Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-6/2022 02.03.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlunun heyətində, Muradov Vüsal Hicran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respubl ikası Dövlət Baytarlıq Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqısatqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qərara alınmışdır. İşin halları: İddiaçı Qasımov X4 Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020ci il tarixli, 07 nömr əli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarı ilə iddia əsassız olduğundan rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qərarından narazı qalan İddiaçı 13 dekabr 2021-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhk əməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarını ləğv edib, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli Lisenziyanın ləğv edilməsi haqqında əmrin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı satqısını həyata keçirmək üçün qərəzli şəkildə ləğv olunmuş 17 nömrəli Xüsusi lisenziyanın bərpa olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətin də onun haqqında qərəzli şəkildə qəbul olunmuş 16 mart 2020-ci il tarixli 07 nömrəli inzibati akt bu günə qədər rəsmi şəkildə ona təqdim olunmamışdır. Lisenziya ləğv olunan günə qədər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin saxta şəkildə hazırladığı akt və arayışlardan onun xəbəri olmayıb və bu proseslərin heç birində iştirakı olmamışdır. Səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmədiyindən oğlu X7 nümayəndə kimi iclaslarda iştirakını təmin etmiş, istər hazırlıq iclasında, istərsə də şifahi məhkəmə baxışı iclasında təqdim etdiyi sübutlara və əsaslı çıxışlara hakim tərəfindən ötəri yanaşılmış və ədalətli qərar verilməmişdir. 03 fevral, 25 fevral və 04 mart 2020-ci il tarixlərində Kəngərli rayon Qarabağlar kəndində yerləşən Baytarlıq aptekinə baxış keçi rmədən qərəzli şəkildə tərtib olunan hər üç aktda iştirak edən şəxslərin və Kəngərli rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli 376/20 nömrəli, 19 fevral 2020-ci il tarixli 405/20 nömrəli arayışları saxta şəkildə tərtib edən məsul şəxslərin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması mütləqdir. Məhkəmə iclasında tələb etdiyi halda bu şəxslər məhkəməyə cəlb olunmamışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun ol araq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Qərəzli şəkildə tərtib olunan aktlar və saxta arayışlar lisenziyanın ləğv i üçün əsas sayıldığı üçün həmin sənədlərin ilk öncə hüquqi əhəmiyyətinə qiymət verilməlidir və sifarişli tərtibatının əsası araşdırılmalıdır. Əlavə olaraq lisenziya təqdim olunan Baytarlıq binasının (Köhnə xəstəxana binasının) sökülməsi onun ixtiyarında olan bir məsələ olmamışdır. Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən həmin bina sökülmüşdür və Baytarlıq aptekinin yeni ünvanda fəaliyyət göstərməsinə şifahi razılıq verilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov və Kəngərli rayon İcra başçısı Kamal Ələkbərov birlikdə aptekin yeni ünvanına baxış keçirmişlər və fəaliyyətinə icazə vermişlər. Baytarlıq aptekinin köhnə binası 2018-ci ilin aprel ayında sökülməsinə baxmayaraq lisenziya 16 mart 2020-ci ildə ləğv olunmuşdur. Arada 2 illik bir zamanın öt ürülməsi deməyə əsas verir ki, baytarlıq aptekinin ünvanının dəyişilməsi lisenziyanın ləğvi üçün əsas olan məsələ olmayıb. Çünki bu əsas olsaydı bina sökülən kimi lisenziya dərhal ləğv olunmalıydı. 04 mart 2020-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində X3, X10, X11, X8, X9 tərəfindən tərtib olunmuş akt Kəngərli rayon Qarabağlar kəndində fəaliyyət göstərən İddiaçı məxsus Baytarlıq aptekində yazılmamışdır. Çünki 03 mart 2020-ci il tarixində Qarabağlar kənd sahə vəkili X15 və Kəngərli rayon İcra Hakimiyyətinin Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X8 tərəfindən qeyri-qanuni olaraq zorla aptekdə olan dərmanlar yığışdırılmış, ona məxsus olan lisenziya Baytarlıq aptekindən sahə vəkili Əliyev Rafiz tərəfindən götürülmüş və Baytarlıq aptekinin fəaliyyətinin dayandırılması oğlu X5 tələb olunmuşdur. Bu hadisələrdən də aydın olur ki, 04 mart 2020-ci ildə qərəzli şəkildə tərtib olunan akt sifariş əsasında olmuşdur. Bu aktda iştirak edən şəxslərin məhkəmə iclasına cəlb olunması mütləqdir. Bundan başqa "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası qanununun 14.2-ci maddəsinə görə lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt bu Qanunun 26.2-ci maddəsində göstərilən müddətdə təqdim edilmədikdə bu Qanunun 26.1.1-ci maddəsində nəzərdə tutulmuş halda lisenziya və icazə ləğv edilmiş hesab olunur, bu Qanunun 26.1.6-cı və 26.1.7-ci maddələrində nəzərdə tutulmuş hallarda isə lisenziya və icazə ləğv edilməmiş hesab olunur və lisenziyanın (icazənin) sahibi müvafiq fəaliyyət növünü lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt ona təqdim edilən ədək həyata keçirmək və hərəkəti icra etmək hüququna malikdir. 26.2-ci maddəsinə görə lisenziya və icazə bu Qanunun 26.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın (icazənin) sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Beləliklə, sadalanan normaların tələblərindən və işin qeyd edilən hallarına əsasən müəyyən edilir ki, cavabdehin bu günə qədər inzibati aktı lisenziyanın sahibinə təqdim etməməsi qanunun tələblərinin kobud şəkildə pozulmasından xəbər verir və qanunun 14.2-ci bəndinin tələbinə uyğun olaraq lisenziyanın sahibi müvafiq fəaliyyət növünü lisenziyanın və icazənin ləğvi haqqında inzibati akt ona təqdim edilənədək həyata keçirmək və hərəkəti icra etmək hüququna malikdir. Əlavə olaraq lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun 4.2.1-ci maddəsinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq prinsipləri əsasında aparılmalıdır. 8.4-cü maddəsinə əsasən yoxlayıcı orqan məc buri tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Baytarlıq apteki fəaliyyət göstərdiyi dövr ərzində məcburi tələblərin tətbiqi ilə bağlı səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə heç bir izahatlar verilməyib, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstəriİməmişdir. Cavabdehin təqdim etdiyi sübutedici sənədlərə nəzər yetirdikdə məlum olur ki, həmin sənədlər qanunvericiliyin tələbləri pozularaq qərəzli şəkildə tərtib olunub. Qarabağlar kənd İcra nümayəndəliyinin 19 fevral 2020-ci il tarixli 405/20 nömrəli arayışı əsassızdır. Çünki arayışın təqdim ol unduğu tarixdə X13 baytarlıq aptekində işçi olmayıb. Sadiqova Turacın işə daxil olma və işdən çıxma əmri və əmək müqaviləsini məhkəmə iclası zamanı hakimə təqdim etmişdir. Qarabağlar kənd İcra nümayəndəliyinin 12 fevral 2020-ci il tarixli 376/20 nömrəli arayışına cavab olaraq bildirmək istəyir ki, baytarlıq apteki 15 oktyabr 2019-cu ildən arayışda göstərilən ünvanda fəaliyyətə başlayıb. Həmin ünvan Qarabağlar kənd İcra nümayəndəliyinin tam qarşısında yerləşir. Onda belə bir sual yaranır ki, Qarabağlar kənd İcra nümayəndəliyi nəyə görə bu arayışı 12 fevral 2021-ci il tarixində yazmaq məcburiyyətində qalıb? Aptek fəaliyyət göstərən gündən öz etirazını niyə Kəngərli rayon Baytarlıq İdarəsinə bildirməyib? Hər iki arayış sonradan tərtib olunaraq öz qərəzli saxta əməllərini ört basdır etməyə xid mət etmişdir. Bu fikrinin əksini sübut etməyi Qarabağlar kənd İcra nümayəndəliyindən və Kəngərli rayon Baytarlıq idarəsindən tələb edir. Hər iki təşkilatda mövcud olan göndərilən və daxil olan arayışların qeydiyyatı kitabını və poçt göndərişi və qəbulunu sübut edəcək sənədləri məhkəməyə təqdim etmələrini xahiş edir. Bundan başqa Kəngərli rayon Baytarlıq İdarəsinin 03 fevral 2020-ci il və 25 fevral 2020-ci il tarixlərində Baytarlıq aptekində yoxlama keçirdib akt tərtib etmələri tamamilə saxta və qanunun bir çox maddələrinə zidd olaraq qərəzli şəkildə Baytarlıq aptekindən kənarda başqa zamanda tərtib olunmuşdur. Göstərilən hər iki tarixdə də aktda qeyd olunan Kəngərli rayon Baytarlıq İdarəsinin nümayəndələri baytarlıq aptekində olmamışlar. 25 fevral 2020-ci il tarixində Baytarlıq aptekində s atıcı xanım işləməyibdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 10.1-ci maddəsinə əsasən sahibkarda plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi onun aid oduğu risk qrupundan asılıdır və bu maddədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz. 10.3-cü maddəyə görə yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət, yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində plan üzrə (növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır: 10.3.1. yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə - altı ayda bir dəfədən çox olmayaraq; 10.3.2. orta ris k qrupuna aid edilən sahibkarlara münasibətdə - ildə bir dəfədən çox olmayaraq; 10.3.3. aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq. 10.3.1-ci maddəyə əsasən yoxlamalar 6 ayda bir dəfədən çox olmayaraq aparılmalıdır. Bir ayın içində iki dəfə yoxlama aparıb akt bağlamaq qanunun tələbinin açıq-aydın pozulmasını göstərir. Əlavə olaraq qanunun 17.1-ci maddəsinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Yenə qanunun tələbi pozularaq bir ayda iki dəfə keçirilən yoxlama tapşırıq əsasında və qərəzli şəkildə aparılmışdır. Hər iki tarixdə qərəzli şəkildə tərtib olunan aktlarda qanunun 31.2.2, 31.2.6, 31.2.7, 31.2.8, 31.2.11, 31.2.13-cü maddələrinin tələbi pozulmuşdur. "Sahibkarlıq sa həsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun 31.6-cı maddəsinə əsasən yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. 31.9-cu maddəsinə əsasən yoxlama aktı iki nüsxədə tərtib edilir. Yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə yoxlayıcı orqanda qalır. 31.10-cu maddəsinə əsasən sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənil ən vasitə ilə yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində sahibkara göndərilir. Qanunun yuxarıda sadalanan normalarının tələbləri kobud şəkildə pozularaq sahibkarın qanunla qorunan hüquqları nəzərə alınmamışdır. Kəngərli rayon Baytarlıq idarəsinin Dövlət Baytarlıq xidmətinə "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun 27.3-cü maddəsinə əsasən göndərməli olduğu əsaslandırılmış təqdimat əvəzinə saxta və qərəzli şəkildə bağlanmış aktlarda əks olunan məlumatları əsas götürərək 02 mart 2020-ci il tarixli 7-1 nömrəli məlumatı da qərəzli şəkildə, qanunun tələblərinə zidd olaraq yazıldığı aydın görünür. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri inzibati aktı qəbul edən Dövlət Baytarlıq xidməti tərəfindən kobud şəkildə pozu lmuşdur. İnzibati akt qəbul edilən zaman sahibkara məlumat verilməmiş və sahibkardan xəbərsiz qərəzli şəkildə inzibati akt qəbul olunmuşdur. Göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarını ləğv edib, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli 07 nömrəli Lisenziyanın ləğv edilməsi haqqında əmrin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün qərəzli şəkildə ləğv olunmuş 17 nömrəli Xüsusi lisenziyanın bərpa olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında şikayətinin təmin olunmaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin nümayəndəsi X12 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında apellyasiya şikayətinin təmin olunmamaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən üçüncü şəxs İddiaç ı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsasl andırılmalıdır. Kollegiya iş üzrə İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, işin kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmrinin ləğv olunması və 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqısatqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziyanın bərpa olunmasının cavabdeh in üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Kəngərli Rayon Qarabağlar Bələdiyyəsinin 31 oktyabr 2016-cı il tarixli, 14 nömrəli qərarı ilə kənd mərkəzində olan köhnə xəstəxana binasından baytarlıq apteki işlətmək üçün iki otağı 15 (on beş) illiyinə icarəyə götürmüşdür. İcarəyə götürdüyü bina baytarlıq apteki üçün yararsız halda olduğundan Kəngərli Rayon İcra Hakimiyyətinin tapşırıqları əsasında həmin binanı şəxsi vəsaiti hesabına əsaslı təmir edərək baytarlıq apteki üçün yararlı vəziyyətə salmışdır. Təmirdən sonra binaya baxış keçirildikdən sonra ona 19 aprel 2017-ci il tarixli Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin Kəngərli rayon Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirmək üçün 17 nömrəli xüsusi lisenziya verilmişdir. Nəhayət 2020-ci il mart ayında qanunsuz olaraq Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun tapşırığı əsasında verilmiş xüsusi lisenziya Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən zorla oğlunun əlindən alınmışdır. İddiaçının sonradan əldə etdiyi məlumatlara görə ona verilmiş xüsusi lisenziya qərəzli şəkildə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli əmri ilə ləğv edilmişdir. Lisenziyanın qərəzli şəkildə ləğv olunduğu tarixə qədər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən sahibkara heç bir yazılı və şifahi xəbərdarlıq olunmamışdır. Sifariş lər əsasında qərəzli şəkildə tərtib olunan aktdan və əmrdən onun xəbəri olmamışdır. Bugünə qədər aktın və əmrin surəti qərəzli şəkildə fəaliyyəti dayandırılan sahibkara çatdırılmamışdır. İddiaçı qeyd edir ki, əvvələr İİ qrup əlil olmuş, bu hadisələrdən sonra xəstəliyi daha da artaraq İ qrup əlil olmuşdur. Xüsusi lisenziyanın bərpası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə oğlunun çoxsaylı yazılı və şifahi müraciətlərindən heç bir müsbət cavab ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qarabağlar Bələdiyyəsinin 31 oktyabr 2016-cı il tarixli, 14 nömrəli qərarından məlum olur ki, Qarabağlar kənd sakini İddiaçı ərizəsi nəzərə alınmış, kənd mərkə zində olan köhnə xəstəxana binasından icarə haqqı aylıq 50 (əlli) manat olmaqla baytarlıq apteki üçün iki otaq İddiaçı icarəyə verilmişdir. İşə əlavə olunmuş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli lisenziyanın surətindən göründüyü kimi, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən İddiaçı Kəngərli rayonunun Qarabağlar kəndində Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq təbabətində istifadə olunan dərman maddələrinin alqı-satqısını həyata keçirməyə icazə verilmişdir. İşə əlavə edilmiş 04 mart 2020-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində X3, X10, X11, X8, X9 tərəfindən tərtib edilmiş aktdan məlum olur ki, 04 mart 2020-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində fəaliyyət göstərən İddiaçı məxsus Baytarlıq aptekinə baxış keçirilərkən 19 aprel 20 17-ci il tarixdə İddiaçı baytarlıq dərmanlarının alqı-satqısı üçün lisenziya verildiyi, bu müddət ərzində sahibkara dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, dərmanların dövriyəsi üçün illik hesabatların Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə təqdim edilmədiyi, aptekdə satıcı kimi fəaliyyət göstərən X6 baytarlıq təhsili olmadan işə götürüldüyü, kənd mərkəzində lisenziya verilmiş aptekin yeri dəyişdirildiyi üçün Dövlət Baytarlıq Xidmətinə məlumat verilmədiyi, hal-hazırda lisenziya verilmiş İddiaçı yataq xəstəsi olduğundan oğlu Nümayəndə aptekdə olan baytarlıq dərmanlarını götürmüş, aptekdə heç bir baytarlıq dərmanlarına rast gəlinməməklə fəaliyyətini dayandırmışdır. 03 fevral 2020-ci il tarixdə və 25 fevral 2020-ci il tarixdə Kəngərli rayon Qarabağlar kəndində Ağa yev Rəsul, Babayev Seyfəddin və Əliyev Xəyaləddin tərəfindən tərtib edilmiş aktların məzmunundan məlum olur ki, İddiaçı məxsus Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekinə baxış keçirilmişdir. Baxış zamanı aptekdə dərman bioperaparatlarının saxlanılması normalara uyğun vəziyyətdə olmadığı, heyvanlara məxsus olan dərmanların bitkiçiliyə aid dərmanlarla bir yerdə saxlanıldığı, bunun da baytar-sanitarlıq qaydasına uyğun olmadığı məlum olmuşdur. Kəngərli Rayon Baytarlıq İdarəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə ünvanladığı 02 mart 2020-ci il tarixli, 7-1 nömrəli məktubdan məlum olur ki, 2020-ci ilin fevral ayında (03 və 25 fevral tarixlərində) Kəngərli Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində baytar sanitar qaydalara əməl olunma sı vəziyyəti və baytarlıq apteklərinə nəzarət məqsədi ilə iki dəfə reyd keçirilmiş, reydlər zamanı Qarabağlar kəndində fəaliyyət göstərən İddiaçı məxsus baytarlıq aptekində işləyən X6 qeyri-ixtisas sahibi olması aşkar olunmuşdur. Digər tərəfdən satılan dərman maddələri haqqında alıcılara düzgün təlimat verilmədiyi üçün əhali arasında narazılığın yaranması, eləcə də aptekin yerləşdiyi binanın yaşayış sahəsi olduğu və burada hər an zəhərlənmələrin baş vermə təhlükəsi olmasını nəzərə alıb həmin aptekin fəaliyyətinə dair verilmiş lisenziyaya yenidən baxılması xahiş edilmişdir. Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 fevral 2020-ci il tarixli, 376/20 nömrəli arayışdan məlum olur ki, Qarabağlar kəndində fəaliyyət göstərə n baytarlıq aptekinin yerləşdiyi bina yaşayış sahəsi olduğundan aptek üçün yararsızdır. Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli, 405/20 nömrəli arayışdan məlum olur ki, Qarabağlar kəndində fəaliyyət göstərən baytarlıq aptekini işlədən X13 həqiqətən qeyri-ixtisas sahibidir. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisinin 16 mart 2020-ci il tarixli, 07 nömrəli lisenziyanın ləğv edilməsi haqqında əmri ilə “Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununun 26.1.7-ci maddəsinə və Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti haqqında Əsasnamənin 13.1-ci hissəsinə əsasən Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən İddiaçı məxsus baytarlıq aptek inin işlədilməsinə dair verilmiş 19 aprel 2017-ci il tarixli, 17 nömrəli xüsusi lisenziya 16 mart 2020-ci il tarixdən ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğu l ola bilərlər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə görə lisenziyanın (icazənin) sahibi olan fərdi sahibkarın soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə lisenziya və icazə yenidən rəsmiləşdirilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə bu Qanunun 23.1.1-ci, 23.1.2-ci və 23.1.3cü maddələrində göstərilən əsaslar olduqda, lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; lisenziyanı n (icazənin) müddəti bitdikdə; lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; məhkəmənin müvafiq qərarı olduqda; lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən lisenziya və icazə bu Qanunun 26.1-ci ma ddəsində göstərilən hallara (bu Qanunun 26.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, lisenziya və icazə verən orqanın inzibati aktı ilə ləğv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 noyabr 2002-ci il tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”in 47.2-ci bəndinə əsasən baytarlıq preparatlarının satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün baytarlıq preparatlarının satışı ilə məşğul olan mütəxəssislərin baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsilinə malik olduqlarını təsdiq edən sənədlərin surəti tələb olunur. İşin birinci instansiya məhkəməsi və kollegiyada araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının müb ahisələndirdiyi Kəngərli rayonunun Qarabağlar kəndində fəaliyyət göstərməsinə icazə verilmiş baytarlıq aptekinin yerləşdiyi köhnə xəstəxana binası sökülməklə aptekin fəaliyyət göstərdiyi ünvan dəyişdirilmiş və o, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayının 3-dək başqa ünvanda, yəni fərdi yaşayış evinin yardımçı sahəsində fəaliyyət göstərmişdir. İşə əlavə olunmuş sənədlər, işin birinci instansiya məhkəməsi və kollegiyada araşdırılmış halları, iddiaçının nümayəndəsi Amar Hüseynin və cavabdehin nümayəndəsi M.Seyidovun kollegiyadakı izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı 19 aprel 2017-ci ildən 16 mart 2020-ci ilədək olan müddətdə fəaliyyət göstərməsinə baxmayaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə baytarlıq dərmanlarının dövriyyəsinə dair heç bir hesabat v erməmiş, fəaliyyət ünvanı dəyişməsinə baxmayaraq bu barədə məlumat verməmiş, baytarlıq sahəsi üzrə ixtisası olmayan şəxs satıcı kimi işə qəbul edilmiş, iddiaçının xəstəliyi ilə əlaqədar onun oğlu Amar Hüseyn tərəfindən baytarlıq aptekində olan dərman və biopreparatlar götürülüb aparılmaqla aptek fəaliyyətini dayandırmışdır. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi verilmiş xüsusi lisenziyanın Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən zorla oğlunun əlindən alınması və lisenziyanın ləğv olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən ona məlumat verilməməsi ilə əlaqədar dəlillərini əsassız hesab edir. Belə ki, işin araşdırılmış halları və iddiaçının nümayəndəsinin kollegiyadakı izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının xəstəl iyi ilə əlaqədar onun oğlu Amar Hüseyn tərəfindən baytarlıq aptekində olan dərman və biopreparatlar götürülüb aparılmış, aptekin fəaliyyətinə hər hansı maneənin yaradılması və ona verilmiş lisenziyanın zorla alınması ilə əlaqədar istər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinə, istərsə də hər hansı bir orqana müraciət olunmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş və apellyasiya şikayətində göstərilən həmin hallar müəyyən olunmamışdır. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini məcmu halda qiymətləndirərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən bütün süb utlar hərtərəfli tədqiq olunmaqla əsaslandırılaraq işə qanuni nəticə verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər birinci instansiyası məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Kollegiya işin yuxarıda şərh olunmuş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmaqla mübahisənin mahiyyətinə qanunvericiliyin tələblərinə uyğun qiymət verilmişdir. İş üzrə İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 81.1, 82, 87.6, 87.8, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 21(122)-165/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-6/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-6/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver