Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-22/2021 10.08.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Quliyev Vüqar Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, Şikayətçi İddiaçı və onun vəkili Vəkil, türk dili üzrə tərcüməçi X4 iştirakları ilə, Şikayətçi İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi X2 17 aprel 2021-ci il tarixli, 16/488 saylı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarının ləğv edilməsi barədə ərizəsi üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı şikayət ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi X2 17 aprel 2021-ci il tarixli, 16/488 saylı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 21(122)-106/2021 nömrəli qərardadı ilə İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi X2 17 aprel 2021-ci il tarixli, 16/488 saylı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarından verdiyi şikayət mümkün sayılmamış, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin şikayətçi İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəməni n qərardadından narazı qalan şikayətçi İddiaçı apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə və apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 21(122)-106/2021 nömrəli qərardadı üzrə buraxılmış apellyasiya müddətinin bərpa olunması və sözügedən qərardadın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, formal xətaların aradan qaldırılması barədə məktub ona çatdırılmamış, məhkəmə baxışında isə onun həmin xətanın aradan qaldırılmasını hansı formada edilməsi izah edilməmiş və köməklik göstərilməmişdir. Onun Azərbaycan Respublikasının qanunları nın bilmədiyini, ərizədə olan xətaların aradan qaldırılmasını hansı formada edəcəyini bilmədiyini, digər tərəfdən məhkəmə qərarı və məktubların ona tərcümə olunmuş vəziyyətdə çatdırılmadığını, əgər o variantda çatdırılsaydı mahiyyətini başa düşəcəyini, Naxçıvan Muxtar Respublikası Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən X1rşılanıb məhkəməyə gətirildiyini, onların vasitəsi ilə də geri qaytarıldığını, həmçinin məktubun onun yaşadığı Türkiyə Respublikasına çatdırılmalı olduğunu, o deportasiya olunduğu üçün Naxçıvanda yaşamadığını, X6 Xidmətinin 17 aprel 2021-ci il tarixli, 488 saylı qərarı ilə beş il müddətinə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının qərara alındığını, qərarda onun üç ay ərzində Respublika ərazisində olmamasına istinad olunduğunu, o, həmin müddət ərz ində İran İslam Respublikasında müalicə olunduğunu qeyd etmişdir. Əlavə olaraq o, 2003-cü ildə Naxçıvan vətəndaşı ilə ailə həyatı qurduğunu, Naxçıvan şəhərində yetkinlik yaşına çatmayan üç övladının olduğunu, birgə nikah dövründə qazanılmış yaşayış evinin və avtomobilinin olduğunu, onun ölkə ərazisində olmamasının onların yaşayışına, təhsilinə və keçirdikləri həyat tərzlərinə mənfi təsir göstərəcəyini, bundan başqa uşaqların analarından alınıb ona verilməsi tələbinə dair iddiasının Naxçıvan Şəhər Məhkəməsinin icraatında olduğunu, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsindən verdiyi şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olduğunu, qərardad ilə iş üzrə icraatın dayandırıldığını, Naxçıvan Şəhər Məhkəməsinin qətnam əsi ilə oğlu Fahrinin onun yanında saxlanılmasının qət edildiyini qeyd etmişdir. Qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21(122)-106/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 79-cu maddəsinə istinad etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən şikayətçi İddiaçı və onun vəkili Vəkil şikayətdə qeyd olunanlara uyğun izahat verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Pro sessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmu nuna dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatında şikayətçinin və onun vəkilinin izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edi lməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İlk olaraq, şikayətçi İddiaçı şikayətində qeyd etdiyi, birinci instansiya məhkəməsi tərəfindən formal xətaların aradan qaldırılması barədə məktubun ona çatdırılmaması, məhkəmə baxışında isə onun həmin xətanın aradan qaldırılmasını hansı formada edilməsinin izah edilməməsi və köməklik göstərilməməsi, onun Azərbaycan Respublikasının qanunlarını bilmədiyi barədə dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Mə cəlləsinin 65-ci maddəsinə uyğun olaraq İnzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Qanunvericiliyin qeyd olunan müddəalarına əsasən işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən tərtib olunan şifahi məhkəmə baxışı iclası protokolundan müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxan hakim tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmiş, şikayətçi İddiaçı ərizəsinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun olmaması izah olunaraq ərizədə yol verilən formal xətaların aradan qaldırılaraq qan unvericiliyin tələblərinə uyğun iddia ərizəsinin 01 iyun 2021-ci il tarixədək məhkəməyə təqdim edilməsinin təklif edildiyi bildirilmiş, lakin şikayətçi ərizədə yol verilən formal xətaların aradan qaldırılması barədə ona ünvanlanmış məktubdan xəbərdar olduğunu, məktubda yazılanları oxuduğunu, lakin qeyd edilən formal xətaları düzəltmədiyini, bundan sonra da düzəltmək imkanının olmadığını, çünki Türkiyəyə qayıdacağını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, iş materialları ilə birinci instansiya məhkəməsi tərəfindən ərizədə yol verilən formal xətaların aradan qaldırılması barədə məktubun şikayətçi İddiaçı ərizəsində qeyd etdiyi ünvana göndərildiyi və həmin ünvanda qəbul edildiyi, eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38 -ci maddəsinin tələblərinin şikayətçi İddiaçı şəxsən izah olunduğu da müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə uyğun olaraq işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və imzalandığı andan 3 gün ərzində yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin iş materialları ilə birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolu barədə hər hansı yazılı qeydlərin verildiyi öz təsdiqini tapmır. Həmçinin, şikayətçi İddiaçı apellyasiya məhkəməsində verdiyi izahatında azərbaycan dilini bildiyini, lakin bəzi terminləri başa düşməkdə çətinlik çəkdiyini bildirsə də, birinci instansiya məhkəməsində onun tərəfindən tərcüməçi ilə təmin edilməsi ilə əlaqədar hə r hansı vəsatətin verildiyi də iş materialları ilə təsdiq edilmir. Eyni zamanda, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilməməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməməsi (müddətin uzadılmaması), əvvəl verilmiş icazənin isə ləğv edilməsi üçün əsas sayılır. Kollegiya şikayətdə qeyd olunan, X6 Xidmətinin 17 aprel 2021-ci il tarixli, 16/488 saylı qərarı ilə beş il müddətinə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasının qərara alınması, qəra rda onun üç ay ərzində Respublika ərazisində olmamasına istinad olunması, həmin müddət ərzində İran İslam Respublikasında müalicə alması, 2003-cü ildə Naxçıvan vətəndaşı ilə ailə həyatı qurması, Naxçıvan şəhərində yetkinlik yaşına çatmayan üç övladının, həmçinin birgə nikah dövründə qazanılmış yaşayış evinin və avtomobilinin olması, onun ölkə ərazisində olmaması onların yaşayışına, təhsilinə və keçirdikləri həyat tərzlərinə mənfi təsir göstərəcəyi, bundan başqa məhkəmələrin icraatında iddialarının olması, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə oğlu Fahrinin onun yanında saxlanılmasının qət edildiyi, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin müvafiq maddələrinə istinad etməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kimi “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.”. Yəni, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarda da qeyd edildiyi kimi iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya bununla əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, apellyasiya qaydasında məhkəməyə müraciət edərkən yol verilmiş nöqsanların aradan qaldırılması birinci instansiya məhkəməsinin qərardadının ləğv üçün deyil, yenidən ümumi qaydada məhkəməyə müraciət etmək üçün əsas təşkil edir. Qeyd edilənlərə əsasən kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 8 9, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: Şikayətçi İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi X2 17 aprel 2021-ci il tarixli, 16/488 saylı Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərarının ləğv edilməsi barədə ərizəsi üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(122)-106/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 21(122)-106/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan о rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməs inin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-22/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-22/2021
10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver