Məhkəmə qərarları › İş №2-1(107)-6/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-6/2020

13.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-6/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı-nin vəkili X4, cavabdeh 10 saylı X7 nümayəndəsi Qafarov Elman Ömər oğlunun iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X5rşı "xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarın və həmin qərara əsasən hesablanmış 10563,59 manat vergi və 7381,54 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 17945,13 manat məbləğində borcun ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-cı il tarixli qərarından cavabdeh 10 saylı X11 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-748/2018 nömrəli qərarı ilə iddiaçı "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X5rşı "xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarın və həmin qərara əsasən hesablanmış 10563,59 manat vergi, 7381,54 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 17945,13 manat məbləğində borcun ləğv edilməsi" tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh 10 saylı X11 həmin qərardan аpеlyаsiyа şikаyəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdeh 10 saylı ƏVİ tərəfindən Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-1(84)-748/2018 nömrəli qərarından verilmiş apelyasiya şikayəti onun verilmə müddətinin ötürülməsi əsası ilə qeyri-mümkün hesab edilmişdir. Cavabdeh 10 saylı X11 və onun vəkili X2 Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş təkrar apelyasiya baxışına qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(107)-318/2019 qərardadı ilə apelyasiya mümkün hesab edilmişdir. işin hаllаrı: 10 saylı X7 xx.xx.2017-ci il tarixli **********123139 nömrəli "səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarı ilə İddiaçı-də xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlamanın nəticələrinə dair xx.xx.2018-ci il tarixli SVY aktı tərtib edilmişdir. xx.xx.2018-ci ildə isə 10 saylı ƏVİ tərəfindən səyyar vergi yoxlaması materiallarına baxılaraq **********142806 nömrəli "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarla İddiaçı-yə 10563,59 manat vergi və 7381,54 manat maliyyə sanksiyası hesablanmışdır. xx.xx.2018-ci il tarixli **********142806 nömrəli "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərara əsasən, İddiaçı tərəfindən təqdim edilmiş vergi bəyannamələrində mənfəət vergisi 2014-cü ildə 5221,40 manat, 2015-ci ildə 3179,24 manat, 2016-cı ildə 1019,68 manat; əlavə dəyər vergisi 2014-cü ildə 174,93 manat, 2015-ci ildə 736,08 manat, 2016-cı ildə 71,45 manat, 2017-ci ildə 2829,21 manat; ödəmə mənbəyində tutulan vergi 2014-cü ildə 306,60 manat, 2015-ci ildə 554,40 manat, 2016-cı ildə 554,40 manat, 2017-ci ildə 277,20 manat olmaqla cəmi 14924,59 manat məbləğində azaldılmış, eyni zamanda, əlavə dəyər vergisi 2014-cü ildə 260,98 manat, 2015-ci ildə 740,96 manat, 2016-cı ildə 123,77 manat və 2017-ci ildə 3235,29 manat olmaqla cəmi 4361,0 manat məbləğində artıq hesablanmış, nəticədə yoxlamanın əhatə etdiyi dövrdə cəmi 10563,59 manat məbləğində vergilərin azaldılması (vergi borcu) müəyyən olunmuş və buna görə 7381,54 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı ona hesablanmış vergi borcu və maliyyə sanksiyası ilə razılaşmayaraq məhkəmədə 10 saylı X5rşı "xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarın və həmin qərara əsasən hesablanmış 10563,59 manat vergi və 7381,54 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 17945,13 manat məbləğində borcun ləğv edilməsi tələbinə dair” iddia qaldırmışdır. İddiaçının qənaətincə, xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarla müəssisəyə 10563,59 manat vergi və 7381,54 manat maliyyə sanksiyası əsassız olaraq hesablanmışdır. Belə ki, 2014-cü il üzrə müəssisənin xərclərində 9015 manat vəsait nəzərə alınmamış və həmin vəsaitə görə mənfəət vergisi hesablanmışdır. Halbuki, xx.xx.2016-cı il tarixli **********344300 nömrəli qərarla qeyd edilən məbləğə bir dəfə hesablanma aparılmışdır. Bundan başqa, malın dəyərində 2014-cü ildə 20117 manat, 2015-ci ildə 20262,75 manat, 2016-cı ildə 10788 manat məbləğində yol vergisi nəzərə alınmamışdır. Baxmayaraq ki, 2015-ci ilin yanvar ayından etibarən neft məhsullarının satışına ƏDV-siz 1 litr neft məhsuluna 0,02 manat yol vergisi əlavə edilmişdir ki, bu da məhsulun maya dəyərinə daxildir. Bundan başqa, VM-in 121.1-ci maddəsinə əsasən, müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. 2009-cu ildə 19677,77 manat, 2010-cu ildə 19193,78 manat, 2011-ci ildə 39560,23 manat, 2012-ci ildə 16822,60 manat olmaqla cəmi 95254,38 manat zərərin 41135,82 manatı 2013-cü ilin, 42162,07 manatı 2014-cü ilin mənfəətindən olmaqla cəmi 83297,89 manat azaldılmış, 11956,49 manat isə əvəzləşdirilməmişdir. Bütün bunlar vergi yoxlamasının qeyri-obyektiv aparılmasına və yoxlama nəticələrinin qeyri-mötəbər olmasına dəlalət edir. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, İddiaçı-nin iddia ərizəsində yoxlama zamanı mənfəət vergisinin düzgün hesablanmadığı, 2014-cü il üzrə mənfəət vergisinin hesablanmasında reklam xərcləri və yanacaq doldurma kolonkaları üçün alınmış material xərclərinin nəzərə alınmadığı iddia edilmişdir. Halbuki, vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə reklam xərci 12500,00 manat göstərilmiş, yoxlama ilə də həmin məbləğ qədər xərc nəzərə alınmışdır. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə yanacaq kolonkalarında işlətmək üçün istifadə edilən yanacağın dəyəri 4416,00 manat göstərilmiş, yoxlama ilə də həmin məbləğ təsdiq edilmişdir. Yəni iddia ərizəsində qeyd edilən xərclər yoxlama ilə azaldılmamışdır. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi illər üzrə gəlirlər və xərclər cədvəllərinin tərkibində təhrif edilmiş rəqəmlər mövcuddur. Belə ki, eyni cədvəllər yoxlama zamanı iddiaçı tərəfindən fərqli rəqəmlərlə cavabdehə təqdim edilmişdir. Həmçinin, 2015-2016-cı illər üzrə mənfəətin hesablanmasında yanacaq alınarkən yanacağın dəyərinə əlavə edilmiş yol vergisinin yoxlama ilə xərcə aid edilmədiyi iddia edilir. Bu iddia da əsassızdır. Belə ki, yoxlama zamanı alınmış yanacağın hər bir faktura üzrə siyahısı çıxarılmış, həmin siyahıda yol vergisi də ayrıca qeyd edilmişdir. Mənfəət vergisi hesablanarkən satılmış yanacağın dəyəri yol vergisi ilə birlikdə xərcə aid edilmişdir. Bundan başqa, yoxlama ilə mənfəət vergisinin 9420,33 manat azaldıldığı müəyyən edilmiş, fərqin yaranmasının səbəbi 2014, 2015 və 2016-cı illər üzrə bəyannamələrdə gəlirlərin və xərclərin düzgün göstərilməməsi olmuşdur. Belə ki, bəyannamələrdə yekun olaraq gəlirlərin 1671,07 manat və xərclərin 48772,77 manat artıq göstərilməsi nəticəsində məfəətin 47101,70 manat və mənfəət vergisinin 9420,34 manat azaldıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən bəzi hallarda əvəzləşdirmənin vaxtının da Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun müəyyən etmədiyi aşkar edilmişdir. Beləliklə, cavabdehin qənaətincə, iddiaçının mübahisələndirdiyi səyyar vergi yoxlaması və onun nəticələri tamamilə qanuni olmuş, vergi orqanı tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qərаrları çıxаrılmışdır. Apelyаsiyа şikаyətinin və proses iştirakçılarının dəlilləri: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-748/2018 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X11 tərəfindən apelyasiya şikayəti verilərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normaları düzgün tətbiq olunmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Qeyd edilir ki, 10 saylı ƏVİ-nin xx.xx.2017-ci il tarixli **********123139 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar”ına əsasən vergi ödəyicisi İddiaçı-də (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi barədə xx.xx.2018-ci il tarixli **********133267 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmiş, xx.xx.2018-ci il tarixdə isə səyyar vergi yoxlaması materiallarına "İddiaçı” MMC-nin rəhbərinin iştirakı ilə baxılmış və **********142806 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar” qəbul edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi bütün xüsusatlara cavabdehin etirazında münasibət bildirilmiş, işin halları ilə bağlı ətraflı izahat verilmiş və hər bir hesablamanın səbəbləri qanunvericiliyə uyğun açıqlanmışdır. Məhkəmə səyyar vergi yoxlaması ilə hesablanmış əlavə vergi və maliyyə sanksiyası məbləğlərini araşdırmış (icarə haqqına görə ödəmə mənbəyində tutulan vergi məbləği istisna olmaqla), hər bir hesablamanın qanunvericiliyə uyğun aparıldığını müəyyən etmişdir. Qeyd edilməlidir ki, hesablamaların qanunvericiliyə uyğun aparıldığını müəyyən etmək məqsədi ilə yoxlayıcı məhkəməyə dəvət edilərək şahid qismində ifadəsi alınmışdır. Yoxlayıcı məhkəmənin və iddiaçının nümyəndəsinin (mühasibinin) bütün suallarına cavab vermiş, hər bir hesablamanın qanunvericiliyə uyğun aparılmasını sübut etmişdir. İddiaçının nümayəndəsi isə, əksinə, sualları cavablandıra bilməmiş, hər hansı bir hesablama ilə hansı səbəbdən razılaşmadığını əsaslandıra bilməmişdir... Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı X1 Qafarov Elman Ömər oğlu apelyasiya şikayətinin təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-748/2018 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı-nin vəkili X8 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)- 748/2018 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh 10 saylı X11 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)-748/2018 nömrəli qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İş materiallarında olan kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmış və ona ********** VÖEN verilmişdir. İş materiallarında olan 10 saylı ƏVİ-nin xx.xx.2017-ci il tarixli **********123139 nömrəli "səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ının surətindən görünür ki, İddiaçı üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli KY171205865 nömrəli yoxlamanın qeydiyyata alınmasına dair Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı-də təyin edilmiş yoxlamanın başlanma tarixi: xx.xx.2017-ci il, sona çatma tarixi isə xx.xx.2017-ci il tarixidir. İş materiallarında olan 10 saylı ƏVİ-nin xx.xx.2017-ci il tarixli **********131886 nömrəli "səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar"ının surətindən görünür ki, İddiaçı üzrə keçirilən SVY xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək olan müddətə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan 10 saylı ƏVİ-nin xx.xx.2018-ci il tarixli **********100462 nömrəli "səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar"ının surətindən görünür ki, İddiaçı üzrə keçirilən SVY xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan müddətə müvəqqəti dayandırılmışdır. İş materiallarında olan 10 saylı ƏVİ-nin xx.xx.2018-ci il tarixli **********101858 nömrəli "dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında qərar"ından görünür ki, dayandırılmış SVY xx.xx.2018-ci ildən bərpa edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyi vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktorunun müavini tərəfindən imzalanmış "SVY-nın keçirilməsi müddətinin artırılması haqqında" xx.xx.2018-ci il tarixli **********102049 nömrəli qərardan görünür ki, SVY-nın müddəti 15 iş günü artırılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli **********133267 nömrəli SVY aktının giriş hissəsindən görünür ki, İddiaçı üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin yoxlama xx.xx.2017-ci ildə başlanılmış və xx.xx.2018-ci ildə başa çatdırılmışdır. İş materiallarında olan 10 saylı ƏVİ-nin xx.xx.2018-ci il tarixli **********142806 nömrəli "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ının surətindən görünür ki, yoxlama ilə əhatə olunan dövrdə İddiaçı-yə 10563,59 manat vergi və 7381,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli **********878300 nömrəli vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamədə yuxarıda qeyd olunan qərar əsasında 17945,13 manat vəsaitin 5 gün müddətində büdcəyə ödənilməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi İddiaçı-nin cavabdeh 10 saylı ƏVİ-nə qarşı "xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarın və həmin qərara əsasən hesablanmış 10563,59 manat vergi, 7381,54 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 17945,13 manat məbləğində borcun ləğv edilməsi" tələbinə dair iddiasının təmin edilməsi barədə qənaətini belə əsaslandırmışdır ki, cavabdeh səyyar vergi yoxlamasını 30 təqvim günü ərzində aparmalı olduğu halda 30 iş günü ərzində aparmış, bununla vergi qanunvericiliyinin tələbini və iddiaçının hüququnu pozmuşdur. Ona görə də yoxlamanın nəticələri etibarsız hesab olunmalı, həmin yoxlama nəticəsində iddiaçının üzərinə hesablanmış vergilər və maliyyə sanksiyaları ləğv edilməlidir. Lakin apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin belə qənaəti ilə razılaşmamış və cavabdehin apelyasiya şikayəti əsasında inzibati işi Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarda şərh etdiyi hüquqi mövqeyi və göstərişləri kontekstində mahiyyəti üzrə araşdırmağı davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş üzrə iddiaçı səyyar vergi yoxlamasının nəticələri ilə razılaşmadığına və həmin nəticələri mübahisələndirdiyinə görə məhkəmə kollegiyası iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını məqsədəuyğun hesab etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-1(107)-318/2019 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 15392 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, yoxlamanın əhatə etdiyi dövrdə İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin (ÖMV üzrə) 1.692,60 manat məbləğində az hesablanması və (ƏDV üzrə) 549,35 manat məbləğində artıq hesablanması müəyyən edilir. MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərdən hər birinin öz mövqeyini müdafiə edib qarşı tərəfin mövqeyini inkar etdiyi, həmin mövqelərin isə bir-birinə zidd olduğu vəziyyətdə iş üzrə ekspertin rəyi daha üstün sübut növü kimi qəbul olunmalıdır. Ekspert uzun müddət tədqiqat aparmış, iş materiallarından əlavə, iddiaçı tərəfindən təqdim olunmuş İddiaçı-nin yoxlama dövrünə aid bütün mühasibat sənədlərini tədqiq etmiş və gəldiyi nəticələri verdiyi rəydə şərh etmişdir. Ona görə də məhkəmə kollegiyası iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə daha çox etimad göstərilməli olmasını zənn edir. Ekspertin rəyinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilər – ÖMV (ödəmə mənbəyində vergi) üzrə 1.692,60 manat məbləğində az, ƏDV (əlavə dəyər vergisi) üzrə isə 549,35 manat məbləğində artıq hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin ... 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, səyyar vergi yoxlamasının nəticələrinə görə də yoxlanılan dövrdə İddiaçı tərəfindən ödəmə mənbəyində verginin hesabatlarda 323,40 manat göstərildiyi, əslində isə hesablanmalı olan həmin verginin 2016,00 manat təşkil etdiyi, nəticədə 1.692,60 manat məbləğində az hesablamaya yol verildiyi müəyyən olunmuş, az hesablanmış vergiyə onun 50%-i miqdarda, yəni 846,30 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, iddia tələbi 1.692,60 manat vergi borcu və 846,30 manat maliyyə sanksiyası çıxılmaqla qalan hissədə əsaslıdır. Bu baxımdan cavabdeh 10 saylı X11 tərəfindən verilmiş apelyasiya şikayəti də qismən əsaslıdır və iddia tələbi apelyasiya şikayətinin əsaslı olduğu hissədə təmin edilməməlidir. Odur ki, iddiaçının tələbi onun üzərinə cavabdehin xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarına əsasən hesablanmış verginin 8870,99 (10563,59 - 1692,60) manat, maliyyə sanksiyasının 6535,24 (7381,54 - 846,30) manat, ümumilikdə 15406,23 (17945,13 - 2538,90) manat məbləğinin ləğv edilməsi hissəsində təmin edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyаsı bu nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X11 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-cı il tarixli qərarı ləğv edilməli və yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilərək İddiaçı-nin üzərinə cavabdeh 10 saylı X7 xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarına əsasən hesablanmış 8870,99 manat vergi, 6535,24 manat maliyyə sanskiyası olmaqla ümumilikdə 15406,23 manat məbləğində tutma ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri 145 (yüz qırx beş) manat təşkil etmişdir. Həmin ekspertiza İddiaçı-nin vəsatəti əsasında təyin edildiyindən ekspertiza xərci də ondan tutulmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı X11 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(84)- 748/2018 nömrəli qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı-nin üzərinə cavabdeh 10 saylı X7 xx.xx.2018-ci il tarixli **********142806 nömrəli qərarına əsasən hesablanmış 8870,99 manat vergi, 6535,24 manat maliyyə sanskiyası olmaqla ümumilikdə 15406,23 manat məbləğində tutma ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatların dəyərini təşkil edən 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti İddiaçı-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hazırkı qərаrdаn surəti tam formada təqdim olunduğu gündən 01 (bir) ay müddətində Şəki Apelyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə şikаyət verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar