Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-7/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə,məhkəmə iclasının katibi Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh), üçüncü şəxs Qəbələ rayonu Mirzəbəyli Bələdiyyəsinə (bundan sonra mətndə üçüncü şəxs) qarşı «Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatına yararsız sahədən sahibkarlıq fəaliyyəti məqsədi ilə ona satılmış 0,20 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından cavabdeh AR ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim U.H.Osmanov) xx xxxxxx 2017-ci il tarixli 2-1(84)- 744/2017 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatına yararsız ərazidən sahibkarlıq fəaliyyəti məqsədi ilə satılmış 0,20 ha torpaq sahəsinin 1920 m2 hissəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından cavabdeh DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin аpelyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərаrı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və onun vəkili X1 Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar apelyasiya baxışına qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci iltarixli, 2- 1(107)-178/2018 saylı qərarı ilə (sədrlik edən Mirbahəddin Hüseynov, hakimlərRafail Əliyev və İmanverdi Şükürov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş,birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar apelyasiya baxışına qaytarılmışdır. İşin hаllаrı: Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən İddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə 0,20 ha torpaq sahəsi satılmışdır. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə torpaqların alqısatqısına dair akt tərtib olunmuş, bu akt keçmiş DTXK-nin Qəbələ rayon şöbəsində həmin tarixdə 175 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı 0,20 ha torpaq sahəsinin dəyərini Mirzəbəyli bələdiyyəsinin hesabına ödəmişdir. Həmin torpaq sahəsinin yerquruluşu planı Mirzəbəyli bələdiyyəsi sədrinin və DTXK-nin Qəbələ rayon şöbəsi müdirinin imzaları və həmin qurumların möhürləri ilə təsdiq edilmiş, habelə sözügedən torpaq sahəsi ilə bağlı A seriyalı 288557 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə 178 nömrə ilə uçota alınmışdır. Bundan sonra o, sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu xx.xx.2015-ci il tarixli **********58 nömrəli məktubla bildirmişdir ki, DTXK-nin Qəbələ rayon şöbəsinin rəyi bələdiyyənin qərarından sonra verilmiş, habelə 0,20 ha torpaq sahəsinin bir hissəsi örüş torpaqlarına düşür. Bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bundan sonra, iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatına yararsız ərazidən sahibkarlıq fəaliyyəti məqsədi ilə ona satılmış 0,20 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri ondan ibarətdir ki, torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar və faktiki koordinatlarla qeyd olunan torpaq sahəsinin bir hissəsi idarədə mövcud olan elektron baza məlumatlarında örüş ərazi kimi öz əksini tapmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh şifahi məhkəmə baxışı iclasında nümayındəsinin iştirakını təmin etməməsinə baxmayaraq məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehə ona təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişlərində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İcraat materialları birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin materiallara - Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı, xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin qəbzi, xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akt, DTXK-nin Qəbələ rayon şöbəsinin xx.xx.2010-cu il tarixli 298 nömrəli rəyi, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi və DTXK-nin Qəbələ rayon şöbəsinin imza və möhürləri ilə təsdiq edilmiş yerquruluşu planı, təhkim aktı, A seriyalı 288557 nömrəli torpaq sahəsinin planı və ölçüsü, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 9 saylı Layihə-Tədqiqat İdarəsinin xx.xx.2017-ci il tarixli 9LTİ/1309 nömrəli rəyi və torpaq sahəsinin yerləşmə sxemi, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli **********58 nömrəli məktubu və xx.xx.2017-ci il tarixli **********18 nömrəli etirazı, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********24 nömrəli mütəxəssis rəyi, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 26684 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyаsiyа şikаyətinin və proses iştirakçılarının dəlilləri: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarından cavabdeh DƏDRXnin 9 saylı Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən məhkəmənin qeyd edilən qərarı ləğv olunmalıdır. Belə ki, qeyd olunan torpaq sahəsi Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatına yararsız torpaq kimi sahibkarlıq fəaliyyəti məqsədilə iddiaçıya satılmışdır. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin bir hissəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrinin üzərinə düşür. Qeyd olunan torpaq sahəsinin təyinatı ilə bələdiyyə qərarı uyğunsuzluq təşkil edir. İş materiallarından göründüyü kimi, torpaq sahəsi ayrılarkən torpağın təyinatı bələdiyyə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Torpaq Qanunvericiliynə əsasən, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələri digər məqsədlər üçün xüsusi mülkiyyətə verilə bilməz. Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından qeydiyyat orqanı tərəfindən imtina edilə biləcəyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında öz əksini tapmışdır. Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonar mətndə İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın İPM-in 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarında qeyd edilir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyi müvafiq olaraq maddədə dövlət yerquruluşu xidməti kimi müəyyən olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 9 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş rəyə əsaslanmışdır. Həmin rəydə isə göstərilmişdir ki, torpaq sahəsinin 1920 kv.m hissəsinin Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (kolluq) ərazi təşkil edir. Halbuki, qanunvericiliyin yuxarıda istinad edilmiş tələblərinə görə, əgər iddiaçıya ehtiyat fondundan torpaq sahəsi satılmışdırsa, onun kənd təsərrüfatına azyararlı və ya yararsız torpaq olduğu müəyyən edilməli idi. Rəydə bildirilmiş “kolluq” ifadəsinin qeyd edilmiş torpaq sahəsinə aid edilib-edilməməsi ilə bağlı isə məhkəmə qiymətləndirmə sərbəstliyinə malik olmamış, çünki qiymətləndirmə xüsusi sahəyə aid edilmiş və yuxarıda istinad olunan qanunvericilikdə tənzimlənmə qaydası göstərilmişdir. Qeyd edilmiş hüquqi və faktiki əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu hissədə bildirdiyi dəlillər əsaslıdır və mahiyyət etibarı ilə işin tam araşdırılmaması nəticəsini yaradır. Belə ki, məhkəmə ekspertizasının təyin edilməsi barədə apelayasiya məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadından göründüyü kimi, məhkəmə ekspert qarşısında düzgün suallar qoymuş, lakin onlar tam olaraq cavablandırılmamışdır. Apelyasiya məhkəməsi həmin rəylə suallara dəqiq və dolğun cavab verilməməsini bildirsə də, lakin əlavə ekspertizanı təyin etməmişdir. Halbuki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respuublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən göstərişlərinin icrası üçün iş üzrə əlavə məhkəmə-tikinti-ekspetizası təyin edilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********24 nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, 1.İddiaçı mülkiyyətinə verilmiş (ona satılmış) və Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2010-cu il tarixdə 178 nömrə ilə uçota alınan A seriyalı 288557 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində nəzərdə tutulmuş 2000 kv.m torpaq sahəsinin 139 L nömrəli Dövlət Aktı ilə üst-üstə düşən 80 kv.m çıxılmaqla qalan 1920 kv.m hissəsi Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı (kolluq) ərazisinə düşür.
2. 2000 kv.m torpaq sahəsinin 139 L nömrəli Dövlət Aktı ilə üst-üstə düşən 80 kv.m çıxılmaqla qalan 1920 kv.m hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar daxilində bələdiyyə mülkiyyəti kolluq ərazidə yerləşir. Torpaq sahəsi kənd təsərrüfatına yararlı ərazidir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli 06 nömrəli qərarından görünür ki, həmin bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpağından alqı-satqı qaydasında Qəbələ rayonu Mirzəbəyli kənd sakini olan iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədilə 0,20 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon (şəhər) şöbəsi tərəfindən hazılanmış sənədlərin nəzərə alınması, iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpağından sahibkarlıq fəaliyyəti məqsədilə 0,20 ha torpaq sahəsinin satılması, aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədin hazırlanıb verilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. xx xxxx 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı həmin tarixdə 537 manat məbləğində torpaq pulu ödəmişdir. xx xxxxxxx 2006-cı il tarixli “torpaqların alqısatqısına dair akt”dan görünür ki, iddiaçı tərəfindən bələdiyyəyə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyənin iclasında baxılmış və bələdiyyə ərazisindən 0,20 ha torpaq sahəsinin satılması barədə xx xxxx 2006-cı il tarixli 06 nömrəli qərar qəbul edilmişdir.Buna görə iddiaçı tərəfindən Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin bank hesabına əvvəlcədən 537 manat pul ödənilmişdir. DTXK-nin Qəbələ rayon şöbəsinin xx xxxxxxxx 2010-cu il tarixli 298 nömrəli rəyindən görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı əsasında torpaq sahəsinin ayrılması barədə DTXK-nin Qəbələ rayon şöbəsinə müraciət etmişdir. DTXK-in Qəbələ rayon şöbəsi iddiaçının ərizəsinə baxıb, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqısı haqqında Qaydalar”ı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 106 saylı qərarını və Mirzəbəyli bələdiyyə şurasının xx xxxx 2006-cı il tarixli 06 nömrəli qərarını əsas götürərək, Qəbələ rayonu “Xanlar” adına təsərrüfatın baş sxeminin 194 nömrəli konturunda yerləşən və bələdiyyənin perspektiv inkişaf fonduna aid olan torpaqlardan 0,20 ha torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı əsasında ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi sədrinin və DTXK-nin Qəbələ rayon şöbəsi müdirinin imzaları və həmin qurumların möhürləri ilə təsdiq edilmiş yerquruluşu planının surətindən görünür ki, iddiaçıya Mirzəbəyli bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli 06 nömrəli qərarı ilə 2000 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi üçün satılmışdır. Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi sədrinin və DTXK-nin Qəbələ rayon şöbəsi müdirinin imzaları və həmin qurumların möhürləri ilə təsdiq edilmiş təhkim aktından görünür ki, iddiaçının Mirzəbəyli bələdiyyəsinin perspektiv inkişaf fonduna aid torpaqlardan ona sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı əsasında torpaq sahəsinin ayrılması barədə müraciəti, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqısı haqqında Qaydalar”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1998-ci il tarixli 158 nömrəli və xx xxxx 2000-ci il tarixli 106 nömrəli qərarları, habelə Mirzəbəyli bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli 06 nömrəli qərarı əsas götürülərək, “Xanlar” adına təsərrüfatın baş sxeminin 194 nömrəli konturunda yerləşən və bələdiyyənin perspektiv inkişaf fonduna aid olan torpaqlardan 0,20 ha torpaq sahəsi naturada ölçülərək sahibkarlıq fəaliyyəti məqsədilə alqı-satqı əsasında iddiaçıya təhkim edilmişdir. A seriyalı 288557 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, həmin torpaq sahəsinin planı və ölçüsü iddiaçının adına Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli 06 saylı qərarı əsasında sahibkarlıq məqsədilə 2000.00 m2 torpaq sahəsi ilə bağlı tərtib edilmiş və Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxxxx 2010-cu il tarixli 178 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin 9 saylı Layihə-Tədqiqat İdarəsinin xx xxxx 2017-ci il tarixli 9LTİ/1309 nömrəli rəyinin və torpaq sahəsinin yerləşmə sxeminin surətlərindən görünür ki, iddiaçıya məxsus A seriyalı 288557 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 2000 m2torpaq sahəsinin 80 m2 hissəsi 139L nömrəli Dövlət aktına əsasən xüsusi mülkiyyətəverilmiş torpaq sahəsinə düşür. Plan-ölçü sənədində göstərilən torpaq sahəsinin qalanhissəsi isə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan kolluq ərazisinədüşməklə 0,08 ha hissəsi iddiaçı tərəfindən metal şiferlə hasara alınaraq istifadə olunur. DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli **********58 nömrəli məktubunda bildirilmişdir ki, DTXK-nin Qəbələ rayon şöbəsinin rəyi bələdiyyənin qərarından sonra verilmiş, habelə 0,20 ha torpaq sahəsinin bir hissəsi örüş torpaqlarına düşür. Bu səbəbdən hüquqların dövlət qeydiyyatından imtina edilir. Məhkəmə tikinti-texniki ekspertizası üzrə xx xxxxxx 2018-ci il tarixli 29350 nömrəli ekspert rəyində göstərilmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş (ona satılmış) və Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxxxx 2010-cu il tarixdə 178 nömrə ilə uçota alınmış A seriyalı 288557 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2000,00 kv.m torpaq sahəsinin 1920 kv.m hissəsinin Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (kolluq) ərazi ilə, 80 kv.m. hissəsinin isə 139L nömrəli Dövlət Aktına əsasən kənd təsərrüfatı (əkin) təyinatlı xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh bununla bağlı bildirmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərdə torpağın kateqoriyası ilə bağlı qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətinə aid olmuşdur. Məhkəmə kollegiyası bu hissədə cavabdehin dəlilini əsaslı hesab edir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə riayət olunmaqla məsələnin araşdırılması barədə bildirilmişdir. Həmin maddədə aşağıdakı qayda müəyyən edilmişdir: 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə - Məcəllə): 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; (...) ehtiyat fondu torpaqları; - 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur; - 12-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Maddələrin tələblərinə görə, torpaq sahələri bir neçə kateqoriyaya bölünür ki, torpağın ayrılması barədə sənəddə, o cümlədən bələdiyyənin qərarında torpağın kateqoriyası göstərilməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına kənd təsərrüfatı yerləri (uqodiyaları) olan torpaqlar və digər torpaqlar aiddir. İşin hallarına görə iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan kənd təsərrüfatına yararsız torpaqlardan torpaq sahəsi satılmışdır. Qeyd edilmiş halla bağlı Məcəllədə aşağıdakılar müəyyən edilmişdir: - 33-cü maddəsinə əsasən, ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir; - 39-cu maddəsinə əsasən, torpaq ehtiyatları - istifadə olunan və ya istifadə oluna bilən torpaqlardır. Torpaq ehtiyatlarının istifadəsi və mənimsənilməsi müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin ərazinin inkişafının planlaşdırılması haqqında qərarları əsasında həyata keçirilir; - 47-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır; - 47-ci maddəsinin 5-ci bəndinə əsasən, bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları; - 56-cı maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddələrin məzmunundan göründüyü kimi, bələdiyyənin istifadə olunan və ya istifadə oluna bilən torpaqları onun ehtiyat fondunu təşkil edir ki, onlara həmçinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan və ya ehtiyat məqsədləri daşıyan torpaqlar aiddir. Bu torpaq sahələrinin xüsusi mülkiyyətə satılması nəzərdə tutulmuşdur. Ehtiyat məqsədləri daşıyan torpaq sahələri isə yalnız kənd təsərrüfatına azyararlı və ya yararsız olduğu halda özəlləşdirilə bilər, çünki kənd təsərrüfatı istehsalı üçün yararlı olan digər torpaqlar yalnız icarəyə verilə bilər. Maddələrin tələblərini iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərara münasibətdə tətbiqi o anlamını yaradır ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatına azyararlı və ya yararsız olan torpaq sahəsi olmalıdır. Məhkəmə kollegiyasının qərardadı ilə təyin edilmiş əlavə məhkəmə-tikinti-texniki ekspertizanın mütəxəssis və ekspertiza rəyində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb edilən 2000 kv.m torpaq sahəsinin 139L nömrəli Dövlət Aktı ilə üst-üstə düşən 80 kv.m çıxılmaqla qalan 1920 kv.m hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar daxilində bələdiyyə mülkiyyəti kolluq ərazidə yerləşməsi və həmin torpaq sahəsinin kənd təsərrüfatına yararlı ərazi olması qeyd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması nəticəsində belə nəticəyə gəlir ki, iddiaçıya Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi tərəfindən satılmış 2000 kv.m torpaq sahəsinin 80 kv.m başqa mülkiyyətdə olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən qalan 1920 kv.m torpaq sahəsi kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğundan, bələdiyyələr ehtiyat məqsədləri daşıyan torpaq sahələrini yalnız kənd təsərrüfatına azyararlı və ya yararsız olduğu halda özəlləşdirilə bildiyindən, kənd təsərrüfatı istehsalı üçün yararlı olan digər torpaqlar yalnız icarəyə verildiyindən iddiaçının tələbi qanuni və əsaslı deyildir. Ona görə də iddiaçının tələbi yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə əsasən təmin edilə bilməz. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə düzgün nəticəyə gəlməmiş, apelyasiya şikayətinin dəlilləri əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-744/2017 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə, üçüncü şəxs Qəbələ rayonu Mirzəbəyli Bələdiyyəsinə qarşı «Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə kənd təsərrüfatına yararsız sahədən sahibkarlıq fəaliyyəti məqsədi ilə ona satılmış 0,20 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.