Məhkəmə qərarları › İş №2-1(112)-10052/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10052/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10052/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “təqdimat verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətinin əmək kitabçasında qeyd olunduğu kimi, yəni 27 noyabr 1980-ci il tarixdən 26 dekabr 1982-ci il tarixə kimi qəbul etməklə ona “Silahlı qüvvələr veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilin yanvar ayından Qubadlı hərbi prokurorluğunun böyük müstəntiqi, 1995-ci ilin sentyabr ayından Füzuli hərbi prokurorluğunun böyük müstəntiqi, 2002-ci ilin iyul ayından isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi və digər vəzifələrdə qulluq etmişdir. Səhhəti ilə əlaqədar Müdafiə Nazirliyinin MHHK-nin xx.xx.2017-ci il tarixli qərarına əsasən “Sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməklə Respublika Hərbi prokurorunun xx.xx.2018-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qulluqda olmanın yaş həddinə çatdığına görə Baş prokurorun xx.xx.2021-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməyinə xitam verilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il (24 il 02 ay 15 gün) tarixədək hərbi prokurorluqda, eləcədə xx.xx.1980-ci il tarixdən 26 dekabr 1982-ci il (02 il 01 ay) tarixədək SSRİ Silahlı Qüvvələrində, ümumilikdə 25 ildən artıq (döyüş şəraitində bir ay xidməti üç ay hesabı ilə 45 ildən artıq) hərbi xidmətdə olduğu nəzərə alınaraq “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən "Silahlı qüvvələr veteranı” adının və vəsiqənin verilməsi üçün Azərbaycan Reshublikasının Baş Prokurorluğuna dəfələrlə ərizə ilə müraciət etsə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon idarəsi tərəfindən verilmiş arayışda müddətli həqiqi hərbi xidmət illərinin xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixə, “Əmək kitabçası”nda isə xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarix kimi qeyd olunması” əsas gətirilərək təmin olunmamışdır. Müraciətin həmin hissədə təmin edilməsi üçün “Hərbi biletin təqdim olunması istənilmişdir. İddiaçı bildirir ki, hərbi biletini “Zabitin şəxsi vəsiqəsi” verilərkən Respublika Hərbi Prokurorluğunun Kadrlar şöbəsində saxlanılan şəxsi işinə əlavə edilməsi üçün Kadrlar şöbəsinə təhvil vermiş və şəxsi işi hazırda Respublika Baş Prokurorluğunun Kadrlar idarəsinin arxivində saxlanılır. Deyilənlərə görə hərbi bilet şəxsi işdə yoxdur. İddiaçı hərbi xidmətə çağırılmazdan əvvəl Yardımlı rayonunda, 1980-ci ilin aprel ayından isə Bakı şəhərində 446 №-li Tikinti idarəsində fəhlə işləmiş və orada işləyərkən 1980-ci ilin noyabr ayında Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon idarəsi (keçmiş Oktyabr rayon hərbi komissarlığı) tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Biləcəri qəsəbəsindən qatarda Kazaxstan SSR-in Tyuratam şəhərinə, oradan maşınlarda (lyudi) Leninsk-11 şəhərindəki N saylı hərbi hissəyə (stroybat) göndərilmişəm. Xidmət etdiyim hərbi hissənin komandiri polkovnikleytenant Yamnikov, qərargah rəisi mayor Usov, bölük komandiri baş gizir Baraboşkin, taqım komandiri leytenant Dzyuba, starşina isə baş cavuş Niqmatov olmuşdur. Hərbi hissənin şəxsi heyəti kosmik raketlərin istehsal olunduğu zavodda xidmət aparmışdır. Hərbi xidmətini başa vurub 26 dekabr 1982-ci il tarixdə “seryant” hərbi rütbəsində Ordu sıralarından tərxis olunmuş və əsgər yoldaşları ilə birlikdə həmin gün maşında Leninsk şəhərindən Tyuratama, oradan isə qatarla yola salınaraq 30 dekabr 1982-ci il tarixdə səhərə yaxın Bakı şəhər Dəmiryol vağzalına gəlmişdir. İddiaçı hərbi xidmətdən tərxis olunduqdan sonra əvvəl işlədiyi Bakı şəhərindəki 446 saylı Tikinti İdarəsində fəhlə kimi işini davam etdirmiş. Hərbi biletini idarəyə təqdim edərək əmək kitabçasıda hərbi xidmət barədə (xx.xx.1980-xx.xx.1982; hərbi bilet H3 № 4266609) qeydlər aparılmaqla imzalanmış və idarənin möhürü ilə təsdiq olunmuşdur. Bundan başqa, Azərbayçan Respublikası Nazirlər Kabnetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “Azərbaycan ordusunda və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə (SSRİ Silahlı Qüvvələrində və digər silahlı birləşmələrdə xidmət müddəti də nəzərə alınmaqla) 25 (iyirmi beş) il və ya daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum ed diyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) “Silahlı Qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş “Öidrnət illəri cədvəli”ndən çıxarış əsasında verilir. Əsasnamənin məzmunundan göründüyü kimi işçiyə “Silahlı Qüvvələr veteranı” adının verilməsi üçün onun ehtiyata və ya istefaya buraxılması barədə tərtib edilmiş "Hərbi qulluqçunun xidmət illərinin hesablanmasana dair cədvəl əsas götürülməlidir. Həmin cədvəl, Müdafiə Nazirliyinin MHHK-nin xx.xx.2017-ci il tarixli qərarına əsasən “Sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı’ hesab olunmaqla iddiaçı, Respublika Hərbi prokurorunun xx.xx.2018-ci il tarixli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmış və Kadrlar şöbəsində barəmdə xx.xx.2018-ci il tarixli "Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına dair” cədvəl tərtib edilərək aidiyyəti orqanlara, o cümlədən iddiaçının şəxsi işinə əlavə edilməsi üçün Baş Prokurorluğun Kadrlar idarəsinə göndərilmişdir. Lakin “Silahlı qüvvələr veteranı” adının və vəsiqənin verilməsi barədə məsələyə baxılarkən Baş Prokurorluğun Kadrlar idarəsində həmin cədvələ müraciət olunmamışdır. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası SHXÇÜDX-nin Bakı şəhər Yasamal rayon idarəsi tərəfindən verilmiş arayışda hərbi xidmət illəri xx.xx.1980-xx.xx.1982-ci il tarix kimi qeyd olunmasında yəqin ki, yanlışlığa yol verilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, “Silahlı qüvvələr veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması barədə iddiaçının Azərbaycan Respublikasının Baş prokuroruna etdiyi ilkin müraciətinə Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və nəticəsi barədə müvafiq cavab verilmişdir. Azərbaycan Respublikası SHXÇÜDX-nin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2022-ci il tarixli 18 №-li arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.1980- ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İddiaçının əmək kitabçasında isə müddətli həqiqi hərbi xidmətdə olduğu müddət xx.xx.1980-xx.xx.1982-ci il tarixlər kimi qeyd edilmişdir. Göründüyü kimi yuxarıdakı rəqəmlər arasında uyğunsuzluqlar mövcuddur. Bu uyğunsuzluqların yalnız hərbi biletdə olan qeydlər əsasında aradan qaldırılmasının mümkünlüyü və hərbi biletin təqdim edilməməsi nəzərə alınaraq, iddiaçının “Silahlı qüvvələr veteranı” adı və müvafiq vəsiqəsinin verilməsi üçün rəy verilməsi barədə müraciətinin təmin edilməməsi məqsədəmüvafıq hesab edilmişdir.

4. Xalq qəzetinin 5 may, 2023-cü il tarixli buraxılışında 16-cı səhifədə qeyd olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsi tərəfindən İddiaçı adına verilmiş H3 ******* nömrəli hərbi bilet itdiyi üçün etibarsız sayılır.

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ünvanlanan məktubda qeyd olunur ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən prokurorluq işçisinin şəxsi işi Azərbaycan Respublikası Baş Prokurorluğunun kadrlar xidməti tərəfindən aparılır.

6. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun olaraq təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, sabiq prokurorluq əməkdaşı İddiaçı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddia ərizəsində xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il tarixədək hərbi prokurorluqda, eləcə də xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində ümumilikdə 25 ildən artıq (döyüş şəraitində bir ay xidməti üç ay hesabı ilə 45 ildən artıq) hərbi xidmətdə olması ilə əlaqədar “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən ona “Silahlı qüvvələr veteranı” adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətlər etməsinə baxmayaraq, Azərbaycan Respublikası SHXÇDX- nin Bakı şəhəri Yasamal rayon idarəsinin arayışında və əmək kitabçasında qeyd olunmuş müddətli həqiqi hərbi xidmət illəri arasında ziddiyət olması, həmçinin hərbi biletinin təqdim olunmaması əsası gətirilərək ərizələrinin təmin edilmədiyini bildirib, SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətinin əmək kitabçasında qeyd olunduğu kimi, yəni 27 noyabr 1980-ci il tarixdən 26 dekabr 1982-ci il tarixə kimi qəbul edilməklə ona “Silahlı qüvvələr veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdimat verilməsi öhdəliyinin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulmasını xahiş etmişdir. Həmçinin İddiaçı ərizəsində göstərmişdir ki, hərbi bileti şəxsi işinə əlavə edilməsi üçün tərəfindən Hərbi Prokurorluğun Kadrlar şöbəsinə təhvil verilmiş, Kadrlar şöbəsində barəsində xx.xx.2018-ci il tarixli “Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına dair” cədvəl tərtib edilərək şəxsi işinə əlavə edilməsi üçün Baş Prokurorluğun Kadrlar idarəsinə göndərilsə də, “Silahlı qüvvələr veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı məsələyə baxılarkən həmin cədvələ müraciət olunmamışdır. Cavabdeh İddiaçı qaldırdığı iddia ilə əlaqədar aşağıdakıları bildirərək iddianı əsassız hesab edir: İddiaçı xx.xx.1961-ci il tarixdə Yardımlı rayonu Qabaqdibi kəndində anadan olmuş, xx.xx.1979-xx.xx.1980-ci il tarixdə Yardımlı rayonu Tikinti idarəsində, xx.xx.1980-xx.xx.1980-ci il tarixdə 446 №-li Tikinti idarəsində fəhlə işləmiş, xx.xx.1980-xx.xx.1982-ci il tarixdə müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-xx.xx.1987-ci il tarixdə 446 №-li Tikinti idarəsində yenidən fəhlə işləmiş, xx.xx.1988-xx.xx.1990-cı il tarixdə MKİS-də dülgər, xx.xx.1990- xx.xx.1991-ci il tarixdə dülgər işləmiş, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsində ali təhsil almış, xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarına qulluğa qəbul edilərək müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli 0371 №-li əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Hərbi prokurorunun sərəncamına verilməklə ona ədliyyə leytenantı hərbi rütbəsi verilmiş, Azərbaycan Respublikası Hərbi prokurorunun xx.xx.2018ci il tarixli 127 №-li əmri ilə Müdafiə Nazirliyinin MHHK-nm xx.xx.2017-ci il tarixli qərarına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” olması nəzərə alınaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə, 164-cü maddəsinə əsasən xəstəliyə görə, hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən istefaya buraxılaraq, qeydiyyata alınması üçün SHXÇDX-nin Qubadlı rayon şöbəsinə göndərilmiş və prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar. Qeyd edilən Əsasnaməyə əsasən “Silahlı Qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. Həmçinin “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikasının Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. İddiaçı “Silahlı qüvvələr veteranı”, həmçinin “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması barədə Azərbaycan Respublikasının Baş prokuroruna etdiyi əvvəlki müraciətinə Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının xx.xx.2022ci il tarixli iclasında baxılmışdır. "Veteranlar haqqında” Azərbaycan Respublikasının 29 iyun 1994-cü il tarixli Qanununun 5-ci və 7-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq iddiaçıya “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəmüvafıq hesab edilmişdir. Qeyd edilən əvvəlki müraciətə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmət keçməyini təsdiq edən hərbi bileti əlavə etməmişdir. Sənədlər arasındakı ziddiyyətləri və sənədlərin natamamlığmı, yəni hərbi biletin və müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış olmadığını, eyni zamanda “Silahlı qüvvələr veteranı” adının və müvafiq vəsiqənin Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının rəyi əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilməsini nəzərə alaraq yalnız bütün sənədlər tam olduqda və həqiqi hərbi xidmət illəri dəqiq hesablandıqda məsələyə baxılmasının mümkünlüyü nəzərə alınaraq, müraciət “Silahlı qüvvələr veteranı adı və müvafiq vəsiqəsinin verilməsi üçün rəy verilməsi hissəsində Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bundan sonra İddiaçı ərizələrinə xidmət illəri cədvəlindən çıxarışı əlavə etsə də, müraciətlərinə yenidən baxılaraq, onun hazırda hərbi prokurorluq orqanlarında xidmət etmədiyi nəzərə alınaraq “Silahlı qüvvələr veteranı” adı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməsi barədə izah verilmişdir. İddiaçı Azərbaycan Respublikası Hərbi prokurorunun xx.xx.2018-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən istefaya buraxılmasına baxmayaraq, “Silahlı qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi ilə bağlı işlədiyi müddətdə heç bir müraciət etməmiş, yalnız xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildikdən sonra qeyd olunan müraciəti etmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir. Hazırda İddiaçı prokurorluq orqanlarında xidmət etmədiyi üçün qeyd edilən iddiasının təmin edilməsi imkan xaricindədir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, sabiq prokurorluq əməkdaşı İddiaçı xx.xx.1961-ci il tarixdə Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuş, 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Respublikası Baş hərbi prokurorunun xx.xx.1993-cü il tarixli, 020 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Hərbi prokurorluq orqanlarında işə qəbul olunaraq xx.xx.1994-cü ilədək Qubadlı qarnizonu hərbi prokurorluğunun stajçı baş müstəntiqi, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Qubadlı qarnizonu hərbi prokurorluğunun baş müstəntiqi, xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilədək Füzuli qarnizonu hərbi prokurorluğunun böyük müstəntiqi, xx.xx.2001-ci ildən xx.xx.2002ci ilədək Füzuli hərbi prokurorluğunun böyük müstəntiqi, xx.xx.2002-ci ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar və hüquqi təminat şöbəsinin prokuroru, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin prokuroru vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2021-ci il tarixli, 10/631-k nömrəli əmri ilə İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad olunub prokurorluqda qulluq keçməsinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli, 0371 nömrəli əmri ilə ədliyyə leytenantı, xx.xx.1995-ci il tarixli, 135/rt nömrəli əmrlə ədliyyə baş leytenantı, xx.xx.1998-ci il tarixli, 0148/rt nömrəli əmrlə ədliyyə kapitanı, Azərbaycan Respublikası Hərbi prokuroru əvəzinin xx.xx.2001-ci il tarixli, 021 nömrəli əmri ilə ədliyyə mayoru, Azərbaycan Respublikası Hərbi prokurorunun xx.xx.2005-ci il tarixli, 036 nömrəli əmri ilə ədliyyə polkovnik-leytenantı hərbi rütbələri və Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2018-ci il tarixli, 1 1/357-k nömrəli əmri ilə həqiqi hərbi xidmətdən istefaya buraxıldığına görə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 17.3.2-ci maddələrinə müvafiq olaraq daşıdığı hərbi rütbəyə uyğun ədliyyə müşaviri xüsusi rütbəsi verilmişdir.

8. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmuş, prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan məktubla səhhəti ilə əlaqədar xx.xx.2023-cü il tarixdə xaricdə olacağını nəzərə alıb xx.xx.2023-cü il tarixli ərizəsinə iştirakı olmadan baxılmasını xahiş edir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın mümkünlüyü

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

14. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarından: Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar. “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hərbi qulluqçulara həqiqi hərbi xidmət keçdiyi (qulluq etdiyi), ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi dövlət orqanından asılı olaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikasının Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir.

17. “Prokurorluq orqanlarında qulluq keçmək haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir.

18. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.

19. Məhkəmə qeyd edir ki, İddiaçı prokurorluq orqanlarında qulluq keçməsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir, yəni iddiaçı hazırda hərbi prokurluq orqanlarında xidmət etmir və istefaya buraxılmış şəxsdir. Qanunvericiliyə əsasən istefaya buraxılmış şəxslərə “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi (buna dair rəy) verən qurum sırasında Azərbaycan Respublikası Baş Prokurorluğu qeyd olunmamışdır. Odur ki, hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçu olmadığı və Azərbaycan Respublikası Baş Prokurorluğunun qeyd edilən halda buna səlahiyyəti olmadığı üçün iddia mümkün sayılmamalıdır.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar