Məhkəmə qərarları › İş №2-1(107)-341/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-341/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-341/2020 02.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X13rşı “X2 adına çıxarılmış ünvan 1 saylı ünvanda yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 0,05 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-854/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X13rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 adına çıxarılmış ünvan 1 saylı ünvanda yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 0.05 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının anası X1 şəhəri 15-ci bağ küçəsi, 34 saylı bağın tam mülkiyyətçisi olmuşdur. Qeyd olunan mülkiyyət vəsiyyətnamə ilə iddiaçının istifadəsinə verilmişdir. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1985-ci il tarixli 241 nömrəli qərarına əsasən qeyd olunan ünvanda yerləşən 0.05 ha torpaq sahəsi iddiaçının anası X6 verilmişdir. Sonradan sözügedən torpaq sahəsi hüquqi əsaslarla xx.xx.2016-cı il tarixli ******* nömrəli çıxarışla X3 adına verilmişdir. Üçüncü şəxs X11 qeyd olunan torpaq sahəsini mübahisələndirmiş və X20 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-229/2018 nömrəli qərarı ilə X3 adına olan çıxarış ləğv edilmişdir. İddiaçı iddia edir ki, üçüncü şəxsin adına verilən çıxarış qanunsuz olaraq qeydiyyata alınmışdır. Cavabdeh etirazında bildirmişdir ki, torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olub Mingəçevir-Xaldan yolunun şimalındakı bağ massivində yerləşən bağçılıq üçün nəzərdə tutulmuş bağ torpaq sahəsidir. İdarənin arxiv sənədlərinə istinadən ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı mərhumə anası X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə X11 arasında torpaq mübahisəsi olduğuna görə X11 DƏDRX-nin 17 saylı X13rşı X3 adına verilmiş 11,06.2016-cı il tarixli, **********41 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə X20 Məhkəməsinə müraciət etmişdir. X20 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-229/2018 nömrəli qərarı ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində **********41 reyestr nömrəli qeydiyyatın RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı X14 üzərinə qoyulmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin X5 X20 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)- 229/2018 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Daha sonra 30.01,2019- cu il tarixində isə Azərbaycan Respublikası Ali Məhkəmənin X5 Şəki Apellyasiya Məhkəməsinin X5nın xx.xx.2018-ci il tarixli 2- 1(107)- 475/2018 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. X20 Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1 (84)-229/2018 nömrəli qərarına əsasən X3 adına verilmiş 11,06.2016-cı il tarixli, **********41 reyestr nömrəli çıxarış ləğv edilmişdir. X20 Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-36/2017 nömrəli qanuni qüvvəsini almış qərarına əsasən ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı xx.xx.02020-ci il tarixdə məhkəməyə AZ4500/********** nömrəli teleqram göndərərək xəstəliyi ilə əlaqədar təyin olunmuş məhkəmə iclasının tarixinin dəyişilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xəstə olması barədə sənəd-sübut təqdim etmədiyinə görə məhkəmə, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-854/2020 nömrəli qərardadı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X13rşı “X2 adına çıxarılmış ünvan 1 saylı ünvanda yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli 0.05 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyekti araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1ci, 385.1.3-cü, 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Tələbin mümkün sayılmamasının əsası ondan ibarətdir ki, məhkəmənin mövqeyinə görə tələb digər məhkəmələrdə baxıldığından hazırda mübahisələndirilə bilməz. Bu səbəbdəndə iddia mümkün sayılmamışdır. İlkin mülkiyyətçi olmuş X10 onun anasıdır. Anası onun adına Mingəçevir şəhəri 15-ci bağ küçəsi, 34 saylı bağ onun tanm mülkiyyətində olmuşdur. Anasının mülkiyyətini o idarə edir. Çünki həmin mülkiyyətə dair ona vəsiyətnamə verilmiş, həmin vəsiyətnaınə çərçivəsində bu əmlaki o idarə edir. Cavabdeh X11 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, anasına məxsus olan əmlakın çıxarışını mübahisələndirmişdir. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1985- ci il tarixli 241 nömrəli qərarına əsasən şəhər müharibə və əmək veteranları şurasının “Veteran” sahəsi 10 nömrəli ərazidən bağçılıq təsərrüfatı və yoldaşıq bağçılıq təsərrüfatı məqsədi ilə 0,05 ha torpaq sahəsi anam Quliyeva hamara Zeynal qızma verilmişdir. Yuxarıda qeyd olunan xüsusat hazırda da Azərbaycan Respublikası “Müharibə” Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının Mingəçevir şəhər Flialı tərəfindən də təsdiq edilir. Sonradan qeyd olunan torpaq hüquqi əsaslarla anası X3 adına Mingəçevir şəhəri 15-ci bağ küçəsi, 34 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin 1.06.2010-cu il tarixli ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışla onun tam miilkiyətinə verilmişdir. Qeyd olunan çıxarış tam qanuni əsaslarla verilmişdir. Cavabdehin mərhum anasının torpaq sahəsi ilə heçbir əlaqəsi yoxdur Yəni, onun anası X12 adına hazırlanmış, “Veteran" bağçılığında da yerləşən, Dövlət Torpaq Kadastrı kitabında 1113 nömrə ilə qeydə alınmış A seriyalı 274288 nömrəli torpaq sahəsinin onların torpaqları ilə heç bir bağlılığı və əlaqəsi mövcud deyildir. Yəni, mövcud çıxarışla onun torpaq sahəsi, yanı anasının adına olan sonradan onun mülkiyyətinə keçirilməkdə olan torpaq sahəsi, onda olan məlumata əsasən X2 adma tam miilkiyət hüququ üzrə xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsilə Dövlət Reyestirindən keçirilmişdir. Bütün bunlar X8 tərəfindən tam qanunsuz olaraq, heç bir hüquq və əsas olmadan həyata keçirilmişdir. Bu baxımdanda o Mingəçevir şəhər 15-ci bağ küçəsi. 34 saylı ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin Hüquqların Dövlət Qeydıyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirindən xx.xx.2019-cıı ıl tarixində ********** qeydiyyat nömrəsi ilə verilmiş çıxarışın ləğv edilməsini ondan istəyir. Verilən çıxarış hüquqi sənəd deyil, çünki verildiyi andan onun torpaq üzərində mülkiyət hüquqlarımı pozmaqdadır. O, qanuni və rəsmi əsaslarnan əldə edilmiş bir əmlakın rahat şəkildə bu şəxsə verilməsi ilə razılaşa bilməz. 1985-cı tarixindən bu günə kimi həmin əmlakı anası idarə edib və anasının miilkiyəti olub. Ani olaraq rahatlıqla heç bir əsas olmadan mülkiyətin ona verilməsi, bu barədə qanunsuz çıxarışın verilməsi ilə razı deyil, bu halları əsassız hesab edir. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, İş № 2- 1(116)- 854/2020 saylı qərardadının ləğv edilməsini, iddiasının mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçıı və vəkili Məmmədov Fərhad Möhübbət oğlu apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-854/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-854/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X20 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(84)-229/2018 nömrəli qərarı ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində **********41 reyestr nömrəli qeydiyyatın RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı X14 üzərinə qoyulmuşdur. İddiaçı qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin X5 X20 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)- 229/2018 nömrəli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Daha sonra xx.xx.2019- cu il tarixində isə Azərbaycan Respublikasının Ali Məhkəmənin X5 Şəki Apellyasiya Məhkəməsinin X5nın xx.xx.2018-ci il tarixli 2- 1(107)- 475/2018 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. X20 Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (84)-229/2018 nömrəli qərarına əsasən X3 adına verilmiş xx.xx.2016-cı il tarixli, **********41 reyestr nömrəli çıxarış ləğv edilmişdir. X20 Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-36/2017 nömrəli qanuni qüvvəsini almış qərarına əsasən ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-442/2020 nömrəli qərardadı ilə İddiaçı iddianın yolverilməzliyi səbəbindən iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, X20 Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (84)-229/2018 nömrəli qərarına əsasən X3 adına verilmiş xx.xx.2016-cı il tarixli, **********41 reyestr nömrəli çıxarış ləğv edilmişdir. X20 Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-36/2017 nömrəli qanuni qüvvəsini almış qərarına əsasən ünvan 2 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-442/2020 nömrəli qərardadı ilə İddiaçı iddianın yolverilməzliyi səbəbindən iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək hesab edir ki ki, işdə olan sənədlərlə qeyd edilən torpaq sahəsinin X11 məxsusluğu öz təsdiqini tapdığından şikayətdə göstərilən dəlillər qanundan irəli gələn maraqlarla əhatə olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. -28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). -28.5-ci maddəsində deyilir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin sadalanan normalarından göründüyü kimi, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata üçüncü şəxs qismində cəlb edilməsi üçün məhkəmə qərarı ilə həmin şəxsin maraqlarına toxunulmuş olması, hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmuş olması müəyyən edilməlidir. Bunda başqa məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Göründüyü kimi X20 Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-36/2017 nömrəli qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisələndirilməsi isə yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi yolverilməzdir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdiyi izahatları, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-854/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-854/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar