073/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X5 Müəssisəsi” MMC tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-1073/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar