Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-637/2025 26.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2264 saylı qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(116)-2030/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli **********4136 nömrəli “Operativ vergi nəzarənin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyət göstərdiyi AZ5500 ünvan 1 ünvanında yerləşən “Əzizoğlu” Şəki şirniyyat evinə nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsinə dair operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə VM-in 58.7-ci maddəsinə əsasən iddiaçı barəsində xx.xx.2024-cü il tarixli, DVX seriyalı 044215 nömrəli “Nağd pul hesablaşmamlarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib olunmuşdur.
2. Qeyd edilən Akta əsasən xx.xx.2024-cü il tarixli, **********2264 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə Qərar qəbul edilmiş və iddiaçı, VM-nin 58.7-ci maddəsinə əsasən 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı, cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin “cavabdehin “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2264 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.2024-cü il tarixdə fəaliyyət göstərdiyi “X4” mağazasında vətəndaşla nəğd qaydada aparılan məhsul satışı zamanı ona məhsul satışı ilə əlaqədar təqdim edilən X7 çeki təqdim edildiyi halda həmin çekdə olan rekvizitlər (məhsulun adı, çeşidi) Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğun olmayan hal müəyyən edilmiş, mübahisələndirilən qərar əsasında 3000 manat məbləğində cərimə edilmişdir. Bu hal təqvim ili ərzində ikinci dəfə olduğu üçün vergi orqanı daha əvvəl 1000 manat məbləğində cərimə etmiş və birinci dəfə bu hal aşkarlandığı zaman NKA çeki rekvizitlərinin Vergi Məcəlləsinin 50.8-cı maddəsinin tələblərinə uyğunlaşdırmaq tövsiyyə edilmişdir. İddiaçı hesab edir ki, vergi orqanı tərəfindən birinci dəfə 2024-cü ildə cərimə edilərkən növbəti ildən, yəni 2025-ci ildən NKA çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğunlaşdırılma barədə xəbərdarlıq edilmiş və növbəti ildən yoxlamanın keçrilməsi bildirilmişdir, hazırda da həmin tələbə uyğun olaraq tərəfindən alınmış tədbirlər nəticəsində NKA çeki VM-nin 50.8-cı maddəsinə uyğunlaşdırılmışdır. Vergi orqanı əsassız olaraq qərəzli şəkildə ona növbəti ildən uyğunlaşdırma aparmasını bildirdiyi halda yenidən eyni təqvim ilində gəlib eyni cərimənin tətbiq edilməsində haqlı deyildir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergi məsuliyyəti artırmaq üçün nəzərədə tutulan bu tədbir tam tərsinə sahibkarın borc yükü altında qoyulması nəticədə obyektin bağlanması halına gətirib çıxaracaqdır. Hesab edir ki, barəsində verilmiş 3000 manat cərimə olunma Qərarı ədalətsiz və qanunsuzdur. İddiaçı vergidən yayınan bir sahibkar deyil, vergiləri daim ödəmişdir. Obyekti yüksək gəlir gətirən bir sahə deyil. Heç mağazada 3000 manat dəyərində mal yoxdur ki, onu cəriməsi 3000 manat olsun. Bu qərar ədalətli deyildir. İddiaçıya növbəti ildən uyğunlaşdırmanın aparılması bildirilsə də, eyni il gəlib ikinci dəfə adı ilə cərimə edilməyi qanunsuzdur. Bu səbəbdən də məhkəməyə müracıət etməli olmuşdur. 3000 manat məbləğində cərimə olunmağı barədə qərar 19.11 2024-cü il tarixli 044215 saylı Akt əsasında tərtib edilmişdir və həmin Aktda NKA çekinin əlavə edildiyi qeyd edilsə də, çek Akta əlavə edilməmişdir. Azərbaycan Respublikası inzibatı Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahısələndırılən inzibatı aktı qəbul etmiş inzibatı orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən “mübahisələndırmə haqqında” iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də, qaldırıla bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir.
5. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli etiraz məktubunda bildirmişdir ki, idddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “X3” adlı təsərrüfat subyektində (obyektin kodu: **********-30002) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********4136 nömrəli qərarı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının meəyyən edilməsi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) X2 keçirilməsi qərara alınmışdır. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi xx.xx.2024-cü il tarixdə fərdi sahibkar İddiaçı X2 həyata keçirilməsi barədə qərarla tanış edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:16-da aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində müştəriyə nağd qaydada ümumi dəyəri 14 manat olan 1 ədəd qoz mindalı, 1 ədəd fındıq mindalı, 1 ədəd fındıq şərbəti və 1 ədəd qoz əzməsi satılmış, qəb satılmış, lakin müştəriyə təqdim edilmiş nəzarət-kassa aparatının çekində satılmış məhsulun adı şəki halvası, midarı 1 ədəd, qiyməti 14 manat və ümumi dəyərinin də 14 manat göstərildiyi müəyyən edilmişdir. Bu hal 19 noyabr 2024-cü il tarixli DVX seriyalı 044215 nömrəli aktla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X8); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. 1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.12. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.13. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.14. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.15. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.16. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.17. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.19. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi vergi ödəyicisi barəsində operativ vergi nəzarəti tədbiri zamanı qanun pozuntularının rəsmiləşdirildiyi aktdan, xx.xx.2024-cü il tarixli 4895 nömrəli çekdən və qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçının Vergi Məcəlləsinin 58.7.2-ci maddəsində nəzərdə tutulmuş qanun pozuntusuna yol verməsi halları tam sübuta yetirilərək barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2264 nömrəli qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona 2024-cü ildə birinci dəfə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə akt tərtib edilərkən növbəti ildən nəzarət-kassa aparatının çekindəki məlumatların Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğunlaşdırılması barədə xəbərdarlıq edilmişdir. İddiaçının əsassız iddiasına etiraz olaraq bildiririk ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə “cavab verməyən” sözlərindən sonra “, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilmiş və bu dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir”.
6. Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2-1(116)-2030/2025 nömrəli qərarı ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2264 saylı qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: - Hazırkı mübahisəyə münasibətdə iş üzrə cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçının fəaliyyət göstərdiyi “X5” mağazasında iki operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi qərarına gəlmiş və bununla bağlı “X2 həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4136 nömrəli qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsində X2 həyata keçirilməsi üçün əsasların dəqiq və qapalı siyahısı təsbit edilmişdir. İstinad olunan normaya görə yalnız həmin əsaslardan (vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda) hər hansı birinin mövcud olduğu təqdirdə operativ vergi nəzarəti həyata keçirilə bilər. İşin hallarından görünür ki, fərdi sahibkar İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “X3” adlı təsərrüfat subyektində Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********4136 nömrəli qərarı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POSterminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının meəyyən edilməsi, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” və “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) X2 keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə saat 16:16-da aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində müştəriyə nağd qaydada ümumi dəyəri 14 manat olan 1 ədəd qoz mindalı, 1 ədəd fındıq mindalı, 1 ədəd fındıq şərbəti və 1 ədəd qoz əzməsi satılmış, qəb satılmış, lakin müştəriyə təqdim edilmiş nəzarət-kassa aparatının çekində satılmış məhsulun adı şəki halvası, midarı 1 ədəd, qiyməti 14 manat və ümumi dəyərinin də 14 manat göstərildiyi müəyyən edilmişdir. Bu hal 19 noyabr 2024- cü il tarixli DVX seriyalı 044215 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında xx.xx.2024- cu ıl tarixli **********2264 saylı Qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 50.2-ci maddəsində X2 həyata kecirilməsi üçün əsaslar müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli **********47136 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, sadəcə həmin Məcəllənin 23cü, 49-cu və 58.2-ci maddələri ümumi şəkildə göstərilmişdir. Operativ vergi nəzarəti haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri və şəxsin müdafiə hüququnun səmərəliliyi baxımından cavabdeh inzibati orqanın istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, X2 həyata keçirilməsi əsaslarının dairəsinin qanunvericilikdə konkret müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilənin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar – inzibati akt qəbul edildiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Vergi orqanı bu və ya digər yoxlama növünü seçməkdə, həmçinin Vergi Məcəlləsinin 50.2-ci maddəsində sadalanan əsaslardan hər hansı biri üzrə X2 həyata keçirilməsi ilə bağlı qərar qəbul etməkdə diskresion səlahiyyətə malikdir. Orqan bu səlahiyyətlərə malik olduğu hallarda, həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Qeyd olunanlar baxımından hazırkı mübahisəyə diskresion səlahiyyətlərin məhz X2 təyin edilməsi qaydasında həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə cavabdeh inzibati orqan belə nəzarəti həyata keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan X2 həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda diskresion səlahiyyətindən niyə məhz bu qaydada və hansı əsaslara görə istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanın fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskression səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda həmin qurum tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab edilir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın “X2 həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********47136 nömrəli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməməklə, cavabdeh tərəfindən X2 həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu yuxarıda istinad olunan normalara uyğun olaraq əsaslandırılmamışdır. Bu hal isə, inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və «İnzibati icraat haqqında» Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Bununla da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyicisi kimi hazırkı iddiaçı “Əzizoğlu” Şirniyyat mağazasında həyata keçirdiyi yoxlamalar (operativ vergi nəzarəti tədbirləri) qanunun tələbləri pozulmaqla qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar əsasında aparıldığından, həmin yoxlamaların nəticəsi olaraq xx.xx.2024-cü il tarixli **********2264 nömrəli qərar da qanunsuzdur. Beləliklə, məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati aktlar (xx.xx.2024-cü il tarixli **********2264 qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə maliyyə sanksiyasını ödəmək öhdəliyi yaradır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Qeyd olunanların məcmusunda məhkəmə hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2264 nömrəli qərarı ləğv edilməlidir.
8. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərini ilkin ərizəyə etirazın dəliləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır. Əlavə olaraq qeyd etmişdir ki, vergi ödəyicisinə məxsus təsərrüfat subyektində 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2004-cü il tarixli **********3411 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti zamanı 2 manat ödənilərək “lokma” alınmış lakin həmin məbləğə görə müştəriyə nəzarət-kassa aparatı çeki təqdim edilməmişdir. Kassadan yayındırılmış məbləğ yoxlayıcı şəxslər tərəfindən bərpa edilərkən “lokma” məhsul adı kassa aparatının yaddaşında olmadığı üçün Şəki halvası adı ilə bərpa edilmişdir. Bu hal xx.xx.2024-cü il tarixli DVX seriyalı 030787 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akta və digər sənədlərə baxılaraq Vergi Məcəlləsinin 58.7.1-ci madəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9983 nömrəli qərar qəbul edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfində yol verilmiş qanun pozuntusu ilə əlaqədar qanunvericiliyin tələbləri barədə vergi ödəyicisinin elektron qutusuna xx.xx.2024-cü il tarixli **********477800 nömrəli bildiriş göndərilməklə Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek tətbiq etməyə görə Vergi Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət tədbiri barədə xəbərdar edilmiş, həmin bildiriş vergi ödəyicisi tərəfindən 17 aprel 2024-cü il tarixdə elektron qutudan oxunmuşdur. Bundan başqa operativ vergi nəzarəti zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi barədə **********9984 nömrəli tələbnamə və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixli **********991700 nömrəli müşaiyətedici məktubla vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və xx.xx.2024-cü il tarixdə elektron qutudan oxunmuşdur. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin Vergi nəzarəti tədbirlərinin təşkili və təhlili şöbəsinin apardığı təhlillər zamanı fərdi sahibkar İddiaçı tərəfindən aşkar edilmiş qanun pozuntularının aradan qaldırılmaması barədə kifayət qədər əsas müəyyən olunduğundan yenidən operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə xx.xx.2024-cü il tarixli **********4136 nömrəli qərar qəbul edilmişdir. Belə ki, vergi ödəyicisinin onlayn nəzarət-kassa aparatı məlumatlarının təhlili zamanı fəaliyyət göstərdiyi bütün dövr ərzində 1 vahidinin qiyməti müxtəlif olan yalnız “Şəki halvası” adlı məhsulların satışının nəzarət-kassa aparatına daxil edildiyi müəyyən edilmişdir. Bu hal şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəmənin diqqətinə çatdırılmışdır. Göründüyü kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün Vergi Məcəlləsinin 5.2.3 və 50.2.4-cü maddələrində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 may 2023-cü il tarixli **********083400 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.5.3 və 1.5.4-cü madələrində nəzərdə tutulmuş əsaslar mövcud olmuşdur. Birinci instansiya məhkəməsi isə tamamilə əsassız və vergi qanunvericiliyinin tələblərinə zidd olaraq vergi orqanının apardığı təhlillərin nəticəsini X2 keçirilməsi barədə qərarın qəbul edilməsi üçün yetərli hesab etməmiş, həmçinin X2 keçirilməsinə əsas olan konkret halın mütləq qaydada X2 keçirilməsi barədə qəbul edilmiş qərarda göstərilməli olduğu, əks təqdirdə bu qərara əsasən keçirilən X2 qanunsuz olması qənaətinə gəlmişdir. Bu mövqeyini isə məhkəmə konkret qanunvericilik norması ilə deyil tamamilə şəxsi mülahizəsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, Vergi Məcəlləsində X2 keçirilməsinə əsas olmuş halın X2 keçirilməsi barədə qəbul edilmiş qərarda detallı şəkildə göstərilməsi nəzərdə tutulmamışdır. İşin faktiki hallarından da göründüyü kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazada operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 50.2.3-cü, 50.2.4-cü maddələrində və “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.5.3-cü, 1.5.4-cü yarımbəndində qeyd edilən hallara uyğun olaraq vergi qanunvericiliyinin pozulmasına işarə edən şərtlərin mövcudluğu əsasında keçirilmişdir. Şəki İnzibati Məhkəməsinin “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə istinad edərək operativ vergi yoxlamasının keçirilməsi barədə qərarın məhz inzibati aktın əsaslandırılması üçün nəzərdə tutulan tələblərə uyğun olaraq əsaslandırılmalı olması barədə mövqeyinə münasibətdə isə bildiririk ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qaununun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun tələbindən göründüyü kimi X2 keçirilməsi barədə qərar inzibati akt hesab edilə bilməz və ona inzibati akta tətbiq edilən tələblər tətbiq edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və bu hallara tətbiq olunacaq vergi qanunvericiliyinin normaları düzgün müəyyən edilməmiş, iş üzrə tam, hərtərəfli araşdırma aparılmamış, sübutlar düzgün qiymətləndirilməmişdir. Nəticədə inzibati mübahisə üzrə işin faktiki hallarına uyğun olmayan ədalətsiz məhkəmə qərarı qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə fəaliyyət göstərdiyi obyektə iki vergi əməkdaşı gələrək onu əsassız olaraq cərimələmişlər. O, bu fəaliyyət göstərdiyi müddətdə satışların hamısını NKA-ya vurmasına baxmayaraq, heç bir əsas olmadan onu 1000 manat məbləğində cərimə etmişlər. Ona deyilmişdir ki, hamıya yazılır, siz heç vaxt cərimələnməmisiniz sizə də, yazırıq qərar veriıib və bir daha gəlməyəcəklər. Cavabdeh orqan ona 2024-cü ildə maliyyə sanksiyası tətbiq edilərkən növbəti ildən, NKA çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğunlaşdırılma barədə xəbərdarlıq edilmiş və növbəti ildən yoxlamanın keçriləcəyi bildirilmiş, lakin üstündən səkkiz ay keçdikdən sonra digər vergi əməkdaşları na növbəti ildən uyğunlaşdırma aparmasını bildirdiyi halda qərəzli şəkildə xx.xx.2024-cü il tarixli qərarla 2024-cü ilin noyabr ayının ayrı ayrı tarixlərində dörd dəfə obyektə gələrək alış etmişər və hər dəfə də, onlara NKA-nın qəbzini təqdim etməsinə baxmayaraq, yenidən eyni təqvim ilində gəlib akt yazmış və onu 3000 manat cərimə etmişlər. Əgər belə bir nöqsan var idisə nə üçün həmin günlərdə akt tərtib etmirdilər və sonuncu günü telefonla danışdıqdan sonra akt yazılmışdır. Yəni səkkiz ayda iki dəfə əsassız yoxlama aparıb onu ümumilikdə 4000 min manat cərimə etmişlər. NKA-nın qəbzlərini onlara hər iki dəfədə təqdim etməsinə baxmayaraq, aktda eyni nöqsan qeyd edilmişdir. Digər tərəfdən yeni nəsil NKA nın tətbiqi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə vergi orqanı tərəfindən ona NKA-nın qeydiyyat vərəqəsi verilmişdir. Həmin qeydiyyat vərəqəsi veriləndə NKA-nın qeydiyyat tarixinə qəbz çıxarılmış və istismar aktına əlavə edilərək vergi idarəsinə göndərilmişdir. Buna əsasən ona NKA-nın qeydiyyat vərəqəsi verilmişdir. Əgər belə bir nöqsan var idisə nə üçün NKA qeydiyyata alınmışdır. İmtina edilərdi ki, mal qalığı NKA-nın yaddaşına kodlar üzrə vurulmayıb, o da, nöqsanı aradan qaldırardı. xx.xx.2024-cü il tarixdə yenə vergi orqanının qərarına əsasən vergi əməkdaşları Elvin Həsənov və Yusif Səfərov tərəfindən OVN-i keçirmiş və alınan mallara NKA qəbzi verilmədiyinə görə akt tərtib etmişlər. Bəs onda onlar qəbzi bərpa edərkən nə üçün bu nöqsan haqqında bir söz belə deməmişlər. Həmin aktda yoxlama zamanı aşkar edilmiş digər nöqsanların aradan qaldırılması barədə təkliflər bölməsi var. Nə üçün həmin bölmədə lazımi qeydləri aparmayıblar və aktın həmin hissəsini Z işarəsi ilə işarələyiblər. Akt tam doldurulmadığı halda yarımçıq aktı vergi orqanı necə qəbul edibdir. X2 keçirilməsi qaydalarının 1.16-cı bəndinə əsasən Bu Qaydaların tələblərinə uyğun olaraq keçirilən vergi nəzarəti tədbirləri zamanı Vergi Məcəlləsinin 50.1-ci maddəsinin digər bəndləri üzrə pozuntu müşahidə edildikdə, bu barədə pozuntunu aşkar edən vergi orqanının vəzifəli şəxsi tərəfindən xidməti məlumat hazırlanaraq rəhbər vəzifəli şəxsə təqdim edilməlidir. Nə üçün həmin məlumat rəhbər vəzifəli şəxsə verilməyibdir. Əgər verilibsə həmin şəxs də bu barədə Vergi ödəyicilərinə xidmət şöbəsinə bu nöqsanların aradan qaldırılması barədə məlumatlandırma işlərinin aparılması barədə göstəriş verməli idi. Nə üçün bu səkkiz ayda bu işlər görülməyibdir. Heç olmasa onun elektron poçtuna bu barədə məlumat göndərilməli idi. Niyə göndərilməmişdir. Əgər Vergi məmuru öz vəzifəsini yerinə yetirmirsə sahibkar nə üçün bundan ziyana düşməlidir. İkinci dəfə cərimələndikdən sonra onun bu nöqsan barədə məlumatı olmuş və o, bunu cəmi 20 dəqiqə ərzində malların hər birisini NKA –nın yaddaşına işləmiş və hər birini kodlaşdırmışdır. Dövlət Vergi Xidmətinin tərkibində Vergi Ödəyicilərinə Xidmət Baş idarəsi var ki onların da hər bir Ərazi Vergilər idarəsində şöbələri var. Onlar bütün bu məsələlərlə məşğul olurlar. Bəs nə üçün bu şöbənin işçiləri yəni 10 il ərzində bu şöbənin işçiləri bir dəfə də olsa gəlib bu barədə məlumat verməyiblər. Vergi orqanı VM-nin 58.7-ci maddəsini eyni nöqsana bir il ərzində iki dəfə yol verdiyinə görə 3000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar çıxarmışdır. xx.xx.2024-cü il tarixdə NKA qəbzi verilmədiyinə görə yəni dövriyyəni gizlətdiyinə görə ikinci dəfə isə xx.xx.2024-cü il tarixdə isə Vergi Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməyə (burada dövriyyədən yayınma yoxdur) görə maliyyə sanksiyası tətbiq edilmişdir. Bu hallar eyni hal deyil. Göründüyü kimi bu hallar fərqlidir. Bəs onda nə üçün 3000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar çıxarılmışdır. Bu sualla əlaqədar Dövlət Vergi Xidmətinə və 11 saylı ƏVBİ-nə ayrı-ayrılıqda eyni sualla sorğu göndərmişdir və hər ikisindən eyni sualla əlaqədar fərqli cavab almışdır.
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin mübahisələndirilən qərarının ləvğ edilməsini, iddia tələbinin rədd edilməsini barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən onlayn nəzarət-kassa aparatları vasitəsilə aparılan satış əməliyyatlarına dair məlumatların təhlili zamanı satılan bütün malların “Şəki halvası” adı ilə fərqli qiymətlərlə rəsmiləşdirilməsi aşkar etmiş və həmin məlumatlar operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün əsas kimi qəbul edilmişdir.
tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 24.1. Vergi orqanları aşağıdakı vəzifələri həyata keçirməyə borcludur: (24.1.1) vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; (24.1.2) vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə. Maddə 50.1. Operativ operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (50.1.3) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; (50.1.7) Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Maddə 50.2. X2 həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: (50.2.1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar, (50.2.2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar, (50.2.3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, (50.2.4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, (50.2.5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; ... 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), X2 müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. ... 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və Vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında Vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar Vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: - (58.7.1) təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. - 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; ... 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
14. “Azərbaycan Respublikası Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamə Bənd 3.4-cü bəndinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: - (3.4.14) yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar). Yoxlama hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə, habelə mediada yayılan məlumatlara əsasən təyin olunduqda, həmçinin: (1) fiziki şəxsin FİN-i, soyadı, adı, atasının adı, əlaqə telefonu; (2) hüquqi şəxsin VÖEN-i, adı, ünvanı, əlaqə telefonu və müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; (3) dövlət və ya yerli özünüidarəetmə orqanının adı, ünvanı, müraciəti imzalayan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; (4) media subyektinin adı, məlumatın yayılma tarixi; (5) məlumatın skan edilmiş surəti və ya elektron istinad mənbəyi (link); (6) Qanunun 16.7-ci maddəsinə uyğun təfərrüatlı əsaslandırma. ...
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: ... 3.4.7. yoxlamanın hüquqi əsası, aid olduğu nəzarət sahəsi, vergi yoxlamasının və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, habelə bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş halın araşdırılması ilə bağlı aparılan yoxlamaların predmeti; ...
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir (maddə 61.2). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 61.4). Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda (maddə 61.5).
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
21. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
22. İş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2024-cü il tarixli **********2264 nömrəli qərarla Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən, iddiaçıya 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir.
23. Mübahisələndirilən qərarın qəbulunadək toplanmış inzibati icraat materiallarından görünür ki, cavabdeh orqan VM-nin 23, 41 və 50.2.4-cü maddələrini rəhbər tutaraq xx.xx.2024-cü il tarixdə "X2 həyata keçirilməsi haqqında" **********4136 saylı qərar qəbul etmişdir. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə keçirilməsi nəzərdə tutulan X2 əhatə etdiyi məsələlər aşağıdakılar olmuşdur: - “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. - nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (50.1.3), - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi.
24. Qərarın əsaslandırılması ilə bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, VM-nin 50.3-cü maddəsi X2 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilməsini birbaşa müəyyən edir.
25. Digər tərəfdən Vergi Məcəlləsinin 50-ci maddəsində yoxlamanın keçirilməsi üçün hüquqi əsaslar konkret formada müəyyən olunmuşdur. Məcəllədə 50.2-ci maddənin müvafiq yarımbəndləri müxtəlif hüquqi meyarlar əsasında tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 50.2.1, 50.2.2 və 50.2.3-cü bəndlərində vergi nəzarəti tədbirləri üçün əsas kimi faktın mövcudluğu və mənbəyi bəlli obyektiv məlumatlar kifayət edirsə, 50.2.4 və 50.2.5-ci bəndlər üzrə hüquqi qiymətləndirmə və “kifayət qədər əsas”la əsaslandırılmış hüquqi nəticə tələb edilir. Məhz buna görə də, X2 aparılması ilə bağlı qərarın əsaslandırılması VM-nin 50.3-cü və 50.2.4-cü maddələrinin tələbləri baxımından zəruridir.
26. Vergi orqanı tərəfindən nəzarət tədbirini əsaslandırılmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, operativ vergi yoxlamasının keçirilməsi haqqında qərar vergi orqanının tərəfindən aparılmış müvafiq icraat nəticəsində qəbul edilir. Bu zaman qərarın verilməsinədək aparılmış bütün hərəkətlər və toplanmış materiallar vahid icraat kimi qiymətləndirilməlidir. Odur ki, qərarın özündə yoxlamanın əsaslandırılması açıq şəkildə göstərilməsə də, əgər həmin əsaslandırma qərarın qəbulunadək toplanmış icraat materialları ilə sübuta yetirilirsə, bu halda vahid icraatın nəticəsi olaraq qəbul edilmiş “operativ vergi yoxlamasının keçirilməsi haqqında” qərar əsaslandırılmış hesab olunmalıdır.
27. İş materialları ilə müəyyən edilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da yoxlamanın hüquqi əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi qeyd edilmişdir.
28. Məhkəmə kollegiyası OVN-nin keçirilməsi üçün VM-nin 50.2.4-cü maddəsində nəzərdə tutulmuş “kifayət qədər əsas” meyarının hazırkı iş üzrə tətbiqi ilə bağlı aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir.
29. Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi vergi orqanına yalnız 50.1-ci maddədə nəzərdə tutulan halların mövcudluğu şəraitində operativ vergi nəzarəti həyata keçirmək səlahiyyəti verir. Bu zaman nəzarət tədbirinin başlanması üçün sadəcə ehtimal və ya ümumi xarakterli məlumatlar deyil, ilkin qiymətləndirməyə əsaslanan və real faktlara söykənən əsaslandırılmış şübhə – yəni "kifayət qədər əsas" olmalıdır.
30. Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatı vasitəsilə təqdim edilən çekdə qanunvericilikdə nəzərdə tutulmuş bir sıra məlumatlar, o cümlədən satılmış malın (işin, xidmətin) adı və digər zəruri rekvizitlər əks etdirilməlidir. Bu tələbin məqsədi satış əməliyyatlarının şəffaflığını, vergi uçotunun düzgün aparılmasına nəzarətinin həyata keçirilməsini təmin etməkdir. Malın adının və ya çeşidinin düzgün göstərilməsi vergi orqanının sahibkarlıq fəaliyyətinə dair əməliyyatların faktiki məzmununu müəyyən etməsinə xidmət edir.
31. Cavabdeh orqan tərəfindən təqdim edilmiş onlayn NKA məlumatlarından görünür ki, iddiaçı tərəfindən satılan “malın miqdarı” göstəricisi üzrə 1 vahid qeyd edilmiş, “malın məbləği” isə 1 manatdan 117 manatadək müxtəlif məbləğlərdə göstərilmiş və bütün hallarda malın adı “Şəki halvası” kimi daxil edilmişdir.
32. Göründüyü kimi, iddiaçıya məxsus təsərrüfat subyektinin onlayn nəzarət-kassa aparatının məlumatları cavabdeh orqan tərəfindən təhlil edilərkən satılan malın adının bütün hallarda “Şəki halvası” kimi göstərilməsi, lakin vahid qiymətinin müxtəlif məbləğlərdə qeyd olunması müəyyən edilmişdir. Başqa sözlə, müxtəlif qiymətlərə satılan malların hamısının çeklərdə “Şəki halvası” adı altında rəsmiləşdirilməsi - obyektiv faktlara söykənən əsaslandırılmış şübhənin, yəni operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün “kifayət qədər əsas”-ın yaranması üçün yetərli olmuşdur.
33. Nəzərə alınmalıdır ki, onlayn nəzarət-kassa aparatları vasitəsilə aparılan satış əməliyyatlarına dair məlumatlar vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində ötürüldüyündən, vergi orqanı həmin məlumatları sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi obyektə getmədən də, əldə etmək və təhlil etmək imkanına malikdir. Hazırkı iş üzrə cavabdeh orqan onlayn nəzarət-kassa aparatının məlumatlarının təhlili zamanı iddiaçının satış əməliyyatları ilə bağlı qeyd olunan uyğunsuzluqları aşkar etmiş və həmin məlumatlar operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün əsas kimi qəbul edilmişdir.
34. Beləliklə, iddiaçı tərəfindən satılan bütün malların onlayn nəzarət-kassa aparatında “Şəki halvası” adı ilə fərqli qiymətlərlə rəsmiləşdirilməsi - bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər üzrə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən pozulması ehtimalı ilə bağlı kifayət qədər əsas yaratmış və buna müvafiq olaraq OVN-nin keçirilməsi barədə qərar VM-nin 50.2.4-cü maddəsinə uyğun əsaslandırılmışdır. Odur ki, apellyasiya şikayətinin dəlili əsaslıdır.
35. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə aparılmış vergi nəzarəti tədbiri zamanı təsərrüfat subyektində müştəriyə nağd qaydada ümumi dəyəri 14 manat olan 1 ədəd qoz mindalı, 1 ədəd fındıq mindalı, 1 ədəd fındıq şərbəti və 1 ədəd qoz əzməsi satılmış, lakin müştəriyə təqdim edilmiş nəzarət-kassa aparatının çekində satılmış məhsulun adı şəki halvası, midarı 1 ədəd, qiyməti 14 manat və ümumi dəyərinin də 14 manat göstərildiyi müəyyən edilmişdir. Bu baxımdan satılan müxtəlif malların eyni ad altında rəsmiləşdirilməsi Vergi Məcəlləsinin 50.8-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmayan çekin təqdim edilməsi kimi düzgün qiymətləndirilmişdir.
36. İddiaçının əsas müdafiə dəlilləri ondan ibarətdir ki, vergi orqanı tərəfindən aşkar edildiyi iddia olunan nöqsan barədə ona vaxtında məlumat verilməmiş, aprel ayında keçirilən yoxlama zamanı növbəti yoxlamanın sonrakı ildə aparılacağı bildirilsə də, eyni təqvim ili ərzində yoxlama aparılmaqla ona maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hesab edir ki, vergi əməkdaşları tərəfindən əvvəlcədən məlumat verilsəydi, o, həmin nöqsanı aradan qaldıra bilərdi. İddiaçı həmçinin qeyd edir ki, vergi orqanının müvafiq bölmələri tərəfindən bununla bağlı vaxtında məlumatlandırılmamışdır.
37. Məhkəmə kollegiyası iddiaçının yuxarıda qeyd edilən dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci maddəsində vergi ödəyicisinin vəzifələri müəyyən edilmişdir. Həmin maddəyə əsasən vergi ödəyicisi qanunvericiliklə müəyyən edilmiş qaydada gəlirlərinin, xərclərinin və vergitutma obyektlərinin uçotunu aparmalı, vergi qanunvericiliyinin tələblərinə riayət etməli və nağd pul hesablaşmaları aparılan zaman alıcıya təqdim edilən çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidir.
38. Xüsusilə, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə pul hesablaşmaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara cavab verən və vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməli, 16.1.9-cu maddəsinə görə isə nağd pul hesablaşmaları aparılan zaman alıcıya təqdim edilən çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsi təmin olunmalıdır.
39. Göstərilən normalardan göründüyü kimi, təqdim edilən qəbzlərin qanunvericiliyin tələblərinə uyğun olması vergi ödəyicisinin vergi qanunvericiliyindən irəli gələn öhdəliyidir və bu vəzifənin icrası vergi orqanının ayrıca xəbərdarlığından və ya əvvəlcədən məlumat verməsindən asılı deyildir. Vergi orqanının əvvəlcədən xəbərdarlıq etməməsi və ya məlumatlandırmaması vergi ödəyicisinə qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirməməsinə haqq qazandıra bilməz. Odur ki, vergi ödəyicisinin “pozuntunu bilməməsi”, yaxud vergi orqanı tərəfindən onun əvvəlcədən məlumatlandırılmaması barədə mülahizələri özünümüdafiə xarakteri daşımaqla mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz.
40. Məhkəmə kollegiyası iddiaçının nəzarət-kassa aparatının vergi orqanında qeydiyyata alınmasına istinad etməsini də əsaslı hesab etmir. Belə ki, nəzarət-kassa aparatının qeydiyyata alınması həmin texniki vasitənin vergi uçotu sisteminə daxil edilməsini ifadə edir. Lakin hər bir halda NKA vasitəsilə sonradan aparılan əməliyyatlar zamanı təqdim edilən qəbzlərin məzmununun qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsinə görə məsuliyyəti birbaşa vergi ödəyicisi daşıyır.
41. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı nöqsanın ikinci dəfə maliyyə sanksiyası tətbiq edildikdən sonra aradan qaldırıldığını bildirsə də, pozuntunun sonradan aradan qaldırılması əvvəlki dövrdə yol verilmiş pozuntunun mövcudluğunu aradan qaldırmır və mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz.
42. İddiaçının digər dəlili ondan ibarətdir ki, ona tətbiq edilən maliyyə sanksiyaları fərqli hallara görə tətbiq edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə NKA qəbzinin verilməməsi, xx.xx.2024-cü il tarixdə isə çekin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğun olmaması fərqli pozuntular olduğundan VM-in 58.7-ci maddəsinə əsasən təkrar pozuntu kimi qiymətləndirilə bilməzdi.
43. İş materialları ilə müəyyən olunur ki, vergi orqanının xx.xx.2024-cü il tarixli, **********9983 №-li qərarı ilə VM-nin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə (NKA çeki təqdim edilməmişdir) iddiaçıya 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
44. Həmçinin vergi orqanının xx.xx.2024-cü il tarixli, **********2264 saylı qərarı ilə VM-nin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində ikinci dəfə yol verildiyinə görə (VM-nin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən NKA-dan istifadə edilmiş, malın çeşidi düzgün göstərilməmişdir) iddiaçıya 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
45. İddiaçı, məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, onun xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə yol verdiyi pozuntular faktiki olaraq fərqli hallarla bağlı olmuş, bununla bağlı Dövlət Vergi Xidmətinə və 11 saylı ƏVBİ-nə ayrı-ayrılıqda eyni sualla sorğular göndərmiş, lakin hər iki orqandan fərqli cavablar almışdır.
46. İddiaçının istinad etdiyi DVX tərəfindən onun elektron poçt ünvanına göndərilmiş cavab aşağıdakı məzmunda olmuşdur: - sorğunuza cavab olaraq bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulmuş hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir. Vergi Məcəlləsinin 58.7-ci maddəsində qeyd olunan qanun pozuntularına eyni vaxtda yol verilmədikdə hər bir pozuntuya ayrı hal kimi baxılaraq maliyyə sanksiyası tətbiq ediləcək.
47. İddiaçı ona verilmiş bu cavabı öz müdafiə dəlili kimi təqdim etsə də, cavabın məzmunundan görünür ki, iddiaçıya ilk növbədə Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulmuş hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildiyi halda həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılması izah edilmişdir. Bu izah Vergi Məcəlləsinin 53.6-cı maddəsinin ikinci cümləsindən irəli gəlir. Həmin normaya əsasən vergi ödəyicisi tərəfindən eyni əməliyyat üzrə bu Məcəllənin 58.7-ci maddəsində nəzərdə tutulan hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildikdə, həmin qanun pozuntularına bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası yalnız bir dəfə tətbiq edilir. Lakin hazırkı iş üzrə mübahisə 58.7-ci maddədə nəzərdə tutulmuş hesablaşma qaydalarının pozulmasına eyni vaxtda deyil, müxtəlif vaxtlarda yol verilməsi ilə bağlıdır. Odur ki iddiaçıya verilmiş cavabın həmin hissəsi hazırkı mübahisənin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir.
48. İddiaçıya verilmiş cavabın ikinci hissəsində izah edilmişdir ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsində qeyd olunan qanun pozuntularına eyni vaxtda yol verilmədikdə hər bir pozuntu ayrıca hal kimi qiymətləndirilir və buna uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Lakin cavabda göstərilən “ayrı hal kimi baxılma” ifadəsi yol verilmiş pozuntunun təkrarlıq yaratmaması kimi başa düşülə bilməz. Ümumiyyətlə, verilmiş cavabda “ayrı hal kimi baxılma”nın təkrarlıq yaradıb-yaratmaması məsələsinə dair hər hansı mövqe ifadə edilməmişdir. Belə olan halda, cavabın ikinci hissəsi də, mövcud vəziyyəti iddiaçının xeyrinə dəyişmir.
49. Dövlət Vergi Xidmətinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2026-cı il tarixli məktubdan da görünür ki, hazırkı iş üzrə müəyyən edilmiş ikinci pozuntunun ayrıca hal kimi “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması” kimi qiymətləndirilməsi və maliyyə sanksiyasının təqvim ili ərzində belə hallara ikinci dəfə yol verilməsi baxımından tətbiq edilməsi nəzərdə tutulmuşdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, VM-nin 53.6-cı maddəsinin 2-ci cümləsi eyni əməliyyat üzrə VM-nin 58.7-ci maddəsinin bir neçə hesablaşma qaydasının pozuntusuna eyni vaxtda yol verilməsi halını tənzimləyir. Bu halda həmin pozuntulara bir pozuntu halı kimi baxılır və maliyyə sanksiyası bir dəfə tətbiq edilir.
51. Vergi ödəyicisinin eyni əməliyyat çərçivəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsində sadalanan bir neçə fərqli pozuntuya eyni vaxtda yol verməsi halında həmin pozuntulara ayrı-ayrılıqda deyil, vahid bir pozuntu halı kimi baxılması onu göstərir ki, qanunverici bu pozuntular arasında forma fərqini hüquqi nəticə baxımından əhəmiyyətli hesab etmir (sadalanan hallar eyni pozuntunun müxtəlif təzahür formalarıdır). Yəni, VMnin 58.7-ci maddəsində sadalanan istənilən formalı pozuntuya yol verilməsi - “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması” deməkdir və təqvim ili ərzində bu qaydaların pozulması təkrarlıq yaradır. Pozuntuların fərqli olması hüquqi əhəmiyyət daşımır, əgər təqvim ili ərzində növbəti yoxlama zamanı VM-nin 58.7-ci maddəsində sadalanan, əvvəlkindən fərqli pozuntu aşkar edilsə belə, buna “belə hallara ikinci dəfə yol verilmə” kimi hüquqi qiymət verilməli və maliyyə sanksiyası tətbiq edilməlidir.
52. Başqa sözlə, qanunverici Vergi Məcəlləsinin 58.7-ci maddəsində sadalanan pozuntuları müxtəlif formalarda təsvir etsə də, mahiyyət etibarilə onları eyni hüquqi tərkib – “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması” çərçivəsində nəzərdə tutmuşdur. Odur ki, qəbzin ümumiyyətlə verilməməsi, qanunvericiliyin tələblərinə cavab verməyən qəbzin təqdim edilməsi, POS-terminaldan istifadə edilməməsi və s. kimi hallar məzmun etibarilə fərqli formalarda baş versə də, bütün bu hallar “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması” anlayışını ehtiva edir.
53. Məhz buna görə də Vergi Məcəlləsinin 53.6-cı maddəsinin 1-ci cümləsində vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyalarının hər bir pozuntuya münasibətdə ayrıca tətbiq olunması nəzərdə tutulduğu halda, normanın 2-ci cümləsində 58.7-ci maddədə nəzərdə tutulan hesablaşma qaydalarının pozulması hallarına eyni vaxtda yol verildiyi təqdirdə, bu halların vahid pozuntu kimi qiymətləndirilməsi və maliyyə sanksiyasının bir dəfə tətbiq olunması təsbit edilmişdir.
54. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən satılan müxtəlif mallar eyni ad altında rəsmiləşdirilmişdir (malların faktiki çeşidi ilə çeklərdə göstərilən məlumatlar fərqli olmuşdur). NKA-nın çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olmadığından yol verilmiş pozuntu cavabdeh orqan tərəfindən haqlı olaraq əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması kimi qiymətləndirilmiş və VM-nin 58.7.2-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilmişdir.
55. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 2-1(116)-2030/2025 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2264 saylı qərarın ləğv edilməsi” barədə iddiası təmin edilmir. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.