Məhkəmə qərarları › İş №2-1(107)-316/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-316/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-316/2021 21.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "hərbi xidmət dövründə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etməsi səbəbindən əlil olduğu üçün aylıq Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(116)-348/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1957-ci ildə Zaqatala rayonu Suvagil kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. İddiaçı 13.04.1988-ci ildən 13.08.1988-ci ilədək N nömrəli hərbi hissənin tərkibində Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etmiş və 6,4 ber radioaktiv şüalanma almışdır. Bundan sonra iddiaçıya "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" İİ dərəcə əlillik müəyyən edilmiş və o, 30.03.1992-ci ildən əmək pensiyası alır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Zaqatala rayon filialına müraciət edərək, ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar iştirak edənlər üçün nəzərdə tutulmuş aylıq təqaüdün ödənilməsini xahiş etmiş, lakin sonuncu 22.09.2020-ci il tarixli **********8 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü Çernobıl AES-də hərbi xidmət dövründə xəstələndikdə və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlil olanlara nəzərdə tutulmuşdur. Ömərov X1 AES-də qəzanın ləğvi ilə əlaqədar iştirak etməsi səbəbindən əlil olduğuna görə ona aylıq təqaüdün ödənilməsi mümkün deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Zaqatala rayon filialına qarşı "hərbi xidmət dövründə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində istirak etməsi səbəbindən əlil olduğu üçün aylıq Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 13.04.1988-ci ildən 12.08.1988-ci ilədək Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar iştirak etmişdir. Onunla birgə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar iştirak etmiş X4 və X10 hazırda Prezident təqaüdü alırlar. Bu səbəbdən ona da aylıq Prezident təqaüdü ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Zaqatala rayon filialı iddiaya qarşı 20.11.2020-ci il tarixli **********5 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialından Şəki İnzibati Məhkəməsinə göndərilmiş 01.02.2021-ci il tarixli məktubdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X18 şəxsin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən 23.11.2020-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmiş və həmin qərarla Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılaraq onların Əsasnamələri təsdiq edilmişdir. Məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. Ona görə də birinci instansiya məhkəməsinin 16.02.2021-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Zaqatala rayon filialı hüquq varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaya qarşı 16.04.2021-ci il tarixli **********9 nömrəli etirazında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı Ömərov X1 AES-də qəzanın ləğvi ilə bağlı İİ dərəcə əlilliyə görə 30.03.1992-ci ildən əmək pensiyası alır. Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə "Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə" əlilliyi olanlar və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" əlilliyi olanlar fərqləndirilmişdir. İddiaçının tələb etdiyi təqaüd Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsis edilmişdir. Həmin təqaüdü almaq hüququna əlilliyin səbəb əlaqəsi hərbi-həkim komissiyaları tərəfindən "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" olması müəyyən olunan şəxslər malikdir. İddiaçının isə əlilliyinin səbəb əlaqəsi "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar"dır. Bu səbəbdən də onun təqaüd almaq hüququ yoxdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, iddiaçının adına verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 13.04.1988-ci ildən 12.08.1988-ci ilədək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərini yerinə yetirmişdir. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin 01.05.2017-ci il tarixli 402 nömrəli arayışından görünür ki, iddiaçı 19.11.1975-ci ildən 19.12.1977-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 13.04.1988-ci ildən 13.08.1988-ci ilədək N nömrəli hərbi hissənin tərkibində 1986-cı ildə Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərində iştirak etmiş və 6,4 ber radioaktiv şüalanma almışdır. İşdə olan, iddiaçının adına 04.12.2017-ci ildə verilmiş 196747 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.02.2016-cı ildə Çernobıl xəstəliyi səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Zaqatala rayon filialının 22.09.2020-ci il tarixli **********8 nömrəli imtina məktubundan görünür ki, Ömərov X1 AES-də qəzanın ləğvi ilə əlaqədar iştirak etdiyiniz səbəbindən əlil olduğunuza görə ona müvafiq aylıq təqaüdün ödənilməsi qanunvericiliklə mümkün deyildir. Şəki İnzibаti Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(116)-348/2021 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "hərbi xidmət dövründə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etməsi səbəbindən əlil olduğu üçün aylıq Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qeyd edilən qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Zaqatala rayon filialına qarşı "hərbi xidmət dövründə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etməyim səbəbindən əlil olduğum üçün aylıq Prezident təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli 2-1(116)-348/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi 04 may 2021-ci il tarixli 2- 1(116)-348/2021 iş nömrəli qərarını aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, 26 aprel 1986-cı il tarixdə Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verdi. Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud'unun yerdə qalan hissəsinin küləklər cənuba "sürükləmişdi". Sonucda Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar. Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır. Çernobıl AES-də qəza nəticəsində köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmək məqsədi ilə 1988-ci ilin aprel ayında Zaqatala rayonundan bir çox şəxsi, o cümlədən məni və həmyerlilərim X5 və X8 Ukraynanın Çernobıl şəhərinə 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmək məqsədi ilə aparmışdırlar. 1988-ci ilin aprel ayının 13-dən həmin ilin avqust ayının 12-dək Çernobıl AES-də qəza nəticəsində köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etdik. Nəticədə o, 6,4 ber radioaktiv şüalanmaya məruz qalmış və bu gün də həmin şüalanmanın fəsadlarından əziyyət çəkir. Onunla orada iştirak etmiş bir çox Zaqatala rayon sakini, o cümlədən, X5 və X11 "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasmın Qanununun 5.1-ci maddəsinin a) bəndində nəzərdə tutulmuş əsaslarla "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli Sərəncammda qeyd olunmuş hüquqlardan (prezident təqaüdü) istifadə edirlər. Ərizəmə əlavə etdiyim sənədlərdən də göründüyü kimi, mən 1988-ci ilin aprel ayının 13-dən həmin ilin avqust ayının 12-dək Çernobıl AES-də qəza nəticəsində köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmişəm. Bununla yanaşı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsi tərəfindən mənə verilmiş 24 avqust 2015-ci il tarixli, 707 nömrəli anket-sorğuda da onun Çernobıl AES-də qəza nəticəsində köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etməyi məqsədi ilə Ukraynanın Çernobıl şəhərinə aparılmağı qeyd olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar İİ qrup əlilliyi olan şəxs kimi Prezidentin aylıq təqaüdünü ala bilməyim üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsinin Zaqatala Rayon Flialına müraciət etdim, lakin, 22 sentyabr 2020-ci il tarixli məktubla bundan imtina olundu. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialından Şəki İnzibati Məhkəməsinə göndərilmiş 01.02.2021-ci il tarixli məktubdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X18 şəxsin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən 23.11.2020-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmiş və həmin qərarla Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılaraq onların Əsasnamələri təsdiq edilmişdir. Məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. Ona görə də birinci instansiya məhkəməsinin 16.02.2021-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Zaqatala rayon filialı hüquq varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaya qarşı 16.04.2021-ci il tarixli **********9 nömrəli etirazında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçı Ömərov X1 AES-də qəzanın ləğvi ilə bağlı İİ dərəcə əlilliyə görə 30.03.1992-ci ildən əmək pensiyası alır. Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə "Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə" əlilliyi olanlar və "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar" əlilliyi olanlar fərqləndirilmişdir. İddiaçının tələb etdiyi təqaüd Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsis edilmişdir. Həmin təqaüdü almaq hüququna əlilliyin səbəb əlaqəsi hərbi-həkim komissiyaları tərəfindən "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" olması müəyyən olunan şəxslər malikdir. İddiaçının isə əlilliyinin səbəb əlaqəsi "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar"dır. Bu səbəbdən də onun təqaüd almaq hüququ yoxdur. Halbu ki, iş materiallarından və eləcədə apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Repsublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07 may 2021-ci il tarixli, 128 nömrəli qərarından da göründüyü kimi, mənim əlilliyimin səbəb əlaqəsi yalnız "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar yox, "Çemobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar"dır. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının mənə prezident təqaüdünü təyin etməkdən imtina etməsi üçün heç bir əsas yoxdur. Çünki, mən "Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" əlil olmuşdur. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(116)- 348/2021 saylı iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(116)-348/2021 saylı iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 apellyasiya şikayəti təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(116)-348/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 N-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarm 2.1-ci bəndində məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilir. Qərarın 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Qərarm 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qərarm 5-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Qərarın 6.2-ci bəndinə görə, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Qərarın 6.5-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qərarın 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Zaqatala rayon filialının İddiaçı vermiş olduğu 22.09.2020-ci il tarixli **********8 nömrəli imtina məktubunda cavabdeh qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü Çernobıl AES-də hərbi xidmət dövründə xəstələndikdə və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlil olanlara nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə araşdırma apararkən qeyd etmişdir ki, İddiaçı tələb etdiyi Prezident təqaüdünün hansı Sərəncamla, yaxud Fərmanla təsis edildiyini iddia ərizənizdə göstərməsə də, iddia ərizəsinin təsviri hissəsində bildirmişdir ki, onunla birlikdə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etmiş X7 və X10 "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli Sərəncamında qeyd olunmuş hüquqlardan (Prezident təqaüdü) istifadə edirlər. Lakin müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin həmin 25.02.2019-cu il tarixli 992 nömrəli Sərəncamı ilə hər hansı müavinət və ya təqaüd təsis edilməmişdir. Həmin Sərəncamda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir sıra məsələlərlə bağlı normativ hüquqi aktların layihələrini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır. Ona görə də iddiaçıya ödənilməsini tələb etdiyi Prezident təqaüdünün hansı tarixli və nömrəli Fərmanla, yaxud Sərəncamla təsis edildiyini 10 gün müddətində məhkəməyə bildirməsi təklif edilmiş, lakin iddiaçı təyin olunmuş müddətdə məhkəməyə yazılı cavab verməmiş, məhkəmə baxışı zamanı da bunu izah edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına sorğu edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Zaqatala rayon filialının iddiaçıya təyin etməkdən imtina etdiyi təqaüdün Azərbaycan Respublikası Prezidentinin hansı tarixli və nömrəli Fərmanı, yaxud Sərəncamı ilə təsis edilməsi soruşulmuşdur. Lakin 16 saylı regional ərazi filialı birinci instansiya məhkəməsinin sorğusuna əsaslandırılmış cavab verə bilmədiyinə görə məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu edilərək cavab alınmışdır. Həmin 16.04.2021-ci il tarixli **********8 nömrəli cavab məktubundan aydın oldu ki, DSMF-nin Zaqatala rayon filialının 22.09.2020-ci il tarixli **********8 nömrəli məktubu ilə iddiaçıya təyin etməkdən imtina etdiyi təqaüd Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsis edilmişdir. Bundan başqa, X3 və X9 Azərbaycan Respublikası Prezidentinin 23.08.2005-ci il tarixli 282 nömrəli Fərmanına əsasən müavinət ödənilmir. X7 20.11.1991-ci ildən, X10 isə 30.01.1992-ci ildən İİ dərəcə əlilliyə görə əmək pensiyası alır. Həmin şəxslərə Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 nömrəli Fərmanı ilə təsis edilmiş "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" ödənilir. "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09.09.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən, "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir. Göründüyü kimi, həmin təqaüdün şəxsə ödənilməsi üçün onun müharibə ilə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş olmalıdır. Lakin İddiaçı münasibətdə bu, baş verməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, onun hazırda həmin təqaüdü almaq hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli 9 sentyabr 2008-ci il tarixli Fərmanına əsasən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Həmin Fərmana əsasən, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə təqaüd ödənilir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Repsublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 07 may 2021-ci il tarixli, 128 nömrəli qərarından görünür ki, Zaqatala RHK tərəfindən 1988-ci ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı xəstəliyi 1988-ci ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən “XƏSTƏLİKDİR, ÇERNOBİL AES-də qəza ilə əlaqədar HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİN) İCRASİ ZAMANİ ALİNMİŞDİR”. İşə əlavə edilmiş № 196747 saylı vəsiqədən görünür ki, İddiaçı İİ qrup Çernobıl xəstəsi əlilidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(116)-348/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İş üzrə iddia tələbi təmin edilsin. İddiaçı "hərbi xidmət dövründə Çernobıl AES-də qəzanın nəticələrinin ləğvində iştirak etməsi səbəbindən əlil olduğu üçün aylıq Prezident təqaüdünün təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar