Məhkəmə qərarları › İş №2-1(112)-10039/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10039/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10039/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “mənzilə pasport qeydiyyatına alınma öhdəliyinin qoyulması barədə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı “mənzilə pasport qeydiyyatına alınma öhdəliyinin qoyulması barədə” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı hazırda Füzuli rayonu, Musabəyli kəndində qeydiyyatdadır. Lakin 1991-ci ildən etibarən Bakı şəhəri Binədəqi rayonunda yaşamışdır. 2020-ci il tarixdən isə iddiaçı ünvan 1 ünvanında yaşayır. Daimi Bakı şəhərində yaşadığı üçün qeydiyyata alınmağın zəruri olduğunu bildirmişdir. Övladının təhsili və işi ilə bağlı daimi burda yaşamalı olduğunu və Füzuli rayonunda qeydiyyatda olmağın müəyyən çətinliklər yaratdığını qeyd etmişdir. İddaçı İddiaçı “Dəniz Pişiyi” adlandırılan “Sualtı hücum və sualtı mühafizə” dəstəsinin xüsusi təyinatlı şəhidi X1 həyat yoldaşı olduğunu bildirmişdir. Şəhid N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət etmişdir və həmin hərbi hissədə müvəqqəti olaraq qeydiyyatda idi. Qeyd olunanlara əsasən onun ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

3. Şifahi məhkəmə baxışı üzrə iclasın keçirilməsi vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etmir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 24.09.2021-ci il tarixli məktubla məhkəmə iclasında səlahiyyətli şəxsin iştirak etməyəcəyi bildirilmişdir.

4. 27.08.2021-ci il tarixli cavabdehin iddiaçıya cavab məktubunda xidməti zərurətlə əlaqədar olaraq işğaldan azad edilmiş şəhər və rayonlarda qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması müvəqqəti məhdudlaşdırıldığı və məhdudiyyət aradan qaldırıldıqa vəsatətin təmin ediləcəyi bildirilmişdir.

5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

6. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar