Məhkəmə qərarları › İş №2-1(108)-20/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-20/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-20/2024 14.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X2 ibarət tərkibdə, XNN məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N2005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N4 dekabr 2023-cü il tarixli, 2-N(N22)-4N/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə icl asında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N2005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N4 dekabr 2023-cü il tarixli, 2N(N22)-4N/2023 nömrəli qərarı ilə iddia təmin olunmamışdır. Həmin qərardan narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək apellyasiya şikayətinin təmin olunaraq Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2-N(N22)-4N/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, o, döyüş əməliyyatlarında iştirakına görə deyil, döyüş tapşırığını yerinə yetirərkən qəlpə yaraları alaraq yaralandığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini cavabdeh orqanın üzərinə qoyulmasını istəmişdir. O və xidmət etdiyi hərbi hissədəki tağım yoldaşları xx.xx.N997-ci il tarixdə döyüş tapşırıqlarını yerinə yetirib qayıdarkən düşmən (erməni) əsgərlərinin basdırdığı qəlpələnən minaya düşərək yaralanmışdır. Həmin mina partlayışında tağımdan 5 nəfər əsgər şəhid olmuş, qalanları isə müxtəlif dərəcəli xəsarətlər almışlar. Onunla birlikdə döyüş tapşırığını yerinə yetirərkən yaralanaraq 2-ci qrup əlil olan və müharibə veteranı adı və vəsiqəsi alan X25 şahid kimi birinci instansiya məhkəməsində iştirak etmiş, döyüş tapşırığını yerinə yetirərkən yaralandıqlarını və bu səbəbdən də ona müharibə veteranı adının və vəsiqəsinin verildiyini hakimin diqqətinə çatdırmışdır. Bunlardan başqa xəstəlik tarixçəsində də döyüş tapşırığını yerinə yetirərkən minaya toxunub qəlpə yarası almağı əks olunmuş, bunlardan əlavə isə məhkəmənin öz təşəbbüsü ilə aldığı xx.xx.2023-cü il tarixli HP-2N/256 nömrəli məktubda da qeyd olunmuşdur ki, “Şəmkir rayon Prokurorluğunun N997-ci ilin cinayət işlərinin qeydiyyat kitabına və aylıq hesabatlara əsasən N nömrəli hərbi hissədə xx.xx.N997-ci il tarixdə döyüş tapşırığı yerinə yetirərkən mina partlayışına məruz qalaraq 5 hərbi qulluqçunun ölməsi digərlərinin xəsarət alma sı” barədə məlumat vardır. İddiaçı şikayətində “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarına əsaslanaraq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi döyüş tapşırığını yerinə yetirərkən yaralanması ilə bağlı kifayət qədər sənəd və hətta şahid təqdim etməsinə baxmayaraq, Əsasnamənin N-ci bəndinin tələbini pozmaqla qərar qəbul etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, N4 dekabr 2023-cü il tarixli, 2-N(N22)-4N/2023 nömrəli qərarı nın ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məhkəmə iclaının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiyindən kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair birinci instansiya məhkəməsinə ünvanladığı N3 mart 2023-cü il tarixli, 3-25-NN/2-NN46/2023 nömrəli yazılı etirazında göstərmışdır ki, Gəncə Hərbi Məhkəməsinin 2N fevral 2023-cü il tarixli, 55 nömrəli məktubundan və ona əlavə edilmiş 0N aprel N998-ci il tarixli, N-34 N998 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olan zaman şəxsi heyətlə birlikdə xx.xx.N997-ci il tarixdə xidmət etdikləri taqımın döyüş mövqeyinin ərazisində səngərdə qazıntı işləri apardıqdan sonra yataqxanaya qayıdan zaman mina partlayışı zamanı xəsarət almışdır. Həmçinin etiraza əlavə edilmiş Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-NNN5 nömrəli məktubunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xidmət etdiyi bölməsinin şəxsi heyəti ilə birlikdə xidməti vəzifələrini yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət al mışdır. Bununla da İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin (...N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir) tələblərinə ziddir Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəl ləsinin 2.2.2-ci maddəsinə görə hazırki iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual M əcəlləsinin N.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağ lı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını idd iaçının izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 27 oktyabr 2022-ci il tarixli, 4/3-N2005 nömrəli imtina məktubunda göstərilmişdir ki, ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövtət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.202N-ci il tarixli, 76N nömrəli arayışına və hərbi biletdə olan qeydlərə əsasən hərbi xidməti atəşkəs dövrünə (xx.xx.N995-xx.xx.N998-ci il tarixlərə) təsadüf etdiyinə görə ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 08 dekabr 202N-ci il tarixli, 4/2-2N9N nömrəli arxiv arayışından aydın olur ki, N №-li hərbi hissədən gəlmiş, siravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, N88 №-li əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, sıra vi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, 277 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Babək RHK-dan çağırılmış, N №-li hərbi hissədən gəlmiş, xx.xx.N977-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, 275 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə nazirinin xx.xx.N998-ci tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis edildiyi üçün komandirin xx.xx.N998-ci il tarixli, N03 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli, 275 №-li əmrində xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli, 89 №-li əmri ilə əsgər İddiaçı N95 №-li hərbi hospitala müalicəyə göndərilərək, qazan təminatından çıxarılmışdır. Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis edildiyi üçün manqa komandiri, əsgər İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli, N03 №-li əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyata düşmək üçün Babək RHK-na göndərilmişdir. N və N №-li hərbi hissələrinin sənədləri və xəstəlik haqqında epikrizlər Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. - Babək Rayon Polis Şöbəsi tərəfindən 02 fevral 20N3-cü il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx N977-ci il tarixdə Naxçıvan rayonu, Cəhri kəndində doğulmuş İddiaçı Babək rayonu, Cəhri kəndində pasport qeydiyyatındadır. - Şəmkir Hərbi Prokurorluğunun N7 yanvar 2023-cü il tarixli, HP-2N/256 nömrəli məktubundan məlum olur ki, Şəmkir hərbi prokurorluğunun N997-ci il tarixli cinayət işlərinin qeydiyyatı kitabına və aylıq hesabatlara əsasən, N nömrəli hərbi hissədə xx.xx.N997-ci ildə döyüş tapşırığı yerinə yetirərkən mina partlayışına məruz qalaraq 5 hərbi qulluqçunun ölməsi, digərlərin xəsarət almaları barədə məlumat vardır. Belə ki, N nömrəli hərbi hissənin mühəndis istehkam bölüyünün müvafiq hərbi qulluqçularının xx.xx.N997-ci ildə mina partlayışına məruz qalaraq 5 hərbi qulluqçunun ölməsi, N0 hərbi qulluqçunun xəsarət almaları faktına görə leytenant X6, kiçik leytenant X3 və leytenant X9 həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-N maddəsinin «q» bəndi ilə təqsirləndirilmələrinə dair N9/N8098 nömrəli cinayət işi xx.xx.N997-ci il tarixdə baxılması üçün hərbi məhkəməyə göndərilmişdir. Həmin cinayət işi üzrə nəzarət icraatı saxlama müddətinin başa çatması ilə əlaqədar məhv edildiyindən İddiaçı həmin hadisə zamanı xəsarət alması barədə məlumat vermək mümkün deyildir. -İşə əlavə edilmiş İddiaçı məxsus notarial qaydada təsdiq edilmiş H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən aydın olur ki, o, xx.xx.N995-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə nazirinin xx.xx.N998-ci tarixli, 46 mömrəli əmri əsasında N nömrəli hərbi hissə komandirinin xx.xx.N998-ciil tarixli, N03 nömrəli əmri ilə ehtiyata tərxis edilmişdir.Hərbi biletin 9-cu səhifəsində N nömrəli hərbi hissənin tibb xidməti rəisinin təsdiq etdiyi qeyddə onun xx.xx.N997-ci il tarixdə sağ əlindən, qasıq nahiyyəsindən qəlpə yarası alması göstərilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 07 mart 2023-cü il tarixli, 4/2-NNN5 nömrəli məktubundan aydın olur ki, N №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. - Az ərbaycan Respublikasının Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin 08 dekabr 202N-ci il tarixli, 4/2-2N9N nömrəli arxiv arayışından aydın olur ki, N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli, 89 №-li əmri İlə əsgər İddiaçı N95 №-li hərbi hospitala müalicəyə göndərilərək, qazan təminatından çıxarılmışdır. - N saylı hərbi hissənin çıxarış epikrizinin təsdiq olunmuş surətindən aydın olur ki, N saylı hərbi hissənin sıravi əsgəri İddiaçı xx.xx.N997-ci il tarixdən xx.xx.N997-ci il tarixə qədər N saylı hərbi hissənin Cərrahiyyə şöbəsində çanağın sağ yarısın “kor qəlpə yarası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Daxil olarkən şikayəti çanaq nahiyəsində olan qəlpə yarası, qanaxma və ağrı olmuşdur. Dediyinə görə, qəlpə yarası xx.xx.N997-ci il tarixdə N saylı hərbi hissənin hə rbi postunda olarkən mina partlaması nəticəsində yaranmışdır. Yaralanandan sonra N95 saylı hərbi hissəyə gətirilmiş, oradan da N saylı hərbi hissəyə köçürülmüşdür. - N95 saylı hərbi hissənin çıxarış epikrizinin təsdiq olunmuş surətindən aydın olur ki, N saylı hərbi hissənin əsgəri olmuş İddiaçı xx.xx.N997-ci il tarixdə N95 saylı hərbi hissəyə “kor qəlpə yarası” diaqnozu ilə daxil olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mərkəzi Hərbi Həkim Komissiyasının N0 oktyabr 2022-ci il tarixli, N0 nömrəli qərarından görünür ki, SHXÇDX-nin Babək Rayon İdarəsi tərəfindən xx.xx.N995-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.N998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, İddiaçı N997-ci ilin mart ayında N saylı h ərbi hissənin postunda olarkən mina partlayışı zamanı travma almış və N nömrəli hərbi hissədə "çanağın sağ yarısının kor qəlpə yarası" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Naxçıvan Muxtar Respublikası SHXÇDX-nin xx.xx.2022-ci il tarixli, 33 nömrəli göndərişi, N nömrəli hərbi hissənin çıxarış epikrizinin kserosurəti, SHXÇDXnin Babək RİH tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, 382 nömrəli arayış, onunla birlikdə xidmət edən 2 vətəndaşın şahid ifadələri, MN NQ MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır -Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsin şüa-daqnostika şöbəsinin rentgen diaqnostıka kabinetinin xx.xx.202N-ci il tarixli arayışında İddiaçı qasıq sümüyünün yuxarı şaxəsi sinfizə yaxın yerində yumşaq toxuma içində 0, 9 sm ölçüdə oval formada metal intensivliklə yad cisimin izlənməsi qeyd olunmuşdur. - Naxçıvan MR Xəstəxanasından verilmiş xx.xx.2023-cü il tarixli arayışda İddiaçı kiçik çanaq nahiyyəsində yumşaq toxumada 3 ədəd mm-lik metal yad cisim-qəlpə izlənməsi qeyd olunmuşdur. Kollegiya tərəfindən 05 mart 2024-cü il, 02 aprel 2024-cü il, N6 aprel 2024-cü il, 23 aprel 2024-cü il tarixlərdə Şəmkir şəhəri, 3-cü korpus nəzdində fəaliyyət göstərən N93 nömrəli hərbi hissəyə və Qazax rayonu Ağköynək 35NN-də yerləşən N saylı hərbi hissəyə İddiaçı N997-ci ildə hərbi xidmət keçərkən mina partlayışı nəticəsində aldığı xəsarətin (yaralanmanın) döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi və ya döyüş əməliyyatları ilə əlaqədar olmas ı barədə məlumatların və həmin hadisəni təhlil etməyə imkan verən hərbi hissənin nizami hissə üzrə əmrlərini və ya arxiv arayışlarının məhkəməyə təqdim edilməsi barədə sorğular və sorğu barədə xatırlatma məktubları göndərilməsinə baxmayaraq sorğuların cavabları kollegiyaya təqdim edilməmişdir. Həmçinin sorğulara cavab verilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə də məktublar göndərilmiş, bununla bağlı cavab verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri ndən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin N-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Naxçıvan MR İnzibati Məhkəməsinin N0 fevral 2023-cü il tarixli məhkəmə iclasının protokulundan görünür ki, X26 məhkəmə iclasında şahid kimi dindirilərkən ifadəsində göstərmişdir ki, İddiaçı onun əsgərlik yoldaşı olmuş, birlikdə Qazax rayonunda xidmət etmişlər, oradakı köhnə erməni postunda xidmət aparmışlar, mina partlaması nəticəsində özü və Vəli də daxil olmaqla N2 nəfər yaralanmış, özü əvvəlcə Qazax rayonuna, bir saat sonra isə Tovuz rayonunun Alakol kəndinə göndərilmiş, Vəlinin isə yarası ağır olduğuna görə onu Gəncəyə göndərmişlər. Vəli təxminən iki ay xəstəxanada qalmış, sağalandan sonra xidmətə davam etmiş, özü isə xidmətdən məhdud yararlı olmaqla təxris olunmuşdur. İddiaçı özbaşına hərbi hissəni tərk etməmişdir. 200N-ci ildə özü “müharibə veteranı” vəsiqəsini almışdır. İş materiallarında olan xx.xx.200N-ci il tarixli, 05NN67 nömrəli, “müharibə veteranı” vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən aydın olur ki, XN6 Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “müharibə veteranı” vəsiqəsi verilmişdir. XN məxsus, 65677524 nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.N995-ci il tarixdən xx.xx.N997-ci il tarixə qədər N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuş, hərbi biletin 9-cu səhifəsində onun xx.xx.N997-ci ildə mina partlayışı nəticəsində sağ çiyin nahiyyəsindən yaralanması barədə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş, Qazax Qarnizonu Hərbi məhkəməsinin 0N apre l N998-ci il tarixli, N-34 nömrəli hökmünün təsdiq edilmiş surəti ilə müəyyən edilmişdir ki, baş leytenant XN9 döyüş şəraitində yerləşən N saylı hərbi hissənin mühəndis istehkam bölüyünün komandiri vəzifəsində xidmət edərkən 30 mart N997-ci il tarixdə Qazax rayonunun Aşağı Əskipara kəndinin yaxınlığındakı döyüş mövqeyini minalamış, minalanmış ərazinin qarşısında N saylı hərbi hissənin N-ci taborunun tağımının əsgərləri mühəndis istehkam işlərini apardıqlarını bildiyi halda qulluğa səhlənkar yanaşması nəticəsində həmin əsgərləri minalanmış sahədən təhlükəsiz çıxmaları üçün heç bir tədbir görməmiş, nəticədə həmin tağımın əsgərləri minalanmış ərazidən bələdçisiz özləri çıxarkən minaya düşmüş, partlayış baş vermişdir, nəticədə sıravı əsgərlər X20, X30, X27, X36, XN2 həlak olmuşlar, kişik leyte nant X3, gizir X7 və sıravi əsgərlər X37, XN3, X38, X8, XN4, X28, İddiaçı və X26 müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Hökmə əsasən İddiaçı məhkəmə-tibb ekspertizasının rəyinə görə ağır dərəcəli, XN0 az ağır dərəcəli bədən xəsarətləri almaları, həmin xəsarətlərin mina partlaması nəticəsində qəlpələrin təsirindən törəndiyini və yetirilmə vaxtına görə 30 mart N997-ci il tarixə uyğun olması təsdiq edilir. Həmçinin hökmdə göstərilmişdir ki, N saylı hərbi hissə komandirinin N mart N997-ci il tarixli əmrindən görünür ki, 2-ci taborun qoruduğu Məzən, Aşağı Əskipara və Quşçu-Ayrım yaşayış məntəqələrində yeni səngərlərin qazılması barədə N-ci taborun komandanlığına göstəriş verilmişdir. Hökmdə qeyd edilmiş zərərçəkmişlər X29, X5 və İddiaçı və digərlərinin ifadələrindən aydın olur ki, onlar və digərləri N997-ci ilin mart ayının 29-dan 30-na keçən gecə Aşağı Əskipara kəndinin yaxınlığında döyüş mövqelərinin qarşısında səngər qazılması işi görməklə mühəndis istehkam işləri aparmışlar. Hökmdən həmçinin aydın olur ki, İddiaçı hərbi xidmətdə olduğu N nömrəli hərbi hissə həmin vaxt döyüş şəraitində yerləşmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsinin “Qeyd” hissəsinə görə ”döyüş şəraiti” dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür. Beləliklə həmin hökmdən aydın olur ki, İddiaçı döyüş şəraitində yerləşən N nömrəli hərbi hissədə xidmət keçərkən həmin hərbi hissə komandirinin N mart N997-ci il tarixli əmrinə əsasən Məzən, Aşağı Əskipara və Quşçu-Ayrım yaşayış məntəqələrində yeni səngər lərin qazılması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirib geri qayıdarkən xx.xx.N997-ci ildə mina partlayışı nəticəsində ağır dərəcəli bədən xəsarəti almışdır. İş materiallarında olan N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.N997-ci il tarixli, 202 nömrəli arayışın təsdiq olunmuş surətindən iddiaçı ilə birlikdə xidmət etmiş, hökmdə adı göstərilən XN8 xx.xx.N997-ci il tarixdə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu məlum olur. Həmçinin Babək rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 2N.0N.98-ci il tarixli, 72 nömrəli arayışdan aydın olur ki, iddiaçı ilə birlikdə xidmət etmiş X30 həqiqətən Qazax rayonu Məzən kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Kollegiya qeyd edir ki, həmin hökmdən, şahid XN7 məxsus olan hərbi biletin surətindən göründüyü kimi məhkəmədə şahid qismində dindirilmiş X26 İddiaçı ilə eyni hərbi hissədə birlikdə xidmət etmiş, eyni vaxtda və eyni səbəbdən yaralanmış, ona cavabdeh tərəfindən xx.xx.200N-ci il tarixdə 05NN67 nömrəli “müharibə veteranı” vəsiqəsi verilmiş, lakin iddiaçının hərbi xidmətinin atəşkəs dövrünə (xx.xx.N995-xx.xx.N998-ci il tarixlərə) təsadüf etdiyinə görə ona "müharibə veteranı" adının və və siqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respubliakası Qanunu: Maddə N2.N: Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə N2.2: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə N2.3: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə N2.4: İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həy ata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə N3.N: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Kollegiya qeyd edir ki, bu kimi tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Qanunvericiliyin tələbinə əsasən inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətənd aş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. İddiaçının xidmət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinin redaksiyasında müharibə veteranı adının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət ke çərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 3 noyabr 20N6-cı il tarixli, 438 nömrəli Qərarı ilə həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndin səkkizinci yarımbəndi aşağıdakı kimi yeni redaksiyada verilmişdir. Belə ki, müharibə veteranı adının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ər azilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Az ərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməsi təsbit edilmişdir. “ X4 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmas ına dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qüvvədə olan Əsasnamə isə N99N-ci il oktyabrın 9-dan sonrakı dövr üçün bunun verilməsini belə əməliyyatlarda iştirak etmiş şəxslərdən hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, hərbi qulluqçulara, o cümlədən yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara şamil etmişdir... Bununla əlaqədar olaraq, Konstitusiya Məhkəməsi hesab edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkə n hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Kollegiya qeyd edir ki, hərbi ensklopedik lüğətdə verilmiş anlayışa görə döyüş əməliyyatı dedikdə silahlı qüvvələrin bölmələrinin (qüvvələri), birləşmələrinin və birliklərinin, ayrı-ayrı döyüş silahları, xüsusi təyinatlı qüvvələr və hərbi hissələr tərəfindən döyüş tapşırıqlarını yerinə yetirmək üçün qüvvə və vasitələrin mütəşəkkil istifadəsi, yə ni əməliyyat, taktiki və operativ səviyyədə müharibə aparılması başa düşülür.Döyüş əməliyyatının əsas növü hücum və müdafiədir. (Hərbi ensklopedik lüğət. Hərbi nəşriyyat. N984). Beləliklə yuxarıda göstərilən şahid ifadəsi ilə, iddiaçıya məxsus hərbi biletlə, iddiaçının xidmət etmiş olduğu N nömrəli hərbi hissə komandirinin döyüş tapşırığının yerinə yetirilməsi barədə N mart N997-ci il tarixli əmri ilə, Qazax Qarnizonu Hərbi məhkəməsinin 0N aprel N998-ci il tarixli, N-34 nömrəli hökmü ilə və iş üzrə toplanmış digər sübutlarla İddiaçı xx.xx.N997-ci il tarixdə döyüş əməliyyatının müdafiə növü üzrə döyüş tapşırıqlarını yerinə yetirərkən mina partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alması təsdiq olunur. Ona görə də kollegiya hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İddiaçı "müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmamışdur. Kollegiya göstərilənlərə əsaslanıb belə hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinin öz təsdiqini tapmadığına əsaslanmaqla cavabdehin ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtinasının qanuni olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləsinin 68.N-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə ba ğlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı şikayətinin dəlilləri əsaslı olduğundan şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N4 dekabr 2023-cü il tarixli, 2-N(N22)-4N/2023 nömrəli qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.N, 87.5, 87. 6, 87.8, 90.N və 94.N-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-N2005 nömrəli imtina məktubunu əsassız hesab edərək, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N4 dekabr 2023-cü il tarixli, 2-N(N22)-4N/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N4 dekabr 2023-cü il tarixli, 2N(N22)-4N/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-c i il tarixli, 4/3-N2005 nömrəli imtina məktubu əsassız hesab edilərək İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən N ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar