Məhkəmə qərarları › İş №2-1(107)-418/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-418/2020

18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-418/2020 18.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər – Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Ərizəçilər İddiaçı və X5 maraqlı şəxs Cavabdehna qarşı “xx.xx.2005-ci il təvəllüdlü X6 ata adı və soyadından imtina etdiyi üçün ona atalıq edən X1 soyadı kimi, adının isə ata adı kimi dəyişdirilməsi” tələbi barədəiş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxaraq, müəyyən etdi: Ərizəçilər İddiaçı və X9 maraqlı şəxs Cavabdehna qarşı ərizə ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, “xx.xx.2005-ci il təvəllüdlü X6 ata adı və soyadından imtina etdiyi üçün ona atalıq edən X1 soyadı kimi, adının isə ata adı kimi dəyişdirilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-549/2020 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Zərdab rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(035)-549/2020 nömrəli qərardadının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, ərizəçilərin tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) aid olduğundan mülki iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Şəki İnzibаti Məhkəməsinin (hаkim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tаrixli 2- 1(116)-1422/2020 nömrəli qərаrdаdı ilə, ərizəçilər İddiaçı və X5 maraqlı şəxs Cavabdehna qarşı “xx.xx.2005-ci il təvəllüdlü X6 ata adı və soyadından imtina etdiyi üçün ona atalıq edən X1 soyadı kimi, adının isə ata adı kimi dəyişdirilməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Zərdab Rayon Məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasıZərdab Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarında qəyyumluq və himayəçilik orqanları inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil, Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh Zərdab Rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasıdır ki, qəyyumluq və himayəçilik orqanları kollegial orqan olmaqla inzibati orqan deyildir.” İnzibati icraat haqqında Qanunun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 62.2-ci maddəsinə əsasən, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15-ci maddəsində göstərilmişdir ki,İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə müba baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki. İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır.(8) Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki. inzibati məhkəməyə aid ifldia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli,iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.(9) Lakin Zərdab Rayon Məhkəməsi MPM-nin 261.0, 261.0.1-ci maddələrinin tələblərinə əməl etməməklə işi Şəki İnzibati Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələrin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəflərin hüquqlarının və qanuni maraqlarının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı və buna görə Azərbaycan Respublikası Konstitusiyasının 12, 148, 151-ci maddələrinə əsasən Konvensiyanın müddəalarına müvafiq olaraq tətbiq edilməli olan dövlətlərarası beynəlxalq müqavilədir. Həmin Konvensiyanın 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi barədə məsələləri həll edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının ikinci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarlarının icrası bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X8rşı” xx xxxxxxxx 1990-cı il tarixli qərarında qeyd etmişdir ki, presedentlərə əməl olunması hüquqi sabitliyin və Konvensiyanın tətbiqi təcrübəsinin inkişafının qaydaya salınması maraqlarına xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini bir sıra qərarlarınada göstərmiş, o cümlədən “X2rşı” iş üzrə xx xxxxxx 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbаycаn Respublikаsının İPM-in 35.1-maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 45.5.2-ci maddəsində təsbit olunan qayda məhkəmə baxışının ədələtliliyi və obyektivliyi tələbini pozmur. Əksinə, iş aidiyyət qaydalarına riayət ediıməklə məhkəmənin icraatına qəbul edildikdən sonra aidiyyətin dəyişməsinin aşkara çıxması və işin sonradan aid olduğu məhkəməyə göndərilməsi xeyli vaxt itkisi, iştirakçıların bir yerdən başqa yerə getməsi, artıq icra olunmuş prosessual hərəkətlərin təkrarlanması və sair çətinliklər demək olardı. Şəki İnzibati Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülən iddialara inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Odur ki, “xx.xx.2005-ci il təvəllüdlü X6 ata adı və soyadından imtina etdiyi üçün ona atalıq edən X1 soyadı kimi, adının isə ata adı kimi dəyişdirilməsi” tələblərinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 8, 9, 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçilər İddiaçı və X5 maraqlı şəxs Cavabdehna qarşı “xx.xx.2005-ci il təvəllüdlü X6 ata adı və soyadından imtina etdiyi üçün ona atalıq edən X1 soyadı kimi, adının isə ata adı kimi dəyişdirilməsi” tələblərinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar