Məhkəmə qərarları › İş №2-1(108)-47/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-47/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-47/2023 27.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri, X6 və X2 iştirakları ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı "əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair in zibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(122)-298/2023 nömrəli qərarından İddiaçı tərəfindən verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 21(122)-298/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı "əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı 29 avqust 2023-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(122)293/2023 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Naxç ıvan Muxtar Respublikası İnzibati Məhkəməsi 26 iyul 2023-cü il tarixdə İddiaçı cavabdeh “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” Kəngərli rayon şöbəsinə (əvvəlki adı: Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi) qarşı “əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə baxmış, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Qeyd edir ki, əmək pensiyası alır, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 27 noyabr 2003-cü il tarixli K-95 nömrəli əmri ilə ona İİİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, lakin əmək pensiyası hesablanarkən bu nəzərə alınmamışdır. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının deputatı olmuş, lakin əmək pensiyası hesablanarkən deputat kimi fəaliyyət göstərdiyi illər nəzərə alınmamışdır. Əlavə olaraq onun dövlət qulluqçusu kimi işlədiyi illər düzgün hesablanmamışdır. Bununla bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə oktyabr 2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, ona verilən cavabda aşağıdakılar qeyd olunmuşdur; Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkə n xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli Fərmanı ilə təsdiq ediİmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-12-ci bəndlərinə zidd olaraq vəzifə səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavələr və son 60 ayda vəzifə maaşına 30 faiz əlavə qeyriqanuni olaraq hesablanmışdır. Əmək pensiyası yenidən hesablanmış, nəticədə aylıq 233 manat 32 qəpik olmaqla cəmi 5833 manat artıq pul vəsaiti ödənilmişdir. 01 oktyabr 2021-ci il tarixdən aylıq əmək pensiyasının məbləği 1049 manat 51 qəpik müəyyənləşdirilmişdir. Naxçıvan Muxtar Respu blikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə 17 yanvar 2023-cü il tarixdə daxil olmuş ərizəsinə şöbədə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1 maddəsinin 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Qulluq stajı aylıq vəzifə maaşına əlavə haqq (faizlə) 1 ildən-5 ilədək 5, 5 ildən-10 ilədək 10, 10 ildən-15 ilədək 20, 15 ildən yuxarı 30 faiz əlavə hesablanır. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2. 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması" Qaydalarının 2-ci bəndinə görə: Əmək pensiyasının təyin edilmə si üçün dövlət məvacibi dövlət qulluqçusunun son 24 ayda və ya istənilən ardıcıl 60 aydakı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Məhkəmə iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən: fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifə yə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığorta olunanın sığorta stajına daxil edilir. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 saylı Fərmanına əsasən: Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. Hakimiyyət səlahiyyəti verilən d övlət qulluqçularının Siyahısı üzrə: 1. ali-5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri; 2. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan “Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində inzibati vəzifələrin ali-ikinci təsnifatlarında qulluq keçən dövlət qulluqçuları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri, Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində və Azərbaycan Respublika sının Xüsusi Tibb Xidmətində şöbə müdiri, onun müavinləri, habelə müstəqil struktur vahidi olan sektorun müdiri. 3. kollegial orqanların fəaliyyətini təmin edən dövlət orqanlarının rəhbərləri (katib və s.) və rəhbər müavinləri; 3-cü-5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri; Ali-5-ci kateqoriya dövlət orqanlarında sədrin (rəhbərin) köməkçiləri və müşavirləri, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və rəhbərinin müavini göstərildiyi qeyd edilmişdir. Sonradan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 99 nömrəli 01 oktyabr 2021-ci il tarixli sərəncamına düzəliş aparılaraq yenidən hesablanması qanunvericiliyə uyğun olaraq aparılmışdır. Məhkəmənin gəldiyi bu qənaətin tamamilə yanlış və səhv olduğunu, qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2-1(122)-298/2023 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Al i Məhkəməsində baxılan zaman İddiaçı ərizə ilə müraciət edərək tələbini dəqiqləşdirmiş, kollegiya qərar qəbul edərək apellyasiya şikayətinə “01 oktyabr 2021-ci il tarixindən azaldılmış pensiyasının bütün sonrakı artımları nəzərə alınmaqla bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində baxılmasını qərara almışdır. Şikayətin apellyasiya baxışı zamanı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu vəsatətlə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 2023-cü il 25 iyul tarixli 317-9/3-2-14/2023 nömrəli əmri ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi (bundan sonra - Nizamna mə) təsdiq edildiyini, Nizamnamənin 3.1.19-cu və 3.1.20-ci yarımbəndlərinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin, kompensasiyaların təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, habelə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası X11 Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsini və ödənilməsini təmin etmək və əmək pensiyalarının, sosial müav inətlərin, ünvanlı dövlət sosial yardımın, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası X11, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunvericiliyə uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunvericilikdə nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etməyin Fondun vəzifəsi olduğunu, həmçinin Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin 2023-cü il 31 iyul tarixli 3-17-9/3-2-44/2023 nömrəli əmri ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun strukturunun təsdiq edildiyini, hazırda Naxçıvan MR inzibati Məhkəməsinin icraatında olan inzibati mübahisələrə dair işlərdə inzibati məhkəmə icraatının iştirakçıları qismində tanınmış Fondun rayon və şəhər şöbələri və idarələri 31 iyul 2023-cü il tarixindən etibarən Nizamnamənin 3.1.19-cu və 3.1.20-ci yarımbəndlərində göstərilən səlahiyyətlərə malik olmadığını qeyd etməklə, struktur dəyişikliyi ilə əlaqədar olaraq, hazırda məhkəmənin icraatında olan və məhkəmə icraatı davam edən İddiaçı apellyasiya şikayətinə dair işdə inzibati məhkəmə icraatının işti rakçısı olmuş Fondun Kəngərli rayon şöbəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsi və müvafiq məhkəmə sənədlərinin və məhkəmə aktlarının Fonda göndərilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun vəsatətini təmin edərək, cavabdeh inzibati orqanı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” Kəngərli rayon şöbəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsi barədə qərar vermişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apell yasiya şikayəti üzrə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında İddiaçı şikayəti müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 şikayəti rədd edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Apellyasiya şikayəti üzrə keçirilən məhkəmə baxışı iclasında verdiyi izahatında Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 şikayəti rədd edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmi n Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslan dırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs q anunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -32.1-ci maddəsinə ə sasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrin də proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya apellyasiya şikayətinə məcmu halında qiymət ve rərək qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatının qanuna uyğun olmadığını” aşkar etdiyinə istinad etməklə “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən təyin edilmiş pensiya məbləğinin azaldılması qənaətinə gəlmişdir. İddiaçı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” Kəngərli rayon şöbəsinə müraciət edərək mövcud mübahisəli halın a raşdırılmasını tələb etsə də, cavabdeh orqan inzibati icraata başlamamış, müvafiq qurumlara verdiyi sorğular əsasında iddiaçıya pensiya məbləğinin sabit qalması barədə məktub vasitəsilə məlumat verməklə kifayətlənmişdir. “İnzibati icraat haqqında” Qanun: 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinl əməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə ta nış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Kollegiya bildirir ki, işin müəyyən edilmiş hallarından aydın olur ki, cavabdeh inzibati orqanın təyin edilmiş pensiyanın məbləğini azaldarkən “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq inzibati icraat aparmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat dedikdə fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz t əşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət başa düşülür. Həmin maddənin məzmunundan aydın olur ki, inzibati orqanlar fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya öz təşəbbüsləri ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati akt qəbul edərkən həmin Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində inzibati icraat aparmalıdırlar. Lakin cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq qərara gəlmişdir, eynilə cavabdeh orqan mübahisələndirilən məsələ ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla yanaşı inzibati icraata başlamamış və heç bir inzibati akt qəbul etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə i lkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat” haqqında Qanunun 67.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normala rının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdehin mübahisələndirilən pensiya məbləğinin azaldılması barədə nəticəsi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən hüquqi baxımdan qanunsuz olduğundan işin faktiki halları ilə əlaqədar cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, təyin edilmiş pensiyasının cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə ləğv edilməsi qanunsuz olduğundan, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən b ütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd ed ilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələr ini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmamışdır. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(122)-298/2023 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müda fiə Fonduna qarşı "01 oktyabr 2021-ci il tarixdən azaldılmış pensiyanın bütün sonrakı artımlar nəzərə alınmaqla bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməli, İddiaçı 01 oktyabr 2021-ci il tarixdən azaldılmış pensiyasının bütün sonrakı artımlar nəzərə alınmaqla bərpa olunması öhdəliyi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94cü maddələrinin tələblərini rəhbər tutaraq, kollegiya q ə r a r v e r d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2-1(122)298/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı c avabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "01 oktyabr 2021-ci il tarixdən azaldılmış pensiyanın bütün sonrakı artımlar nəzərə alınmaqla bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilsin. İddiaçı 01 oktyabr 2021-ci il tarixdən azaldılmış pensiyasının bütün sonrakı artımlar nəzərə alınmaqla bərpa olunması öhdəliyi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə olunsun. Qərardan, onun İnzibati Məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar